Məhkəmə qərarları › İş №1(067)-193/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-193/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-193/2023 15.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X91, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X53 nümayəndəsi və vəkili Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Fərzəliyev Cəlal Seyfəddin oğlunun iştirakları ilə Fərzəliyev Cəlal Seyfəddin oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında X53 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X117 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, kütləvi informasiya vasitəsi hesab olunan “YouTube” video paylaşım və “7Times.az” internet saytı vasitəsilə yalan olduğunu bilə-bilə onu ağır cinayətdə ittiham edərək haqqında böhtan xarekterli məlumatları yaymaqla onun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan Fərzəliyev Cəlal Seyfəddin oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyasında nəzərədə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. X117 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılır ki, İnsanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində və '‘İnsan Hüquqlarının və X33 haqqında’“ Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Lakin, bir sıra hallarda bəzi şəxslər onlara verilmiş hüquq və azadlıqlardan sui-istifadə edərək başqalarının şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatların kütləvi şəkildə yayılmasına yol verirlər. O, uzun illərdir Quba X90 Mərkəzində işləyir. 06 iyul 2022-ci ildən isə həmin idarənin müdiri təyin olunmuşdur. İşlədiyi dövrdə işini qanunla və qaydalara uyğun görür. İşinə görə dəfələrlə ona rəhbərlik razılığını bildirmişdir. Bu illər ərzində iş yerində və cəmiyyətdə xarakterinə, davranış qaydalarına uyğun olaraq müsbət xarekterizə olunmuşdur.İş yerində və cəmiyyətdə hörməti, nüfuzu vardır. “7Times.az” saytının redaktoru Fərzəliyev Cəlal Seyfəddin oğlu məqsədli şəkildə həqiqəti əks etdirməyən, şantaj xarakterli, əsassız, Mərkəzin iş fəaliyyətinə xələl gətirmək məqsədilə video süjetlər hazırlayaraq vətəndaşlar arasında təbliğat aparır. Belə ki, onun bu kimi qanunsuz əməlləri barədə xx.xx.2023-cü il tarixli, 3-14-27-06/2-106/2023 nömrəli məktubla Quba rayon Polis Şöbəsinə, xx.xx.2023-cü il tarixli, 3-14-27-06/2- 156/2023 nömrəli məktubla Quba rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. FərzəliyevCəlal Seyfəddin oğlu “7Times” youtube kanalında 31 mart 2023-cü il tarixdə paylaşdığı video süjetdə “Elvin Baxışovun adı işdə olub özü işdə olmayan və dövlət büdcəsindən boş-boşuna əmək haqqı alan qardaşı Emin Baxışov, bibisioğlu Vahid Ərzumanov, yaxın ailə üzvü olan Pərvanə Kazımova, X54, X152, X118, X119, X120, X153, X55, X92, X93, X56, X154, X57, X121, X122, X12, X123 və iqtisadçı Nüşabə Əliyeva olduğunu qeyd etmişdir, (həmin video süjet “bir yatmış başqa bir yatmışı oyada bilməz elə oyatmadıda” diskə əlavə olunur.) Həmin süjetdə onun barəsində böhtan və təhqir dolu məlumatlar yazmış, ona əsassız olaraq böhtan atmış, onu təhqir etmiş, şərəf və layəqətini alçaltmış, onu ağır cinayət törətməkdə ittiham etmişdir. Belə ki, süjetdə onu korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər qulluq mənafeyi əleyhinə olan cinayətlər törətməkdə ittiham etmişdir. X106 Seyfəddin oğlu 06 avqust 2023-cü il tarixdə rəhbərlik etdiyi “7Times” xəbər agentliyinin internet portalında “Maaş kartlarını şəxsən Elvin adlı şəxsin əli ilə nazir Muxtar Babayev mənimsəyir” başlıqlı məlumat yayılmışdır. Bu məlumatda həmin agentliyin təsisçisi və baş redaktoru cavabdeh Cəlal Fərzəliyevonun rəhbəri olduğu Mərkəz barədə əsassız, yalan, həqiqətə uyğun olmayan dəqiqləşdirilməmiş məlumatlar yaymış və təşkilatın işgüzar nüfuzuna xələl gətirmişdir. Həmin məlumatda qeyd olunmuşdur ki, "Məndə olan məlumata görə Elvin adlı vəzifəli şəxs qeyri qanuni aylıq pulları yığaraq Ekologiya naziri Muxtar Babayevlə açotuçot aparır. Başqa bir məsələ isə sizə təqdim etdiyim meşəə təsərrüfatının siyahısında olan şəxslərin 60 faizdən çoxu “ölü can”lardır. Yəni adları gedir, özləri isə işə getmirlər. Bu yetməzmiş kimi Elvin adlı xırda məmur doğma qardaşı, bibisi oğlanlarını həmin müəssisənin bir hissəsi edib. Onlara ayrılan pulları və maaş kartları şəxsən bir başa Elvin adlı şəxsin əli ilə nazir Muxtar Babayev mənimsəyir. Bu mənimsəmə faktından əlavə yetməzmiş kimi Quba rayonunda ağaclara qətliam həyata keçirilir. Bir çox Qubalıların xahişini nəzərə almağınızı və belə cinayətkar məmurların əməllərinin araşdırılmasını diqqətə saxlayasınız. Adı ştatda olub, lakin özü işdə olmayan şəxslərin siyahısı: X69 gözətçi, X217 Meşəəbəyi, X182 Meşəəbəyi, X183 meşəəbəyi, X218 baş mütəxxəsiz, X155 meşəəbəyi, X24, mühəndis ekologiya üzrə, X136 mühəndis ekologiya üzrə, X35 idarə qulluqçusu fail sistemi, X94 baş mütəxxəsis, X1 mühəndis ekologiya üzrə, X18 mütəxəssiz ətraf mühit, X124 mühəndis ekologiya üzrə, X25 hüquqşünas, X36 meşəəbəyi, X58 fəhlə, X152 fəhlə, X59 fəhlə, X74 meşəə gözətçisi, X23 düzəldən meşəəçilik, X26 meşəə gözətçisi, X125 meşəə gözətçisi, X95 meşəə gözətçi, X96 meşəə gözətçisi, X118 fəhlə, X75 fəhlə, X157 meşəə gözətçisi, X76 fəhlə, X153 fəhlə, X55 fəhlə, X126 fəhlə, X93 fəhlə, X77 fəhlə, X154 fəhlə, X60 fəhlə, X127 fəhlə, X78 fəhlə, X13 fəhlə, X128 fəhlə, X158 fəhlə, X129 meşəə gözətçisi, X97 meşə gözətçisi, X130 meşəə gözətçisi, X195 meşə gözətçisi, X159 meşə gözətçisi, X131 meşə gözətçisi, X27 meşəə gözətçisi, X14 meşə gözətçisi, X132 meşə gözətçisi, X28 meşə gözətçisi, X37 meşə gözətçisi, X61 meşə gözətçisi, X62 meşə gözətçisi, X160 meşə gözətçisi, X98 meşə gözətçisi, X29 meşə gözətçisi, X38 meşəə gözətçisi, X5 meşə gözətçisi, Haciağayev Samiddin Qubaşah oğlu meşə gözətçisi, X15 meşə gözətçisi, X19 meşə gözətçisi, X63 meşə gözətçisi, X39 meşə gözətçisi, X40 meşə gözətçisi, X41 meşə gözətçisi, X99 meşə gözətçisi, X100 meşə gözətçisi, X64 meşə gözətçisi, X161 meşə gözətçisi, X20 meşə gözətçisi, X79 meşə gözətçisi, X6 meşə gözətçisi, X2 göz, X162 meşə gözətçisi, X80 fəhlə, X7 meşə gözətçisi, X8 meşə gözətçisi, X101 fəhlə, X81 meşə gözətçisi, X180 meşə gözətçisi, X16 meşə gözətçisi, X82 meşə gözətçisi, X42 meşə gözətçisi, X102 fəhlə, X163 meşə gözətçisi, X65 meşə gözətçisi, X83 meşə gözətçisi, X43 meşə gözətçisi, X30 meşə gözətçisi, X21 meşə gözətçisi, X44 meşə gözətçisi, X45 meşə gözətçisi, X31 meşə gözətçisi, X103 meşə gözətçisi, X133 meşə gözətçisi, X66 meşə gözətçisi, X46 meşə gözətçisi, X181 meşə göz, X47 meşə gözətçisi, X164 xadimə, X84 gözətçi bina, X165 meşə gözətçisi, X67 meşə gözətçisi, X4 fəhlə, X104 fəhlə, X3 fəhlə, X48 meç gözətçisi, X32 fəhlə, X134 meşə gözətçisi, X22 meşə gözətçisi, X34 fəhlə, X116 meşə göz, X230 meşə gözətçisi, X209 mühəndis, X231 meşəbəyi qeyd edərək rəhbəri olduğu Mərkəz barəsində əsassız yalan, həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş məlumatlar yaymış və təşkilatın işgüzar nüfuzuna xələl gətirmişdir. Fərzəliyev Cəlal Seyfəddin oğlu onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci maddəsilə Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsilə mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə cinayətləri törətməkdə ittiham edir. Bundan başqa Cəlal Fərzəliyev “7Times” youtube kanalında 28 fevral 2023-cü il tarixdə “Qubada meşəələri belə məhv edirlər" başlığı altında paylaşdığı video süjetdə böhtan xarakterli, həqiqəti əks etdirməyən məlumatlar paylaşaraq Quba rayonunda diametri 100 mm-dən çox ağacların qanunsuz kəsilərək emal müəssisələrinə daşındığı, meşəələrin məhv edilməsinin Meşəə-mühafızə Müəssisəsinin rəhbər şəxsləri tərəfindən həyata keçirilməsi qeyd olunur. (Video süjet işə əlavə olunur). Cəlal Fərzəliyevin qeyd olunan paylaşımları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq və insan resursları şöbəsində aparılmış ətraflı araşdırma zamanı “7Times.az” xəbər agentliyində paylaşılan məlumatlar öz təsdiqini tapmamışdır, (arayış əlavə olunur) Belə ki, Cəlal Fərzəliyevin paylaşdığı məlumatda adları işçi kimi qeyd olunanlardan X129 xx.xx.2023-cü il tarixdə rəhmətə getmiş, X135 xx.xx.2022-ci il tarixdə, X84 xx.xx.2023-cü il tarixdə, X40 xx.xx.2023-cü il tarixdə, Hacıağayev Samiddin Qubaşa oğlu xx.xx.2023-cü il tarixdə, X153 xx.xx.2023-cü il tarixdə, X158 xx.xx.2023-cü il tarixdə, X79 xx.xx.2023-cü İİ tarixdə, X105 14.11.202-ci il tarixdə tutduqları vəzifədən azad olunaraq əmək müqavilələrinə xitam verilmişdir, (əmrlərin surəti əlavə olunur). 5 saylı X90 Mərkəzində əməkdaşların adları ştat cədvəli ilə eynidir, bütün işçilərin əmək haqqı kartları işə başladıqları tarixdən özlərində olmuşdur. Mərkəzin xidməti ərazilərində baş vermiş meşəə qanunvericiliyinin pozulması faktı ilə bağlı X232 dəymiş ziyanın ödətdirilməsi və barələrində tədbir görülməsi üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilmişdir. Bundan əlavə hazırkı xüsusi ittihamla bir dəfə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 1(067)-172/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə xüsusi ittiham qaydasında şikayət geri qaytarılmışdır. Həmin iclasda barəsində xüsusi ittiham qaydasında şikayət etdiyim şəxsdə iştirak etmişdir. Ona qarşı bu əməlləri törədən şəxs onun barəsində şikayət etdiyini görüb bu əməlləri dayandırmaq əvəzinə, qəsdən bu yetməzmiş kimi yenə də youtube kanalında 10 oktyabr 2023-cü il tarixdə “Şok hadisə: İdarə müdiri vətəndaşdan rüşvət istədi” adlı video başlıqda “onun Tərlan Zeynalov adlı vətəndaşın oğlunu işə qəbul edilməsi müqabilində 3000 (üç min) manat pul verməli olduğu” barədə əsassız, ona möhtan atan, onu cinayətdə ittiham edən sözlər bildirmişdir, (həmin videodisk şikayətə əlavə olunur). Fərzəliyev Cəlal Seyfəddin oğlu onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi cinayətləri törətməkdə ittiham edir. Cəlal Fərzəliyevin ona böhtan atmağına səbəb onun istəklərini yerinə yetirməməsi olmuşdur. Belə ki, Cəlal Fərzəliyevin arvadı Kamilla (Manafova) Fərzəliyevə bir müddət həmin Mərkəzdə fəhlə işləmişdir. Bununla əlaqədar X151 gələrək həyat yoldaşının adının işdə saxlanılmasını və işə gəlmədən ona əmək verilməsini tələb etmişdir. Ona bunun mümkünsüz olduğu bildirilsə də o, bir müddətdən sonra təkrar Mərkəzə gələrək yoldaşının məsul vəzifəyə keçirilməsini tələb etmiş, əks təqdirdə barəmdə böhtan xarekterli məlumatlar yayacağı ilə hədələmişdir. Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq 18 may 2023-cü il tarixdən Kamilla Fərzəliyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. (Əmrin sürəti ələavə olunur). Mətnlərin və videoların məzmunundan göründüyü kimi Fərzəliyev Cəlal Seyfəddin oğlu sosial şəbəkədə həqiqətə uyğun olmayan, qərəz və yalanlardan ibarət, böhtan xarakterli, uydurma, şəxsiyyətin şərəf və ləyaqətini ləkələyən və onu ictimaiyyət qarşısında nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsi olan sosial şəbəkələrdə yayaraq məni ağır cinayətdə ittiham edərək ona böhtan atmışdır. Fərzəliyev Cəlal Seyfəddin oğlu tərəfindən qeyd olunan əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən məsuliyyətə səbəb olduğundan və onun bu qanuna zidd cinayət əməlləri hələ də davam etdiyi üçün o, C.Fərzəliyevin cinayət məsuliyyətinə cəlb edilməsi üçün xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Fərzəliyev Cəlal Seyfəddin oğlu mənə böhtan atmaqda, şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələməkdə və onu cinayətkar, həmçinin cəmiyyətə yararsız biri olaraq ictimaiyyətə tanıtmaqdadır. Hesab edir ki, göstərilən və sübut kimi şikayətimə əlavə edəcəyi faktlar Fərzəliyev Cəlal Seyfəddin oğlunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə ittiham hökmü çıxarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət məsuliyyətinə səbəb olur. Həmçinin həmin Məcəllənin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma cinayət əməli hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Flaes və Gijsels, § 42 və Lingens, § 46). Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (doslarının, tanışlarının və s) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Cəlal Fərzəliyev onun barəsində “maaş kartlarım mənimsəyən” “aylıq qeyri qanuni pul yığaraq” “işə düzəltmək üçün pul istəyir” və sairə ifadələrilə onun şərəf və ləyaqəti alçaldır, onu cinayət törətməkdə ittiham edir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, dövlət qulluqçuları da tənqidə siyasi şəxslər kimi dözümlü yanaşmalıdırlar. Bununla belə, onların tənqidinin hədlərinin bir qədər dar olduğu da vurğulnmışdır. Rəsmi şəxs qismində fəaliyyət göstərən dövlət qulluqçuları da siyasətçilər kimi adi şəxslərə nisbətən daha geniş tənqid oluna bilərlər. Lakin bu o demək deyil ki, dövlət qulluqçuları özlərinə qarşı bütün sözlərə və hərəkətlərə siyasətçilərdən tələb olunan dərəcədə dözümlü davranmalı və tənqid olunarkən onlara da siyasətçilərlə ölçüdən yanaşılmalıdır. (Toma Lüksemburqa qarşı, 2001). Torgeyrson işində Avropa Məhkəməsi hesab etmişdir ki, məqalədə sərt ifadələr yer alsa da məqalənin polisdə islahatlar aparmaq məqsədi güddüyünü nəzərə alsaq onun dili həddən artıq sərt sayıla bilməz. Məhkəmə razılaşdı ki. emosional çalarlara malik kəskin və sərt ifadələr qəbulediləndir. Məhkəmənin fikrincə belə ifadələr toplumun diqqətini müzakirə olunan məsələyə çəkməyə kömək edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1- ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifı törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifı mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cti il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 5-ci bəndində vurğulanmışdır ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 7-ci bəndində göstərilir ki. məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub-olmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər. Yerlərdə seçilmiş nümayəndələr və ya vəzifəli şəxslər tərəfindən törədilməsi güman olunan cinayətlər barədə ictimaiyyəti xəbərdar etmək vəzifəsi mətbuata aid olsa da, müəyyən şəxslərin adlarım və vəzifələrini qeyd etməklə onları birbaşa ittiham etmə jurnalistləri öz iddiaları üçün kifayət qədər faktiki əsasları təqdim etmək öhdəliyini müəyyən edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 88.4-cü maddəsinə əsasən xüsusi ittihamçı zərər çəkmiş şəxsin bütün hüquqlarından istifadə edir və onun vəzifələrini yerinə yetirir. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci, 88.1.3-cü, 204-cü, 293.3.1-293.3.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla kütləvi informasiya vasitəsi hesab olunan “YouTube” video paylaşım və “7Times.az” internet saytı vasitəsilə yalan olduğunu bilə-bilə onu ağır cinayətdə ittiham edərək haqqında böhtan xarekterli məlumatları yaymaqla onun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan Fərzəliyev Cəlal Seyfəddin oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyasında nəzərədə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş edir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X53 nümayəndəsi və vəkili Nümayəndə xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini müdafiə edərək ərizədə göstərilənlər nəzərə alınmaqla, Fərzəliyev Cəlal Seyfəddin oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və sonuncunun həmin maddələrin sanksiyasında nəzərədə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Fərzəliyev Cəlal Seyfəddin oğlu xüsusi ittiham qaydasında verilmiş şikayətə etirazla məhkəməyə müraciət edərək etirazda göstərilənlərə uyğun izahat verməklə xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi, eləcə də barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirərək və işin faktik hallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında məhkəmə baxışının keçirilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə görə, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə də baxılır. - 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Xüsusi ittiham qaydasında verilmiş şikayət araşdırılarkən müəyyən edilmişdir ki, həmin şikayət qanunvericiliyin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, CPM-in 293.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilməlidir. Buna baxmayaraq xüsusi ittiham qaydasında verilmiş şikayətdə şikayət vermiş şəxsin doğulduğu il göstərilməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 12-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. İş materialları nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, xüsusi ittiham qaydasında verilmiş şikayətə “7Times” xəbər agentliyinin hüquqi ünvanını təqdiq edən sənəd əlavə edilməmişdir. Bundan başqa müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətinin əsası kimi göstərilən və sübut kimi əlavə olunan faktların Fərzəliyev Cəlal Seyfəddin oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə ittiham hökmü çıxarılması üçün əsas olacağını qeyd etsə də şikayətinin xahiş etdi hissəsində Fərzəliyev Cəlal Seyfəddin oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyasında nəzərədə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmü çıxarılması xahiş etmişdir. Lakin, CM-in 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi göstərilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan cinayəti-obyektiv cəhətdən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymada ifadə olunur. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən təhqir cinayəti-yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə görə, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X117 tərəfindən CPM-in 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 299, 300, 302, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X53 Fərzəliyev Cəlal Seyfəddin oğluna qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar