Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-19/2020 07.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə xx xxx 1981-ci ildə Xaçmaz rayonu Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,180 qram çəkidə psixotrop maddə olan metafetamin əldəedib şəxsi istifadəsi üçün etibarnamə əsasında idarə etdiyi «MersedesBenz-300»markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda saxlamış, 05 sentyabr2019-cu il tarixdə saat 18 radələrində Xaçmaz RPŞ-nin Xudat PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Xudat şəhəri M.F.Axundov küçəsində saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə XudatPB-nə gətirilib qeyd olunan avtomobilə baxış keçirilərkən avtomobilin salonundakı külqabının alt hissəsindən qeyd olunan çəkidə psixotrop maddə olan metafetamin bir ədəd kağız bükümdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır və rəsmi olaraq heç yerdə işləmir, lakin fərdi qaydada özünə məxsus «Mersedes Benz 300» markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobildən taksi kimi istifadə edib sərnişin daşımaqla məşğul olaraq ailələrinin dolanışığına köməklik edir. Bir neçə ildir ki, arabir düşəndə narkotik vasitə olan qurudulmuş marixuanadan çəkmə yolu ilə istifadə edir. Təxminən bir ay əvvəl, dəqiq olaraq günü yadında olmayan tarixdə Xudat şəhər avtovağzalının qarşısından təxminən 40-45 yaşlarında tanımadığı bir şəxsi sərnişhin kimi idarə etdiyi avtomobillə Bakı şəhərinə aparmış və yolda söhbət əsnasında həmin şəxs ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşmuş, o, da cavabında ona arabir düşəndə narkotik vasitədən istifadə etdiyini demişdir. Bakı şəhərinə çatmağa az qalmış həmin şəxs cibindəki siqaret qutusunun arxasından bir ədəd ağ kağız bükülü çıxarıb ona vermiş və həmin bükümdəki maddənin narkotik vasitə «şüşə» olduğunu demiş, lakin həmin şəxs narkotik vasitəyə görə ondan pul almamışdır. O, narkotik vasitəni alıb əvvəlcə cibinə qoymuş, Bakı şəhərində həmin şəxsi avtomobildən düşürəndən sonra narkotik vasitəni üstündə saxlamaqdan çəkinmiş və ona görə də avtomobilin salonundakı külqabının arxa hissəsində gizlətmiş, sonradan narkotik vasitə yadından çıxaraq avtomobildə qalmışdır. xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 18 radələrində idarə etdiyi avtomobillə Xudat şəhəri M.F.Axundov küçəsində dayandığı zaman polis əməkdaşları ona yaxınlaşmış və onlarla Xudat PB-nə gəlməsini təklif etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Xudat PB-nə gəlmiş və bölmənin inzibati binasındakı otaqlardan birində hal şahidlərinin iştirakı ilə üstündə axtarış keçirilmiş, lakin üstündən heç nə aşkar olunmamışdır. Bundan sonra bölmənin həyətində idarə etdiyi «Mersedes Benz 300» markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı polis əməkdaşları ona avtomobildə narkotik vasitə və ya qanunla qadağan olunmuş əşyalar varsa təqdim etməsini təklif edəndə təxminən bir ay əvvəl tanımadığı şəxsin ona narkotik vasitə verdiyini xatırlamış və bundan sonra avtomobilin salondakı külqabının arxa hissəsində gizlətdiyi içərisində narkotik vasitə «şüşə» olan həmin bir ədəd bükülünü çıxarıb təqdim etmişdir. Sorğu zamanı polis əməkdaşlarına təqdim etdiyi bükülünün içərisindəki kütlənin narkotik vasitə «şüşə» olduğunu etiraf etmiş və həmin narkotik vasitəni təxminən bir ay əvvəl sərnişin kimi Bakı şəhərinə apardığı tanımadığı bir şəxsin ona verdiyini bildirmişdir. Təqdim etdiyi bükülü polis əməkdaşları tərəfindən açılaraq içərisindəki kütlə iştirakçılapra göstərilmiş və bundan sonra yenidən bükülərək bir ədəd zərfə qablaşdırılaraq ağzı möhürlənmişdir. Bundan sonra faktla bağlı protokol tərtib edilərək ucadan oxunmuş və o, protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Törətdiyi əməldən peşmandır, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq ona həbslə əlaqədar olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, Xudat şəhəri Dəmir Yolu küçəsi ev 3, mənzil 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, üzərində və idarə etdiyi «Mercedes Benz 300» markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə Xudat PB-nə daxil olmuş məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü xx xxxxxxxx 2019-cu il tarixdə raportla şöbə rəhbərliyinə məruzə olunmuş və bununla bağlı müvafiq sənədləşmə aparılmışdır. Bundan sonra qeyd olunan tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz 300» markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xudat şəhəri M.F.Axundov küçəsində dayandığını müşahidə etmiş, buna görə də ona yaxınlaşıb özlərini təqdim etmiş və onlarla birlikdə Xudat PB-nə gəlməsini təklif etmişlər. O, etiraz etməyib onlarla birlikdə bölməyə gəlmiş və bununla əlaqədar araşdırma aparılması Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X3 həvalə olunmuşdur. Təqsirləndirilən şəxs üstündə və idarə etdiyi avtomobildə narkotik vasitə olması ehtimalı olduğuna görə bölməyə iki hal şahidi dəvət edilmiş, onlara hüquq və vəzifələri izah olunandan sonra Təqsirləndirilən şəxs otağa dəvət edilmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs üstündəki əşyaları çıxarıb təqdim etməsi təklif edilmiş, o, etiraz etməmiş, əynindəki şalvarın sağ cibindən beş ədəd 1 manatlıq, bir ədəd 10 manatlıq və bir ədəd 20 manatlıq əskinaslardan ibarət olmaqla 35 manat məbləğində pul, həmçinin arxa hissəsində «İphone» sözü yazılmış bir ədəd mobil telefon təqdim edərək üstündə həmin pul və telefondan başqa heç nə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin onun üstündən narkotik vasitə və ya cinayət xarakterli digər hər hansı bir əşya aşkar olunmamışdır. X5 tərəfindən bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz 300» markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs avtomobilində narkotik vasitə və ya qanunla qadağan olunmuş əşyalar varsa onları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyib avtomobilin salonunda, ötürücülər qutusunun ötürücüsünün qarşısındakı külqabının içərisindən kənarları yandırılaraq yapışdırılmış bir ədəd 1 manatlıq əskinas, külqabının alt hissəsindən isə siqaret qutusunun şəffaf sellofanına bükülmüş bir ədəd üst tərəfi ağ, içəri tərəfi isə tünd göy rəngli kağız bükülü çıxarıb təqdim etmişdir. Bükülü açıldıqda onun içərisində kristal formada olmaqla ağ rəngli və psixotrop maddə olan metafetaminə oxşar kütlənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bükülünün içərisindəki kütlənin həqiqətən psixotrop maddə metafetamin olduğunu və onu özünün istifadəsi üçün saxladığını bildirmişdir. Həmin psixotrop maddəni haradan əldə etməsi soruşulduqda isə o, qeyd olunan metafetamini təxminən bir ay əvvəl idarə etdiyi avtomobillə sərnişin kimi Bakı şəhərinə apardığı tanımadığı şəxsin ona verdiyini bildirmişdir. Bundan sonra avtomobilə baxış keçirilməsi davam etdirilsə də, avtomobildən başqa narkotik vasitə, psixotrop maddə və ya cinayət xarakterli digər əşyalar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən götürülmüş kütlə ekspertizaya göndərilməsindən ötrü yenidən bükülərək bir ədəd zərfə qablaşdırılmış və ağzı möhürlənmişdir. Faktla bağlı X5 tərəfindən protokol tərtib edilmiş və protokol ucadan oxunandan sonra düzgün tərtib edildiyinə görə bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin Xudat PB-nin növbətçi köməkçisi, polis baş serjantı Şahid2 Şahid3 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid1 ifadəsinən göünür ki, ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin fərdi qaydada fəhləlik edərək ailəsini dolandırır. xx xxxxxxxx 2019-cu il tarixdə saat 18 radələrində Xudat şəhəri H.Əliyev küçəsi ilə piyada evə gedərkən həmin küçədə yerləşən Xudat PB-nin inzibati binasının qarşısına çatanda polis əməkdaşlarından biri ona yaxınlaşıb narkotik vasitə ilə bağlı bölməyə gətirilmiş bir şəxsin üstünə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirəcəklərini demiş və həmin baxışda hal şahidi kimi iştirak etməsini xahiş etmişlər. O, etiraz etməyib polis əməkdaşı ilə birlikdə bölmənin inzibati binasındakı otaqlardan birinə gəlmiş və ondan başqa adını sonradan bildiyi Xaçmaz rayonu İstisu qəsəbə sakini Şahid4 da hal şahidi kimi ora dəvət edilmişdir. Hal şahidi kimi hüquq və vəzifələri izah olunandan sonra polis əməkdaşları onlara bir şəxsi təqdim edərək həmin şəxsin üstünə axtarış və idarə etdiyi avtomobilə baxış keçirəcəklərini bildirmişlər. Həmin şəxsin Xudat şəhər sakini Təqsirləndirilən şəxs olması orada ona məlum olmuş, şəxsən özü əvvəllər Təqsirləndirilən şəxs tanımamış və onunla aralarında heç bir münasibət olmamışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs üstündəki əşyaları çıxarıb təqdim etməsini təklif edəndə o, etiraz etməmiş və əynindəki şalvarın sağ cibindən beş ədəd 1 manatlıq, bir ədəd 10 manatlıq və bir ədəd 20 manatlıq əskinaslardan ibarət olmaqla 35 manat məbləğində pul, həmçinin arxa hissəsində «İphone» sözü yazılmış bir ədəd mobil telefon təqdim edərək üstündə həmin pul və telefondan başqa heç nə olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin onun üstündən heç nə aşkar olunmamışdır. Polis əməkdaşlarından biri bu barədə protokol tərtib edərək ucadan oxumuş və düzgün tərtib edildiyinə görə bütün iştirakçılar, o cümlədən o, özü həmin protokolu imzalamışdır. Bundan sonra polis əməkdaşları tərəfindən onların iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz 300» markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs avtomobilində narkotik vasitə və ya qanunla qadağan olunmuş əşyalar varsa onları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməmiş və avtomobilin salonunda, ötürücülər qutusunun ötürücüsünün qarşısındakı külqabının içərisindən kənarları yandırılaraq yapışdırılmış bir ədəd 1 manatlıq əskinas, külqabının alt hissəsindən isə siqaret qutusunun şəffaf sellofanına bükülmüş bir ədəd üst tərəfi ağ, içəri tərəfi isə tünd göy rəngli kağız bükülü çıxarıb təqdim etmişdir. Bükülü açıldıqda onun içərisindən kristal formada olmaqla, ağ rəngli maddə aşkar edildi. Polis əməkdaşları həmin maddənin psixotrop maddə olan metafetaminə oxşadığını demiş, sorğu zamanı Təqsirləndirilən şəxs özü də bükülünün içərisindəki kütlənin həqiqətən psixotrop maddə olan metafetamin olduğunu etiraf etmiş və onu özünün istifadəsi üçün saxladığını bildirmişdir. Psixotrop maddəni haradan əldə etməsi soruşulduqda isə o, qeyd olunan metafetamini təxminən bir ay əvvəl idarə etdiyi avtomobillə sərnişin kimi Bakı şəhərinə apardığı tanımadığı şəxsin ona verdiyini demişdir. Bundan sonra polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilməsi davam etdirilmiş, lakin avtomobildən başqa narkotik vasitə, psixotrop maddə və ya cinayət xarakterli digər əşyalar aşkar olunmamışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən götürülmüş kütləni Bakı şəhərinə ekspertizaya göndərəcəklərini demiş və onu yenidən bükərək bir ədəd zərfə qablaşdıraraq ağzını möhürləmişlər. Faktla bağlı ayrı bir protokol tərtib edilmiş və ucadan oxunmuşdur. Düzgün tərtib edildiyinə görə bütün iştirakçılar, o cümlədən o, özü həmin protokolu və Təqsirləndirilən şəxs götürülmüş kütlənin qablaşdırıldığı zərfin tamlığını imzası ilə təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid4, ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 22762 №-li rəyinə əsasən bir ədəd zərfdə təqdim olunmuş bir bükümün içərisindəki ağ rəngli kristallik formada maddə təmiz çəkisi 0,180 qram metafetamindir. Metafetamin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr»in siyahılarına daxildir Təqsirləndirilən şəxs avtomaşınından aşkar edilmiş bir manatlıq AZN üzərində hər hansı narkotik vasitənin və psixotrop maddənin izləri aşkar olunmadı. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 2670 №-li rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhər İƏD-nin nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 aztaşlı övladı var və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,180 qram çəkidə psixotrop maddə olan metafetamin əldə edib şəxsi istifadəsi üçün etibarnamə əsasında idarə etdiyi «Mersedes Benz-300»markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda saxlamış, xx xxxxxxxx 2019-cu il tarixdə saat 18 radələrində Xaçmaz RPŞ-nin Xudat PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Xudat şəhəri M.F.Axundov küçəsində saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə XudatPB-nə gətirilib qeyd olunan avtomobilə baxış keçirilərkən avtomobilin salonundakıkülqabınınalthissəsindənqeyd olunan çəkidə psixotrop maddə olan metafetamin bir ədəd kağız bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs Jərulla oğluna cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, təqsirləndirilən şəxsin yaşını, ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini, himayəsində iki azyaşlı uşağın olmasını və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxsüzərinə yaşayış yerini 23:30-dan 07:00-dəktərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmazrayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında 01 (bir) ədəd zərfə qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılan 0,130 qram çəkidə psixotrop maddə olan metafetamin məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan cəm i93,40 (doxsan üç manat qırxq qəpik) manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFTBİKCTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu-ci il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək həbsdə olduğu 02 (iki) gün müddətona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 11 ay (dörd) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:30-dan 07:00-dəktərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmazrayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirihökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında 01(bir) ədəd zərfə qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılan 0,130qram çəkidə psixotrop maddə olan metafetamin məhv edilsin. İş üzrə ekspertiza xərci olan cəmi 93,40 (doxsan üç manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFTBİKCTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: İLKİN XƏLİLOV.
Məhkəmə qərarları › İş №1(067)-19/2020
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-19/2020
07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver