Məhkəmə qərarları › İş №1(067)-19/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-19/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-19/2025 18.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1981-ci ildə Gədəbəy rayonu, Arabaçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olan, evli, işləməyən, Gədəbəy rayonu, Arabaçı kəndində qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, 28 may qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan,barəsində «başqa yerə qetməmək barədə» iltizam qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihama görə təqsirləndirilən şəxs Qasımov X9 Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə 2023-cü ilin fevral ayında törətdiyi dələduzluq əməlinə görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə və barəsində ittiham aktı tərtib edilməklə həmin cinayət işinin 13 oktyabr 2023-cü il tarixdə baxılmasından ötrü Abşeron Rayon Məhkəməsinə göndərilməsinə baxmayaraq təkrar, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə İİ Qarabağ müharibəsində iştirak edərək xəsarət almış Zərərçəkmiş şəxs pensiya düzəltdirəcəyinə dair vəd verib aldadaraq 2021-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu ərazisində “Şamaxinka” adı ilə tanınan yerdə 1500 manat, 2021-ci ilin iyul ayının əvvəllərində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Nabran” marketin qarşısında olan “Milli Ön” ödəmə terminalı vasitəsi ilə istintaqa məlum olmayan bank kartına köçürülmüş 1000 manat, 16 noyabr 2021-ci il tarixdə saat 18:39-da Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdə quraşdırılmış “Milli ÖN” ödəmə terminalı vasitəsi ilə Şahid2 məxsus "xxxx" ASC-yə aid bank kartına köçürülmüş 1000 manat, 24 noyabr 2021-ci il tarixdə saat 17:42-də Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdə quraşdırılmış “e-Manat” ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-dən şəxsiyyəti istintaqa məlum olmayan şəxsə verilmiş bank kartına köçürülmüş 100 manat, 05 dekabr 2021-ci il tarixdə saat 18:13- də Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə X8 məxsus "xxxx" ASC-yə aid bank kartına köçürülmüş 100 manat, 2022-ci ilin yanvar ayının ortalarında Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdə quraşdırılmış “e-Manat” ödəmə terminalı vasitəsi ilə istintaqa məlum olmayan bank kartına köçürülmüş 1000 manat, 20 fevral 2022ci il tarixdə saat 19:11-də Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdə quraşdırılmış “Milli ÖN” ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-dən şəxsiyyəti istintaqa məlum olmayan şəxsə verilmiş bank kartına köçürülmüş 100 manat, 2022-ci ilin iyun ayının sonlarında Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketə quraşdırılmış “Milli ÖN” ödəmə terminalı vasitəsi ilə istintaqa məlum olmayan bank kartına köçürülmüş 150 manat, 10 noyabr 2022-ci il tarixdə saat 14:56-da Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə Şahid3 qızma məxsus “LeoBanka” aid bank kartına köçürülmüş 1000 manat, 01 mart 2023-cü il tarixdə saat 17:26-da Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdə quraşdırılmış “Milli ÖN” ödəmə terminalı vasitəsi ilə X15ma məxsus “LeoBanka” aid bank kartına köçürülmüş 550 manat pul olmaqla, ümumilikdə xeyli miqdar təşkil edən 6500 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək dələduzluq etmiş, yəni təkrar, xeyli miqdarda ziyan vurmaqla etibardən suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Təqsirləndirilən şəxs cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, o, ehtiyatda olan zabitdir. Qarabağ döyüşlərindən sonra tanışı Faiq adlı şəxs ona onun yaxın dostunun oğlu müharibə iştirakçısı olan Zərərçəkmiş şəxs pensiya düzəldilməsi üçün köməklik etməsini lazım olduğunu bildirmişdir. O, da Faiqə dostunun oğluna pensiya düzəldilməsində köməklik edə biləcəyini demişdir. Müəyyən epizodlar çərçivəsində Zərərçəkmiş şəxs köməklik olundu. Qospitalda qərar verildi ki, həqiqətəndə döyüş tapşırığını yerinə yetirərkən xəsarət almışdır. Döyüş qabiliyyətini maddə ilə itirmişdir.Ondan sonra epizod davam etdirildi və göndərildi Sosial Təminat Nazirliyinə. Lakin Sosial Təminat Nazirliyi əlilliyi təmin etmədi. Dəymiş ziyanda özü tərəfimdən zərərçəkmiş şəxsə tam olaraq ödənilmişdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Abşeron rayonu, 28 may qəsəbəsi, yeni yaşayış massivində yerləşən özünə məxsus nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Evlidir, yetkinlik yaşma çatmayan iki övladı vardır. Övladlarının adları və soyadları Murad Qasımov və Nihad Qasımovdur. Əvvəllər hərbiçi olmuş, yəni Müdafiə Nazirliyinin zabiti olmuş 2008-ci ildən isə Azərbaycan Respublikası CM-nin 333.3- cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunmuş və beləliklə ordu sıralarından tərxis olunmuşdur. Bundan sonrakı müddət ərzində fərdi əməklə məşğul olub dolanışığını təmin etmişdir. Ordu sıralarından tərxis olunduqdan sonra iki dəfə dələduzluq cinayətini törətməkdə təqsirli bilinmiş və məhkum olunmuşdur. Hazırda dələduzluq cinayətini törətməsinə görə təqsirli bilinərək barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkir və ayağında elektron nəzarət qurğusu vardır. 2020-ci ildə 44 günlük vətən müharibəsi başlayan zaman onu ordu sıralarına dəvət etmişlər, o da getmişdir. Müharibə ərəfəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin balansında gözləmə mövqeyində olmuşdur. Həmin ərəfədə Xaçmaz rayon sakini Faiq adlı şəxslə tanış olmuş, müharibə dövründə Faiqlə yaxın münasibəti yaranmışdır. Müharibə qurtardıqdan sonra Faiq ona bildirmişdir ki, yaxın dostunun oğluna pensiya düzəldilməsi üçün köməklik lazımdır, o da Faiqə yüksək vəzifədə işləyən tanış və dostlarımın olduğunu bildirib köməklik edə biləcəyini demişdir. Bundan sonra o, Faiqə demişdir ki, həmin şəxslərə onun mobil telefon nömrəsini versin, həmin şəxslər onunla əlaqə saxlasınlar. 2021-ci ilin aprel ayının əvvəllərində Hüseynağa adlı şəxs onunla telefon əlaqəsi saxlayıb nömrəsini Faidən aldığını, 44 günlük vətən müharibəsində iştirak edən oğluna pensiya düzəltdirmək istədiyini demiş, o da bu işi düzəldə biləcəyini, ancaq bunun üçün bir qədər pul lazını olacağını bildirmiş və 2021-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Şamaxinka adlanan yerdə görüşmək barədə qərar almışlar. O, beləliklə 2021-ci ilin aprel ayının əvvəllərində Hüseynağa və sonuncunun oğlu Rafaellə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Şamaxinka adlanan yerdə görüşmüşdür. Görüş zamanı Rafaeldən bədənində olan xəsarətlərlə bağlı sənədlərin surətlərini almış və ondan 2000 manat ilkin olaraq pul istəmişdir. Rafael həmin vaxt 2000 manat deyil cibində ona vermək üçün 1500 manat pulunun olduğunu, hazırda 1500 manat pul verə biləcəklərini demiş, o da Rafaellə razılaşmış və həmin vaxt Rafael ona 1500 manat pul vermişdir. O, həmin 1500 manat pulu götürüb bir qədər Rafaelə pensiya düzəldilməsi üçün çalışsa da həmin ərəfədə müharibə iştirakçılarının sayının çoxluğu ilə əlaqədar hər hansı bir iş görə bilməmiş və həmin 1500 manat pulu öz ehtiyaclarına xərcləmişdir. O, 1500 manat pulu aldıqdan sonra Rafael ona zəng edib işin nə yerdə olduğunu soruşmuş, o da pulu xərclədiyinə görə işin alınmayacağım deməyib hər şeyin qaydasında olduğunu, yaxın günlərdə bir xəbər olacağını demişdir. Birinci dəfə 1500 manat pulu aldıqdan sonra 2021-ci ilin iyul ayının əvvəllərində onun yenidən pula ehtiyacı olduğundan Rafaelə zəng edib iş üçün əlavə olaraq 1000 manat pul lazım olduğunu bildirmiş və tanışlarından birinin adma olan bank kartının şəklini Rafaelə göndərib həmin karta 1000 manat pul göndərməsini istəmişdir. Rafael də həmin ərəfədə, yəni dediyi vaxtdan iki-üç gün sonra ona 1000 manat pul göndərmiş, tanışının kartından 1000 manat pulu çıxarıb özünə götürmüşdür. Bu dəfə göndərilən pulu da öz ehtiyaclarına xərcləmiş, Rafaelə işin alınmaması barədə bir söz deməmişdir. Fikirləşmişdir ki, Rafaeldən bir müddət bu adla pul alıb xərcləsin, bir müddət sonra işin alınmadığını deyib aldığı pulu hissə- hissə qaytarar. Həmin vaxtdan 2021-ci ilin noyabr aymadək Rafaeldən daha pul istəməmişdir. Lakin 2021-ci ilin noyabr ayının ortalarında pula ehtiyacı olduğu üçün Rafaelə zəng edərək bu iş üçün əlavə pul lazım olduğunu bildirib Rafaeldən 1000 manat da əlavə pul istəmişdir. Pulu göndərməsi üçün tanışlarından biri olan Şahid2 adma olan "xxxx" ASC-yə məxsus bank kartının üzərində olan rəqəmləri göndərib pulu həmin karta göndərməsini demişdir. Rafael də həmin vaxt, yəni 16 noyabr 2021-ci il tarixdə Şahid2 adma olan "xxxx" ASC-yə məxsus bank kartına 1000 manat pul göndərmiş, o, həmin pulu çıxarıb götürmüşdür. Onun özünün bank kartı olmadığı üçün hər dəfəsində müxtəlif tanışlarından bank kartı alıb pulu həmin karta göndərməsini Rafaelə demiş, tanışı Məqsəddən kartını bir dəfəlik istifadə üçün almış və Rafaelin göndərdiyi 1000 manat pulu da çıxarıb Məqsədin kartını qaytarmış və pulu öz ehtiyaclarına xərcləmişdir. Şahid2 kim olmasını hazırda xatırlamır. Rafael ona 16 noyabr 2021-ci il tarixdə 1000 manat pul göndərdikdən sonra həmin pulu xərclədiyindən yenə də pula ehtiyacı olmuş, buna görə də 24 noyabr 2021-ci il tarixdə o yenidən Rafaelə zəng edib bu iş üçün 100 manat pul lazım olduğunu demiş, pulu göndərməsi üçün Rafaelə tanışlarından birinin kartını göndərmiş, Rafael də onun göndərdiyi bank kartına 24 noyabr 2021- ci il tarixdə 100 manat pul göndərmişdir. Bundan sonra o, eyni məqsədlə 2021-ci ilin dekabr ayının əvvəllərində yenə də Rafaeldən 100 manat pul almış, həmin pulu göndərməsi üçün Rafaelə tanışı X6 adma olan "xxxx" ASC-yə məxsus bank kartının üzərində olan rəqəmləri göndərmiş, Rafael də həmin ərəfədə 100 manat pulu ona göndərmişdir. O, həmin pulu da çıxarıb öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra 2022-ci ilin yanvar ayının əvvəllərində yenə də pula ehtiyacı olduğu üçün Rafaelə zəng edib ondan 1000 manat pul istəmiş, pensiyasının düzəlməsi üçün təcili olaraq 1000 manat pul tapıb göndərməsini, pulu mütləq şəkildə çatdırmalı olduğunu demişdir. Həmin vaxt pulu göndərməsi üçün tanışlarından birinin adma olan kartın şəklini göndərib pulu həmin karta göndərməsini demişdir. Rafael də həmin vaxt 1000 manat pul tapıb karta göndərmiş, o da pulu çıxarıb öz etiyaclarma xərcləmişdir. Rafaelin həmin 1000 manat pulu kimin kartına göndərməsini xatırlamır. Bundan sonra eyni məqsədlə 2022-ci ilin fevral ayının ortalarında Rafaeldən 100 manat pul istəmiş, Rafael də 20 fevral 2022- ci il tarixdə tanışlarından birinin kartına 100 manat pul göndərmiş, həmin pulu da öz ehtiyaclarına xərcləmişdir. Rafael hər dəfəsində pul tapıb göndərə bilmişdir deyə düşünmüşdür ki, ona nə qədər inanır Rafaeldən pul alsın, sonradan aldığı pulları qaytarar. Həmin vaxtdan sonra bir neçə ay Rafaeldən pul istəməmiş, çünki artıq Rafaeldə ona qarşı narazılıq yaranmışdır. Ancaq 2022-ci ilin iyun ayının sonlarında Rafaelə zəng edib işdə bəzi problemlər yarandığını, ona görə də 250 manat əlavə pul lazım olduğunu demiş, Rafael də həmin ilin iyun ayının sonlarında tanışlarından birinin kartına ona 150 manat pul göndərmiş, o həmin pulu da öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra eyni məqsədlə 2022-ci ilin noyabr ayında Rafaeldən 1000 manat pul istəmiş və həmin 1000 manatı verdikdən sonra işin tezlikdə həll olunacağını demişdir. Həmin ərəfədə Abşeron rayonunda, yaşadığı evin yaxınlığında icarəyə kafe götürüb işlətmiş, həmin kafedə çaypaylayıcı (ofisiant) işləyən X3 “Leobanka” aid kartını alıb şəklini Rafaelə göndərib 1000 manat pulu həmin karta göndərməsini istəmişdir. Rafael də həmin 1000 manat pulu 10 noyabr 2022-ci il tarixdə işçisi X3 adma olan “LeoBanka” aid karta göndərmiş, o həmin pulu çıxarıb öz ehtiyaclarına xərcləmiş, Ülviyyənin kartını da sonradan onun özünə geri qaytarmışdır. Bundan sonra eyni məqsədlə Rafaeldən yenə də 550 manat pul istəmiş, bu dəfə kafedə işləyən digər işçisi X7 adma olan “LeoBanka” aid kartın şəklini Rafaelə göndərmiş, pulu həmin karta köçürməsini istəmiş, Rafael də 01 mart 2023-cü il tarixdə həmin karta 550 manat pul göndərmiş, o, həmin pulu da çıxarıb öz ehtiyaclarına xərcləmişdir. Beləliklə eyni məqsədlə Rafaeldən ümumilikdə 6500 manat pul almış, sonradan maddi imkanı olmadığı üçün Rafaelin pulunu qaytara bilməmişdir. Məhkəmə istintaqında xx.xx.2024-cü il tarixdə dindirilən Zərərçəkmiş şəxs göstərmişdir ki, hadisə təqsirləndirilən şəxs danışdığı kimi olub. Dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən hazırda ona tam olaraq ödənilib. Ondan heç bir şikayəti və tələbi yoxdur. İbtidai istintaqda verdiyi ifadəni təstiq edir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki o, valdeyinləri ilə birlikdə Xaçmaz rayonu, Müşkür kəndində yaşayır. Latın qrafikalı Azərbaycan əlifbası ilə yazmağı və oxumağı bacarır. Rəsmi olaraq hər hansı bir yerdə işləmir. O, İkinci Qarabağ müharibəsi iştirakçısıdır və 44 günlük vətən müharibəsində Kəlbəcər, Cəbrayıl və Fizuli rayonları uğrunda gedən döyüşlərdə iştirak edib Fizuli rayonunda sol diz və baş nahiyələrindən yaralanmışdır. Vətən müharibəsində yaralansa da, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən yoxlanışdan keçdikdən sonra aldığı xəsarətlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” müvafiq olaraq əsas vermədiyini əsas gətirilib ona əlillik dərəcəsi verilməsindən imtina olunmuşdur. Bundan sonra atası Şahid1 bu işi düzəltmək üçün tanışlarından maraqlanmağa başlamış, atası maraqlananda atasının dostu Fazilin qardaşı Faiq adlı şəxs Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, həmin şəxsin əvvəllər hərbiçi işlədiyini və pensiya düzəltmək işindən anlayışı olduğunu bildirmişdir. Atası da özünü Faiqə həmin şəxslə tanış etməsini xahiş etdiyinə görə, həmin vaxt Faiq Həzinin mobil telefon nömrəsini atasına verərək zəng edib danışmasını, danışarkən nömrəsini Faiqdən aldığını deməsini bildirmişdir. Atası Faiqin verdiyi mobil telefon nömrəsi ilə Həzi adlı şəxsə zəng edib nömrəsini Faiqdən aldığını deyib Həziyə onun vəziyyəti barəsində danışmış və kömək etməsini xahiş etmişdir. Həzi atası ilə danışıb onun vəziyyətini öyrəndikdən sonra özünün hər yerdə tanışının olduğunu, həmin tanışları vasitəsi ilə istənilən şəxsə pensiya düzəltdirə biləcəyini, ona görə də ona rahatlıqla əlillik dərəcəsi təyin etdirib pensiya düzəltdirə biləcəyini, lakin söhbət etmək üçün Bakıya gəlmələrini bildirmişdir. Həzi atasına dediyinə görə o, atası ilə birlikdə 2021-ci ilin aprel ayının əvvəllərində Bakı şəhərinə getmiş və həmin vaxt Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Şamaxinka adlanan yerdə Həzi ilə görüşmüşlər. Həmin gün Xaçmaz rayonundan çıxarkən ehtiyyatdan 1500 manat pul götürmüşdür. Həzi ilə görüşüb söhbət etdikdən sonra onun bədənində olan xəsarətlərlə bağlı sənədlərinin surətini götürmüş və ilkin olaraq 2000 manat pul istəmişdir. Həmin vaxt onda 1500 manat pul olduğuna görə Həziyə hazırda 2000 manat deyil 1500 manat pulunun olduğunu bildirib Həziyə həmin yerdə 1500 manat pulu vermişdir. Həzi pulu götürüb cibinə qoyduqdan sonra bir neçə günə onunla əlaqə saxlayacağını bildirib onlara Xaçmaz rayonuna qayıtmalarını demişdir. Bundan sonra onlar bir- birinə zəng edib iş barəsində danışmışlar, lakin o, Həziyə daha çox zəng edib işin nə yerdə olduğunu maraqlanmışdır. Birinci dəfə 1500 manat pulu aldıqdan sonra 2021- ci ilin iyul ayının əvvəllərində Həzi ona zəng edib iş üçün əlavə olaraq 1000 manat pul lazım olduğunu bildirmiş və başqa şəxsin adma olan bank kartının şəklini ona göndərib həmin karta 1000 manat pul göndərməsini demişdir. O da Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Nabran” marketin qarşısında olan “Milli Ön” ödəmə terminalı vasitəsi ilə Həziyə 1000 manat pul göndərmişdir. O, 1000 manat pulu göndərdikdən bir neçə saat sonra Həzi ona zəng edib pulu götürdüyünü, yaxın günlərdə işini həll edəcəyini və onun pensiyasının düzələcəyini demişdir. O da fikirləşmişdir ki, Həzi ondan boş yerə pul almaz, əgər pulu aldısa deməli pensiyasını düzəldəcəkdir. Bundan sonra o, Həzi ilə mütəmadi olaraq danışmıdır. Həmin vaxtdan 2021-ci ilin noyabr aymadək Həzi ondan pul istəməmiş, lakin 2021-ci ilin noyabr ayının ortalarında Təqsirləndirilən şəxs ona zəng edərək bu iş üçün əlavə pul lazım olduğunu bildirib ondan 1000 manat da əlavə pul istəmişdir. Pulu göndərməsi üçün Təqsirləndirilən şəxs Şahid2 adma olan "xxxx" ASC-yə məxsus bank kartının üzərində olan rəqəmləri göndərib pulu həmin karta göndərməsini demişdir. O da həmin vaxt, yəni 16 noyabr 2021-ci il tarixdə saat 18:39-da tapıb Təqsirləndirilən şəxs göndərdiyi Şahid2 adma olan "xxxx" ASC-yə məxsus bank kartına Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketə quraşdırılmış “Milli ÖN” ödəmə terminalı vasitəsi ilə 1000 manat pul göndərmişdir. Həziyə 16 noyabr 2021-ci il tarixdə 1000 manat pul göndərdikdən sonra 24 noyabr 2021-ci il tarixdə Həzi yenidən ona zəng edib bu iş üçün 100 manat pul lazım olduğunu demişdir. Pulu göndərməsi üçün Təqsirləndirilən şəxs adını bilmədiyi şəxsin adma olan "xxxx" ASC-yə məxsus bank kartının şəklini göndərib pulu həmin karta göndərməsini demişdir. Həmin kartın nömrəsini ödəmə terminalına yazan zaman ekrana “El***** Ru****” sözləri gəlmiş, ancaq həmin kartın yenə də kimə məxsus olmasını bilməmişdir. Kartın kimə məxsus olmasının onun üçün bir əhəmiyyəti olmamış, çünki Həzi onu özünə inandırmış, o da bu işin düzələcəyinə inanmışdır. Ona görə də o, Həzinin göndərdiyi naməlum şəxsə məxsus "xxxx" ASC-yə məxsus bank karıtma 24 noyabr 2021-ci il tarixdə saat 17:42-də Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 100 manat pul göndərmişdir. Bundan sonra 05 dekabr 2021-ci il tarixdə Həzi yenidən ona zəng edib yenə də 100 manat pul lazım olduğunu bildirib ondan 100 manat pul göndərməsini istəmişdir. Pulu göndərməsi üçün Həzi X1 adma olan "xxxx" ASC- yə məxsus bank kartının üzərində olan rəqəmləri göndərib pulu həmin karta göndərməsini demişdir. O da həmin vaxt, yəni 05 dekabr 2021-ci il tarixdə saat 18:13-də Təqsirləndirilən şəxs göndərdiyi X6 adma olan "xxxx" ASC-yə məxsus bank kartına Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 100 manat pul göndərmişdir. Bundan sonra 2022-ci ilin yanvar ayının əvvəllərində Həzi ona zəng edib iş üçün əlavə olaraq 1000 manat pul lazım olduğunu bildirdiyinə görə o, 2022-ci ilin yanvar ayının ortalarında Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdə olan “e-Manat” ödəmə terminalı vasitəsi ilə Həzinin göndərdiyi naməlum şəxsin adma olan bank kartına əlavə olaraq 1000 manat da pul göndərmişdir. Bundan sonra Həzi eyni məqsədlə 2022-ci ilin fevral ayının ortalarında 100 manat pul istəmişdir. Həmin vaxt qış ayları olduğua görə o, Həziyə demişdir ki, bir-iki gün ərzində pulu tapıb göndərər. 20 fevral 2022-ci il tarixdə o, 100 manat pul tapıb həmin gün Həzinin göndərdiyi naməlum şəxsin adma olan "xxxx" ASC-yə məxsus bank kartına saat 19:11-də Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketə quraşdırılmış “Milli ÖN” ödəmə terminalı vasitəsi ilə 100 manat pul göndərmişdir. O, həmin vaxt Həzinin göndərdiyi kartın nömrəsini ödəmə terminalına yazan zaman ekranda M***** R**** r***** SöZləri gəlmişdir. Hər dəfə o, pul göndərdikdən sonra Həzi ilə danışıq zamanı Həzi bəzi problemlər olduğunu, ona görə də pensiyasının gec də olsa düzəlcəyini demişdir. Bundan sonra 2022-ci ilin iyun ayının sonlarında Həzi ona zəng edib bu iş üçün 250 manat əlavə pul lazım olduğunu demişdir. O da 2022-ci ilin iyun ayının sonlarında Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketə quraşdırılmış “Milli ÖN” ödəmə terminalı vasitəsi ilə Həzinin göndərdiyi xatırlamadığı şəxsm adma olan bank kartına 150 manat pul göndərmişdir. Hər dəfəsində pulu göndərdikdən sonra Həzi pulun ona çatdığını demişdir. Bundan sonra Həzinin istəməsinə görə eyni məqsədlə 10 noyabr 2022-ci il tarixdə Həzinin göndərdiyi X3 adma olan “LeoBanka” aid karta 10 noyabr 2022-ci il tarixdə saat 15:56-da Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 1000 manat pul göndərmişdir. Bundan sonra eyni məqsədlə Həzinin göndərdiyi X7 adma olan “LeoBanka” aid karta 01 mart 2023-cü il tarixdə saat 17:26-da Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketə quraşdırılmış “Milli ÖN” ödəmə terminalı vasitəsi ilə 550 manat pul göndərmişdir. Ona pensiya düzəltdirməsi üçün ümumilikdə Həziyə 6500 manat pul vermişdir. Həmin vaxtdan sonra Həzi müxtəlif bəhanələr gətirib işin yubandığını bildirmiş və onu axrayın etmişdir ki, yaxın günlərdə iş düzələcəkdir. Lakin bu günədək Həzidən bir xəbər çıxmağıdma görə onu aldatdığını başa düşüb 06 dekabr 2023-cü il tarixdə Xaçmaz RPŞ-nə gəlib şikayət ərizəsi yazmışdır. O, Həzi adlı şəxslə ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri vasitəsi ilə əlaqə saxlamış, son vaxtlarda Həzi telefonları söndürdüyünə və yaxud cavab vermədiyinə görə axtarıb qardaşının istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini taparaq danışmış lakin qardaşı da bu işdən məlumatlı olmadığını bildirdiyinə görə onlara köməklik etməmişdir. Onun Həzi adlı şəxsə verdiyi pullar onun özünə məxsus pul olmuş və maddi ziyan ona dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs əliliyə cıxartmaq üçün Təqsirləndirilən şəxs ilə aralarında razılaşma olmuş və o, bildirmişdir ki, ona əllik sənədi düzəldəcək və bu məqsədlə ona pulu verilmişdir. Lakin sonradan iş alınmamışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Müşkür kəndində ailəsi ilə birlikdə yaşayır. Latın qrafikalı azərbaycan əlifbası ilə yazmağı və oxumağı bacarır. Evlidir iki övladı vardır. Övladlarm 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs və 2002-ci il təvəllüdlü Anar Səfərəliyevdir. X17 müharibəsi iştirakçısıdır və 44 günlük vətən müharibəsində Kəlbəcər, Cəbrayıl və Fizuli rayonları uğrunda gedən döyüşlərdə iştirak edib Fizuli rayonunda sol diz və baş nahiyələrindən yaralanmışdır. Vətən müharibəsində yaralansa da, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən yoxlanışdan keçdikdən sonra Rafaelin aldığı xəsarətlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” müvafiq olaraq əsas vermədiyini əsas gətirilib Rafaelə əlillik dərəcəsi verilməsindən imtina olunmuşdur. Bundan sonra o, bu işi düzəltmək üçün tanışlarından maraqlanmağa başlamışdır. O, maraqlananda bu barədə Fazilin qardaşı Faiq ona demişdir ki, onun Təqsirləndirilən şəxs adlı tanışı vardır, həmin şəxs əvvəllər hərbiçi işləmişdir və pensiya düzəltmək işindən anlayışı vardır. O, də Faiqlə demişdir ki, Həzi adlı şəxslə onu tanış etsin, o, Həzi ilə Rafaelin işi barəsində danışsın. O, xahiş etdiyinə görə Faiq Həzinin mobil telefon nömrəsini ona verərək zəng edib danımasmı, danışarkən nömrəsini Faiqdən aldığını deməsini bildirmişdir. O, Faiqin verdiyi mobil telefon nömrəsi ilə Həzi adlı şəxsə zəng edib nömrəsini Faiqdən aldığını deyib ona oğlu Rafaelin vəziyyəti barəsində danışmış və kömək etməsini xahiş etmişdir. Həzi onunla danışıb Rafaelin vəziyyətini öyrəndikdən sonra özünün hər yerdə tanışının olduğunu, həmin tanışları vasitəsi ilə istənilən şəxsə pensiya düzəltdirə biləcəyini, ona görə də Rafaelə də rahatlıqla əlillik dərəcəsi təyin etdirib pensiya düzəltdirə biləcəyini, lakin söhbət etmək üçün Bakıya gəlmələrini bildirmişdir. O, bu barədə oğluna məlumat vermişdir. Həmin ərəfədə oğlunun bir qədər pulu olmuşdur.. Həzi onları Bakı şəhərinə dəvət etdiyinə görə o, Rafaellə birlikdə 2021-ci ilin aprel ayının əvvəllərində Bakı şəhərinə getmiş və həmin vaxt Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Şamaxinka adlanan yerdə Həzi ilə görüşmüşlər. Həmin gün Xaçmaz rayonundan çıxarkən ehtiyyatdan 1500 manat pul götürmüşlər. Həmin pul Rafaelin özünə məxsus olmuşdur. Həzi ilə görüşüb söhbət etdikdən sonra Həzi Rafaelin bədənində olan xəsarətlərlə bağlı sənədlərin surətini götürmüş və ilkin olaraq 2000 manat pul istəmişdir. Həmin vaxt Rafaelin üzərində 1500 manat pul olduğuna görə Həziyə hazırda 2000 manat deyil 1500 manat pullarının olduğunu bildirib həmin yerdə Rafael 1500 manat pulu Həziyə verdi. Həzi pulu götürüb cibinə qoyduqdan sonra bir neçə günə onlarla əlaqə saxlayacağını bildirib onlara Xaçmaz rayonuna qayıtmalarını demişdir. Bundan sonra Rafaellə Həzi bir-birinə zəng edib iş barəsində danışmışlar. Birinci dəfə 1500 manat pulu aldıqdan sonra Həzi müxtəlif vaxtlarda Rafaeldən pul istəməyə davam etmişdir. Beləliklə bundan sonrakı dövrdə Həzi 2023-cü ilin mart ayının əvvəlinədək hissə- hissə olmaqla Rafaeldən əlavə 5000 manat pul almışdır. Rafael həmin pulların bir hissəsini dost-tanışından borc alıb vermiş, sonradan isə həmin pulu qaytarmışdır. Təqsirləndirilən şəxs Rafaeldən pensiya düzəltməsi üçün ümumilikdə 6500 manat pul alsa da Həzi vədinə əməl etməyib pulu xərcləmiş, bu günə qədər nə pulu geri qaytarmamış, nə də ki Rafaelə pensiya düzəltməmişdir. Həzi adlı şəxsə verdikləri pul Rafaelin özünə məxsus pullar olmuşdur və maddi ziyan oğlu Rafaelə dəymişdir.O, Faiq adlı şəxslə ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır, Faiqin soyadını və atasının adım bilmir, ancaq bilir ki Faiq Xaçmaz rayon sakinidir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid3 ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Latın qrafikalı Azərbaycan əlifbası ilə yazmağı və oxumağı bacarır. Rəsmi olaraq heç bir yerdə işləmir, Bakı şəhəri, Nəsimi rayonu, 9-cu mikrorayonda yerləşən restoranların birində aşpaz köməkçisi işləyir. Evlidir, iki övladı vardır. Övladlarının hər biri 18 yaşından kiçikdirlər. Mahiyyəti üzrə bildirir ki, Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin avqust ayının sonlarından tanımışdır, Həzi ilə hər hansı bir ədavət' və ya düşmənçiliyi yoxdur. Belə ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Müşviqabad qəsəbəsi ərazisində kafe işlətmiş və o, həmin kafedə də aşpaz köməkçisi işləmişdir. Həmin ərəfədə onun “Leobanka” aid kartı olmuşdur və həmin kart onun istifadəsində olmuşdur. Həzinin işlətdiyi kafedə işlədiyi vaxtlarda Həzi hərdən ona demişdir, ona müxtəlif yerlərdən pul göndərəcəklər, özünün kartı olmadığı üçün o, istifadəsində olan “Leobanka” aid kartını versin. Həzi onun müdiri olduğu üçün sözünü yerə salmamış və istifadəsində olan “Leobanka” aid kartını Həziyə vermişdir. O, həmin bank kartını Həziyə verən zaman kartın parolunu da Həziyə vermişdir ki, Həzi həmin kartı bankomata daxil edib ona göndərilmiş pulu çıxara bilsin. Həzi onun kartından istifadə etdikdən sonra gətirib kartı onun özünə qaytarmışdır. 10 noyabr 2022-ci il tarixdə də Həzi ondan istifadəsində olan “Leobanka” aid kartı istəmiş və bildirmişdir ki, tanışı həmin karta pul göndərəcəkdir, pulu çıxardıqdan sonra gətirib yenə də kartını qaytaracaqdır. O da həmişəki kimi Həzinin sözünü yerə salmayıb istifadəsində olan “Leobanka” aid kartı Həziyə vermiş, həmin gün axşam saatlarında o işdə olan zaman Həzi həmin karta göndərilmiş pulu çıxardığını bildirib onun bank kartını özünə qaytarmışdır. Həzinin hər hansısa bir şəxsi aldadıb dələduzluq yolu ilə pul ələ keçirməsindən onun məlumatı olmamışdır. O, Həzinin onun bank kartımdan istifadə edərək cinayət törətməsini bilsəydi öz adma olan kartı Həziyə verməzdi. Odur ki, 10 noyabr 2022-ci il tarixdə istifadəsində olan “Leobanka” aid karta köçürülmüş 1000 manat puldan onun məlumatı yoxdur və həmin pul ona çatmamışdır, həmin pulu Həzi çıxarmışdır. Adma olan və xx.xx.2022- ci il tarixdə 1000 manat pul göndərilmiş “Leobanka” aid bank kartı hazırda onun özündədir və onun istifadəsindədir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid2 ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Latm qrafikalı Azərbaycan əlifbası ilə yazmağı və oxumağı bacarır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmələ məşğul olub dolanışığını təmin edir. Mahiyyəti üzrə bildirir ki, onun istifadəsində "xxxx" ASC-yə məxsus bank kartı olmuşdur. Həmin bank kartının son dörd rəqəmi 5259-dur. O, həmin kartı 2021-ci ildə almışdır. O, Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır. Həzi onun uzaq qohumudur və o, Həzinin uşaqlarının kirvəsidir. 2021-ci ilin noyabr ayının əvvəllərində qohumu Təqsirləndirilən şəxs özünün bank kartının olmadığını, ona kiminsə pul göndərəcəyini bildirib istifadəsində olan yuxanda qeyd etdiyi bank kartını ondan istəmişdir. O da Həzinin sözünü yerə salmayıb həmin kartı Həziyə verib kartın parolunu da Həziyə demişdir. Həzi bir neçə gün onun kartını istifadə etdikdən sonra kartı gətirib ona qaytarmışdır. Həziyə kimin, haradan və hansı məbləğdə pul göndərməsini bilmir, Həzinin həmin kartdan cinayətkar məqsəd üçün istifadə edəcəyini bilsəydi kartını Həziyə verməzdi. Onun adna olan, son dörd rəqəmi 5259 olan “Kapital Banka” aid bank karta 16 noyabr 2021-ci il tarixdə göndərilmiş 1000 manat pul qohumu Təqsirləndirilən şəxs çatmışdır və pulu Həzinin özü çıxarmışdır. Həmin 1000 manat pulu kimin və hansı məqsədlə göndərməsini bilmir. İş materiallarında olan Xaçmaz rayon X14 Bölməsinin müstəntiqi, polis leytenantı Mətləb İsmayılovun cinayət işinin başlaması, zərərçəkmiş şəxs qismində tanınma və işin icraata qəbul edilməsi haqqında 19 dekabr 2023-cü il tarixli qərarından görünür ki, icraatında olan HK-1/3994 nömrəli materialı üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış və Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Xaçmaz rayon X14 Bölməsinin müstəntiqi, polis leytenantı Mətləb İsmayılovun məcburi gətirmə haqqında 20 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin alınması və digər istintaq hərəkətlərinin yerinə yetirilməsi məqsədi ilə Xaçmaz rayon X14 Bölməsinə məcburi gətirilməsi qərar verilmişdir. İş materiallarında olan Xaçmaz rayon X14 Bölməsinin müstəntiqi, polis leytenantı Mətləb İsmayılovun təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 03 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X14 Bölməsinin müstəntiqi, polis leytenantı Mətləb İsmayılovun məcburi gətirmə haqqında 03 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizləndiyi və çağırışa gəlmədiyi üçünbarəsində axtarış elan edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X14 Bölməsinin müstəntiqi, polis leytenantı Mətləb İsmayılovun 03 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə 16 fevral 2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 fevral 2024-cü il tarixdə Abşeron rayonu, 28 May qəsəbəsində tutularaq Xaçmaz rayon polis şöbəsinə gətirilmişdir. İş materiallarında olan Xaçmaz rayon X14 Bölməsinin müstəntiqi, polis leytenantı Mətləb İsmayılovun cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında 16 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2024-cü il tarixdə Abşeron rayonu ərazisində tutularaq Xaçmaz rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə yerləşdirildiyindən onun barəsində olan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. İş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin 17 fevral 2024-cü il tarixli, 4(067)-19/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 fevral 2024-cü il tarixdən hesablanmaqla 02 (iki) ay həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Xaçmaz rayon X14 Bölməsinin müstəntiqi, polis leytenantı Mətləb İsmayılovun elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında 20 fevral 2024-cü il tarixli protokoldan görünür ki, müstəntiq tərəfindən elektron məlumat daşıyıcısına baxış keçirilmiş, baxış zamanı zərərçəkmiş şəxs X2 tərəfindən təqdim olunmuş diskə baxış keçirilmiş və həmin baxış zamanı zərərçəkmiş şəxs kimi tanındığı ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs göndərdiyi pul vəsaitlərinin bəzilərinin qəbzlərinin şəkillərini həmin diskə köçürdüyünü göstərilmişdir. İş materiallarında olan Xaçmaz rayon X14 Bölməsinin müstəntiqi, polis leytenantı Mətləb İsmayılovun maddi sübut kimi tanımaq haqqında 01 mart 2024-cü il tarixli qərarından görünür ki, bir ədəd disk daşıyıcısı iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X14 Bölməsinin müstəntiqi, polis leytenantı Mətləb İsmayılovun sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 28 mart 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X14 Bölməsinin müstəntiqi, polis leytenantı Mətləb İsmayılovun təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında 29 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və ona həmin maddələr ilə yeni ittiham elan edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X14 Bölməsinin müstəntiqi, polis leytenantı Mətləb İsmayılovun təqsirləndirilən şəxsin barəsində başqa yerə qetməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 16 aprel 2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində 16 aprel 2024-cü il tarixdən başqa yerə qetməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən 08 may 2024-cü il tarixdə verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Abşeron RPİ-nin İŞ-də başlanmış ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Şahdağ kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Qazax rayon Məhkəməsinin 1(023)-17/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəza müddəti başa çatdığı üçün barəsində olan şəxsi iş xx.xx.2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə olunmuş Abşeron rayon Məhkəməsinin 1(012)-288/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Həmçinin məhkəmə iclasında təqsirləndirilən şəxs Qasımov X10 döyüşlərində iştirak etməsini bildirsədə, bu hal məhkəmə gedişatı zamanı öz təstiqini tapmamışdır. İş materiallarında olan dövlət ittihamçısı tərəfindən məhkəməyə təqdim edilmiş rəydən görünür ki, Abşeron rayon Məhkəməsinin 1(012)-288/2024saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir.İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CMin 178.2.2-ci maddəsi ilə ittiham elan edilməsi üçün əsas, barəsində Abşeron rayon məhkəməsində Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə olan cinayət işi baxılma mərhələsində olmasına baxmayaraq təkrarən dələduzluq cinayət əməlini törətməsi faktı olmuşdur. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilənməsinə dair cinayət işi Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Göründüyü kimi, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə ittiham elan edilməsinə əsas olmuş cinayət işi üzrə Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı vardır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz.Azərbaycan Respublikasi Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz.Odur ki, Təqsirləndirilən şəxs əməlində dələduzluq cinayətinin təkrar törədilməsi olmadığından qeyd olunanları nəzərə alıb, elan olunmuş ittihamdan CM-in 178.2.2-ci maddəsinin xaric edilməsi və dövlət ittihamının müdafiəsinin CM-in 178.2.4-cü maddəsi ilə təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.Göstərilənlərə əsasən, Baş Prokurorluğun “X11” 107.15-ci bəndini rəhbər tutaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə elan olunmuş ittihamdan CM-in 178.2.2-ci maddəsi xaric edilsin və dövlət ittihamının müdafiəsi CM-in 178.2.4-cü maddəsi ilə təmin edilməsini xahiş edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Qazax rayon Məhkəməsinin 1(023)-17/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-in 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə İİ Qarabağ müharibəsində iştirak edərək xəsarət almış Zərərçəkmiş şəxs pensiya düzəltdirəcəyinə dair vəd verib aldadaraq 2021-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu ərazisində “Şamaxinka” adı ilə tanınan yerdə 1500 manat, 2021-ci ilin iyul ayının əvvəllərində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Nabran” marketin qarşısında olan “Milli Ön” ödəmə terminalı vasitəsi ilə istintaqa məlum olmayan bank kartına köçürülmüş 1000 manat, 16 noyabr 2021-ci il tarixdə saat 18:39-da Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdə quraşdırılmış “Milli ÖN” ödəmə terminalı vasitəsi ilə Şahid2 məxsus "xxxx" ASC-yə aid bank kartına köçürülmüş 1000 manat, 24 noyabr 2021-ci il tarixdə saat 17:42-də Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdə quraşdırılmış “e-Manat” ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-dən şəxsiyyəti istintaqa məlum olmayan şəxsə verilmiş bank kartına köçürülmüş 100 manat, 05 dekabr 2021-ci il tarixdə saat 18:13- də Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə X8 məxsus "xxxx" ASC-yə aid bank kartına köçürülmüş 100 manat, 2022-ci ilin yanvar ayının ortalarında Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdə quraşdırılmış “e-Manat” ödəmə terminalı vasitəsi ilə istintaqa məlum olmayan bank kartına köçürülmüş 1000 manat, 20 fevral 2022-ci il tarixdə saat 19:11-də Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdə quraşdırılmış “Milli ÖN” ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-dən şəxsiyyəti istintaqa məlum olmayan şəxsə verilmiş bank kartına köçürülmüş 100 manat, 2022-ci ilin iyun ayının sonlarında Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketə quraşdırılmış “Milli ÖN” ödəmə terminalı vasitəsi ilə istintaqa məlum olmayan bank kartına köçürülmüş 150 manat, 10 noyabr 2022-ci il tarixdə saat 14:56-da Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə Şahid3 qızma məxsus “LeoBanka” aid bank kartına köçürülmüş 1000 manat, 01 mart 2023-cü il tarixdə saat 17:26-da Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdə quraşdırılmış “Milli ÖN” ödəmə terminalı vasitəsi ilə X15ma məxsus “LeoBanka” aid bank kartına köçürülmüş 550 manat pul olmaqla, ümumilikdə xeyli miqdar təşkil edən 6500 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək dələduzluq etmiş, yəni xeyli miqdarda ziyan vurmaqla etibardən sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməllərində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin tərkibi vardır. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunundan görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını və ziyanı tam ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də şəxsiyyətlərini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti tutulduğu gündən, yəni 18 fevral 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi bir ədəd disk cinayət işində saxlanımalıdır. İş üzrə məhkəmə xərci yoxdu. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Qazax rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 1(023)-17/2022 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhdudlaşdırma cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsi ilə 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz etməklə 01 (bir) il azadlıqdan məhrumetmə cəzasına bərabər tutaraq, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona 02 (iki) il 06 (altı) ay azadlıqdan mərumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə 16 fevral 2024-cü il tarixdən 16 aprel 2024-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) ay müddət, ona Qazax rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 1(023)-17/2022 saylı hökmü ilə olan iş üzrə tətbiq edilən 01 (bir) gün tutma, habelə azadlığın məhdudlaşdırılması növündə çəkmiş olduğu və 01 (bir) il azadlıqdan məhrumetməyə bərabər tutulan cəza (ümumilikdə 01 (il) 02 (iki) ay 01 (bir gün) azadlıqdan məhrumetmə cəzası) ona hazırda təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 18 fevral 2025-ci il tarixdən hesablansın. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə maddi sübut kimi bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə xərci yoxdu. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar