Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-19/2021 09.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə xx xxxxx 1990-cı ildə Xaçmaz rayonu Armudpadar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Xaçmaz rayonu rayonu Armudpadar kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki üzərində daşımaqla saxlamış, xx xxxx 2020-ci il tarixdə saat 19:35 radələrində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xaçmaz şəhəri Atatürk küçəsində saxlanılaraq Xaçmaz RPŞ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə olmaqla 47,970 qram çəkidə narkotik vasitə olan kustar üsulla hazırlanmış tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, Xaçmaz rayonu Armudpadar kəndində qeydiyyatda olsa da, 2020-ci ilin iyul ayının ortalarından ünvan 1-də kirayədə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir və təxminən 5-6 ay olar ki, narkotik vasitə olan qurudulmuş marixuana və tiryəkdən istifadə edir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 10 radələrində kirayədə yaşadığı evdən çıxıb Xaçmaz şəhər bazarına gedərkən Atatürk küçəsində, yaşadığı evdən bir qədər aralıda qoyulmuş zibil qutularının yaxınlığında yerdə bir ədəd sellofan bükülü diqqətini cəlb etmiş, həmin sellofan bükülünü götürmüş və açıb baxanda onun içərisində narkotik vasitə hesab edilən tiryək olduğunu görmüşdür. Özü narkotik vasitədən istifadə etdiyinə görə tapdığı tiryəki atmamış və şəxsi istifadəsi üçün gümüşü rəngli kağıza bükərək əynindəki qara rəngli şalvarın cibinə qoyub evə gətirmişdir. Tapdığı həmin tiryəki sonrakı günlərdə heç kimə göstərməmiş və gələcəkdə istifadə etmək məqsədi ilə cibində saxlamışdır. xx xxxx 2020-ci il tarixdə saat 19:35 radələrində evdən çıxıb yaxınlıqda olan mağazaya gedərkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. O, etiraz etməyib avtomobilə əyləşərək polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmiş, şöbənin inzibati binasında ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə saxlamaqda şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra polis əməkdaşları video çəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyini demiş və sonra isə ona üzərində olan əşyaları çıxarıb təqdim etməsi təklif olunmuşdur. Polis əmkdaşlarının təklifindən sonra o, əgər üstündə olan narkotik vasitəni çıxarıb təqdim etməsə üstünə axtarış keçiriləcəyini və üstündə olan narkotik vasitənin aşkar ediləcəyini bilmiş və bu səbəbdən məcbur olub əynindəki şalvarın sol yan cibində saxladığı bir ədəd gümüşü rəngli kağız bükümü, iki ədəd «Rothmans» markalı siqaret qutusunu və bir ədəd kibriti qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşları təqdim etdiyi gümüşü rəngli kağız bükümü onun iştirakı ilə açıb içində olan tiryəki görmüş və ondan həmin tiryəki haradan aldığını soruşmuşlar. O, hər şeyi könüllü olaraq etiraf etmiş, həmin narkotik vasitənin özünə məxsus olduğunu, onu xx xxxx 2020-ci il tarixdə Xaçmaz şəhəri Atatürk küçəsində yerdən tapdığını və gələcəkdə özünün istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun üstündən aşkar olunmuş tiryəki bir ədəd zərfə qoyub qablaşdırmış və bu barədə protokol tərtib etmişlər. O, həmin protokolu oxuduqdan sonra doğru yazıldığını görüb protokola və zərfin üstünə imza etmişdir. O, həmçinin göstərmişdir ki, heç kimdən narkotik vasitə almamış və heç kimə də narkotik vasitə satmamışdır. Üstündən aşkar olunmuş tiryəki isə qeyd etdiyi kimi xx xxxx 2020-ci il tarixdə Xaçmaz şəhəri Atatürk küçəsində yerdən tapmış və gələcəkdə özünün istifadə etməsi üçün saxlamışdır. Etdiyi hərəkətlərdən hazırda peşmandır və gələcəkdə belə işlərə yol verməyəcəkdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin KTQ-nun baş inspektoru, polis mayoru Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X4 onu öz xidməti iş otağına dəvət etmiş, həmin vaxt otaqda X3dan başqa NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, həmçinin şəxsiyyəti sonradan ona məlum olan Xaçmaz rayonu Armudpadar kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olmuşdur. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğu üçün əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 tərəfindən şöbəyə gətirildiyi orada ona məlum olmuşdur. X3 tərəfindən Təqsirləndirilən şəxs üstünə videoçəkiliş vasitəsi ilə axtarış aparılacağı, ona isə həmin prosesin video görüntülərini çəkiliş vasitəsi ilə qeydə alacağı bildirilmiş, bundan sonra Təqsirləndirilən şəxs üstünə axtarış aparılmasına başlanılmış və Təqsirləndirilən şəxs üstündə olan əşyaları çıxarıb təqdim etməsi təklif edilmişdir. O, etiraz etməmiş və əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd gümüşü rəngli kağız bükülü, 02 (iki) qutu «Rothmans» markalı siqaret və 01(bir) ədəd kibrit qutusu çıxarıb masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli kağız bükülü açıldıqda onun içərisində narkotik vasitə tiryəkə bənzər qara rəngli kütlənin olduğu müəyyən edilmiş və sorğu zamanı Təqsirləndirilən şəxs özü də təqdim etdiyi bükülünün içərisindəki kütlənin həqiqətən narkotik vasitə tiryək olduğunu etiraf etmişdir. Narkotik vasitəni haradan əldə etməsi soruşulduqda isə o, həmin narkotik vasitəni xx xxxx 2020-ci il tarixdə yaşadığı küçədəki zibil qutusunun yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün götürüb üstündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə axtarış davam etdirilmiş, lakin onun üstündən başqa narkotik vasitə və ya cinayət xarakterli digər hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs götürülmüş kütlə ekspertizaya göndərilməsindən ötrü yenidən bükülərək 01 ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış və üzəri möhürlənmişdir. «Rothmans» markalı siqaret qutularının və kibrit qutusunun içərilərində iş üçün əhəmiyyət kəsb edən narkotik vasitə və s. aşkar olunmadığından onlar Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. X3 tərəfindən bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. O, Təqsirləndirilən şəxs üstünə axtarış keçirilməsi prosesinin video görüntülərini əvvəldən axıra kimi «SONY» markalı video kamera ilə qeydə almış və sonradan həmin görüntüləri bir ədəd CD diskə köçürərək X3a təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Xaçmaz rayonu Armudpadar kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması, istifadə etməsi və daşıması barədə Xaçmaz RPŞ-nə daxil olmuş məlumattın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü qeyd olunan tarixdə raportla şöbə rəhbərliyinə məruzə olunmuş və bununla bağlı müvafiq sənədləşmə aparılmaqla onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Xaçmaz RPŞ-nin NMQ-nun sabiq baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 qrupun tərkibinə daxil edilmiş və bundan sonra onlar Xaçmaz şəhəri ərazisində müşahidələr aparmaqla Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat 19:35 radələrində Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri Atatürk küçəsi ilə piyada getdiyini müşahidə edib ona yaxınlaşmış, özlərini təqdim edəndən sonra qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirib onlarla birlikdə Xaçmaz RPŞ-nə gəlməsini təklif etmişlər. O, etiraz etməyib onlarla birlikdə şöbəyə gəlmiş və onun barəsində araşdırma aparılması Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X2 həvalə olunmuşdur. X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının qorunmasından ötrü vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim ediləndən sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğuna görə üstünə videoçəkiliş vasitəsi ilə axtarış aparılacağı bildirilmiş və Xaçmaz RPŞ-nin KTQ-nun baş inspektoru, polis mayoru Şahid3 çəkiliş aparmasından ötrü TB-nə dəvət edilmişdir. Axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs üstündə olan əşyaları çıxarıb təqdim etməsi təklif olunmuşdur. O, etiraz etməmiş və əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd gümüşü rəngli kağız bükülü, 02 (iki) qutu «Rothmans» markalı siqaret və 01(bir) ədəd kibrit qutusu çıxarıb masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli kağız bükülü açıldıqda onun içərisində narkotik vasitə tiryəkə bənzər qara rəngli kütlənin olduğu müəyyən edilmiş və sorğu zamanı Təqsirləndirilən şəxs özü də təqdim etdiyi bükülünün içərisindəki kütlənin həqiqətən narkotik vasitə tiryək olduğunu etiraf etmişdir. Narkotik vasitəni haradan əldə etməsi soruşulduqda isə o, həmin narkotik vasitəni xx xxxx 2020-ci il tarixdə yaşadığı küçədəki zibil qutusunun yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün götürüb üstündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə axtarış davam etdirilmiş, lakin onun üstündən başqa narkotik vasitə və ya cinayət xarakterli digər hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs götürülmüş kütlə ekspertizaya göndərilməsindən ötrü yenidən bükülərək 01 ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış və üzəri möhürlənmişdir. «Rothmans» markalı siqaret qutularının və kibrit qutusunun içərilərində iş üçün əhəmiyyət kəsb edən narkotik vasitə və s. aşkar olunmadığından onlar Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. X3 tərəfindən bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üstünə axtarış keçirilməsi prosesinin video görüntüləri əvvəldən axıra kimi ekspert-kriminalist Şahid3 tərəfindən video çəkiliş vasitəsi ilə qeydə alınmış və bir ədəd CD diskə köçürülərək materiala əlavə olunmuşdur. Məhkəmədə ifadəsi elan olunmuş Xaçmaz RPŞ-nin NMQ-nun sabiq baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, ibtidai araşdırma zamanı Şahid2 ifadəsi ilə anoloji ifadə vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 6/1366 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Zərflər üçün №58» dairəvi möhür əksi və imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 47,970 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – tiryəkdir. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 2365 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Xaçmaz rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancının 15% dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına, xx xxxxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Xaçmaz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü dəyişdirilərək CM-nin 69.3-cü maddəsinə əsasən aylıq qazancının 10% tutulmaqla 04 (dörd) ay 09 (doqquz) gün müddətinə islah işləri cəzası təyin edilmiş və xx xxxx 2019-cu ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Yergüc kənd X5 üzrə nümayəndəlikdən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki üzərində daşımaqla saxlamış, xx xxxx 2020-ci il tarixdə saat 19:35 radələrində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xaçmaz şəhəri Atatürk küçəsində saxlanılaraq Xaçmaz RPŞ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə olmaqla 47,970 qram çəkidə narkotik vasitə olan kustar üsulla hazırlanmış tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, təqsirləndirilən şəxsin yaşını, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:30-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək «başqa yerə gətməmək haqqında iltizam» növündə qətimkan tədbiri ilə əvəz edilməklə onun dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 47,920 qram çəkidə narkotik vasitə tiryək məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza xərci olan cəmi 65 (altımış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək həbsdə olduğu 06 (altı) ay 19 (on doqquz) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 04 (dörd) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:30-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 47,920 qram çəkidə narkotik vasitə tiryək məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 65 (altımış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: İLKİN XƏLİLOV.
Məhkəmə qərarları › İş №1(067)-19/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-19/2021
09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver