Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-20/2023 25.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs hüquqi varisi X4 iştirakı ilə 05 avqust 1988-ci ildə Rusiya Federasiyasının Arxangelsk vilayətində anadan olmuş, əvvəllər bir neçə dəfə məhkum olunmuş, Azərbaycan Respublikasının vətəndaşı, 28 oktyabr 2022-ci ildə ölmüş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, şəxsi istifadə məqsədilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, 07 yanvar 2022- ci il tarixdə Yalama st. X12 əməkdaşlarının Xaçmaz rayonu, Xudat şəhərində yerləşən "xxxx" QSC-nin Xudat dəmir yolu stansiyasının ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq dəvət olunduğu Xaçmaz rayonunun Yalama kəndində yerləşən Yalama st. xətt polis bölməsində saat 20:45-21:05 müddətində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol cibində olan sellofan bükümün içərisindən 0,553 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı iş üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı, ibtidai istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ifadəsindən müəyyən edilir ki, o, ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, axşam saatlarında tanışı İlham Axundovla birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində görüşüb İlhamın tanışı olan və narkotik vasitələrdən istifadə edən Zeynalın yanına gedərək İlham şəxsi istifadəsi üçün Zeynaldan təmənnasız narkotik vasitəsi götürmüşdür. Həmin günü İlhamla o birlikdə İlhamın tanışının yanına - Xaçmaz rayonu, Xudat şəhərinə istarahət etmək üçün getmək qərarına gəlmişlər. Buna görə də xx.xx.2022-ci il tarixdə günorta saatlarında razılaşdıqları taksi ilə onlar Xaçmaz rayonu, Xudat şəhərinə getmiş, orada İlhamın tanışı onu Xudat dəmir yolu stansiyasının yanında qarşılamış, bu vaxt o, taksidən düşdükdən sonra İlhamla narkotik vasitədən istifadə etmək üçün Xudat dəmir yolu stansiyası ərazisinə kənarlaşıb getmişlər. Stansiya ərazisində olan vaxt polis əməkdaşları onlara yaxınlaşmış, özlərini təqdim edib üzərilərində narkotik vasitə daşımaları və narkotik vasitələrdən istifadə etmələri barədə məlumatlarının olmasını onlara deyərək onu və İlhamı Yalama st. XPB-yə dəvət etmişlər. O da İlhamla birlikdə etiraz etmədən polis əməkdaşları ilə birlikdə Yalama st. XPB-yə getmiş, orada onun anket məlumatları ilə maraqlandıqdan sonra o, bölmənin Əli adlı təhqiqatçısının olduğu otağa dəvət edilmişdir. Təhqiqatçı ona barəsində daxil olmuş əməliyyat məlumatı barədə demiş, ona vəkillərin siyahısını təqdim edərək hüquqlarının müdafiəsi üçün vəkil seçməyini təklif etmiş, o da siyahıda olan vəkillərdən biri ilə təmin edilməsini xahiş etmişdir. Bundan sonra təhqiqatçı bölməyə siyahıda olan vəkillərdən X5 dəvət etmiş, onu xidməti otağında vəkilinin iştirakı ilə şübhəli şəxs qismində tutaraq bu barədə protokol tərtib etmiş, həmin protokolu vəkili ilə birlikdə imzaladıqdan sonra təhqiqatçı onu bölməyə dəvət edən polis əməkdaşlarının və vəkilinin iştirakı ilə, videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirməyə başlayaraq ona qanunazidd nə varsa çıxardıb qarşısında olan masanın üzərinə qoymasını təklif etmiş, o da üzərində olan narkotik vasitə bükülüsünü masanın üzərinə qoymuş, sonra təhqiqatçı Əli onun üzərinə yoxlayaraq baxmış, lakin üzərində qanunazidd başqa heç bir şey aşkar etməmişdir. Bundan sonra təhqiqatçı masanın üzərinə qoyduğu bükülüyə baxaraq bükülüdə narkotik vasitəni aşkar etmiş, ondan bükülüdə nə olduğunu, narkotik vasitələrdən istifadə edibetmədiyini soruşmuş, o da aşkar olunan narkotik vasitənin ona məxsus olduğunu, narkotik vasitələrdən arada bir istifadə etdiyini, narkotik vasitəni Bakı şəhəri, Yasamal rayonunda yerdən tapdığını etiraf etmişdir. Həmin vaxt onun vəkili ondan polis tərəfindən saxlanıldığı vaxt ona qarşı təsir göstərilib-göstərilmədiyini soruşmuş, o da heç bir təsir göstərilmədiyini bildirmişdir. Sonra təhqiqatçı narkotik vasitə olan bükülünü iştirakçıların yanında masanın üzərindən götürmüş, zərfə qoymuş, həmin zərfi ekspertizaya təqdim etmək üçün möhürləmiş, o, üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı tərtib edilmiş protokolu digər iştirakçılarla birlikdə imzalamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqi varisi X7 izahatında bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Qardaşı Təqsirləndirilən şəxs 28 oktyabr 2022-ci il tarixdə ağ ciyərində olan xəstəliklərlə bağlı vəfat etmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, 07 yanvar 2022-ci il tarixdə Bakı şəhər sakinləri İlkin və İlham adlı şəxslərin qanunsuz olaraq narkotik vasitələrdən istifadə etmələri və üzərlərində narkotik vasitə daşımaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tədbirə Yalama st. PPXM-nin polis nəfəri, polis serjantı Şahid3 və polis nəfəri, polis serjantı Şahid2 Kiçibeyoviçlə cəlb olunmuşlar. Daxil olmuş əməliyyat məlumatı əsasında Xudat dəmir yolu stansiyasının ərazisinə gedib orada bir qədər durduqdan sonra saat 18:40 radələrində iki nəfər şəxsin stansiya ərazisinə gəldiyini və orada olan gözləmə zalında söhbət etdiklərini, özlərini şübhəli apardıqlarını görmüşlər. Bu vaxt o, polis serjantı Şahid3 və polis serjantı Şahid2 həmin şəxslərə yaxınlaşmış, özlərini təqdim etmiş, həmin şəxslərə narkotik vasitələr istifadə etmələri və üzərlərində narkotik vasitə saxlamaları barədə əməliyyat məlumatı daxil olması barədə onlara bildirmişlər. Buna görə onlar həmin iki nəfər şəxsi Xaçmaz st. XPŞ-nin Yalama st. XPB-yə dəvət etmişlər. Həmin şəxslər etiraz etmədən onlarla birgə Xaçmaz st. XPŞ-nin Yalama st. XPB-yə gəlmiş, bölmədə həmin şəxslər özlərini təqdim edərək birinin X8, digərinin isə Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Həmin vaxt saxlanılan şəxslərin barəsində rəhbərliyə məruzə edilmiş, sonra əvvəl İlhamın təyin edilmiş vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərək onun üzərindən bir ədəd bükülüdə narkotik vasitə aşkar edilmiş və ekspertizaya təqdim edilməsi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Sonra İlkin təhqiqatçı, polis baş leytenantı Əli Hüseynovun xidməti otağına dəvət edilmiş, təhqiqatçı Əli Hüseynov xidməti otağında Təqsirləndirilən şəxs vəkillər siyahısı təqdim edib siyahıdan vəkil seçməsini ona təklif etmiş, İlkin siyahıda olan vəkillərdən biri ilə onun təmin edilməsini xahiş etmiş, bundan sonra təhqiqatçı siyahıda olan vəkillərdən bölməyə X5 dəvət etmiş, Təqsirləndirilən şəxs vəkil ilə tanış olduqdan sonra o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişin aparılması üçün otağa polis baş serjantı Şahid3 dəvət edilmiş, videoçəkiliş aparılaraq şəxsi axtarış keçirməyə başlamışdır. Şəxsi axtarış zamanı X15 Rəsulova müraciət edərək üzərində olan qanunsuz predmetləri çıxararaq qarşısında olan masanın üzərinə qoymasını təklif etmiş, İlkin də əynində olan cins şalvarın sol cibindən sellofan bükülünü təqdim edərək, həmin bükülüdə narkotik vasitə olmasını bildirmişdir. Bu vaxt təhqiqatçı X15 Rəsulova sual verərək bükülüdə nə olduğunu soruşmuş, İlkin də bükülüdə narkotik vasitə olduğunu, narkotik vasitələrdən istifadə etdiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükülü zərfə qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün götürülmüş, daha sonra şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 Kiçibeyoviçin ifadəsindən müəyyən edilir ki, 07 yanvar 2022-ci il tarixdə Bakı şəhər sakinləri İlkin və İlham adlı şəxslərin qanunsuz olaraq narkotik vasitələrdən istifadə etmələri və üzərlərində narkotik vasitə daşımaları barədə bölməyə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında tədbirə Yalama st. XPB-nin CAQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Yalama st. PPXM-nın polis nəfəri, polis serjantı Şahid3 da cəlb olunmuşlar. Daxil olmuş əməliyyat məlumatı əsasında Xudat dəmir yolu stansiyasının ərazisinə gedib orada bir qədər durduqdan sonra saat 18:40 radələrində iki nəfər şəxsin stansiya ərazisinə gəldiyini və orada olan gözləmə zalında söhbət edərək özlərini şübhəli apardıqlarını görmüşlər. Bu vaxt o, polis mayoru Şahid1 və polis serjantı Şahid3 həmin şəxslərə yaxınlaşmış, özlərini təqdim etmiş, barələrində əməliyyat məlumatı olan şəxslərə narkotik vasitələr istifadə etmələri və üzərlərində narkotik vasitə saxlamaları barədə əməliyyat məlumatı daxil olması barədə bildirmişlər. Bu vaxt onlar həmin şəxsləri Xaçmaz st. XPŞ-nin Yalama st. XPB-nin inzibati binasına dəvət etmişlər. Həmin şəxslər etiraz etmədən onlarla birlikdə Yalama st. XPB-yə gəlmişlər. Bölmədə həmin şəxslərdən birinin X8, digərinin isə Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Sonra bölməyə dəvət edilmiş X8 təhqiqatçı Əli Hüseynovun xidməti otağına dəvət edilmiş, ona vəkil təyin edilmiş, sonra vəkilinin iştirakı ilə onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, həmin vaxt onun üzərindən narkotik vasitə aşkar edilərək ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Əli Hüseynovun xidməti otağına dəvət edilmiş, ona vəkillər siyahısı təqdim edilmiş, siyahıdan vəkil seçməsi ona təklif edilmiş, İlkin siyahıda olan vəkillərdən biri ilə təmin edilməsini xahiş etmişdir. Bundan sonra təhqiqatçı siyahıda olan vəkillərdən bölməyə X5 dəvət etmişdir. Təqsirləndirilən şəxs vəkili ilə tanış olduqdan sonra o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişin aparılması üçün otağa polis baş serjantı Şahid3 dəvət edilmiş, videoçəkiliş aparılaraq şəxsi axtarış keçirməyə başlamışdır. Şəxsi axtarış zamanı X15 Rəsulova müraciət edərək üzərində olan qanunsuz predmetləri çıxararaq qarşısında olan masanın üzərinə qoymasını təklif etmiş, İlkində əynində olan cins şalvarın sol cibindən sellofan bükülünü təqdim edərək, həmin bükülüdə narkotik vasitə olmasını bildirmişdir. Bu vaxt təhqiqatçı X15 Rəsulova sual verərək bükülüdə nə olduğunu soruşmuş, İlkin də bükülüdə narkotik vasitə olduğunu, narkotik vasitələrdən istifadə etdiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükülü zərfə qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün götürülmüş, daha sonra şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsindən müəyyən edilir ki, 07 mart 2022-ci il tarixdə Bakı şəhər sakini X6 və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etmələri, üzərlərində saxlamaları və daşımaları ilə bağlı daxil olmuş məlumatla əlaqədar o da əməliyyat tədbirində iştirak etmiş və həmin şəxslər Yalama st. XPB-yə dəvət edilmişlər. Bölmədə ilk öncə Axundov İlham təhqiqatçı Əli Hüseynov tərəfindən vəkil ilə təmin edilərək onun üzərinə videoçəkiliş vasitəsi ilə vəkilinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi-axtarış zamanı İlham Axundovun üzərində bir bükülüdə narkotik vasitə aşkar edilərək götürülmüş və qablaşdırılaraq ekspertizaya təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə ona təyin edilmiş vəkilinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmış, həmin şəxsi axtarış zamanı videoçəkilişin aparılması üçün o, otağa dəvət edilmiş, sonra videoçəkiliş aparmağa başlamışdır. Şəxsi axtarış zamanı təhqiqatçı X15 Rəsulova üzərində qanunazidd nə varsa masanın üzərinə qoymasını təklif etmiş, İlkin də cins şalvarının sol yan cibindən bir ədəd bükülünü təqdim edərək içərisində narkotik vasitə olduğunu demişdir. Bundan sonra təhqiqatçı Əli Hüseynov həmin bükülünü götürərək ekspertizaya təqdim edilməsi üçün qablaşdırmışdır. Bundan sonra şəxsi axtarışla bağlı təhqiqatçı tərəfindən tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ifadəsindən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində yaşayan tanışı İlham onun mobil telefon nömrəsinə zəng etmiş, xx.xx.2022-ci il tarixdə Xaçmaz şəhərinə istirahətə gəlmək istədiyini və onu qarşılamağını ondan xahiş etmiş, o da buna etiraz etmədən ona qarşılayacağına söz vermiş, xx.xx.2022-ci il tarixdə günün ikinci yarısında İlham ona zəng edərək Bakı şəhərindən taksi ilə Xaçmaz istiqamətində gəldiyini və onu qarşılamağını xahiş etmişdir. İlham taksi ilə Xaçmaz rayonuna çatdıqda o, İlhamın qarşısına çıxmış, İlhamın yanında bir nəfər tanışı ilə gəlmişdir. Xaçmaz rayonu, Xudat şəhəri ərazisində olarkən İlham və yanında gələn İlkin adlı şəxs Xudat dəmir yolu stansiyası ərazisində işlərinin olmasını deyərək ondan kənarlaşmış, dəmir yolu stansiyası ərazisinə getmişlər. O isə Xudat şəhəri ərazisində, dəmir yolu stansiyasının yanında İlhamla İlkini gözləmiş, bir qədər sonra ona polis əməkdaşları yaxınlaşmış, ondan İlham və İlkini tanıyıb-tanımadığını soruşmuşlar. O da tanıdığını demiş, buna görə də o, Yalama st. XPB-yə dəvət edilmişdir. İş materiallarında olan 07 yanvar 2022-ci il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş CD diskə məhkəmə iclasında kompüter vasitəsilə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz st. XPŞ-nin Yalama st. XPB-nin baş təhqiqatçısı X9, Yalama st. XPB-nin CAQ-nun baş əməliyyat müvəkkili Şahid1, həmin bölmənin PPXMnin polis nəfərləri Şahid2 Kiçibeyoviç, Şahid3 və Xaçmaz rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Yalama st. XPB-nin inzibati binasında, təhqiqatçının xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı X15 Rəsulova üzərində qanunla qadağan olunan nə varsa çıxardıb təqdim etməsini təklif etmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol cibindən içərisində şabalıdı rəngli, spesefik iyə malik maddə olan bir ədəd sellofan bükülünü təqdim etmiş, bükülünün içərisində “kokos” adlı, yəni heroin narkotik vasitəsi olduğunu, həmin narkotik vasitəni tanımadığı şəxsdən aldığıını bildirmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmiş, tərtib edilmiş şəxsi axtarış protokolu iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 yanvar 2022-ci il tarixli, 6/102 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş.....” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,553 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Ekspertiza tədqiqatına həmin heroindən 0,05 qram sərf edildikdən sonra qalıq çəkisi 0,503 qram təşkil etmişdir. İş materiallarında olan “Maddi sübut kimi tanınma haqqında” qərardan və 26 iyul 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,553 qram çəkidə narkotik vasitə - heroin maddi sübut kimi tanınmış və həmin narkotik vasitənin 0,05 qramı ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 0,503 qram heroin Xaçmaz st. X13 maddi sübutların saxlanılması otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 06 aprel 2022-ci il tarixli, 1644 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan sübutların qiymətləndirilməsinə dair 26 iyul 2022-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, CD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroinin təmiz çəkisi 0,553 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs bundan da əvvəl bir neçə dəfə, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs izahat və ifadəsini müdafiəçinin iştirakı ilə dindirilərək vermiş, cinayət işinin materialları ilə tanış edilmiş, ittiham aktının surəti ona və müdafiəçisinə təqdim edilmiş, həmçinin ona elan edilmiş ittihamla və cinayət işi ilə bağlı hər hansı etirazı daxil olmamışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, şəxsi istifadə məqsədilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, 07 yanvar 2022- ci il tarixdə Yalama st. X12 əməkdaşlarının Xaçmaz rayonu, Xudat şəhərində yerləşən "xxxx" QSC-nin Xudat dəmir yolu stansiyasının ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq dəvət olunduğu Xaçmaz rayonunun Yalama kəndində yerləşən Yalama st. xətt polis bölməsində saat 20:45-21:05 müddətində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol cibində olan sellofan bükümün içərisindən 0,553 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin 05 noyabr 2022-ci il tarixli məktubundan müəyyən edilir ki, həbs edilmiş şəxs, 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı istintaq təcridxanasından “Hər iki ağciyərin aşağı payının pnevmaniyası” diaqnozu ilə təcili qaydada ağır vəziyyətdə Müalicə müəssisəsinə köçürülmüşdür. O, kliniki, laborator, instrumental müayinələrdən keçirildikdən sonra həkimlər tərəfindən konsultasiya edilmiş, “Hər iki ağciyərin pnevmaniyası. Xroniki pielonefritin kəskinləşməsi. Kəskin böyrək çatışmazlığı. Qaraciyərin qarışıq mənşəli sirrozu” diaqnozu müəyyən edilərək Terapiya şöbəsində stasionar müalicəyə qəbul olunmuşdur. Aparılan müalicə tədbirlərinə baxmayaraq xəstənin ümumi vəziyyətində mənfi dinamika izlənilmiş, əvvəlki günlərlə müqayisədə bir qədər də ağırlaşmış, rentgenoloji müayinə nəticəsində hər iki ağciyərdə atipik pnevmoniya əlamətləri izlənilmişdir. Müalicəsinə əlavə təyinatların verilməsinə baxmayaraq mənfi dinamika davam etmiş, növbəti rentgenoloji müayinədə sol tərəfli pnevmatoraks izlənilmişdir. İntensiv terapiya şöbəsində aparılan tibbi tədbirlərə baxmayaraq xəstənin səhhəti daha da pisləşmiş, xx.xx.2022-ci il tarixdə, saat 09:15 radələrində vəfat etmişir. Ölüm səbəbini dəqiqləşdirmək üçün Təqsirləndirilən şəxs meyiti Bakı şəhəri Məhkəmə Tibbi Ekspertizası və X3 Nizami Rayon şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Ölüm haqqında Şəhadətnamə”nin surətindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs “Fibroz olduğu göstərilməklə digər interstisial ağciyər xəstəliklər” səbəbindən 28 oktyabr 2022-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə görə, şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) bu, cinayət təqibini istisna edən hallardandır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqi varisi X7 qardaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında müdafiəçi Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi ilə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi iş materialları ilə və məhkəmə istintaqı zamanı sübuta yetirilmiş, lakin Təqsirləndirilən şəxs öldüyündən onun barəsində olan cinayət təqibinə, təqsirləndirilən şəxsin hüquqi varisinin xahişi, həmçinin müdafiəçinin razılığı nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-1-ci maddəsinə əsasən, məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Beləliklə, məhkəmə iş üzrə təqsirləndirilən şəxs öldüyündən, onun hüquqi varisinin təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair xahişini, həmçinin müdafiəçinin də hüquqi varisin həmin xahişi ilə razılığını və dövlət ittihamçısının hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci (43.3-1) maddəsini rəhbər tutaraq hesab edir ki, ölmüş Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,503 qram təşkil edən narkotik vasitə - heroin maddi sübut kimi Xaçmaz st. XPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz st. XPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,503 qram təşkil edən narkotik vasitə - heroin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin köçürüldüyü 01 ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.2-ci maddəsinə əsasən, bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.6-cı maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək məhkum öldükdə, onun vərəsələri məhkəmə məsrəfləri ilə əlaqədar öhdəliklərə cavabdehlik daşımırlar. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 40, 43, 344-347, 356, 358, 381, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci (43.3-1) maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin. İş üzrə maddi sübut – Xaçmaz st. XPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,503 qram təşkil edən narkotik vasitə - heroin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin köçürüldüyü 01 ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci dövlət büdcəsinin vəsaiti hesabına (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE**********0002088501, X1, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli) hesabına ödənilsin. Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Qərardan elan edildiyi andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-20/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-20/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver