Məhkəmə qərarları › İş №1(067)-208/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-208/2025

25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-208/2025 25.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Ağazadə Nərmin Calal qızının sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa olmayan vaxtda və mənbədən qanunsuz olaraq qəsdən əldə etdiyi xeyli miqdarda narkotik vasitə marixuananı üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 30 iyun 2025-ci il tarixdə, saat 22:12-22:38 müddətində ünvan 3 ünvanının qarşısında yaxalanıb üstünün yoxlanılması zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd kibrit qutusunda 6,179 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, gecə saatlarında dostunun yaşadığı küçədən keçərkən orada dayanaraq dostu ilə söhbət etmiş, təxminən iki dəqiqə sonra polis əməkdaşları onlara yaxınlaşmışlar. Lakin dostu ilə üzərilərində narkotik vasitə olması barədə bir-birilərindən xəbərsiz olmuşlar. Həmçinin o, ev şəraitində narkotikə qarşı müalicə alır və artıq narkotikdən istifadə etmir. Əvvəllər isə uzun zaman narkotikdən istifadə etməsinə baxmayaraq ildə, ayda bir dəfə istifadə etmişdir. İstifadə etmiş narkotik vasitələri isə əvvəllər dost-tanışından pulsuz əldə etmişdir. Həmin narkotik vasitəni isə poçtun yerləşdiyi istiqamətdən tapmışdır. O, etdiyi əməldən peşmandır və barəsində həbslə əlaqədar olmayan, yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşıması barədə məhkəmə istintaqında verdiyi ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə şahidlərin ifadələrini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə heç bir ədavətı və ya düşmənçiliyi yoxdur. Belə ki, Şahid5 barəsində narkotik vasitələrin üzərində gəzdirməsi, daşıması barədə Xaçmaz rayon Polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında əməliyyat tədbirləri görülmüş, Şahid5 evinin yanında olması müəyyən edilmişdir. Onlar Şahid5 yaxınlaşdıqları zaman sonuncunun yanında Şahid6 və Təqsirləndirilən şəxs olduğunu da müəyyən etmişlər. Onlar Şahid5 narkotik vasitələrin istifadəsi və üzərində daşıması barədə daxil olmuş məlumat əsasında üzərilərinə şəxsi axtarış keçirmələri barədə məlumat vermişlər. Şəxsi axtarış zamanı əvvəl Şahid5 üzərindən bir ədəd kibrit qutusunun içərisində qurudulmuş marixuanaya bənzər kütlənin olmasını aşkar edib götürmüş, daha sonra tərəflərindən Təqsirləndirilən şəxs və Şahid6 üzərilərinə də şəxsi axtarış keçirilmiş və hərəsindən bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Şahid3 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla eyni küçədə yaşayır, lakin Şahid6 isə sinif yoldaşıdır. O, adıçəkilən şəxslərlə dayanıb söhbət edən zaman polis əməkdaşları onlara yaxınlaşıb üzərilərində narkotik vasitə olması barədə məlumat vermişlər. O, üzərində narkotik vasitənin olmasını etiraf etrmişdir. Lakin Təqsirləndirilən şəxs və Şahid6 üzərində narkotik vasitə olmasından xəbərsiz olmuş, sonradan polis əməkdaşları tərəfindən verilən məlumat əsasında xəbərdar olmuşdur. Təqsirləndirilən şəxsin üzərində hansı narkotik vasitənin müəyyən edilməsini isə görməmişdir. Lakin ittiham aktına əsasən marixuana aşkar edilməsi barədə məlumatı olmuşdur. Həmçinin həmin şəxslər də onun üzərində narkotik vasitə olması barədə polis əməkdaşları onlara yaxınlaşıb üzərilərinə şəxsi axtarış keçirilənədək xəbərsiz olmuşlar. O, üzərində aşkar edilmiş narkotik vasitə olan marixuananı tapmışdır. Narkotik vasitədən çoxdan istifadə etmiş, hazırda isə istifadə etmir və narkotik vasitə barədə məlumatı olduğu halda üzərində saxladığı üçün peşmandır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən müəyyən edilir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid5 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə şöbəyə daxil olmuş əməliyyat məlumatı raport yazılaraq rəhbərliyə məruzə olunmuş, Şahid5 qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və bu qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əmrə əsasən əməliyyat tədbirlərinin keçirilməsindən ötrü Xaçmaz RPŞ-nin Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 rəhbərliyi altında Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis mayoru Şahid3, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Şahid5 olduğu yeri müəyyən etdikdən sonra 30 iyun 2025-ci il tarixdə, saat 22 radələrində yaşadığı ünvan 3 ünvanının qarşısında müşahidəyə götürüb və Cavidin həmin ünvanın qarşısında üç nəfər şəxslə dayanıb söhbət etdiyini görmüşlər. Şahid4 tərəfindən mobil telefon vasitəsilə videoçəkiliş aparmaqla əməliyyat qrupu dərhal Şahid5 yaxınlaşıb, özlərini təqdim edərək narkotik vasitələri qanunsuz olaraq əldə etməkdə və daşımaqda şübhəli olduğunu bildirmişlər. Həmin vaxt Şahid5 yanında olan iki nəfər şəxsin Xaçmaz şəhər sakinləri X10, Şahid6 olması məlum olmuşdur. Şahid6 və Təqsirləndirilən şəxs bildirmişlər ki, Şahid5 müvafiq olaraq sinif yoldaşı və məhlə uşağıdır. Təqsirləndirilən şəxs, Şahid6 da hərəkətləri onlarda şübhə yaratdığından həmin şəxslərə də həmin yerdə dayanmalarını bildirərək hərəkətlərini nəzarətdə saxlamışlar ki, üzərilərində qanunla qadağan olunan əşyalar olduğu təqdirdə onları kənarlaşdıra bilməsinlər. Şahid1 tərəfindən Şahid5 hüquqları izah olunmuş və üzərində narkotik vasitə və ya qanunla qadağan olunan əşya varsa, təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Şahid5 əynindəki sarı rəngli şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunu təqdim etmiş və bildirmişdir ki, içərisində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuanadır, taparaq əldə etmiş və öz istifadəsi üçün üzərində saxlamışdır. Şahid1 tərəfindən Şahid5 təqdim etdiyi kibrit qutusuna açılıb baxıldıqda, içərisində narkotik vasitə qurudulmuş marixuana olan bitki kütləsi aşkar edilmişdir. Şahid1 tərəfindən həmin kibrit qutusu elektron tərəzidə çəkilmiş, bu zaman içərisindəki bitki kütləsi ilə birlikdə bükümün çəkisi 9,27 qram olması müəyyən edilmişdir. Şahid5 üzərindən aşkar olunmuş içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd kibrit qutusu Şahid1 tərəfindən bir ədəd ağ rəngli zərfə qoyularaq üzəri möhürlənməklə qablaşdırılmış və zərfin üzəri Şahid5 və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra Şahid1 tərəfindən Şahid5 üzəri yoxlanılan zamanı üzərindən bir ədəd mobil telefon, bir alışqan və özünə məxsus sürücülük vəsiqəsi aşkar edilmişdir. Aşkar olunmuş digər əşyalar əhəmiyyət kəsb etmədiyinə görə Şahid5 özünə qaytarılmışdır. Bundan sonra Şahid6 özünü təqdim etmiş və narkotik istifadəçisi olduğunu bildirmişdir. Şahid1 tərəfindən Şahid6 hal-hazırda üzərində narkotik vasitə varmı soruşulduqda, sonuncu üzərində narkotik vasitə olduğunu bildirərək əynində olan qara rəngli şalvarın sağ arxa cibindən bir ədəd kibrit qutusunu təqdim edərək içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Şahid1 tərəfindən həmin kibrit qutusunun içərisinə baxılan zaman içərisində narkotik väsitə qurudulmuş marixuana olan bitki kütləsinin olması aşkar edilmişdir. Şahid6 həmin narkotik vasitəni taparaq əldə etdiyini, narkotik istifadəçisi olduğu üçün üzərində saxladığını, əvvəllər də narkotik vasitələri qanunsuz saxladığına görə məhkum olunduğunu bildirmişdir. Şahid6 təqdim etdiyi narkotik vasitə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 9,21 qram olması müəyyən olunmuşdur. Şahid6 üzərindən aşkar olunmuş içərisində narkotik vasitə olan kibrit qutusu Şahid1 tərəfindən bir ədəd zərfə qoyulub qablaşdırılmışdır. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olubolmaması soruşulduqda, o üzərində narkotik vasitə olduğunu bildirmişdir. Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşyaları təqdim etməsini bildirmiş və Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit kutusunu çıxarıb təqdim edərək içərisində qurudulmuş marixuana olduğunu, taparaq əldə etdiyini və öz istifadəsi üçün üzərində saxladığını bildirmiş, habelə onun narkotik vasitələri qanunsuz əldə edərək daşımağına görə hal-hazırda azadlığın məhdudlaşrılması cəzasına məhkum edildiyini və üzərində elektron qolbağ olduğunu bildirmişdir. Şahid1 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 9,23 qram olması müəyyən edilmişdir. Həmin kibrit qutusu Şahid1 tərəfindən bir ədəd zərfdə qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən bir ədəd mobil telefon aşkar olunmuş və əhəmiyyət kəsb etmədiyi üçün onun özünə qaytarılmışdır. Baxış əvvəldən axıra kimi Şahid4 tərəfindən videoçəkiliş vasitəsi ilə qeydə alınmış və görüntülərin köçürüldüyü 01 ədəd disk protokola əlavə edilmişdir. Baxış yekunlaşdıqdan sonra Şahid5, Şahid6 və Təqsirləndirilən şəxs tərəflərindən rayon polis şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Daha sonra Xaçmaz RPŞ-də təhqiqatçı Kamran Zeynalov tərəfindən onların da iştirakları ilə Şahid5 üzərindən aşkar olunaraq qablaşdırılmış marixuana sonuncunun da iştirakı ilə baxış keçirilmişdir. Təhqiqatçı tərəfindən zərf qayçı ilə yan hissədən kəsilərək içərisinə baxılmış və içərisində “01” ədəd kibrit qutusu olması aşkar edilmişdir. Həmin kibrit qutusunun içərisində narkotik vasitə olan marixuan kütləsi olması müəyyən edilmişdir. Həmin marixuana kütləsi qutu ilə birlikdə tərəzidə çəkilmiş və kütlənin qutu ilə birlikdə çəkisinin 9,27 qram olması müəyyən edilmişdir. Şahid5 bildirmişdir ki, təqdim olunan, içərisində narkotik vasitə marixuana kütləsi olan “01” ədəd kibrit qutusu ona məxsusdur və həmin qutunu xx.xx.2025-ci il tarixdə, axşam saatlarında Xaçmaz şəhərində yerləşən Dəmiryol vağzalının yaxınlığında piyada gəzən zaman yerdən tapmış və gələcəkdə özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Təqdim olunan 01 ədəd kibrit qutusunda olan narkotik vasitə olan marixuana iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Daha sonra Şahid6 üzərindən aşkar olunmuş narkotik vasitənin qablaşdırıldığı zərfə təhqiqatçı tərəfindən baxış keçirilmiş və içərisində 01 ədəd kibrit qutusu olması aşkar edilmişdir. Həmin kibrit qutusunun içərisində narkotik vasitə olan marixuana kütləsi olması müəyyən edilmişdir. Həmin marixuana kütləsi qutu ilə birlikdə elektron tərəzidə çəkilmiş və kütlənin qutu ilə birlikdə çəkisinin 9,21 qram olması müəyyən edilmişdir. Şahid6 bildirmişdir ki, həmin narkotik vasitə olan marixuana ona məxsusdur və 2025-ci ilin iyun ayının sonlarında axşam saatlarında Xaçmaz səhərində yerləşən avtovağzalın yaxınlığında piyada gəzən zaman yerdən tapmış və gələcəkdə özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Təqdim olunan “01” ədəd kibrit qutusunda olan narkotik vasitə marixuana kütləsi iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin qabaşaldırıldığı zərfə baxış keçirilmiş və içərisində 31 ədəd kibrit qutusu olması aşkar edilmişdir. Həmin kibrit qutusunun içərisində narkotik vasitə olan marixuana kütləsi olması müəyyən edilmişdir. Həmin marixuana kütləsi qutu ilə birlikdə elektron tərəzidə çəkilmiş və kütlənin qutu ilə birlikdə çəkisinin 9,23 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim olunan narkotik vasitə ona məxsusdur və həmin narkotik vasitəni kibrit qutusunda 2025-ci ilin iyun ayının sonlarında axşam saatlarında Xaçmaz şəhərində mərkəzi poçtun yaxınlığında küçədə piyada gəzən zaman yerdən tapmış və gələcəkdə özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Həmin narkotik vasitə qurudulmuş marixuana iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Bundan başqa təqdim olunan bir ədəd DVD diskə təhqiqatçı tərəfindən baxış keçirilmiş və məlum olmuşdur ki, əməliyyat-axtarış tədbirləri keçirilən zaman həmin proses əvvəldən axıradək fasiləsiz videogörüntüyə alınmışdır. Bu barədə protokol tərtib edildi, Təqsirləndirilən şəxs, Şahid6, Şahid5 və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ifadəsindən müəyyən edilir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid5 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə şöbəyə daxil olmuş əməliyyat məlumatı raport yazılaraq rəhbərliyə məruzə olunmuşdur. Şahid5 qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və bu qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əmrə əsasən əməliyyat tədbirlərinin keçirilməsindən ötrü Xaçmaz RPŞ-nin Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəvəkkili, polis baş leytenantı Şahid1 rəhbərliyi altında Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis mayoru Şahid3, Xaçmaz RPŞ-nin Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Şahid5 olduğu yerini müəyyən etdikdən sonra 30 iyun 2025-ci il tarixdə, saat 22 radələrində yaşadığı ünvan 4 ünvanının qarşısında müşahidəyə götürmüşlər və onun həmin ünvanın qarşısında üç nəfər şəxslə dayanıb söhbət etdiyini görmüşlər. Tərəfindən mobil telefon vasitəsilə videoçəkiliş aparmaqla onlar dərhal Şahid5 yaxınlaşıb, özlərini təqdim edərək onun narkotik vasitələri qanunsuz olaraq əldə etməkdə və daşımaqda şübhəli olduğunu bildirmişlər. Həmin vaxt Şahid5 yanında olan iki nəfər şəxsin Xaçmaz şəhər sakinləri Təqsirləndirilən şəxs, Şahid6 olması məlum olmuşdur. Şahid6 və Təqsirləndirilən şəxs bildirmişlər ki, Şahid5 müvafiq olaraq sinif yoldaşı və məhəllə uşağıdırlar. Təqsirləndirilən şəxs, Şahid6 da srkətləri onlarda şübhə yaratdığından həmin şəxslərə də həmin yerdə dayanmalarını bildirərək hərəkətlərini nəzarətdə saxlamışlar ki, üzərlərində qanunla qadağan olunan əşyalar olduğu təqdirdə onları kənarlaşdıra bilməsinlər. Şahid1 tərəfindən Şahid5 hüquqları izah olunmuş və üzərində narkotik vasitə və ya qanunla qadağan olunan əşya varsa, təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Şahid5 əynindəki sarı rəngli şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunu təqdim etmiş və bildirmişdir ki, içərisində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuanadır, taparaq əldə etmiş və öz istifadəsi üçün üzərində saxlamışdır. Şahid1 tərəfindən Şahid5 təqdim etdiyi kibrit qutusuna açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olan bitki kütləsi aşkar edilmişdir. Şahid1 tərəfindən həmin kibrit qutusu elektron tərəzidə çəkilmiş, bu zaman içərisindəki bitki kütləsi ilə birlikdə bükümün çəkisi 9,27 qram olması müəyyən edilmişdir. Şahid5 tərəfindən aşkar olunmuş içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd kibrit qutusu Şahid1 tərəfindən bir ədəd ağ rəngli zərfə qoyularaq üzəri möhürlənməklə qablaşdırılmış və zərfin üzəri Şahid5 və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra Şahid1 tərəfindən Şahid5 üzəri yoxlanılan zamanı üzərindən bir ədəd mobil telefon, bir alışqan və özünə məxsus sürücülük vəsiqəsi aşkar edilmişdir. Aşkar olunmuş digər əşyalar əhəmiyyət kəsb etmədiyinə görə Şahid5 özünə qaytarılmışdır. Bundan sonra Şahid6 özünü təqdim etmiş və narkotik istifadəçisi olduğunu bildirmişdir. Şahid1 tərəfindən Şahid6 hal-hazırda üzərində narkotik vassitə varmı soruşulduqda, sonuncu üzərində narkotik vasitə olduğunu bildirərək əynində olan qara rəngli şalvarın sağ arxa cibindən bir ədəd kibrit qutusunu təqdim edərək içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Şahid1 tərəfindən həmin kibrit qutusunun içərisinə baxılan zaman içərisində narkotik vasitə qurudulmuş marixuana olan bitki kütləsinin olması aşkar edilmişdir. Şahid6 həmin narkotik vasitəni taparaq əldə etdiyini, narkotik istifadəçisi olduğu üçün üzərində saxladığını, əvəllər də narkotik vasitələri qanunsuz saxladığına görə məhkum olunduğunu bildirmişdir. Şahid6 təqdim etdiyi narkotik vasitə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 9,21 qram olması müəyyən olunmuşdur. Şahid6 üzərindən aşkar olunmuş içərisində narkotik vasitə olan qutusu Şahid1 tərəfindən bir ədəd zərfə qoyulub qablaşdlırılmışdır. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Şahid1 tərəfindən X8 üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulduqda, o üzərində narkotik vasitə olduğunu bildirmişdir. Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərindəki qanunla qadağan olunan əşyaları təqdim edməsini bildirmiş və Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim edərək içərisində qurudulmuş marixuana olduğunu, taparaq əldə etdiyini və öz istifadəsi üçün üzərində saxladığını bildirmiş, habelə onun narkotik vasitələri qanunsuz əldə edərək daşımağına görə hal-hazırda azadlığın məhdudlaşrılması cəzasına məhkum edildiyini və üzərində elektron qolbağ olduğunu bildirmişdir. Şahid1 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 9,23 qram olması müəyyən edilmişdir. Həmin kibrit qutusu Şahid1 tərəfindən bir ədəd zərfdə qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən bir ədəd mobil telefon aşkar olunmuş və əhəmiyyət kəsb etmədiyi üçün onun özünə qaytarılmışdır. Baxış əvvəldən axıra kimi Şahid4 tərəfindən videoçəkiliş vasitəsi ilə qeydə alınmış və görüntülərin köçürüldüyü 01 ədəd disk protokola əlavə edilmişdir. Baxış yekunlaşdıqdan sonra Şahid5, Şahid6 və Təqsirləndirilən şəxs onların tərəfindən rayon polis şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Daha sonra Xaçmaz RPŞ-də təhqiqatçı Kamran Zeynalov tərəfindən onların da iştirakları ilə Şahid5 üzərindən aşkar olunaraq qablaşdırılmış marixuana sonuncunun da iştirakı ilə baxış keçirilmişdir. Təhqiqatçı tərəfindən zərf qayçı ilə yan hissədən kəsilərək içərisinə baxılmış və içərisində “01” ədəd kibrit qutusu olması aşkar edilmişdir. Həmin kibrit qutusunun içərisində narkotik vasitə olan marixuana kütləsi olması müəyyən edilmişdir. Həmin marixuana kütləsi qutu ilə birlikdə tərəzi ilə çəkilmiş və kütlənin qutu ilə birlikdə çəkisinin 9,27 qram olması müəyyən edilmişdir. Şahid5 bildirmişdir ki, təqdim olunan, içərisində narkotik vasitə marixuana kütləsi olan “01” ədəd kibrit qutusu ona məxsusdur və həmin qutunu xx.xx.2025-ci il tarixdə, axşam saatlarında Xaçmaz şəhərində yerləşən Dəmiryol vağzalının yaxınlığında piyada gəzən zaman yerdən tapmış və gələcəkdə özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Təqdim olunan 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuana iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Daha sonra Şahid6 üzərindən aşkar olunmuş narkotik vasitənin qablaşdırıldığı zərfə təhqiqatçı tərəfindən baxış keçirilmiş və içərisində 01 ədəd kibrit qutusu olması aşkar edilmişdir. Həmin kibrit qutusunun içərisində narkotik vasitə olan marixuana kütləsi olması müəyyən edilmişdir. Həmin marixuana kütləsi qutu ilə birlikdə elektron tərəzidə çəkilmiş və kütlənin qutu ilə birlikdə çəkisinin 9,21 qram olması müəyyən edilmişdir. Şahid6 bildirmişdir ki, həmin narkotik vasitə marixuana ona məxsusdur və 2025-ci ilin iyun ayının sonlarında axşam saatlarında Xaçmaz şəhərində yerləşən, avtovağzalın yaxınlığında piyada gəzən zaman yerdən tapmış və gələcəkdə özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Təqdim olunan “01” ədəd kibrit qutusunda olan narkotik vasitə marixuana kütləsi iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin qablaşdırıldığı zərfə baxış keçirilmiş və içərisində 01 ədəd kibrit qutusu olması aşkar edilmişdir. Həmin kibrit qutusunun içərisində narkotik vasitə olan marixuana kütləsi olması müəyyən edilmişdir. Həmin marixuana kütləsi qutu ilə birlikdə elektron tərəzidə çəkilmiş və kütlənin qutu ilə birlikdə çəkisinin 9,23 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim olunan narkotik vasitə ona məxsusdur və həmin narkotik vasitəni kibrit qutusunda 2025-ci ilin iyun ayının sonlarında axşam saatlarında Xaçmaz şəhərində mərkəzi poçtun yaxınlığında küçədə piyada gəzən zaman yerdən tapmış və gələcəkdə özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Həmin narkotik vasitə qurudulmuş marixuana iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Bundan başqa təqdim olunan bir ədəd DVD diskə təhqiqatçı tərəfindən baxış keçirilmiş və məlum olmuşdur ki, əməliyyat-axtarış tədbirləri keçirilən zaman həmin proses əvvəldən axıradək fasiləsiz videogörüntüyə alınmışdır. Bu barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs, Şahid6, Şahid5 və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid6 ifadəsindən müəyyən edilir ki, ünvan 5 ünvanında ailəsilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olub dolanışığını təmin edir. Təxminən 2018-ci il tarixdən narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. 2025-ci ilin iyun ayının sonlarında axşam saatlarında Xaçmaz şəhərində yerləşən avtovağzalın yaxınlığında piyada gəzən zaman yerdən 01 ədəd kibrit qutusu tapmış və içərisinə baxdıqda həmin kibrit qutusunda olan kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını görmüşdür. Həmin narkotik vasitədən daha sonra istifadə etmək məqsədilə həmin kibrit qutusunu əynində olan şalvarın cibinə qoymuşdur. xx.xx.2025-ci il tarixdə axşam saatlarında Xaçmaz şəhəri V.Xəlilov küçəsində gəzən zaman Şahid5 ilə rastlaşmış, Cavidlə salamlaşmış və yaşadığı evin həyətinə keçib su içib çıxmışdır. Küçədə söhbət edərkən Camalın da onların yanma gəldiyini və onlarla salamlaşıb söhbət etməyə başladığını bildirmişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 22 radələrində Cavidin yaşadığı evin qarşı tərəfində küçədə Cavid və Camal ilə söhbət edən zaman dörd nəfər mülki geyimli şəxsin onlara yaxınlaşaraq öz xidməti vəsiqələrini təqdim edərək Xaçmaz RPŞ-nin əməkdaşları olmalarını qeyd etmiş və bildirmişdilər ki, Cavid narkotik vasitələri qanunsuz olaraq əldə etmə, saxlama və daşımaqda şübhəli bilinir. Bu zaman Cavidə üzərində qanunla qadağa olunmuş əşya və ya predmet olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməyini bildirmişlər. Cavid 01 ədəd kibrit qutusunu çıxararaq polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşlarından birinin videoçəkiliş aparmışdır. Polislər kibrit qutusuna baxış keçirmiş və içərisində narkotik vasitə olan qurudulmuş marixuana kütləsini aşkar etmişlər. Bundan sonra həmin kibrit qutusunu içərisində olan qurudulmuş marixuana kütləsi ilə birlikdə elektron tərəzidə ölçdükdən sonra möhürləyərək qablaşdırıb götürmüşdürlər. Caviddən üzərindən aşkar olunmuş kibrit qutusunda olan kütləni haradan və hansı məqsədlə əldə etdiyini soruşduqda Cavid həmin kibrit qutusunu taparaq və istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Cavidin üzərinə baxıldıqdan sonra ondan üzərində hər hansı qanunla qadağan edilmiş əşya olub olmaması soruşulmuş, əgər varsa təqdim etməyi təklif etmişlər. O da üzərində kibrit qutusunda narkotik vasitə olmasını demiş və əynində olan şalvarın arxa sağ cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim edərək içərisində narkotik vasitə olmasını və həmin qutunu yaxın vaxtlarda tapdığını bildirmişdir. Bundan sonra həmin kibrit qutusu içərisində olan kütlə ilə birlikdə elektron tərəzidə ölçülmüş və möhürlənərək qablaşdırıb götürülmüşdür. Daha sonra həmin polis əməkdaşlarının Camaldan üzərində hər hansı qanunla qadağan edilmiş əşya olub olmamasını soruşmuş, əgər varsa təqdim etməsini təklif etmişlər. Camal da üzərində kibrit qutusunda narkotik vasitə olmasını demiş və əynində olan şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim edərək içərisində narkotik vasitə olmasını və həmin qutunu yaxın vaxtlarda Xaçmaz şəhərində mərkəzi poçtun yaxınlığından tapdığını bildirmişdir. Bundan sonra həmin kibrit qutusunun içərisində olan kütlə lə birlikdə elektron tərəzidə ölçmüş və möhürləyərək qablaşdırıb götürülmüşdür. Baxış bitdikdən sonra onları Xaçmaz RPŞ-yə gətirmişlər. Təhqiqatçı tərəfindən həmin kibrit qutularına baxış keçirildikdən sonra təkrar olaraq möhürləyərək qablaşdırıb götürülmüşdür. Bundan sonra ona təhqiqatçı tərəfindən hüquqları izah olunmaqla müdafiəçi təqdim olunmuş və o, müdafiəçinin ştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Əlavə olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı taparaq əldə etmişdir və öz istifadəsi üçün üzərində saxlamışdır. O, heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Ona qarşı zorakılıq və ya təzyiq edilməmişdir. O, üzərində olan narkotik vasitə barəsində Camala və Cavidə əvvəldən məlumat verməmiş, həmçinin Camalın və Cavidin üzərində narkotik vasitə olmasından hər hansı məlmatı olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan (cild 01, vərəq 01) müəyyən edilmişdir ki, Xaçmaz rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis mayoru X12 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi başlanmış və icraatına qəbul edilərək istintaqı aparılmışdır. - xx.xx.2025-ci il tarixli “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan (cild 01, vərəq 04) müəyyən edilir ki, Xaçmaz rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən faktla bağlı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” protokoldan (cild 01, vərəq 85) müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 01 iyul 2025-ci il tarixdə, saat 03:40-da Xaçmaz rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyul 2025-ci il tarixli, 20/563 nömrəli ekspert rəyindən (cild 01, vərəq 99) müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan marixuanaya bənzər kütlə...” yazılar və imzalar olan kağız paketdəki, üzərində eyni yazılar və imzalar olan digər kağız paketdə, 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,179 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuanadan tədqiqata 0,2 qram sərf edildikdən sonra, 6,159 qram qalıq qalmışdır. - xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 151) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olunmuşdur. - xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsin tutulmadan azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərardan və “İltizam”dan (cild 01, vərəq 176-178) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - xx.xx.2025-ci il tarixli “Maddi sübut kimi tanıma haqqında” (cild 01, vərəq 194) və 20 may 2025-ci il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan (cild 02, vərəq 62) müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 6,179 qram olan narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut hesab edilmiş və narkotik vasitənin ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,159 qramı saxlanılması üçün Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Şübhəli şəxsin üzərinə keçirilən baxış zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarında saxlanmışdır. - xx.xx.2025-ci il tarixli “Əməliyyat tapşırığı”ndan və məktubdan (cild 01, vərəq 199, 220) müəyyən edilir ki, tapşırıq əsasında bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Şahid6, Şahid5 və X6 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanaları hər biri şəxsi istifadələri üçün əldə edərək üzərlərində saxlamışlar, onların həmin narkotik vasitələri kimdənsə almaları müəyyən edilməmişdir. Şahid6, Şahid5 və X10 narkotik vasitələrin və psixotrop maddələrin aludəçisidirlər. Şahid6, Şahid5 və X6 üzərlərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanaların mənbələrini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa Şahid6, Şahid5 və X6 narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat əldə edilməmişdir. - “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən təqdim edilmiş 28 iyul 2025-ci il tarixli, 18-1-43/2-1114/2025 nömrəli məktubdan (cild 01, vərəq 244) müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada narkomaniya diaqnozu ilə həkim narkoloqun qeydiyyatındadır, lakin həkim psixiatrın qeydiyyatında yoxdur. - Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş “İctimai xasiyyətnamə”dən (cild 01, vərəq 253) müəyyən edilir ki, ünvan 6 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs həmin ünvanda yaşadığı müddət ərzində ailə üzvləri və qonşuları ilə yaxşı münasibətdə olmuşdur. Onun barəsində Xaçmaz şəhər İƏD üzrə Nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. - Xaçmaz Rayon Məhkəməsinin 1(067)-147/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmdən və Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 02, vərəq 17, 29) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin həmin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Ədliyyə Nazirliyi Xaçmaz rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə cəzasının 11 ay 02 gün hissəsi çəkilməmiş qalmışdır. - xx.xx.2025-ci il tarixli “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” qərardan (cild 02, vərəq 38) müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinin yoxlanması zamanı aparılmış videoçəkilişin köçürüldüyü bir ədəd DVD diskə xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxsin və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı yuxarıda qeyd olunanların öz təsdqini tapması müəyyən olunmuşdur. Diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü, Şahid6 və Şahid5 olduğunu bildirərək törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-nin Ambulator X1 xx.xx.2025-ci il tarixli, 4780 nömrəli rəyindən (cild 02, vərəq 58) müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Sumqayıt şəhər ND-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. - xx.xx.2025-ci il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan (cild 02, vərəq 74) müəyyən edilir ki, Xaçmaz rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis mayoru X12 tərəfindən ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi ayrılaraq ayrıca icraata qəbul edilmiş və istintaqı aparılmışdır. - xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan (cild 02, vərəq 77) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilərək ona həmin maddə ilə yeni məzmunda yenidən ittiham elan olunmuşdur. - xx.xx.2026-cı il tarixli “Amnistiya aktının tətbiq edilməsi barədə” qərardan müəyyən edilir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, 8 nömrəli qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə qurudulmuş marixuana xeyli miqdarı təmiz halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkrotik vasitə olan qurudulmuş marisuananın təmiz çəkisi 6,179 qram, yəni xeyli miqdarda olmuşdur. Qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahidlərin ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.1 və 351.2-ci maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır: Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş “İctimai xasiyyətnamə”dən (cild 01, vərəq 253) müəyyən edilir ki, ünvan 6 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs həmin ünvanda yaşadığı müddət ərzində ailə üzvləri və qonşuları ilə yaxşı münasibətdə olmuşdur. Onun barəsində Xaçmaz şəhər İƏD üzrə Nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-nin Ambulator X1 xx.xx.2025-ci il tarixli, 4780 nömrəli rəyindən (cild 02, vərəq 58) müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Sumqayıt şəhər ND-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli “Amnistiya aktının tətbiq edilməsi barədə” qərardan müəyyən edilir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, üzərindən aşkar edilən narkotik vasitənin miqdarının cinayət məsuliyyətinə cəlb etməyə imkan verən aşağı həddə yaxın olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddələrində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzansını yüngülləşdirən hallar olan əməlindən səmimi peşman olmasını, narkotik vasitənin miqdarının aşağı həddə yaxın olmasını, barəsində cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin, cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs tutularaq həbsdə saxlanılma müddəti, yəni cəmi 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı əlavə vəzifələr qoyulmalıdır: -Kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. -Onun davranışına nəzarəti həyata keçirən orqanın nəzarət telefon zənglərinə və ya digər nəzarət siqnallarına cavab vermək. -Onun davranışına nəzarəti həyata keçirən orqana müəyyən edilmiş vaxtda zəng etmək, yaxud şəxsən gəlmək. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ambulator X1 rəyinə əsasən, Opioidlərin və Psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserdə (F19x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 6,159 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarında olan 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 63 (altmış üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN**********, AZ41NABZ013601**********3944, SFİFTBİKCTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə (cəmi 4 gün) hesablanaraq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı əlavə vəzifələr qoyulsun: Kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştiak etməmək; Onun davranışına nəzarəti həyata keçirən orqanın nəzarət telefon zənglərinə və ya digər nəzarət siqnallarına cavab verməmək; Onun davranışına nəzarəti həyata keçirən orqana müəyyən edilmiş vaxtda zəng etmək, yaxud şəxsən gəlmək. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. X7 Sistemindən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserdə (F19x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 6,159 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarında olan 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 63 (altmış üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN**********, AZ41NABZ013601**********3944, SFİFTBİKCTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Nərmin Ağazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar