Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-183/2025 11.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, Məmmədova Ruxsalə Əmrah qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1994-cü ildə Xaçmaz rayonunun Çiləgir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Çiləgir kəndində qeydiyyatda olmaqla, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 93-də yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə həmkəndlisi Zərərçəkmiş şəxs1 "xxxx" saytına pul mədaxil edərək əlavə qazanc əldə edəcəyinə dair yalan vəd verib sonuncunu aldadaraq 2023-cü ilin aprel ayının əvvəllərində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Şimal Mall” adlı geyim mağazasının qarşısında Zərərçəkmiş şəxs1 5700 manat məbləğində pul vəsaitini əlbəəl alıb qəsdən ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, yəni xeyli miqdarda ziyan vurmaqla aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa, o, təkrar eyni niyyətlə həmkəndlisi Zərərçəkmiş şəxs2 "xxxx" saytına pul mədaxil edərək əlavə qazanc əldə edəcəyinə dair yalan vəd verib sonuncunu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2024-cü ilin iyun ayının əvvəllərində günorta saatlarında Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi, 93 №-li evin qarşısında 7500 manat pul vəsaitini Zərərçəkmiş şəxs2 əlbəəl almış, habelə 13 iyun 2024-cü il tarixdə, saat 12:25:34-də Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Çənlibel” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə 300 manat, 17 iyul 2024-cü il tarixdə, saat 21:41-də Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə 400 manat, 21 avqust 2024-cü il tarixdə, saat 11:14:55-də Xaçmaz şəhəri, Bakı prospektində, “Çənlibel” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə 1000 manat, 29 avqust 2024-cü il tarixdə, saat 21:30-da Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə 50 manat olmaqla, ümumilikdə 1750 manat məbləğində pul vəsaitinin istifadəsində olan "xxxx" ASC-yə məxsus son səkkiz rəqəmi 67922389 nömrəli "xxxx" bank kartına köçürülməsinə nail olub, habelə 2024-cü ilin avqust ayının sonlarında Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi, 93 N°-li evin qarşısında 13750 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2 əlbəəl alıb sonuncuya məxsus ümumilikdə 23000 manat məbləğində pul vəsaitini qəsdən ələ keçirərək təkrar, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, yəni təkrar, xeyli miqdarda ziyan vurmaqla aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, qlobal maliyyə bazarlarında peşəkar səviyyəli treyder və investordur, onun bu sahədə təlim keçdiyi tələbələri də vardır. Həmkəndliləri olan iş üzrə zərərçəkmiş şəxslər də onun həmin fəaliyyətlə məşğul olduğunu bildiklərindən özləri ona müraciət etmiş, o, zərərçəkmiş şəxsləri tədris kitabları ilə də təmin etmişdir. Zərərçəkmiş şəxs2 qardaşı, qaynı da onun tələbələridir. O, azadlıqda olarkən Zərərçəkmiş şəxs2 olan borcundan 6000 manatı ödəmişdir. O, şərti olaraq məhkum olunub azadlıqda qalarsa, hər iki zərərçəkmiş şəxsin pullarını qaytara bilər, o, həbsdə olduğu müddətdə isə ziyanın ödənilməsi mümkün deyildir. Həmçinin bildirdi ki, onun treyder, investor kimi maliyyə bazarlarında fəaliyyəti qızıl, avro, funt sterlinq kimi valyuta əməliyyatları üzərində ticarət etməkdən ibarət olmuşdur. Onun "xxxx" şirkətində beş aktiv ticarət paketi mövcuddur, o, zərərçəkmiş şəxslərdən aldığı pullarla bağlı ziyan etmişdir. O, pulu yüksək riskli əməliyyatlara qoyurmuş, iş üzrə zərərçəkmiş şəxslərin də ona verdikləri pulları yüksək riskli əməliyyatlara qoymuşdur. O, iş üzrə zərərçəkmiş şəxslərlə sonuncular pul vəsaitlərini ona verərkən altı ay ərzində qazanılacaq məbləği həmin müddətdən sonra çıxaracağı barədə razılaşmışlar. O, zərərçəkmiş şəxsləri pul yatırımları, gəlirlər barədə məlumatlandırmış, habelə qazancları barədə sonuncuların vatsap tətbiqlərinə də məlumat göndərmişdir. İş üzrə zərərçəkmiş şəxslər risklər barədə, yəni qazanc olduğu kimi, zərər də ola biləcəyindən xəbərdar olmuşlar. O özü də yatırım etdiyi şəxsi pul vəsaiti ilə 50000 ABŞ dolları həcmində zərər etmişdir. Lakin o, bu barədə heç kimə bildirməmişdir. İş üzrə zərərçəkmiş şəxsləri o özü cəlb etməmiş, onlar özləri ona müraciət etmişlər. Onun səhvi bunda olmuşdur ki, iş üzrə zərərçəkmiş şəxslər ona "xxxx" şirkətinə yatırım etmək üçün pul vəsaitlərini verərkən o, zərərçəkmişlərlə bu barədə müqavilə bağlmalı olmuş, o bunu bilsə də, müqavilə bağlamamışdır. O, evin tək övladı olmasının, ailəsinin onun himayəsində olmasının nəzərə alınmasını xahiş edir, vurulmuş ziyanı ödəməkdən boyun qaçırmadığını, həbslə əlaqədar cəza təyin edilməzsə, zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəyə bilər. O, zərərçəkmiş şəxslərdən yatırım üçün pulu alarkən sonunculara ziyan olma riski barədə heç nə bildirməmiş, qazanc olacağını demişdir. Zərərçəkmiş şəxslər ona həmin fəaliyyətdən xəbərdar olduqlarını bildirmişlər. O, hesab edir ki, zərərçəkmiş şəxslər dünya görmüş adamlardır, onlara deməsə də, bilməli idilər ki, ticarətdə xeyir də olur, ziyan da. O, iş üzrə verilmiş mülki iddianı qəbul edir, təmin edilməsinə etirazı yoxdur. O, Zərərçəkmiş şəxs2 aldığı 23000 manat puldan hazıradək 6000 manatı qaytarmış və sonuncuya 17000 manat qaytarılmamış ziyan qalmışdır. O, iş üzrə zərərçəkmiş şəxslərdən aldığı pul vəsaitlərini yatırım etmişdir. Onun niyyəti həmin pul vəsaitlərini yatırım edərək ticarət etmək olmuşdur. O, həmin pulları şəxsi ehtiyacları üçün xərcləməmişdir. O, iş üzrə zərərçəkmiş şəxslərdən pul vəsaitlərini "xxxx" şirkətinə yatırım edərək ticarət etmək üçün almış, dələduzluq məqsədilə almamış, yatırım etdiyi pullar zərərə uğrayıb, buna görə də o özünü qismən təqsirli bilir. O, azadlıqda olardısa, hazıradək zərərçəkmiş şəxslərə pul vəsaitlərini qaytara bilərdi, həbsdə olduğundan ödəyə bilməmişdir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Çiləgir kəndində qeydiyyatda olsa da, ünvan 1 ünvanında kirayə yaşamışdır. İstifadəsində olan "xxxx" ASC-yə məxsus son səkkiz rəqəmi “67922389” nömrəli kart hesabı özünə məxsusdur. O, rəsmi investor olaraq xidmət etmişdir. Həmin investor olmağının sübutu isə araşdırma zamanı təqdim etdiyi müqavilələrdir. Rəsmi olaraq "xxxx", “Paşa”, “Kapital”, “ABB” invest adlı şirkətlərlə müqavilələri vardır. Həmin müqavilələr Azərbaycan Respublikası Mərkəzi Bankının təsdiq etdiyi sənədlərdir. O, bir neçə dəfə "xxxx" şirkətinə pul yatırımı etmişdir. Həmin şirkət maliyyə və səhm bazarlarında xidmət edir. Bundan başqa, edilən yatırımlar vasitəsilə bazar dəyəri ilə ticarətlər edilir, nəticədə gəlir əldə edilir. Həmin yatırımlar ilə xarici ölkələrdən ölkəmizə pul axımı həyata keçirilir. Ticarət nəticəsində əldə olunan pulun vergisini dövlət çıxdıqdan sonra qalan pul ona geri qaytarılır. Bundan sonra 2023-cü ilin aprel ayının əvvəllərində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Şimal Mall” adlı geyim mağazasının qarşısında Xəyal ona 5700 manat pulu üzərinə əlavə 4300 manat da qoyub 10.000 manat pulu qızıl alışına yatırması məqsədilə vermiş, lakin onun həmin vaxt maddi vəziyyəti yaxşı olmadığından Xəyalın yatırım etmək üçün ona verdiyi pul vəsaitini şəxsi ehtiyaclarına, yəni evin kirayəsinə və digər məsrəflərinə xərcləmiş, Xəyala da guya yatırım etdiyini demiş, halbuki heç bir yatırım etməmişdir. Bundan sonra digər həmkəndlisi Ruslan da 2024-cü ilin iyun ayının əvvəllərində yatırım etməyə razılaşmış və günorta saatlarında onunla görüşüb Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi, ev 93-də yerləşən kirayə yaşadığı evin qarşısında 7500 manat pulu ona qızıl alışına yatırım etməsi məqsədilə vermişdir. Daha sonra o, Ruslana qızıl alışını artırmağı təklif etmiş, bu məqsədlə Ruslan 4-5 ay ərzində 2024-cü ilin iyun ayından başlayaraq, yəni 13 iyun 2024cü il tarixdə, saat 12:25:34-də onun istifadəsində olan "xxxx" ASC-yə məxsus son səkkiz rəqəmi 67922389 nömrəli kart hesabına 300 manat, 17 iyul 2024-cü il tarixdə, saat 21:41də 400 manat, 21 avqust 2024-cü il tarixdə, saat 11:14:55-də 1000 manat, 29 avqust 2024-cü il tarixdə, saat 21:30-da 50 manat olmaqla, ümumilikdə 1750 manat pulu köçürmə yolu ilə göndərmişdir. Növbəti dəfə 2024-cü ilin avqust ayının sonlarında yenidən yatırım etmək üçün Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən onun yaşadığı evin qarşısında 13.750 manat pulu əlbəəl ona vermişdir. Lakin həmin pulu da o, yatırım etməmiş, şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra Ruslanın ona verdiyi puldan 6000 manatını 2025-ci ilin mart ayında Ruslana qaytarmışdır. Ruslanın ona verdiyi ümumilikdə 23.000 manat puldan cəmi 1000 manat yutub kanalının yaradılması üçün və texniki xərclər üçün xərcləmiş, qalan hissəsini də şəxsi ehtiyaclarına, kirayə pulu və gündəlik xərcləri üçün xərcləmişdir. Əməlindən peşmandır və zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyəcək. Ruslana hazırda 17000 manat, Xəyala isə 5700 manat pul qaytarmalıdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, iş üzrə təqsirləndirilən şəxs onun həmkəndlisi olmuş, əvvəldən birbirlərini tanımışlar, sonradan isə təqsirləndirilən şəxs yaşadıqları kənddən Xaçmaz şəhərinə köçərək yaşamağa başlamışdır. Ona sonradan məlum olmuşdur ki, qardaşı Vüqar Qədimov da təqsirləndirilən şəxsə yatırım etmək üçün pul vermiş, lakin qardaşı bu barədə ona deməyərək gizli saxlamış, o, bu barədə qardaşının ailəsindən eşidərək xəbər tutmuşdur. Bundan sonra o, təqsirləndirilən şəxslə Xaçmaz şəhərində qarşılaşmış, sonuncu ilə çayxanada oturaraq söhbət edərkən ona həqiqətən də belə bir işin, yəni "xxxx"-a pul yatırmaqla gəlir əldə etmə barədə demiş, o, təqsirləndirilən şəxsdən qoyulan pulun itirilməsi riskinin olub-olmaması barədə soruşmuş, təqsirləndirilən şəxs isə ona belə bir riskin olmadığını, həmin fəaliyyətin rəsmi, dövlət səviyyəsində olduğunu bildirmiş, o da pul yatırımı ilə bağlı təqsirləndirilən şəxslə razılaşmışdır. Bundan iki gün sonra təqsirləndirilən şəxs ona zəng edərək pul yatırımı etdiyini deyərək ona dediyi pul məbləğini götürərək gəlməsini demiş, o da 5700 manat pulu apararaq təqsirləndirilən şəxsə verib ayrılaraq getmişdir. Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, müqavilədə 1 il müddətə həmin məbləği çıxarmasınlar, dövr edərək artsın, pulu həmin müddətdən sonra çıxarsınlar, o da bu təkliflə razılaşmış, həmin müddət ərzində o, mütəmadi olaraq təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlamaqla gəlirlərin artması barədə soruşmuş, təqsirləndirilən şəxs gəlirin artmasının təsdiqi kimi ona bir dəfə fotoşəkil göndərmiş, lakin o, həmin fotoda əks olunanlardan heç nə anlamamışdır. Razılaşdıqları 1 ilin tamamında o, təqsirləndirilən şəxsə zəng etmiş, sonuncu ona Bakı şəhərində olduğunu, gələrək onunla görüşəcəyini bildirmiş, lakin bundan sonra o, təqsirləndirilən şəxsə dəfələrlə zənglər etsə də, mesajlar yazsa da, onun zənglərinə, mesajlarına cavab verməmiş, daha sonra isə təqsirləndirilən şəxs onun telefon nömrələrini özündə bloklamışdır. Təqsirləndirilən şəxsə pulu verdiyi vaxtdan iki il sonra o, hüquq-mühafizə orqanına şikayət etməli olmuşdur. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxs vurduğu ziyan məbləğindən ona hazıradək heç bir məbləğ ödəməmişdir. Təqsirləndirilən şəxsə o, pul yatırımı üçün özü yaxınlaşaraq müraciət etməmiş, onlar bir-birini həmkəndli olaraq əvvəldən tanımışlar, onun qardaşı ilə təqsirləndirilən şəxs çayxanada çay içərkən o da onların yanında əyləşmiş və həmin vaxt təqsirləndirilən şəxs belə bir fəaliyyət barədə ona danışmış və o isə təqsirləndirilən şəxsə həmin fəaliyyət qanunidirsə, qoyduğu pul itib-batmayacaqsa, pul yatırımı etmək istədiyini bildirmiş, təqsirləndirilən şəxs isə ona pulunun itib-batmayacağını bildirmiş, bundan sonra o da təqsirləndirilən şəxsin təklifi ilə razılaşmışdır. O, təqsirləndirilən şəxsə yatırım üçün vermək istədiyi pulun onun avtomobilinin satışından əldə olunan pul olduğunu bildirmiş, təqsirləndirilən şəxs isə ona pulu yatırıb bir il ərzində gəlir əldə etdikdən sonra avtomobil ala biləcəyini demişdir. Təqsirləndirilən şəxs ona yatırdığı pulun dəqiq olaraq hansı məbləğdə gəlir gətirəcəyini deməmiş, həmin gəlirin 8000, 10000, hətta 50000 manat da ola biləcəyini demiş, lakin yatıracağı pulun azala biləcəyini isə deməmişdir. O, pulu təqsirləndirilən şəxsə verdikdən sonra bir il ərzində təqsirləndirilən şəxs ona yatırdığı pulun itirilməsi, azalması barədə heç nə deməmişdir. Təqsirləndirilən şəxs həmin bir il ərzində qazancla bağlı soruşanda ona yalnız artım olduğunu demiş, həmçinin hər dəfə nə qədər artım olduğunu soruşduqda təqsirləndirilən şəxs sistemə baxmadığını, başqa yerdə olduğunu, gələrək sistemə baxıb deyəcəyini bildirmişdir. O, iş üzrə verdiyi mülki iddianı müdafiə edərək təmin edilməsini xahiş edir. Təqsirləndirilən şəxsin barəsində qanunauyğun cəza təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirir. Zərərçəkmiş şəxs1 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Təqsirləndirilən şəxs ilə eyni kənddə yaşamış, onunla münasibətləri normal olmuşdur. Onda olan məlumata görə Azərbaycan Respublikası ərazisində işlək olan yatırım şirkəti "xxxx" MMC-yə pul və ya qızıl yatırımı edilir və bundan sonra orderlər verilərək ticarət edilir, bununla da nəticədə qanuni yolla gəlir əldə edilir. 2023-cü ilin aprel ayının əvvəllərində Turalla söhbət zamanı sonuncu həmin şirkətə pul yatıraraq qazanc əldə etməyin rahat olmasını bildirmiş, bundan başqa özünün bu işdə yüksək savadının olmasını bildirdiyindən, həm də Turalın həmkəndlisi olduğu üçün güvənmişdir. Özünün də pula ehtiyacı olduğu üçün Turalla görüşüb bu barədə söhbət edərkən Tural dəyişkən dövrlər olduğunu, qızılın unsiyasının və digər meyarlarının dəyərlərinin dəyişməsinə görə yatırım etməyi, nəticədə yaxşı pul əldə edəcəklərini bildirmişdir. O, Turala həmkəndlisi olduğu üçün güvənmiş, buna görə pul verməyə razılaşmışdır. Tural pulunu "xxxx" MMC-də yatırım edəcəyini və nəticədə onun qanuni yolla gəlir əldə edəcəyinə söz verdiyi üçün Turala pul verməyə razılaşmışdır. Buna görə də 2023-cü ilin aprel ayının əvvəllərində günorta saatlarında Turalla Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Şimal Mall” adlı geyim dükanının önündə görüşmüş və 5700 manat pulu əlbəəl Turala vermişdir. Tural bundan sonra ona yatırım etdiyini, qazancın əldə edildiyini, ticarətin başladığını bildirmişdir. Tural ona 2024-cü ilin aprel ayının əvvəllərində, yəni bir il sonra verdiyi 5700 manat pulun 2-3 dəfə artıq qazanc olacağına onda güvən yaratmışdır. Lakin həmin müddət çatdıqda Tural müxtəlif bəhanələr gətirərək, onun pulunu köçürmədiyini bildirmişdir. Tural onun həmkəndlisi olduğu üçün ondan şikayət etməmiş, lakin Turalın söz verdiyi vaxtdan da artıq bir il keçdiyi üçün şikayət etmişdir. Turala ümumilikdə 5700 manat pul versə də, Tural onun verdiyi pulla heç bir yatırım etməmiş, ona verdiyi sözə əməl etməmiş, etibarından sui-istifadə etməklə əmlakını ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı cinayət işinin materiallarında olan ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ifadəsindən müəyyən edilir ki, o, Təqsirləndirilən şəxs çoxdan tanımış, onunla münasibəti normal olmuş, ədavəti və ya düşmənçiliyi olmamışdır. Tural onun həmkəndlisi olmuş, barəsində əvvəl mənfi fikirlər eşitməmişdir. Azərbaycan Respublikası ərazisində işlək olan yatırım şirkəti "xxxx" MMC-yə pul və ya qızıl yatırımı edilməsi və bundan sonra orderlər verilərək ticarət edilməsi, nəticədə qanuni yolla gəlir əldə edilməsi barədə Turaldan eşitmişdir. Tural da həmin şirkətə pul yükləyərək qazanc əldə etməyin rahat olmasını, bundan başqa, özünün bu işdə yüksək savadının olmasını bildirdiyindən Turala həmkəndlisi olduğu üçün güvənmiş, eləcə də özünün də pula ehtiyacı olduğu üçün birlikdə görüşüb bu barədə söhbət edərkən Tural dəyişkən dövrlər olduğunu, qızılın unsiyasının və digər meyarlarının dəyərlərinin dəyişməsinə görə yatırım etmələrini, nəticədə yaxşı pul əldə edəcəklərini bildirmişdir. O, Turala həmkəndlisi olduğu üçün güvənmiş, buna görə pul verməyə razılaşmışdır. Tural pulu "xxxx" MMC-də yatırım edəcəyini və nəticədə onun qanuni yolla gəlir əldə edəcəyinə söz verdiyi üçün pul verməyə razılaşmışdır. Buna görə də 2024-cü ilin iyun ayının əvvəllərində günorta saatlarında Turalla görüşüb Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən Turalın kirayə yaşadığı evin qarşısında 7500 manat pulu əlbəəl vermiş, Tural bundan sonra ona yatırım etdiyini, qazancın əldə edildiyini, ticarətin başladığını bildirmişdir. Bundan sonra eyni qaydada yatırım edəcəyi adı ilə Tural ondan pul istəməyə davam etmiş, ona özünə məxsus kart hesab nömrəsini demiş, 13 iyun 2024-cü il tarixdə, saat 12:25:34-də Xaçmaz şəhəri, Bakı prospektində yerləşən Çənlibel marketdəki ödəmə terminalından Turalın istifadəsində olan "xxxx" ASC-yə məxsus son səkkiz rəqəmi 67922389 nömrəli kart hesabına 300 manat, 17 iyul 2024-cü il tarixdə, saat 21:41-də Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdəki ödəmə terminalından Turalın istifadəsində olan "xxxx" ASC-yə məxsus son səkkiz rəqəmi 67922389 nömrəli kart hesabına 400 manat, 21 avqust 2024-cü il tarixdə, saat 11:14:55-də Xaçmaz şəhəri, Bakı prospekti, Çənlibel marketdə yerləşən ödəmə terminalından Turalın istifadəsində olan "xxxx" ASC-yə məxsus son səkkiz rəqəmi 67922389 nömrəli kart hesabına 1000 manat, 29 avqust 2024-cü il tarixdə, saat 21:30-da Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdəki ödəmə terminalından Turalın istifadəsində olan "xxxx" ASC-yə məxsus son səkkiz rəqəmi 67922389 nömrəli kart hesabına 50 manat olmaqla, ümumilikdə 1750 manat pulu köçürmə yolu ilə göndərmişdir. Növbəti dəfə Turala 2024-cü ilin avqust ayının sonlarında yenidən yatırım etməsi üçün Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən Turalın kirayə yaşadığı evin qarşısında 13750 manat pul əlbəəl vermişdir. O, Turala ümumilikdə 23000 manat pul ödəniş etsə də, Tural onun əmlakı ilə yatırım etməmişdir. Ona verdiyi sözə əməl etməmiş, etibarından sui-istifadə etməklə əmlakını ələ keçirmişdir. Tural həmin puldan 6000 manat geri qaytarsa da, hazırda ona 17000 manat pul qaytarmalıdır. Zərərçəkmiş şəxs2 xx.xx.2026-cı il tarixdə məhkəməyə ünvanladığı ərizədən müəyyən edilir ki, o, Rusiya Federasiyasında olduğundan hazırkı cinayət işinin məhkəmə iclaslarında iştirak edə bilmir, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, işə onun iştirakı olmadan baxılmasını xahiş edir. Təqsirləndirilən şəxs ona vurduğu ziyandan 17000 manat hazıradək ödənilməmiş, o, həmin ziyan məbləğinin ödənilməsini tələb edir. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan 11 aprel 2025-ci il tarixli ərizədən və izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 Xaçmaz RPŞ-yə müraciət edərək 2023-cü ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs ondan "xxxx" MMC-yə yatırım edərək pul qazanmaq adı ilə 5700 manat pul aldığını, lakin verdiyi vədə həmin vaxtdan hazıradək əməl etməyərək ona qarşı dələduzluq etdiyini bildirərək, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 11 aprel 2025-ci il tarixli ərizədən və izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 Xaçmaz RPŞ-yə müraciət edərək 2024-cü ilin yay aylarında Təqsirləndirilən şəxs ondan "xxxx" MMC-yə yatırım edərək pul qazanmaq adı ilə 23000 manat pul aldığını, həmin puldan 6000 manatını qaytardığını, lakin qalan 17000 manatı hazıradək qaytarmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 04 ədəd qəbzin surətlərindən, "xxxx"ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, HTİD-OUT-08049-2025 nömrəli məktubla daxil olmuş 01 ədəd diskdən və baxış protokolundan müəyyən edilir ki, 13 iyun 2024-cü il tarixdə, saat 12:25:34-də Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Çənlibel” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə 300 manat, 17 iyul 2024-cü il tarixdə, saat 21:41-də Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə 400 manat, 21 avqust 2024-cü il tarixdə, saat 11:14:55-də Xaçmaz şəhəri, Bakı prospektində, “Çənlibel” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə 1000 manat, 29 avqust 2024-cü il tarixdə, saat 21:30-da Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə 50 manat olmaqla, ümumilikdə 1750 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs məxsus “409858******2389” №li "xxxx" ASC-yə aid "xxxx" bank kartına mədaxil olunması müəyyən edilmişdir. İş materiallarında olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 21 oktyabr 2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2025-ci il tarixli, 4(067)-101/2025 saylı qərardan, həmin iş üzrə məhkəmə iclasının audio-videoçəkilişindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin iclasda bildirmişdir ki, o, zərərçəkmiş Ruslandan aldığı puldan iki min manatadək məbləği özü üçün əlavə gəlir mənbəyi məqsədilə “Youtube” kanalı açmağa sərf etmiş, o, bu barədə zərərçəkmişə bildirmiş, həmin kanalın zərərçəkmişlərin qazanc əldə etmələrinə heç bir aidiyyəti olmamış, yalnız onun özü üçün olmuşdur. Lakin o özünü dələduz hesab etmir və özünü dələduzluqda təqsirli bilmir. O, 17000 manatı özünün ehtiyacları üçün xərcləyəcəyini zərərçəkmişə əvvəlcədən demişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasındakı ifadəsində özünü qismən təqsirli bilməsinə dair bildirdiyi xüsusatlara tənqidi yanaşaraq həmin xüsusatların özünümüdafiə xarakteri daşıdığı qənaətinə gəlir, bildirdiyi həmin xüsusatlar cinayət işinin materiallarında olan sənədlərlə, zərərçəkmiş şəxslərin ifadələri ilə tam təkzib edilir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, pul mədaxili qəbzlərini, bank kartı üzrə əməliyyatların köçürüldüyü 01 ədəd diski sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə həmin Məcəllənin 178-ci maddəsinin tərkibini yaradır. Eyni əməl təkrar törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə, həmin Məcəllənin müvafiq olaraq 178.2.2 və 178.2.4-cü maddələrinin tərkibləri yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarının 1-ci bəndində izah edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndinə görə, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin Qərarın 3-cü bəndinə görə, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin Qərarın 35-ci bəndinə görə, dələduzluğun təkrarən törədilməsi (CM-nin 178.2.2-ci maddəsi) məsələsi CM-nin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə görə, bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin Məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs ailə üzvləri və qonşularla normal münasibətdə olmuşdur. Barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarından, təqsirləndirilən şəxsin ifadəsindən və zərərçəkmiş şəxsin ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurduğu 5700 manat maddi ziyan məbləğindən hazıradək heç bir məbləğ ödəməmişdir. Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanı tələb edir, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. İş materiallarından, zərərçəkmiş şəxsin ərizəsindən, habelə təqsirləndirilən şəxsin ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vurduğu 23000 manat maddi ziyandan 6000 manat məbləğini qaytarmış, 17000 manat məbləği isə hazıradək ödəməişdir. Zərərçəkmiş şəxs2 həmin ziyan məbləğinin ödənilməsini tələb edir, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və vurduğu ziyanın bir qismini ödəməsini barəsində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halın olmamasını, eləcə də zərərçəkmiş şəxslərə vurduğu ziyanla bağlı yalnız birinə münasibətdə və az məbləğdə olmaqla ödəməsini, vurduğu ziyanı tam olaraq ödəməməsi, zərərçəkmiş şəxslərin ona qarşı şikayətçi olmaları halını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması barədə” 23 iyun 2025-ci il tarixli protokoldan və Xaçmaz Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 4(067)- 101/2025 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 23 iyun 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübutlar - "xxxx"ASC tərəfindən təqdim edilmiş 01 ədəd CD diskin, 670731, 21822, 1567 və ******* nömrəli qəbzlərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə verilmiş mülki iddia təmin edilməlidir. Belə ki, Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsi təqdim edərək hazırkı iş üzrə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində ona vurulmuş 5700 (beş min yeddi yüz) manat məbləğin və hazırkı iddianın verilməsi üçün ödənilmiş 77 (yetmiş yeddi) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, yuxarıda sadalananlarla – cinayət işinin materiallarında olan sənədlərlə, tərəflərin ifadələri ilə mülki iddia tələbi tam sübuta yetirildiyindən mülki iddia təmin edilərək, 5700 (beş min yeddi yüz) manat pul və ödənilmiş dövlət rüsumunun məbləği olan 77 (yetmiş yeddi) manat təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 354, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 iyun 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - "xxxx"ASC tərəfindən təqdim edilmiş 01 ədəd CD diskin, 670731, 21822, 1567 və ******* nömrəli qəbzlərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia təmin edilərək, 5700 (beş min yeddi yüz) manat pul və ödənilmiş dövlət rüsumunun məbləği olan 77 (yetmiş yeddi) manat təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Xaçmaz Rayon Polis Şöbəsinə, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi (həbsdə olan şəxsə isə hökmün surəti təqdim olunduğu) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №1(067)-183/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-183/2025
11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver