Məhkəmə qərarları › İş №1(067)-21/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-21/2021

23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-21/2021 23.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi –Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(067)-20/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, həmin hökm üzrə çəkilməmiş 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlığın məhdudlaşdırılması cəzası qalmış, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi məhəllə 5057/68, ev 10, mənzil 28-də qeydiyyatda olan, Xaçmaz şəhəri, Vağzal küçəsi ev 20, mənzil 7-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsiilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,203 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Xaçmaz rayonu ərazisində saxlanılaraq Xaçmaz RPŞ-nə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibinin üst hissəsində olan kiçik cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,202 qram, sol yan cibindən 01 ədəd 1 ml-lik şprisdə təmiz çəkisi 0,001 qram olmaqla, ümumilikdə təmiz çəkisi 0,203 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və sağ cibindən üzərində heroinə məxsus izlər olan şüşə ampula aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Xaçmaz şəhəri, Vağzal küçəsi ev 20, mənzil 7-də arvadı və bir övladı ilə birlikdə yaşayır, fərdi əmək fəaliyyəti ilə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. Son zamanlarda narkotik vasitə istehlak etməyə başlamışdır. xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhərində yerləşən “Şəxsiyyətlər parkı”nda olduğu zaman parkın oturacağının kənarında bir ədəd kağız bükümün olduğunu görmüş və həmin bükümün xüsusi formada büküldüyünü hiss edib götürmüş və açaraq baxmışdır. O,heroin istehlakçısı olduğundan həmin bükümün içərisində olan kütlənin heroin olduğunu bilmişdir. O, ətrafa baxdığı zaman hər hansı bir şəxsi ətrafda görə bilməmiş və həmin narkotik vasitəni şəxsi istehlakı məqsədi ilə yaşadığı evə aparmışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 19 radələrində yaşadığı evin yaxınlığında olduğu zaman Xaçmaz RPŞ-nin əməkdaşları olduqlarını bildiyi şəxslər ona yaxınlaşaraq narkotik vasitə gəzdirməkdə, saxlamaqda şübhəli olduğunu bildirərərk onu saxlamışlar və Xaçmaz RPŞ-nə dəvət etmişlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə getmişdir. Polis şöbəsinin inzibati binasında ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Bundan sonra Xaçmaz rayon vəkil bürosunun vəkili Rəşid Novruzəliyev müdafiəçi qismində dəvət edilmiş, müdafiəçinin, polis əməkdaşlarının iştirakı ilə onun üzərində videoçəkiliş edilməklə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman o, əynindəki şalvarın sağ cibindən içərisində 04 ədəd boş şprisin və heroini istehlak etmək üçün nəzərdə tutulan 01 ədəd şüşə qabın olduğu sellofanı, sağ cibinin üstündə olan kiçik cibdən isə içərisində narkotik vasitə - heroin olan 01 ədəd bükümü çıxararaq stolun üzərinə qoymuşdur. O həmçinin şalvarının sol cibindən yaşıl rəngli sellofan paketin içərisindəki limon turşusunu, içərisində istehlak üçün hazırlanmış heroin olan 01 ədəd şprisi könüllü olaraq masanın üzərinə qoymuşdur. Polis əməkdaşı bükümdə olan kütləyə baxaraq həmin kütlənin nə olduğunu soruşmuş, o, narkotik vasitə olan heroin olduğunu deyərək etiraf etmişdir. Onun üzərində aşkar olunmuş narkotik vasitə və əşyalar qablaşdırılaraq zərflərə qoyulmuş, o və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra isə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, hər hansı etiraz və vəsatət daxil olmamış, protokol onun və iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilən yuxarıda qeyd olunanlar iki ədəd zərfdə qablaşdırılmış, lakin təhqiqatçının nəzərindən yayındığından həmin zərflərdən birinin üzəri imzalanmış və videoçəkilişdayandırılmışdır. Lakin videoçəkilişdayandırıldıqdan sonra həmin üzəri imzalanmamış zərfin üzəri o və iştirakçılar tərəfindən imzalanmışdır. O, hazırkı işlə bağlı polis əməkdaşları tərəfindən saxlanılarkən hüquqları pozulmamış və ona qarşı hər hansı bir qanunsuzluq olmamışdır. O, heç kimə narkotik vasitə satmamışdır, üzərindən aşkar edilmiş narkotik vasitəni özünün istehlakı üçün saxlamışdır. O, bununla ikinci dəfədir ki, cinayət məsuliyyətinə cəlb edilmişdir. Belə ki, bundan əvvəl o, heroin istehlak etmək məqsədi ilə həmin narkotik vasitəni saxladığı üçün cinayət məsuliyyətinə cəlb edilərək Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirmiş, ailəli olduğunun, himayəsində bir azyaşlı uşağının və 63 yaşlı onkoloji yataq xəstəsi olan anasının olduğunun və ailəsinə qazanc aparan yeganə ailə üzvü olmasının nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və saxlaması barədə məlumat daxil olmuşdur. Onun tərəfindən dərhal həmin məlumat PŞ-nin rəhbərliyinə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və CAB-nin əməliyyat müvəkkili Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu üzvləri kimi onların hər birinə hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə onlar təqsirləndirilən şəxsin Xaçmaz şəhəri, Vağzal küçəsində yerləşən yaşadığı evin yaxınlığında olduğunu müəyyən etmiş və həmin yerdə sonuncuya yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda və üzərində saxlamaqda şübhəli olduğunu bildirib Xaçmaz RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. Polis şöbəsində təqsirləndirilən şəxsə hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Bundan sonra videoçəkiliş edilməklə müdafiəçinin, onun və digər polis əməkdaşlarının iştirakı ilə təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin əynində olan cins şalvarın sağ cibindən içərisində 04 ədəd boş şpris, 01 ədəd uc hissəsi sınmış şüşə qab olan sellofan paket, şalvarın sağ yan cibinin yuxarı hissəsində olan kiçik cibdən 01 ədəd bükülü, sol cibindən isə yaşıl rəngli, üstündə “limonnaya kislota” yazılmış, içərisində kristal şəklində kütlə olan sellofan paket və 01 ədəd içərisində qəhvəyi rəngli maye olan şpris aşkar edilmişdir. Təqsirləndirilən şəxsin şalvarının sağ yan cibinin yuxarı hissəsindəki kiçik cibindən aşkar edilmiş bir ədəd bükülünü açdıqda içində toz halında, qəhvəyi rəngli kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan heroin olduğunu, sol cibindən çıxarıb təqdim etdiyi şprisin içindəki mayenin isə şəxsi istehlakı üçün hazırladığı heroin qatılmış maye olduğunu bildirmişdir. Qeyd olunan kütlələr və əşyalar tərəflərindən iki ədəd zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. İştirakçılar tərəfindən zərflərin üzərləri imzalanmışdır. Təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış barədə protokol tərtib edilmiş, hamıya ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs özü də protokolun doğru yazılmasını və qablaşdırılmış zərflərin tamlığını imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid X2 ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz RPŞ-nin TB-nin baş təhqiqatçısı vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilən iş üzrə Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə onun tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş götürülməli olan əşyaları iki ədəd zərfə qoyaraq qablaşdırmışdır. Daha sonra imzaları ilə doğruluğunu təsdiq etdirmələri üçün iştirakçılara həmin götürülmüş əşyalar olan zərflərin üzərlərini imzalatmışdır. Lakin çəkilmiş videogörüntüdə iştirakçıların birinci zərfin üzərini imzalamaları görünsə də, ikinci zərfin üzərini imzalamaları görünmür və o daha sonra şəxsi axtarışı bitmiş elan edir. Videogörüntüdə görünməsə də, şəxsi axtarışın iştirakçıları tərəfindən videoçəkiliş dayandırıldıqdan sonra ikinci zərfin üzəri də imzalanmışdır. Bunu həmin şəxsi axtarışın iştirakçıları da təsdiq edə bilər. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan və həmin axtarışın videoçəkilişinin qeyd olunduğu CD diskə məhkəmə iclasında kompüter vasitəsilə baxış keçirilərək müəyyən edilir ki, qeyd olunan tarixdə müdafiəçinin də iştirakı ilə Xaçmaz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışkeçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ cibindən sellofan paket, sağ yan cibinin yuxarı hissəsindəki kiçik cibdən 01 ədəd bükülü, sol cibindən isə yaşıl rəngli sellofan paket və 01 ədəd içərisində qəhvəyi rəngli maye olan şprisi çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra bir ədəd siqaret qutusu da polis əməkdaşı tərəfindən təqsirləndirilən şəxsin şalvarının cibindən çıxarılaraq masanın üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxsin sağ cibindən çıxan sellofan paketin içərisinə baxıldıqda içərisində 04 ədəd boş şprisin, 01 ədəd uc hissəsi qırılmış şüşə ampul aşkar edilmişdir. Sağ cibindən çıxarıb təqdim etdiyi 01 ədəd kağız bükülü açıldıqda isə içərisində toz şəkilli, qəhvəyi rəngli kütlə aşkar edilmiş, təqsirləndirilən şəxsdən həmin kütlənin nə olduğu soruşulduqda təqsirləndirilən şəxs narkotik vasitə olduğunu etiraf etmişdir. Həmçinin sol cibindən çıxarıb təqdim etdiyi bir ədəd şprisin içərisindəki qəhvəyi rəngli maye barədə soruşulduqda təqsirləndirilən şəxs həmin mayenin şəxsi istehlakı məqsədilə hazırladığı heroin qatışıqlı olduğunu bildirmişdir. Daha sonra qeyd olunan kütlə və əşyalar iki ədəd zərfdə qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/1709№-li rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərlərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş...”əl yazıları və Azərbaycan Respublikası DİN “Zərflər üçün № 58” möhür əksi olan 02 ədəd zərfdən birində 01 ədəd bükümdə təmiz çəkisi 0.202 qram qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 01 ədəd uc hissəsi qırılmış şüşə ampulda heroinə məxsus izlər, 01 ədəd içərisində 0.15 ml həcmdə qəhvəyi rəngli məhlul olan 1 ml-lik şprisdə 0.15 ml həcmdə qəhvəyi rəngli məhlulun tərkibində quru maddəsinin təmiz çəkisi 0.001 qram olan narkotik vasitə - heroin müəyyən edilmişdir. Digər zərfdəki istifadə olunmuş, üzərində “Limonnaya kislota” yazısı olan 01 ədəd paketdəki 35.150 qram çəkidə ağ rəngli kristalşəkilli maddə kütləsi limon turşusudur. Büküm və şprisdə olan heroinin ümumilikdə təmiz çəkisi 0.203 qram təşkil edir; Heroin məhlul formasına salınarkən (şprisdə olan) tərkibində dəyişiklik baş verdiyindən ampuldakı heroin isə müqayisəli tədqiqatların aparılması üçün yetərsiz miqdarda olduğundan eynilik barədə qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. Ekspertiza tədqiqatına bükümdəki 0.202 qram heroindən 0.05 qram sərf edildikdən sonra qalıq 0.152 qram; şprisdəki 0.15 ml heroin məhlulundan 0.08 ml sərf edildikdən sonra qalıq 0.07 ml; 35.150 qram limon turşusundan 0.2 qram sərf edildikdən sonra qalıq 34.950 qram təşkil edir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli “maddi sübut kimi tanımaq haqqında” və xx xxxxxxx 2020-ci il tarixli sübutların qiymədləndirilməsinə dair qərarlardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə - heroinin ekspertiza tədqiqatından sonra qalan 0.152 qram qalığı, içərisində 0.001 qram heroin olan məhlulun ekspertiza tədqiqatından sonra qalan 0.07 ml qalığı, üzərində heroinə məxsus izlər olan 01 ədəd ampula maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin xx xxxxxxxx 2020-ci il tarixli, 2622№-li ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan xx.xx.2020 ci il tarixli “Əməliyyat tapşırığı”ndan və əməliyyat tapşırığına xx.xx.2020-ci il tarixli raportdan müəyyən edilir ki, əməliyyat tapşırığı ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə - heroini kimdən və harada alması, narkotik vasitə satması və digər cinayət əməlinin olması müəyyən edilməmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinə xitam verilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsihaqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsikimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə, narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0.15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı işüzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroinin ümumilikdə xalis çəkisi 0.203 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,203 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Xaçmaz rayonu ərazisində saxlanılaraq Xaçmaz RPŞ-nə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibinin üst hissəsində olan kiçik cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,202 qram, sol yan cibindən 01 ədəd 1 ml-lik şprisdə təmiz çəkisi 0,001 qram olmaqla, ümumilikdə təmiz çəkisi 0,203 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və sağ cibindən üzərində heroinə məxsus izlər olan şüşə ampula aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmdən və Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(067)-20/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 11 (on bir) ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin cavab məktublarından müəyyən olunur ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs barəsində olan Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(067)-20/2020 nömrəli hökmü xx xxxxxx 2020-ci il tarixdə Şöbənin icraatına daxil olmuş və məhkum xx xxxxxx 2020-ci il tarixdə qeydiyyata götürülmüşdür. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixədək cəzasının 11 (on bir) ay 24 gün hissəsini çəkmiş, həmin tarixədək çəkilməmiş 01 (bir) il 05 (beş) gün azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamənin surətlərindən, Xaçmaz rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ailə tərkibi barədə arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində xx.xx.2015-ci il təvəllüdlü bir azyaşlı uşağı var. İş materiallarında olan Xaçmaz rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş ərizədən (xahiş-müraciət) müəyyən edilir ki, təqsirləndirilən şəxsin himayəsində 63 yaşlı anası var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşmançılıq hissi keçirməsini, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının və yaşlı anasının olmasını, ailəsinə qazanc gətirən yeganə ailə üzvü olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs bundan əvvəl azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış və məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. İş materiallarından həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs bundan əvvəl yalnız bir dəfə cinayət məsuliyyətinə cəlb edilməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək (şəxsi istehlak məqsədi ilə 0,233 qram heroin saxlamışdır) azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin barəsində olan cəzanı yüngülləşdirici halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında digər cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi hazırda məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını, bununla yanaşı hazırkı cinayət əməli üzrə üzərindən “0,203” qram, əvvəlki cinayət əməli üzrə isə üzərindən “0,233” qram miqdarında narkotik vasitə - heroin aşkar edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2.Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(067)-20/2020 nömrəli hökmündən və Xaçmaz rayon İcra və Probasiya şöbəsinin məktublarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin hökm ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixədək cəzasının 11 (on bir) ay 24 gün hissəsini çəkmiş, həmin tarixədək çəkilməmiş 01 (bir) il 05 (beş) gün azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Bununla da müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs barəsində olan həmin hökm üzrə hazırkı günədək, yəni xx xxxxxx 2021-ci il tarixədək 11 (on bir) ay 29 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası çəkilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(067)-20/2020 saylı hökmü ilə ona təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cazasının hazırkı günədək çəkilməmiş qalan 11 (on bir) ay 29 gün müddətini hazırkı hökm üzrə ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək ona hökmlərin məcmusu üzrə azadlığın məhdudlaşdırılması növündə qəti cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan, Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 4(067)-138/2020 saylı qərarından və xx.xx.2020-ci il tarixli “başqa yerə getməmək haqqında iltizam”dan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, cəmi 04 (dörd) gün müddət təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin xx xxxxxxxx 2020-ci il tarixli, 2622 №-li ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş 01 ədəd bükümdəki 0.202 qram heroindən 0.05 qram tədqiqata sərf edildikdən sonra qalıq 0.152 qram; şprisdəki 0.15 ml heroin məhlulundan 0.08 ml sərf edildikdən sonra qalıq 0.07 ml təşkil etmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdəki 0.202 qram heroindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 0.152 qramı; şprisdəki 0.15 mlheroin məhlulundan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 0.07 ml-i; üzərində narkotik vasitə - heroinə məxsus izlər olan şüşə ampula Xaçmaz RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılır. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra 0.152 qram narkotik vasitə - heroin; ekspertiza tədqiqatından sonra içərisində heroin qatqılı 0.07 ml həcmdə məhlul olan şprislə birlikdə; üzərində narkotik vasitə - heroinə məxsus izlər olan şüşə ampula hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 qəpik məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(067)-20/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasının hazırkı günədək çəkilməmiş qalan 11 (on bir) ay 29 gün müddəti hazırkı hökm üzrə ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək ona hökmlərin məcmusu üzrə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu müddət, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 gün gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra 0.152 qram narkotik vasitə - heroin; ekspertiza tədqiqatından sonra içərisində heroin qatqılı 0.07 ml həcmdə məhlul olan şprislə birlikdə; üzərində narkotik vasitə - heroinə məxsus izlər olan şüşə ampula hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 qəpik məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar