Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-20/2021 17.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz rayonu vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, mütəxəssis X5 iştirakı ilə xx xxxxxx 1979-cu ildə Xaçmaz rayonunun Pirquluoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Pirquluoba kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündəqətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 16:00 radələrində, AE-611432 seriyalı, “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz C240” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə 40-50 km/saat sürətlə Xaçmaz rayonunun Pirquluoba kənd yolunun 3-cü kilometrliyində hərəkət edən zaman “Yol hərəkəti haqqında” Azəbaycan Respublikası Qanununun 73-cü maddəsinin İV-cü hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni gözü qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmaqla hadisənin qarşısını almağa texniki imkanı olsa da, əks zolaqla hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21060” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxaraq qarşı-qarşıya toqquşmuş, nəticədə “VAZ 21060” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildə arxa sol oturacaqda əyləşmiş sərnişin X6 ehtiyatsızlıqdan ölümünə səbəb olmuş ağır dərəcəli travmatik şok və baş beyinin əzilməsi ilə müşayiət olunmuş, sol bazu və hər iki bud sümüklərinin qapalı sınıqları ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, ənsə nahiyəsinin əzilmiş yarası isə sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetrimiş, habelə həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hər iki diz nahiyəsinin əzilmiş yaraları, sol bayır topuq nahiyəsinin şişkinliyi, sol içəri topuğun sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə, sonuncunun “VAZ 21060” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə isə 2267 (iki min iki yüz altmış yeddi) manat maddi ziyan vurmaqla Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına, digər zərərçəkmiş şəxsin isə ölümünə səbəb olmuşdur. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “BC” dərəcəli sürücülük vəsiqəsi olmaqla **-BS-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C240” markalı avtomobili olmuşdur. Həmin avtomobil qardaşı Rəcəbin adına olmuş, avtomobili etibarnamə ilə idarə etmişdir. Həmin avtomobil qardaşı Rəcəbin adına olmasına baxmayaraq, avtomobil ona məxsusdur. Həmin avtomobili 2018-ci ilin iyul ayında 12800 manat verməklə almış, lakin sənədləşməni qardaşı Rəcəbin adına etmişdir. Yaşadığı Xaçmaz rayonunun Pirquluoba kəndində bağ sahəsi vardır, həmin bağda istifadə etməyə nərdivan almaq üçün xx xxxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən univermağa getmiş, saat 16-17 radələrində yaşadığı kəndə qayıtmağa başlamış, Pirquluoba kəndinə gedən yolun 3-cü kilometrliyində sərt döngə olmuş, təxminən 40-50 km/saat sürətlə hərəkət etmiş, döngəyə yaxınlaşan zaman üzünə gün işığı düşdüyü üçün gözü qamaşmış, döngəni öz hərəkət zolağında dönə bilməmiş və özündən asılı olmayaraq əks hərəkət zolağına çıxmış, döngə sərt olduğu üçün döngəni dönməmiş qarşıdan gələn avtomobilin gəlməsini görmək mümkün olmamış, döngəni dönən kimi əks hərəkət zolağında hərəkət edən “VAZ 21060” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşı-qarşıya toqquşmuş, toqquşduğu avtomobil qonşu kənddən Zərərçəkmiş şəxs məxsus olmuş, Abdullanın atası Şahvələd də avtomobildə olmaqla arxa sərnişin oturacağında oturmuşdur. O, toqquşmadan sonra tez avtomobildən düşərək Abdulla və Şahvələdə baxmış, sonuncunun vəziyyətinin yaxşı olmadığını görmüş və təcili-tibbi yardıma zəng etmişdir. Şahvələd əmi dializ xəstəsi olmuş və sonuncunu həftədə iki dəfə Xaçmaz MRX-na aparmışlar. Həmin gün də X12 MRX-na aparırmış. Hadisə yerinə TTY-ın avtomobili gəlmiş, Şahvələd əmini və Abdullanı həmin avtomobillə Xaçmaz MRX-na aparmışlar, o polis əməkdaşlarının gəlməsini gözləmişdir. Polis əməkdaşları gəlib hadisə yerini sənədləşdirdikdən sonra özü də Xaçmaz RPŞ-nə getmişdir. O, toqquşanadək gözü qamaşdığından qarşıdan gələn avtomobili görməmiş, avtomobillər toqquşduqdan sonra bilmişdir ki, o, əks hərəkət yoluna çıxmışdır. O, avtomobilində tək olmuş, avtomobilində yük olmamış, avtomobili saz vəziyyətdə olmuş, lakin döngə sərt olduğundan həmin döngəni dönməmiş nə əks istiqamətdən, nə də onun gəldiyi istiqamətdən qarşıdan gələn avtomobili görmək mümkün olmamışdır. Hadisə günü heç bir spirtli içki içməmiş,nə də hər hansı sərxoşluq vəziyyətində olmamış, gözünə günəşin işığı düşdüyündən hadisənin qarşısını almaq üçün heç bir tədbir görə bilməmişdir. Hadisə baş verən vaxt yol quru, hava aydın olmuşdur.Törətdiyi cinayət əməlinə görə peşman olduğunu, zərərçəkən şəxs Zərərçəkmiş şəxs və ölmüş zərərçəkmiş şəxs Şahvələd Nurəhmədovun ailəsinə vurduğu zərəri ödədiyini, zərərçəkmiş tərəflə barışdıqlarını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onun sürücülük vəsiqəsi olmaqla özünə məxsus“ VAZ 21060” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. Həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. xx xxxx 2020ci il tarixdə, saat 15-16 radələrində yaşadığı Xaçmaz rayonunun Qoçaqlı kəndindən idarə etdiyi həmin avtomobillə atası X7 Xaçmaz RMX-na aparmaq üçün yola düşmüş, atası avtomobildə arxa sol oturacaqda oturmuş, avtomobili 40 km/saat sürətlə idarə etmişdir. Həmin vaxt hava yağmursuz, yol quru olmuş, avtomobildə heç bir texniki nasazlıq olmamışdır. Xaçmaz şəhəri istiqamətində hərəkət edən vaxt Xaçmaz rayonunun Pirquluoba kəndi ərazisindən keçən hissəsində yolda olan sərt döngəyə yaxınlaşıb dönmə əməliyyatı edən zaman qarşıdan “Mercedes Benz C240” modelli, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkət yoluna çıxıb üzərinə gəldiyini görmüş, avtomobilini nə qədər sağ tərəfə qaçırmaq istəsə də, məsafə az olduğundan həmin avtomobil gəlib onun avtomobili ilə qarşı-qarşıya toqquşmuşdur. Hadisə nəticəsində özü və atası xəsarət almış, hadisə yerindən təcili-tibbi yardım avtomobili gəlib onları Xaçmaz RMX-na aparmışdır. Hadisədən sonra “Mercedes Benz C240” modelli, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Təqsirləndirilən şəxs olduğunu bilmiş, sonuncu ilə aralarında heç vaxt hər hansı ədavət və düşmənçilik olmamışdır.Hadisədən sonra təqsirləndirilən şəxs onlara dəymiş maddi ziyanı ödəmiş, onlar barışmış və təqsirləndirilən şəxsin barəsində heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin əvvəlki məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs X6 hüquqi varisi X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur və sonuncunun “VAZ 21060” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. Ölmüş zərərçəkmiş şəxs X10 isə onun əri olmuşdur. Əri Şahvələd dializ xəstəsi olmuşdur. xx xxxx 2020-ci il tarixdə oğlu Abdulla əri Şahvələdi idarə etdiyi “VAZ 21060” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Xaçmaz RMX-na müayinə olunmaq üçün aparmaq üçün evdən çıxdıqdan bir neçə saat sonra eşitmişdir ki, oğlu Abdullanın idarə etdiyi həmin avtomobillə hansısa bir avtomobil toqquşmuş, nəticədə Abdulla və Şahvələd xəsarət alaraq Xaçmaz RMX-na aparılmış, əri Şahvələd həmin yol-nəqliyyat hadisəsi nəticəsində ölmüşdür. Hadisədən sonra təqsirləndirilən şəxs onlara maddi köməklil etmiş, onlar barışmış və təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərdi ki, o, xx xxxx 2020-ci il tarixdə Xaçmaz rayonu ərazisində xidmət aparmış, həmin gün saat 16 radələrində ona Xaçmaz RPŞ-nin növbətçi hissəsindən məlumat verilmişdir ki, Xaçmaz rayonunun Pirquluoba kəndi yolunda yol-nəqliyyat hadisəsi baş vermişdir. Dərhal hadisə yerinə getmiş, hadisə yerində ona məlum olmuşdur ki, iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C240” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonunun Pirquluoba kəndi yolunda hərəkət edən zaman ona əks zolaqda hərəkət edən iş üzrə Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21060” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncu avtomobildə olan sərnişin X10 və həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs xəsarət alaraq Xaçmaz RMX-na aparılmışlar. Hadisə yerinə müstəntiq gəldikdən sonra hadisə yeri iştirakçıların və hal şahidlərinin iştirakı ilə müayinə olunaraq tərtib edilmiş protokol və sxem düzgün olduğundan imza etmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid X9 ifadəsindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs olan qardaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C240” modelli, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki şəhadətnaməsinə əsasən həmin avtomobilin onun mülkiyyətində olmasına baxmayaraq, həmin avtomobili Afiq özü pulunu verərək almış və sonuncuya məxsus olmuşdur. O, mülkiyyətində olan bütün əmlakın Afiq tərəfindən onun adından idarə edilməsinə dair etibarnamə də vermişdir. Qeyd olunanlara əsasən “Mercedes Benz C240” modelli, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki sahibi kimi qardaşı Təqsirləndirilən şəxs tanınmasını xahiş etmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli 2782 saylı raportdan müəyyən edilir ki, həmin tarixdə, saat 16:45 radələrindəXaçmaz RPŞ-nin sahə rəisi polis mayoru Ədalət Əsgərov RPŞ-nin növbətçi hissəsinə zəng edərək Xaçmaz rayonunun Həsənqala- Pirquluoba kənd yolunda avtonəqliyyat hadisəsinin baş verməsi barədə məlumat vermişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli 2786 saylı raportdan müəyyən edilir ki, həmin tarixdə, saat 17:25 radələrində iş üzrə zərərçəkmiş şəxs X2 iki said sümüyünün qapalı sınığı, çiyin qurşağının əzilməsi diaqnozu ilə Xaçmaz RMX-na daxil olması və saat 19 radələrində xəstəxanada ölməsi barədə məlumat daxil olmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli 2787 saylı raportdan müəyyən edilir ki, həmin tarixdə, saat 17:26 radələrində Xaçmaz RMX-nın tibb bacısı Məmmədova Xaçmaz RPŞ-nin növbətçi hissəsinə zəng edərək iş üzrə Zərərçəkmiş şəxs “diz oynağının əzilməsi – açıq yaraları, döş qəfəsinin əzilməsi, sağ bilək oynağının əzilməsi, sol dirsək oynağının əzilməsi diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən müəyyən edilir ki: Hadisə yeri Xaçmaz rayonunun Pirquluoba kəndi yolunun 3-cü kilometrliyidir. Baxış işıqlı havada keçirilmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C240” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21060” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşı-qarşıya toqquşmuş, hadisə yeri yol qarşı-qarşıya hərəkət üçün nəzərdə tutulmaqla tam quru, hamar asfalt səthə malik, döngəli olmuşdur. Hadisə yeri yol qarşı-qarşıya hərəkət zolağından ibarət olmaqla yolun hərəkət hissəsinin ümumi eni 6 metr, hər bir hərəkət hissəsinin eni isə 3 metr olmaqla əks hərəkət zolaqları əks istiqamətli nəqliyyat axımını ayıran nişanlanma xətti ilə nişanlanmamışdır. Yolun sol və sağ kənarı 1 metr enində yolun köməkçi hissəsi – yol çiynidir. Yolun Xaçmaz şəhəri istiqamətindən Pirquluoba kəndi istiqamətində sol kənarı meşə örtüyü, sağ kənarı isə kolluq sahə olmaqla boş sahədir. Həmin yolda sürət məhdudiyyəti 60 km/saat olmuşdur. İş materiallarında olan ifadələrin yerində yoxlanılması haqqında protokollardan və onlara əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələri yerində yoxlanılmış və onlar ifadələrində bildirdikləri xüsusatları hadisə yerində əyani olaraq göstərmişlər. Həmçinin zərərçəkmiş şəxsə təhlükəni hiss etdiyi anda olduğu yeri göstərməsi təklif edilmiş, zərərçəkmiş şəxs təhlükəni hiss etdiyi yeri göstərmiş. Göstərdiyi həmin yerdən toqquşma yerinədək məsafə ölçülərək 10 metr təşkil etdiyi müəyyənləşdirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 8/981 №-li ekspert rəyindən müəyyən edilir ki, ibtidai istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Mercedes Benz C240” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin İV hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən: -hərəkət üçün təhlükə yaranan anda “VAZ 21060” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 25,4-34,6 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 xx xxxx 2020-ci il tarixli, 31 №-li ekspert rəyindən müəyyən edilir ki, 1945-ci il təvəllüdlü X6 meyitinin məhkəmə-tibbi müayinəsinə və onun adına tərtib edilmiş xəstəlik tarixində qeyd olunanlara əsaslanaraq: X6 meyitinin üzərində aşkar edilmiş xəsarətlər - ağır dərəcəli travmatik şok və baş beyinin əzilməsi ilə müşayiət olunmuş, sol bazu və hər iki bud sümüklərinin qapalı sınıqları - ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, ənsə nahiyəsinin əzilmiş yarası isə dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aiddir; Göstərilən xəsarətlər həyati olub, xx xxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi; Ş.P.Nurəhmədovun ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş vermiş zədə şoku olmuşdur. Ölümün başvermə müddəti xəstəlik tarixində xx.xx.2020-ci il, saat 18:35 qeyd olunmuşdur; Ş.P.Nurəhmədovun alkoqola görə qanın məhkəmə-kimyəvi tədqiqatı aparılmamışdır, belə ki, xəstəxanada müalicə məqsədi ilə zərərçəkmişə vurulmuş dərman preparatlarının bəzilərində etil spirti olmuşdur, eləcə də xəstəlik tarixində onun spirtli içki qəbul edib-etməməsi barədə hər hansı bir qeyd olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 xx xxxxxx 2020-ci il tarixli, 629 №-li ekspert rəyindən müəyyən edilir ki, 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və onun adına tərtib edilmiş tibbi sənədlərdə qeyd olunanlara əsaslanaraq, onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – hər iki diz nahiyəsinin əzilmiş yaraları, sol bayır topuq nahiyəsinin şişkinliyi, sol içəri topuğun sınığı bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti xx xxxx 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan verilmə tarixi xx.xx.2015-ci il, etibarlılıq müddəti xx.xx.2025ci ilədək olan “BC” kateqoriyalı, AE 611432 nömrəli sürücülük vəsiqəsinin təsdiqlənmiş surətindən və Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman sürücülük hüququ olmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən heç bir sərxoşluq halında olmamışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “Nəqliyyat vasitəsinin uçot kartoçkası”nın və etibarnamənin təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, sahibi X11 olan hazırkı cinayət işi üzrə cinayət hadisəsinin törədildiyi nəqliyyat vasitəsi mühərrik həcmi 2400 kub santimetr olan “Mercedes Benz 240C” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobildir, qeydiyyat üçün əsas alqı-satqı müqaviləsi olmuş, həmin avtomobil 01 il 05 ay 14 gün müddətinə, etibarlılıq müddəti xx.xx.2021-ci il tarixədək olmaqla idarə etmək üçün iş üzrə Təqsirləndirilən şəxs etibarnamə əsasında verilmişdir. İş materiallarında olan etibarnamənin surətindən müəyyən edilir ki, X11 onun bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi xx.xx.2016-cı il tarixdə iyirmi il müddətinə olmaqla etibarnamə əsasında qardaşı Təqsirləndirilən şəxs etibar etmişdir. İş materiallarında olan “Avtoservis və Ticarət Müəssisəsi” Xaçmaz 1 saylı Texniki Xidmət Stansiyasının xx xxxxxxxx 2020-cİ il tarixli, t-988 saylı ziyan aktından müəyyən olunur ki, hazırkı iş üzrə yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 21060” markalı, **-BE- *** dövlət qeydiyyat nömrəli avtomobilin əzilib zədələnməsi nəticəsində zərərçəkən şəxs Zərərçəkmiş şəxs 2267 (iki min iki yüz altmış yeddi) manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan müəyyən edilir ki, hazırkı iş üzrə avtonəqliyyat hadisəsinin törədildiyi “Mercedes Benz C240” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21060” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmış və həmin nəqliyyat vasitələri sahiblərində saxlanılır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinə xitam verilmişdir. Həmin qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinə xitam verilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin İV hissəsinin 3-cü bəndinəgörə, gözü qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2013-cü il tarixli, 5 №-li Qərarında diqqətə çatdırılır ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həm Cinayət Məcəlləsinin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş, həm də bu maddələrdə nəzərdə tutulmamış (məsələn, şəxsin sağlamlığına yüngül zərər vurulması, yaxud da onun əmlakının zədələnməsi və ya məhv edilməsi) nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini əmələ gətirir. Beləliklə, məhkəmə istintaqı ilə müəyyən olundu ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 16:00 radələrində AE-611432 seriyalı, “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz C240” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə 40-50 km/saat sürətlə Xaçmaz rayonunun Pirquluoba kənd yolunun 3-cü kilometrliyində hərəkət edən zaman “Yol hərəkəti haqqında” Azəbaycan Respublikası Qanununun 73-cü maddəsinin İV-cü hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni gözü qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmaqla hadisənin qarşısını almağa texniki imkanı olsa da, əks zolaqla hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21060” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxaraq qarşı-qarşıya toqquşmuş, nəticədə “VAZ 21060” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildə arxa sol oturacaqda əyləşmiş sərnişin X6 ehtiyatsızlıqdan ölümünə səbəb olmuş ağır dərəcəli travmatik şok və baş beyinin əzilməsi ilə müşayiət olunmuş, sol bazu və hər iki bud sümüklərinin qapalı sınıqları ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, ənsə nahiyəsinin əzilmiş yarası isə sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetrimiş, habelə həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hər iki diz nahiyəsinin əzilmiş yaraları, sol bayır topuq nahiyəsinin şişkinliyi, sol içəri topuğun sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə, sonuncunun “VAZ 21060” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə isə 2267 (iki min iki yüz altmış yeddi) manat maddi ziyan vurmaqla Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına, digər zərərçəkmiş şəxsin isə ölümünə səbəb olmuşdur. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X3 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqələrinin surətlərindən və Xaçmaz rayon İcra Hakimiyyəti başçısının Pirquluoba kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində üç yetkinlik yaşına çatmayan uşağı vardır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti başçısının Pirquluoba kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş zərərçəkən şəxsin hüquqi varisi X1 və Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixli notarial qaydada tərtib edilmiş ərizələrindən müəyyən edilir ki, təqsirləndirilən şəxsə şəxsə qarşı heç bir şikayətləri və tələbləri yoxdur, gələcəkdə də ona qarşı şikayət və tələbləri olmayacaqdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəmnində ehtiyatsızlıqdan az ağır olmaqla ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkən tərəfə vurduğu ziyanla əlaqədar maddi köməklik göstərməsini, barışdıqlarını və zərərçəkən tərəfin ona qarşı şikayəti və tələbinin olmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, ailəli olmaqla himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını və ailəsinə qazanc aparan ailə üzvü olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Мəhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə görə, hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi; 59.1.12-ci maddəsinə görə, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.13-cü madəsinə görə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardandır. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməlinin törədilməsi şəraitininəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən, təqsirləndirlən şəxsə təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza azadlıqdan məhrumetmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, АZ34CТRЕ ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, АZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza azadlıqdan məhrumetmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddia verilməmişdir. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-20/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-20/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver