Məhkəmə qərarları › İş №1(067)-19/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-19/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-19/2023 22.06.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Samur-Yalama Milli Parkının nümayəndəsi X5, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1975-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdam rayonunun Çullu kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi yeni yaşayış massivində yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 35-ci maddəsinin tələbinə zidd olaraq, həmçinin “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10-1.7.4-cü maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2013-cü il tarixli 929 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkı haqqında” Əsasnamənin 3.7.8-ci bəndinin tələblərinə əsasən meşələrdə əsas istifadə qırıntısı qadağan edilməsinə baxmayaraq, 01 dekabr 2021-ci il tarixdən 04 dekabr 2021-ci il tarixədək olan müddət ərzində xüsusi mühafizə olunan təbiət əraziləri hesab olunan Milli Parkın Xaçmaz rayonu Nabran qəsəbəsi ərazisində yolun kənarında 8 saylı dolayın 15 və 16-cı kvartallarında yerləşən cəmi 13.188 manat dəyərində 31 ədəd müxtəlif cinsli və diametrli köküstə yaş ağacları, o cümlədən 15-ci kvartal üzrə palıd ağacı - 360 manat dəyərində 1 ədəd diametri 58 santimetrlik, 1.010 manat dəyərində 1 ədəd diametri 71 santimetrlik, 260 manat dəyərində 1 ədəd diametri 56 santimetrlik, 60 manat dəyərində 1 ədəd diametri 51 santimetrlik, 210 manat dəyərində 1 ədəd diametri 55 santimetrlik, 620 manat dəyərində 2 ədəd diametri 57 santimetrlik, 610 manat dəyərində 1 ədəd diametri 63 santimetrlik, 160 manat dəyərində 1 ədəd diametri 54 santimetrlik, 120 manat dəyərində 2 ədəd diametri 50 santimetrlik, 100 manat dəyərində 2 ədəd diametri 47 santimetrlik, 1.210 manat dəyərində 1 ədəd diametri 75 santimetrlik, 1.160 manat dəyərində 1 ədəd diametri 74 santimetrlik, 460 manat dəyərində 1 ədəd diametri 60 santimetrlik, vələs ağacı - 18 manat dəyərində 1 ədəd diametri 32 santimetrlik, 16-cı kvartal üzrə palıd ağacı - 60 manat dəyərində 1 ədəd diametri 51 santimetrlik, 1.460 manat dəyərində 1 ədəd diametri 80 santimetrlik, 330 manat dəyərində 3 ədəd diametri 53 santimetrlik, 610 manat dəyərində 1 ədəd diametri 63 santimetrlik, 50 manat dəyərində 1 ədəd diametri 46 santimetrlik, 360 manat dəyərində 1 ədəd diametri 58 santimetrlik, 510 manat dəyərində 1 ədəd diametri 61 santimetrlik, 2.060 manat dəyərində 1 ədəd diametri 92 santimetrlik, 260 manat dəyərində 1 ədəd diametri 56 santimetrlik, 160 manat dəyərində 1 ədəd diametri 54 santimetrlik, 210 manat dəyərində 1 ədəd diametri 55 santimetrlik, 760 manat dəyərində 1 ədəd diametri 66 santimetrlik, ümumilikdə 30 ədəd palıd və 1 ədəd vələs ağacı olmaqla, cəmi 13.188 (on üç min yüz səksən səkkiz) manat dəyərində bioloji inkişafda olmuş köküstə yaş ağacları verdiyi tapşırıq əsasında istintaqa məlum olmayan şəxs(lər) vasitəsilə kəsib götürərək külli miqdarda ziyan vurmaqla xüsusi mühafizə olunan təbiət ərazilərində ağacları vahid niyyətlə qanunsuz kəsmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, özünə məxsus olan **-UU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini icarəyə verib yük daşımaqla ailəsini dolandırır. O, Birinci Qarabağ müharibəsində iştirak etmiş, lakin əlilliyi yoxdur, qazi olduğu üçün ona "qazi Rəşid" deyirlər. 04 dekabr 2021-ci il tarixdə Qubadan çınqıl gətirmək lazım olduğu üçün sürücü kimi işləyən Fuada bu barədə demiş, Fuad isə ona Qubaya gedə biləcəyini bildirmişdir. Bundan sonra Fuadı Xocahəsən qəsəbəsində yük maşınının olduğu yerdən Qubaya yola salmış, bunun üçün Fuada 50 manat pul vermişdir. O, Fuada özünə məxsus olan **-UU- *** dövlət qeydiyyat nişanlı yük avtomobili verib Quba rayonuna gedərək oradan karyerdən çınqıl gətirəcəyini demişdir. Fuadla bu barədə razılaşdıqdan sonra avtomobilin açarını sonuncuya vermiş, sonra özünün işi olduğuna görə oradan uzaqlaşmışdır. Fuadla danışıb maşını sonuncuya təhvil verdikdən təxminən 3-4 saat sonra Fuad hazırda xatırlamadığı telefon nömrəsi ilə ona zəng edərək bildirmişdir ki, Yaşar adı ilə tanınan, əsl adı isə Şəadət olan şəxs Fuada Xaçmaz rayonunda qazilərin odunu olduğunu və onun gətirilməsi üçün 300 manat pul verdiyini, həmin yükü götürmək istədiyini demiş, o, Fuada razılıq vermişdir. Sonradan eşitmişdir ki, Fuad Xaçmaz rayonunda meşədən odun yığan zaman tutulmuş, polis şöbəsinə aparılmışdır. Cinayət işi başlandıqdan sonra öyrənmişdir ki, həmin ağacları Şəadət adlı şəxs kəsdirmiş, Fuadla da Şəadət telefonla danışmışdır. Bu hadisədən sonra o, Şəadətlə görüşmüş, sonuncu da həqiqətən ağacları kəsdiyini və meşədən odunları onun (Şəadətin) tutduğu fəhlələrin götürmək istədiyini və Parkın əməkdaşlarının da orada fəhlələri saxladıqlarını bildirmişdir. Milli parkda olan odunlar ona məxsus olan **-UU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yüklənmiş, sonra Milli Parkın əməkdaşları tərəfindən saxlanılmışdır. Həmçinin bildirmişdir ki, o, hadisənin baş verdiyi ərazidə heç vaxt olmamış, oranı tanımamışdır. O, sürücü Şahid6 Xaçmaz rayonuna qum gətirməsi üçün göndərmiş, Fuad ona zəng edərək Xaçmaz rayonunda qazilərin onlar üçün odun aparmasını bildirmiş, o da qazilər üçün odun aparmasına icazə vermişdir. Onun həmin ərazidə, həmin ağacların kəsilməsindən heç bir məlumatı olmamış, ona böhtan atılmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndələri ifadəsində göstərdi ki, 2021-ci il 04 dekabr tarixində Samur-Yalama Milli Parkının Xaçmaz rayonunun Nabran kəndi yaxınlığında Yalama meşə sahəsinin 8 saylı dolayının ərazisində ağacların kəsilərək maşına yükləndiyi barədə verilmiş məlumatla bağlı Milli parkın əməkdaşları tərəfindən yerində araşdırılmışdır. Araşdırma Xaçmaz rayonunun Nabran kəndi yaxınlığında Samur-Yalama Milli Parkının Yalama meşə sahəsinin 8 saylı dolayının ərazisində aparılmışdır. Yoxlama zamanı dolayın ərazisində yaş vəziyyətdə kəsilmiş ağacların girdə içlik oduncağının **-AC-*** dövlət nömrə nişanlı “QAZ-66” markalı yük avtomobili ilə meşədən çıxarılaraq **-UU-*** dövlət nömrə nişanlı “MERCEDES” markalı yük avtomobilinə yükləndiyi aşkar edilmiş və qanun pozuntusunu törətməkdə şübhəli bilinən şəxslər saxlanılmışdır. Saxlanılarkən tabeçilik göstərmədikləri üçün əraziyə polis əməkdaşları dəvət olunmuş və onların köməkliyi ilə yük maşınları Milli Parkın inzibati binasının həyətinə gətirilmişdir. Keçirilən baxış zamanı “QAZ-66” markalı avtomobilin yük yerində müxtəlif diametrli 11 ədəd, “MERCEDES” markalı yük avtomobilinin yük yerində isə müxtəlif diametrli doğranmış yaş vəziyyətdə girdə içlik oduncağının olduğu aşkar olunmuşdur. Bununla bağlı Samur-Yalama Milli Parkının Yalama meşə sahəsinin 08 saylı dolayının ərazisinə baxış keçirilmişdir. Baxış zamanı dolayın 15-ci kvartalında yaş köküstə yeni kəsilmiş köküstə müxtəlif diametrdə palıd və 1 ədəd vələs cinsdən olmaqla, kəsilmiş ağacın dib kötükləri, həmin dolayın 16-cı kvartalında isə yaş köküstə yeni kəsilmiş müxtəlif diametrdə palıd ağacının dib kötükləri aşkar olunmuşdur. Araşdırma zamanı Milli parkın Yalama meşə sahəsinin 08 saylı dolayının 15 və 16-cı kvartallarının ərazilərində ümumilikdə 31 ədəd kəsilmiş ağacın dib kötükləri aşkar olunmuşdur. Həmçinin bildirmişdir ki, həmin ağacların kəsilməsi nəticəsində Milli Parka 13188 manat məbləğində zərər vurulmuş, təqsirləndirilən şəxs həmin zərərin məbləğindən zərərçəkmişə heç bir məbləğ ödəməmişdir. Vurulmuş 13188 manat məbləğində zərərin ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, 2020-ci ilin mart ayından Samur-Yalama Milli Parkının direktoru vəzifəsində işləyir. Milli Parkın fəaliyyət istiqamətinə nəsli kəsilməkdə olan flora və fauna növlərinin, tarixi abidələrin qorunması və s. daxildir. 04 dekabr 2021-ci il tarixdə, saat 18 radələrində mühafizə yegeri vəzifəsində işləyən Şahid5 mobil telefonla ona zəng edərək Milli Parkın ərazisi hesab olunan 8 saylı dolayın 15-ci kvartalında qanunsuz olaraq ağacların kəsildiyini, hazırda odunların yük maşınına yükləndiyini bildirmişdir. Bu barədə məlumat verildikdən dərhal sonra o, Parkın 8 saylı dolayının 15-ci kvartalına getmiş, həmin əraziyə çatanda yük maşını yola çıxıb hərəkət etmək istəyən zaman araşdırmaq üçün idarə etdiyi xidməti "Chevrolet niva" markalı avtomobili yük maşınının qarşısına sürüb saxlamış, məqsədi həmin şəxslərin oradan uzaqlaşmasının qarşısını alıb ağacları qanunsuz kəsən şəxsləri müəyyən etmək olmuşdur. Avtomobili saxlayıb maşından düşmüş, bu vaxt mühafizə yegeri Şahid5 həmin yük maşınının arxasından çıxıb yanına gəlmiş, maşından düşdükdən sonra xidməti vəsiqəsini göstərib özünü təqdim etmiş, yük maşınında olan ağaclara baxış keçirmək istədiyini və bu barədə araşdırma aparılacağını bildirmişdir. Həmin vaxt yük maşınında bir nəfər Fuad adlı sürücü olmuş, o, maşının yük yerinə baxıb görmüşdür ki, yük yerində kəsilmiş vəziyyətdə olan çoxsaylı odun kötükləri vardır. Bu vaxt Fuaddan bu kötükləri haradan götürdüyünü soruşmuş. Fuad odunu yığıb Bakı şəhərinə gedəcəyini bildirmişdir. Sonra Tehran meşənin içinə doğru getmiş, getdikdən bir neçə dəqiqə sonra yanına “VAZ 2106” və “QAZ 66” markalı avtomobillə birlikdə gəlmişdir. Həmin vaxt o, “QAZ 66” markalı avtomobilin yük yerinə baxan zaman orada odun kötükləri olduğunu görmüşdür. “QAZ 66” markalı avtomobildə bir, “VAZ 2106” markalı avtombildə isə üç nəfər şəxs olmuş, o, başa düşmüşdür ki, “MERCEDES” markalı yük maşını böyük olduğu üçün meşəyə girə bilmədiyindən “QAZ 66" markalı avtomobilə odunları yığıb gətirib “MERCEDES” markalı yük maşınına yükləmişlər. Bundan sonra polisə müraciət etdiyi üçün həmin şəxslər polis bölməsinə aparılmış, avtomobilləri isə rəhbərlik etdiyi idarənin arxasında olan saxlanc yerinə verib saxlamışlar. Həmin günü bu barədə sahə müfəttişi tərəfindən akt tərtib edilmiş, lakin gec olduğuna görə əraziyə özü baxış keçirə bilməmişdir. 05 dekabr 2021-ci il tarixdə, saat 09 radələrində Şahid4 və həmin ərazinin mühafizə yegeri Şahid2la birlikdə 8 saylı dolayın 15-ci kvartalına getmiş və görmüşdür ki, orada 16 ədəd palıd və 1 ədəd vələs ağacı olmaqla, cəmi 17 ədəd ağac qanunsuz kəsilmiş, bundan sonra həmin şəxslərlə birlikdə 16-cı kvartalın ərazisinə də baxış keçirmişdir. 16-cı kvartala baxış keçirən zaman görmüşdür ki, orada da 14 ədəd palıd ağacı kəsilmişdir. Bu barədə akt tərtib edilmiş, tərtib edilən akta əsasən 15-ci kvartalda yaş köküstə yeni kəsilmiş 16 ədəd müxtəlif diametrdə palıd və 1 ədəd vələs cinsindən olmaqla, cəmi 17 ədəd kəsilmiş ağacın dib kötükləri, həmin dolayın 16-cı kvartalında isə yaş köküstə yeni kəsilmiş köküstə 14 ədəd müxtəlif diametrdə palıd ağacının dib kötükləri aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahidlər Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadələrindən müəyyən edilir ki, onlar Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində göstərdi ki, o, yük avtomobili sürücüsü işləyərək qazanc əldə edir. Təqsirləndirilən şəxs 6-7 ildir ki, tanıyır. O, xeyli müddət keçdiyindən hazırda dəqiq gününü xatırlamadığı, hazırkı cinayət işi ilə əlaqədar saxlanıldığı ərəfələrdə Təqsirləndirilən şəxs məxsus “MERCEDES” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Təqsirləndirilən şəxs sifarişi əsasında, pul müqabilində Xaçmaz rayonunun Yalama kəndi ərazisinə qum aparmaq üçün gəlmiş, lakin Xaçmaz rayonunda olduğu zaman avtomobilə qum yükləyən traktorda nasazlıq yarandığından idarə etdiyi qeyd olunan avtomobilə qumun yüklənməsi mümkün olmamış, ona görə də o, Xaçmaz rayonunda bir qədər yubanmalı, yəni 01 gün qalmalı olmuş, Xaçmaz rayonuna gəldiyi günün növbəti günü, traktorun nasazlığının aradan qaldırılmasını gözləyərkən ona Yalama kəndində, yolun kənarında kəsilmiş ağacların olduğu və həmin ağacları pul müqabilində Rəşidə məxsus həmin avtomobilə yükləyərək Bakı şəhərinə qaçqınlar üçün aparmağı ona təklif etmişlər, o da Rəşidlə telefon əlaqəsi saxlayaraq bu barədə bildirmiş, Rəşid həmin ağacları yükləyərək gətirməsini bildirmişdir. O, Yalama kəndinə, həmin ağacların yığıldığı yolun kənarına getmiş və tanımadığı dörd nəfər fəhlə tərəfindən ağaclar, yəni odunlardan bir neçəsi “QAZ 66” markalı avtomobildən onun idarə etdiyi, Rəşidə məxsus “MERCEDES” markalı avtomobilə yüklənildikdən sonra ekologiya idarəsinin əməkdaşları tərəfindən saxlanılmışlar. Həmçinin bildirmişdir ki, “QAZ 66” markalı avtomobil meşədən odunları yükləyərək yolun kənarına, yəni onun idarə etdiyi avtomobilin yanına gətirərək yüklənilmişdir. O, qum aparmaq üçün Yalama kəndində olduğu vaxt onun idarə etdiyi avtomobili tanıyaraq demişlər ki, “bu, Rəşidin maşınıdır?”, o da Rəşidin maşını olduğunu bildirdikdə ona “onda sür, ver gəlsin, burada saxla” demişlər. O, Rəşidlə telefon əlaqəsi saxlayaraq jiquli avtomobili ilə dörd nəfər fəhlənin gələrək ona ağacları Bakı şəhərinə aparılması barədə bildirdiklərini dedikdə, Rəşid ona “hə, onlardır, ağaclardan iki-üçünü atsınlar maşına, çıx gəl bəri” demişdir. Xaçmaz rayonunda ağacların aparılması üçün ona müraciət etmiş fəhlələrin Təqsirləndirilən şəxs əvvəldən tanıdıqlarını anlasa da, lakin onun həmin fəhlələrin Rəşidin tapşırığı ilə işlədikləri barədə məlumatı yoxdur. Fəhlələr isə Quba rayonundan gəlmişlər. Həmin ağacları (odunları) hara aparıb boşaldacağı barədə bilməmişdir, çünki bu barədə ona sonradan Rəşid deyəcəkdi, lakin hadisə yerində saxlanılmışdır. O, hadisə yerində, avtomobil yolunun kənarında, idarə etdiyi avtomobildə oturumuş, meşəyə girməmiş, fəhlələr isə meşəyə girərək odunları yolun kənarına çıxarmışlar. Hadisə yerində saxlanılarkən fotoşəkillər çəkilsə də, onun iştirakı ilə hər hansı akt tərtib edilməmiş, polis bölməsində də ondan izahat alınmamış, avtomobil ondan alınarkən ona bu barədə hər hansı sənəd verilməmiş və akt tərtib edilməmiş, o, idarə etdiyi avtomobilə odunların yüklənməsi zamanı fəhlələrin ağacları kəsdiyini görməmiş, odunlar “QAZ 66” markalı avtomobilə yüklənilərək meşənin içərisindən onun idarə etdiyi avtomobilə yüklənilməsi üçün daşınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdakı imza ona məxsus deyildir, o, hadisə yerinə baxışda iştirak etməmişdir. O, hazırkı cinayət hadisəsindən bir-iki gün əvvəl Rəşidlə Xaçmaz rayonunda əkmək məqsədilə şam ağacları almaq üçün olmuşlar. O, hazırda ibtidai istintaq zamanı hadisə barədə verdiyi ifadəni dəqiq xatırlamır, yəni hadisənin dəqiq hansı tarixdə baş verdiyini və bu kimi detallar hazırda yadında deyil. İbtidai istintaq zamanı verdiyi ifadəsi müstəntiq tərəfindən tərtib edilmiş, ona ucadan oxunmuş, ifadəsində bildirdikləri düzgün qeyd edildiyindən tərtib edilmiş ifadəsini imzası ilə təsdiqləmişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, 04 dekabr 2021-ci il tarixdə Xaçmaz rayonuna meşədən odun gətirilməsi üçün Rəşidin göstərişi əsasında getmiş, həmin günü saat 11 radələrində Bakı şəhərində olan zaman Rəşid telefonla ona zəng edib demişdir ki, Quba rayonundan yük gətirmək lazımdır, özünün Xocahəsən qəsəbəsində olduğunu demiş, o da bir müddət sonra evdən çıxıb onun yanına gedərək Xocahəsən qəsəbəsində Rəşidlə görüşmüşdür. Həmin vaxt Rəşid Quba rayonundan qum çınqıl gətirmək lazım olduğunu, bunun üçün kənarda dayanmış sarı rəngli, **-UU-*** dövlət qeydiyyat nişanlı ona məxsus olan "Mercedes" markalı yük maşınını göstərib bu maşınla gedib gələcəyini bildirmişdir. Həmin vaxt onunla gedib gəlmək üçün 40 manat pul müqabilində razılaşmış, bundan sonra tək maşına əyləşib onun yük maşınını idarə edərək yola çıxmışdır. Quba rayonuna çatdıqdan sonra Rəşid ona telefonla zəng edib Xaçmaz rayonu Nabran qəsəbəsində meşədə doğranmış odun olduğunu, ilk öncə odunu götürəcəyini, sonra oradan çınqılı götürmək üçün gedəcəyini demişdir. Xaçmaz rayonu Nabran qəsəbəsinə gəldikdən sonra bir nəfər tanımadığı şəxs “VAZ 21066” markalı avtomobillə yanına gəlmiş, onu odunların olduğu yerə aparacağını demiş, bu barədə Rəşidə zəng edərək məlumat vermiş, o da həmin şəxsin odunların olduğu yeri göstərəcəyini və onun arxasınca getməsini demiş, lakin həmin şəxsin kim olduğunu bilməmişdir. Bundan sonra VAZ 21066 markalı avtomobilin arxası ilə getmiş, Nabran qəsəbəsində yolun kənarında maşını saxlamış, həmin yolun kənarı meşənin ərazisi olmuşdur. Maşının sürücüsü ora çatdıqdan sonra demişdir ki, odunları maşına yüklədikdən sonra əlaqə saxlayacağıq, həmin odunları qaçqınlara verib sonra Qubaya çınqıl götürməyə gedəcəksən, həmçinin odunları yükləmək üçün bir qədər sonra fəhlələrin də gələcəyini demişdir. Bundan sonra həmin şəxs çıxıb getmiş, o, isə maşında oturub gözləmişdir. Rəşidə də zəng edib bu barədə məlumat vermiş, bir müddət sonra ora VAZ 21066 markalı və QAZ 66 markalı avtomobillər gəlmiş, maşınlardan 4 nəfər şəxs düşmüş, həmin şəxslər fəhlələr olmuşlar. Ondan Rəşidi soruşmuşlar, o da “siz işinizi görməyə başlayın. Rəşid gələcəkdir” demişdir. Bundan sonra həmin şəxslər meşənin içinə doğru getmişlər, özü isə maşında oturmuşdur. Maşında olduğu üçün heç vaxt meşənin içinə doğru, odunların olduğu yerə gedib baxmamış, həmçinin orada olduğu müddət ərzində ağac kəsilməmiş, ağaclar öncədən kəsilmiş, fəhlələr də həmin kəsilib doğranmış odunları yük maşınına yığmışlar. Orada olduğu müddətdə bir dəfə QAZ 66 markalı maşından odun hissələrini onun olduğu yük maşınına boşaltmışlar, sonra yenidən gətirmək üçün meşəyə doğru getmişlər. Təxminən saat 18 radələrində maşında olan zaman görmüşdür ki, həmin yerə bir neçə nəfər şəxs gəlmişlər. Həmin şəxslər özlərini Parkın işçiləri kimi təqdim edərək burada ağac kəsməyin qadağan olduğunu demiş, sonra Milli Parka gedərək avtomobili orada saxlamışdır. Həmin vaxt Rəşidə zəng edib məlumat verib maşını Milli Parkın heyətinə gətirdiyini və ağacların qanunsuz kəsilməsini bildirmiş, Rəşid ona “sən səbrli ol, sabah qazilər gəlib, özləri bu işi həll edəcəklər” demiş, 2 gün orada maşında qalmış, səhəri gün parka qazilər gəldikdən sonra ora gələn qazilərə maşının açarlarını təhvil verib oradan Bakıya qayıtmışdır. Rəşid müxtəlif bəhanələr gətirməklə məsuliyyətdən qaçmağa çalışmış, həmin ağacları konkret olaraq kimin kəsdiyini dəqiq bilməmiş, onu ağacların kəsildiyi Nabran qəsəbəsində olan meşəyə kəsilmiş odunların götürülməsi üçün Rəşid özü göndərmiş, bununla bağlı başqa heç kimlə danışmamışdır. Fəhlələrlə kimin danışdığını bilməmiş, orada olan zaman onlar özləri gəlmişlər. Sadəcə sonradan öyrənmişdir ki, onlarla kimsə Qubaya gedərək danışmış, onlarla danışan həmin şəxsin kim olduğunu bilməmişdir. Şahid X6 iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fəhləlik edərək ailəsini saxlayır. Buna görə də hər gün Quba şəhərində Qırmızı qəsəbəyə gedən yolun kənarında olan fəhlələr olan yerdə dayanır, günəmuzd iş təklif ediləndə, işi görüb pulunu alır. 03 dekabr 2021-ci il tarixdə, saat 11 radələrində kənd sakinləri Fərhadov Elvin və Əliyev Famidlə birlikdə fəhlələrin toplaşdığı yerdə olmuş, bu vaxt bir nəfər şəxs "BMW" markalı maşınla yanlarına yaxınlaşıb qazi olduğunu demiş, Xudatda odun toplanması üçün fəhlə lazım olduğunu, bunun üçün 3 nəfər şəxsə cəmi 100 manat pul verəcəyini söyləmişdir. Kasıbçılıq olduğundan onunla razılaşmış, sonra hər üçü həmin şəxsin avtomobilinə oturub Xaçmaz rayonu, Nabran qəsəbəsinə gəlmiş, yolun kənarında maşını saxlayıb maşından düşmüşlər. Həmin vaxt təxminən yolun kənarından 100 metr meşənin içinə doğru getmişlər, yolun kənarından içəri doğru meşəlik sahələr olmuşdur. Özünü “qazi” kimi təqdim edən şəxs orada olan odun hissələrini maşına yükləyib yolun kənarında olan yük maşınına boşaltmaq lazım olduğunu, həmin odunların qazilər üçün toplandığını bildirmişdir. Həmin vaxt onun göstərdiyi yerdə müxtəlif diametrdə və ölçüdə odunlar olmuş, lakin onların sayını dəqiq bilməmiş, həmin odunlar artıq doğranıb hazır vəziyyətə gətirilmiş, onunla razılaşdıqdan və odun yerini onlara göstərdikdən sonra, həmin şəxs gətirib onları Quba rayonuna yola salmışdır. Quba rayonuna gəldikdən sonra o, fəhlələrin durduğu yerdə Dəyanət adlı şəxslə maşın üçün danışdığını, onun QAZ 66 markalı avtomobilinin də səhəri gün ora gələcəyini demişdir. Həmin vaxt başa düşmüşdür ki, o, həmkəndlisi Dəyanəti nəzərdə tutmuşdur. 04 dekabr 2021-ci il tarixdə, saat 09 radələrində Fərhadov Elvin və Əliyev Famidlə birlikdə Elvinin idarə etdiyi VAZ 2106 markalı maşınla Nabran qəsəbəsinə odunların olduğu meşəyə doğru yola düşmüş, həmçinin Dəyanət də idarə etdiyi QAZ 66 markalı avtomobillə birlikdə arxasınca gəlmişdir. Təxminən 2 saat müddətində yol getdikdən sonra ora çatan zaman görmüşdür ki, yolun kənarında böyük yük maşını dayanmış, lakin onunla danışan “qazi” orada olmamışdır. Ora çatdıqdan sonra "Mersedes" markalı yük maşınının sürücüsü, adını bilmədiyi şəxs demişdir ki, odunlar həmin yük maşınına gətirib yüklənəcək, bu işi görənə qədər onlarla danışan “qazi” gələcəkdir. Bundan sonra meşənin içinə doğru təxminən 100 metr getmiş, orada olan odunları götürüb QAZ 66 markalı maşına yükləməyə başlamışlar. Orada olduqları müddətdə QAZ 66 markalı avtomobilə odun yığıb, aparıb yolun kənarında dayanan sarı rəngli yük maşınına boşaltmışlar, bu formada meşədən odunları yük maşınına yığmışlar. Orada işlədikləri müddətdə hər hansı bir ağac kəsməmişlər, yalnız odunları yük maşınına yükləmişdilər. Təxminən saat 18 radələrində meşədə QAZ 66 markalı avtomobilə odun yükləyən zaman yanlarına bir neçə nəfər polis əməkdaşları və mülki formada olan şəxslər yaxınlaşmış, həmin şəxslərlə birlikdə meşədən çıxıb yolun kənarına gəlmişlər, sonra Yalama polis bölməsinə gedərək orada izahat vermişlər. Həmin “qazi”ni ilk dəfə görmüş, özünü “qazi” kimi təqdim etmiş, həmin odunların da qazilər üçün toplandığını bildirmişdir. Şahidlər X2, X4 və X8 iş materiallarında olan ifadələrindən müəyyən edilir ki, onlar şahid X6 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər. Şahid X9 iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, 22 iyun 2022-ci il tarixdə qazi olduğuna görə Təqsirləndirilən şəxs köməklik edilməsi üçün istintaqa gələrək guya 04 dekabr 2021-ci il tarixdə Xaçmaz rayonunda olduğunu və orada meşədən odun hissələrinin götürülməsi üçün sürücü ilə danışdığını demişdir. Lakin həqiqətdə isə həmin ağacların kəsilməsi və daşınmasına onun heç bir aidiyyəti olmamış, ilkin ifadə verən zaman qanunu bilmədiyi üçün belə hesab etmişdir ki, qazi kimi ona hörmət olunacaq və cərimə ilə kifayətlənəcək, lakin ona istintaqda bu faktla bağlı CM-nin 259.2.4-cü maddəsi ilə cinayət işi istintaq olunduğu bildirilmişdir. Həmin vaxt qanunu bilmədiyi üçün bunun nə demək olduğunu başa düşməmiş, yalnız evə gedəndən sonra tanışlarından bu barədə soruşan zaman öyrənmişdir ki, CM-nin 259.2.4-cü maddəsi ilə məsuliyyətdə azadlıqdan məhrumetmə cəzası vardır, bu vaxt səhv edib istintaqa doğru olmayan məlumatlar verdiyini anlamışdır. Səhvini başa düşdüyü üçün özü könüllü şəkildə istintaqa gələrək Samur-Yalama Milli Parkında ağacları kəsmədiyini, həmin ağacların kəsilməsində və daşınmasında orada olmadığını, həmin ağacların kəsilməsi və daşınması barədə Rəşidin məlumatlı olduğunu, ağacları Rəşidin özü tanımadığı şəxslər vasitəsilə kəsdirdiyini, meşədən odunları götürən zaman fəhlələrin parkın əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. İş materiallarında olan 04 dekabr 2021-ci il tarixli 43873 nömrəli aktdan müəyyən edilir ki, Samur-Yalama Milli Parkının Yalama meşə sahəsinin 8 saylı dolayının 15 və 16cı kvartallarına baxış keçirilən zaman 15-ci kvartal üzrə 1 ədəd diametri 58 santimetrlik palıd ağacı, 1 ədəd diametri 71 santimetrlik palıd ağacı, 1 ədəd diametri 56 santimetrlik palıd ağacı, 1 ədəd diametri 51 santimetrlik palıd ağacı, 1 ədəd diametri 55 santimetrlik palıd ağacı, 2 ədəd diametri 57 santimetrlik palıd ağacı, 1 ədəd diametri 63 santimetrlik palıd ağacı, 1 ədəd diametri 54 santimetrlik palıd ağacı, 2 ədəd diametri 50 santimetrlik palıd ağacı, 2 ədəd diametri 47 santimetrlik palıd ağacı, 1 ədəd diametri 75 santimetrlik palıd ağacı, 1 ədəd diametri 74 santimetrlik palıd ağacı, 1 ədəd diametri 60 santimetrlik palıd ağacı, 1 ədəd diametri 32 santimetrlik vələs ağacı, 16-cı kvartal üzrə 1 ədəd diametri 51 santimetrlik palıd ağacı, 1 ədəd diametri 80 santimetrlik palıd ağacı, 3 ədəd diametri 53 santimetrlik palıd ağacı, 1 ədəd diametri 63 santimetrlik palıd ağacı, 1 ədəd diametri 46 santimetrlik palıd ağacı, 1 ədəd diametri 58 santimetrlik palıd ağacı, 1 ədəd diametri 61 santimetrlik palıd ağacı, 1 ədəd diametri 92 santimetrlik palıd ağacı, 1 ədəd diametri 56 santimetrlik palıd ağacı, 1 ədəd diametri 54 santimetrlik palıd ağacı, 1 ədəd diametri 55 santimetrlik palıd ağacı, 1 ədəd diametri 66 santimetrlik palıd ağacının kötükləri aşkar edilmişdir. İş materiallarında olan 04 dekabr 2021-ci il tarixli aktdan müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə, saat 17:30-18:00 radələrində Xaçmaz rayonunun Nabran kəndinin yaxınlığında Samur-Yalama Milli Parkının 8 saylı dolayının 15-ci kvartalında yaş oduncaq tədarük edərək dövlət nömrə nişanı olmayan “QAZ 66” markalı yük avtomobili ilə meşədən çıxarılaraq “MERCEDES” markalı, **-UU-*** dövlət nömrə nişanlı yük avtomobilinə yüklənərkən saxlanılmış, həmin avtomobillərə baxış keçirilən zaman “QAZ 66” markalı yük avtomobilində uzunluğu 1,1 metr olan müxtəlif diametrlərdə 11 ədəd içlik oduncaq və “MERCEDES” markalı, **-UU-*** dövlət nömrə nişanlı yük avtomobilinin yük yerində 1,1 metr olan müxtəlif diametrlərdə 42 ədəd içlik oduncaq aşkar edilmişdir. İş materiallarında olan 28 dekabr 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan, aktlardan, ziyan-hesablama cədvəlindən müəyyən edilir ki, ağacların kəsildiyi yer Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində yerləşən Samur-Yalama Milli Parkın mülkiyyətində olan meşə sahəsidir. 15-ci kvartala baxış keçirildikdə 1 ədəd 58 sm, 1 ədəd 71 sm, 1 ədəd 56 sm, 1 ədəd 51 sm, 1 ədəd 55 sm, 02 ədəd 57 sm, 1 ədəd 63 sm, 1 ədəd 54 sm, 02 ədəd 50 sm, 02 ədəd 47 sm, 1 ədəd 75 sm, 1 ədəd 74 sm, 1 ədəd 60 sm diametrləri olan 16 ədəd palıd ağacının və 1 ədəd 32 sm diametri olan vələs ağacının kəsildiyi, 16-cı kvartala baxış keçirildikdə 03 ədəd 53 sm, 1 ədəd 80 sm, 1 ədəd 51 sm, 1 ədəd 63 sm, 1 ədəd 46 sm, 1 ədəd 58 sm, 1 ədəd 61 sm, 1 ədəd 92 sm, 1 ədəd 56 sm, 1 ədəd 54 sm, 1 ədəd 55 sm, 1 ədəd 66 sm diametrləri olan 14 ədəd palıd ağacının kəsildiyi müəyyən edilmişdir. İş materiallarında olan ziyan-hesablama cədvəlindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 nömrəli qərarına əsasən Samur-Yalama Milli Parkının 8 saylı dolayının 15 və 16-cı kvartallarında qanunsuz olaraq yaş köküstə ağacların kəsilməsi nəticəsində təbiətə 15-ci kvartal üzrə palıd ağacı - 360 manat dəyərində 1 ədəd diametri 58 santimetrlik, 1010 manat dəyərində 1 ədəd diametri 71 santimetrlik, 260 manat dəyərində 1 ədəd diametri 56 santimetrlik, 60 manat dəyərində 1 ədəd diametri 51 santimetrlik, 210 manat dəyərində 1 ədəd diametri 55 santimetrlik, 620 manat dəyərində 2 ədəd diametri 57 santimetrlik, 610 manat dəyərində 1 ədəd diametri 63 santimetrlik, 160 manat dəyərində 1 ədəd diametri 54 santimetrlik, 120 manat dəyərində 2 ədəd diametri 50 santimetrlik, 100 manat dəyərində 2 ədəd diametri 47 santimetrlik, 1210 manat dəyərində 1 ədəd diametri 75 santimetrlik, 1160 manat dəyərində 1 ədəd diametri 74 santimetrlik, 460 manat dəyərində 1 ədəd diametri 60 santimetrlik, vələs ağacı - 18 manat dəyərində 1 ədəd diametri 32 santimetrlik olmaqla, cəmi 6.358 manat, 16-cı kvartal üzrə palıd ağacı - 60 manat dəyərində 1 ədəd diametri 51 santimetrlik, 1460 manat dəyərində 1 ədəd diametri 80 santimetrlik, 330 manat dəyərində 3 ədəd diametri 53 santimetrlik, 610 manat dəyərində 1 ədəd diametri 63 santimetrlik, 50 manat dəyərində 1 ədəd diametri 46 santimetrlik, 360 manat dəyərində 1 ədəd diametri 58 santimetrlik, 510 manat dəyərində 1 ədəd diametri 61 santimetrlik, 2060 manat dəyərində 1 ədəd diametri 92 santimetrlik, 260 manat dəyərində 1 ədəd diametri 56 santimetrlik, 160 manat dəyərində 1 ədəd diametri 54 santimetrlik, 210 manat dəyərində 1 ədəd diametri 55 santimetrlik, 760 manat dəyərində 1 ədəd diametri 66 santimetrlik olmaqla, cəmi 6830 manat, ümumilikdə isə 13.188 manat ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 fevral 2022-ci il tarixli, 9/939 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Samur-Yalama Milli Parkının sahə müfəttişi tərəfindən tərtib edilmiş (xx.xx.2021ci il tarixli 43873 nömrəli akta əlavə edilmiş) “Ziyan-hesablama cədvəli”nə əsasən Samur- Yalama Milli Parkının 8 saylı dolayın 15 və 16-cı kvartallarında köküstə yaş olmaqla müxtəlif diametrli ümumilikdə 31 ədəd ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 13188 manat müəyyən edilir. İş materiallarında olan "xxxx" MMC tərəfindən 21 fevral 2022-ci il tarixdə 3416/22 saylı məktubla daxil olmuş CD diskdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs istifadəsində olan 099 *** ** ** GSM nömrəsi ilə Şahid6 istifadəsində olan 055 *** ** ** GSM nömrəsi arasında xx.xx.2021-ci il tarixdə saat 13:34:32-də 78 saniyə müddətində, saat 19:06:09-da 101 saniyə müddətində, saat 19:56:07-də 65 saniyə müddətində, saat 21:51:06-da 58 saniyə müddətində, saat 22:07:15-də 48 saniyə müddətində, saat 22:59:30-da 46 saniyə müddətində, saat 23:13:12-də 28 saniyə müddətində, saat 23:40:46-da 26 saniyə müddətində, saat 23:49:41-də 22 saniyə müddətində, saat 23:56:00-da 17 saniyə müddətində, xx.xx.2021-ci il tarixdə 09:33:09-da 70 saniyə müddətində, saat 20:06:06-da 38 saniyə müddətində, saat 20:13:24-də 35 saniyə müddətində, saat 20:14:41-də 49 saniyə müddətində, saat 20:15:56-də 52 saniyə müddətində, saat 22:32:45-də 94 saniyə müddətində, xx.xx.2021-ci il tarixdə saat 11:49:05-də 13 saniyə müddətində, saat 17:31:24-də 57 saniyə müddətində, saat 17:44:03-də 104 saniyə müddətində, saat 17:47:46-da 25 saniyə müddətində, saat 17:49:56-da 33 saniyə müddətində, saat 17:55:20-də 61 saniyə müddətində, saat 18:05:59-da 127 saniyə müddətində, saat 18:17:55-də 20 saniyə müddətində, saat 18:29:16-da 109 saniyə müddətində, saat 19:52:27-də 59 saniyə müddətində, saat 20:54:58-də 116 saniyə müddətində, saat 21:31:07-da 72 saniyə müddətində, saat 21:43:23-də 39 saniyə müddətində, saat 22:10:38-də 59 saniyə müddətində, saat 22:25:05-də 104 saniyə müddətində, xx.xx.2021-ci il tarixdə saat 12:07:57-də 71 saniyə müddətində, saat 13:21:49-da 64 saniyə müddətində, saat 13:51:06-da 57 saniyə müddətində, saat 14:22:47-də 38 saniyə müddətində, saat 14:35:13-də 65 saniyə müddətində, saat 14:40:51-də 73 saniyə müddətində, saat 15:36:19-da 35 saniyə müddətində, saat 17:37:54-də 36 saniyə müddətində, saat 17:40:04-də 80 saniyə müddətində, saat 17:42:46-da 21 saniyə müddətində, saat 17:44:28-də 24 saniyə müddətində, saat 17:48:19-da 52 saniyə müddətində, saat 17:51:52-də 228 saniyə müddətində, saat 17:59:55-də 110 saniyə müddətində, saat 18:02:06-da 51 saniyə müddətində, saat 18:15:19-da 89 saniyə müddətində, saat 19:04:23-də 37 saniyə müddətində, saat 19:57:08-də 189 saniyə müddətində, saat 20:33:11-də 334 saniyə müddətində, saat 21:03:17-də 40 saniyə müddətində, saat 21:06:12-də 106 saniyə müddətində, saat 22:41:12-də 165 saniyə müddətində, saat 22:53:40-da 501 saniyə müddətində, xx.xx.2021-ci il tarixdə saat 09:57:39-da 65 saniyə müddətində, saat 11:17:57-də 149 saniyə müddətində, saat 13:28:01-də 30 saniyə müddətində, xx.xx.2021ci il tarixdə saat 11:54:09-da 81 saniyə müddətində, saat 12:19:34-də 43 saniyə müddətində, saat 12:27:39-da 26 saniyə müddətində, saat 17:03:15-də 15 saniyə müddətində, saat 20:48:22-də 34 saniyə müddətində, saat 20:50:29-da 27 saniyə müddətində və saat 21:48:22-də 10 saniyə müddətində telefon danışıqları olmuşdur; həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan 099 *** ** ** GSM nömrəsinin anten göstəricisi xx.xx.2021-ci il tarixdə saat 09:17-dən xx.xx.2021-ci il tarix saat 19:36dək "Xaçmaz rayonu, Tel kəndi”/Khachmaz, /"Xaçmaz rayonu, Nabran, Şahdağ kafesi” /Khachmaz olmuş, yalnız xx.xx.2021-ci il tarixdə 22:34:22-də anten göstəricisi "Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi”/Binagadi olmuş, xx.xx.2021-ci il tarixdə saat 11:00-dan saat 16:28-dək anten göstəricisi "Xaçmaz rayonu, Nabran, Şahdağ kafesi”/Khachmaz olmuşdur; həmçinin Şahid6 istifadəsində olan 055 *** ** ** GSM nömrəsinin anten göstəricisi xx.xx.2021-ci il tarixdə saat 09:33-dən saat 19:36-dək /”Xaçmaz rayonu, Nabran, Şahdağ kafesi”/Khachmaz olmuş, xx.xx.2021-ci il tarixdə saat 17:31-dən xx.xx.2021-ci il tarixdə saat 13:21-dək Xaçmaz rayonu, xx.xx.2021-ci il tarixdə saat 13:21-dən saat 18:15-dək /"Xaçmaz rayonu, Nabran, Şahdağ kafesi"/Khachmaz, həmin gün saat 18:58-dən xx.xx.2021-ci il tarix saat 13:45-dək "Xaçmaz rayonu, Yalama kəndi" /Khachmaz olmuşdur. İş materiallarında olan "xxxx" Telekom MMC tərəfindən 18 fevral 2022-ci il tarixdə 2832 saylı məktubla daxil olmuş CD diskdən müəyyən edilir ki, X6 istifadəsində olan 050 *** ** ** GSM nömrəsinin və X2 istifadəsində olan 050 *** ** ** GSM nömrəsinin anten göstəricisi xx.xx.2021-ci il tarixdə saat 08:13-dən saat 21:52-dək “Xaçmaz r-nu,Yalama” olmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən 21 fevral 2022-ci il tarixdə 3416/22 saylı məktubla daxil olmuş CD diskdən həmçinin müəyyən edilir ki, Şahid6 istifadəsində olan 055 *** ** ** GSM nömrəsi ilə X9 istifadəsində olan 070 *** ** ** GSM nömrəsi arasında 04 dekabr 2021-ci il tarixdə telefon danışıqları və mesaj göndərilməsi baş verməmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 06 iyul 2022-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 296-cı maddəsi ilə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Samur-Yalama Milli Parkının əməkdaşlarının barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rəd dilmişdir. Həmin qərardan müəyyən edilir ki, X12, X10, X14 və X2 əməllərində qanunsuz ağackəsmə cinayətinin tərkib əlamətləri olmadığından onların barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək həmin cinayəti törətmədiyini bildirməsinə tənqidi yanaşaraq, onun ifadələrində özünü təqsirli bilməməsini göstərməsi onun özünü müdafiə xarakteri daşıdığı, cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıdığı qənaətinə gəlir. Belə ki, təqsirləndirilən şəxsin ifadələrində özünü təqsirli bilməməsi ilə bağlı bildiridiyi xüsusatlar ibtidai və məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, iş materiallarında olan telefon zəngləri - anten məlumatlarına dair disk daşıyıcılarda olan məlumatlar, üzləşdirmə barədə protokol, iş üzrə keçirilmiş ekspertiza rəyi, hadisə yerinə baxış keçirilməsinə dair protokol və iş materiallarında olan digər sübutlarla təkzib edilmiş, həmin xüsusatlar öz təsdiqini tapmamışdır. Bundan başqa, iş üzrə Şahid6 ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, o, Xaçmaz rayonu Nabran qəsəbəsinə gəldikdən sonra bir nəfər tanımadığı şəxs “VAZ 21066” markalı avtomobillə yanına gəlmiş, onu odunların olduğu yerə aparacağını demiş, bu barədə Rəşidə zəng edərək məlumat vermiş, o da həmin şəxsin odunların olduğu yeri göstərəcəyini və onun arxasınca getməsini demiş, lakin həmin şəxsin kim olduğunu bilməmişdir. Bundan sonra VAZ 21066 markalı avtomobilin arxası ilə getmiş, Nabran qəsəbəsində yolun kənarında maşını saxlamış, həmin yolun kənarı meşənin ərazisi olmuşdur. Maşının sürücüsü ora çatdıqdan sonra demişdir ki, odunları maşına yüklədikdən sonra əlaqə saxlayacağıq, həmin odunları qaçqınlara verib sonra Qubaya çınqıl götürməyə gedəcəksən, həmçinin odunları yükləmək üçün bir qədər sonra fəhlələrin də gələcəyini demişdir. Bundan sonra həmin şəxs çıxıb getmiş, o isə maşında oturub gözləmişdir. Rəşidə də zəng edib bu barədə məlumat vermiş, bir müddət sonra ora VAZ 21066 markalı və QAZ 66 markalı avtomobillər gəlmiş, maşınlardan 4 nəfər şəxs düşmüş, həmin şəxslər fəhlələr olmuşlar. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tapşırığı ilə sonuncuya məxsus avtomobili idarə edərək gəlib qum aparmaq üçün Yalama kəndində olduğu vaxt onun idarə etdiyi həmin avtomobili tanıyaraq demişlər ki, “bu, Rəşidin maşınıdır?”, o da Rəşidin maşını olduğunu bildirdikdə ona “onda sür, ver gəlsin, burada saxla” demişlər. O, Rəşidlə telefon əlaqəsi saxlayaraq jiquli avtomobili ilə dörd nəfər fəhlənin gələrək ona ağacları Bakı şəhərinə aparılması barədə bildirdiklərini dedikdə, Rəşid ona “hə, onlardır, ağaclardan iki-üçünü atsınlar maşına, çıx gəl bəri” demişdir. Xaçmaz rayonunda ağacların aparılması üçün ona müraciət etmiş fəhlələrin Təqsirləndirilən şəxs əvvəldən tanıdıqlarını anlasa da, lakin onun həmin fəhlələrin Rəşidin tapşırığı ilə işlədikləri barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində həmçinin bildirmişdir ki, o, Xaçmaz rayonunun Yalama kəndi ərazisinə gəldiyi gün qumun avtomobilə yüklənməsini təmin edəcək traktor nasaz olduğundan həmin gün qum yüklənməsi mümkün olmamış, buna görə də o, bir gün orada qalmalı olmuş, növbəti gün (xx.xx.2021-ci ildə) ağaclar idarə etdiyi həmin avtomobilə yüklənərkən hadisə yerində saxlanılmışdır. İş materiallarında olan anten məlumatlarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 09:17-dən xx.xx.2021-ci il tarixdə saat 19:36-dək, o cümlədən xx.xx.2021-ci il tarixdə saat 11:00-dan saat 16:28-dək "Xaçmaz rayonu, Tel kəndi”/Khachmaz, /"Xaçmaz rayonu, Nabran, Şahdağ kafesi"/Khachmaz-da, yəni həmin tarixlərdə ağacların kəsildiyi ərazidə olmuş, həmçinin meşədən kəsilmiş odunların yük maşınına yükləndiyi xx.xx.2021-ci il tarixdə Şahid6la mütəmadi olaraq mobil telefonla danışmışdır. İş üzrə şahidlərin ifadələrindən müəyyən edilir ki, hadisə yerində aşkar olunmuş kəsilmiş ağacların kəsilməsi prosesini görməmişlər, yəni onlar ağacları kəsən şəxsləri görməmiş, həmçinin kəsilməsi zamanı səsini eşitməmişlər, onlar (həmin ağacları yükləyən fəhlələr, Şahid6, Milli Parkın əməkdaşları) xx.xx.2021-ci il tarixdə hadisə yerinə gəldikdə həmin ağacların artıq kəsilərək doğranmış vəziyyətdə olduqlarını görmüşlər. Məhkəmə istintaqı zamanı müdafiəçinin təqsirləndirilən şəxsin xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə Xaçmaz rayonunda anten məlumatlarında qeyd olunan ərazidə olmasının səbəbi kimi onun pul müqabilində əkmək üçün şam ağacları almağa gəldiyini bildirərək bunu təsdiqləmək üçün təqdim etdiyi bir ədəd DVD diskdəki bir ədəd videofayl (fotoşəkillər) barədə məhkəmə qeyd edir ki, həmin videogörüntüdə təqsirləndirilən şəxsin yalnız yük avtomobilinə kökündən çıxarılaraq şam ağacları yükləməsi əks olunmuş, lakin həmin görüntülərin harada (hansı ərazidə), hansı tarixdə qeydə alınması müəyyən edilməmişdir. Bundan əlavə, iş materiallarında olan anten məlumatlarından müəyyən edilir ki, X12 və X7 04 dekabr 2021-ci il tarixdə, saat 08:13-dən saat 21:52-dək “Xaçmaz rnu,Yalama”da olmuşlar. İş materiallarında olan Bakcell” MMC tərəfindən 21 fevral 2022-ci il tarixdə 3416/22 saylı məktubla daxil olmuş CD diskdən müəyyən edilir ki, Şahid6 ilə X15 arasında heç bir telefon danışığı və mesaj göndərilməsi olmamışdır. İş materiallarında olan üzləşdirmə protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ilkin ifadəsində (izahatında) hazırkı cinayət işi ilə əlaqədar olan ağacları Şəadət Sarıyevin kəsməsini bildirsə də, ibtidai istintaq zamanı Şəadət Sarıyevlə üzləşdirildiyi zaman və sonrakı ifadəsində ağacların Şahid7 tərəfindən kəsildiyini səhvən anladığını bildirmiş, Şahid7 həmin əməli törətmədiyini bildirməsindən sonra o, sonuncunun həmin əməli törətmədiyini bildiyini göstərmişdir. Yuxarıda qeyd olunanlardan görünür ki, təqsirləndirilən şəxsin verdiyi ifadələrində bildirdiyi xüsusatlar hər hansı bir sübutla öz təsdiqini tapmamış, əksinə, iş materiallarında olan sənədlərlə təkzib edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsini, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan RespublikasıCinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Eyni zamanda, müdafiə tərəfinin baraətverici əsaslarla cinayət işi üzrə icraata xitam verilməsi haqqında dəlillərini araşdıraraq məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu dəlilləri qəbuledilməzdir və işin faktiki hallarına əsasən müdafiə tərəfinin bu mövqeyi qanunvericiliyin aşağıda qeyd olunan müddəaları baxımından əsassız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 8.0.5-ci maddəsinə əsasən, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 142-ci maddəsinə əsasən, preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyini və əsaslılığını təmin etməlidir. Məhkəmə istintaqı ilə tədqiq edilmiş sübutların məcmusu Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsini tamamilə istisna edir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, CD diskləri, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, qanunsuz ağackəsmə cinayətinin obyekti meşələrdən istifadə edilməsi, onların mühafizəsi, qorunması, bərpası, meşələrin ekoloji, iqtisadi və digər potensialının yüksəldilməsi sahəsində yaranan ictimai münasibətlərdir. Qeyd olunan cinayətin predmeti meşə fonduna daxil olan istənilən kateqoriyalı meşələrdə, qoruqlarda, milli və ya təbii parklarda ağaclar və kollar, habelə meşə fonduna daxil olmayan sahələrdə bitən ağac-kol bitkiləridir. Cinayət Məcəlləsinin 259-cu maddəsində nəzərdə tutulmuş cinayətin predmeti köküstə yaş (qurumamış) ağac və kollar ola bilər. Qanunsuz kəsmə dedikdə, ağacın, kolun qanunvericilikdə müəyyən edilmiş əsaslar olmadan və ya şərtləri pozmaqla kökündən ayrılması (kökü ilə birlikdə və ya bunsuz olmasından asılı olmayaraq) başa düşülür. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə görə, ətraf mühitə zərərli təsir - ekoloji sistemin ayrı-ayrı komponentlərinin kəmiyyət və keyfiyyətcə dəyişməsinə, ekoloji tarazlığın pozulmasına səbəb olan kimyəvi və bioloji, zərərli fiziki, texniki, dağ-mədən işlərində texnologiyanın pozulması, təbii resurslardan israfçılıqla istifadə edilməsi ilə müşayiət olunan fəaliyyətdir. Azərbaycan Respublikasının Meşə Məcəlləsinin 68-ci maddəsinə görə, dövlət qoruqlarının meşələrində yalnız qoruq rejiminə müvafiq olan qırmaların aparılmasına yol verilir. “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 35-ci maddəsinə görə, torpaqdan, yerin təkindən, havadan, su hövzələrindən, meşələrdən və başqa bitkilərdən, heyvanlar aləmindən, müstəsna ekoloji, elmi və mədəni dəyərə malik olan ətraf mühit obyektlərindən, xüsusi mühafizə olunan təbiət ərazilərindən və ekoloji fəlakət şəraitli olan ərazilərdən istifadədə ekoloji tələblər normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2013-cü il tarixli 929 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkı haqqında” Əsasnamənin 3.7.8-ci bəndinə əsasən, Milli Parkın ərazisində meşələrdə əsas istifadə qırıntısı qadağandır. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10-1.7.4-cü maddəsinə əsasən, xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə arında meşələrdə əsas istifadə qırıntısı qadağandır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) külli miqdarda ziyan vurmaqla törədildikdə, həmin Məcəllənin 259.2.4-cü maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Binəqədi Rayon İcra Hakimiyyəti Biləcəri qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin kserosurətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üç yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarına əlavə edilmiş vəsiqələrin surətlərindən müəyyən edilir ki, təqsirləndirilən şəxs Əmirli X13 Qarabağ müharibəsi iştirakçısı olmaqla, müharibə veterandır. İş materiallarında olan Binəqədi Rayon İcra Hakimiyyəti Biləcəri qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, təqsirləndirilən şəxs Əmirli X11 rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivində yerləşən özbaşına tikilidə Ağdam rayonundan məcburi köçkün kimi qeydiyyatsız yaşayır. Qəsəbə ərazisində və qonşular arasında mənfi xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs üç yetkinlik yaşına çatmayan uşağının olmasını və onun Birinci Qarabağ müharibəsində iştirakına görə müharibə veteranı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa, iş materiallarında olan xx.xx.2022-ci il tarixli məcburi gətirmə barədə qərardan, 21.05. 2022-ci il tarixli təqsirləndirilən şəxsin axtarışının elan edilməsi barədə qərardan, xx.xx.2022-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtida istintaq zamanı istintaqdan yayınmış, əməliyyat tədbirləri nəticəsində tapılaraq istintaqa təqdim edilmişdir. Həmçinin iş materiallarında olan hazırkı iş üzrə Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli qərarlarından və Xaçmaz RPŞ-nin axtarışda olan şəxsin tutulmasına dair protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına gəlmədiyindən, məhkəmə istintaqından yayındığından barəsində məhkəmə baxış iclasına məcburi qaydada gətirilməsi barədə qərar qəbul olunmuş, həmçinin barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş və işin icraatı dayandırılmış, o, xx.xx.2023-cü il tarixdə əməliyyat tədbirləri nəticəsində tutularaq həbsə alınmışdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını, eləcə də onun cinayət əməli ilə külli miqdarda zərər vurması, törətdiyi əməli etiraf etməməklə vurduğu zərərlə bağlı heç bir məbləğdə ödəniş etməməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 1(067)-19/2023 saylı qərarından və Xaçmaz RPŞ-nin “Axtarışda olan şəxsin tutulması barədə” 01 mart 2023-cü il tarixli protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş və o, 01 mart 2023-cü il tarixdə tutularaq həbs edilmişdir. Bununla da Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 01 mart 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsi yerindən götürülmüş uzunluğu 1,1 metr olan müxtəlif diametrlərdə cəmi 76 ədəd içlik oduncaq Samur-Yalama Milli Parkının duracağında saxlanılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 21 avqust 2018-ci il tarixli 586/Ü nömrəli əmrinə əsasən xüsusi mühafizə olunan təbiət ərazilərində yanğın təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək yanğınların digər ərazilərə genişlənməsinin və intensivləşməsinin qarşısının alınması üçün profilaktiki tədbirlərin görülməsi məqsədilə qurumuş oduncaq qalıqlarının təmizlənməsi nəzərdə tutulur. Tədarük edilən oduncaqlar X23 Təsərrüfatına təhvil verilir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut - Samur-Yalama Milli Parkının duracağında saxlanılan, Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsi yerindən götürülmüş uzunluğu 1,1 metr olan müxtəlif diametrlərdə cəmi 76 ədəd içlik oduncaq hökm qanuni qüvvəsini aldıqdan sonra X23 Təsərrüfatına təhvil verilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirli bilinərək, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 mart 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Samur-Yalama Milli Parkının duracağında saxlanılan, Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsi yerindən götürülmüş uzunluğu 1,1 metr olan müxtəlif diametrlərdə cəmi 76 ədəd içlik oduncaq hökm qanuni qüvvəsini aldıqdan sonra X23 Təsərrüfatına təhvil verilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın olmaması nəzərə alınsın. Zərərçəkən şəxsə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmün icrası Xaçmaz Rayon Polis Şöbəsinə, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə, Ağdam Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar