Məhkəmə qərarları › İş №1(067)-20/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-20/2022

03.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-20/2022 03.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1986-cı ildə Quba rayonunun Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonunun Rustov kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs elektrik və məişət əşyalarının pərakəndə alqı-satqısını həyata keçirən "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən Xaçmaz filial mağazasının pərakəndə satış şöbəsində xəzinədar vəzifəsində işləyərkən vəzifə təlimatının tələblərinə uyğun olaraq kassada olan pul vəsaiti müəyyən olunan məbləğə çatdıqda və ya iş gününün sonunda pul vəsaitini saymaq, məbləği “X və Z hesabatı” sistem göstəriciləri ilə tutuşdurmaq və sistemə uyğun məbləği hesabatla birlikdə inkassatora təhvil vermək, maddi məsuliyyət müqaviləsinə əsasən xidməti vəzifələrinin icrası zamanı tam maddi məsuliyyət daşımaq vəzifələrinə əməl etməyi, habelə onunla bağlanmış «Tam maddi məsuliyyət haqqında» İ-2273 nömrəli müqavilənin 1 -ci bəndinin şərtlərinə əsasən, ona etibar edilmiş pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmağı, müəyyən olunmuş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməyi icra etməyərək maddi məsul şəxs kimi 2020-ci ilin mart ayının ortalarında öz qulluq mövqeyindən istifadə etməklə həmin mağazanın xəzinəsindən ona etibar edilmiş özgə əmlakı olan 14.000 (on dörd min) manat məbləğində pul vəsaitini mənimsəyərək öz şəxsi ehtiyacları üçün istifadə etmiş, bununla da, o, öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını mənimsəmiş, yəni öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla talamışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən 2020-ci ilin mart ayının sonlarında öz qulluq mövqeyindən istifadə etməklə qeyd olunan mağazanın xəzinəsindən ona etibar edilmiş 1993 (min doqquz yüz doxsan üç) manat, ümumilikdə isə özgə əmlakı olan "xxxx" ММС-уə məxsus 15.993 (on beş min doqquz yüz doxsan üç) manat məbləğində pul vəsaitini təkrar mənimsəyərək öz şəxsi ehtiyacları üçün istifadə etmiş, bununla da, o, özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla, təkrar mənimsəmiş, yəni ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla, təkrar talamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlləri aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 05 fevral 2020-ci il tarixdə "xxxx" MMC-yə işə qəbul olunmuşdur. İşə qəbul olunduqda həmin şirkətin Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsində yerləşən mərkəzi ofisində 1 ay müddətində xəzinədar vəzifəsi üzrə stajorluq keçmiş və 01.03.2020-ci il tarixdən ünvan 4 ünvanında yerləşən filial mağazasında xəzinədar kimi işə başlamışdır. Təyin olunduğu vəzifə üzrə əsas işi ona etibar edilmiş maddi sərvətləri qoruyub saxlamaq, görüləcək işlərin tam qeydinə qalmaq, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamaq, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmaq, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etmək, müştəridən pulu təhvil almaq, kassaya mədaxil etmək və digər vəzifələri layiqincə yerinə yetirməkdən ibarət olmuşdur. 2015-ci il tarixdən “învestAz” saytı ilə forex əməliyyatları həyata keçirməyə başlamışdır. Həftədə iki dəfə işlədiyi mağazanın xəzinəsində olan pulları «Unibank» vaistəsilə "xxxx" MMC-nin baş ofisinə göndərmişdir. O, 2020-ci ilin mart ayının ortalarında "xxxx" MMC-nin Xaçmaz fililal mağazasının xəzinəsində yığılmış 40000 manat pulu mərkəzi ofisə göndərmək üçün həmin pulları xəzinədən götürüb Xaçmaz şəhərində yerləşən “Unibank”a getmiş, həmin məbləğin 26000 manatını işlədiyi şirkətin sözügedən hesabına köçürmüş, qalan 14000 manatı "xxxx" saytına mədaxil etmək üçün özündə saxlamışdır. Həmin gün 3000-4000 manat məbləğində pulu "xxxx" saytındakı öz şəxsi hesabına köçürmüş, lakin heç bir qazanc əldə etmədən mədaxil etdiyi pulları "xxxx" saytında uduzmuşdur. O, bu minvalla 2020-ci iln mart ayının sonlarına kimi işlədiyi şirkətdən götürdüyü pulun çox hissəsini "xxxx" sayındakı hesabına mədaxil edərək uduzmuş, pulun qalan hissəsini isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. 2020-ci ilin mart ayının sonlarında işlədiyi şirkətin xəzinəsində yığılmış 20000 manat pulu mərkəzi ofisə göndərmək üçün həmin pulları kassadan götürüb “Unibank”a getmiş, "xxxx" sayıtnda itirdiyi pulları geri qaytarmaq məqsədilə xəzinədən götürdüyü pulun 1993 manatını özündə saxlamış, qalan hissəsini "xxxx" MMC-nin baş ofisinin hesabına mədaxil etmişdir. İşlədiyi şirkətin baş ofisinin hesabına köçürmədiyi 1993 manat məbləğində pulu "xxxx" saytındakı hesabına köçürmüş və tez bir zamanda həmin pulu da itirmişdir. Mağazanın xəzinəsindən pulları rəhbərliyin icazəsi olmadan götürmüşdür. 2020ci ilin aprel ayının əvvəllərində mağazanın koordinatoru vəzifəsində işləyən Şahid1 onu öz yanına çağıraraq "xxxx" MMC-nin baş ofisinin Maliyyə Departamentindən zəng edildiyini və mağazanın xəzinəsində əksiklik yarandığını ona bildirmişdir. Həmin vaxt o, Şahid1 səmimi etiraf edərək mağazanın xəzinəsindən onun tərəfindən hissə-hissə iki dəfəyə ümumi olaraq 15993 manat pul götürdüyünü demişdir. Şahid1 dərhal bu barədə "xxxx" MMC-nin baş ofisinə məlumat vermiş, həmin vaxt o, "xxxx" MMC-nin hüquqşünası Vüqar ilə telefon danışığı aparmış, telefonda Vüqar onu sorğu-sual etmiş və o, şirkətin hüquqşünasına hər şeyi olduğu kimi etiraf etmişdir. O, pulları götürdüyü vaxt onu heç kim buna məcbur etməmiş, öz istəyi ilə həmin pulları götürmüşdür. Hazırda etdiyi əməllərdən peşmandır. "xxxx" MMC-yə vurduğu maddi ziyanı ödəyəcəkdir. Məhkəmə istintaqında dindirilən zərərçəkmiş hüquqi şəxs "xxxx" məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə göstərdi ki, Təqsirləndirilən şəxs elektrik və məişət əşyalarının pərakəndə alqı-satqısını həyata keçirən "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən Xaçmaz filial mağazasının pərakəndə satış şöbəsində xəzinədar vəzifəsində işləyərkən vəzifə təlimatının tələblərinə uyğun olaraq kassada olan pul vəsaiti müəyyən olunan məbləğə çatdıqda və ya iş gününün sonunda pul vəsaitini saymaq, məbləği “X və Z hesabatı” sistem göstəriciləri ilə tutuşdurmaq və sistemə uyğun məbləği hesabatla birlikdə inkassatora təhvil vermək, maddi məsuliyyət müqaviləsinə əsasən xidməti vəzifələrinin icrası zamanı tam maddi məsuliyyət daşımaq vəzifələrinə əməl etməyi, habelə onunla bağlanmış «Tam maddi məsuliyyət haqqında» İ-2273 nömrəli müqavilənin 1 -ci bəndinin şərtlərinə əsasən, ona etibar edilmiş pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmağı, müəyyən olunmuş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməyi icra etməyərək maddi məsul şəxs kimi 2020-ci ilin mart ayının ortalarında öz qulluq mövqeyindən istifadə etməklə həmin mağazanın xəzinəsindən ona etibar edilmiş "xxxx" MMC-yə məxsus əmlak olan 14.000 (on dörd min) manat məbləğində pul vəsaitini mənimsəyərək öz şəxsi ehtiyacları üçün istifadə etmiş, bundan başqa, o, həmin vəzifədə işləyərkən 2020-ci ilin mart ayının sonlarında öz qulluq mövqeyindən istifadə etməklə qeyd olunan mağazanın xəzinəsindən ona etibar edilmiş 1993 manat, ümumilikdə isə özgə əmlakı olan "xxxx" ММС-уə məxsus 15.993 manat məbləğində pul vəsaitini təkrar mənimsəyərək öz şəxsi ehtiyacları üçün istifadə etmişdir. Dəymiş ziyanı ödəmək üçün təqsirləndirilən şəxsə kifayət qədər vaxt verilmiş, lakin o, ziyanı tam olaraq ödəmək üçün heç bir hərəkət etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə şikayətçi olmaqla onun cinayət məsuliyyətinə cəlb olunmasını və cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən "xxxx" MMC-nin Xaçmaz filialında koordinator vəzifəsində işləyən Şahid1 göstərdi ki, 04 aprel 2020-ci il tarixdə "xxxx" MMCnin Maliyyə Departamentinin rəhbərinin müavini Şahid3 ona zəng edərək mağazanın kassasında hal-hazırda pul vəsaitinin olub-olmamasını soruşmuş, o, kassada pul vəsaitinin olmadığını bildirmişdir. Şahid3 sistemdəki pul hesabatlarına əsasən mağazanın xəzinəsində 15993 manat məbləğində kəsir yarandığını ona dedikdə o, 01 aprel 2020-ci il tarixdə mağazanın kassasının sıfırlandığını, kassada heç bir məbləğdə pul qalmadığını bildirmiş və Təqsirləndirilən şəxs yanma çağırıb bu barədə sonuncudan soruşduqda o, mağazanın kassasından hissə-hissə ümumilikdə 15993 manat pul götürdüyünü, həmin pulları "xxxx" saytı vasitəsi ilə forex əməliyyatları edərək öz şəxsi hesabına yatırım etdiyini, lakin heç bir qazanc əldə etmədən pulları saytda batırdığını ona səmimi etiraf etmişdir. O, Təqsirləndirilən şəxs iradını bildirərək rəhbərliyin icazəsi olmadan nə üçün pulları götürdüyünü sonuncudan soruşmuş, Təqsirləndirilən şəxs böyük səhvə yol verdiyini, əməlindən peşman olduğunu bildirərək 10-15 gün ərzində pulları geri qaytaracağına dair ona söz vermişdir. O, hadisə ilə bağlı dərhal şirkət rəhbərliyinə və şirkətin hüquqşünası Şahid4 zəng vurub məlumat vermiş, sonuncunun tapşırığına əsasən xəzinadar Təqsirləndirilən şəxs izahatını almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən "xxxx" MMC-nin Xaçmaz filialında koordinator vəzifəsində işləyən Şahid2 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən "xxxx" MMC-də xəzinədar vəzifəsində işləyən Şahid3 göstərdi ki, o, həftədə 2 dəfə baş ofisin “Uyum” və “Axapta”, “TCF” sistemi vasitəsi ilə şirkətə aid olan mağazaların gündəlik maliyyə hesabatlarını yoxlayır. 03 aprel 2020-ci il tarixdə pandemiya ilə əlaqədar olaraq evdə onlayn şəkildə işləyərək şirkətə məxsus mağazaların maliyyə hesabatlarını yoxlamış, bir neçə filialın maliyyə hesablarını yoxladıqdan sonra Xaçmaz şəhərində yerləşən filial mağazasının maliyyə hesabatlarını yoxlamağa başlamışdır. Həmin vaxt sistemdə şirkətin baş ofisinin hesabına göndərilməli olan pulun 15993 manat məbləğinin əskik olduğunu görüb sözügedən filialın rəhbəri Şahid1 ilə əlaqə saxlayaraq sistemdə pulun əskik olduğunu, xəzinəyə baxmağı sonuncuya bildirmişdir. Şahid1 xəzinədə pul olmadığını, bütün pulların hamısının “Unibank” vasitəsi ilə baş ofisə göndərildiyini ona bildirmişdir. Təxminən 30 dəqiqədən sonra Namiq onunla telefon vasitəsilə əlaqə saxlayaraq pulların filialın xəzinadarı Təqsirləndirilən şəxs tərəfindən götürüldüyünü ona demişdir. O, Təqsirləndirilən şəxs 15993 manat pulu kassadan götürdüyünü dərhal rəhbərliyə bildirmiş və Ayazın izahatı alınaraq sonuncu işdən azad edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən "xxxx" MMC-nin hüquq departamentinin direktoru Şahid4 göstərdi ki, 04 aprel 2020-ci il tarixdə "xxxx" MMC-nin Xaçmaz filialının koordinatoru Şahid1 ona zəng edərək, mağazanın xəzinadarı Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə 15993 manat götürüldüyünü bildirmişdir. O, dərhal telefonu Ayaza verməyini, sonuncu ilə danışmaq istədiyini Namiqə bildirmiş, bundan sonra Ayaz mobil telefonda onunla danışaraq kassadan ümumilikdə 15993 manat götürdüyünü, həmin pulların təxminən 13000 manatını "xxxx" saytı vasitəsilə forex əməliyyatını həyata keçirdiyini, lakin həmin pulları batırdığını, qalan pulu isə öz şəxsi ehtiyacları üçün xərclədiyini açıq şəkildə etiraf etmişdir. O, Ayaza acıqlanaraq, icazəsiz niyə pulları götürdüyünü soruşduqda, sonuncu ona axmaqlıq etdiyini, çox böyük səhvə yol verdiyini, əməlindən peşman olduğunu, ona vaxt verilməsini, 10-15 gün ərzində pulları geri qaytaracağına söz vermişdir. O, Ayazın izahatını alaraq rəhbərliyə göndərməyi mağazanın kordinatoru Namiqə tapşırmış, Ayazın izahatı alındıqdan sonra onun tərəfindən rəhbərliyə məruzə edilmiş və rəhbərliyin əmri ilə Ayaz vəzifəsindən azad edilərək onun barəsində aidiyyatı orqanlara müraciət edilmişdir. İş materiallarında olan Məhkəmə-mühasibatlıq ekspertizasının 17 sentyabr 2021-ci il tarixli, 9/6193 №-li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan 22 may 2020-ci il tarixli aktın düzgünlüyü istintaq tərəfindən nəzərə alındıqda "xxxx" MMC-nin ünvan 5 ünvanında yerləşən filial mağazasında çalışan Təqsirləndirilən şəxs çatışmazlığı ümumilikdə 15.993.00 manat məbləğində təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan 22 may 2020-ci il tarixli, 068 №-li audit prosedurlarının aparılmasına dair aktdan görünür ki, Azərbaycan Respublikası Auditorlar Palatasının 22 iyul 2019-cu il tarixli (qeydiyyat nömrəsi AT/112) lisenziyasına məxsus “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin auditoru Ağayev > Akif Ağa oğlu (icazə SA-292 saylı 16.07.2019-cu il tarixli) "xxxx" Məhduçl Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış AT-049 saylı 20 may 2019-cu il tarixli ikitərəfli müqaviləyə əsasən təqdim edilmiş sənədlər arasında 21 may 2020-ci il tarixdən 22 may 2020-ci il tarixədək araşdırma aparılmış və araşdırma zamanı Təqsirləndirilən şəxs cəmiyyətin Xaçmaz rayon mağazasında nağd satışdan 2020ci ilin mart ayında daxil olmuş 140931 manat pul vəsaitinin 124938 manatının bank hesabına ödədiyi, qalan 15993 manatı özbaşına götürərək öz şəxsi məqsədləri üçün istifadə etdiyi müəyyən olunmuşdur. İş materiallarında olan 05.02.2020-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” İ- 223 №-li müqavilədən görünür ki, "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında tam maddi məsuliyyət haqqında 05.02.2020-ci il tarixli müqavilə imzalanmış və Təqsirləndirilən şəxs MMC qarşısında vurulan ziyana görə tam maddi məsuliyyət daşımağı və vurulmuş ziyanı şəxsən tam şəkildə ödəməyi, habelə aşağıdakı vəzifələrə əməl etməyi öz öhdəsinə götürmüşdür: a) Ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalıdır, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamamlıdır və ziyankarlığa qarşı mübarizə olmalıdır; b) Müəssisənin, idarənin, təşkilatın rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmalıdır; c) Ona etibar edilmiş maddi sərvətlərin, pul vasitələrinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməlidir; d) Ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştrak etməlidir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında müstəntiqin 12 avqust 2021-ci il tarixli qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında müstəntiqin 13 avqust 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Nümayəndə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan "xxxx" QSC-dən daxil olmuş 18.06.2020-ci il tarixli məktubdan görünür ki, 05.02.2015-ci il tarixli, 849/15 saylı müqaviləyə əsasən həmin şirkətin müştərisi olmuş Təqsirləndirilən şəxs maliyyə bazarlarında ticarət fəaliyyəti ilə məşğul olmuş, ümumi ticarət fəaliyyəti dövrü ərzində 19158 (on doqquz min yüz əlli səkkiz) manat, 4664.70 (dörd min altı yüz altmış dörd dollar yetmiş sent) ABŞ dolları məbləğində vəsaiti öz şəxsi hesabına mədaxil etmiş, 2867.89 (iki min səkkiz yüz altmış yeddi manat səksən doqquz qəpik) manat, 1971.55 (min doqqu yüz yetmiş bir dollar əlli beş sent) ABŞ dolları məbləğində məxaric etmişdir. 01.01.2020-18.06.2020-ci il tarixlər ərzində isə Təqsirləndirilən şəxs öz müştəri hesabına 14396 (ön dörd min üç yüz doxsan altı) manat və 150 (yüz əlli) ABŞ dolları məbləğində mədaxil edib heç bir məxaric əməliyyatı həyata keçirməmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İdarəsi və Quba rayon İcra Hakimiyyəti Başçısının Rustov İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış və qeydiyyat yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başçısının Rustov İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 iyun 2020-ci il tarixli, 561 saylı və Xaçmaz rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 17 iyun 2021-ci il tarixli, 259 saylı arayışlardan, həmçinin iş materiallarına əlavə edilmiş nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Rustov kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamaqla ailə tərkibi, arvadı- 13.01.1993-cü il təvəllüdlü X3, oğlu- 27.07.2015-ci il təvəllüdlü X1 ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, təqsirləndirilən şəxs X9 əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elektrik və məişət əşyalarının pərakəndə alqı-satqısını həyata keçirən "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən Xaçmaz filial mağazasının pərakəndə satış şöbəsində xəzinədar vəzifəsində işləyərkən vəzifə təlimatının tələblərinə uyğun olaraq kassada olan pul vəsaiti müəyyən olunan məbləğə çatdıqda və ya iş gününün sonunda pul vəsaitini saymaq, məbləği “X və Z hesabatı” sistem göstəriciləri ilə tutuşdurmaq və sistemə uyğun məbləği hesabatla birlikdə inkassatora təhvil vermək, maddi məsuliyyət müqaviləsinə əsasən xidməti vəzifələrinin icrası zamanı tam maddi məsuliyyət daşımaq vəzifələrinə əməl etməyi, habelə onunla bağlanmış «Tam maddi məsuliyyət haqqında» İ-2273 nömrəli müqavilənin 1 -ci bəndinin şərtlərinə əsasən, ona etibar edilmiş pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmağı, müəyyən olunmuş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməyi icra etməyərək maddi məsul şəxs kimi 2020-ci ilin mart ayının ortalarında öz qulluq mövqeyindən istifadə etməklə həmin mağazanın xəzinəsindən ona etibar edilmiş özgə əmlakı olan 14.000 (on dörd min) manat məbləğində pul vəsaitini mənimsəyərək öz şəxsi ehtiyacları üçün istifadə etmiş, bununla da, o, öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını mənimsəmiş, yəni öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla talamışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən 2020-ci ilin mart ayının sonlarında öz qulluq mövqeyindən istifadə etməklə qeyd olunan mağazanın xəzinəsindən ona etibar edilmiş 1993 (min doqquz yüz doxsan üç) manat, ümumilikdə isə özgə əmlakı olan "xxxx" ММС-уə məxsus 15.993 (on beş min doqquz yüz doxsan üç) manat məbləğində pul vəsaitini təkrar mənimsəyərək öz şəxsi ehtiyacları üçün istifadə etmiş, bununla da, o, özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla, təkrar mənimsəmiş, yəni ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla, təkrar talamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməllərini səmimi etiraf edib hərəkətlərindən peşman olmasını və himayəsində 1 nəfər azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, yuxarıda sadalananları, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən müəyyən müddətə dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər və ya maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti həbsə alındığı gündən, yəni 03 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 183.1.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə məsluiyyət qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3.-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdirsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Hazırki cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək Təqsirləndirilən şəxs qarşı cinayət mühakimə icraatı qaydasında cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddia ərizəsi ilə müraciət etməmişdir. Ona görə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə izah olunur ki, cinayət mühakimə icraatı zamanı tərəflərindən mülki iddia verilmədiyindən onların Təqsirləndirilən şəxs qarşı qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikası CPM-nin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Odur ki, iş üzrə ekspertiza xərci olan 50 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci mddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 6 (altı) ay dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər və ya maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 03 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan 50 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin maddi sübut və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar