Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-20/2025 22.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1974-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan,barəsində «başqa yerə qetməmək barədə» iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 01 iyun 2023cü il tarixdə, saat 06:30 radələrində Azərbaycan Dəmir Yollan Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz dəmir yolu stansiyasının 150-ci km, pk 6 ərazisində yerləşən, 3000 (üç min) manat dəyərində 22-ci yoldəyişən qurğu mühərrikini qanunsuz söküb aparmaqla dəmir yolu xətlərinə münasibətdə oğurluq etmiş, yəni dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakım gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 05 iyıın 2023-cü il tarixdə, saat 06:30 radələrində Azərbaycan Dəmir Yollan Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz dəmir yolu stansiyasının 151-ci km, 4A ərazisində yerləşən. 3000 (üç min) manat dəyərində yoldəyişən qurğu mühərrikini qanunsuz söküb aparmaqla təkrar, dəmir yolu xətlərinə münasibətdə oğurluq etmiş, yəni təkrar, dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, dəmir yolu təzə bərpa olunan vaxtı dəmir yolуnun kənarına bir-birinə yaxın qoyulmuş açıq vəziyyətdə olan qutuların içərisindəki matorları götürüb evinə aparmış və motorları sökərək içərisində olan misi götürmüşdür. O, matorların içərisindən çıxan misi ölçdükdə 2 kilo olduğunu görmüş və kilosunu 9 manata küçədə tanımadığı metal alanlara satmışdır. Törətdiyi cinayət əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, hazırda heç bir yerdə işləmir. Maddi imkanı zəif olduğundan o, xx.xx.2023-cü il tarixdə səhər saat 06:30-da Xaçmaz rayon ərazisindən keçən, yəni Xaçmaz stansiyasının qarşısından keçən dəmir yolu relsinin kənarında yerə bərkidilmiş dəmir qutunun qapağını qaldırıb özü ilə götürdüyü qayka açan açarla qutunun içərisindəki matoru açıb götürüb yaşadığı evə aparmışdır. Həmin günü matoru evdə söküb içərisində ki, mis sarğını ayırmış. Onun yaşadığı küçəyə tez-tez tanımadığı səyyar metal alanlar gəldiyindən həmin misi onların tərəzisi ilə çəkmiş 2 kilo gəlmiş, kilosu 9 manata olmaqla 18 manata satmışdır. O, həmin misi satanda alan şəxslərə bildirmiş ki, həmin mis oğurluq deyil öz zəhmətilə yığıb toplamış. Bir neçə gün sonra xərcləməyə cibində pul olmadığında qərara gəlmiş ki, təkrar dəmiryolu xətləri olan əraziyə getsin baxım görsün bu dəfə götürməyə nə tapa bilər bu məqsədlə xx.xx.2023-cü il tarixdə səhər saat 06:30 radələrində dəmiryolu ərazisinə getmiş. Bu dəfə matoru oğurladığı yerdən xeyli aralıda üzü Xudat istiqamətinə dəmir yolu relsinin kənarında yerə bərkidilmiş dəmir qutunu görmüş qapağını açmış içərisindəki mühərriki özü ilə apardığı qayka açan açarı ilə açıb matoru götürüb evə aparmış. Həmin matoru söküb içərisində ki. mis sarğını ayırmış həmin günii səhər saatlarında məhəlləyə gələn tanımadığı səyyar metal alanlara kilosu 9 manat olmaqla 2 kilosunu 18 manata satmış və bildirmiş ki. mis oğurluq deyil özü tullantı yerlərindən yığıb toplamış. Matordan qalan digər dəmir hissələri evdə şkafa qoymuş. xx.xx.2023-cü il tarixdə saat təxminən 10:15 radələrində, bundan qabaq, yəni xx.xx.2023-cü il tarixdə səhər saat 06:30 radələrində dəmiryolu kənarından oğurlayaraq evə gətirdiyi matordan qalan korpus hissəsini ağ kisəyə qoyub Xaçmaz şəhər ərazisində olan metal alan məntəqələrin birinə aparıb təhvil vermək üçün evdən velosipetə minib dəmir yoluna tərəf getmiş. Saat təxminən 10:30-da dəmir yolunu keçərkən ərazidə xidmət aparan polis əməkdaşları onu saxlayıb əlindəki kisəyə baxıb həmin metal hissələri görmüşlər və aydınlıq gətirmək üçün onu Xaçmaz X12 dəvət etmişlər. Polis şöbəsində o, etiraf etmişdir ki, həmin metal hissələr dəmir yoluna məxsusdur və onları maddi vəziyyəti zəif olduğundan satmaq məqsədi ilə oğurlamışdır. Bundan əlavə polis əməkdaşlarına xx.xx.2023-cü il tarixdə səhər saat 06:30 radələrində dəmir yolu kənarından oğurlayaraq evə gətirdiyi və miss hissəsini ayırıb satdıqdan sonra matordan qalan metal korpus hissəsinin evdə şkafda olduğunu bildirmişdir. Məhkəmə istintaqında dindirilən zərərçəkmiş şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə göstərmişdir ki, o, ittiham aktında göstərilənləri təstiq edirək müdafiə edir. Təqsirləndirilən şəxsdə özüdə etiraf edir ki, dəmir yolundan oğurluq etmişdir.Həmin o yol qurğularınын qiyməti məhkəmə-əmtəəşunaslıq ekspertizasında öz əksini tapmışdır.Təqsirləndirilən şəxsна гаршы "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən mülki iddia qaldırılıb.Mülki iddiada göstərilən məbləğ ödənilməmişdir. Təqsirləndirilən şəxsdən 6000 manat tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Azərbaycan Dəmir Yolları QSC-nin Hüquq İdarəsinin Məhkəmələrlə İş Şöbəsinin hliquqşunası vəzifəsində işləyir. Azərbaycan Dəmir Yolları QSC-nin verdiyi etibarnaməyə əsasən ona ********* saylı cinayət işində zərər çəkmiş şəxsin, yəni Azərbaycan Dəmir Yolları QSC-nin nümayəndəsi kimi iştirak etmək hüququ verilmişdir. 01 iyun və 05 iyun 2023-cü il tarixlərində Təqsirləndirilən şəxs Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz dəmir yolu stansiyasının 150-ci km-nin. pk 6 22-ci və 151-ci km 4A ərazisindən iki ədəd yol dəyişən qurğu mühərriklərinin oğurlanması hadisəsi nəticəsində hər bir matorun dəyəri 3000 manat olmaqla ümumilikdə Azərbaycan Dəmir Yolları QSC-nə 6000 manat dəyərində maddi ziyan dəymişdir. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2023cii iltarixli 13-1-24/2-376/2023 nömrəli məktubla və Məhkəmə-əmtəəşünaslıq ekspertizası tərəfindən hesablanmış dəymiş ziyanla tam razıdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz stansiyasının X10 Post-patrul xidməti manqasında polis nəfəri vəzifəsində xidmət edən polis serjantı Şahid göstərmişdir ki, iş yoldaşı ilə birlikdə xidməti ərazidə olarkən bir nəfər şəxsin кися иля getdiyini görmüşlər və ona yaxınlaşaraq onu saxlamışlar. Кисяйя baxış keçirərkən görmüşlər ki, matorun üst korpusu var. Onlar кисядя aşkar etdikləri əşyanın matorun üst korpusunun olub-olmadığını müəyyən etmək üçün dəmir yolundan işçi çağırmışlar. Dəmir yolundan gələn əməkdaş matorun üst korpusunun olduğunu təstiq etdikdən sonra onlar polis şöbəsinə məlumat vermişlər. Polis əməkdaşları gəldikdən sonra, onlarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmiş və baxış zamanı orada da bir ədəd matorun üst korpuсu aşkar olunmuşdur. Şahid Xaçmaz stansiyasının X10 Post-patrul xidməti manqasında polis nəfəri vəzifəsində xidmət edən polis serjantı Şahid ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə polis kiçik serjantı İlkin Çələbiyev ilə birlikdə Xaçmaz stansiyasının ərazisində saat 09:00-dan xidmətdə olmuşdular. Həmin günü saat 10:30 radələrində xidməti ərazini gəzərkən bir nəfər şəxsin əlində ağ kisə ilə görmüşdülər və həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsin əlindəki kisənin içərisinə baxanda dəmir yoluna aid detalların olduğunu görmüşlər. Onlar həmin şəxsi araşdırma aparılması üçün Xaçmaz stansiyasının X12 dəvət etmişlər və o, etiraz etmədən onlarla X12 getmişdi. XPŞ-də məlum oldu ki, həmin şəxs ünvan 1-də yaşayan Təqsirləndirilən şəxsdur və əlindəki ağ kisənin içərisində aşkar edilmiş dəmir detal xx.xx.2023-cü il tarixdə dəmir yolu ərazisindən oğurladığı yoldayişdirci matorun korpus hissəsidir. Bundan başqa Təqsirləndirilən şəxs bildirmiş ki, onun yaşadığı evdə şkafda, dəmir yolu ərazisndən təkrar xx.xx.2023-cü il tarixdə səhər saatlarında oğurladığı digər bir matorun korpus hissəsi və detalları da vardır. İş materiallarında olan Xaçmaz st.XPB-nin İstintaq və təhqiqat qrupunun baş təhqiqatçısı polis mayoru Nəzər Həbibov tərəfindən hadisə yerinə keçirilmiş 05 iyun 2023cü il tarixli baxış protokolundan görünür ki, baxış zamanı, müəyyən olunmuşdur ki, Xaçmaz dəmir yolu stansiyasının 6-cı piketi 150-ci kilometirində yerləşən 22-ci yol dəyişən qurğunun mühərriki sökülərək oğurlanmışdır.Baxış saat 14:00 dəqiqədə başlamış və saat 14:30 dəqiqədə başa çatmışdır. Ətrafa diqqətlə bir daha baxış keçirilərkən başqa maddi sübut əhəmiyyət kəsb edəcək hər hansı əşya aşkar edilməmişdi. İş materiallarında olan Xaçmaz st.XPB-nin İstintaq və təhqiqat qrupunun baş təhqiqatçısı polis mayoru Nəzər Həbibov tərəfindən 05 iyun 2023-cü il tarixli evə baxış keçirilməsi haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri, R.İmamverdiyev küçəsi 33 saylı evə baxış keçirilən zaman, onun yaşadığı evin həyətində olan saxlanıc yeri qismində istifadə olunan otaqda yerləşən dolabın içərisindən dəmir yoluna məxsus yol əyişən qurğunun mühərrikinin dəmir korpusu və ona aid qırmızı rənqdə olan sellafon paketin içərisində detallar aşkar olundu. Baxış saat 17:00 dəqiqədə başlamış və saat 17:30 dəqiqədə başa çatmışdır. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tirixli 13-1-24/2-376/2023 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixində Xaçmaz stansiyasının 150-ci km pk 6 22-ci və 151-ci km 4A-da yoldəyişən 2 ədəd motorların oğurlanması hadisəsi nəticəsində hər birinin dəyəri 3000 manat olmaqla ümumilikdə ADYyə 6000,0 (altı min) manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 avqust 2023-cü il tarixli 9/5670 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışına əsasən ekspertiza təyinatı haqqında qərarda göstərilən Xaçmaz st-nın 150-ci km.pk 6 22-ci və 151-ci km 4A-da yoldəyişən qurğu motorlarının 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti 6000,00 manat müəyyən edilir. İş materiallarında olan 20 dekabr 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz dəmir yolu stansiyasının 150-ci km-nin, pk 6 22-ci və 151-ci km 4A-da yerləşən ümumi dəyəri 6000 manat olan yoldəyişən qurğu mühərriklərinin korpusu və detalları saxlanılması üçün Xaçmaz st. XPŞ-nin anbarına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmiş, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 7(067)-9/2018 saylı qərarı ilə Azərbaycan Respublikasının CM-nə dəyişiklər edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2016-cı tarixdən qüvvəyə minmiş xx.xx.2016-cı il tarixli Qanuna əsasən Xaçmaz rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə müəyyən edilmiş cinayət məsuliyyətindən və cəzadan azad edilmişdir. İş materiallarında olan cinayət əməlinin tövsif edilməsi haqqında 11 yanvar 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Beynalxalq Bankı tərəfindən verilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Dəmir Yollan Qapalı Səhmdar Cəmiyyətinə vurduğu 6000 (altı min) manat maddi ziyanın 250 manatını ödəmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər üzrə nümayəndəsi tərəfindən verilmiş 16 yanvar 2024-cü il tarixli, 249 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2005-ci il təvəllüdlü X6, 2007-ci il təvəllüdlü X7 və 2012-ci il təvəllüdlü X5 adlı biri yetkinlik yaşına catmamaqla üç uşağı var. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 01 iyun 2023-cü il tarixdə, saat 06:30 radələrində Azərbaycan Dəmir Yollan Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz dəmir yolu stansiyasının 150-ci km, pk 6 ərazisində yerləşən, 3000 (üç min) manat dəyərində 22-ci yoldəyişən qurğu mühərrikini qanunsuz söküb aparmaqla dəmir yolu xətlərinə münasibətdə oğurluq etmiş, yəni dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakım gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 05 iyıın 2023-cü il tarixdə, saat 06:30 radələrində Azərbaycan Dəmir Yollan Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz dəmir yolu stansiyasının 151-ci km, 4A ərazisində yerləşən. 3000 (üç min) manat dəyərində yoldəyişən qurğu mühərrikini qanunsuz söküb aparmaqla təkrar, dəmir yolu xətlərinə münasibətdə oğurluq etmiş, yəni təkrar, dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməllərində Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələrinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunundan görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də şəxsiyyətlərini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri tədbiri dəyişdirilərək “həbs”növündə qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 22 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan Xaçmaz st. XPŞ-nin saxlanc yerində saxlanılan, yoldeyişən qurğu matorunun korpusu və detallar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. İş üzrə Təqsirləndirilən şəxs tərəfindən 250 manat maddi ziyan ödənildiyindən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilən mülki iddia qismən təmin edilməli, 5750 (beş min yeddi yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verilməlidir. İş üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 80 (səksən) manat dövlət rüsumu Təqsirləndirilən şəxs alınaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verilməlidir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertiza xərci olan cəmi 50 (əlli) manat manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 22 yanvar 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi Xaçmaz st. XPŞ-nin saxlanc yerində saxlanılan, yoldeyişən qurğu matorunun korpusu və detallar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. İş üzrə mülki iddia qismən təmin edilsin, 5750 (beş min yeddi yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verilsin. İş üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 80 (səksən) manat dövlət rüsumu Təqsirləndirilən şəxs alınaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verilsin. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertiza xərci olan cəmi 50 (əlli) manat manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №1(067)-20/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-20/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver