Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-203/2024 17.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2, tərcüməçi X2 iştirakı ilə 14 fevral 1984-cü ildə X5 Respublikasında anadan olmuş, X5 Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, X5 Respublikasının Tindouf şəhərində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə, 19 iyun 2000-ci ildə X5 Respublikasında anadan olmuş, X5 Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olmayan, X5 Respublikasının Baraki şəhərində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 Rusiya Federasiyasına getmək üçün vizası olmaması səbəbindən işləmək üçün qanunsuz yolla həmin ölkəyə getmək məqsədilə “Google Map” mobil tətbiqindən istifadə edərək, 4 oktyabr 2024-cü il tarixdə, saat 09 radələrində tanışı X5 Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Xaçmaz rayonu, Samurçay kəndi ərazisində yerləşən 1-ci sərhəd zastavasının 23-cü sahəsindən piyada hərəkət etməklə, qəsdən, qanunsuz olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd göstərmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən aşkar edilərək, “Dayan!” çağırış komandası verilib, 4 oktyabr 2024-cü il tarixdə, saat 09:11 radələrində maneə çəpərindən 20 metr, dövlət sərhəd xəttindən 250 metr məsafədə, 128 nömrəli sərhəd nişanından 60 metr solda saxlanıldıqlarından, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Bununla da o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 Rusiya Federasiyasına getmək üçün vizası olmaması səbəbindən işləmək üçün qanunsuz yolla həmin ölkəyə getmək məqsədilə “Google Map” mobil tətbiqindən istifadə edərək, 4 oktyabr 2024-cü il tarixdə, saat 09 radələrində tanışı X5 Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Xaçmaz rayonu, Samurçay kəndi ərazisində yerləşən 1-ci sərhəd zastavasının 23-cü sahəsindən piyada hərəkət etməklə, qəsdən, qanunsuz olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd göstərmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən aşkar edilərək, “Dayan!” çağırış komandası verilib, 4 oktyabr 2024-cü il tarixdə, saat 09:11 radələrində maneə çəpərindən 20 metr, dövlət sərhəd xəttindən 250 metr məsafədə, 128 nömrəli sərhəd nişanından 60 metr solda saxlanıldıqlarından, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Bununla da o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri öz təsdiqini tapır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, bu cinayəti törətməklə səhv hərəkət etdiyi anlayır, o, Azərbaycan Respublikasının qanunlarını bilmir, onun məqsədi işləmək olmuş, o, evlidir və iki qız övladı var. O, təqsirkar olduğunu etiraf edir. Həmçinin bildirdi ki, o və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasına birlikdə gəlməmişlər. Onlar tikanlı məftilləri aralayaraq, qıraraq keçməmişlər, onlar həmin tikanlı məftillərdən ibarət maneənin yanına çatmışlar və bu zaman onlara sərhədçilər tərəfindən dayanmaları əmr olunmuş və onlar dayanmışlar. Onun Azərbaycanda heç bir qohumu yoxdur, o, siyasi sığınacaqla bağlı hər hansı dövlətə müraciət etməmiş, onun vətəndaşı olduğu ölkədə hakimiyyət tərəfindən ona qarşı hər hansı təzyiq edilməmiş, o, ölkəsini hakimiyyətdən narazılıq səbəbindən tərk etməmiş, cinayət törətməmiş və ölkəsində axtarışda deyildir. O, əvvəllər məhkum olunmamış, törətdiyi cinayət əməlinə görə çox peşmandır. Təqsirləndirilən şəxs1 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, 1984-cü ildə X5 Respublikasının Larba şəhərində anadan olmuşdur. O, ailəlidir, iki övladı var və hazırda X5 Respublikasında yaşayırlar. X5 Respublikasında özünə iş tapmaqda çətinlik çəkdiyindən qərara gəlmişdir ki, işləmək üçün Azərbaycan Respublikasına gəlsin. Bunun üçün də xx.xx.2024-cü il tarixdə “Doha-Bakı” aviareysi ilə Azərbaycan Respublikasına rəsmi qaydada gəlmişdir. Bakı şəhərinə gəldikdən sonra hazırda adını xatırlamadığı bir neçə hostellərdə qalmış və Azərbaycan Respublikasında özünə iş axtarmış, lakin iş tapmaqda çətinlik çəkmişdir. Beləliklə də, özünə iş axtardığı vaxtda, saxlanılmasından təxminən 3-4 gün əvvəl Bakı şəhərində olan adını bilmədiyi parklardan birində mobil telefonla danışdığı zaman bir nəfər, əvvəllər tanımadığı şəxs ona yaxınlaşıb X5 Respublikası vətəndaşı olub-olmadığını maraqlandıqda, həmin şəxsə X5 Respublikasının vətəndaşı olduğunu bildirmiş, bu vaxt həmin şəxs ona özünün də qeyd olunan ölkədən olduğunu və Azərbaycan Respublikasına işləmək üçün gəldiyini, lakin iş tapa bilmədiyini demişdir. Bundan sonra həmin şəxslə bir qədər də söhbətləşdikdə onun adının Azzadine Ayoub olduğu, X5 Respublikasında özünün yaşadığı şəhərin yaxınlığında qaldığı ona məlum olmuşdur. Beləliklə də, Azzadine Ayoubla bir-birilərinə danışmaq üçün mobil nömrələrini verib, bir-birilərindən aralanıb hərəsi qaldıqları hostelə getmişlər. Azzadine Ayoubla telefonla danışdıqları zaman fikirləşmişlər ki, Azərbaycan Respublikasında iş tapa bilmədiklərindən işləmək üçün Rusiya Federasiyasına gedə bilərlər. Çünki eşitmişlər ki, həmçinin də mobil telefonla iş axtardıqları zaman onlara məlum olmuşdur ki, Rusiya Federasiyasında işləmək üçün iş yeri çoxdur. Lakin Rusiya Federasiyasına qanuni yolla gedə bilmək üçün viza ala bilmədiklərindən işləmək üçün Rusiya Federasiyasına getmək məqsədilə yalnız dövlət sərhədindən qanunsuz yolla keçə bilərlər. Bunun üçün də “Google map” proqramı vasitəsilə Rusiya Federasiyasına qanunsuz yolla getmək üçün yol axtarmışlar. Bu məqsədlə də, 3 oktyabr 2024-cü il tarixdə, saat 19 radələrində Bakı Beynəlxalq Avtovağzalından avtobusla Xudat şəhərinə yola düşmüşlər. 3 oktyabr 2024-cü il tarixdə, saat 23 radələrində Xudat şəhərinə çatıb avtovağzalda gecəni oturacaqlarda uzanmaqla keçirmişlər. Səhər saatlarında, 4 oktyabr 2024-cü il tarixdə, saat 5 radələrində oradakı taksi sürücülərindən birindən onları Nabran istiqamətində aparmasını xahiş etdikdə, sonuncu bunun üçün onlardan 10 manat pul istəmiş, onlar isə taksi sürücüsünə 7 manat pullarının olduğunu bildirdikdə, sonuncu bununla razılaşıb onları Nabran istiqamətində aparacağını demişdir. Həmin yerə çatdıqda sürücü maşını saxlamış və onlar maşından düşmüşlər. Avtomaşından düşdükdən sonra isə “Google Map” proqramı vasitəsilə Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədindən qanunsuz yolla keçmək üçün irəliləmişlər. Avtomaşından düşüb təxminən 3-4 saat piyada hərəkət etdikdən sonra qarşılarına tikanlı məftillərdən ibarət çəpər çıxmış, həmin çəpərin tikanlı məftillərini aralayıb keçərək dövlət sərhədindən qanunsuz yolla hərəkət etmək üçün təxminən 2-3 dəqiqə irəlilədikləri zaman, 4 oktyabr 2024-cü il tarixdə, saat 9 radələrində sərhədçilər tərəfindən saxlanılmışlar. Saxlanıldıqdan sonra hər şeyi səmimi olaraq etiraf etməklə Rusiya Federasiyasında işləmək məqsədilə dövlət sərhədindən qanunsuz yolla keçib Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində getmək istədiklərini bildirmişlər. İşləmək üçün Rusiya Federasiyasına getmək istəsələr də, viza almaq çətin olduğundan xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyasına qanunsuz yolla keçib getmək istəmişlər. Dövlət sərhədini qanunsuz olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd etmələrində onlara hansısa bir şəxs köməklik etməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, törətdiyi əməldən çox peşmandır. Vətəndaşı olduğu ölkədə maddi vəziyyəti ağırdır, o, ali təhsillidir, Azərbaycan Respublikasına da iş axtarmaq üçün gəlmişdir. Həmçinin bildirdi ki, onlar dövlət sərhədini qanunsuz olaraq keçmək istəyərkən səhər saatları olmuşdur. Həmin vaxt, yəni saxlanılanadək onlar ətrafda sərhədçi əsgərləri görməmişlər. Onlar tikanlı məftilləri aralayaraq keçmək istəmişlər, lakin saxlanıldıqlarından bunu edə bilməmişlər. O, məhkəmədən bağışlanmasını xahiş edir. Onun ölkəsində maddi vəziyyəti çox ağır olmuş, onun valideynləri işləmir, o, ailəsinin yeganə övladıdır, o, bu yaşınadək təhsillə məşğul olmuş, hazırda da çalışmışdır ki, özünə iş tapsın. Etdiyi əməldən çox peşmandır, o, bu cinayət əməlini iş tapmaq səbəbindən törətmişdir, bundan başqa, o, Azərbaycan Respublikasının qanunlarını bilməmişdir. Təqsirləndirilən şəxs2 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, 2000-ci ildə X5 Respublikasının Haraş şəhərində anadan olmuşdur. X5 Respublikasında özünə iş tapmaqda çətinlik çəkdiyindən işləmək üçün Azərbaycan Respublikasına gəlmək qərarına gəlmişdir. Bunun üçün də xx.xx.2024-cü il tarixdə “İstanbul-Bakı” aviareysi ilə Azərbaycan Respublikasına rəsmi qaydada gəlib, adını xatırlamadığı bir hosteldə qalmaqla burada özünə iş axtarsa da, çətinlik çəkmişdir. Beləliklə də, özünə iş axtardığı vaxtda, saxlanılmasından təxminən 3-4 gün əvvəl Bakı şəhərində olan, adını bilmədiyi parklardan birində mobil telefonla danışan bir nəfər əvvəllər tanımadığı, əlcəzairli şəxsi görüb ona yaxınlaşıb X5 Respublikası vətəndaşı olub-olmadığını maraqlanmışdır. Həmin vaxt qeyd olunan şəxs ona həmin ölkənin vətəndaşı olduğunu bildirdikdə o, sonuncuya özünün də həmin ölkədən olduğunu və Azərbaycan Respublikasına işləmək üçün gəldiyini, lakin iş tapa bilmədiyini demişdir. Bundan sonra həmin şəxslə bir qədər də söhbətləşdikdə onun adının Təqsirləndirilən şəxs1 olduğu, X5 Respublikasında özünün yaşadığı şəhərin yaxınlığında qaldığı ona məlum olmuşdur. Beləliklə də, Təqsirləndirilən şəxs1la bir-birilərinə danışmaq üçün mobil nömrələrini verməklə birbirilərindən aralanıb hərəsi öz qaldıqları hostelə getmişlər. Təqsirləndirilən şəxs1la telefonla danışdıqları zaman fikirləşmişlər ki, Azərbaycan Respublikasından iş tapa bilmədiklərindən işləmək üçün Rusiya Federasiyasına getsinlər. Çünki eşitmişlər ki, həmçinin də mobil telefonla iş axtardıqları zaman onlara məlum olmuşdur ki, Rusiya Federasiyasında işləmək üçün iş yeri çoxdur. Lakin Rusiya Federasiyasına qanuni yolla gedə bilmək üçün viza ala bilmədiklərindən həmin ölkəyə dövlət sərhədindən qanunsuz yolla keçmək istəmişlər. Bunun üçün də “Google map” proqramı vasitəsilə Rusiya Federasiyasına qanunsuz yolla getmək üçün yol axtarmışlar. Bu məqsədlə də 3 oktyabr 2024-cü il tarixdə, saat 19 radələrində Bakı Beynəlxalq Avtovağzalından avtobusla Xudat şəhərinə yola düşmüşlər. 3 oktyabr 2024-cü il tarixdə, saat 23 radələrində Xudat şəhərinə çatıb avtovağzalda gecəni oturacaqlarda uzanmaqla keçirmişlər. Səhər saatlarında, 4 oktyabr 2024-cü il tarixdə, saat 5 radələrində oradakı taksi sürücülərindən birindən onları Nabran istiqamətində aparmasını xahiş etdikdə, sonuncu bunun üçün onlardan 10 manat pul istəmiş, onlar isə taksi sürücüsünə 7 manat pullarının olduğunu bildirdikdə, sonuncu bununla razılaşıb onları Nabran istiqamətində aparacağını demişdir. Həmin yerə çatdıqda sürücü maşını saxlamış və onlar maşından düşmüşlər. Avtomaşından düşdükdən sonra isə “Google Map” proqramı vasitəsilə Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədindən qanunsuz yolla keçmək üçün irəliləmişlər. Avtomaşından düşüb təxminən 3-4 saat piyada hərəkət etdikdən sonra qarşılarına tikanlı məftillərdən ibarət çəpər çıxdıqda həmin çəpərin tikanlı məftillərini aralayıb keçməklə dövlət sərhədindən qanunsuz yolla hərəkət etmək üçün təxminən 2-3 dəqiqə irəlilədikləri zaman, 4 oktyabr 2024-cü il tarixdə, saat 9 radələrində sərhədçilər tərəfindən saxlanılmışlar. Saxlanıldıqdan sonra hər şeyi səmimi olaraq etiraf etməklə Rusiya Federasiyasında işləmək məqsədilə dövlət sərhədindən qanunsuz yolla keçib Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində getmək istədiklərini bildirmişlər. İşləmək üçün Rusiya Federasiyasına getmək istəsələr də, viza almaq çətin olduğundan xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyasına qanunsuz yolla keçib getmək istəmişlər. Dövlət sərhədini qanunsuz olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətdə keçməyə cəhd etmələrində onlara hansısa bir şəxs köməklik etməmişdir. Məhkəmə istintaqı zamanı şahid DSX-nin N nömrəli hərbi hissənin 1-ci sərhəd zastavasının hərbi qulluqçusu, əsgər Şahid1 ifadəsində göstərdi ki, o, əsgər Şahid2 ilə sərhəd naryadında olarkən səhər saatlarında iş üzrə təqsirləndirilən şəxslərin mühəndis texniki çəpəri keçib təxminən 10-15 metr irəlilədiklərini görmüşlər və iş üzrə təqsirləndirilən şəxsləri saxlamışlar. Onlar iş üzrə təqsirləndirilən şəxsləri saxlayarkən sonuncular tərəfindən onlara qarşı müqavimət göstərməmişlər. Məhkəmə istintaqı zamanı şahid DSX-nin N nömrəli hərbi hissənin 1-ci sərhəd zastavasının hərbi qulluqçusu, əsgər Şahid2 ifadəsində göstərdi ki, o, əsgər Şahid1la sərhəd naryadında olarkən xx.xx.2024-cü il tarixdə, səhər saatlarında iş üzrə təqsirləndirilən şəxsləri mühəndis texniki çəpərindən təxminən 10-15 metr irəlidə görərək “Dayan!” komandası verərək saxlamışlar. Həmçinin bildirdi ki, onlar iş üzrə təqsirləndirilən şəxslərə “Dayan!” komandası vermişlər, bu zaman sonuncular onları görmüşlər, lakin dayanmamışlar və bir qədər qaçaraq getmişlər, onlar isə təqsirləndirilənləri saxlamışlar. Onlar iş üzrə təqsirləndirilən şəxsləri dayandırdıqları yerdə saxlamışlar, məruzə etdikdən sonra rəisləri təqsirləndirilən şəxsləri saxladıqları yerə gəlmişlər. Şahid1 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, 4 oktyabr 2024-cü il tarixdə, saat 07:30-dan saat 11:30-dək N nömrəli hərbi hissənin 1-ci sərhəd zastavasının 1-31/23-25-ci sahələrinə sərhəd naryadının üzvü əsgər Şahid2 ilə birlikdə “X6 Gözətçisi” sərhəd naryadına təyin edilmişlər. Xidmətdə olduqları zaman 4 oktyabr 2024-cü il tarixdə, saat 9 radələrində 23-cü sahə istiqamətində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində iki nəfər naməlum şəxsin hərəkətini müşahidə edib həmin şəxslərin hərəkətlərini müşahidədə saxladıqları zaman onların mühəndis texniki çəpəri keçib dövlət sərhəd xətti istiqamətində irəlilədiklərini görmüşlər. Bundan sonra dövlət sərhədini qanunsuz yolla keçmək istəyən şəxslərin saxlanılmaları üçün tərəflərindən “Dayan!” çağırış komandası verilmiş və həmin şəxslər 1-ci sərhəd zastavasının 23-cü sahəsində, 128 nömrəli sərhəd nişanından 60 metr solda, dövlət sərhəd xəttindən 250 metr aralıda, maneə çəpərindən təxminən 20 metr içəridə saxlanılmışdır. Həmin şəxslər tərəflərindən saxlanıldıqdan sonra bu barədə aidiyyəti üzrə məruzə etmişlər. Qeyd olunan şəxsləri saxladıqdan sonra aydın olmuşdur ki, tərəflərindən saxlanılmış, dövlət sərhədini Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçmək istəyən şəxslər X5 Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur. Şahid2 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 04 oktyabr 2024-cü il tarixli “Şəxsi axtarış, fiziki şəxsdə olan əşyaları yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında” protokoldan müəyyən edilir ki, şəxsi axtarış zamanı inzibati qaydada tutulan Təqsirləndirilən şəxs1 üzərində ona məxsus - 01 ədəd “Samsung” markalı smartfon və 01 ədəd “Samsung” markalı sadə mobil telefon, 01 ədəd bel çantası, geyim dəstləri, pasport, şəxsiyyət və sürücülük vəsiqəsi aşkar edilmişdir. İş materiallarında olan 04 oktyabr 2024-cü il tarixli “Şəxsi axtarış, fiziki şəxsdə olan əşyaları yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında” protokoldan müəyyən edilir ki, şəxsi axtarış zamanı inzibati qaydada tutulan Təqsirləndirilən şəxs2 üzərində ona məxsus əl çantası, geyim dəstləri, müxtəlif ölkələrin metal pulları, “Oppo” markalı mobil telefon və aksessuar, 01 ədəd parfum, 01 ədəd günəş eynəyi, xarici pasport aşkar edilmişdir. İş materiallarında olan 04 oktyabr 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 04 oktyabr 2024-cü il tarixdə dövlət sərhədini qanunsuz yolla Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd etdiyi ərazi N nömrəli hərbi hissənin Xaçmaz rayonu, Samurçay kəndi ərazisində yerləşən 1-ci sərhəd zastavasının 23-cü sahəsi olmuşdur. Qeyd olunan yer 128 nömrəli sərhəd nişanından 60 metr sola, dövlət sərhəd xəttindən təxminən 250 metr aralı, maneə çəpərindən təxminən 20 metr içəridə yerləşir. Həmin nöqtədən sağ tərəfə qonşu 2-ci sərhəd zastavasına torpaq yol uzanır. Ərazi hər tərəfdən ağaclıqla əhatə olunmuşdur. Müqabil tərəfdə Rusiya Federasiyası Dağıstan Respublikasının Primorski qəsəbəsi yerləşir. İş materiallarında olan dövlət sərhədindən giriş-çıxışa dair İAMAS məlumatından müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə dövlət sərhədindən rəsmi qaydada hərəkət etməklə “İstanbul-Bakı” aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəlmiş, Təqsirləndirilən şəxs1 isə xx.xx.2024-cü il tarixdə dövlət sərhədindən rəsmi qaydada hərəkət etməklə “Dubay-Bakı" aviareysi ilə X3 Azərbaycan Respublikasına gəlmiş, xx.xx.2024- cü il tarixdə “Mazımqara” DSBM-dən keçməklə rəsmi qaydada Azərbaycan Respublikasından Gürcüstana getmək istəyən zaman müqabil ölkə qəbul etmədiyi üçün Azərbaycan Respublikasına geri qaytarılmışdır. İş materiallarında olan pasportlardan müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 X5 Respublikasının vətəndaşıdır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını və iş materiallarında olan digər sənədləri sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxslərin törətdikləri əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının dövlət sərhədi haqqında 9 dekabr 1991-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Həmin Qanunun 12-ci maddəsinə görə, Azərbaycan Respublikasının dövlət sərhədini keçən şəxsləri Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququ barəsində etibarlı sənədlər əsasında sərhəd mühafizə orqanları buraxır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə həmin Məcəllənin 318.2-ci maddəsinin tərkibini yaradır. Bu cinayətin obyekti Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində dövlət idarəçiliyinin əsasları və dövlət sərhədi rejimidir. Bu cinayət obyektiv cəhətdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmədə ifadə olunur. Nəzarət-buraxılış məntəqələri dedikdə, dəmir yol vağzalının, avtovağzalın, dəniz və çay limanlarının, aeroport və aerodromların hüdudlarındakı müəyyən ərazilər, həmçinin sərhəd və digər növ yoxlamaların aparıldığı xüsusi təchiz olunmuş yerlər nəzərdə tutulur. Belə məntəqələrdən kənarda dövlət sərhədini keçmə qadağandır və Cinayət Məcəlləsinin 318-ci maddəsinin tərkibini yaradır. Bu cinayət formal tərkiblidir və Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən olunmuş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə anından cinayət başa çatmış sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Cinayət etməyə cəhdin qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunan obyektiv əlamətinin mənasına görə qəsdin kəsilməsi, başa çatmaması şəxsin öz təşəbbüsü ilə cinayəti başa çaldırmaqdan imtina etməyə dair daxilən qəbul etdiyi qərarla bağlı olmur. Qəsdin qarşısını alan, onu başa çatdırmağa imkan verməyən amillər meydana gəlir. Qəsdi dayandıran bələ amillər şəxsin iradəsindən asılı olmayaraq yaranır. Törədilən hərəkətin (hərəkətsizliyin) xarakterinə va baş verməsi gözlənilən kriminal nəticəyə yaxınlığına görə cinayətə cəhdin iki növü fərqləndirilir: cinayətə bitməmiş cəhd və cinayətə bitmiş cəhd. Cinayətə bitməmiş cəhddə cinayəti başa çatdırmaq üçün şəxs zəruri saydığı əməlin müəyyən hissəsini yerinə yetirə bilmir və buna görə də cinayət başa çatmır. Cinayət etməyə cəhdin bu növü hərəkətin tamamlanmaması ilə, cinayətin obyektiv cəhətinin qismən icrası ilə fərqlənir. Şəxsin şüurunda cinayətin başa çatması üçün obyektiv olaraq tələb olunan, lakin onun tərəfindən tamamilə edilə bilməyən konkret hərəkətlər əks olunur Cinayətin başa çatdırılmaması şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən baş verir. Cinayətə cəhdin bitmiş növü başa çatan cinayətdən onunla fərqlənir ki, cinayətə cəhdin bu növü törədilərkən, başa çatmış cinayətdən fərqli olaraq, arzu olunan nəticə baş vermir (“maddi cinayətlərdə”), yaxud da burada cinayətin obyektiv cəhətini yaradan əməlin axıra qədər edilməsi mümkün olmur (“formal cinayətlərdə”). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə təqsirli bilinərək, barələrində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamələrdən müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqları yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə Təqsirləndirilən şəxs1 münasibətdə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını, cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 318.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin, qeyd olunanları nəzərə almaqla, iş üzrə Təqsirləndirilən şəxs2 münasibətdə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını, cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 318.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzaların çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, təqsirləndirilən şəxslərin cəzadan azad edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, onlar təyin ediləcək cəzanı çəkməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 04 oktyabr 2024-cü il tarixli protokoldan, “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 05 oktyabr 2024-cü il tarixli protokoldan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli 4(009)-534/2024 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 04 oktyabr 2024-cü il tarixdən hesablanmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. “Sərhəd mühafizə orqanları haqqında” 6 yanvar 1994-cü il tarixli Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, sərhəd mühafizə orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının inzibati qanunvericiliyi ilə nəzərdə tutulmuş səlahiyyətlər həddində Dövlət sərhəd rejiminə, sərhədboyu rejimə (o cümlədən sərhəd sularında) və Dövlət sərhədinin buraxılış məntəqələrindəki rejimə qəsd edən inzibati xətalar barədə işlər üzrə icraatı həyata keçirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 21-ci bəndində göstərilir ki, hərbi qulluqçuların cinayət törətmələri ilə əlaqədar hauptvaxtda olduqları müddət məhkəmə tərəfindən hökm çıxarılarkən cəza müddətinə hesablanır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 1991-ci il 25 dekabr tarixli Qanununun 8-ci maddəsinin 2-ci bəndinə və 30-cu maddəsinə əsasən intizam qaydasında həbs edilən, həmçinin “Sərhəd Qoşunları haqqında” Azərbaycan Respublikasının 1994-cü il 6 yanvar tarixli Qanununun 5-ci maddəsinə əsasən inzibati qaydada saxlanılan şəxslər həmin əməllərə görə sonradan cinayət məsuliyyətinə cəlb edildikdə də eyni qayda tətbiq olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 04 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 04 oktyabr 2024-cü il tarixli protokoldan, “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 05 oktyabr 2024-cü il tarixli protokoldan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli 4(009)-533/2024 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 04 oktyabr 2024-cü il tarixdən hesablanmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 04 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. İş materiallarında olan iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus pasportlardan müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxslər X5 Respublikasının vətəndaşlarıdırlar. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxslər əcnəbi vətəndaş olduğundan onların barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 əcnəbi vətəndaş olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını, həmçinin öz ölkəsində siyasi təqibə məruz qalmadığını, heç bir işgəncəyə və təqibə məruz qalmayacağını bildirməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 əcnəbi vətəndaş olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını, həmçinin öz ölkəsində siyasi təqibə məruz qalmadığını, heç bir işgəncəyə və təqibə məruz qalmayacağını bildirməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli axtarış protokollarından, xx.xx.2024-cü il tarixli məktubdan, həmçinin iş materiallarına əlavə edilmiş zərfdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saxlanılarkən üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Samsung Galaxy A9” markalı mobil telefon, 01 ədəd “Samsung Duos” markalı mobil telefon, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd dırnaqtutan və 01 ədəd naqqaş, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saxlanılarkən üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Oppo” markalı mobil telefon, müxtəlif ölkələrin metal qəpik pulları, 01 ədəd parfum, 01 ədəd günəş eynəyi, 01 ədəd üzərində “Hublot” yazısı olan qol saatı, 01 ədəd bilərzik, 01 ədəd üzük, 01 ədəd boyunbağı, 02 ədəd USB başlığı, 02 ədəd USB şnuru, 02 ədəd qulaqcıq və 01 ədəd dırnaqtutan iş üzrə təqsirləndirilən şəxslərin özlərinə qaytarılması məsələsinə baxılması üçün onların həbsdə saxlanıldığı Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 oktyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilərək, Təqsirləndirilən şəxs1 əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 oktyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilərək, Təqsirləndirilən şəxs2 əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. İş üzrə maddi sübutun, mülki iddianın, ekspertiza xərcinin olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi (həbsdə olan şəxsə isə hökm təqdim olunduğu) andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №1(067)-203/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-203/2024
17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver