Məhkəmə qərarları › İş №1(067)-21/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-21/2022

29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-21/2022 29.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxx 1981-ci ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Xaçmaz rayon məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 1(067)-19/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 06 sentyabr 2019-cu-ci il tarixdən 08 sentyabr 2019-cu il tarixədək həbsdə olduğu 02 (iki) gün müddətona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 11 ay (dörd) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2021-ci il tarixli, 1(105)-706/2021 saylı qərarı ilə Xaçmaz rayon məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 1(067)-19/2020 saylı hökmü dəyişdirilərək barəsində «8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 5-ci maddəsi tətbiq edilməklə hökmə əsasən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) il azadılmaqla, üzərində qəti olaraq 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Xaçmaz rayon məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 1(067)-7/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən ona Sumqayıt Apellyasiya Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 1(105)-706/2021 saylı qərarı ilə təyin olunmuş (üzərində qəti olaraq saxlanılmış) 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 07 (yeddi) ay 20 gün müddəti, 02 gün azadlığın məhdudlaşdırılması cəzası 01 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməklə (9 ay 25 gün), Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 02 (iki) il 11 (on bir) ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, həbs olunana qədər ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Xaçmaz rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə 12 avqust 2021-ci il tarixli qərara əsasən barəsində elan edilmiş axtarışda olan zaman təkrar satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi narkotik vasitə metadon həblərini saxlamaqla daşımış, bu fakt 25 avqust 2021-ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsinin X15 əməkdaşları tərəfindən X14 üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli cins şalvarın sağ yan cibinin üstündə yerləşən kiçik ölçülü cibindən tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,02 qram təşkil edən 01 ədəd ½ hissədən ibarət narkotik vasitə metadon həbi, bundan sonra həmin tarixdə etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz 300» markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin salonunda ötürücülər qutusunun yanında yerləşən əşyalar qutusunun içərisindən tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edən 02 ədəd narkotik vasitə metadon həbləri olmaqla ümumilikdə təsiredici maddəsinin miqdarı 0,1 qram təşkil edən 02 ədəd tam və 01 ədəd ½ hissədən ibarət narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, bir neçə ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan və psixotrop maddə metamfetamindən istifadə edir, son vaxtlar isə narkotik tərkibli metadon həblərindən istifadə etmişdir. 21 avqust 2021 -ci il tarixdə Bakı şəhərində olarkən tanımadığı şəxsdən öz istifadəsi üçün hər bir ədədi 20 manat olmaqla 60 manata 03 ədəd narkotik tərkibli metadon həbi almış, əldə etdiyi həmin metadon həblərindən bir ədədinin yarısını 23 avqust 2021-ci il tarixdə istifadə etmiş, qalan hissəsini isə dərman qabının içərisində əynindəki cins şalvarın sağ yan cibinin üstündəki kiçik ölçülü cibdə, digər 02 ədəd metadon həbini isə özünə məxsus «Mercedes Benz 300» markalı, **-MU- *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda, qabaq oturacaqların arasında yerləşən saxlanc yerinə qoyaraq saxlamışdır. 25 avqust 2021-ci il tarixdə saat 18 radələrində idarə etdiyi «Mercedes Benz 300» markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xudat şəhəri M.F.Axundov küçəsində dayanıb müştəri gözlədiyi zaman X15 iki nəfər əməkdaşı ona yaxınlaşıb barəsində Xaçmaz rayon Məhkəməsi tərəfindən axtarış elan olunduğunu deyərək onlarla birlikdə X18 getməsini təklif etmişlər. O, etiraz etməmiş, polis əməkdaşları onun avtomobilinə əyləşmiş və birlikdə polis bölməsinə gəlmişlər. Növbətçi hissədə təhqiqätçı Mübariz Əliyev tərəfindən ona qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və daşımaqda şübhəli olduğuna görə video çəkiliş vasitəsi ilə üstündə şəxsi axtarış aparılacağı bildirilmişdir. Hüquq və vəzifələri izah olunduqdan və hüquqlarının qorunmasından ötrü müdafiəçi təqdim edildikdən sonra ona üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş əşyalar varsa təqdim etməsi təklif olunmuşdur. O, etiraz etməyib əynindəki cins şalvarın sağ yan cibinin üstündə yerləşən kiçik ölçülü cibdə saxladığı 01 ədəd yarımçıq metadon həbini dərman qabı ilə birlikdə çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı o, həmin həbin sakitləşdirici metadon həbinin yarı hissəsi olduğunu bildirmişdir. Təqdim etidiyi yarım hissə metadon həbi dərman qabı ilə birlikdə kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Özü və digər iştirakçılar həmin zərfin üzərini imzaları ilə təsdiq etmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən ona məxsus «Mercedes Benz 300» markalı, 10MU570 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl təhqiqatçı Mübariz Əliyev tərəfindən ona avtomobildə narkotik vasitə, dərman və ya qanunla qadağan olunmuş əşyalar varsa onları təqdim etməsi təklif edilmişdir. O, avtomobildə metadon həbləri olduğunu etiraf edərək avtomobilin salonundakı saxlanc yerində saxladığı 02 ədəd metadon həbini dərman qabı ilə birlikdə götürüb polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı həmin həblərin də metadon həbləri olduğunu bildirmişdir. Təqdim etdiyi 02 ədəd metadon həbi ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmiş, özü və digər iştirakçılar həmin zərfin üzərini imzaları ilə təsdiq etmişlər. Əməlindən peşman olmaqla ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin X15 polis nəfəri Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə məhkəmə tərəfindən onun barəsində axtarış elan olunması haqqında məlumatı olmuş və 25 avqust 2021-ci il tarixdə saat 18 radələrində polis nəfəri X3 ilə birlikdə Xudat şəhəri M.F.Axundov küçəsində xidmətdə olarkən Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz 300» markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin ərazidə dayandığını görüb ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra ona Xaçmaz rayon Məhkəməsi tərəfindən barəsində axtarış elan olunduğunu bildirmiş və onlarla birlikdə X18 getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlar idarə etdiyi avtomobillə birlikdə onu bölməyə gətirmişlər. Bölmədə polis mayoru Şahid2 məsul növbətçi kimi xidmətdə olmuş, onlar Təqsirləndirilən şəxs növbətçi hissəyə təhvil vermiş və onun barəsində raportla rəhbərliyə məruzə edilmişdir. Əvvəllər Təqsirləndirilən şəxs barəsində Xaçmaz rayon Polis Şöbəsində narkotik vasitələrlə bağlı cinayət işləri istintaq edildiyindən və Xaçmaz rayon Məhkəməsinin icraatında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi olduğundan onun üstündə narkotik vasitə olması ehtimalı olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması Xaçmaz rayon X12 Bölməsinin təhqiqatçısı, polis mayoru X9 həvalə olunmuş və onun tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Xaçmaz rayon Vəkil Bürosunun vəkili X13 bölməyə dəvət edilərək Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üstünə keçiriləcək şəxsi axtarışın görüntülərinin videoçəkiliş vasitəsi ilə qeydə alınması X15 manqa komandiri, polis baş serjantı Şahid3 həvalə olunduqdan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib daşımaqda və saxlamaqda şübhəli olduğuna görə videoçəkiliş vasitəsi ilə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, üstünə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş, üstündə narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşyalar varsa təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibinin üstündəki kiçik ölçülü cibdən dərman qabının içərisində 01 ədəd ½ hissədən ibarət qəhvəyi rəngli həb təqdim etmişdir. Sorğu zamanı o, təqdim etdiyi həbin sakitləşdirici metadon həbi olduğunu bildirmişdir. Ondan metadon həbini haradan və kimdən əldə etdiyi soruşulduqda o, həmin metadon həbini onun üçün Bakı şəhərindən tanımadığı şəxsin göndərdiyini demişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi ½ hissədən ibarət həb ekspertizaya göndərilməsindən ötrü dərman qabı ilə birlikdə bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri imzalanıb möhürlənməklə götürülmüşdür. Şəxsi axtarış keçirilməsi prosesinin video görüntüləri manqa komandiri Şahid3 tərəfindən əvvəldən axıra kimi mobil telefon vasitəsi ilə qeydə alınmış, faktla bağlı təhqiqatçı Mübariz Əliyev tərəfindən protokol tərtib edilmiş və ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra adları çəkilən şəxslərin iştirakı ilə X15 həyətində Təqsirləndirilən şəxs məxsus «Mercedes Benz 300» markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış keçirilməyə başlanılmazdan əvvəl Təqsirləndirilən şəxs avtomobildə narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşyalar varsa onları təqdim etməsi təklif olunmuşdur. O, avtomobildə metadon həbləri olduğunu bildirmiş və bundan sonra avtomobilin salonunda, qabaq oturacaqların arasındakı saxlanc yerindən bir ədəd dərman qabı çıxarıb təqdim etmişdir. Həmin dərman qabının içərisində 02 ədəd dairəvi formalı olmaqla qəhvəyi rəngli həblər olmuş, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həblərin metadon həbləri olduğunu və həmin həbləri də Bakı şəhərində tanımadığı şəxsdən əldə etdiyini və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd həb ekspertizaya göndərilməsindən ötrü dərman qabı ilə birlikdə bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri imzalanıb möhürlənməklə götürülmüşdür. Avtomobilə baxış keçirilməsi prosesinin video görüntüləri manqa komandiri Şahid3 tərəfindən əvvəldən axıra kimi mobil telefon vasitəsi ilə qeydə alınmış, faktla bağlı təhqiqatçı Mübariz Əliyev tərəfindən protokol tərtib edilmiş və ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən X15 manqa komandiri, polis baş serjantı Şahid3 və həmin bölmənin məsul növbətçisi Şahid2 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materillarında olan “Şəxsi axtarış aparılması haqqında” 25 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Xaçmaz rayon Polis Şöbəsinin X15 inzibati binasında Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilərkən onun əynindəki cins şalvarın sağ yan cibinin üstündəki kiçik ölçülü cibdən dərman qabının (konvalyutun) içərisindən 01 ədəd ½ hissədən ibarət narkotik vasitə metadon həbi aşkar edilərək götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrdən istifadə etdiyini, lakin hazırda narkotik vasitə qəbul etmədiyini və narkotik vasitələrdən uzaqlaşmaq üçün metadon həbindən istifadə etdiyini bildirmişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 25 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Xaçmaz rayon Polis Şöbəsinin X15 inzibati binasının həyətində Təqsirləndirilən şəxs məxsus «Mercedes Benz 300» markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin salonunda, qabaq oturacaqların arasında ötürücülər qutusunun yanında yerləşən xırda əşyalar üçün nəzərdə tutulmuş qutunun içərisindən 02 ədəd narkotik vasitə metadon həbi aşkar edilərək götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs son vaxtlar bədənində ağrılar olduğundan narkotik tərkibli metadon həblərindən istifadə etdiyini və buna görə də həmin metadon həblərini şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. İş materiallarında olan “Şəxsi axtarış aparılması haqqında” 31 mart 2021-ci il tarixli protokoldan görünür ki, Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında Polis Şöbəsinə dəvət edilmiş Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilərkən onun əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd «Rothmans» markalı siqaret qutusunun içərisində 05 büküm narkotik vasitə heroin və 09 büküm psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2021-ci tarixli, 6/3714 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Vət.Təqsirləndirilən şəxs məxsus «Mercedes» markalı avtomobildən...» yazı olan zərfdə bir ədəd kovalyutda üzərində «F/M40» yazısı həkk olunmuş 2 (iki) ədəd qəhvəyi rəngli dairəvi formalı həb metadon tərkibli dərman preparatıdır və 2 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 0,08 qr. təşkil edir (üzərində qeyd olunmuş göstəricilərinə əsasən bir həbdə 0,04 qr. metadon olmaqla). Tədqiqata təqdim edilmiş üzərində «Vət.Təqsirləndirilən şəxs şalvarının sağ cibindən...» yazısı və imzalar olan zərfdə bir ədəd konvalyutda üzərində «M40» yazısı həkk olunmuş ½ həb hissəsi metadon tərkibli dərman preparatıdır və ½ həb hissəsində metadon təsiredici maddəsinin miqdarı 0,02 qr. təşkil edir. Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumilikdə 2 həbdən və ½ həb hissədə həbdən ibarət metadonun ümumi miqdarı 0,1 qramdır və həmin həblər xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş metadon tərkibli dərman preparatı «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»in İ nömrəli siyahısına daxildir. Tədqiqata 2 və ½ həbdən 1 və ½ həb hissəsi sərf edilmiş, qalıq hissə 1 həb təşkil edir. İş materiallarında olan elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında 26 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və idarə etdiyi «Mercedes Benz 300» markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə dair video görüntülər köçürülməklə cinayət işinin materiallarına əlavə olunmuş 02 ədəd CD disklərə Təqsirləndirilən şəxs və onun müdafiəçisi X10 iştirakları ilə baxış keçirilmiş, baxış zamanı həmin diskdə Xaçmaz rayon Polis Şöbəsinin X15 inzibati binasında Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və X15 inzibati binasının həyətində ona məxsus «Mercedes Benz 300» markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinin, şəxsi axtarış zamanı onun əynindəki cins şalvarın sağ yan cibinin üstündəki kiçik ölçülü cibdən 01 ədəd ½ hissədən ibarət, baxış zamanı avtomobilin salonunda, qabaq oturacaqların arasındakı ötürücülər qutusunun yanında yerləşən xırda əşyalar yığmaq üçün nəzərdə tutulmuş qutunun içərisindən isə 02 ədəd narkotik vasitə metadon həbləri olmasının görüntüləri öz əksini tapmışdır. Elektron məlumat daşıyıcısına baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin video görüntüdə qeydə alınmış şəxsin özünün olduğunu, görüntünün qeydə alındığı 25 avqust 2021-ci il tarixdə saat 18 radələrində Xaçmaz rayon Məhkəməsi tərəfindən barəsində çıxarılmış axtarış qərarının icrası ilə bağlı X15 əməkdaşları tərəfindən idarə etdiyi «Mercedes Benz 300» markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xudat şəhəri M.F.Axundov küçəsində saxlanılaraq X18 gətirildiyini, bölmədə üstünə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirildiyini, şəxsi axtarış zamanı əynindəki cins şalvarın sağ yan cibinin üstündəki kiçik ölçülü cibindən şəxsi istifadəsi üçün saxladığı ½ hissədən ibarət metadon həbini və avtomobilə baxış zamanı isə qabaq oturacaqların arasındakı əşyalar qutusunda şəxsi istifadəsi üçün saxladığı 02 ədəd metadon həblərini çıxarıb təqdim etdiyini etiraf etmişdir. İş materiallarında olan maddi sübutun tanınması haqqında müstəntiqin 27 avqust 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş 2 (iki) ədəd və ½ hissədən ibarət narkotik vasitə metadon həbləri, habelə 25 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və idarə etdiyi «Mercedes Benz 300» markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi prosesinin video görüntüləri köçürülmüş 02 ədəd CD disk 27 avqust 2021-ci il tarixdə iş üzrə maddi sübut hesab edilmiş, narkotik vasitə metadon həblərindən 1 (bir) ədəd və ½ hissə həblərin tədqiqata sərf edilməklə istifadə olunması nəzərə alınmış, qalan 1 (bir) ədəd metadon həbi 01 (bir) ədəd kağız paketə qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi tərəfindən verilmiş 22 sentyabr 2021-ci il tarixli, 3576 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs sintetik tərkibli opioidlərin və kannabioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, həmçinin Xaçmaz rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 1(067)-19/2020 nömrəli hökmünün, Sumqayıt Apellyasiya məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 1(105)-706/2021 nömrəli qərarının və Xaçmaz rayon məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 1(067)-7/2022 nömrəli hökmünün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 1(067)-19/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 06 sentyabr 2019-cu-ci il tarixdən 08 sentyabr 2019-cu il tarixədək həbsdə olduğu 02 (iki) gün müddətona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 11 ay (dörd) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2021-ci il tarixli, 1(105)-706/2021 saylı qərarı ilə Xaçmaz rayon məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 1(067)-19/2020 saylı hökmü dəyişdirilərək barəsində «8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 5-ci maddəsi tətbiq edilməklə hökmə əsasən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) il azadılmaqla, üzərində qəti olaraq 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Xaçmaz rayon məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 1(067)-7/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən ona Sumqayıt Apellyasiya Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 1(105)-706/2021 saylı qərarı ilə təyin olunmuş (üzərində qəti olaraq saxlanılmış) 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 07 (yeddi) ay 20 gün müddəti, 02 gün azadlığın məhdudlaşdırılması cəzası 01 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməklə (9 ay 25 gün), Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 02 (iki) il 11 (on bir) ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2 və 18.4.4-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş, bununla belə əməllərində cinayətlərin residivi yoxdur. Lakin Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətlərin təkrar törədilməsi hesab edilir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Ağentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 Xaçmaz rayon X7 Hüquqi Şəxsinin direktoru Tərəfinfən verilmiş 13 sentyabr 2021-ci il tarixli, 1331 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həkim-psixiatrın və həkim-narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba rayon X1 baş həkiminin 20 sentyabr 2021-ci il tarixli, 1652 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Quba rayon X2 müraciət etməmişdir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Xaçmaz rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə 12 avqust 2021-ci il tarixli qərara əsasən barəsində elan edilmiş axtarışda olan zaman təkrar satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi narkotik vasitə metadon həblərini saxlamaqla daşımış, bu fakt 25 avqust 2021-ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsinin X15 əməkdaşları tərəfindən X14 üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli cins şalvarın sağ yan cibinin üstündə yerləşən kiçik ölçülü cibindən tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,02 qram təşkil edən 01 ədəd ½ hissədən ibarət narkotik vasitə metadon həbi, bundan sonra həmin tarixdə etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz 300» markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin salonunda ötürücülər qutusunun yanında yerləşən əşyalar qutusunun içərisindən tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edən 02 ədəd narkotik vasitə metadon həbləri olmaqla ümumilikdə təsiredici maddəsinin miqdarı 0,1 qram təşkil edən 02 ədəd tam və 01 ədəd ½ hissədən ibarət narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar metadon üçün 2 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmədə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 1(067)-113/2021 saylı qərarından, şübhəli şəxsin tutlması haqqında 25 avqust 2021-ci il tarixli qərardan və həmin tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsi tərəfindən verilmiş barəsində axtarış elan olunması və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri seçilməsinə dair 12 avqust 2021-ci il tarixli qərara əsasən 25 avqust 2021-ci il tarixdə tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti tutulduğu gündən, yəni 25 avqust 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2 (iki) ədəd və 1/2 hissədən ibarət narkotik vasitə metadon həblərindən tədqiqata sərf edildikdən sonra qalan 1 (bir) ədəd metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü iki ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 114 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 1(067)-7/2022 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 25 avqust 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, tədqiqata sərfdən sonra qalan narkotik vasitə 1 (bir) ədəd metadon həbi məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü iki ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 114 (bir yüz on dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar