Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-20/2024 23.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 Şərivoviçin və onun müdafiəçisi Müdafiəçi1 Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 Təqsirləndirilən şəxs3 Adil oğlunun və onun müdafiəçisi Müdafiəçi3 iştirakı ilə xx xxxxxx 1980-ci ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Xaçmaz rayonu, Xudat şəhəri, 6-cı şöbədə qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.2, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxxxxxx 1993-cü ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu, Xudat şəhəri, 6-cı şöbədə qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxx 2005-ci ildə Xaçmaz rayonu, İstisu qəsəbəsində anadan olmuş, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu İstisu qəsəbəsində qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu, Xudat şəhəri, 6-cı şöbədə yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 oğurluq, yəni özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 01 radələrində Xaçmaz rayonu, Vələmir kəndi ərazisində, Xudat-Nabran yolunun Nabran kəndi istiqaməti üzrə solunda olan Xaçmaz rayonu Vələmir kənd yolundan 1,6 km məsafədə yerləşən Zərərçəkmiş şəxs2 məxsus evin həyətyanı sahəsinə hasardan aşmaqla daxil olaraq dəmir alətlə evin pəncərəsini çıxarıb evə yəni yaşayış sahəsinə qanunsuz daxil olduqdan sonra evin evin giriş qapısından daxil olduqda yerləşən dəhlizdən 1 ədəd 2x3 ölçülü yun materialdan yerli toxunma 220*~manat dəyərində ev xalçasını, 1 ədəd “İtimat” markalı İ- 08TTGG model, gücü 1456 vt, həcmi 40 olan 90 manat dəyərində elektrik “sobasını, 1 ədəd 5 kiloqramlıq ağlar üçün 21 manat dəyərində “Arid” markalı avtömat yuyucu tozu, 1 ədəd 5 kiloqramlıq rənglilər üçün 21 manat dəyərində “Arid” markalı avtomat yuyucu tozu, 1 ədəd “Sony” markalı cfd-s35cp modelli 35 manat dəyərində radiomaqnitafonu, 1 ədəd İran istehsallı, “Apollon” markalı 4 litrlik 50 manat dəyərində elektrik samovarını, dəhlizdən sağda yerləşən otaqdan 1 ədəd mis materialdan hazırlanmış 10 litrlik, 3 ayaqlı 300 manat dəyərində odun samovarını, 1 ədəd 5x1,5 metr ölçüdə 20 manat dəyərində süfrəni, 1 ədəd 3 manat dəyəTində klonka süfrəni, 1 ədəd markasız, XXL ölçülü 40 manat dəyərində ov paltarını, dəhlizdən soldakı otaqdan 1 ədəd 10 manat dəyərində qaz siqnalizasiya aparatını, 1 ədəd naqili ilə birlikdə 5,30 manat dəyərində mikrofonu, 1 ədəd 4,30 manat dəyərində elektrik işıq aparatını, 11 ədəa “Pulrno” markalı 1 ədədi 3,40 manat olmaqla ümumilikdə 37,40 manat dəyərində olan cərəyan yuvasını, içərisindəki misləri çıxarmaqla 1 ədəd 10 kv-lıq, 50 kq misdən hazırlanmış 650 manat dəyərində transformatoru evin həyətyanı sahəsindən 5 ədəd “Marqius” markalı, MKP 62 modelli, power 0,37kW, 0,5 HP göstəricili 1 ədədi 60 manat olmaqla ümumilikdə 300 manat dəyərində su moforİarını, kəsməklə 70 metr uzunluğunda, 2,5-lik 1 metri 0,50 manat olmaqla ümumilikdə 35 manat dəyərində mis naqili, kəsməklə 20 metr uzunluğunda, 6-lıq 1 metri 0,40 manat olmaqla ümumilikdə 8 manqt dəyərində aliminium naqili, 1 ədəd “Siemens” markalı, 50-lik 350 manat dəyərində su motorunu, həyətyanı sahədəki yardımçı tikilidən 100 metr uzunluğunda, 6-lıq elektrik Türkiyə istehsalı, 1 metri 0,90 manat olmaqla ümumilikdə 90 manat dəyərində~mis naqili, 100 metr uzunluğunda 2,5-lik ejektrik Türkiyə istehsalı, 1 metri 0,50 manat olmaqla ümumilikdə 50 manat dəyərində mis naqili, 1 ədəd misdən hazırlanmış, 400 qram çəkidə 25 manat dəyərində kəfkiri, 1 ədəd latundan hazırlanmış 400 qram çəkidə 25 manat dəyərində çömçəni, 1 ədəd “Evrolux” markalı SVC 8500 VA modeli, imput 110-220 V göstəricili 350 manat dəyərində transformatoru və 2 ədəd hər biri 0,2 manat olmaqla ümumilikdə 0,4 manat dəyərində kisəni götürüb aparmaqla yaşayış sahəsinə qanunsuz daxil olmaqla ümumilikdə 2740,40 fmjnat (iki min yeddi yüz qırx manat qırx qəpik) məbləğində oğurluq etmiş yəni, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, sərxoş halda tanışı sərxoş halda olan Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgə əmlakını gizli yolla talamaq məqsədi ilə 27 aprel 2023-cti il tarixdə saat 17 radələrində Xaçmaz rayonu, Nabran kəndi ərazisində «Xəzər» dənizinin şimal qərb istiqamətində dənizdən 250 metr aralı məsafədə yerləşən vaxtı ilə «Qafqaz» otel adı ilə istifadə edilmiş və hazırda isə fəaliyyət göstərməyən Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 Ağluna məxsus obyektin dəmir barmaqlıqlı qapısını açaraq qanunsuz içəri daxil olmaqla Həyətyanı sahəsindən həyətyanı sahədə yerləşən iki mərtəbəli evdən və həmin həyətyanı sahədəki yaşayış sahəsi hesab edilən digər istirahət otaqlarından 2023-çü ildə alınmış 400 manat dəyərində 1 ədəd «Uralzid UÇPB-620-500» markalı odun doğrayan mişarı, 2020-ci ildə alınmış 1 ədədinin dəyəri 130 manat olmaqla ümumi dəyəri 260 manat təşkil edən 2 ədəd «Aqdel» markalı su ırasoslarını, 1 metrinin dəyəri 80 qəpik olmaqla ümumi dəyəri 160 manat təşkil edən 08 mm-lik 200 metr uzunluğunda aliminum naqilləri, 1 metrinin dəyəri 1 manat 20 qəpik olmaqla ümumi dəyəri 720 manat təşkil edən 0.10 mm-lik 600"mefr "uzunluğunda mis naqilləri, 150 manat dəyərində 1 ədəd 80 metr uzunluğunda mis naqilli uzadıcını qanunsuz götürüb aparmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar yaşayış'sahəsinə qanunsuz daxil olaraq ümumilikdə 1.690 manat məbləğində oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar yaşayış sahəsinə qanunsuz dax^l olaraq özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 sərxoş halda təkrar xx.xx.2005-ci il təvəllüdlü yetkinlik yaşma çatmayan oğlu Təqsirləndirilən şəxs2 tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi hədə-qorxu, vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etməklə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 28 aprel 2023-cü il tarixdə, saat 17 radələrində Xaçmaz rayonu, Nabran kəndi ərazisində «Xəzər» dənizinin şimal qərb istiqamətində dənizdən 250 metr aralı məsafədə yerləşən vaxtı ilə «Qafqaz» otel -adı.üa istifadə edilmiş və hazırda isə fəaliyyət göstərməyən Bakı şəhər sakini X3 məxsus obyektin dəmir barmaqlıqlı qapısını açaraq qanunsuz içəri daxil olmaqla həyətyanı sahəsindən həyətyanı sahədə yerləşən iki mərtəbəli evdən və həmin həyətyanı sahədəki yaşayış sahəsi hesab edilən aigər istirahət otaqlarından 2014-cü ildə alınmış 1 ədədinin dəyəri 500 manat olmaqla ümumi dəyəri 5000 manat təşkil edən 10 ədəd «Hisense LEDD32K300» markalı televizorları, 2012-ci ildə alınmış 560 manat dəyərində 1 ədəd «Aksa AB40M» markalı elektrik generatorunu, 2015-ci ildə alınmış 380 manat dəyərində 1 ədəd «Hundai HMOB- 62/4,8» markalı ot «biçən aparatı, 2014-cü ildə alınmış 80 manat dəyərində 1 ədəd «HP» markalı müşahidə kamerasının" monitorunu, skuterə aid 3000 manat dəyərində 1 ədəd mühərriki, skuterə aid 400 manat dəyərində 1 ədəd starteri, 250 manat dəyərində 1 ədəd dinämonu, 2013-cü ildə alınmış 1 ədədinin dəyəri 120 manat olmaqla ümumi dəyəri 480 manat təşkil edən 4 ədəd UPS akkumlyatorları, 1500 manat dəyərində 1 ədəd fil sümüyündən hazırlanmış at yəhərini, 1200 manat dəyərində 1 ədəd kassäaparatını, 2012-ci ildə alınmış 1 ədəd 200 manat dəyərində cəmi 600 manat təşkil edən 3 ədəd «Beko» markalı kondısonerlərin otağın içində quraşdırılmış hava vuran ventelayatrolarını qanunsuz götürüb aparmaqla təkrar, qabaqdacan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olaraq ümumilikdə xeyli miqdar təşkil edən 13.450 manat məbləğində oğurluq etmiş, yəni təkrar, qabaqdacan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olaraq, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamış, habelə yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.2, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs3 sərxoş halda tanışı sərxoş halda olan Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgə əmlakını gizli yolla talamaq məqsədi ilə 27 aprel 2023-cü il tarixdə saat 17 radələrində Xaçmaz rayonu, Nabran kəndi ərazisində «Xəzər» dənizinin şimal qərb istiqamətində dənizdən 250 metr aralı məsafədə yerləşən vaxtı ilə «Qafqaz» otel adı ilə istifadə edilmiş və hazırda isə fəaliyyət göstərməyən Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 məxsus obyektin dəmir barmaqlıqlı qapısını açaraq qanunsuz içəri daxil olmaqla həyətyanı sahəsindən həyətyanı sahədə yerləşən iki mərtəbəli evdən və həmin həyətyanı sahədəki yaşayış sahəsi hesab edilən digər istirahət otaqlarından 2023-cü ildə alınmış 400 manat dəyərində 1 ədəd «Uralzid UÇPB-620-500» markalı odun doğrayan mişarı, 2020-ci ildə alınmış 1 ədədinin dəyəri 130 manat olmaqla ümumi dəyəri 260 manat təşkil edən 2 ədəd «Aqdel» markalı su nasoslarını, 1 metrinin dəyəri 80 qəpik olmaqla ümumi dəyəri 160 manat təşkil edən 08 mm-lik 200 metr uzunluğunda aliminum naqilləri, 1 metrinin dəyəri 1 manat 20 qəpik olmaqla ümumi dəyəri 720 manat təşkil edən 0.10 mm-lik 600 metr uzunluğunda mis naqilləri, 150 manat dəyərində 1 ədəd 80 metr uzunluğunda mis naqilli uzadıcını qanunsuz götürüb aparmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olaraq ümumilikdə 1.690 manat məbləğində oğurluq etmiş, yəni qabaqcadan əfbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bu hərəkətləri ilə X4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətmişdir. Təqsirləndirilən şəxs2 sərxoş halda olan atası Təqsirləndirilən şəxs1lə əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 28 aprel 2023-cü il tarixdə, saat 17 radələrində Xaçmaz rayonu, Nabran kəndi ərazisində «Xəzər» dənizinin şimal qərb istiqamətində dənizdən 250 metr aralı məsafədə yerləşən vaxtı ilə «Qafqaz» otel adı ilə istifadə edilmiş və hazırda isə fəaliyyət göstərməyən Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 məxsus obyektin dəmir barmaqlıqlı qapısını açaraq qanunsuz içəri daxil olmaqla həyətyanı sahəsindən həyətyanı sahədə yerləşən iki mərtəbəli evdən və həmin həyətyanı sahədəki yaşayış sahəsi hesab edilən digər istirahət otaqlarından 2014cü ildə alınmış 1 ədədinin dəyəri 500 manat olmaqla ümumi dəyəri 5000 manat təşkil edən 10 ədəd «Hisense LEDD32K300» markalı televizorları, 2012-ci ildə alınmış 560 manat dəyərində 1 ədəd «Aksa AB40M» markalı elektrik generatorunu, 2015-ci ildə alınmış 380 manat dəyərində 1 ədəd «Hundai HMOB-62/4,8» markalı ot biçən aparatı, 2014-cü ildə alınmış 80 manat dəyərində 1 ədəd «HP» markalı müşahidə kamerasının monitorunu, skuterə aid 3000 manat dəyərində 1 ədəd mühərriki, skuterə aid 400 manat dəyərində 1 ədəd starteri, 250 manat dəyərində 1 ədəd dinamonu, 2013-cü ildə alınmış 1 ədədinin dəyəri 120 manat olmaqla ümumi dəyəri 480 manat təşkil edən 4 ədəd UPS akkumlyatorları, 1500 manat dəyərində 1 ədəd fil sümüyündən hazırlanmış at yəhərini, 1200 manat dəyərində 1 ədəd kassa aparatını, 2012-ci ildə alınmış 1 ədəd 200 manat dəyərində cəmi 600 manat təşkil edən 3 ədəd «Beko» markalı kondisonerlərin otağın içində quraşdırılmış hava vuran ventelayatrolarını qanunsuz götürüb aparmaqla təkrar, qabaqdacan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olaraq ümumilikdə xeyli miqdar təşkil edən 13.450 manat məbləğində oğurluq etmiş, yəni qabaqdacan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olaraq, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakım gizli olaraq talamışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.2, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək, ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir, arasıra iş olduqda fəhlə kimi işləyir. Xaçmaz rayonu Vələmir kəndində yaşayan qohumunun evindən bir qədər aralıda Bakı şəhər sakininə məxsus bağ evi yerləşir. O həmin evin boş olmasını bilirmiş. 01 dekabr 2021-ci il tarixdə axşam radələrində evdə nahar edərkən təxminən 250 qram “Xan” spirti içmişdir. Sərxoş olduğundan, həmçinin son vaxtlar işsiz olduğundan maddi sıxıntıları yarandığı üçün qeyd etdiyi, boş olduğunu bildiyi evdən oğurluq etmək qərarına gəlmişdir. O həmin gün təxminən 01 radələrində piyada Vələmir kəndinə gəlmişdir. Həmin evin hasarına yaxınlaşmış və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra hasardan tullanaraq evin həyətinə daxil olmuşdur. Daha sonra evin giriş qapısını açmağa cəhd etmiş, lakin aça bilmədiyi üçün evin pəncərəsindən daxil olmaq qərarına gəlmişdir. Evin həyətindən dəmir alət (mantirofka) tapmış və evin pəcərəsinin dəmir barmaqlıqlarım mantirofka ilə aralamışdır, pəncərəsinin şüşəsini çıxarıb kənara qoymuş və evə daxil olmuşdur. Evə daxil olaraq otaqlara baxmışdır. O evdən, 1 ədəd naqili ilə birlikdə mikrofonu, yuyucu toz paketlərini, 01 ədəd radionu, 01 ədəd ov üçün nəzərdə tutulan geyim formasını, sayım xatırlamadığı cərəyan yuvalarını (razetkaları), 2 ədəd süfrəni, 1 ədəd siqnalizasiya aparatım, 1 ədəd elektrik işıq apara^nı evin qarşısına çıxardaraq həyətyanı sahədən tapdığı 1 ədəd kisənin içərisinə yığmışdır. Həmçinin o evin içərisində transformator olmasını gördüyündən onun içərisindəki misləri çıxarmaq üçün sökməyə başlamışdır. O orada olan alətlərdən istifadə edərək transformatorun içərisindən misləri çıxararaq onları da torbanın içərisinə yığmışdır. O bilirmiş ki, evin sahibi Bakı şəhərində yaşayır və yay aylarında evinə gəlir. Bu səbəbdən tələsməyərək öz hərəkətlərini edirmiş. Bundan sonra evin həyətyanı sahəsindən və həyətyanı sahəsində yerləşən yardımçı tikilidən ümumilikdə 6 ədəd su matorunu, 1 ədəd transformatoru, 01 ədəd latundan olan kəpkiri, 1 ədəd çömçəni, 2 top halında olan naqilləri götürmüşdür. Bundan başqa həyətyanı sahədə asılmış naqilləri çıxararaq topa halına salıb onları da götürmüşdür. O su matorlarının və transformatorun ağır olmasını görüb onları evin hasarından boş torpaq sahəsinə atmağı daha sonra oraya gələrək oradan götürməyi qərara alaraq bu cür də etmişdir. Digər əşyaları isə ümumilikdə həyətyanı sahədən tapdığı 2 ədəd kisələrə qoymuş və kisələri isə hasarın digər tərəfmə, yəni çöl hissəsinə tullamışdır. O 02 ədəd kisəni götürüb Vələmir pir yolu adlanan yerə gətirmişdir. Kisələri yolun kənarında olan kolluqda gizlətmişdir ki, növbəti gün gəlib götürsün. Bundan sonra öz yaşadığı Xudat şəhəri 6-cı şöbəyə evə getmişir. Növbəti gün o həmin əraziyə gələrək kisələri götürmüşdür, bir qədər sonra isə motor və transfarmatoru da aparmışdır. O naqilləri əridərək mis halına salmışdır. Radio işləmədiyindən onu xatırlamadığı yerə atmışdır. Həmçinin ov üçün nəzərdə tutulan geyim forması da köhnə və cırıq olduğundan onu da zibilliyə atmışdır. Lakin həmin zibillik artıq təmizlənmişdir. Naqilləri və matorları isə tez əlindən çıxarmaq üçün ucuz qiymətə ümumilikdə 250 manata tanımadığı səyyar dəmir alışı ilə məşğul olan şəxslərə satmışdır. Digər əşyaları o polis əməkdaşları tərəfindən bölməyə dəvət olunduğu zaman təqdim etmişdir. Bundan başqa ifadəsində göstərmişdir ki, son zamanlar yəni 2023-cü ilin aprel ayının sonlarında maddi vəziyyəti ağır olduğundan yenidən oğurluqlar etmək qərarına gəlmişdir. 27 aprel 2023-cü il tarixdə saat 17 radələrində dostlıq etdiyi Kamranla birlikdə hər hansı bir evdən oğurluq etmək məqsədilə tanımadıqları taksi avtomobili ilə Xaçmaz rayonu Nabran kəndi ərazisinə getmişlər. Kənd ərazisini gəzdikdən sonra ön hissəsinin hasarı dəmir barmaqlıqlı və arxa hissəsi isə daş hasarla əhatə edilmiş yaşayış olmayan sahibinin adı sonradan ona məlum olmuş Siyasət adlı şəxsə məxsus işləməyən obyektin olmasını görüb və həmin obyektə oğurluq etmək üçün girmək qərarına gəlmişlər. Bundan sonra obyektin içindəki iki mərtəbəli evin qarşı hissəsindəki dəmir barmaqlıqlı qapısını açaraq həyətə daxil olub və sonra isə həyətdə olan iki mərtəbəli evin pəncərəsini açaraq oradan obyektin qonaq otağının içinə daxil olmuşlar. Həmin obyektdən oğurlayacaqları əşyaları aparamaq rahat olması məqsədilə həmin obyektin giriş qapısını açmışlar. Bundan sonra Kamranla birlikdə evdə və ərazisində olan çoxlu sayda istirahət otaqlarındakı bütün mis elektirik naqillərini yerlərindən söküb və oğurlayaraq evin həyətinə çıxmışlar. Obyektin həyətyanı sahəsində su çəninin yanında olan 1 ədəd «Aqdel» markalı su nasosunu və həyətdəki qapısı açıq olan otağın içindən isə 1 ədəd «Uralzid» markalı odun doğrayan mişarı götürmüşlər. Kamranla birlikdə evdən oğurladıqları bütün əşyaları özləri ilə götürərək həyətdən küçəyə çıxıb və yolun kənarında dayanaraq getmək üçün taksi avtomobili gözləməyə başlamışlar. Bu zaman yoldan keçən tanımadıqları taksi avtomobilini saxladıqdan sonra Xudat şəhərinə getmək istədiklərini taksini sürən şəxsə dedikdən sonra o. onları aparmağa razılaşmışdır. Oğurladıqları əşyaları həmin avtomobilin yük yerinə yüklədikdən sonra Xudat şəhər istiqamətinə getmişlər. Yaşadıqları 6-cı şöbədə yerləşən evinin yaxınlığında taksidən düşüb və oğurladıqları əşyaları həmin günü satmaq qərarına gəlmişlər. Kamranla birlikdə su nasosunu və mis naqilləri əzib yandırdıqdan sonra Xudat şəhəri ərazisinə gedərək orada tanımadıqları dəmir məmulatlarının alış-satışı ilə məşğul olan şəxsə 27 manat pula sataraq həmin pulları aralarında bölmüşlər. «Uralzid» markalı odun doğrayan mişarı isə sonradan müştəri tapıb və satmaq məqsədilə özündə saxlamışdır. 28 aprel 2023-cü il tarixdə saat 17 radələrində mən yenidən həmin Siyasət adlı şəxsə məxsus «Qafqaz» otelə oğurluq etmək üçün getmək niyyətində olduğuna görə bu dəfə oğurluq üçün xx.xx.2005-ci il təvəllüdlü oğlu Namiki özü ilə aparmaq qərarına gəlmişdir. Oğlu ilə birlikdə avtomobil yoluna çıxaraq tanımadıqları bir taksi avtomobili ilə Xaçmaz rayonu Nabran kəndi ərazisinə getmişlər. Oğlu Namiklə birlikdə obyektin qarşı hissəsindəki dəmir barmaqlıqlı qapısını açaraq həyətə daxil olub və sonra isə həyətdə olan iki mərtəbəli evin qapısından içəri daxil olmuşlar. Evin ikinci mərtəbəsindəki otaqda olan 4 ədəd «Hisense» markalı televizorları, 1 ədəd «Hundai» markalı ot biçən aparatı və evin həyətyanı sahəsində olan 1 ədəd «Aksa» markalı elektirik generatorunu və dəqiq yadında qamayan digər dəmir-dümür əşyaları götürərək həyətdən küçəyə çıxmışlar. Əşyaları aparmaq üçün öz mobil telefonu ilə tanışı taksi sürücüsü işləyən Mustafaya zəng edib və onu olduqları Nabran kəndi ərazisinə çağırmışdır. Bir neçə dəqiqə sonra Mustafa idarə etdiyi «Vaz21011» markalı avtomobil ilə onların yanına gəlmişdir. Bir nəfər tanışının satmaq üçün ona verdiyi işlənmiş əşyaları yaşadığı evə aparmaq istəməsini ona dedikdən sonra Mustafa ona inanaraq onları yaşadıqları evə aparmağa razılaşmışdır. Mustafa avtomobildə oturduğundan oğlu Namik ilə birlikdə evdən oğurladıqları əşyaları Mustafanın avtomobilinin yük yerinə yüklədikdən sonra yaşadıqları evə çıxıb getmişlər. Yaşadıqları evə çatdıqdan sonra nağd pulu olmadığını və yol haqqının yəni yol pulunun əvəzinə ot biçən aparatı Mustafaya vermək istəməsini ona dedikdən sonra o, təkliflə razılaşaraq həmin ot biçəni pul əvəzinə götürmüşdür. Bundan sonra oğlu ilə birlikdə Nabran kəndində yerləşən obyektdən oğurladıqları həmin əşyaları götürüb, yaşadıqları evin yaxınlığına gedərək həmin əşyaları orada kolluq bir ərazidə gizlətmişdir. Biz bir neçə gündən sonra oğurladıqları 1 ədəd televizoru oğlu Namik Xudat şəhəri M.F.Axundov küçəsində yerləşən mağazaya aparıb və orada işləyən Taleh adlı şəxsə satmışdır. Bundan başqa bir neçə gün sonra isə oğlu Namik ilə birlikdə digər 1 ədəd televizoru özü ilə götürüb və Xaçmaz rayonu Qusarçay kəndinə gedərək orada yaşayan tanışı Nəzakət adlı qadınla görüşərək pula ehtiyacı olmasını ona deyib və televizoru ona satmışdır. Obyektdən oğurladığı generatoru isə Xaçmaz rayonu Molla-oba kəndi ərazisinə gedərək orada tanışı Zakir adlı şəxslə görüşüb və generatorun özünə məxsus olmasını ona deyərək 50 manat pula həmin generatoru ona satmışdır. Bir neçə gün sonra isə obyektdən oğurladığı odun doğrayan mişarı özü ilə götürərək Xudat şəhəri 2-ci şöbə adlanan əraziyə gedib və orada tanışı Murad adlı şəxslə rastlaşaraq odun doğrayan mişarın özünə məxsus olmasını ona deyib və mişarı 50 manat pula ona satmışdır. Həmin obyektdən oğurladığı «Hisense» markalı televizorun 1 ədədini pula ehtiyacı olmasını taksi sürücüsü Mustafaya deyərək sonradan satmaq üçün ona verib və digər 1 ədəd televizoru isə özündə saxlamışdır. Həmin özündə olan 1 ədəd «Hisense» markalı televizoru sonradan istintaqa təqdim edib, hər iki oğurluq cinayətlərini edərkən sərxoş vəziyyətdə olmuş və etmiş olduğu oğurluq əməlindən peşman olmasını bildirmişdir. Zərərçəkmiş şəxs2 evindən ifadəsində qeyd etdiyi əşyaları tək oğurlamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək, ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Xaçmaz rayonu Müqtədir qəsəbəsində qeydiyyatda olmasına baxmayaraq Xudat şəhəri 6-cı şöbədə yerləşən evdə valideyinləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Evdə atası Rüstəm, anası Gülnarə və yaşca ondan kiçik olan bacısı Zina ilə birlikdə yaşayır. Böyük bacısı Svetlana isə ərə getmişdir. 28 aprel 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı evdə olduğu zaman atası Rüstəm Xaçmaz rayonu Nabran kəndi ərazində yerləşən işləməyən bir obyektdən oğurluq etməyi ona təklif etdiyinə görə onun məni cəzandırmasından qorxaraq sözündən çıxa bilmədəyi üçün onun bu təklifi ilə razılaşmışdır. Mən atası Rüstəmlə birlikdə avtomobil yoluna çıxaraq tanımadıqları bir taksi avtomobili ilə Xaçmaz rayonu Nabran kəndi ərazisinə adı sonradan ona məlum olmuş Siyasət adlı şəxsin obyektin yaxınlığına getmişlər. Həyətdə iki mərtəbəli evin və ərazidə isə digər çoxlu sayda otaqların olmasını görmüşdür. Atası ilə birlikdə evin qarşı hissəsindəki dəmir barmaqlıqdan hazırlanmış qapıdan həyətə dax.il olub və sonra isə həyətdə olan iki mərtəbəli evin qapısından içəri daxil olmuşlar. Evin otaqlarındakı 4 ədəd «Hisense» markalı televizorları, 1 ədəd «Hundai» markalı ot biçən aparatı və evin həyətyanı sahəsində olan 1 ədəd «Aksa» markalı elektirik generatorunu və digər dəqiq yadında qamayan xırda dəmir əşyaları götürərək həyətdən küçəyə çıxmışlar. Atası həmin əşyaları aparmaq üçün öz mobil telefonu ilə tanışı taksi sürücüsü işləyən Mustafaya zəng edərək onu həmin Naljran kəndi ərazisinə çağırdıqdan bir neçə dəqiqə sonra o, idarə etdiyi «Vaz21011» markalı avtomobil ilə onların yanına gəlmişdir. Atası bir nəfər tanışının satmaq üçün ona verdiyi işlənmiş əşyaları yaşadığı evə aparmaq istəməsini taksi sürücüsünə dedikdən sonra o, ona inanaraq onları yaşadıqları evə aparmağa razılaşmışdır. Avtomobilin sürücüsü Mustafa öz avtomobilində oturduğundan atası ilə birlikdə obyektdən oğurladıqları əşyaları Mustafanın avtomobilinin yük yerinə yükləyərək yaşadıqları evə çıxıb getmişlər. Yaşadıqları evə çatdıqdan sonra atası nağd pulu olmadığını və yol haqqının yəni yol pulunun əvəzinə ot biçən aparatı ona vermək istədiyimi Mustafaya dedikdə o. razılaşaraq həmin ot biçəni pul əvəzinə onlardan götürmüşdür. Bundan sonra atası ilə birlikdə Nabran kəndində yerləşən Siyasət adlı şəxsə məxsus obyektdən oğurladıqları əşyaları götürüb və yaşadıqları evin yaxınlığına gedərək həmin əşyaları orada kolluq bir ərazidə gizlətmişlər. Biz bir neçə gündən sonra oğurladıqları «Hisense» markalı televizorlardan 1 ədədini atasının tapşırığı ilə satmaq üçün Xudat şəhəri M.F.Axundov küçəsində yerləşən mağazaya aparıb və orada satıcı işləyən Taleh adlı şəxsə göstərmişdir. Taleh televizoru almaq istəmədiyinə görə onun yanında atası ilə telefonla danışdıqdan sonra atası televizorun özünə məxsus olmasını ona dediyi üçün Taleh ona inanaraq atasının ümumvətəndaş pasprotunun surətini çıxarıb və ona 70 manat pul verərək televizoru ondan almışdır. Bundan başqa bir neçə gün sonra atası ilə birlikdə digər 1 ədəd televizoru özləri ilə götürüb və Xaçmaz rayonu Qusarçay kəndinə getmişlər. Atası orada yaşayan tanışı Nəzakət adlı qadına pula ehtiyacı olduğuna görə özünə məxsus televizoru satdığını dediyinə görə o, televizoru almağa razılaşaraq atasına 50 manat pul verdikdən sonra çıxıb getmişlər. Qalan 1 ədəd televizoru isə atası taksi sürücüsü Mustafaya satmaq üçün vermiş və digər 1 ədəd televizoru isə atası özündə saxlamışdır. Həmin satdığı televizorun pulunu gətirib və atasına vermiş, lakin atası Rüstəm həmin pullardan ona verməmişdir. Obyektdə yerləşən evdən oğurladıqları digər əşyaları isə atası özü satdığından bunlardan onun heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək, ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Xaçmaz rayonu Xudat şəhəri 6-cı şöbədə yerləşən evdə ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Heç bir yerdə işləmədiyinə görə son vaxtlar maddi vəziyyətim ağır olduğundan oğurluq etmək qərarına gəlmişdir. 27 aprel 2023-cü il tarixdə saat 17 radələrində dostlıq etdiyi Rüstəmlə birlikdə hər hansı bir evdən oğurluq etmək məqsədilə tanımadıqları taksi avtomobili ilə Xaçmaz rayonu Nabran kəndi ərazisinə getmişlər. Nabran kənd ərazisini gəzdikdən sonra ön hissəsinin hasarı dəmir barmaqlıqlı, arxa hissəsi isə daş hasarlı olan yaşayış olmayan sahibinin adı sonradan ona məlum olmuş Siyasət adlı şəxsə məxsus işləməyən obyektin olmasını görüb və həmin obyektə oğurluq etmək üçün girmək qərarına gəlmişdir. Həmin obyektin mərəkəzində iki mərtəbəli ev və həyətində isə çoxlu sayda otaqlar olmuşdur. Bundan sonra obyektin qarşı hissəsindəki dəmir barmaqlıqlı qapısını açaraq həyətə daxil olub və sonra isə həyətdə olan iki mərtəbəli evin pəncərəsini açaraq oradan evin içinə yəni qonaq otağına keçmişlər. Obyektdən oğurlayacaqları əşyaları rahat aparmaq məqsədilə həmin evin giriş qapısını açmışlar. Bundan sonra Rüstəmlə birlikdə evdə olan bütün mis elektirik naqillərini yerlərindən söküb və oğurlayaraq evin həyətinə çıxmışlar. Evin həyətyanı sahəsində su çəninin yanında olan 1 ədəd «Aqdel» markalı su nasosunu və həyətdəki qapısı açıq olan otağın içindən isə 1 ədəd «Uralzid» markalı odun doğrayan mişarı götürmüşlər. Rüstəmlə birlikdə bütün oğurladıqları əşyaları özləri ilə götürərək həyətdən küçəyə çıxıb və yolun kənarında dayanaraq taksi avtomobili gözləməyə başlamışlar. Bu zaman yoldan keçən tanımadıqları taksi avtomobilini saxlayaraq Xudat şəhərinə getmək istədiklərini həmin şəxsə dedikdən sonra o. onları aparmağa razılaşmışdır. Oğurladıqları əşyaları həmin avtomobilin yük yerinə yüklədikdən sonra Xudat şəhər istiqamətinə getmişlər. Rayonun 6-cı şöbə adlanan ərazidə yerləşən yaşadıqları evin yaxınlığında taksidən düşüb və obyektdən oğurladıqları əşyaları həmin günü satmaq qərarına gəlmişlər. Rüstəmlə birlikdə su nasosunu və mis naqilləri əzib, yandırdıqdan sonra Xudat şəhəri ərazisinə gedərək əşyaları orada tanımadıqları dəmir məmulatlarının alış-satışı ilə məşğul olan şəxsə metal qiymətinə yəni 27 manat pula sataraq həmin pulları aralarında bölərək öz ehtiyacları üçün xərcləmişlər. Obyektdən oğurladıqları 1 ədəd «Uralzid» markalı odun doğrayan mişar isə sonradan həmin mişara müştəri tapıb satmaq məqsədilə Rüstəmin özündə saxlamışdır. Etmiş olduğu oğurluq cinayəti zamanı sərxoş vəziyyətdə olmuş və əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, o faktiki olaraq Bakı şəhəri ünvan 2 ünvanda yaşayır. Onun Xaçmaz rayonu Vələmir kəndində yerləşən bağ evi vardır. O həmin evə zamanı olduqca ailəsi ilə və tək gəlir. O sonuncu dəfə xx.xx.2021 -ci il tarixdə həmin evə baxaraq Bakı şəhərinə getmişdir. Belə ki, evə baxdığı zaman evdə heç bir oğurluq hadisəsi baş verməmişdir. Bundan təxminən 1 ay sonra yəni xx.xx.2021 -ci il tarixdə o həmin bağ evinə ailəsi ilə birlikdə gəldiyi zaman evin pəncərələrinin açıq halda olmasını barmaqlıqların isə kəsilərək qırıldığını görmüşdür. O həmin zaman yaşadığı evdən oğurluq edildiyini bildirmişdir. Bunda sonra o oğurluq barəsində 102 xidmətinə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları evə gələrək baxış keçirmişlər. Hadisə zamanı ona məxsus olan evin giriş qapısından daxil olduqda dəhlizdən 1 ədəd 2X3 ölçülü yun materialdan yerli toxunma ev xalçası, 1 ədəd iltimat markalı İ-08TTGG Model “İ-08TTGG”, Gücü 1456Wt”, həcmi 40 olan elektrik sobası, 1 ədəd 5 kq-lıq paketdə ağ paltarlar üçün avtomat Ariel markalı paraşok, 1 ədəd 5 kq-lıq paketdə rəngli paltarlar üçün avtomat Ariel markalı paraşok, 1 ədəd Sony markalı, cfd-s35cp modelli radiomaqintofon, 1 ədəd iran istehsallı, Apollon markalı 4 litrlik elektrik samovarı, dəhlizdən sağda olan otaqdan 1 ədəd, 10 litrlik, 3 ayaqlı, mis materialdan odun samovarı, 1 ədəd 5x1.5 metr ölçüdə süfrə, 1 ədəd ölçüsünü xatırlamadığım süfrə, 1 ədəd markasız, XXL ölçülü ov paltarı, evin dəhlizindən soldakı otaqdan 1 ədəd qaz siqnalizasıya aparatı, 1 ədəd naqili ilə birlikdə mikrofon, 1 ədəd elektrik işıq aparatı və 11 ədəd cərəyan yuvası (razetka), evin həyətyanı sahəsindən 5 ədəd Marquis markalı, MKP 62 modelli, göstəriciləri power 0,37 kW, 0,5 HP olan su motoru, kəsilməklə 70 metr uzunluqda, 2.5-lik mis naqil, kəsilməklə 20 metr uzunluğunda, 6-lıq aliminium naqil, Siemens markalı, 50-lik 1 ədəd su motoru, həyətyanı sahədəki yardımçı tikilidən, 1 top, yəni 100 metr uzunluğunda, 6-lıq elektrik türkiyə istehsalı mis naqil, 1 top, yəni 100 metr uzunluğunda, 2.5-lik elektrik türkiyə istehsalı mis naqil, 1 ədəd misdən hazırlanmış, 400 qram çəkidə kəpgir, 1 ədəd latundan hazırlanmış 400 qram çəkidə çömçə və 1 ədəd Evrolux markalı, SVC 8500 VA modeli, imput 110-220V göstəricili transformator oğurlanmışdır. Həmçinin evin giriş qapısından daxil olduqda dəhlizindən soldakı otaqda olan 1 ədəd, 10 kv-lıq 5b kq misdən hazırlanmış transformatorun içərisində olan mislər sökülməklə oğurlanmışdır. Bundan başqa onun evindən 2 ədəd hər biri 0.2 manat dəyərində olan kisə də oğurlanmışdır. O 12 may 2022-ci il tarixli 9/1677 nömrəli rəydə göstərilən ona məxsus oğurlanmış əşyaların ümumilikdə 2021 -ci ilin noyabr-dekabr aylarına olan dəyəri ilə razıdır. Hadisə zamanı ona məxsus olan evin pəpcərəsinin dəmir barmaqlıqları qırılması nəticəsində ona 50 manat maddi ziyan dəymişdir. Bundan başqa iş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək növbəti məhkəmə proseslərini onun iştirakı olmadan keçirilməsini və iş üzrə ona vurulmuş ziyanın ödənilməməsinə baxmayaraq, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını, cəza məsələsini isə məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, ünvan 4 ünvanında yerləşən evdə ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Xaçmaz rayonu Nabran kəndində Xəzər dənizi yaxınlığında 0,32 ha torpaq sahəsində özünə məxsus vaxtı ilə otel kimi istifadə olunmuş və hazırda fəaliyyət göstərməyən «Qafqaz-otel» adlı obyekti vardır. Obyektin içində iki mərtəbəli ev və ümumilikdə isə ərazdə 27 ədəd istirahət otaqları vardır. Özünün şəxsi işləri ilə əlaqədar Bakı şəhərində yaşadığı üçün hazırda'həmin obyekti yay evi kimi istifadə etdiyində obyektə nəzarəti Xudat şəhərində yaşayan Şahid1 tapşırmış və o, demək olar ki, hər gün həmin obyektə gəlib-gedərək nəzarət etmişdir. Özü isə əsasən yay aylırında həmin obyektə gəlib və bir müddət özünə məxsus həmin obyektdə istirahət etdikdən sonra yenə də Bakı şəhərinə qayıdıb getmişdir. 27 aprel 2023-cü il tarixdə səhər saat 11 radələrində Şahid1 ona məxsus obyektdə olarkən onunla telefon əlaqəsi saxladıqda o, obyektdə hər şeyin qaydasında olmasını ona bildirib və yaşadığı Xudat şəhərində yerləşən evinə çıxıb getməsini demişdir. 01 may 2023-cü il tarixdə günorta saat 12 radələrində Xəyal ona zəng edərək obyektdəki əşyaların oğurlanmasını ona dediyinə görə DİN-nin 102 xidmətinə zəng edib və özünə məxsus obyektdən oğurluq baş verməsi barədə məlumat vermişdir. Həmin vaxtı Bakı şəhərində olduğuna görə obyektdən nələrin oğurlanmasını dəqiq olaraq bilməmişdir. Bir gün sonra yəni 02 may 2023-cü il tarixdə Xaçmaz rayonu Nabran kəndində yerləşən obyektinə gəlib və Şahid1lə birlikdə hazırda fəaliyyət göstərməyən özünə məxsus otelə baxış keçirərkən ümumilikdə obyektimdən 2014-cü ildə alınmış 1 ədədinin dəyəri 500 manat cəmi 5000 manat təşkil edən 10 ədəd «Hisense LEDD32K300» markalı televizorların, 2023-cü ildə alınmış 400 manat dəyərində 1 ədəd «Uralzid UÇPB-620-500» markalı odun doğrayan mişarın, 2012-ci ildə alınmış 560 manat dəyərində 1 ədəd «Aksa AB40M» markalı elektirik generatorun, 2015-ci ildə alınmış 380 manat dəyərində 1 ədəd «Hundai HMOB-62/4,8» markalı ot biçən aparatın, 2020-ci ildə alınmış 1 ədədinin dəyəri 130 manat cəmi 260 manat təşkil edən 2 ədəd «Aqdel» markalı su nasoslarının, 2014-cü ildə alınmış 80 manat dəyərində 1 ədəd «HP» markalı müşahidə kamerasının monitorunun, sukuterə aid 3000 manat dəyərində 1 ədəd mühhərilcin, sukuterə aid 400 manat dəyərində 1 ədəd starterin, sukuterə aid 250 manat dəyərində 1 ədəd dinamonun, 2013-cü ildə alınmış 1 ədədinin dəyəri 120 manat cəmi 480 manat təşkil edən 4 ədəd UPS akkumlyatorların, 1500 manat dəyərində fil sümüyündən hazırlanmış 1 ədəd at yəhərinin, 1200 manat dəyərində 1 ədəd kassa aparatının, 2012-ci ildə alınmış 1 ədəd 200 manat dəyərində cəmi 600 manat təşkil edən 3 ədəd «Beko» markalı kondisonerlərin otağın içində quraşdırılmış hava vuran ventelayatrolarının, 1 metrinin dəyəri 80 qəpik cəmi 160 manat təşkil edən 08 mm-lik 200 metr uzunluğunda aliminum naqillərin, 1 metrinin dəyəri 1 manat 20 qəpik cəmi 720 manat təşkil edən 0.10 mm-lik 600 metr uzunluğunda mis naqillərin, 150 manat dəyərində 1 ədəd 80 metr uzunluğunda mis naqilli uzadıcının oğurlanması ona məlum olmuşdur. Özünə məxsus hazırda fəaliyyət göstərməyən «Qafqaz» oteldən baş vermiş oğurluq nəticəsində ona 15.140 manat məbləğində maddi ziyanın dəyəməsi məlum olduğundan Xaçmaz rayonu Yalama PB-nə gedərək obyektindən hadisəsinin baş verməsi barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə- əmtəəşünaslıq ekspertizasının 20 iyul 2023-cü il tarixli 9/4018 nömrəli rəyi ilə tanış olaraq həmin rəylə razı olmamışdır. Bundan başqa iş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında bildirmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş zərərin ödənilmədiyindən şikayətçidir, digər Təqsirləndirilən şəxs3 tərəfindən isə vurulmuş ziyan ödənildiyindən, Təqsirləndirilən şəxs3 heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs3 tərəfindən ona ümumi ziyanın yarısı, yəni 845 manat ödənilmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Xaçmaz rayonu Xudat şəhəri 2-ci şöbədə yerləşən evində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Özünə məxsus «Vaz21011» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin maşınla Xudat şəhəri və ətraf ərazilərdə taksi kimi işləyərək ailəsini dolandırır. Xudat şəhəri 6-cı şöbə adlanan ərazidə yaşayan Rüstəm adlı şəxsi rayon sakini dəmir-dümür yığan bir şəxs kimi çoxdan tanyır və onunla münasibəti normal olmuşdur. 28 aprel 2023-cü il tarixdə axşam saatlarında Rüstəm onun mobil telefonuna zəng edərək bir nəfər tanışının müxtəlif çeşiddə məişət əşyalarını ona verdiyini ona deyərək onları aparmaq üçün onu Xaçmaz rayonu Nabran kəndi ərazisinə çağırmışdır. Onunla razılaşdıqdan sonra idarə etdiyi avtomobil ilə həmin əraziyə gedərək onun oğlu ilə birlikdə yolun kənarında dayandığını görmüşdür. Rüstəm avtomobilin yük yerini özü açdıqdan sonra oğlu ilə birlikdə dəqiq görmədiyi əşyaları onun avtomobilinin yük yerinə qoyub və oğlu ilə birlikdə avtomobilə əyləşmişlər. Həmin əşyaları haradan və kimdən əldə etməsini ondan soruşduqda o, bir nəfər tanışının pula ehtiyacı olduğuna görə evində olan məişət əşyalarını təcili satmaq istədiyini və buna görə də həmin əşyaları satmaq üçün evinə aparmaq istədiyini ona demişdir. İdarə etdiyi avtomobil ilə 6-cı şöbə adlanan əraziyə gedərək onları yaşadıqları evin yaxınlığında düşürtdükdə Rüstəm pulunun olmadığını ona deyərək yol pulunun əvəzinə 1 ədəd «Hundai» markalı aparatı ona təklif etmişdir. Aralarında Rüstəmlə razılaşdıqdan sonra həmin ot biçən aparatı ondan alaraq yaşadığı evə çıxıb getmişdir. Bir neçə gün sonra Xudat şəhəri 1-ci şöbə adlanan ərazidə olarkən tanışı Şahid4 mal-qara otardığını görüb və Rüstəmdən aldığı ot biçən aparatı 50 manat pula satmaq istədiyini ona bildirmişdir. Şahid4 ot biçən aparatı almaq istədiyini ona dedikdən sonra həmin ot biçəni ona 50 manat pula sataraq pulları öz ehtiyacı üçün xərcləmişdir. Bir neçə gün sonra Rüstəmlə görüşdükdə o, pula ehtiyacı olduğunu ona deyərək satı «Hisense» markalı televizoru ona vermişdir. 20.05.23-cü il tarixli əşyaya baxış protokolundan görünür ki, Şahid2 təqsirləndirilən Təqsirləndirilən şəxs1 aldığı 1 ədəd «Hisense» markalı televizoru təqdim etdiyindən həmin televizor ondan götürülmüşdür. Məhkəmə istintaqı zamanı Şahid5 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Xaçmaz rayonu Xudat şəhəri 2-ci şöbə adlanan ərazidə ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. 2023-cü ilin may ayının əvvələrində yaşadığı evin yaxınlığında küçədə olduğu zaman əvvələr Xaçmaz rayon sakini kimi tanıdığım Rüstəm adlı şəxs onun yanına gələrək pula ehtiyacı olduğuna görə özünə məxsus 1 ədəd «Uralzid» markalı elektirik odun doğrayan mişarını 50 manat pula satdığını deyib və həmin mişarı ona göstərmişdir. Odun doğrayan mişara baxaraq mişarın işlək vəziyyətdə olmasını müəyyən edib və onu haradan əldə etməsini Rüstəmdən soruşmuşdur. Rüstəm həmin mişarın özünə məxsus olduğunu və maddi vəziyyəti ilə əlaqədar hazırda satmaq istədiyini ona bildirmişdir. Həmin mişarı ondan alaraq Rüstəmə 50 manat pul verdikdən sonra o, pulu ondan alaraq çıxıb getmişdir. Rüstəmdən aldığı odun doğrayan mişarın o, özünə məxsus olmasını ona dediyinə görə ona inanaraq həmin mişarı ondan almış və həmin odun doğrayan mişarın oğurluq olub-olmaması barədə onun heç bir məlumatı olmamışdır. 23.05.23- cü il tarixli əşyaya baxış protokolundan görünür ki, Şahid5 təqsirləndirilən Təqsirləndirilən şəxs1 aldığı 1 ədəd «Uralzid» markalı elektirik odun doğrayan mişarı təqdim etdiyindən həmin odun doğrayan mişar ondan götürülmüşdür. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Xaçmaz rayonu Xudat şəhəri Şollar kəndində ailəsi ilə birlikdə yaşayır və Xudat şəhəri M.Ə.Axundov küçəsndə yerləşən «Brend mobail» adı mağazanı işlədir. Həmin mağazada müxtəlif markalı mobil telefonların və məişət əşyaların alış-satışı ilə məşğul olmuşdur. 01 may 2023-cü il tarixdə günorta saatlarında mağazada olduğu zaman Xaçmaz rayon sakini kimi tanıdığım Rüstəmin oğlu Namiq adlı şəxs onun yanma gələrək pula ehtiyacı olduğuna görə evlərində olan 1 ədəd «Hisense» markalı televizoru 70 manat pula satmaq istədiyini ona bildirmişdir. Buna görə də həmin zaman özünə məxsus mobil telefonla Namiqin atası Rüstəmə zəng edərək televizorun onlara məxsus olub- olmamasını dəqiqləşdirərkən onun atası da həmin televizorun onlara məxsus olmasını təsdiq etmişdir. Namiq və atası Rüstəmə inandıqdan sonra həmin televizorun işlək vəziyyətdə olub- olmamasını yoxlayıb, 70 manat pul Namiqə verərək onun atasına məxsus ümumvətəndaş pasprotunun surətini çıxarıb və üzərində aldığı tarixi qeyd edərək özündə saxlamışdır. Namiq həmin zaman ondan aldığı 1 ədəd televizorun özünə məxsus olmasını ona dediyinə görə ona inanaraq həmin televizoru ondan almış və həmin televizorun oğurluq olub-olmaması barədə heç bir məlumatı olmamışdır. 23.05.23- cü il tarixli əşyaya baxış protokolundan görünür ki, Şahid3 təqsirləndirilən Təqsirləndirilən şəxs2 aldığı 1 ədəd «Hisense» markalı televizoru və təqsirləndirilən Təqsirləndirilən şəxs1 məxsus ümumvətəndaş pasportunun vərəqinin surətini təqdim etdiyindən həmin televizor və vərəq ondan götürülmüşdür. Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Xaçmaz rayonu Xudatqəhəri A.Ələsgər küçəsi ev 35-də qeydiyyatda olmasına baxmayaraq Xudat şəhəri 1-ci şöbə adlanan ərazidə ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. 2023-cü ilin may ayının əvvələrində özünə məxsus mal-qaram yaşadığı evin yaxınlığında küçədə otararkən əvvələr Xaçmaz rayon sakini kimi tanıdığı taksi sürücüsü işləyən Mustafa adlı şəxs ona yaxınlaşaraq maddi vəziyyəti ilə əlaqədar özünə məxsus 1 ədəd «Hundai» markalı ot biçən aparatı 50 manat pula satdığını ona deyərək həmin aparatı ona göstərmişdir. Həmin aparata baxdıqdan sonra və onu haradan əldə etməsini ondan soruşmuşdur. Mustafa həmin aparatı bir nəfər müştərinin pulun əvəzinə ona verdiyini deyərək hazırda maddi vəziyyəti ilə əlaqədar ot biçəni satmaq istədiyini bildirmişdir. Həmin ot biçən aparatı Mustafadan alaraq ona 50 manat pul verdidikdən sonra o, pulu ondan alaraq çıxıb getmişdir. Mustafa həmin zaman ondan aldığı ot biçən aparatın özünə məxsus olmasını ona dediyinə görə həmin ot biçən aparatı ondan almışdır. Şahid2 aldığı ot biçən aparatın oğurluq olub-olmaması barədə onun heç bir məlumatı olmamışdır. 23.05.23-cü il tarixli əşyaya baxış protokolundan görünür ki, Şahid4 tanışı Şahid2 aldığı 1 ədəd «Hundai» markalı ot biçən aparatı təqdim etdiyindən həmin aparat ondan götürülmüşdür. Məhkəmə istintaqı zamanı Şahid6 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Xaçmaz rayonu Qusarçay kəndində yaşayır və heç bir yerdə işləmir. 2023-cü ilin may ayının əvəllərində yaşadığı evdə olduğu zaman Xaçmaz rayonu Xudat şəhər sakini kimi tanıdığı Rüstəm və oğlu Namik adlı şəxslə birlikdə onun yanına gələrək pula ehtiyacları olduğuna görə yaşadıqları evdə olan 1 ədəd «Hisense» markalı televizoru 50-60 manat pula satmaq istədiklərini ona bildirmişlər. Həmin televizoru haradan əldə etmələrini onlardan soruşduqda onlar haradasa işlədiklərini və həmin televizoru pul əvəzinə onlara verdiklərini ona demişlər. Həmin televizorun oğurluq olub- olmamasını hətta bir neçə dəfə soruşmasına baxmayaraq Rüstəm televizorun oğurluq olmadığını ona bildirdiyi üçün ona inanmışdır. Televizorun işlək vəziyyətdə olub-olmamasını yoxladıqdan sonra Rüstəmə 55 manat pul vermiş və o, da pulu ondan alaraq oğlu ilə birlikdə çıxıb getmişdir. Rüstəm və oğlu Namik həmin zaman onlardan aldığım 1 ədəd televizorun özlərinə məxsus olmasını ona dediklərinə görə onlara inanaraq həmin televizoru ondan almış və televizorun oğurluq olub-olmaması barədə heç bir məlumatı olmamışdır. 25.05.23- cü il tarixli əşyaya baxış protokolundan görünür ki, Nəzakət Şəfıyeva təqsirləndirilən Təqsirləndirilən şəxs1 aldığı 1 ədəd «Hisense» markalı televizoru təqdim etdiyindən həmin televizor ondan götürülmüşdür. Məhkəmə istintaqı zamanı Şahid7 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Xaçmaz rayonu Mola-oba kəndində yaşayır və heç bir yerdə işləmir. 2023-cü ilin may ayının əvəllərində yaşadığı evdə olduğu zaman Xaçmaz rayonu Xudat şəhər sakini kimi tanıdığı Rüstəm adlı şəxs onun yanına gələrək pula ehtiyacı olduğuna görə evində olan 1 ədəd «Aksa» markalı elektirik generatorunu 50 manat pula satmaq istədiyini ona bildirmişdir. Həmin generatoru haradan əldə etməsini ondan soruşduqda o, hanısısa bir obyektdə işlədiyini və həmin generatoru iş gördüyü şəxsin ona verəcək pulun əvəzinə verdiyini ona demişdir. Həmin generatorun oğurluq olub- olmamasını hətta bir neçə dəfə soruşmasına baxmayaraq Rüstəm həmin generatorun oğurluq olmadığını ona dediyi üçün ona inanmışdır. Bundan sonra generatorun işlək vəziyyətdə olub- olmamasını yoxlayıb və Rüstəmə 50 manat pul verdikdən sonra o, pulu alaraq çıxıb getmişdir. Generatorun oğurluq olub-olmaması barədə heç bir məlumatım olmamışdır. Rüstəmdən aldığı həmin «Aksa» markalı elektrik generatorunu istintaq zamanı təhvil vermişdir. 26.05.23- cü ıl tarixli əşyaya baxış protokolundan görünür ki, Şahid7 təqsirləndirilən Təqsirləndirilən şəxs1 aldığı 1 ədəd «Aksa» markalı elektrik generatorunu təqdim etdiyindən həmin generator ondan götürülmüşdür. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq araşdırılmış Şahid1 ifadəsində göstərdi ki, Xaçmaz rayonu Xudat şəhəri Konserv Zavod qəsəbəsi ev 2 mənzil 13-də ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir/Tanışı Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz rayonu Nabran kəndində Xəzər dənizi yaxınlığında yerləşən 0,32 ha torpaq sahəsində vaxtı ilə otel kimi istifadə edilmiş və hazırda isə fəaliyyət göstərməyən «Qafqaz-otel» adlı obyekti vardır. Həmin obyektin sahibi olan Zərərçəkmiş şəxs1 obyektdəki iki mərtəbəli evə və ümumilikdə isə ərazində yerləşən 27 istirahət otaqlarına nəzarəti ona tapşırmışdır. Hazırda fəaliyyət göstərməyən obyektin mərkəzindəki 2 mərtəbəli evin birinci mərtəbəsində 2 qonaq otağı və evin ikinci mərtəbəsində isə 5 istirahət otağı olmuşdur. Zərərçəkmiş şəxs1 əsasən yay aylarında həmin obyektdəki evə gəlib və orada qaldıqdan sonra yenə də çıxıb getmişdir. Onun olmadığı hallarda aralarındakı dostluq münasibətinə görə obyektə nəzarəti özü ona tapşırmışdır. Bəzən Xudat şəhərində yerləşən evindən həmin hazırda fəaliyyət göstərməyən obyektə gəlib-gedərək nəzarət etmişdir. Sonuncu dəfə 27 aprel 2023-cü il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs1 məxsus obyektə gəldikdə həmin obyektdə hər şeyin qaydasında olmasını görüb və onunla əlaqə saxlayaraq bu barədə ona məlumat vermişdir. 01 may 2023-cü il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz rayonu Nabran kəndində yerləşən obyektə gəldiyi zaman obyektdəki iki mərtəbəli evin pəncərəsinin və qapısının açıq vəziyyətdə olmasını görüb, buna əhəmiyyət verməyərək evin qapısından içəri daxil olmuşdur. Obyektdəki əşyaların dağınıq vəziyyətdə olmasını və bəzi əşyaların oğurlandığını görmüşdür. Həyətə çıxdıqda oradakı otaqların da qapıların açıq olmasını və əşyaların dağınıq vəziyyətdə olmasını görərək obyektə oğru və ya oğurların daxil olduğunu başa düşdükdən sonra Bakı şəhərində yaşayan Zərərçəkmiş şəxs1 zəng edib və bu barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs1 polisə məlumat verdiyinə görə həmin günü Yalama PB-nin əməkdaşları obyektə gələrək onun iştirakı ilə obyektə baxış keçdikdən sonra çıxıb getmişlər. Ertəsi günü 02 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 özü Bakı şəhərindən Xaçmaz rayonu Nabran kəndində yerləşən obyektinə gəldikdən sonra onunla birlikdə iki mərtəbəli evə və həyətdəki otaqlara diqqətlə baxarkən həmin obyektdən 10 ədəd «Hisense LEDD32K300» markalı televizorların, 1 ədəd «Uralzid UÇPB-620-500» markalı odun doğrayan mişarın, 1 ədəd «Aksa AB40M» markalı elektirik generatorunun, 1 ədəd «Hundai HMOB-62/4,8» markalı ot biçən aparatın, 2 ədəd «Aqdel» markalı su nasoslarının, 1 ədəd «HP» markalı müşahidə kamerasının monitorunun, sukuterə aid 1 ədəd mühhərikin, 1 ədəd starterin, 1 ədəd dinamonun, 4 ədəd UPS akkumlyatorların, fil sümüyündən hazırlanmış 1 ədəd at yəhərinin, 1 ədəd kassa aparatının, 3 ədəd «Beko» markalı kondisonerlərin otağın içində quraşdırılmış hava vuran ventelayatrolarının, 08 mm-lik 200 metr uzunluğunda aliminum naqillərin, 0.10 mm-lik 600 metr uzunluğunda mis naqillərin və 1 ədəd 80 metr uzunluğunda mis naqilli uzadıcının oğurlanması onlara məlum olmuşdur. Obyektdən baş vermiş oğurluq nəticəsində ümumlikdə Zərərçəkmiş şəxs1 15.140 manat məbləğində maddi ziyan dəydiyinə görə o, 02 may 2023-cü il tarixdə Xaçmaz rayonu Yalama PB-nə gedərək özünə məxsus obyektdən oğurluq hadisəsinin baş verməsi barədə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 may 2022-ci il tarixli 9/1677 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus evdən xx.xx.2021 -ci il tarixdə oğurlanmış 1 ədəd 2x3 ölçülü yun materialdan yerli toxunma ev xalçası 220 manat dəyərində, 1 ədəd “İtimat” markalı İ-08TTGG model, gücü 1456 vt, həcmi 40 olan elektrik sobası 90 manat dəyərində, 1 ədəd 5 kiloqramlıq ağlar üçün “Ariel” markalı avtomat yuyucu tozu 21 manat dəyərində, 1 ədəd 5 kiloqramlıq rənglilər üçün “Ariel” markalı avtomat yuyucu tozu21 manat dəyərində, 1 ədəd “Sony” markalı cfd-s35cp modelli radiomaqnitafon 35 manat dəyərində, 1 ədəd İran istehsallı, “Apollon” markalı 4 litrlik elektrik samovarı 50 manat dəyərində, 1 ədəd mis materialdan hazırlanmış 10 litrlik, 3 ayaqlı odun samovarı 300 manat dəyərində, 1 ədəd 5x1,5 metr ölçüdə süfrə 20 manat dəyərində, 1 ədəd klonka süfrə 3 manat dəyərində, 1 ədəd markasız, XXL ölçülü ov paltarı 40 manat dəyərində, 1 ədəd qaz siqnalizasiya aparatı 10 manat dəyərində, 1 ədəd naqili ilə birlikdə mikrifon 5,30 manat dəyərində, 1 ədəd elektrik işıq aparatı 4,30 manat dəyərində, 11 ədəd “Pulmo” markalı cərəyan yuvası 1 ədədi 3,40 manat olmaqla ümumilikdə 37,40 manat dəyərində, 1 ədəd 10 kv-lıq, 50 kq misdən hazırlanmış transformator 650 manat dəyərində, 5 ədəd “Marqius” markalı, MKP 62 modelli, power 0,37kW, 0,5 HP göstəricili su motorları 1 ədədi 60 manat olmaqla ümumilikdə 300 manat dəyərində, 70 metr uzunluğunda, 2,5-lik mis naqil 1 metri 0,50 manat olmaqla ümumilikdə 35 manat dəyərində, 20 metr uzunluğunda, 6-1 ıq aliminium naqil 1 metri 0,40 manat olmaqla ümumilikdə 8 manat dəyərində, 1 ədəd “Siemens” markalı, 50-lik su motoru 350 manat dəyərində, 100 metr uzunluğunda, 6-lıq elektrik Türkiyə istehsalı, mis naqil 1 metri 0,90 manat olmaqla ümumilikdə 90 manat dəyərində, 100 metr uzunluğunda 2,5-lik elektrik Türkiyə istehsalı, mis naqil 1 metri 0,50 manat olmaqla ümumilikdə 50 manat dəyərində, 1 ədəd misdən hazırlanmış, 400 qram çəkidə kəfkir 25 manat dəyərində, 1 ədəd latundan hazırlanmış 400 qram çəkidə çömçə 25 manat dəyərində, 1 ədəd “Evrolux” markalı SVC 8500 VA modeli, imput 110-220 V göstəricili transformator 350 manat dəyərində olmaqla ümumilikdə oğurlanmış malların 2021-ci ilin noyabr-dekabr ayına olan dəyəri 2740 manat qiymətləndirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli baxış protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 1 ədəd qaz siqnalizasıya aparatını, 11 ədəd cərəyan yuvasını, 1 ədəd elektrik işıq aparatını, 1 ədəd süfrəni və 1 ədəd naqili ilə birlikdə mikrofonu təqdim edərək həmin əşyaları xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 evindən oğurladığını bildirmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 həmin əşyaları tanıyaraq özünə məxsus olmasını təsdiq etmişdir. Həmin əşyalar maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan 20 may 2023-cü il tarixli əşyaya baxış protokolundan göründüyü kimi Təqsirləndirilən şəxs1 1 ədəd «Hisense LEDD32K300» markalı televizor maddi sübut əhəmiyəti kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan 01 may 2023-cü il tarixdə RPŞ-nin TB-nin təhqiqatçısı X1 rayonu Nabran kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fəaliyyət göstərməyən «Qafqaz» otelə keçirdiyi baxış zamanı 15 ədəd əl barmaq izləri götürülərək DİN-nin kriminalstik tədqiqatlar idarəsinə göndərilmiş və onlardan 4 ədədinin yararlı olması müəyyən edilmişdir. Məhkəmə-daktiloskopik ekspertizasının 23 iyun 2023-cü il tarixli 3/948 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 3,4,1314 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri, 9 saylı daktilolentin səthindəki* «a», «b» əl-barmaq izləri və 11 saylı daktilolentin səthindəki ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 3,4,9,11,13,14 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri və 1,2,5,6,7,8,10,12,15 saylı daktilolentlərin səthindəki əl-barmaq və papilyar naxış izləri olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 3 saylı daktilolentin səthindəki əlbarmaq izi Təqsirləndirilən şəxs1 sağ əlinin şəhadət barmağından, 9 saylı daktilolentin səthindəki «a» əl-barmaq izi Təqsirləndirilən şəxs2 sağ əlinin şəhadət barmağından, 9 saylı daktilolentin səthindəki «b» əl-barmaq izi Molo- oğlu Namik Rüstəm oğlunun sağ əlinin orta barmağından, 11 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs2 sağ əlinin ovucundan qalmışdır. Təqdim edilmiş 4,13,14 saylı daktilolentlərin səthindəki əlbarmaq izləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 daktiloxəritələr'ə köçürülmüş əl-barmaqlarından qalmışdır. İş materiallarında olan zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus fəaliyyət göstərməyən «Qafqaz» oteldən oğurlanmış 4 ədəd «Hisense LEDD32K300» markalı televizorlar, 1 ədəd «Uralzid UÇPB-620-500» markalı odun doğrayan mişar, 1 ədəd «Aksa AB40M» markalı elektirik generatoru, 1 ədəd «Hundai HMOB-62/4,8» markalı ot biçən aparat cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən xx.xx.2023-cü il tarixli müstəntiq Elşən Əliyev tərəfindən qəbul edilmiş qərarla maddi sübut hesab edilməklə müvafiq əşyalar məsul saxlanc üçün zərərçəkmişə təhvil verilmiş, Təqsirləndirilən şəxs1 məxsus ümumvətəndaş pasportunun kserosurəti müstəntiq Elşən Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2na məxsus 4 ədəd əlbarmaq izləri tərəfimdən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarlarla maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 məxsus evdən oğurlanmış 1 ədəd süfrə, 1 ədəd qaz siqnalizasiya aparatı, 1 ədəd naqili ilə birlikdə mikrafon, 1 ədəd elektrik işıq aparatı və 11 ədəd “Pulmo” markalı cərəyan yuvaları cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiklərindən tərəfimdən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla maddi sübut hesab edilmiş və saxlanmasından ötrü Xaçmaz RPŞ-nin saxlanc yerinə verilməsi nəzərə alınmışdır. İş materiallarında olan BƏSİİ-nin tələbnaməsindən göründüyü kimi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvəllər məhkum olunmamışlar. İş materiallarında olan BƏSİİ-nin tələbnaməsindən və Xaçmaz rayon məhkəməsindən alınmış hökmün surətlərindən göründüyü kimi, sonuncu dəfə Təqsirləndirilən şəxs1 13 dekabr 2006-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ona aylıq qazancın 15% dövlət nəfmə tutulmaqla 06 ay müddətinə islaş işləri cəzası təyin edilmişdir. Azərbaycan Respublikası MM-nin xx.xx.2007-ci il tarixli Amnistiya haqqında qərarının 1.1ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023- cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs1 barəsində məhkəmənin hər hansı hökmü və ya qərarı Probasiya Şöbəsinə daxil olmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan hesab edilir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyləri sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.2, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 və Təqsirləndirilən şəxs2 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.2, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 və Təqsirləndirilən şəxs2 əməli 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmin Qərarın 11-ci bəndinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Qərarın 18-ci bəndinə görə, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 20-ci bəndinə görə, yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür; bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür; anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Qərarına əsasən, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.2-ci maddəsinin mənasına görə yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 doğma atasıdır. Onlar bir ailə olaraq birlikdə yaşamışlar və hazırda Təqsirləndirilən şəxs2 18 yaşı tamam olsa da, cinayət törədilən zaman o, yetkinlik yaşına çatmayan şəxs olmuşdur. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən müəyyən olunmuşdur ki, atası Rüstəm onu çağıraraq, oğurladığı televizorları ona iş əvəzi verildiyini və onları daşımağı tapşırmışdır. O atasının dediklərindən şübhələnsə də, atasının iradəsinə zidd hərəkət edəcəyi təqdirdə atasının qəzəblənəyəcəyindən çəkindiyindən, verilən göstərişləri icra etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.2, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 və Təqsirləndirilən şəxs2 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, barələrində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxslərə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xudat şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 evlidir, ailəsi ilə birgə yaşayır, himayəsində bir azyaşlı övladı var (xx.xx.2010-cu il təvəllüdlü Molo-oğlu Zina Rüstəm qızı). Xudat şəhərində yaşadığı müddətdə onun haqqında Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xudat şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 subaydır, valideyinləri ilə birgə yaşayır. Xudat şəhərində yaşadığı müddətdə onun haqqında Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xudat şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 subaydır, valideyinləri ilə birgə yaşayır. Xudat şəhərində yaşadığı müddətdə onun haqqında Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş zərərin ödənilməməsini, ona qarşı şikayətçi olduğunu, Təqsirləndirilən şəxs3 tərəfindən vurulan ziyanın isə ödənildiyini və ona qarşı şikayət və tələbin olmadığını bildirərək, növbəti məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsinin xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəmə istintaqında təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş zərərin ödənilmədiyini, lakin buna baxmayaraq onlara qarşı heç bir-şikayət və tələbinin olmadığını növbəti məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsinin, cəza hissəsini isə məhkəmənin mülahizəsinə buraxdığını bildirərək bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.12-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışıq əldə etməsini və CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1na münasibətdə qeyd olunanları nəzərə almaqla cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halları, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.2-ci maddəsinin və 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəzalar qismən toplanmaq yolu ilə, ona qəti cəza təyin edilməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 20 may 2023-cü il tarixli protokoldan, Xaçmaz rayon məhkəməsinin 22 may 2023-cü il tarixli 4(067)-72/2023 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı saxlanılmış və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə azadlıqdan məhrumetmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 20 may 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, Təqsirləndirilən şəxs3 münasibətdə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halın olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla, Təqsirləndirilən şəxs2 münasibətdə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halın olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübutlar Zərərçəkmiş şəxs1 məxsus fəaliyyət göstərməyən «Qafqaz» oteldən oğurlanmış 4 ədəd «Hisense LEDD32K300» markalı televizorlar, 1 ədəd «Uralzid UÇPB-620-500» markalı odun doğrayan mişar, 1 ədəd «Aksa AB40M» markalı elektirik generatoru, 1 ədəd «Hundai HMOB-62/4,8» markalı ot biçən aparat, 1 ədəd pasportun kserosurəti Zərərçəkmiş şəxs1 oğıuna təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2na məxsus 4 ədəd əl-barmaq izlərinin və Təqsirləndirilən şəxs1 məxsus ümumvətəndaş pasportunun kserosurəti cinayət işinin materiallarından saxlanılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış və Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs2 məxsus evdən oğurlanmış 1 ədəd süfrə, 1 ədəd qaz siqnalizasiya aparatı, 1 ədəd naqili ilə birlikdə mikrafon, 1 ədəd elektrik işıq aparatı və 11 ədəd “Pulmo” markalı cərəyan yuvaları hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 211 (iki yüz on bir) manat 11 (on bir) qəpik məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 170.2, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 170.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 il 09 müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 20 may 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Xaçmaz rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 üzərinə Xaçmaz rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 oğlunun barəsində seçilmiş “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar Zərərçəkmiş şəxs1 məxsus fəaliyyət göstərməyən «Qafqaz» oteldən oğurlanmış 4 ədəd «Hisense LEDD32K300» markalı televizorlar, 1 ədəd «Uralzid UÇPB-620-500» markalı odun doğrayan mişar, 1 ədəd «Aksa AB40M» markalı elektirik generatoru, 1 ədəd «Hundai HMOB-62/4,8» markalı ot biçən aparat, 1 ədəd pasportun kserosurəti Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2na məxsus 4 ədəd əl-barmaq izlərinin və Təqsirləndirilən şəxs1 məxsus ümumvətəndaş pasportunun kserosurəti cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış və Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs2 məxsus evdən oğurlanmış 1 ədəd süfrə, 1 ədəd qaz siqnalizasiya aparatı, 1 ədəd naqili ilə birlikdə mikrafon, 1 ədəd elektrik işıq aparatı və 11 ədəd “Pulmo” markalı cərəyan yuvaları hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs2 qaytarılsın. Təqsirləndirilən şəxs3 öz üzərinə düşən hissədə dəymiş ziyanı (845 manat) aradan qaldırması nəzərə alınsın. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmaması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 211 (iki yüz on bir) manat 11 (on bir) qəpik məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində (həbsdə olan şəxsə münasibətdə hökmü rəsmi aldığı gündən) Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-20/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-20/2024
23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver