Məhkəmə qərarları › İş №1(067)-182/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-182/2022

26.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-182/2022 26.12.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X13, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X14, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X14 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X19 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X4 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin tərkib əlamətləri olduğundan barəsində Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət işi başlayıb, qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. X19 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılır ki, onun xx.xx.2017-ci il tarixdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşayan X15 və qardaşı X16 tərəfindən xüsusi amansızlıqla döyülüb ona xəsarətlər yetirilməsi, qeyriinsani işgəncələr verilməsinə dair xx.xx.2019-cu il tarixli müraciəti ilə əlaqədar toplanmış materiallar əsasında xx.xx.2019-cu il tarixdə Xaçmaz rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsi ilə fakta görə cinayət işi başlanılaraq ibtidai istintaqın aparılması üçün aidiyyatı üzrə Xaçmaz rayon polis şöbəsinin istintaq bölməsinə göndərilmiş, daha sonra Xaçmaz rayon prokurorluğunda Azərbaycan Respublikasının CM-nin 127.2.2, 145.2.3, 145.2.4, 145.2.6-cı maddələri ilə istintaq davam etdirilən ********* nömrəli cinayət işinin materiallarından X14 qohumu X6 qarşı zorlamağa cəhd etməsi faktı və digər xüsusatlara görə Azərbaycan Respublikası CM-nin 29, 149.1-ci maddəsi üzrə xx.xx.2020-ci il tarixli ********* nömrə ilə ayrılaraq rayon prokurorluğunun böyük köməkçisi, İ dərəcəli hüquqşünas Tural Məhərrəmov tərəfindən icraatına qəbul edilməklə istintaqı aparılmış, xx.xx.2020-ci il tarixli cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Xaçmaz rayon prokurorluğunun müstəntiqi İİ dərəcəli hüquqşünas X2 həvalə olunmuşdur. Xaçmaz rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X1 qəbul etdiyi 30 dekabr 2020-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarla X6 qarşı zorlamağa cəhd edilməsi xüsusatı öz təsdiqini tapmamaqla onun əməlində hər hansı bir cinayətin tərkib əlamətlərinin olması faktı müəyyən edilmədiyindən Xaçmaz rayon prokurorluğunda istintaqı aparılmış ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 29,149.1-ci maddəsi və digər xüsusatlar üzrə ayrılmış ********* nömrəli cinayət işinin icraatına xitam verilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna və maraqlı tərəflərə təqdim edilməsi, X6 məxsus olan və istintaqa təqdim edilmiş 01 ədəd köynəyin maddi sübut kimi tanınmasının rədd edilməklə sahibinə qaytarılması, cinayət işinin saxlanılmasından ötrü rayon prokurorluğunun arxivinə təhvil verilməsi qərara alınmışdır. Buna baxmayaraq, X11 ondan təkrar-təkrar əsassız şikayətlər etmiş və dörd dəfə Xaçmaz rayon prokurorluğu tərəfindən X6 qarşı zorlamağa cəhd edilməsi xüsusatı öz təsdiqini tapmadığından onun əməlində hər hansı bir cinayətin tərkib əlamətlərinin olması faktı müəyyən edilmədiyindən ********* nömrəli cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul olunmuşdur. Axırıncı dəfə Xaçmaz rayon prokurorunun köməkçisi X20 tərəfindən 10 avqust 2022-ci il tarixdə cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunmuşdur. Hesab edir ki, X11 ondan təkrar-təkrar əsassız, şər və böhtan xarakterli ərizələr yazmaqla və müxtəlif ünvanlara şikayətlər etməklə ona şər və böhtan atmışdır. Yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatlar yaymış, şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. X4 onu təhqir etməsi, müxtəlif ünvanlara yazdığı şər və böhtan xarakterli ərizələri əsasında o, ailə üzvləri, qohumları, qonşuları və iş yoldaşları arasında nüfuzdan düşmüş, onun şəxsiyyətinə, imicinə və işgüzar nüfuzuna xələl gəlmişdir. Ona görə də məcbur olub iş yerini itirmiş, Azərbaycan Respublikası Elmlər Akademiyasından işdən çıxmağa məcbur olmuş, ailəsini itirmək təhlükəsi ilə rastlaşmış və yaşayış yerini dəyişmək məcburiyyətində qalmışdır. Qohumlarının yaşadığı Quba və Xaçmaz rayonlarına gedib-gələ və qohumlarla əlaqə saxlaya bilmir. Bu hal da onu son dərəcə sarsıtmağa başlayıb. Artıq onu tanıyan şəxslər qarşısında nüfuzdan düşmüş, sanki hamı ondan üz çevirmiş, dözülməz və son dərəcə dəhşətli bir vəziyyətə düşmüşdür. X4 ona qarşı olan qanunusuz hərəkətləri və qərəzli münasibəti özünü intihar etmək dərəcəsinə çatdırmışdır. Hesab edir ki, X4 əməlində Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələrinin tərkib əlamətləri vardır. Ona görə də X4 barəsində məhkəmədə xüsusi ittiham qaydasında cinayət işi başlanılmalı və həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X19 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsini müdafiə etməklə ərizəsində göstərilənləri nəzərə alaraq, X4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin tərkib əlamətləri olduğundan barəsində Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət işi başlayıb, qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 və onun müdafiəçisi Müdafiəçi2 xüsusi ittiham qaydasında verilmiş şikayətə etirazla məhkəməyə müraciət edərək etirazda göstərilənlərə uyğun izahat verməklə xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi, eləcə də barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını nəzərdən keçirərək və işin faktik hallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında məhkəmə baxışının keçirilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə görə, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə də baxılır. - 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Xüsusi ittiham qaydasında verilmiş şikayət araşdırılarkən müəyyən edilmişdir ki, həmin şikayət qanunvericiliyin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, CPM-in 293.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilməlidir. Buna baxmayaraq, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən yalnız barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin ad, soyad, ata adı, qeydiyyat ünvanı sadalanmaqla kifayətlənmiş, onun təvəllüdü, məşğuliyyəti, vəzifəsi qeyd edilməmişdir. Bundan başqa xüsusi ittiham qaydasında verilmiş şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Lakin, CM-in 147-ci maddəsinin hansı hissəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi konkret göstərilməmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin şəxsiyyəti X11 olduğu halda şikayətdə onun şəxsiyyəti X12 yazılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan cinayəti-obyektiv cəhətdən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymada ifadə olunur. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən təhqir cinayəti-yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147.1-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin Qərarın 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. X5 şikayətində göstərmişdir ki, barəsində şikayət etdiyi X11 onun barəsində təkrartəkrar əsassız, şər və böhtan xarakterli ərizələr yazmaqla və müxtəlif ünvanlara şikayətlər etməklə ona şər və böhtan atmışdır. Yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatlar yaymaqla şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Belə olan halda, ərizəçinin istinad etdiyi böhtan və təhqir üzrə istinad etdiyi ifadələr kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayımlanmadığından, CM-nin 147-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törətdilməsi istisna olunur. Konkret olaraq hazırki halda ərizəçinin müdafiə hüququ cinayət-hüquqi müstəvidə deyil, mülki-hüquqi məsuliyyətin yaranması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizəçiyə sübütları toplamaqla, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə görə, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.6-cı maddəsinə görə, cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.7-ci maddəsinə görə, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə görə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi və hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X19 tərəfindən CPM-in 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Odur ki, məhkəmə CPM-nin 302.1.6-cı və 302.1.7-ci maddələrinə istinadən şikayət ərizəsində göstərilən məlumatlara və şikayətə əlavə edilmiş sənədlərə əsasən hesab edir ki, xüsusi ittiham qaydasında şikayətlə müraciət etmiş şəxs X14 özünə münasibətdə X7 hazırda ittiham etdiyi məsələ xüsusi ittiham qaydasında məhkəmədə baxılmasına əsas vermir və hazırki şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə əsas verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin soyadı düzgün göstərilmədiyindən, eləcə də xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs barəsində digər məlumatlar tam şəkildə qeyd edilmədiyindən, həmçinin hazırkı qərarda qeyd edilən digər hallar nəzərə alınmaqla xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 299, 300, 302, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X14 X8 qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar