Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-184/2023 29.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1991-ci ildə Xaçmaz rayonunun Padar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Xaçmaz rayonunun Padar kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 01 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 05 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq, yəni 0,422 qram miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, R.Behbudov küçəsində saxlanılıb Xaçmaz Rayon Polis Şöbəsinə dəvət edilərək Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında 17 avqust 2023-cü il tarixdə saat 21:05-21:20 müddətində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli şalvarın sol yan cibində olan “Bakı” markalı siqaret qutusunun içərisində gizlədib saxladığı 01 ədəd sellofan bükümündə 0,422 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırkı cinayət işi üzrə onun üzərindən aşkar edilmiş heroin narkotik vasitəsini o, Xaçmaz şəhərində “Avtobaza” adlanan ərazidə gəzərkən yerdən bir bükümdə olmaqla tapmış, həmin narkotik vasitədən istifadə etmək istəyərkən polis əməkdaşları ona yaxınlaşaraq onu polis şöbəsinə aparmışlar. Həmçinin bildirdi ki, o, tapdığı həmin narkotik vasitə barədə heç kimə deməmişdir. O, tapdığı həmin narkotik vasitədən istifadə etməyə hazırlaşarkən, yəni hələ istifadə etməmiş, heroin bükümü əlində olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, törətdiyi cinayət əməlindən peşman olduğunu bildirərək, ona cəza təyin edilərkən himayəsində xəstə anasının olmasının və anasına ondan başqa baxan kimsənin olmamasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, əvvəllər də qanunsuz olaraq narkotik vasitələrdən istifadə etdiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Əvvəllər narkotik vasitə istifadə etməsinə görə məhkum olunsa da, cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra yenə də tapanda narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Ancaq ümumiyyətlə 2 ildir ki, o, “kakos”, yəni narkotik vasitə heroindən tapdıqca istifadə etməyə başlamışdır. 17 avqust 2023-cü il tarixdə, axşam saatlarında o, Xaçmaz şəhərində yerləşən “Avtobaza” adlanan ərazidə olan zaman yerdə qızılı rəngli kağız büküm olduğunu görmüş, həmin büküm onun diqqətini çəkdiyindən əyilib yerdən qızılı rəngli kağız bükümü əlinə götürüb açdıqda içərisində 01 ədəd sellofan büküm olduğunu görmüş, həmin sellofan bükümü açıb içərisinə baxdıqda görmüşdür ki, sellofan bükümün içərisində “kakos”, yəni narkotik vasitə heroin vardır. O, narkotik vasitə heroin istifadəçisi olduğundan sellofan bükümün içərisində olan toz halındakı maddənin narkotik vaitə olan heroin olduğunu bilmiş və içərisində heroin olan bükümü əynində olan şalvarın cibindəki “Bakı” markalı siqaret qutusunun içərisinə qoymuş, daha sonra siqaret qutusunu yenidən əynində olan şalvarın cibinə qoymuşdur. 17 avqust 2023-cü il tarixdə, saat 20 radələrində o, Xaçmaz şəhəri, R.Behbudov küçəsində olan zaman narkotik vasitə heorin də əynində olan şalvarın sol cibindəki siqaret qutusunun içərisində olmuşdur. Həmin vaxt iki nəfər tanımadığı, mülki geyimli şəxslər ona yaxınlaşıb özlərinin Xaçmaz RPŞ-nin polis əməkdaşları olduqlarını bildirmişlər və demişlər ki, onun qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və daşıması barədə Xaçmaz RPŞ-yə məlumat daxil olmuşdur, ona görə də üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Xaçmaz RPŞ-yə dəvət etmişlər. O da Xaçmaz RPŞ-nin əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişdir. Yolda olan zaman polis əməkdaşları onun hərəkətlərinə nəzarət etdiyi üçün o, üzərində olan narkotik vasitə heroini ata bilməmişdir. Xaçmaz RPŞ-də o, şübhəli şəxs kimi tutulmuş və ona vəkil təqdim olunmuşdur. Vəkilin iştirakı ilə Xaçmaz RPŞ-də üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 01 ədəd “Bakı” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin siqaret qutusu müstəntiq tərəfindən açıldıqda qutunun içərisindən 01 ədəd sellofan büküm, 01 ədəd alışqan, 03 ədəd siqaret dənələri aşkar edilmişdir. Həmin sellofan bükümün içərisində tünd qəhvəyi rəngli, toz halında olan maddə olması müəyyən edilmişdir. O, həmin maddənin “kakos”, yəni narkotik vasitə heroin olduğunu, əvəllər də həmin növ narkotik vasitədən istifadə etdiyini və həmin narkotik vasitəni tapdığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə heroin müstəntiq tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisinin 0,5 qram olması müəyyən edilmiş və həmin narkotik vasitə qablaşdırılaraq götürülmüş, üzərindən aşkar edilən 01 ədəd “Bakı” markalı siqaret qutusu, 03 ədəd siqaret dənələri, 01 ədəd alışqan onun özünə qaytarılmışdır. O, səmimi şəkildə etiraf edərək bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə heroin ona məxsusdur, etdiyi əməldən peşmandır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış və heç kimə narkotik vasitə satmamışdır. Polis əməkdaşları onu üzərinə şəxsi axtarış keçirilməsi üçün RPŞ-yə gəlməyə dəvət edən zaman onun hüquqları pozulmamış, ona qarşı heç bir qanunsuzluq və kobud hərəkət edilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, 17 avqust 2023-cü il tarixdə iş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, o, dərhal bu məlumatı Xaçmaz Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və Xaçmaz RPŞ- nin rəisinin əmri ilə Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması məqsədilə o və rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə, yəni o və Şahid2 hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 17 avqust 2023-cü il tarixdə onlar Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, R.Behbudov küçəsində olduğunu müəyyən etmişlər və həmin küçədə Təqsirləndirilən şəxs yanına gedib yaxınlaşaraq özlərini təqdim etdikdən sonra barəsində Xaçmaz RPŞ-yə qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində saxlaması barədə məlumat daxil olduğunu bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların təklifi ilə razılaşıb birlikdə Xaçmaz RPŞ-yə gəlmişdir. Xaçmaz RPŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi şöbənin İstintaq bölməsinin müstəntiqi Şəhriyar Kərimliyə həvalə olunmuşdur. X10 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra, sonuncuya dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təqdim edilmiş və bundan sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış zamanı müstəntiq özünü və şəxsi axtarışda iştirak edən şəxsləri təqdim etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitləri əldə etməsi, daşıması, gəzdirməsi və istifadə etməsi barədə Xaçmaz RPŞ-yə əməliyyat məlumatı daxil olduğunu bildirib sonuncudan şəxsi axtarışın göstərilən şəxslərin iştirakı ilə keçirilməsinə etirazının olubolmamasını soruşmuş, sonuncu da hər hansı bir etirazının olmadığını bildirmişdir. Bundan sonra X10 Təqsirləndirilən şəxs üzərində olan bütün əşyaları otaqda olan masanın üzərinə qoymasını tələb etmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd “Bakı” markalı siqaret qutusunu çıxarıb, daha sonra həmin siqaret qutusunun içərisində olan alışqanı çıxarıb qutunu və alışqanı otaqda olan masanın üzərinə qoymuşdur. Bundan sonra müstəntiq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlamış, lakin Təqsirləndirilən şəxs üzərindən hər hansı bir başqa əşya aşkar edilməmişdir. Bundan sonra müstəntiq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd “Bakı” markalı siqaret qutusunun içərisinə baxan zaman məlum olmuşdur ki, qutunun içərisində bir ədəd sellofan büküm və üç ədəd siqaret dənəsi vardır, həmin predmetləri də müstəntiq qutunun içərisindən çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərisindən aşkar edilmiş sellofan bükümün içərisində qəhvəyi rəngli toz halında maddənin olması məlum olmuş və müstəntiq həmin maddənin nə olmasını Təqsirləndirilən şəxs soruşmuşdur. Verilən suala cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, sellofan bükümün içərisində olan toz halındakı maddə “kakos”, yəni narkotik vasitə olan heroindir və onu Xaçmaz şəhərində “Avtobaza” adlanan ərazidə gəzərkən yerdən tapmışdır. Bundan sonra, aşkar olunmuş sellofan büküm müstəntiq tərəfindən ağ rəngli, içərisi boş bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmış və bununla da şəxsi axtarış prosesi başa çatdırılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olsa da, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə Xaçmaz RPŞ-nə hər hansı bir məlumat daxil olmamışdır. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə bir bükümdə, sellofan bükümdə olmaqla siqaret qutusunun içərisində olmuşdur. Onlar təqsirləndirilən şəxsə yaxınlaşaraq saxladıqları vaxt sonuncunun narkotik vasitədən istifadə etməyə hazırlaşmasını xatırlamır, xatırladığı qədər, təqsirləndirilən şəxsin üzərindən şpris aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 17 avqust 2023-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nın müstəntiqi X1 RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X6, həmin polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid2, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində narkotik vasitə və yaxud psixotrop maddə varsa onları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd qöy rəngli şalvarın sol yan cibindən bir ədəd “Bakı” markalı siqaret qutusunu çıxarıb təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üstündən heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “Bakı” markalı siqaret qutusu açıldıqda həmin siqaret qutusunun içərisində 03 ədəd siqaret dənələri, 01 ədəd sellofan büküm, 01 ədəd alışqan olması aşkar edilir. Həmin sellofan büküm müstəntiq tərəfindən açıldıqda içərisində tünd qəhvəyi rəngli, toz halında maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin “kakos”, yəni narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni Xaçmaz şəhərində “Avtobaza” adlanan ərazidən tapıb öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, əvəllər də narkotik vasitə heroindən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 01 ədəd sellofan bükümdəki tünd qəhvəyi rəngli maddə elektron tərəziyə qoyularaq çəkilir və həmin sellofan bükümlə birlikdə tünd qəhvəyi rəngli maddənin çəkisinin 0,5 qram olması müəyyən edilmişdir. İçərisindən tünd qəhvəyi rəngli, toz halında maddə olan 01 ədəd sellofan büküm əvvəlcə müstəntiq tərəfindən ağ rəngli kağız kəsiyinə bükülmüş və müstəntiq tərəfindən bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürləndikdən sonra qablaşma zərfinin üzəri şəxsi axtarışda iştirak edən şəxslərin imzaları ilə təsdiq edilməklə müstəntiq tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 01 ədəd “Bakı” maraklı siqaret qutusu, 03 ədəd siqaret dənələri, 01 ədəd alışqan götürülməyərək onun özünə qaytarılmışdır. Şəxsi axtarışın videoçəkilişi əməliyyat müvəkkili Nemət Xurşudov tərəfindən aparılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4424 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №58” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tünd qəhvəyi rəngli toz halında maddə; Təqsirləndirilən şəxs - imza ... üç imza...müstəntiq: Şəhriyar Kərimli – imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,422 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatına heroindən 0,05 qram sərf edildikdən sonra qalıq çəkisi 0,372 qram təşkil etmişdir. İş materiallarında olan 23 avqust 2023-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və 29 sentyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,422 qram çəkidə narkotik vasitə - heroin maddi sübut kimi tanınmış və həmin narkotik vasitədən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 0,372 qram heroin Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 08 sentyabr 2023-cü il tarixli, 5770 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs heroin narkotik vasitəsini haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin və yaxud psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat əldə etmək mümkün olmamışdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və istifadə etməsi barədə “Əməliyyat tədbirinin keçirilməsi barədə” 17 avqust 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsinə dair 29 sentyabr 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, şəxsi axtarışın aparılmasının videoçəkilişi köçürülmüş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroinin təmiz çəkisi 0,422 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmün surətindən və Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(067)-22/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 05 (beş) ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış; 15 may 2023-cü il tarixdə həmin cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Yergüc kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvanda yaşadığı müddət ərzində qonşular və kənd camaatı ilə münasibəti normal olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi halını müəyyən etdi. Belə ki, iş materiallarında olan hökmün surətindən və tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(067)- 22/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 05 (beş) ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış; 15 may 2023-cü il tarixdə həmin cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının sonu ilə 15 may 2023-cü il tarixdə azad edilsə də, iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin maddənin 2-ci bəndinə görə isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halın olmamasını, barəsində cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivinin olmasını və cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 17 avqust 2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxsin tutulmadan azad edilməsi barədə 19 avqust 2023-cü il tarixli qərardan və xx.xx.2023-cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə tutularaq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, 02 (iki) gün müddət, ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinə görə azadlıqdan məhrumetmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan 20 avqust 2023-cü il tarixli “Təqsirləndirilən şəxsin tutulmadan azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsinə dair qərarın hissəvi ləğv olunması haqqında” qərardan və Xaçmaz Rayon Məhkəməsinin 20 avqust 2023-cü il tarixli, 4(067)-108/2023 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş və barəsində həbsetmənin əvvəli 20 avqust 2023-cü il tarixdən hesablanmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. İş materiallarından müəyyən olunur ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,372 qram narkotik vasitə - heroin Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,372 qram heroin narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 avqust 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,372 qram heroin narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon Polis Şöbəsinə, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-184/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-184/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver