Məhkəmə qərarları › İş №1(067)-196/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-196/2024

07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-196/2024 07.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Xüsusi ittihamçı: X5 və Abiyeva Nərmin Mirhəsən qızının, Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs: X1 iştirakları ilə, Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs: 12 avqust 1987-ci il tarixdə Xaçmaz rayonu, Çiləgir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında cinayət təqibi üzrə şikayətə Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Abiyeva Nərmin Mirhəsən qızı "xxxx" MMC xəbər agentliyinin qanuni təmsilçisi X2 qarşı xüsusi ittiham qaydasında 01 noyabr 2024-cü il tarixli şikayətlə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, kütləvi informasiya vasitəsi hesab olunan “7 Times” youtube kanalında 24 fevral 2024-cü il tarixdə paylaşdığı video süjetdə «Dur! Xaçmaz sakinlərinin ədalət harayı» adlı başlığı altında paylaşdığı video süjetdə yalan olduğunu bilə-bilə onu ağır cinayətdə ittiham edərək haqqında böhtan xarekterli məlumatları yaymaqla onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan xx.xx.1987-ci il təvəllüdlü, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. X7 "xxxx" MMC xəbər agentliyinin qanuni təmsilçisi X2 qarşı xüsusi ittiham qaydasında 01 noyabr 2024-cü il tarixli şikayətlə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, kütləvi informasiya vasitəsi hesab olunan “7 Times” youtube kanalında 23 oktyabr 2024-cü il tarixdə paylaşdığı video süjetdə «Xaçmaz sakini prezidentə muüraciət etdi:Məhkəmə sədri məndən 6 min pul alıb barəmdə hökm verdi» adlı başlığı altında paylaşdığı video süjetdə yalan olduğunu bilə-bilə onu ağır cinayətdə ittiham edərək haqqında böhtan xarekterli məlumatları yaymaqla onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan xx.xx.1987-ci il təvəllüdlü, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bununla da, Abiyeva Nərmin Mirhəsən qızının epizodu üzrə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə və X5 epizodu üzrə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məhkum edilməsini və barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişlər. Məhkəmə gedişatı zamanı xüsusi ittihamçı X7 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə olan xüsusi ittiham qaydasında şikayət üzrə icraatda o, xüsusi ittihamçıdır. Ona görə də, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 109cu maddəsinə əsasən məhkəmənin sədri olduğuna görə etiraza baxılmasına özü-özünə etiraz etdiyini və xüsusi ittiham qaydasında şikayət üzrə icraat materialını etiraza baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 109.1-ci maddəsinə əsasən etirazda konkret əsaslar olmadıqda o, işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Hakimə etiraz o halda əsaslı sayıla və şərtsiz təmin edilə bilər ki, hər hansı şəxsin cinayət prosesində hakim qismində iştirakını istisna edən aşağıdakı hallardan heç olmasa biri olsun. Şəxs hakim vəzifəsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təyin edilmədikdə.Hakim Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müvafiq cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala baxılması üçün lazımi səlahiyyətlərə malik olmadıqda.Hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların qanuni nümayəndəsi, yaxud nümayəndəsi olduqda.Hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə şahid qismində dindirildikdə və ya dindirilə bilərsə.Hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hal şahidi, məhkəmə iclası katibi, tərcüməçi, mütəxəssis, yaxud ekspert qismində əvvəllər iştirak etdikdə.Hakim birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində, həmçinin hüquq və azadlıqların pozulması ilə bağlı yeni açılmış hallar üzrə həmin cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında hakim qismində əvvəllər iştirak etdikdə (hakimin məhkəmə nəzarəti qaydasında cinayət işi üzrə məhkəməyədək icraatda materiallara baxması və ya işin ilkin dinlənilməsi onun müvafiq cinayət işinə birinci instansiya, apellyasiya və ya kassasiya instansiyası məhkəməsi tərkibində sonradan işə baxılması hallarını istisna etmir).Hakim ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq, yaxud şəxsi asılılıq münasibətində olduqda.Hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, hakim özü-özünə etiraz etməlidir. Həmin Məcəllənin 109.3.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı - apellyasiya instansiyası məhkəməsinin hakimi. Məhkəmə xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X1 fikrini öyrəndikdən sonra xüsusi ittiham qaydasında şikayət üzrə icraat materialını etiraza baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi zəruri olmasını hesab etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(067)-196/2024 saylı cinayət işi etiraz məsələsinə baxılıb müvafiq qərar qəbul edilməsi üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar