Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-183/2024 01.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, xüsusi ittihamçının nümayəndəsi, vəkili Müdafiəçi1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin vəkili Müdafiəçi2 iştirakları ilə X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında X1 nümayəndəsi-vəkili Müdafiəçi1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X1 nümayəndəsi, vəkili Müdafiəçi1 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X4 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edərək, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini məhkəmədən xahiş etmişdir. X1 nümayəndəsi, vəkili Müdafiəçi1 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılır ki, xx.xx.1987-ci ildə Xaçmaz rayonu, Çinartala kəndində anadan olmuş, həmin ünvanda yaşayan X7 həmkəndilisinə xəsarət yetirdiyi üçün onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən Xaçmaz rayon polis şöbəsində cinayət işi başlanılmış və ona göstərilən maddə ilə ittiham elan edilərək iş baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Xaçmaz rayon məhkəməsinin hökmünə əsasən Şaiq Şükürov göstərilən maddə ilə təqsirli bilinib ona, altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş. Hökmdən narazı qalan X6 şikayəti vermiş, lakin Sumqayıt Apellyasiya məhkəməsinin qərarına əsasən Xaçmaz rayon məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmış və hökm qanuni qüvvəsini almışdır. Bundan sonra qəzəblənən Şaiq Şükürov işi hüquqi müstəvidə həll edə bilmədiyini görüb, o, sosial şəbəkələrdə xüsusi ittihamçının və Xaçmaz rayon polis şöbəsinin ünvanına böhtan xarakterli ifadələr işlətmişdir. X16-Tok sosial şəbəkəsindən istifadə edərək yalan olduğunu bilə-bilə xüsusi ittihamçının mənəvi dəyəri olan şərəfini yəni cəmiyyətin üzvü kimi əxlaqını, insanlara, dövlətə, cəmiyyətə münasibətini, həmçinin ləyaqətini yəni mənəvi və əqli keyfiyyətini, cəmiyyətdəki mövqeyini və məni nüfuzdan salan yəni kollektivdə tutduğu mövqeyini ləkələyən yalan məlumatlar yaymışdır. Belə ki, Şaiq Şkürov, həmin kütləvi çıxışda guya xüsusi ittihamçı X11 Şükürova bildirmişdir ki, məhkəmənin sədri ilə 17 dəqiqə telefonla danışmışdır işin nəticəsi barədə qabaqcadan məlumatlı olduğunu bildirmişdir.Həmçinin həmin kütləvi çıxışda Şaiq Şükürov guya onlar rüşvətxorluqla və özbaşınalıqla məşğul olduğlarını bildirmişdir. Xüsusi ittihamçı X8 rayon polis şöbəsində istintaq bölməsinin rəisidir və uzun müddətdir polis orqanlarında qüsursuz xidmət aparır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Şaiq Şükürovun böhtan xarakterli çıxışları xüsusi ittihamçını nüfuzdan salaraq şərəf və ləyaqətini ləkələmişdir. Məhkəmə iclasında xüsusi ittihamçının nümayəndəsi, vəkili izahat verərək bildirmişdir ki, hadisə ilə bağlı X15-tok sosial şəbəkəsində xx.xx.2024-cü il tarixdə çıxış edib. Hadisə Xaçmaz şəhərində olmuşdur. Şaiq Şükürovun çıxışından aydın müəyyən olunur ki, onun barəsində olan cinayət işinin korrupsiya, rüşvətlə əlaqəli olmasından söhbət getmişdir. Bu çıxışa uşaq da baxarsa başa düşər ki, Şaiq Şükürov rüşvətlə əlaqədar narazılığını, etirazını bildirmişdir. Şaiq Şükürovun məhkəmələr barəsində kifayət qədər çıxışı vardır. Belə ki, məhkəmənin qanunsuz qərar verdiyini çıxışlarında bildirmişdir. Xüsusi ittiham qaydasında şikayətdə texniki səhv olaraq 147.1-ci maddənin əvəzinə 147-ci maddə yazılmışdır. Həmin şikayətə tərəflərindən düzəliş edildikdən sonra icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs izahat verərək bildirmişdir ki, onun əlindəki faktlar xəsarətlərlə bağlıdır. Sərdar Alibəyli özü ona məhkəmə sədri ilə 17 dəqiqə telefonla danışdığını demişdir. Lakin bununla əlaqədar heç bir sübutu yoxdur. O, 48 saat müddətində Xaçmaz RPŞ-də şübhəli şəxs qismində saxlanılmışdır. Faiq müəllim adlı şəxs ona evindən avtomat çıxardılacağı ilə hədə-qorxu gəlmişdir. Ona qarşı olan haqsızlıqlarla əlaqədar cənab prezidentə müraciət etmişdir. Şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin vəkili izahat verərək bildirmişdir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilibedilməməsi barədə Azərbaycan Respublikası CPM-nin 99-cu maddəsindən başlayır. CPM-nin 302.1.6-cı maddədə göstərilir ki, cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda. Onlar hesab edirlər ki, Ali Məhkəmənin 21 fevral 2014-cü il tarixli Plenum qərarında bu kimi məsələlər geniş müzakirə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində fikir və söz azadlığı haqqında maddə vardır. Qoşulduğumuz beynəlxalq konvensiyalardan 10-cu maddəsində fikir azadlığı ifadəsi hüquqi tətbiq olunmuşdur. Şikayətdə yeganə istinad olunan o olmuşdur ki, X12 Şükürova demişdir ki, məhkəmə sədri ilə 17 dəqiqə telefon vasitəsilə danışmışdır və işin taleyinin necə olacağını bilir. Şaiq Şükürov bundan başqa ifadə vermir. Xüsusi ittihamçının nümayəndəsinin, vəkilinin dedikləri isə Şaiq Şükürovun ifadə etmədkiləridir. Şaiq Şükürov məhkəməni təhqir etməmişdir. Şaiq Şükürovun dedikləri fikri ifadə edir. Məhkəmə, polis, prokurorluq orqanlarının bir-biri ilə əlaqə saxlayaraq hansısa işi müzakirə etməsi adi haldır. Şaiq Şükürovun hərəkətlərində hər hansı cinayət əməli yoxdur. Müşahidə edilən videoçıxışda hər hanslı bir sifariş edilməsindən söhbət getməmişdir. Video görüntüdə göstərilir ki, Sərad Alıbəyli məhkəmə sədri ilə whatsappda danışıb və işin nəticəsi ona məlumdur. İşin nəticəsi hamıya aydındır ki, qanuni şəkildə qərar qəbul olunacaqdır. Burada hər hansı təhqirdən və nüfuza xələl gətirən haldan söhbət gedə bilməz. Dövlət idarələri arasında işgüzar münasibətlər yolveriləndir. Şaiq Şükürov həmin ifadəyə münasibət bildirmişdir. Onun sözlərində böhtana, təhqirə, şərəf və ləyaqətə, işgüzar münasibətlərə xələl gətirəcək hal yoxdur. Şaiq Şükürovun məhkəmələr haqqında hər hansı videosu yoxdur. Şəxsin fikir azadlığı vardır. Belə ki, vətəndaş məhkəmənin hökmü ilə razılaşmayaraq yuxarı instansiyaya müraciət etmişdir. Lakin məhkəmə barəsində hər hansı rüşvətlə əlaqədar çıxışı yoxdur. X9 barəsində olan çıxışı da analoji xarakterlidir. Göstərilənləri nəzərə alaraq şikayətin icraata götürülməsindən imtina edilməsini xahiş edir. Məhkəmə tərəfindən iclas zalında iş materiallarına əlavə olunmuş audio-video diskə baxış keçirilmişdir. X2 çıxışından müəyyən olunur ki, o, ölkə rəhbərinə müraciət edərək barəsində olan cinayət işinin məhkəmə araşdırması qeyri-obyektiv aparılmasından narazıdır. Məhkəmə xüsusi ittihamçının nümayəndəsinin, vəkilinin şikayətini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və onun vəkilini dinləyib, eləcə də iş materiallarını nəzərdən keçirərək və işin faktiki hallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında məhkəmə baxışının keçirilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3.3cü maddəsinə görə, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə də baxılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materiallarınhazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı,doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuşməhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərərvurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi(şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindəntörədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri iləvə konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayışyeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqındaxahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında”21 fevral 2014-cü il tarixli Qərarına əsasən xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar-soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi göstərilməli olduğu halda, məhkəməyə təqdim olunmuş şikayətdə şikayət verən şəxsindoğulduğu il və məşğuliyyət növü və ya vəzifəsi barədə məlumatlar qeyd edilməmiş, bununla da şikayət CPM-in 293.3.1-ci maddəsinin tələblərinə riayət olunmadan tərtib edilmişdir. Bundan başqa,CPM-in 293.3.2-ci maddəsinin tələbləri pozularaq törədilmiş cinayət barədə məlumat- xüsusi ittiham qaydasında verilmiş şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi qeyd edilməmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətdə barəsində şikayət verilmiş şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona bilərəkdən və qəsədən böhtan atdığına görə cinayət məsuliyyətinə cəlb edilməsini və altı ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Halbuki şikayət vermiş şəxsbarəsində şikayət verilmiş şəxsin Cinayət Məcəlləsinin 147-ci maddəsinin məhz hansı bəndi ilə - (147.1 və ya 147.2) təqsirli olmasını qeyd etməli, Cinayət Məcəllləsinin müvafiq normasını dəqiqliklə göstərməlidir. Bundan əlavə,CPM-in 293.3.2-ci maddəsinin tələbləri pozularaq törədilmiş cinayət barədə məlumat-barəsində şikayət verilmiş əməlin harada və nə vaxt törədilməsi barədə şikayətdə hər hansı məlumat qeyd edilməmişdir. Belə ki, CPM-in 302.1.4-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Hazırkı halda isə məsuliyyətə cəlb etmə müddətinin keçib-keməməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün barəsində şikayət verilmiş əməlin törədildiyi yer barədə məlumat da xüsusi ittiham qaydasında verilmiş şikayətdə öz əksini tapmamışdır. Belə ki, CPMin302.1.1-ci maddəsinə şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Hazırkı halda isə şikayətin Xaçmaz rayon məhkəməsinə aid olub-olmamısını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan RespublikasıCinayət Məcəlləsinin147-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymada ifadə olunur və min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Göründüyü kimi, xüsusi ittihamçı X1 nümayəndəsi, vəkili tərəfindən verilmiş şikayət CPM-in 293-cü maddəsinin tələblərinə riayət olunmadan tərtib olunduğundan işə baxılması mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 299, 300,302, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 nümayəndəsi-vəkili Müdafiəçi1 X5 qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №1(067)-183/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-183/2024
01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver