Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-2/2020 06.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xacmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamcısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəci Müdafiəçi iştirakı ilə xx.xx.1979-cu ildə Tər-Tər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, məhkum olunmuş, Salyan şəhəri, Ə.Zeynalov küçəsi, ev 62-də qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 8, mənzil 41-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2018-ci ilin dekabr ayında Rusiya Federasiyasında istintaqa məlum olmayan mənbədən əldə etdiyi ümumi təsiredici miqdarı 3 qram təşkil edən güclü təsirli maddə - 10 həb preqabalini əynindəki gödəkcənin iç sağ cibində yerləşdirib xx xxxxxx 2018-ci il tarixdə, saat 16 radələrində Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxsona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki,1996-cı ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərlə bağlı ayaqlarında kəskin ağrılar yaranmışdır. Ona görə uzun müddətdir işləmir. Keçirdiyi yol nəqliyyat qəzasından sonra kəskin ağrıları olduğu üçün 1996-cı ildən 2018-ci ilin dekabr ayının sonlarınadək vaxtaşırı narkotik vasitələrdən istifadə etmişdir. Həmin narkotik vasitələri tanımadığı və adlarını bilmədiyi şəxslərdən almışdır. Narkotik vasitə istifadəçisi olması ilə əlaqədar 2016-2018-ci illər ərzində bir neçə dəfə Respublika Narkoloji Mərkəzində müalicə də almışdır. Hazırda da müalicə alır. Narkotik vasitədən istifadə etməsi ilə əlaqədar Mingəçevir şəhər məhkəməsinin 2009 və 2014-cü il tarixli hökmləri ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 2 dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxxxx 2018-ci il tarixdə iş tapmaq və işləmək məqsədi ilə X2 şəhərinə dayısı X1 yanına getmişdir. Həmin vaxt 1 həftəyə yaxın müddətdə dayısı Zaməddin Həsənova məxsus evdə qalmış, lakin iş tapa bilməmişdir. Moskva şəhərində olduğu vaxt ayaqlarında olan kəskin ağrılara qarşı dərman almaq üçün Moskva şəhərində yerləşən apteklərin birindən ağrıkəsici dərmanlar almışdır. Həmin dərmanları əynindəki gödəkcənin cibinə qoymuşdur. Moskva şəhərində olduğu vaxt eləcə də 12 ədəd “Neft” adlı energetik içki, 2 blok, yəni 200 ədəd siqaret də almışdır. xx xxxxxx 2018-ci il tarixdə Moskva şəhərindən mirkoavtobus vasitəsi ilə Azərbaycan Respublikasına gəlmək üçün yola düşmüş və xx xxxxxx 2018-ci il tarixdə, saat 16 radələrində “Xanoba” gömrük postuna çatmışdır. Postun idxal gömrük nəzarəti zonasına daxil olmuşdur. Gömrük nəzarəti zonasında olan gömrük xidməti əməkdaşı ondan bəyan edilməli olan mallarının olub-olmadığını soruşmuş, o, da 12 ədəd “Neft” adlı energetik içki, 2 blok, yəni 200 ədəd siqaret və 1 ədəd çantada əl yüklərinin olduğunu gömrük xidməti əməkdaşına bildirmişdir. Bundan sonra əl yüklərini rentgen aparatına qoymuş və özü isə rentgen çərçivəli qapıdan keçmişdir. Həmin vaxt gömrük xidməti əməkdaşı ona yaxınlaşmış və üzərini yoxlamaq üçün onu postun yoxlama otağına dəvət etmişdir. Yoxlama otağında gömrük xidməti əməkdaşı tərəfindən iki nəfər hal şahidinin iştirakı ilə üzərində şəxsi yoxlama aparmışdır. Şəxsi yoxlama zamanı əynindəki gödəkcənin iç sağ cibindən orada saxladığı 10 ədəd kapsul və gödəkcəsinin çöl sağ cibindən isə orada saxladığı 1 ədəd həb aşkar edilmişdir. Həmin dərmanlara keçirilən baxış zamanı onların üzərində “PGN 300” sözləri həkk olunmuş, yarı ağ və yarı qırmızı rəngli 10 ədəd kapsul və ağ rəngli, üzərində hər hansı yazı həkk olunmamış 1 ədəd dərman preparatı olduqları məlum olmuşdur. Bundan sonra gömrük xidməti əməkdaşı həmin 10 ədəd kapsulu və 1 ədəd dərman preparatını onun və iki nəfər hal şahidinin iştirakı ilə qablaşdıraraq götürmüş və bununla bağlı protokol tərtib etmişdir. Həmin protokolu oxuyub düzgün məzmunda tərtib olunduğunu gördükdən sonra o və hal şahidləri həmin protokola imza etmişlər. Daha sonra bəyan etmədiyi və üzərindən aşkar edilərək götürülmüş dərmanlarla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsinə getmiş və qeyd edilən halla bağlı izahat vermişdir. Yadından çıxdığı üçün üzərində olmuş 1 ədəd asemaninofen tərkibli dərman preparatını və güclü təsirli maddə olan 10 ədəd kapsul formasında, 3 qram çəkidə preqabalini gömrük orqanına bəyan etməmişdir. Şəxsi yoxlama zamanı üzərindən aşkar edilərək götürülmüş həmin dərmanları ayaqlarında olan ağrılarına qarşı şəxsi istifadəsi üçün alıb Azərbaycan Respblikasına gətirmişdir.Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermişŞahid3 Mirzəmət oğlu bildirdi ki, müvəqqəti işsiz olduğu üçün vaxtaşırı qardaşı Şahid2la birlikdə “Xanoba” gömrük postunun qarşısına gedir və oradan keçən vətəndaşların əl yüklərinin daşınmasına köməklik etməklə ailələrinin dolanışığı üçün qazanc əldə edirlər. Elə bu məqsədlə xx xxxxxx 2018-ci il tarixdə “Xanoba” gömrük postunun qarşısında durub gözlədikləri vaxt, saat təqribən 16-17 radələrində bir nəfər gömrük işçisi onlara yaxınlaşaraq onlardan “Xanoba” gömrük postunda keçiriləcək yoxlamada hal şahidi qismində iştirak etmələrini xahiş etmişdir. Onlar da buna etiraz etməmiş və birlikdə posta getmişlər. Posta daxil olduqdan sonra orada adı sonradan onlara bəlli olan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs üzərinə keçirilən yoxlamada iştirak etmişlər. Yoxlama zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin iç sağ cibindən 10 (on) ədəd kapsulun və çöl sağ cibindən isə 1 (bir) ədəd həbin aşkar edildiyinin şahidi olmuşlar. Aşkar olunmuş kapsullara baxış keçirilən zaman onların üzərində “PGN 300” yazıları olan, yarı ağ və yarı qırmızı rəngli 10 (on) ədəd kapsul olduğu və həbə baxış keçirilən zaman isə bunun üzərində heç bir yazısı olmayan, ağ rəngli dairəvi formalı həb olduğu məlum olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs əl yüklərinə keçirilən yoxlamada iştirak etmişlər. Lakin Təqsirləndirilən şəxs əl yüklərinə baxış zamanı gömrük nəzarətinə bəyan edilməmiş və ya gömrük nəzarətindən gizlədilmiş heç bir predmet aşkar edilməmişdir. Bundan sonra gömrük işçisi Təqsirləndirilən şəxs üzərinin və şəxsi əl yükünün yoxlanılmasının nəticələri barədə də protokol tərtib etmiş, onlar da tərtib olunan protokollarda müvafiq yerlərdə imza etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid3 Mirzəmət oğlunun ifadəsi ilə anoloji ifadə vermişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid1 ifadəsindən görünür ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunun baş müfəttişi işləyir. xx xxxxxx 2018-ci il tarixdə “Xanoba” gömrük postunda növbədə olmuşdur. xx.xx.2018-ci il tarixdə, saat 16 radələrində Rusiya Federasiyası istiqamətindən postun idxal piyada keçid xəttinə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs daxil olmuşdur. Posta daxil olduqdan sonra Təqsirləndirilən şəxs üzərində və əl yüklərində olan mallar barədə sorğusual etmişdir. Təqsirləndirilən şəxs də əl yüklərində ərzaq mallarının və geyim əşyalarının olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əl yüklərini aparatın lentinə qoymasını və üzərindəki əşyaları da rentgen qapısının yanındakı stolun üzərinə qoyub özünün rentgen qapıdan keçməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də üzərində olan sənədləri, 1 ədəd paketdə günəbaxan tumunu çıxarıb buradakı stolun üstünə qoymuş və rentgen qapıdan keçmişdir. Bu zaman aparat səs salmışdır. Bundan sonra bir daha Təqsirləndirilən şəxs üzərində qalan premetləri çıxarıb təqdim etməsini xahiş etmişdir. Bu zaman, Təqsirləndirilən şəxs üzərindəki pullarını çıxarıb stolun üzərinə qoymuş və yenidən qapıdan keçmişdir. Bu zaman aparat yenə səs salmışdır. Həmin hal onda Təqsirləndirilən şəxs üzərində gömrük orqanına təqdim olunmamış predmetlərin olması barədə şübhə yaratmışdır. Bu barədə növbə rəisinə məlumat vermiş və Təqsirləndirilən şəxs üzərinə şəxsi yoxlama keçirmək üçün 2 nəfər hal şahidi dəvət etmişdir. Hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərini yoxlamağa başlamışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin iç sağ cibindən 10 ədəd kapsul və çöl sağ cibindən isə 1 ədəd həb aşkar etmişdir. Aşkar olunmuş preparatlara baxış keçirən zaman onların üzərində “PGN 300” yazıları olan, yarı ağ və yarı qırmızı rəngli 10 (on) ədəd kapsul və üzərində heç bir yazısı olmayan 1 (bir) ədəd ağ rəngli dairəvi formalı həb olduğunu müəyyən etmişdir. Daha sonra Təqsirləndirilən şəxs əl yüklərini yoxlamışdır. Lakin yoxlama zamanı Təqsirləndirilən şəxs əl yüklərinin içərisindən gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan edilməmiş heç bir predmet aşkar etməmişdir. Bundan sonra bu işlə bağlı protokol tərtib etmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş dərman preparatlarını götürərək araşdırma aparılması üçün akt əsasında Əməliyyat və Təhqiqat Şöbəsinin Təhqiqat Bölməsinə təhvil vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 34258 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “205192 №-li Azərbaycan Respublikası DGK Şimal Ərazi Baş Gömrük İdarəsi AR-nın vətəndaşı Təqsirləndirilən şəxs barəsində......” sözləri yazılmış DGK-nın polietilen paketinin içərisində üzərində “PGN 300” yazısı olan 10 ədəd ağ-qəhvəyi rəngli kapsulaların içərisindəki ağ rəngli toz şəkilli maddə - preqabalin tərkibli dərman preparatıdır. Preqabalin tərkibli dərman preparatı “Güclü təsir edən maddələrin və onların külli miqdarının” siyahısına daxildir və 10 (on) kapsuladan ibarət preqabilin maddəsinin ümumi təsiredici miqdarı 3 qram təşkil edir. (bir kapsulada 0,3 qram preqabalin olmaqla). Aparılmış tədqiqatdan sonra 8 kapsula qalmışdır. İş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019cu il trixli, 1(105)-126/2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 1(107)-301/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Mingəçevir şəhər məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(105)-126/2019-cu il tarixli hökmündən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməsini, törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Tağıyev X3 Respublikası JM-in 56.1.2-ci maddəsinə əsasən jəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxx 2019-cu il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən olunur ki, Tağıyev X4 Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(105)-126/2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və hazırda o, ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkir. Qeyd edilən hal məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, iş üzrə maddi sübut –xx xxxxxx 2018-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunda Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 10 (on) kapsuladan ibarət ümumi təsiredici miqdarı 3 qram təşkil edən (bir kapsulada 0,3 qram preqabalin olmaqla), aparılmış tədqiqatdan sonra 8 kapsula qalmış güclü təsirli maddə - preqabalinhökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə olunmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 97,95 (doxsan yeddi manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFTBİKCTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Tağıyev X3 Respublikasının JM-nin 206.2-ji maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə jəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ji maddəsinə əsasən Mingəçevir şəhər məhkəməsinin xx xxxxxxx 2019-cu il trixli, 1(105)-126/2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasısının çəkilməmiş 02 (iki) il 03 (üç) ay 13 (on üç) gün hissəsi yeni hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə jəzası ilə qismən toplanmaqla, üzərindəqəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi recimli jəzaçəkmə müəssisəsində çəksin. Jəzanın əvvəli xx xxx 2019-ju il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Mingəçevir ŞəhərMəhkəməsinin xx xxxxxxx 2019-cuiltrixli, 1(105)-126/2019-cuiltarixlihökmü ilə Azərbaycan RespublikasıCM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və hazırda ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, İş üzrə maddi sübut –xx xxxxxx 2018-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunda Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 10 (on) kapsuladan ibarət ümumi təsiredici miqdarı 3 qram təşkil edən (bir kapsulada 0,3 qram preqabalin olmaqla), aparılmış tədqiqatdan sonra 8 kapsula qalmış güclü təsirli maddə preqabalinhökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə olunmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 97,95 (doxsan yeddi manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, DövlətXəzinədarlığıAgentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFTBİKCTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürül İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət İşləri və X7 İşlər üzrə Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №1(067)-2/2020
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-2/2020
06.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver