Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-193/2025 09.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X8, Zərərçəkmiş şəxs X2 X1 Təqsirləndirilən şəxs və onun müdafiəçisi X7 iştirakları ilə, xx xxxxxxxx 2005-ci ildə Xaçmaz rayonu Şimali kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Xaçmaz rayonu. Şimali kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasmda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq yolla talama məqsədilə 28 iyul 2025-ci il tarixdə saat 00 radələrində Xaçmaz rayonu Şimali kəndi ərazisindəki “Xəzər” istirahət mərkəzindən “Çıraqqala” istirahət mərkəzinə tərəf gedən 41°46'51.8"N 48°40'30.2"E koordinatlarda yerləşən avtomobil yolunda Zərərçəkmiş şəxs arxadan yaxınlaşdıqdan sonra sonuncunun sifət nahiyəsini çevirib onun çiyin nahiyəsinə dəyərək yerə yıxılmasından istifadə edib Zərərçəkmiş şəxsnm əlindən yerə düşmüş sonuncuya məxsus 370 manat dəyərində “OPPO Reno 12F” markalı mobil telefonu götürüb qaçmış, lakin Zərərçəkmiş şəxsnm onun arxasınca düşüb onu yerə yıxdıqdan sonra öz cinayətkar niyyətini başa çatdırmaq məqsədilə ayaqları ilə zərərçəkmiş şəxsin ayaqlarını sıxmaqla sonuncuya fiziki ağrı yetirib Zərərçəkmiş şəxs zərərsizləşdirdikdən sonra telefonla birlikdə hadisə yerindən uzaqlaşaraq insanın həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq etmiş, yəni insanın həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talamışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsində ona Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, 2011 -2020-ci illərdə Xaçmaz rayonu Şimali kənd orta məktəbində təhsil almış. 2023-cü ilin oktyabr ayında hərbi xidmətə getmiş, 2025-ci ilin aprel ayında hərbi xidmətini tamamlayaraq geri qayıtmışdır. xx.xx.2025-ci il tarixdə saat 22 radələrində tanışı Həmidlə Xaçmaz rayonu Şimali kəndi yaxınlığında yerləşən “Xəzər” istirahət mərkəzində distoketasında görüşmüşlər. Həmin vaxt yanlarında Həmidin arvadı Kamılla və Kamillanın rəfiqəsi Məryəm də olmuşdur. Onlar birlikdə diskotekada olan zaman spirtli içki qəbul etmişlər. Təxminən saat 00 radələrində diskotekada əyləncə proqramı sonlanmış, o diskotekadan çıxmış ,Həmid Kamilla və Məryəmlə sağollaşaraq yaşadığı evə getmək qərarına gəlmişdir. Bu məqsədlə Çıraq-qala istirahət mərkəzi istiqamətində getmişdir. Həmin vaxt yolda önündə bir nəfər tanımadığı başında kələğayı olan qadın gedirmiş. O, həmin vaxt spirtli içkinin təsiri altında olmuş və önündə gedən qadına arxadan yaxınlaşmışdır. Həmin qadın Anjela Mütəlibovna olmuşdur. Anjelanı əvvəldən tanımamış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Anjelaya yaxınlaşan zaman əlində telefon olduğunu görmüş və telefonu ələ keçirmək istəmişdir. Anjelaya arxadan yaxınlaşan zaman Anjela qəfil geri çevrilmiş və üzü onun çiyninə dəymiş, Anjela bir anlıq səntirləmiş və əlindəki mobil telefonu yerə düşmüşdür. O, dərhal telefonu yerdən götürmüş və Anjelanın yanından sürətlə uzaqlaşmağa başlamışdır. Bir neçə addım atdıqdan sonra Anjela arxadan ona yaxınlaşaraq çiyinlərindən tutub onu saxlamağa çalışmışdır. Həmin vaxt o sərxoş haldaymış və müvazinətini itirib üzü üstə yerə yıxılmışdır, sağ göz nahiyəsidə yerə dəymiş, əzilmişdir. Həmçinin Anjela da üzərinə yıxılmışdır. Anjela onu tutaraq saxlamağa çalışmışdır. O da Anjelanı özündən uzaqlaşdırmağa çalışmışdır. Anjela qışqıraraq ətrafdan kömək çağıranda, bu zaman o Anjelaya sakit olmasını bildirmişdir. Anjela isə əl-qol və ayaq zərbələri ilə onu vurmağa çalışmışdır. Anjelanm dırnaqları onun sol boyun nahiyəsini sıyırmışdır. Anjela təpiklə qasıq nahiyəsindən vurmaqla onu özündən uzaqlaşdırmışdır. O da Anjeladan aralanıb yerdə olan Anjelaya məxsus Oppo markalı mobil telefonu götürüb qaçmışdır. Bir qədər getdikdən sonra Anjelanm Oppo markalı mobil telefonunu yol kənarına tullamışdır. Hadisəni törədən zaman spirtli içkinin təsiri altında olmuş və həmin vaxt məqsədi Anjelanın mobil telefonunu ələ keçirmək olmuş, Anjelaya heç bir xəsarət yetirməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, rus dilində daha rahat danışdığı üçün tərcüməçinin köməyindən istifadə etmək istəyir. İbtidai istintaq zamanı verdiyi ifadəsini qismən təsdiq edir. Belə ki, o Anjelaya qarşı heç bir zorakı hərəkət etməmişdir. Anjelanın telefonunu götürüb qaçdıqdan sonra, Anjela onu təqib etməyə başlamış, o isə büdrəyib yerə yıxılmışdır. Daha sonra Anjela öz telefonunu ondan almaq istəmişdir. Əksinə Anjela ona qarşı zor tətbiq etmişdir. Hadisə zamanı ittihamda göstəriləndən fərqli olaraq, o, Anjelanı ayaqlarını ayaqları ilə sıxmamış, ona heç bir zor tətbiq etməmişdir. Sonra o ayağa qalxmağa nail olub və telefonla birlikdə qaçmışdır. Bir qədər getdikdən sonra Anjelanm Oppo markalı mobil telefonunu yol kənarına tullamışdır. Hadisəni törədən zaman spirtli içkinin təsiri altında olmuş və həmin vaxt məqsədi Anjelanın mobil telefonunu ələ keçirmək olmuş, Anjelaya heç bir xəsarət yetirməmişdir.Ona qarşı zor tətbiq etməmişdir. Hazırda Anjela ilə barışmışdır. İbtidai istintaq zamanı veridyi ifadəsini qalan hissədə təsdiq edir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir tanışlığı, ədavəti və düşmənçiliyi olmayıb. O, xx.xx.2025-ci il tarixdə axşam saatlarında Xaçmaz rayonu Xudat-Nabran yolunda yerləşən “Çıraqqala” istirahət mərkəzində istirahət etmək üçün bacısı Şahid ilə birlikdə gəlmişdir. xx.xx.2025-ci il tarixdə saat 00 radələrində Xəzər istirahət mərkəzində çay içdikdən sonra Çıraqqala istirahət mərkəzinə tərəf gedirmiş. Bu zaman əlində olan telefonda zənglərinə baxırmış. Həmin vaxt arxasınca kiminsə gəlməsini hiss etmiş, çünki o yaxın məsafədən önündə kölgə düşməsini görmüşdür. Telefonun ekranın söndürüb geri çevrilib baxmaq istəyən zaman qəfil geri çevrilmiş və həmin anda sol sifət nahiyyəsi arxasınca gələn şəxsin çiyninə dəymişdir. Həmin vaxt o biraz səntirləmiş və özümü itirmişdir. Bu zaman əlində olan OPPO Reno 12F markalı mobil telefonu yerə düşmüşdür. Saleh yerdə olan mobil telefonu götürüb sürətlə getməyə davam etmişdir. O, özünə gəlmiş və Salehin arxasınca qaçaraq getmişdir. Salehə çatmış və arxasından tutaraq saxlamağa çalışmışdır. Bu zaman o qışqıraraq ətrafdan kömək çağırırmış. Saleh onu özündən uzaqlaşdırmağa çalışmış, o Salehi dartıb saxlamağa çalışan zaman arxaya doğru yerə yıxılmış və həmin oğlan da ayaqları ilə ayaqlarından tutaraq onu saxlamağa çalışmışdır. O ayaqlarının birini Salehin ayaqlarının altından çıxarıb ayağı ilə Salehi özündən itələməyə çalışmışdır. Salehin fiziki olaraq ondan güclü olmasını görüb qışqıraraq ətrafdan köməyə adam çağırmışdır. Saleh də ona “sakit ol, sakit” deyirmiş. Həmin vaxt o əli və ayağı ilə Salehi özündən kənarlaşdırmağa çalışmışdır. Xatırladığım qədər o, Salehin üz nahiyəsinə əli ilə zərbələr vuraraq xilas olmağa çalışmışdır. Saleh yanından aralaşaraq yerdə olan mobil telefonu götürmüş və sürətli addımlarla uzaqlaşmışdır. O da yerdən qalxdıqdan sonra yaylığını götürüb başına bağlamış, ayaqqabıları üçün ətrafa baxmış, lakin həmin anda həyəcanlı olduğu üçün ayaqqabılarını tapmamış, ətrafdan kömək gəlmədiyindən qaçaraq mağaza olan tərəfə getmişdir. Marketin yanına gəlmiş və orada bir nəfər tanımadığı şəxsdən mobil telefonunu zəng etmək üçün ona verməsini xahiş etmişdir. Mobil telefon vasitəsilə bacısı Şahid zəng edərək başına gələn hadisə barəsində məlumat vermişdir. Saimat yanına gəlmiş və hadisə barəsində danışmışdır. Saimat əsəbi halda hadisənin baş verdiyi yerə doğru qaçmış və bir qədər sonra geri qayıtmışdır. Daha sonra onlar polis şöbəsinə gələrək məlumat vermişlər. Hadisə zamanı ona məxsus olan Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmiş 01 ədəd OPPO Reno 12 F markalı mobil telefonu Bakı şəhərində Kontakt Home mağazasından 2024-cü ilin dekabr ayında aldığını və yeni telefon olaraq almasını bildirmişdir. Zərərçəkmiş şəxs qismində əlavə ifadəsində göstərmişdir ki, iş üzrə təyin edilmiş məhkəmə- əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair qərar əsasında verilmiş ekspert rəyində ona məxsus olan 01 ədəd OPPO Reno 12 F markalı mobil telefonun dəyərinin hadisə zamanı 370 manat olması ilə razıdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, rus dilini daha yaxşı bildiyi üçün tərcüməçinin köməyindən istifadə etmək istəyir. İbtidai istintaq zamanı verdiyi ifadəsini qismən təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs ona qarşı heç bir zorakı hərəkət etməmişdir. Saleh onun telefonunu götürüb qaçdıqdan sonra, o, özü Salehi təqib etməyə başlamış və Salehin ayağı ilişdiyindən, yerə yıxılmışdır. Daha sonra o, öz telefonunu Salehdən almaq istəmişdir. Əksinə o Salehə qarşı zor tətbiq etmişdir. Buna baxmayaraq Saleh ayağa qalxmağa nail olub, telefonla birlikdə qaçmışdır. Hadisə zamanı ittihamda göstəriləndən fərqli olaraq Saleh onun ayaqlarını ayaqları ilə sıxmamış, ona qarşı zor göstərməmişdir. Atılmış telefonu isə tapılaraq polis tərəfindən ona təqdim edilmişdir. Beləliklə də, hadisə zamanı ona heç bir ziyan dəyməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini qalan hissədə təsdiq edir. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Onunla barışmış, cəzadan azad olunmasını istəyir. İş üzrə şahid qismində dindirilmiş Şahid ibtidai istitnaq zamanı ifadəsində göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə axşam saatlarında Xaçmaz rayonu Xudat- Nabran yolunda yerləşən “Çıraqqala” istirahət mərkəzində istirahət etmək üçün bacısı Zərərçəkmiş şəxs ilə birlikdə gəlmişdir. xx.xx.2025-ci il tarixdə saat 00 radələrində Xəzər istirahət mərkəzində çay içdikdən sonra Anjela Çıraqqala istirahət mərkəzinə tərəf getmişdir. Həmin vaxt o Xəzər istirahət mərkəzində qalmışdır. Təxminən 40-50 dəqiqə sonra onun telefonuna zəng gəlmiş və həmin zəngə cavab verən zaman Anjela ilə danışmışdır. Anjela ona baş vermiş hadisə barəsində məlumat vermiş və telefonunun oğurlanmasını bildirmişdir. O da restorandan çıxıb Anjelanm yanma gəlmişdir və Anjela baş vermiş hadisə barəsində ona ətraflı danışmışdır. O da həmin vaxt əsəb keçirmiş və bacısına qarşı həmin hərəkəti edən şəxsi tapmaq üçün hadisənin olduğu istiqamətə qaçmışdır. Lakin həmin istiqamətdə heç kəsi tapmamışdır. Geri qayıdıb bacısının yanına gəlmiş, daha sonra baş vermiş hadisə barəsində polis şöbəsinə gələrək məlumat vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsi məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş və sübut növü kimi qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan xx.xx.2025-ci il tarixli tərtib edilmiş hadisə yerinə baxış keçirilməsinə dair protokolundan görünür ki, hadisənin baş vermə yeri Xaçmaz rayonu Şimali kəndi ərazisində olmaqla Çıraqqala istirahət mərkəzinə gedən avtomobil yolunun ortasında, 41°46'51.8"N 48°40'30.2"E koordinatlarda yerləşir və həmin yerdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə gələrək onu qorxutmaqla. Zərərçəkmiş şəxs əlindən yerə düşmüş olan 01 ədəd Oppo Reno 12 F markalı mobil telefonu götürərək ələ keçirmişdir. Həmçinin, qeyd olunan əraziyə baxış keçirilərkən Təqsirləndirilən şəxs hadisə baş verdiyi yerin yaxınlığında yol kənarına atdığı Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd Oppo Reno 12 F markall mobil telefon baxış keçirilən yerdən aşkarlanmış və götürülmüşdür. Zərərçəkmiş şəxs aşkarlanmış 01 ədəd Oppo Reno 12 F markalı mobil telefonu görüb tanımışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan məhkəmə tibb ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyinin MTE PA ETT Birliyinin Xaçmaz rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 445 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1980-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan məhkəmə tibb ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyinin MTE PA ETT Birliyinin Xaçmaz rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 458 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-boyun və sol tərəf kürək nahiyələrinin sıyrıqları bərk küt əşya(əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair “AÇAR” Qiymətləndirmə Mərkəzinin xx.xx.2025-ci il tarixli AQM/N-12-4857/2025 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 01 ədəd yaddaşı 512 GB olan “OPPO Reno 12 F” markalı istifadəyə yararlı mobil telefonun 2025-ci ilin iyul ayına olan bazar dəyəri 370 manat təşkil edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan hadisə yerinə baxış zamanı götürülmüş Zərərçəkmiş şəxs məxsus 01 ədəd yaddaşı 512 GB olan “OPPO Reno 12 F” markalı istifadəyə yararlı mobil telefon tərəfimdən xx.xx.2025-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə düzgün tövsif olunmamışdır. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquqi mövqeyi ilə əsaslandırır: Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən və zərərçəkmiş şəxslər hadisə barədə ətraflı ifadələr verərək, baş vermiş hadisənin təfərrüatlarını məhkəmədə danışmışdırlar. Hər iki tərəfin izahatlarından məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mülkiyyətində olan mobil telefonu açıq talama yolu ilə ələ keçirsə də, sonuncuya qarşı heç bir zorakı hərəkətlər etməmişdir. Əksinə zərərçəkmiş şəxsin təşəbbüsü ilə onların arasında dartışma baş vermiş və bu dartışma nəticəsində təqsirləndirilən şəxsin bədəni üzərində dərəcəsi təyin olunmayan xəsarətlər yaranmışdır. Zərərçəkmiş şəxsdə isə heç bir xəsarət aşkar edilməmişdir. İbtidai istintaq tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, X9 Mütəlibovanın mobil telefonu götürüb qaçmış, lakin Zərərçəkmiş şəxs Salehin arxasınca düşüb onu yerə yıxdıqdan sonra Saleh öz cinayətkar niyyətini başa çatdırmaq məqsədilə ayaqları ilə zərərçəkmiş şəxsin ayaqlarını sıxmaqla sonuncuya fiziki ağrı yetirib Zərərçəkmiş şəxs zərərsizləşdirdikdən sonra telefonla birlikdə hadisə yerindən uzaqlaçmışdır. Məhkəmə istintaqı zamanı aparılmış dindirmələr zamanı isə zərərçəkmiş və təqsirləndirilən şəxslər hadisənin ittihamda qeyd olunduğu kimi olmadığını, Təqsirləndirilən şəxs telefonu götürüb qaçsa da, zərərçəkmiş şəxsin təşəbbüsü ilə davam edən dartışmanın baş verməsi və həmin dartışma zamanı zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə hücum etməsi faktı öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxsin zərərçəkmişə qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edilməsi faktı isə təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinə görə insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq, yəni özgənin əmlakını açıq talama törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1№li Qərarının 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Həmin Qərarın 23-cü bəndinə görə həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. X5 da göründüyü kimi, həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Hazırki əməldə isə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə qarşı hər hansı bir döymə və ya digər zorakı hərəkətlərin törətməsi faktı sübuta yetirilmir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə qarşı soyğunçuluq əməlinin törətməsi tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikasının CM-nin 180.2.4-cü maddəsindən, həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilməldir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq yolla talama məqsədilə 28 iyul 2025-ci il tarixdə saat 00 radələrində Xaçmaz rayonu Şimali kəndi ərazisindəki “Xəzər” istirahət mərkəzindən “Çıraqqala” istirahət mərkəzinə tərəf gedən 41°46'51.8"N 48°40'30.2"E koordinatlarda yerləşən avtomobil yolunda Zərərçəkmiş şəxs arxadan yaxınlaşdıqdan sonra sonuncunun sifət nahiyəsini çevirib onun çiyin nahiyəsinə dəyərək yerə yıxılmasından istifadə edib Zərərçəkmiş şəxsnm əlindən yerə düşmüş sonuncuya məxsus 370 manat dəyərində “OPPO Reno 12F” markalı mobil telefonu götürüb qaçaraq soyğunçuluq etmiş, yəni özgənin əmlakını açıq talamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxsə dəymiş zərərin tam ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmaması yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını, yaşını, zərərçəkmiş şəxslə barışmasını) vurulmuş maddi ziyanın tam şəkildə ödənilməsini, təqsirləndirilən şəxsin barəsində cəzasını ağırlaşdıran halların olmamasını, yüngülləşdirən halların isə olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 00:00-dan 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 28 iyul 2025-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 181.1 ci maddəsi ilə nəzərdə tutulmuş ciıiayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 30 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.1 -ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və Xaçmaz Rayon Məhkəməsinin hakimi Samir Bayramovun 30 iyul 2025- ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə, yəni xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci ıl tarixədək həbs qətimkan tədbiri seçilmjşdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 iyul 2025-ci il tarixdən hökm elan olunan tarixədək, yəni 09 fevral 2026-cı il tarixədək həbsdə saxlanıldığı 06 ay 12 gün müddət, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Bununla da, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu müddət, yəni 06 (altı) ay 12 (on iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, cəmi 01 (bir) il 24 (iyirmi dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Maddi sübut kimi tanınmış 01 ədəd yaddaşı 512 GB olan “OPPO Reno 12 F” markalı mobil telefon Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 150 ( yüz əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli AR CM-nin 180.2.4-cü maddəsindən, həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs AR CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 iyul 2025-ci ildən xx.xx.2026-cı ilədək həbsdə saxlandığı 06 ay 12 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəsini alanadək “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilsin. “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 00:00-dan 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Maddi sübut kimi tanınmış 01 ədəd yaddaşı 512 GB olan “OPPO Reno 12 F” markalı mobil telefon Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 150 ( yüz əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-193/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-193/2025
09.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver