Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-185/2024 17.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1993-cü ildə Xaçmaz rayonu, Qaraqurtlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkumluğu olan, Xaçmaz rayonu, Qaraqurtlu kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 01 iyul 2021 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3 və 177.2.4- cü maddələri ilə təqsirli bilinib 02 il 02 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə, Sumqayıt Apellyasiya Məhkəməsinin 21 dekabr 2021 -ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək xx.xx.2021-ci il tarixdən hesablanmaqla 01 il 01 ay 08 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsinə və Suraxanı rayon məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 07 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 aprel 2024-cü il tarixdə gecə saat 01 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətindən Xaçmaz rayonu, Qaraqurdlu kəndi, Zərifə Əliyeva küçəsində yerləşən Zərərçəkmiş şəxs işlətdiyi “avto yuma” məntəqəsinə ev ilə məntəqəni ayıran daş hasarı aşmaqla məntəqənin həyətinə, oradan isə plastik pəncərəni dəmir alət vasitəsilə açaraq saxlanc yeri sayılan otağa qanunsuz daxil olmaqla dəyəri 130 (yüz otuz) manat məbləğində tutumu 5 litr olan latun materialından hazırlanmış samovarı qəsdən qanunsuz götürüb aparmaqla saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda, narkotik vasitə heroini üzərində qəsdən saxlamaqla daşımış bu fakt o, 14 may 2024-cü il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə dəvət edilib Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 63 may 2024-cü il tarixdə saat 18:30-dan 18:40-dək olan vaxt ərzində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibindəki pul qabının içərisindən bir ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 0,483 qram olan narkotik vasitə heroin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsilədirilən şəxslər Təqsirləndirilən şəxs cinayət əməllərini törətməkləri aşağıdakı sübutlarla təsdiq olunur: Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Xaçmaz rayonu, Qaraqurdlu kəndində qeydiyyatda olmaqla yaşamışdır. Subaydır və heç bir yerdə işləməmişdir. Yaşadığı evin qonşuluğunda avtoyuma məntəqəsi vardır. Həmin avtoyumada evinin yaxınlığında yerləşdiyinə görə axşamlar hər hansı şəxsin həmin avtoyumada olmadığını bilirmiş. Bundan əlavə o, orada işləyənlərin iş vaxtı samovar qaynatmağını görmüşdür. Belə ki, 13 aprel 2024-cü il tarixdə maddi cəhətdən çətinlikdə olduğundan həmin samovarı oğurlayaraq satmaq və pul əldə etmək qərarına gəlmişdir. Belə ki, 14 aprel 2024-cü il tarixdə saat 01 radələrində öz yaşadığı evin həyətyanı sahəsi ilə həmin avtoyumanın həyətyanı sahəsi arasında olan daş hasarı aşaraq avtoyumanın həyətinə düşmüşdür. Oradan isə avtoyumanın həyətində yerləşən ofisin plastik pəncərəsini elə həyətdə tapdığı dəmir parçasını pəncərənin arasına salaraq aralamaqla açıb ofisə daxil olmuş, oradan həmin 1 ədəd samovarı götürərək yaşadığı evə aparmış və evdəkilər görməsin deyə həmin samovarı evinin həyətində gizlətmişdir. Həmin günün səhəri səhər saatlarında evinin arxa qapısından samovarı çıxararaq Xaçmaz şəhəri, R.Behbudov küçəsində yerləşən dəmir alışı məntəqəsinə aparmışdır. Orada həmin samovarı 40 manat müqabilində satmışdır. O, samovarı satdığı şəxsə həmin samovarın özünə məxsus olmasını bildirmiş, əldə etdiyim pulu isə özü üçün qida və su almışdır. Onu da qeyd edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 may 2024-cü il tarixli rəyi ilə də razıdır. Bundan başqa onu da qeyd edir ki, təxminən bir il olarkı narkotik vasitələrdən istifadə edirmiş, əsasən də istifadə etdiyi narkotik vasitə heroin olmuşdur. Bildirir ki, 12 may 2024-cü il tarixdə şəxsi işi ilə bağlı Bakı şəhərinə getmiş və həmin günü qayıtmayıb Bakı şəhərində qalmışdır. 13 may 2024-cü il tarixdə təxminən saat 14 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «Şamaxinka» adı ilə tanınan yerə gəlmişdir ki, orada olan taksi avtomobillərindən birinə əyləşib Xaçmaz şəhərinə gəlsin. «Şamaxinka» adı ilə tanınan yerdə olarkən yerdə bir ədəd gümüşü rəngli kağız büküm olduğunu görmüş və həmin gümüşü rəngli kağız bükümü əlinə götürüb açanda içərisində başqa bir ədəd qara rəngli sellofan büküm olduğunu, həmin bükümü açanda isə görmüşdür ki, içərisində narkotik vasitə olan heroin var. Özü də narkotik vasitədən istifadə etdiyi üçün tapdığı heroini atmamış və özündə olan pul kisəsinin içərisinə, pul kisəsini isə əynimdə olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibinə qoyub saxlamışdır ki, sonradan özü istifadə edər. Bundan sonra o, tanımadığı şəxsin idarə etdiyi taksi avtomobilinə əyləşib Xaçmaz şəhərinə gəlmiş və həmin gün tapdığı heroinin üstündən bir qədər götürüb özü istifadə etmiş, qalan hissəsini isə pul kisəsinin içərisində saxlamışdır. 14 may 2024-cü il tarixdə təxminən saat 17:40-da Xaçmaz şəhəri, N.Nərimanov küçəsində olarkən ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. O da etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmiş, Xaçmaz RPŞ-in inzibati binasında müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra müstəntiq tərəfindən ma video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və ona təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O, əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibində saxladığı pul kisəsini, şalvarının sol yan cibindən isə öz şəxsiyyət vəsiqəsini çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərində başqa heç nə aşkar olunmamışdır. Müstəntiq təqdim etdiyi pul kisəsini açıb əvvəlcə gümüşü rəngli kişi üzüyünü çıxararaq masanın üstünə qoymuş, ondan sonra isə gümüşü rəngli bükümü çıxarıb açaraq içərisində qara rəngli sellefon büküm olduğunu, onun içərisində olan qəhvəyi rəngli maddənin isə ondan nə olduğunu, haradan əldə etdiyimi soruşmuş, o da hər şeyi könüllü olaraq etiraf etmiş və bildirmişdir ki, sellofan bükümdə olan qəhvəyi rəngli maddə «kakos», yəni narkotik vasitə olan heroindir, özünə məxsusdur, Bakı şəhərində olarkən yerdən tapmışdır, narkotik vasitə istifadəçisi olduğu üçün üzərində saxlamışdır ki, sonradan özü istifadə etsin. Müstəntiq təqdim etdiyi bükümdə olan qəhvəyi rəngli maddəni, yəni narkotik vasitə olan heroini elektron tərəzinin üzərinə qoyub çəkmiş və bükümlə birlikdə heroinin çəkisinin 0,6 qram olması müəyyən edilmişdir. Sonra müstəntiq tərəfindən üzərindən aşkar olunmuş bükümdə olan heroin bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq protokol tərtib edilmiş, o da üzərində aşkar olunmuş heroinin qablaşdırıldığı zərfin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. Üzərində aşkar olunmuş pul kisəsi, kişi üzüyü və şəxsiyyət vəsiqəsi isə götürülməyərək özünə qaytarılmışdır. Etdiyi əməllərdən də peşmandır. Əvvəlki məhkəmə proseslərində iştirak edərək ifadəsi alınmış Zərərçəkmiş şəxs göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, o, Xaçmaz şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Oba” marketlə üzbəüz avtoyumanı icarəyə götürməklə istifadə edirmiş. Həmin avtoyumada 4 avtomobil girişi üçün yer və 1 ofis varmış. Həmin ofisdə mətbəx ləvazimatları varmış. Belə ki, o, özünə məxsus olan mərhum nənəsindən ona xatirə qalan samovarı həmin ofisdə saxlayırmış. Həmin samovarda çay qaynadaraq içirmiş. Belə ki, həmin avtoyumanı səhər saat 09 radələrində açır, axşam isə 19 radələrində bağlayırmış. 13 aprel 2024-cü il tarixdə saat 19 radələrində o, ofisi və daha sonra avtoyumanın ümumi qapısını bağlayaraq yaşadığı ünvana getmişdir. Səhər, yəni 14 aprel 2024-cü il tarixdə saat 08 radələrində iş yerinə gəldiyi zaman ofisin pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş, girib ofisə baxdığı zaman isə oradan özünə məxsus olan bir ədəd samovarın oğurlanmasını müəyyən etmişdir. Bundan sonra tanıdığı şəxslərlə maraqlanaraq həmin samovarı tapmağa çalışsa da müsbət nəticə əldə edə bilməmiş və bu barədə Xaçmaz RPŞ-nə ərizə ilə müraciət etmişdir. Bundan əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 may 2024-cü il tarixli rəyi ilə də razı olduğunu bildirmişdir. Bundan əlavə olaraq ərizə ilə məhkəməyə müraciət edərək mərhum nənəsindən ona xatirə qalan samovar ona qayatrıldığını, iş üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbininin olmadığını, səhhəti ilə bağlı növbəti məhkəmə proseslərində iştirak edə bilməyəcəyini, cəza təyini məsələsini məhkəmənin mülahizəsinə buraxdığını, qeyd olunanları üzürlü səbəb kimi nəzərə alaraq məhkəmə proseslərini iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Evlidir və iki övladı var. Mahiyyəti üzrə bildirir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər tanımamaqla onlarla aralarında hər hansı bir münasibət olmamışdır. O, Xaçmaz şəhəri, R.Behbudov küçəsində yerləşən dəmir alışı məntəqəsini işlədir. Belə ki, o, müxtəlif dəmirləri müxtəlif şəxslərdən alan zaman gələcəkdə hər hansısa bir problem çıxmasın deyə onları alan zaman həmin dəmirləri satan şəxslərin şəxsiyyət vəsiqələrinin də şəkillərini çəkir ki, gələcəkdə lazım olar. 14 aprel 2024-cü il tarixdə saat 11 radələrində işlədiyi yerdə olduğu zaman Təqsirləndirilən şəxs dəmir alışı məntəqəsinə gəlmiş, ona özünə məxsus olan samovarının olmasını və həmin samovarı satmaq istəməsini bildirmişdir. O, ilkin olaraq həmin samovarT almaqdan oğurluq olmasından şübhələndiyi üçün çəkinmiş, lakin Elbrus ona həmin samovarın özünə məxsus olmaqla şəxsiyyət vəsiqəsini də təqdim edə biləcəyini bildirmişdir. Belə ki, o, Elbrusun gətirdiyi samovara baxdıqda onun latundan olmasını bilmiş və samovarı metal kimi alacağını demişdir. O, samovarı tərəzidə çəkdiyi zaman çəkisinin 8 kiloqram olmasını görmüş, 5 manatdan olmaqla ümumilikdə Elbrusa 40 manat pul vermişdir. Həmçinin onun özünün şəklini, şəxsiyyət vəsiqəsinin şəkilini çəkərək özündə saxlamışdır kı, gələcəkdə lazım olar. Bundan sonra o, getmişdir. 17 aprel 2024-cü il tarixdə saat 16 radələrində polis əməkdaşları onun iş yerinə gəldikdə ona məlum olmuşdur ki, Elbrus həmin samovarı oğurlayıbmış. O da polis əməkdaşlarına həmin samovarı könüllü şəkildə təqdim etmiş və polis əməkdaşları samovarı götürmüşlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında qeydiyyatında olmaqla ünvan 8irlikdə yaşayır. Ailəlidir və Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində işləyir. Xaçmaz rayonu, Qaraqurtlu kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat aparatına dəqiq və qərəzsiz məlumat daxil olduğundan bu səbəbdən də onu saxlamaq qərarına gəlmişlər. Buna görə də 14 may 2024-cü il tarixdə, saat 17:40-da Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, N.Nərimanov küçəsində tərəflərindən saxlanılmışdır. Ardınca isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması məqsədilə sonuncunu Xaçmaz RPŞ- nə dəvət etmiş, Elbrus liməmmədov da onların dəvəti əsasında Xaçmaz RPŞ-nə gəlmişdir. Ardınca isə Xaçmaz RPŞ-nə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədilə vəkil dəvət olunmuş, vəkilinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Hüquq və vəzifələridə Təqsirləndirilən şəxs izah olunduqdan sonra vəkilinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanıda Təqsirləndirilən şəxs əynindəki qara rəngli qolsuz gödəkcənin sağ yan cibindən 1 ədəd pul qabını masanın üzərinə qoymuşdur. Müstəntiq tərəfindən həmin pul qabısına baxış keçirilən zaman pul qabının içərisindən 1 ədəd üzük və 1 ədəd qara rəngli sellofan büküm aşkar edilmiş, müstəntiq tərəfindən həmin büküm açılan zaman bükümün içərisində narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu qeyd etmiş və həmin bükümün ona məxsus olduğunu bildirmişdir. Ardınca isə həmin kütlə elektron tərəziyə qoyularaq çəkilmiş və çəkisinin 0,6 qram olması müəyyən edilmişdir. Ardınca isə həmin bükümün narkotik vasitə heroin olubolmamasını müəyyən etmək məqsədilə müstəntiq tərəfindən həmin büküm ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanmışdır. Bundan əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd pul qabı, 01 ədəd üzük və 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb etmədiyinə görə şəxsin özünə qaytarılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X5 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid2 məhkəmə istintaqında şahid qismində dindirilmiş Xaçmaz rayon X5 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Məhkəməəmtəəşünaslıq ekspertizasının 22 may 2024-cü il tarixli 9/3100 saylı ekspert rəyindən görünur ki, 5 litrlik odun samovarının orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə 130,00 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 15 may 2024-cü il tarixli, 3-16-16/2- 6/2744 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” sözləri yazılmış zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,483 qram olan tünd qəhvəyi maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Cinayət işinə əlavə edilmiş Məhkəmə-Narkoloji Ekspertizasının 03 iyul 2024-cü il tarixli 4564 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 14 may 2024-cü il tarixdə saat 18:30-dan 18:40-dək olan vaxt müddətində ünvan 10 ünvanda yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X7 tərəfindən şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli qısa qol gödəkcənin sağ yan cibindəki pul qabısından 1 ədəd bükümdə təmiz çəkisi 0,483 qram narkotik vasitə heroin aşkar edilərək müvafiq qayda da götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə 14 may 2024- cü il tarixdə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülər bir ədəd «DVD» formatlı diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. Həmin diskə 17 may 2024-cü il tarixdə baxış keçirilərkən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin və sonuncunun əynindəki qara rəngli qısa qol gödəkcənin sağ yan cibindəki pul qabısından 1 ədəd bükümdə narkotik vasitə heroinin olmasının görüntüləri öz əksini tapmışdır. Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan cinayət işinə əlavə edilmiş Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X4 17 aprel 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi ərazi, Xaçmaz rayonu, Qaraqurdlu kəndi, Zərifə Əliyeva küçəsində yerləşən nömrəsi olmayan avto yuma məntəqəsidir. Həmin məntəqə Zərifə Əliyeva küçəsində yerləşən “Oba” marketlə üzbəüz yolun əks tərəfində yerləşir. Məntəqənin 3 tərəfi daş ilə hasara alınmış, ön t'ərəfi isə dəmirlə bağlanmışdır. Məntəqənin həyətində 4 ədəd avtomobillərin yuyulması üçün nəzərdə tutulmuş qaraj və 01 ədəd 1 otaqlı saxlanc otağı vardır. Saxlanc otağının giriş qapısı və pəncərələri plastik materialdan hazırlanmışdır. Hadisə yerinə baxış zamanı məlum olmuşdur ki, saxlanc otağına daxil olaraq samovarı oğurlamış şəxs otağın plastik pəncərəsini açmaqla içəriyə daxil olmuşdur. Baxış zamanı hadisə yerini Zərərçəkmiş şəxs əyani olaraq göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan cinayət işinə əlavə edilmiş Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X4 17 aprel 2024-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 14 aprel 2024-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs 40 manata aldığı tutumu 5 litr olan, latun materialından hazırlanmış, rəngi gümüşü rəngdə olan və üzərində heç bir yazı və yaxud işarə həkk olunmamış 01 ədəd samovarı istintaq orqanına təqdim etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan iş üzrə zərərçəkmiç şəxs Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, mərhum nənəsindən ona xatirə qalan samovar ona qayatrılmış və onun təqsirləndirilən şəxs X1 qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz RİHB-nın Xaçmaz Qaraçı kənd İƏD-dən verilmiş 03 iyun 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz RİHB-nın Xaçmaz Qaraçı kənd İƏD-dən verilmiş 03 iyun 2024-cü il tarixli, 163 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır, Xaçmaz rayon Qaraqurtlu kəndi Zərifə Əliyeva küçəsi ev 34-də atası ilə birlikdə yaşayır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan cinayət işinə əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 02 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək xx.xx.2021ci ildən hesablanmaqla 01 il 01 ay 08 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və Suraxanı rayon məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 07 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Tələbnamədən göründüyü kimi Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi olan şəxsdir. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 01 iyul 2021 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4- cü maddələri ilə təqsirli bilinib 02 il 02 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə, Sumqayıt Apellyasiya Məhkəməsinin 21 dekabr 2021 -ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək xx.xx.2021-ci il tarixdən hesablanmaqla 01 il 01 ay 08 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsinə və Suraxanı rayon məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 07 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 aprel 2024-cü il tarixdə gecə saat 01 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətindən Xaçmaz rayonu, Qaraqurdlu kəndi, Zərifə Əliyeva küçəsində yerləşən Zərərçəkmiş şəxs işlətdiyi “avto yuma” məntəqəsinə ev ilə məntəqəni ayıran daş hasarı aşmaqla məntəqənin həyətinə, oradan isə plastik pəncərəni dəmir alət vasitəsilə açaraq saxlanc yeri sayılan otağa qanunsuz daxil olmaqla dəyəri 130 (yüz otuz) manat məbləğində tutumu 5 litr olan latun materialından hazırlanmış samovarı qəsdən qanunsuz götürüb aparmaqla saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda, narkotik vasitə heroini üzərində qəsdən saxlamaqla daşımış bu fakt o, 14 may 2024-cü il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə dəvət edilib Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 63 may 2024-cü il tarixdə saat 18:30-dan 18:40-dək olan vaxt ərzində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibindəki pul qabının içərisindən bir ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 0,483 qram olan narkotik vasitə heroin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri 177.2.3 və 234.1ci maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza tətin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsiə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə olan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən isə zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməlləri nəticəsində vurulmuş ziyanın ödənilməməsini, hazırda digər məhkəmənin hökmünə əsasən oğurluq cinayətini törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin yüngülləşdirən halların olmamasını, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət əməlini törətməklə cinayətlərin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.1 və 65.2-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş daha ciddi cəzanın son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 14 may 2024-cü il tarixli protokoldan və Xaçmaz Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 may 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 may 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,433 qram çəkidə narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini və yaşadığı evinə baxış keçirilməsi görüntülərini özündə əks etdirən və maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə məhkəmə-bioloji ekspertizasının xərci olan 114 (bir yüz ond dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut olan samovarın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadiərinin olmaması nəzərə alınmalıdır. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 may 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,433 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut olan samovarın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə xüsusi müsadiərinin olmaması nəzərə alınsın. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə məhkəmə-bioloji ekspertizasının xərci olan 114 (bir yüz ond dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-185/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-185/2024
17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver