Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-197/2023 21.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1974-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, Xaçmaz şəhəri, A.Hüseynzadə küçəsi, ev 37-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini üzərində saxlamaqla daşımışdır. Belə ki, o, Xaçmaz şəhəri, A.Hüseynzadə küçəsində 28 avqust 2023-cü il tarixdə saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib ünvan 1 ünvanda yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə 28 avqust 2023-cü il tarixdə saat 18:45-18:55 müddətində şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibində saxladığı “Classic” markalı siqaret qutusunun içərisində 3 ədəd bükümdə 0,182 qram, 0.017 qram, 0,034 qram çəkilərdə olmaqla ümumilikdə 0,233 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd bükümdə 0,016 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik istifadəçisidir və bununla əlaqədar bədənində ağrılar olur. O, yük avtomobili idarə etmiş, həmin avtomobili ilə mütəmadi olaraq Bakı şəhərinə gedibgəlmişdir. O, sonuncu dəfə Bakı şəhərində olarkən tanışından özünün istifadəsi üçün narkotik vasitə almış, həmin tanışı da narkotik vasitəni sonuncunun tanışı olan İran İslam Respublikasının vətəndaşından alaraq ona vermişdir. Lakin o, maddi çətinliyi olduğundan gələcəkdə özünün istifadəsi üçün narkotik vasitə əldə edə bilməsi üçün pul əldə etmək məqsədilə tanışından aldığı narkotik vasitə olan heroini özü üç bükümə ayıraraq satmaq məqsədilə üzərində saxlamışdır. Heroindən başqa üzərində bir bükümdə metamfetamin psixotrop maddəsi də olmuşdur. Sonra isə o, Xaçmaz şəhərində polis əməkdaşları tərəfindən saxlanılmış və satış məqsədilə üzərində saxladığı həmin bükümlərdəki narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülmüşdür. Həmçinin bildirdi ki, hazırkı iş üzrə ondan aşkar olunmuş bükümlərdəki narkotik vasitənin və psixotrop maddənin hamısını birlikdə 20 manata almışdır. O, içərisində narkotik vasitə olan bükümləri üzərində satmaq məqsədilə saxlayaraq gəzdirmiş, lakin kiminləsə satacağı barədə əvvəlcədən danışmamışdır. O, əsasən marixuana narkotik vasitəsi istehlak etmişdir. O, polis tərəfindən yaşadığı küçədə gəzərkən saxlanılmışdır. O, Bakı şəhərinə gedərək həmin narkotik vasitələri əldə etdikdən dörd saat sonra Xaçmaz şəhərində polis əməkdaşları tərəfindən saxlanılmış, o, həmin gün narkotik vasitə almaq üçün Bakı şəhərinə “Mercedes” markalı minik avtomobili ilə gedərək qayıtmışdır. O, hər bükümü 5 manata satmağı nəzərində tutmuşdur. O, əvvəllər də məhkum olunmuşdur. O, ailəlidir, iki övladı var. O, narkotik vasitədən 1991-ci ildən istifadə edir. O, hazırkı iş üzrə ondan aşkar olunmuş narkotik vasitəni vasitəçi vasitəsilə əldə etmişdir. O, tanışının İran vətəndaşından narkotik vasitəni almasını şəxsən görməmiş, lakin tanışı həmin şəxslə telefonla danışarkən səslərini eşitmişdir. Ona polis əməkdaşları tərəfindən heç bir təzyiq göstərilməmiş, o, narkotik vasitə satmasını özü könüllü olaraq bildirmişdir. O, törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirərək, onun yaşının, səhhətinin və himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasının nəzərə alınaraq barəsində yüngül cəza təyin edilmısini xahiş edir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ünvan 3 ünvanında yerləşən evdə ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Mütəmadi olaraq narkotik vasitə heroindən istifadə edir, həmçinin bir neçə dəfə tanımadığı şəxslərə narkotik vasitə satmışdır. Narkotik vasitə satmaqda məqsədi bədənində ağrılar olduğundan gündəlik narkotik vasitə əldə etmək olmuşdur. Belə ki. gündəlik tələbatı olan narkotik vasitəni əldə etmək üçün pul qazanmaq məqsədilə narkotik vasitələrin bir qismini satıb və pul əldə etmişdir. 27 avqust 2023-cü il tarixdə Bakı şəhərinə getmiş və həmin günü güonrta saatlarında Bakı şəhərində adını bilmədiyi İran İslam Respublikası vətəndaşından bir ədəd bükümdə narkotik vasitə heroin və 1 ədəd bükümdə psixotrop maddə metamfetamin almışdır. Bundan sonra isə Xaçmaz şəhərinə gedərək aldığı heroini hər hansı şəxslərə satmaq məqsədilə ayrı-ayrı kağız və sellofan bükümlərə ayıraraq bükmüşdür. Həmçinin bir ədəd bükümdə olan metamfetamini də satmaq üçün özündə saxlamışdır. 28 avqust 2023-cü il tarixdə, saat 17:50 radələrində yaşadığı küçədə piyada hərəkət etdiyi zaman həmin 3 ədəd bükümdə narkotik vasitə heroin və 1 ədəd bükümdə psixotrop maddə üzərindəki “Classic" markalı siqaret qutusunun içərisində olmaqla həmin qutu idman şalvarının cibində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşıb və özlərini ona təqdim edərək narkotik vasitə əldə etməkdə, saxlamaqda və satmaqda şübhəli olduğunu ona deyərək onu Xaçmaz rayon polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarına razılıq verərək onlarla birlikdə Xaçmaz rayon polis şöbəsinə getmişdir. RPŞ-yə gəldikdən sonra şübhəli şəxs qismində tutulmuş və müstəntiq tərəfindən müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri ona izah olunduqdan sonra videoçəkilişə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli idman şalvarının sol yan cibindən “Classic" markalı siqaret qutusunda saxladığı cəmi 4 ədəd bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilmişdir. Həmin narkotik vasitələri həm şəxsi istifadəsi və həm də satmaq məqsədi ilə üzərində saxlamasını polis əməkdaşlarına demişdir. Bir ədəd bükümdə olan metamfetaminin nə olmasını polis əməkdaşları ondan soruşduqda həmin zaman həyəcanlı olduğundan həmin bükümdə olan maddənin səhvən limon düzü olmasını demişdir. Digər 3 ədəd bükümlərdə olan heroin kütləsi elektron tərəzidə çəkildikdə və onların ümumi çəkisinin 0,5 qram olması müəyyən olunmuşdur. Metamfetamin isə tərəzidə çəkisi də çox cüzi miqdar olduğundan tərəzi həmin bükümün çəkisini göstərməmişdir. Üzərindən aşkar edilmiş 3 ədəd heroin bükümləri və 1 ədəd bükümdə olan metamfetamin bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Keçirilən şəxsi axtarışla əlaqədar protokol tərtib edilmiş və protokol onlara oxunduqdan sonra imzaları ilə təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat aparatına məlumat daxil olduğuna görə 28 avqust 2023-cü il tarixdə, saat 17:50 radələrində Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, A.Hüseynzadə küçəsində saxlayıb və üzərində narkotik vasitələri daşıması barədə şübhələr olduğu sonuncuya izah edilərək şəxsi axtarış keçirilməsi üçün onu Xaçmaz rayon PŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Xaçmaz RPŞ-yə gəldikdən sonra xidməti otaqların birində müstəntiq Rəşad Babayev tərəfindən Müdafiəçi oğlnun iştirakı ilə hüquq və vəzifələri Təqsirləndirilən şəxs izah edilərək üzərinə vidoçəkilişlə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmişdir. Həmin zaman vidoçəklişi özünə məxsus “Samsunq” markalı videokamera ilə Xaçmaz rayon polis şöbəsinin ekspert kriminalisti Şahid3 etmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarışa etiraz etmədikdən sonra sonuncunun üzərinə videoçəklişlə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən 1 qutu “Classic” markalı siqaret qutusunu çıxardaraq təqdim etmişdir. Həmin “Classic” markalı siqaret qutusunun içərisində 4 ədəd bükümlər aşkar etmiş və həmin bükümlər açıldıqda bükümlərdən 3-ündə qəhvəyi rəngli toz şəkilli kütlələrin və digər 1 ədəd bükümdə isə ağ rəngli, toz şəkilli kütlənin olması müəyyən olunmuşdur. Həmin bükümlərin içində nə olmasını Təqsirləndirilən şəxs soruşduqda o, 3 ədəd bükümdə qəhvəyi rəngli, toz şəkilli kütlələrin narkotik vasitə heroin olduğunu və digər 1 ədəd bükümdə olan ağ rəngli toz şəkilli kütlənin isə limon duzu olduğunu bildirmişdir. Hansı məqsədlə həmin narkotik vasitələri üzərində gəzdirməsini Təqsirləndirilən şəxs soruşduqda o, həmin narkotik vasitə heroinin bir hissəsini istifadə etmək üçün və digər hissəsini isə satmaq məqsədilə üzərində saxlamasını etiraf etmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 3 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddələr elektron tərəzidə çəkilərkən kağızla birlikdə onların ümumi çəkisinin 0,5 qram olması məlum olmuşdur. Aşkar edilmiş 1 ədəd bükümdə ağ rəngli kütlə isə tərəzidə çəkilməsinə baxmayaraq cüzi miqdarda olduğundan tərəzi onun çəkisini göstərməmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş ümumilikdə 4 ədəd bükümlər ekspertizaya göndərilməsi üçün müstəntiq tərəfindən bir ədəd ağ rəngli zərfdə qablaşdırılıb və möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışla əlaqədar protokol tərtib edilib və oxunduqdan sonra həmin protokolu imzaları ilə təsdiq etmişlər. Həmçinin bildirdi ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində əməliyyat məlumatı satışla bağlı olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsindən müəyyən edilir ki, o, şahidlər Şahid1 və Şahid2 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 28 avqust 2023-cü il tarixli raportdan və həmin tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan müəyyən edilir ki, Xaçmaz RPŞ-yə iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması, istifadə etməsi və satması barədə etibarlı mənbədən əməliyyat yolu ilə məlumat daxil olmuşdur. İş materiallarında olan 28 avqust 2023-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nın müstəntiqi X1 RPŞ-nin NMQnun əməliyyat müvəkkili Şahid1, Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2, Xaçmaz RPŞ-nin kriminalist inspektoru Şahid3, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşya və ya narkotik vasitə vardırsa təqdim olunması bildirilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd göy rəngli idman şalvarın sol yan cibindən 1 qutu “Classic” markalı siqaret qutusunu təqdim edir. Həmin siqaret qutusunun içərisinə baxıldıqda içərisində siqaret dənələri, 1 ədəd gümüşü sellofan büküm aşkar olunur. Bükümlərdə nə olduğunu, kimə məxsus olduğunu və hansı məqsədlə üzərində saxladığını Təqsirləndirilən şəxs soruşduqda, o, həmin bükümlərdə narkotik vasitə heroin olduğunu, özünə məxsus olmasını, bir hissəsini öz istifadəsi üçün, digər hissəsini isə sataraq pul əldə etmək məqsədilə üzərində saxladığını bildirir. Həmin aşkar olunmuş ümumilikdə 4 ədəd bükümdən bir ədəd gümüşü rəngli kağız büküm açıldıqda ağ rəngli, tozşəkilli kütlə aşkar edilir, Təqsirləndirilən şəxs həmin kütlənin limon duzu olğunu bildirir. Digər bir ədəd qırmızı rəngli, bir ədəd mavi rəngli kağız büküm və bir ədəd qırmızı rəngli sellofan büküm açıldıqda isə içərilərində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər maddə aşkar olunur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin maddələrin narkotik vasitə heroin olduğunu bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində heroinə bənzər kütlə olan ümumilikdə 3 ədəd büküm elektron tərəzidə çəkilərkən onların ümumi çəkilərinin 0,5 qram olması müəyyən olunmuşdur. Aşkar edilmiş ağ rəngli kütlə isə bükümlə birlikdə tərəzidə çəkilmiş, lakin çəkisi cüzi miqdar olduğundan tərəzidə çəki görünməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 ədəd həmin büküm ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyularaq qablaşdırılaraq mühürlənib müstəntiq tərəfindən götürülmüşdür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya aşkar edilməmiş, 1 qutu siqaret isə sonuncunun özünə qaytarılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4596 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 56...” dairəvi möhür əksi və “..Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr; beş – imza, Müstəntiq R.Babayev – imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 03 (üç) ədəd bükümlərdəki təmiz çəkiləri – 0,182 qram, 0,017 qram, 0,034 qram, ümumilikdə təmiz çəkisi 0,233 qram olan qəhvəyi rəngli, tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,016 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdqiqata heroindən - hər obyektdən 0,02 qram olmaqla - cəmi 0,06 qram sərf edildikdən sonra qalıq 0,173 qram təşkil etmişdir. Tədqiqata metamfetamindən 0,01 qram sərf edildikdən sonra qalıq 0,06 qram təşkil etmişdir. İş materiallarında olan 31 avqust 2023-cü il tarixli “Əşyanın maddi sübut kimi hesab edilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 ədəd bükümdə olmaqla ümumilkdə təmiz çəkisi 0,233 qram təşkil etmiş heroin narkotik vasitəsi və 01 ədəd bükümdə təmiz çəkisi 0,016 qram təşkil edən metamfetamin psixotrop maddəsi maddi sübut kimi tanınaraq, ekspertiza tədqiqatından sonra ümumilikdə qalıq çəkisi 0,173 qram təşkil edən heroin narkotik vasitəsi və qalıq çəkisi 0,06 qram təşkil edən metamfetamin psixotrop maddəsi Xaçmaz RPŞ-nin maddi sübutlar otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 15 sentyabr 2023-cü il tarixli, 5934 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 5(067)- 186/2023 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması, istifadə etməsi və satması barədə “Əməliyyat tədbirinin keçirilməsi barədə” 28 avqust 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan 18 oktyabr 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbə ibtidai istintaq zamanı müəyyən edilmədiyindən, əldə etdiyi mənbə ilə əlaqədar hazırkı cinayət işinin materiallarından ********* nömrəsi ilə başqa cinayət işi ayrıca icraata ayrılaraq qəbul edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi köçürülmüş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 1.0.11. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 9-cu bəndində izah edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma həmin Məcəllənin 234.2-ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs bir yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvanda ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini (cəzasını) yüngülləşdirən halı, barəsində cəzasını ağırlaşdıran halın olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 28 avqust 2023-cü il tarixli protokoldan və Xaçmaz Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 4(067)-119/2023 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 28 avqust 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 avqust 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş 03 ədəd bükümdə olan 0,182 qram, 0,017 qram, 0,034 qram çəkilərdə olmaqla ümumilikdə çəkisi 0,233 qram narkotik vasitə - heroindən təqdqiqata cəmi 0,06 qram sərf edildikdən sonra qalıq 0,173 qram təşkil etmiş, 01 ədəd bükümdə olan 0,016 çəkidə metamfetamin psixotrop maddəsindən tədqiqata 0,01 qram sərf edildikdən sonra qalıq 0,06 qram təşkil etmişdir. İş materiallarından müəyyən olunur ki, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 ədəd bükümdə olmaqla, ekspertiza tədqiqatından sonra ümumilikdə təmiz qalıq çəkisi 0,173 qram təşkil edən heroin narkotik vasitəsi və 01 ədəd bükümdə olmaqla, ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 0,06 qram təşkil edən metamfetamin psixotrop maddəsi Xaçmaz RPŞ-nin maddi sübutlar otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 03 (üç) ədəd bükümdə olmaqla ekspertiza tədqiqatından sonra ümumilikdə təmiz qalıq çəkisi 0,173 qram təşkil edən heroin narkotik vasitəsi və 01 (bir) ədəd bükümdə olmaqla ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 0,06 qram təşkil edən metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 avqust 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 03 (üç) ədəd bükümdə olmaqla ekspertiza tədqiqatından sonra ümumilikdə təmiz qalıq çəkisi 0,173 qram təşkil edən heroin narkotik vasitəsi və 01 (bir) ədəd bükümdə olmaqla ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 0,06 qram təşkil edən metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına və Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-197/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-197/2023
21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver