Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-21/2024 14.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun Müdafiəçi iştirakları ilə, xx xxx 1966-cı ildə Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 133.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İbitdai istintaq zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 2006-cı ildən xx.xx.2023-cü il tarixədək həftənin müxtəlif günlərində, günün müxtəlif saatlarında mütəmadi olaraq köməksiz vəziyyətdə olan arvadı Zərərçəkmiş şəxs güclü fiziki ağrı verməklə intensiv və davamlı olaraq yumruq, təpiklə vuraraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və iztirablar vermiş, habelə 05 fevral 2023-cü il tarixdə saat 15 radələrində Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yerləşən “Şəhidlər xiyabanı” abidəsindən Xaçmaz rayonu, Müşkür kəndi istiqamətində 300 metr aralı məsafədə yerləşən evində stolun üzərinə qoyulmuş süfrənin altında saxladığı 70 manat pulun 20 manatını tapa bilməyib azyaşlı oğlu, yəni xx.xx.2009-cu il tarixdə doğulmuş Şahid1 gözü qarşısında əsassız yerə arvadı Zərərçəkmiş şəxs ondan xəbərsiz həmin pulu götüməkdə günahlandırması səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun ona irad bildiməsini hörmətsizlik kimi qəbul etdiyindən ona tutulan iradın və pulun tapılmamasını cüzi səbəb kimi bəhanə edərək Zərərçəkmiş şəxs bir neçə dəfə başından, sifətindən və burnundan qəsdən yumruqla vurmuş, sonra yerə yıxılmasından istifadə edərək ayağı ilə sağ əlini əzib burun tənəffüsünün orta dərəcədə pozulması ilə burun sümüyünün sınığı, burun çəpərinin əyriliyi, burun və sağ əlin qançırları ilə nəticələnən, xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə törədilməklə, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən zərərçəkmiş şəxsə qəsdən sağlamlığa az ağır zərər vurmuş, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməklə bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab vermişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, 1990-cı ildə Xaçmaz rayon sakini Zərərçəkmiş şəxs ilə evlənmiş, nikahlarından 2 oğlan övladları dünyaya gəlmişdir. Arvadı Əsli ilə münasibəti həmişə yaxşı olmuşdur. Lakin sonradan oğlu Şahid2la münasibəti pisləşmiş buna görə də, yaşadığı evdə oğlu və arvadı ilə münaqişələr yaranmağa başlamışdır. Beləki, oğlu Elxan yaşadığı evin həytində özünə ev tikmək istəsə də o, buna icazə verməmişdir, çünki onların nəslinin ənənəsinə görə ata evi kiçik oğula, yəni kiçik oğlu Fəqana qalmalıdır. Buna baxmayaraq, Elxan onun sözünə qulaq asmayıb göstərdiyi səbəbə görə evdə mütəmadi olaraq münaqişə yaratmışdır. Həmin vaxtlarda arvadı Əsli ilə də münasibətləri pisləşmişdir. O, Elxana bildirmişdir ki, ev tikmək istəyirsə gedib işləyib özünə ev tiksin. Belə münaqişlərin nəticəsində oğlu Elxanı yaşadığı evdən 2022-ci ilin noyabr ayında qovmuşdur. Elxan həmin vaxtdan sonra yaşadığı kənddə kirayədə yaşamağa başlamışdır. 05 fevral 2023-cü il tarixdə səhər saatlarında o, həyətində olan keçiləri bazara satmağa aparmış, həmin vaxt bazarda bir ədəd çəpiş satmış və 70 manat pul almışdır. Bundan başqa onun bazarda bir nəfər şəxsə borcu olmuş və 70 manat pulu da həmin şəxsə verməli olmuşdur. 05 fevral 2023-cü il tarixdə saat 15 radələrində yaşadığı evə gəlmiş, 70 manat pulu yaşadığı evdə stolun üzərində süfrənin altına qoymuşdur. Pulu ora qoymağını arvadı və oğlu Fəqan da görmüşdürlər. Daha sonra o, yaşadığı evdən çıxıb dükana getmiş və bir neçə dəqiqədən sonra qayıdıb yaşadığı evə gəlmişdir. Evə gələn zaman pulu götürüb saymış və görmüşdür ki, 20 manat pul əskik gəlir. O, arvadından 20 manat pulu kimin götürməsini soruşduqda oğlu Fəqan və arvadı bir birilərinə baxıb heç biri cavab verə bilməmişdir. Bir neçə dəfə arvadı Əslidən pulun hara getməsini soruşduqda Əsli ona cavab verə bilməmişdir. Həmin vaxt o, keçiləri otarmağa aparmaq üçün evdən çıxan zaman arvadı Əsli ona “bəlkə pulları cin, şeytan aparıb” demişdir. O, Əslinin belə cavab verməsini onu ələ salması kimi qəbul etmiş və həmin vaxt o, sağ əlinin arxası ilə arvadı Əslinin sifət nahiyəsinə bir dəfə vurmuşdur və evin qapısından çıxıb getmişdir. Təxminən 2 saatdan sonra o, yaşadığı evə qayıtdıqda görmüşdür ki, arvadı və oğlu Fəqan evdə yoxdurlar. Daha sonra o, başa düşmüşdür ki, arvadını və kiçik oğlu F*əqanı oğlu Elxan gəlib aparmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, spirtli içki qəbul etmir, narkotik vasitə istifadə etmir, əvvəllər narkotik vasitə qurudulmuş marixuanadan istifadə etsə də 2020-ci ildən narkotik vasitə istifadə etmir. O arvadı Əslini əvəllər döyməmişdir. Onun Əslini dəfələrlə döyməsi barədə Əsli yalan danışmışdır. Arvadım Əslini öldürəcəyini heç vaxt deməmişdir. Arvadı Zərərçəkmiş şəxs 05 fevral 2023-cü il tarixdə yalnız bir dəfə evdən çıxandə əlinin arxası ilə sifətindən vurmuşdur. Həmin münaqişənin təxminən 2-3 dəqiqə davam etdiyini bildirmişdir. Arvadı Əslini öz oğlu Elxanın və Əslinin qardaşlarının öyrətdib ondan şiakyət etdirkilərini bildirmişdir. Əslinin qardaşlarının ona külli miqdarda borcu olduğunu, bu gün Əslinin qardaşlarının təsərrüfatında olan mal-qara və torpaq sahələrinin özünün pulu hesabına alındığını bildirmişdir. Hazırda o, Əslinin qardaşlarından haqqı olan pullarını geri qaytarmalarını tələb etdiyi üçün Əslinin qardaşları onun arvadı Əslini və oğlu Elxanı öyrədib onun düşmənçilik etməsinə səbəb olmuşdurlar. Beləliklə Əslinin qardaşları onun ailəsinii dağıtmaq və onun özünü də nahaq yerə cinayət məsuliyyətinə cəlb etdirmək istədiyini bildirmişdir. Arvadı Zərərçəkmiş şəxs mütəmadi olaraq döyüb uzun müddət davam edən fiziki ağrılar və psixi iztirablar vermədiyini, saçlarını yolmadığını, saçlarından tutub sürümədiyini bildirmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1990-cı ildə mən Təqsirləndirilən şəxs ilə evlənib onun yaşadığı Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndinə yerləşən evinə köçmüş, birgə nigahdan iki övladı vardır, hal-hazırda həmin kənddə yaşayır. Ailə qurandan bir müddət sonra əri Məcid işləmək üçün Rusiya Federasiyasına gedib orada yaşamış, təxminən 17 il sonra Azərbaycana qayıtmış və o vaxtdan yenidən bir yerdə yaşamışlar. Hal-hazırda Məcid heç yerdə işləmir, dövlət tərəfindən verilən pay torpaq sahəsinin bəhrəsini satıb əldə etdiyi pulu özü üçün xərcləyir, spirtli içkilərin və narkotik vasitələrin aludəçisidir, dəfələrlə spirtli içkinin və narkotik vasitənin təsiri altında döyüb ona xəsarət yetirmişdir. Qorxduğundan hüquq-mühafizə orqanlarına şikayət etməmişdir. Əksər hallarda Məcid narkotik vasitə istifadə etmədiyi hallarda, pis vəziyyətə düşdüyündən çox əsəbi və aqressiv olur. Həmin vaxtlarda Məcid əsəbi olarkən dava-dalaşın düşməməsi üçün pna heç bir söz deməməyə çalışır, lakin Məcid müxtəlif bəhanələrlə evdə münaqişə yardıb yaşadıqları evdə məni döyüb xəsarət yetirmişdir. Məcid 2022-ci ilin noyabr ayında oğlu Şahid2 yaşadılan evdən qovmuş, hazırda oğlu Elxan yaşadıqları kənddə başqa bir evdə kirayə yaşayır. Digər oğlu Şahid1 isə 14 yaşı tamam olmamışdır. Məcid azyaşlı övladı Fəqanın gözü qarşısında da dəfələrlə onu döymüş, hətta onu öldürəcəyi ilə sözlə hədələmiş, hədənin həyata keçirilməsi üçün konkret olaraq hər hansısa hərəkət etməmişdir. 05 fevral 2023-cü il tarixdə saat 15 radələrində Məcid ondan soruşaraq bildirmişdir ki, “otaqda olan masanın üzərindəki masa örtüyünün altına 70 manat pul qoymuşam, həmin pulun 20 manatı hazırda yerində yoxdur, o pul hardadır?” O, Məcidə pul görmədiyini desə də, sonuncu ona əsəbiləşərək onu və azyaşlı oğlu Fəqanı 20 manat pul götürməkdə günahlandırıb evdə münaqişə yaratmağa başlamışdır. O, Məcidə ola bilsin ki, pulu düz saymadığını bildirib 20 manat pula görə evdə söz-söhbət yaratmamağı tələb edərkən o, israrla üstünə qışqırmışdır. O, Məcidə Fəqanın yanında qışqırmamağı, məktəbli uşaq olduğundan ona pis təsir etdiyini bildirərək oğlu Elxana zəng edib 20 manat pul gətirib pulunu qaytaracağını demişdir. Buna baxmayaraq Məcid nalayiq sözlər deyib otaqdakı masanı aşırdaraq üzərindəki məişət əşyalarını yerə dağıtmış, nəticədə stolun üstündə olan yemək dağılmış, stəkan, qənd qabı, çaynik qırılmışdır. Onun bu hərəkətlərindən qorxub Məcidə “utanmırsan, niyə belə edirsən?!deyə narazılığını bildirərkən daha da əsəbləşərək Məcid azyaşlı oğlum Fəqanın yanında hücum edib onun başından və sifətindən yumurqla vurmağa başlamışdır. Müqavimət göstərməyinə baxmayaraq bir neçə dəfə yumruqla başından və sifətindən vurarkən zərbələrin təsirindən müvazinətini itirərək yerə yıxılmış, sonra ayağı ilə sağ əlini əzmişdir. Ayağa qalxarkən isə burnundan zərbə ilə yumruqla vurarkən zərbənin təsirindən burnu qanamışdır. X4 döyməməsi üçün yalvarsa da, Məcid buna məhəl qoymmamış, əksinə öldürəcəyi ilə sözlə hədələmişdir. Bir neçə dəqiqədn sonra ow aralaşıb “bazara gedirəm, mən gələnə qədər pulu yerinə qoyun, yoxsa əlimdən qurtara bilməyəcəksən.’’-deyə çıxıb getmişdir. Azyaşlı oğlu Fəqan baş vermiş hadisədən həyəcanlanmışdır, qorxusundan qardaşı Elxana zəng edib onu təcili evə çağırmışdır. Elxan gələn kimi evin dağınıq olduğunu və burnunun qanadığını, halının pis olduğunu görüb Fəqanla bir yerdə Xaçmaz rayon mərkəzi xəstəxanasına aparmışdır. Orada həkimlər müayinə edərkən burnunda sınıq xəsarətinin olmasını bildirmişlər. Sonradan onlar paltarlarını götürmək üçün həmin evə gedərkən Məcidin dağılan əşyaları yığışdırıb tulladığını görmüşdür. Paltarları götürüb oğlu Elxanın evinə getmişlər. O, eyni zamanda ifadəsində göstərmişdir ki, dava-dalaş 10- 15 dəqiqə davam etmiş, həmin vaxt orada özü, Məcid və azyaşlı oğlu Fəqan olmuşdur, başqa heç kim olmamışdır. Mübahisə zamanı əri Məcid onu azyaşlı oğlu Fəqanın yanında döymüşdür, onun əlində hər hansısa əşya olmamışdır. Hadisə zamanı özü orada heç kimi vurmamışdır. Bundan başqa bildirmişdir ki, dəfələrlə əri əvvəllər onu döysə də, lakin ailəsinin dağılmaması üçün hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadə verərkən ibtidai istintaq zamanı verdiyi ifadəsinə qismən uyğun ifadə vermişdir. Belə ki o, burun sümüyü sınığı və sağ əlin qançırları xəsarətlərini ayaq üstə ərinin onu yumruq və təpiklə vuran zaman almasını, ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunduqdan sonra isə Təqsirləndirilən şəxs onun sağ əlini ayağı ilə əzməsi barədə xüsusatı isə inkar etmişdir. Məhkəmə istintaqında Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının aparatında X1 İşlər və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının məsul katibi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 izahat verərək bildirmişdir ki, Köhnə Xaçmaz kənd orta məktəbin 8-ci sinif şagirdidir. Anası heç yerdə işləmir, evdar qadındır, atası da işləmir, arada spirtli içki qəbul edir. Qardaşı Elxan əvvəllər onlarla yaşasa da, atasının evdə tez-tez mübahisə salmasına və atasının başqa ziyanlı bir şey qəbul edib hallı olmasına irad bildirdiyinə görə onu evdən qovmuşdur. Həyətlərində meyvə bağı olsa da, onun bəhrəsini atası özü yığıb sataraq əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləyir, evə baxmır. Atası anasınıı onun yanında dəfələrlə döymüşdür. Anasını çox istəyir, atasından anasını döyməməsinii xahiş etsə də, məhəl qoymamışdır. 05 fevral 2023-cü il tarixdə səhər saatlarında atası Məcid həyətyanı sahədə saxladığıları, dayısının onlara verdiyi keçiləri bazara satmağa aparmışdır. Lakin, keçiləri sata bilmədiyi üçün atası onları həmin gün saat 10 radələrində həyətə gətirmişdir. Saat 15 radələrində atası anasına demişdir ki, otaqda olan masanın üzərindəki masa örtüyünün altına 70 manat pul qoymuşdur, həmin pulun 20 manatı hazırda yerində yoxdur, o pul hardadır? Anası da cavabında həmin pulu götürmədiyini demişdir. Atası anasına demişdir ki, pulu ya sən, ya da Fəqan götürübdür. Atası qışqıra-qışqıra danışdığından o, qorxudan səsini çıxamamışdır. Onun atasının harasa pul qoymağından xəbəri olmamışdır. Anası demişdir ki, 20 manat pula görə evdə niyə söz-söhbət yaradırsan, ola bilsin ki, düz saymamısan. O, israrla günahlandırırdı. Anası atasına onun yanında qışqırmamasını, ona pis təsir edə biləcəyini, məktəbli uşaq olmasını lazımdırsa Elxana deyər 20 manat pulu gətirib ona verdirəcəyini deməyinə baxmayaraq atası anasının bu sözündən sonra bir az qızışaraq nalayiq sözlər deyib otaqdakı masanı aşırdıb üzərindəki məişət əşyaların yerə dağıtdı. Stolun üstündə olan yemək dağıldı, stəkan, qənd qabı, çaynik qırıldı. O və anası çox qorxmuşdular. Anası atasına demişdir ki, utanmırsan, niyə belə edirsən?! Lakin, bu söz atasının xoşuna gəlməmişdir bir az da əsəbləşərək hücum edib anasının başından və sifətindən yumurqla vurmağa başlamışdır. Anası müqavimət göstərməyə çalışsa da, bir neçə dəfə yumruqla başından və sifətindən vurmuşdur. Anası zərbələrdən müvazinətini itirib yerə yıxılmışdır. Atası ayağı ilə sağ əlini əzdi. Ayağa qalxarkən burnundan zərbə ilə yumruqla vurdu. Zərbə o qədər güclü oldu ki, burnundan qan axmağa başlamışdı. Anasının döyülməsinə dözə bilmədiyi üçün atasına onu döyməməsini xahiş edərək yazıqdı, eləmə, anasının nə günahı var?! Bir neçə dəqiqədən sonra o, aralaşıb dedi ki, bazara gedir, gələnə qədər pulu yerinə qoysunlar, yoxsa əlindən qurtara bilməyəcəksiz. Bundan sonra atası çıxıb getmişdir. Qorxusundan qardaşı Elxana zəng edib, evə çağırmışdır. Elxan gələn kimi evin dağınıq olduğunu və anasının burnu qanadığını görüb onları Xaçmaz rayon mərkəzi xəstəxanasına aparmışdır. Orada həkimlər anasını müayinə ediblər, burnunda sınıq olduğunu dedilər. Qardaşı Elxan oradan onları kirayə qaldığı evə aparmışdır. Yolda atası ona zəng edib onları harada olduğlarını soruşaraq, demişdir ki, o, özü də xəstəxanadadır. O, isə atasına demişdir ki, onıar xəstəxanadan çıxmışlar. Qardaşı onları evə aparmış, orada anası paltarlarımızı götürmüş, sonra qardaşının qaldığı evə getmişlər. Bu günə kimi də qorxumuzdan ata evinə gedə bilmirlər. İbtidai istintaq zamanı Şahid2 ifadəsində göstərmişdir ki, atası Məcid spirtli içkilərin və narkotik vasitələrin aludəçisidir, dəfələrlə spirtli içkinin və narkotik vasitənin təsiri altında evdə onunla və anası Əsli ilə münaqişə yaradıb anası Əslini döyüb xəsarət yetirmişdir. Anası atası Məciddən qorxduğundan hüquq-mühafizə orqanlarına şikayət etməmişdir. O, uşaq olan zaman atası Rusiya Federassiyasına işləmək üçün getmişdir. Atası 17 il bundan əvvəl Azərbaycana qayıtmış və o vaxtdan yenidən bir yerdə Xaçmaz rayonu, Köhnə- Xaçmaz kəndində yerləşən evlərində yaşamışdırlar. Atası Məcid heç yerdə işləməyibdir, dövlət tərəfindən verilən pay torpaq sahəsinin də bəhrəsini satıb əldə etdiyi pulu özü üçün xərcləyibdir. Buna görə də o, uşaq yaşlarından fəhləliklə məşğul olmaqla evi dolandırmışdır. Həmin evdə anası Əsli atası Məcid və azyaşlı qardaşı Fəqanla birlikdə yaşamışdırlar. 2014-cü ildə isə o, evləndikdən sonra arvadı 'Şahid3 da onlarla yaşamağa başlamışdır. Atası mütəmadi olaraq evdə anası Zərərçəkmiş şəxs ilə münaqişə yaradaraq və Zərərçəkmiş şəxs döymüşdür. O, həmin evdə yaşayan zaman dəfələrlə atası Məcidin anası Əslini dəfələrlə döyüb saçlarını yolduğunun şahidi olmuşdur. Həmin vaxtlarda onun atası Məcid onunla da münaqişə yaratmışdır. Lakin anası Əsli döyülməsi barədə heç vaxt tibbi müəssisələrinə və hüquq mühafizə orqanlarına müraciət etməmişdir. O, anasından bunun səbəbini soruşan zaman anası ona bildirmişdir ki, atası Məciddən qorxduğu üçün hüquq mühafizə orqanlarına və tibbi müəssisələrinə müraciət etməmişdir. Buna görə də uzun zaman keçdikdən sonra anası Əslinin bədənin müxtəlif nahiyələrində olan xəsarətlər zamanla sağalmış, xəsarətlər qalmamışdır. Lakin anası Əsli əri Məcid tərəfindən döyüldükdən sonra uzun müddət davam edən fiziki ağrıları səbəbindən gündəlik məişət işləri görməkdə çətinlik çəkmiş və bədənində olan ağrılardan şikayətlənmişdir. Bununla yanaşı anası Əsli əri Məcid tərəfindən mütəmadi olaraq döylməsi nəticəsində psixi iztirablar çəkmişdir. Atası Məcid mütəmadi olaraq onunla da münaqişə yaratmışdır və atasının belə hərəkətləri nəticəsində onun ailə üzvlərinin rahatlığı pozulmuş və onlar qorxu içərisində yaşamışdırlar. Sonucu dəfə 2022-ci ilin noyabr ayında Məcid yenə onunla yaşadıqları evdə münaqişə yaratdıqdan sonra onunla uzun müddət mübahisə edib onları yaşadığı evdən qovmuşdur. Həmin vaxtdan da o, Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində başqa bir kirayə ev tutmuş və biz həmin evdə kirayə yaşamağa başlamışdınar. 05 feral 2023-cü il tarixdə isə anası Əsli ona zəng edib Məcid tərəfindən döyüldüyünü və Məcidin çıxıb getdiyini bildirmiş və geri qayıdıb yenə döyəcəyindən qorxduğunu demişdir. Buna görə də o gedib anası Əslini və azyaşlı qardaşı Fəqanı atası Məcidlə birlikdə yaşadıqları evdən götürüb kirayədə yaşadığı evə gətirmişdir. Həmin tarixdən bu günə qədər də anası və qardaşı onlarla birlikdə yaşamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, hadisə olan vaxtı, o, evdə olmamışdır, o, həmin vaxtı kirayədə qaldığı evdə olmuşdur. Öz yaşadığı evdə olmuşdur. O, ailəsi ilə onlardan ayrı yaşayır. Qardaşı Fəqan zəng eləyib onu çağırıb, anasının pis olmasını, burnundan qan axmasını, gəlin özünü çatdırmasını demişdir. O, qardaşının bu sözündən sonra evə getdiyi zaman görmüşdür ki, anasının üzgözü qan içindədir, ev eşik dağılmış vəziyyətdə, anasını və qardaşını götürərək maşına mindirirək xəstəxanaya aparmışdır. Anasından nə olub soruşanda? Anası ona atası tərəfindən döyüldüyünü demişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 55 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun tənəffüsünün orta dərəcədə pozulması ilə burun sümüyünün sınığı, burun çəpərinin əyriliyi, burun və sağ əlin qançırları xəsarətləri aşkar edilmiş, həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti, xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumi əmək qaqbiliyyətinin 1/3-dən az olmaqla əhəmiyyətli dərəcədə daimi itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan təkrar məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, T 178/2024 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun tənəffüsünün orta dərəcədə pozulması ilə burun çəpərinin əyriliyi ilə müşayiət edilən burun sümüyünün yerdəyişən sınığı, burun və sağ əlin qançırları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən yaranmış, müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə burun tənəffüsünün orta dərəcədə pozulması ilə burun çəpərinin əyriliyi ilə müşayiət edilən burun sümüyünün yerdəyişən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağıamlığa Az Ağır zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. İş materaiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan hadisə yerinə baxış keçirilməsi haqqında tərəfimdən tərtib edilmiş 15 may 2023- cü il tarixli protokoldan görünür ki, hadisə yeri Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yerləşən “Şəhidlər xiyabanı” abidəsindən Xaçmaz rayonu, Müşkür kəndi istiqamətində 300 metr aralı məsafədə yerləşən, Təqsirləndirilən şəxs yaşadığı bir mərtəbəli fərdi yaşayış evidir. Evin yerləşdiyi həyət mişar daşından hörülmüş hasarla əhatələnmişdir. Ən yaxın məsafədə yerləşən digər kənd sakinlərinə məxsus fərdi yaşayış evləri Təqsirləndirilən şəxs yaşadığı evdən 50 metr aralı məsafədə yerləşir. Hadisə yerinə baxış zaman Təqsirləndirilən şəxs yaşadığı evin içərisinə daxil olub evin qonaq otağında yerləşən stolun üzərindəki masa örtüyünün altını göstərib 05 fevral 2023-ci il tarixdə özünə məxsus olan 70 manat məbləğində pulu həmin yerə qoyduğunu, sonra isə həmin puldan 20 manat pulun götürüldüyünü bildirmişdir. Qeyd olunan səbəbdən həmin gün arvadı Zərərçəkmiş şəxs ilə aralarında münaqişə yarandığını, azyaşlı oğlu Şahid1 də həmin vaxt evdə olduğunu, arvadının onu ələ saldığını bildirmiş və yaşadığı evin giriş qapısının qarşısını göstərib 05 fevral 2023-cü il tarixdə arvadı Zərərçəkmiş şəxs göstərdiyi yerdə sifət nahiyəsindən bir dəfə əli ilə vuraraq arvadı Zərərçəkmiş şəxs xəsarət yetirdiyini qeyd etmişdir. Hadisə yerinə baxış keçirilən zaman hadisə yerində maddi sübut əhəmiyyətinə malik olan və cinayətin izlərini özündə saxlayan hər hansı bir əşya və predmet aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Xaçmaz RİHBnın Müşkür kənd İƏD üzrə icra nümayəndəsinin 17 mart 2023-cü il tarixli, 311 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yaşayır, həmin nümayəndənin 17 mart 2023-cü il tarixli 312 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı - 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs, oğlu - 1992-ci il təvəllüdlü Şahid2, oğlu - 2009-cu il təvəllüdlü Şahid1, gəlini - 1995-ci il təvəllüdlü Şahid3, nəvəsi - 2020-ci il təvəllüdlü X3, nəvəsi - 2017-ci il təvəllüdlü X2 ibarət ailə tərkibi vardır. Həmin nümayəndəlikdən verilən 17 mart 2023-cü il tarixli, 113 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, Xaçmaz rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 1(067)-132/2018 nömrəli hökmünün suarətindən, Sumqayıt Apellyasiya Məhkməsinin 20 avqust 2019-cu il tarixli, 1(105)-129/2019 nömrəli qərarının surətindən, Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 13 iyul 2023-cü il tarixli, 546 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 04 may 2018-ci il tarixdə törətdiyi cinayət əməlinə görə Xaçmaz rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 20 avqust 2018-ci il tarixli qərarı ilə azad edilərək barəsində 01 (bir) il 06 (altı) ay şərti sınaq müddəti təyin edilmiş, 20 avqust 2020-ci il tarixdə cəza müddəti başa çatması ilə əlaqədar Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyi üçün, hazırda onun əməlində Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən cinayətlərin residivi mövcud deyil. Məhkəmə çıxışları zamanı dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 127.2.2, 127.2.3 və 133.2.4-cü maddələri ilə elan olunmuş ittihamdan, həmin Məcəllənin 127.2.3 və 133.2.4-cü maddələrin xaric edilməsini təklif etmişdir. Dövlət ittihamçısı təklifini onunla əsaslandırmışdır ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı əri Təqsirləndirilən şəxs onu yerə yıxıb ayağı ilə sağ əlini əzdiyini bildirsə də, məhkəmə istintaqı zamanı həmin xüsusatı rədd edərək ekspert rəyində göstərilən xəsarətləri, yəni burun sümüyü sınığı və sağ əlin qançırları xəsarətlərini ayaq üstə ərinin onu yumruq və təpiklə vuran zaman almasını, ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunduqdan sonra isə Təqsirləndirilən şəxs onun sağ əlini ayağı ilə əzməsi barədə xüsusatı xatırlamamasını bildirmişdir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 55 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs burun tənəffüsünün orta dərəcədə pozulması ilə burun sümüyünün sınığı, burun çəpərinin əyriliyi, burun və sağ əlin qançırları xəsarətləri aşkar edilmiş, həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti, xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3- dən az olmaqla əhəmiyyətli dərəcədə daimi itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Əzab vermə cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, zərərçəkmiş şəxsə mütəmadi olaraq döymə və ya sair zorakı hərəkətlər nəticəsində güclü fiziki ağrı və ya psixi iztirablar verilir. Ona görə də əzəb vermə zərərçəkmiş şəxsə həm fiziki, həm də psixi əziyyətlər vermənin xüsusi üsulu hesab edilir. Əzab vermənin üsullarından biri olan mütəmadi döymədir. Burada mütəmadilik döymənin üç və daha artıq dəfə törədilməsini göstərir. Bu zaman ayrı-ayrı döymə aktları bir-biri ilə daxili vəhdət təşkil etməli və təqsirkarın müəyyən ardıcıllıqla birləşmiş davranışını göstərməlidir Əzab vermənin üsuli kimi sair zorakı hərəkətlər dedikdə, şəxsi uzun müddət qidadan, sudan, istilikdən, sığınacaqdan məhrum etmə və yaxud sağlamlığı üçün zərərli şəraitdə saxlama, habelə şəxsə dəfələrlə və ya uzun müddət ərzində ağrılar yetirmə (çimdikləmə, kəsibdoğrama, küt və ya iti batıcı alətlə çoxlu, lakin kiçik ölçülü xəsarətlər yetirmə, termiki faktorlarla təsir etmə) və buna oxşar digər hərəkətlər başa düşülməlidir. Nəzərə alınmalıdır ki, zərərçəkmiş şəxsə intensiv və davamlı təsir göstərən və bu zaman güclü fiziki ağrı və ya psixi iztirablar verən tək-tək zorakı hərəkətlər də ( məsələn, dırnağını çəkmə, qızdırılmış metalla və ya elektrik cərəyanı ilə yandırma, saçını yolma və s.) əzəb vermə kimi qiymətləndirilə bilər. İş materiallarından, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən arvadı Zərərçəkmiş şəxs mətəmadi döyməsi sübuta yetməmiş, eləcə də güclü fiziki ağrı və ya psixi iztirab vermə öz təsdiqini tapmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsi, yəni xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma ilə verilmiş ittiham əsassızdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” mart 2004-cü il tarixli qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 6-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. İş materiallarından, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ailə daxilində, şəxsi münasibətlər zəminində 05 fevral 2023-cü il tarixdə, saat 15 radələrində yaşadıqları mənzildə stolun üzərinə qoyulmuş süfrənin altında saxladığı 70 manat pulun 20 manatını tapa bilmədiyindən aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs xəsarətlər yetirmişdir. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmiş, eləcə də təqsirkarın davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərilməmişdir. Göstərilənlərə əsasən, elan edilmiş həmin ittiham üzrə Təqsirləndirilən şəxs əməllərində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma və təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə cinayətləri olmadığından onun əməllərinin CM-nin 127.2.3 və 133.2.4-cü maddələrinə tövsif edilməsi əsassızdır. Məhkəmə dövlət ittihamçısının fikri ilə razılaşaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsinin tərkib əlamətləri olsa da, 127.2.3 və 133.2.4-cü maddələrinin tərkib əlamətləri mövcud deyil. Belə olan halda, Təqsirləndirilən şəxs təqsirə görə məsuliyyət pirinsipi baxımından Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır, həmin Məcəllənin 127.2.3 və 133.2.4-cü maddələri isə ona elan olunmuş ittihamdan xaric edilməlidir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 05 fevral 2023-cü il tarixdə saat 15 radələrində Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yerləşən “Şəhidlər xiyabanı” abidəsindən Xaçmaz rayonu, Müşkür kəndi istiqamətində 300 metr aralı məsafədə yerləşən evində stolun üzərinə qoyulmuş süfrənin altında saxladığı 70 manat pulun 20 manatını tapa bilməyib azyaşlı oğlu, yəni xx.xx.2009-cu il tarixdə doğulmuş Şahid1 gözü qarşısında arvadı Zərərçəkmiş şəxs ondan xəbərsiz həmin pulu götüməkdə günahlandırması səbəbindən aralarında yaranmış ailə-məişət mübahisəsi zamanı sonuncunu bir dəfə əli ilə sifət nahiyyəsinə vurmaqla burun tənəffüsünün orta dərəcədə pozulması ilə burun sümüyünün sınığı, burun çəpərinin əyriliyi, burun və sağ əlin qançırları ilə nəticələnən, xüsusi amansızlıqla zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən zərərçəkmiş şəxsə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azrbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərabaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərabaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halların olmasını (əvvəllər məhkum olunmamasını, ibtidai istintaq zamanı barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin şərtlərinin pozmamasını, yaşayış yerindən müsbət xarakterizə olmasını, törətdiyi əməli səmimi etiraf etməsini, himayəsində bir azyaşlı uşağın olması), həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan şübhəli şəxsi tutma haqqında 17 aprel 2023-cü il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, həmçinin müstəntiqin şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 19 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2023-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş və 19 aprel 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla da, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu müddət, yəni 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, cəmi 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirənin və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 133.2.4-cü maddələri ilə elan olunmuş ittihamdan həmin Məcəllənin 127.2.3 və 133.2.4-cü maddələri xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 aprel 2023-cü il tarixdən 19 aprel 2023-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 02 (iki) günü 04 (dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Xaçmaz rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirənin və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-21/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-21/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver