Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-186/2023 15.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1972-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, özünün deməsinə görə subay və fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Xaçmaz şəhəri, Atatürk küçəsi, ev 87-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq tərkibində narkotik vasitə olan metadon həblərini şəxsi istehlak miqdarından artıq miqdarda, 26 mart 2023-cü il tarixdə Xaçmaz şəhər mərkəzi bazarında naməlum şəxsdən 15 manata alaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 mart 2023-cü il tarixdə o, Xaçmaz şəhəri, Heydər Əliyev prospektində saxlanılaraq həmin gün saat 19:49-dan 20:00-dək olan müddətdə ünvan 1 ünvanında yerləşən X12 inzibati binasında onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli gödəkçəsinin sol üst cibində saxladığı pul kisəsinin içərisindən üzərində «Methadone 40» göstəricisi olan 01 ədəd konvalyut kəsiyində tərkibində 0,08 qram çəkidə narkotik vasitə metadon olan 2 ədəd qəhvəyi rəngli, dairəvi formalı həb aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkoloji xəstədir və o, bu xəstəliyinə görə həkimin ona verdiyi reseptə uyğun olaraq dərman alaraq qəbul edir. O, həkimin ona reseptlə yazdığı dərmanı, tramadol həblərini aptekdən alırmış, sonra isə aldığı dərman artıq həmin aptekdə satılmadığından o, gedərək Bakı şəhərindən almış, yaxud başqa şəxslərə onun üçün Bakı şəhərindən gətirməsini xahiş etmişdir. Xəstəliyi ilə bağlı resept əsasında aldığı həmin dərmanı əldə etmək çətinləşdiyindən, hazırkı işlə bağlı üzərindən aşkar edilmiş metadon həbini təsadüfi bir şəxsdən almalı olmuşdur. Lakin o, metadon həbini əldə etməyin cinayət məsuliyyəti yaratdığını bilməmişdir. O, narkoloji xəstə kimi xəstəxanada yatanda onlara müalicə ilə, ağrılarla əlaqədar xəstəxanada hər gün metadon həbini suda həll olunmuş şəkildə vermişlər. O, metadon həbini təsadüfi bir şəxdən alan kimi polis əməkdaşı Şahid1 onu saxlamış və aldığı metadon həbi, qoyaraq saxladığı cibindəki pul kisəsinin içərisindən aşkar olunmuşdur. Həmçinin bildirdi ki, o, polis tərəfindən üzərindən aşkar olunmuş metadon həbini Xaçmaz şəhər mərkəzi bazarında tanımadığı şəxsdən pul ilə almışdır. O, həmin həbin ikisini 25 manata almış, həmin həbin biri 15 manata satılsa da, o, biri 12,50 manat olmaqla ikisinə görə 25 manat pul verərək almışdır. O, hazırkı işlə bağlı üzərindən aşkar edilmiş, mərkəzi bazardan pul ilə aldığı həmin metadon həbindən istifadə edə bilməmişdir. O, tanımadığı həmin şəxsdən 03 ədəd metadon həbini almış, birini istifadə etmiş, üzərində ikisi qalmış, yol ilə gedərkən o, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Lakin o, bundan əvvəl aldığı metadon həblərindən istifadə etmişdir. O, əvvəllər narkotik vasitə istifadə etdiyinə görə iki dəfə məhkum olunmuş, lakin bu, 14-15 il əvvəl olmuş, o, bundan sonra cinayət əməli törətməməyi özünə söz vermişdir. O, əvvəllər marixuana narkotik vasitəsindən istifadə etdiyinə görə məhkum olunmuş, metadon həbinin onun barəsində cinayət məsuliyyəti yaradacağını bilməmişdir. Onun atası vəfat etmiş, o, anası ilə birlikdə yaşayır, o, evli olmuş, lakin arvadından ayrılmış, iki övladı var, övladları yetkinlik yaşına çatmışlar, həmçinin nəvəsi də var. Əlavə olaraq bildirdi ki, onu saxlayaraq polis şöbəsinə gətirən polis əməkdaşı Şahid1 olmuş, həmin vaxt sonuncunun yanında digər polis əməkdaşı olmamışdır. O, narkoloji xəstə olmaqla yanaşı onkoloji xəstədir, barəsində qərar qəbul edilərkən bu halların nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz şəhəri, Atatürk küçəsi, ev 87-də ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, fərdi qaydada Xaçmaz şəhər bazarında alverlə məşğul olaraq özünü dolandırır. Bir neçə ildir ki, narkotik vasitə istifadəçisi olmuşdur. Bədənində ağrılar olduğundan narkotik tərkibli dərmanlardan istifadə edir. 26 mart 2023-cü il tarixdə, üzdən tanıdığı, lakin dəqiq olaraq adını bilmədiyi bir nəfərlə görüşmüş, həmin şəxsin narkotik vasitə istifadəçisi olduğunu bildiyi üçün ondan ağrıkəsici kimi istifadə etmək üçün narkotik vasitə istəmişdir. Həmin şəxs narkotik vasitələrdən istifadə etmədiyini, lakin üstündə metadon dərman həblərinin olduğunu bildirmişdir. O, 15 manat pul vermiş və 3 ədəd metadon həbini almışdır. Ağrılarını kəsmək üçün bir ədəd həbi dərhal istifadə etmişdir. 2 ədəd həbləri isə cibindəki pul kisəsinin içərisinə qoymuşdur ki, ağrıları olanda istifadə edər. 27 mart 2023-cü il tarixdə, təxminən saat 19 radələrində Xaçmaz şəhəri, Heydər Əliyev prospekti ilə evinə gedərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Sonra da onlarla Xudat polis bölməsinə gəlməyini təklif etmişlər. O, əvvəlcə polis əməkdaşları ilə getmək istəməmiş, amma sonradan razılaşıb polis əməkdaşları ilə birlikdə Xudat polis bölməsinə gəlmişdir. X7 müdafiəçi təqdim ediləndən sonra üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Bundan sonra ona təklif etmişlər ki, üzərində narkotik vasitə və ya qanunla gəzdirilməsi qadağan olunan hər-hansı əşya varsa təqdim etsin. O, etiraz etmədən əynindəki gödəkçənin cibində olan pul qabını çıxarıb içərisində saxladığı iki ədəd metadon həblərini təqdim etmişdir. Bundan sonra üzərinə axtarış aparılsa da, başqa heç nə aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş, üzərindən götürülən iki ədəd dərman həblərini bir ədəd kağız zərfdə qablaşdırıb götürmüşlər. O, zərfin tamlığını və protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, 27 mart 2023-cü il tarixdə Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması, istifadə etməsi və daşıması barədə Xaçmaz RPŞ-nin Xudat PB-yə daxil olmuş məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü qeyd olunan tarixdə onun tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamış və onunla hər hansı bir münasibəti olmamışdır. Əməliyyat qrupunun tərkibində Xudat PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 və həmin PB-nin polis nəfəri Şahid3 Mirzəbəy oğlu daxil edilmişdir. Keçiriləcək tədbirlə bağlı təlimatlandırılandan sonra onlar Xaçmaz şəhəri ərazisində müşahidələr aparmaqla Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinə başlamışlar. Qeyd olunan tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Heydər Əliyev prospektində olmasını müəyyən edilmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edəndən sonra Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq üzərində narkotik vasitələr əldə edib saxlaması, istifadə etməsi və daşıması barədə məlumat daxil olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Xudat PB-yə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs həmin vaxt tək olmuş və etiraz etməyib onlarla birlikdə Xudat polis bölməsinə gəlmişdir. Bu barədə raportla rəhbərliyə məruzə olunmuşdur. Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X4 həvalə olunmuşdur. Elvin Həsənov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları İzah edilmişdir. Xaçmaz rayon Vəkil Bürosunun vəkili X11 bölməyə dəvət edilərək Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Sonra da keçiriləcək şəxsi axtarışın görüntülərinin videoçəkiliş vasitəsi ilə qeydə alınması polis nəfəri Şahid3 həvalə edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda, istifadə etməkdə və daşımaqda şübhəli olduğu üçün polis bölməsinə gətirildiyi və videoçəkiliş vasitəsilə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üstünə axtarış keçirilməsinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və ya qanunla qadağan olunmuş əşyalar varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin üst qoltuq cibindəki pul qabını çıxarıb içərisindən iki ədəd dərman həblərini çıxarıb masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi dərman həblərinin «Metadon» həbləri olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi dərman həblərini öz istifadəsi üçün üstündə gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi dərman həblərindən başqa onun üzərindən başqa heç nə aşkar olunmamışdır. Buna görə də həmin pul qabı Təqsirləndirilən şəxs qaytarılmışdır. Götürülən iki ədəd dairəvi formalı dərman həbləri ekspertizaya göndərilməsindən ötrü 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanmaqla möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs üstünə axtarış keçirilməsi prosesinin video görüntüləri əvvəldən axıra kimi polis nəfəri Şahid3 tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınmış və faktla bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Protokol ucadan oxunandan sonra doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, 27 mart 2023-cü il tarixdə Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması, istifadə etməsi və daşıması barədə Xaçmaz RPŞ-nin Xudat PB-yə daxil olmuş məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü qeyd olunan tarixdə Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 tərəfindən raportla rəhbərliyə məruzə edilmişdir. Sonra əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunun tərkibinə Xaçmaz əməliyyat müvəkkili Şahid1, Xaçmaz RPŞ-nin Xudat PB-nin polis nəfəri Şahid3 Mirzəbəy oğlu və o özü daxil edilmişdir. Keçiriləcək tədbirlə bağlı təlimatlandırılandan sonra onlar Xaçmaz şəhəri ərazisində müşahidələr aparmaqla Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinə başlamışlar. 27 mart 2023-cü il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs Xaçmaz şəhəri Heydər Əliyev prospektində olmasını müəyyən edilmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ona qanunsuz olaraq üzərində narkotik vasitələr əldə edib saxlaması, istifadə etməsi və daşıması barədə məlumat daxil olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Xudat PB-yə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə Xaçmaz RPŞ-nin Xudat PB-yə gəlmişdir. Şahid1 bu barədə raportla rəhbərliyə məruzə edəndən sonra Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı X4 həvalə olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah etdikdən sonra Xaçmaz rayon Vəkil Bürosunun vəkili X9 bölməyə dəvət etmişdir. Müdafiəçi Yusif Talıbov Təqsirləndirilən şəxs təqdim olunandan sonra keçiriləcək şəxsi axtarışın görüntülərinin videoçəkiliş vasitəsilə qeydə alınması polis nəfəri Şahid3 həvalə edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda, istifadə etməkdə və daşımaqda şübhəli olduğu üçün polis bölməsinə gətirilməsi və videoçəkiliş vasitəsilə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üstünə axtarış keçirilməsinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və ya qanunla qadağan olunmuş əşyalar varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin üst qoltuq cibindəki pul qabını çıxarıb içərisindən iki ədəd dərman həblərini çıxarıb masanın üstünə qoymuş və «Metadon» həbləri olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi dərman həblərini öz istifadəsi üçün üstündə gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi dərman həblərindən başqa üzərindən başqa heç nə aşkar olunmamışdır. Buna görə də həmin pul qabı Təqsirləndirilən şəxs qaytarılmışdır. Götürülən iki ədəd dairəvi formalı dərman həbləri ekspertizaya göndərilməsindən ötrü 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmaqla möhürlənmişdir. Təqsirləndirilən şəxs üstünə axtarış keçirilməsi prosesinin videogörüntüləri əvvəldən axıra kimi polis nəfəri Şahid3 tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınmışdır. Təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunandan sonra protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs saxlayarkən o da iştirak etmişdir. Təqsirləndirilən şəxsin onun sonuncunu saxlayarkən iştirak etmədiyi barədə bildirdiyi xüsusat düzgün deyildir, ola bilsin, təqsirləndirilən şəxs onun da təqsirləndirilənə yaxınlaşaraq saxlayan zaman iştirak etməsini xatırlamır. İş materiallarında olan 27 mart 2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və şəxsi axtarışın keçirilməsinin videoçəkilişinin qeydə alındığı DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin Xudat PB-nin TB-nin təhqiqatçısı X5 həmin PB-nin əməliyyat müvəkkili X10, Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1, Xudat PB-nin polis nəfəri Şahid3 Mirzəbəy oğlu, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X8 iştirakları ilə Xaçmaz RPŞ-nin Xudat PB-nin inzibati binasındakı otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində ola biləcək narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəndli gödəkçənin sol üst cibində olan pul qabının ciblərinin birinin içərisində bir bükümdə olan qırmızı rəngli siqaret kağızına bükülmüş iki ədəd narkotik vasitəyə bənzər kütləni könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümdə olan maddə “metadon” kimi tanıdığı narkotik maddədir, bu narkotik maddəni Xaçmaz şəhərində tanıdığı şəxsdən almış və üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə, saat 19:00 radələrində polis əməkdaşları tərəfindən Xaçmaz şəhəri, Heydər Əliyev prospektində saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik maddəyə bənzər vasitə olan bir ədəd qırmızı rəngli siqaret kağızında olan kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2023-cü il tarixli, 6/1756 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 58” dairəvi möhür əksləri olan”, “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” sözləri və imzalar qeyd edilmiş zərfin içərisində bir ədəd üzərində “Methadone 40” göstəricisi olan konvalyut kəsiyində ümumilikdə 2 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər narkotik vasitə - metadondur. 2 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram (üzərindəki göstəriciyə əsasən bir həbdə 0,04 qram) olması müəyyən edilmişdir. Metadon həblərindən təqdqiqata 01 həb sərf edildikdən sonra qalıq 01 həb təşkil etmişdir. İş materiallarında olan 05 aprel 2023-cü il tarixli “Maddi sübutun tanınması haqqında” qərardan və “Sübutların qiymətləndirilməsi haqqında” 03 oktyabr 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş üzərində “Methadone 40” göstəricisi olan konvalyut kəsiyində hər həbdə 0,04 qram olmaqla tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan narkotik vasitə - metadon olan 02 ədəd həb maddi sübut kimi tanınmış və həmin 02 ədəd həbdən 01 ədədi ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 01 ədəd həb Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 20 aprel 2023-cü il tarixli, 2357 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, əməliyyat tapşırığı ilə bağlı bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş narkotik tərkibli dərman həblərini aldığı şəxsi müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması ilə bağlı digər halları müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 5(067)- 69/2023 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, istifadə etməsi və daşıması barədə “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” 27 mart 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 03 oktyabr 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş, tərkibində 0,08 qram çəkidə narkotik vasitə metadon olan 2 ədəd həbin əldə edilməsi mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq ayrıca icraata qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba Rayon X1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2000-ci il tarixdən Quba rayon PNRM-nin müşahidəsindədir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 1593 saylı ekspert rəyindən müəyyən edilir ki, 1.Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu (F.60.3) aşkar olunur. Aşkar edilən “Emosional davamsız şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. 2. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab verə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi köçürülmüş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 №-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan metadonun şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,02 qramdan artıq olması, külli miqdarı isə 1,6 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə metadonun ümumi təmiz miqdarı 0,08 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Atatürk küçəsi ev 87-də 1943-cü il təvəllüdlü anası ilə birgə yaşayır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvanda ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa çalışmış, ətrafındakılara qarşı mehriban olmuşdur. Şəhərin ictimai işlərində fəal iştirak etmişdir. Çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 27 mart 2023-cü il tarixli protokoldan, qətimkan tədbirinin seçilməsi barədə 29 mart 2023-cü il tarixli qərardan və xx.xx.2023-cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. İş materiallarından müəyyən olunur ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, üzərində “Methadone 40” göstəricisi olan konvalyut kəsiyində hər tabletdə 0,04 qram olmaqla tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan narkotik vasitə - metadon olan 02 ədəd həbdən ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd həb Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış “Methadone 40” göstəricili konvalyut kəsiyində olmaqla tərkibində metadon narkotik vasitəsi olan 01 (bir) ədəd həb hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu müddət, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 05 (beş) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 noyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış “Methadone 40” göstəricili konvalyut kəsiyində olmaqla tərkibində metadon narkotik vasitəsi olan 01 (bir) ədəd həb hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon Polis Şöbəsinə, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-186/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-186/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver