Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-21/2025 09.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1998-ci ildə Xaçmaz rayonunun Yataq-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, subay, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonunun Yataq-oba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində müvafiq axtarış qərarı əsasında «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 31 dekabr 2023-cü il tarixdə saat 20 radələrində, sərxoş vəziyyətdə Xaçmaz rayonu, Yataq-oba kəndində yerləşən, həmkəndlisi Zərərçəkmiş şəxs1 işlətdiyi mağazanın qarşısına gedib həmkəndlisi Zərərçəkmiş şəxs2 ilə görüşərək sonuncunun azyaşlı oğlunun onun üçün siqaret almağa getməməsini bəhanə edib özünün üstünlüyünü nümayiş etdirərək kənar şəxslərin gözü qarşısında, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət-ənənə və qarşılıqlı davranış qaydalarına saymamazlıq göstərməklə ictimai qaydam kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ucadan söyüşlər söyməklə ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək yumruqla Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə qəsdən vurub sonuncuya burun nahiyəsinin çapıqlaşmış yarası kimi sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, habelə səs-küyə mağazadan bayıra çıxıb Zərərçəkmiş şəxs2 mağazanın içərisinə aparan Zərərçəkmiş şəxs1 məxsus mağazanın giriş qapısı üzərində olan şüşəsini yumruqla vurub sındırmaqla məhv edib sonunucuya 280 manat məbləğində maddi ziyanı vurmaqla, habelə onları ayırmaqla ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs3 arxasınca gedib mağazadan şimal istiqamətində 100 metr aralı məsafədə yerləşən bulağın yaxınlığında xuliqanlıq niyyəti ilə sonuncunun alın nahiyəsinə silah qismində istifadə etdiyi şüşə butulka ilə qəsdən vurub yerə yıxdıqdan sonra öz cinayətkar əməllərini davam etdirib zərərçəkmiş şəxsi yerdə sifət nahiyəsinə yumruqla qəsdən bir neçə dəfə vurub Zərərçəkmiş şəxs3 alın, sağ gözün bayır bucağı, burun nahiyələrinin əzilmiş-cırılmış yaraları, burun sümüyünün yerdəyişən sınığı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü barəsində, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, habelə ağırlaşdırıcı halda xuliqanlıq, yəni ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən şəxsə müqavimət göstərməklə və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini tam təsdiq etməklə göstərdi ki, 31 dekabr 2023-cü il tarixdə saat 16 radələrində Xaçmaz rayonu, Uzunoba kəndində yerləşən Mərdan adlı şəxsin işlətdiyi kafedə həmkəndlisi Zərərçəkmiş şəxs3la oturub iki ədəd yarım litrlik çaxır içmiş və sonra kafedən durub çıxmışlar. Kafedən çıxdıqdan sonra piyada Yataq-oba kəndinə tərəf gedərkən qərara almışlar ki, o, araq alsın, gedib əmisinin evində oturub içsinlər. Yataq-oba kəndində yolun üzərində yerləşən mağazadan bir ədəd bir litrlik butulkada araq, yemək üçün çörək və şor almış, Nicata da demişdir ki, o da turşu təşkil etsin. Onlar Yataq-oba kəndinə gəldikdən sonra həmkəndlisi Ramindən araq içmək üçün turşu almış, daha sonra onlarla birlikdə onun əmisinin evinə gedib Nicatla yemək yeyib araq içmişlər, Ramin isə içki içməmişdir. Aldığı arağı Nicatla o, içdikdən sonra əmisinin evindən durub çıxmışlar, Ramin yaşadığı evə tərəf getmiş, Nicatla o da kəndin mərkəzində olan artezianın yanına getmişlər. Nicatla bir qədər artezianın yanında durub söhbət etmiş, söhbət edən zaman həmkəndlisi Muradxanın oğlu onların yanında olmuşdur. Muradxanın azyaşlı oğluna gedib onun üçün həmkəndlisi Qüdrətin işlətdiyi mağazadan siqaret almasını demişdir. Muradxanın oğlu qorxduğunu, ona görə də gedib onun üçün siqaret ala bilməyəcəyini demişdir. Muradxanın oğlunun onun sözünü yerə salması xoşuna gəlməmiş, sərxoş olduğuna görə ona əsəbiləşmiş, siqaret almağa özü getmişdir. Mağazanın qarşısında Muradxanı görmüş və həmin vaxt Muradxanın oğlunun onun sözünü yerə salması yadına düşmüş, ona görə də o, Muradxana yaxınlaşıb iradını bildirərək üzərinə hücum edib yumruqla sifət nahiyəsinə bir neçə dəfə vurmuşdur. Zərbənin təsirindən Muradxan yerə yıxılmış, o əyilib Muradxanı vurmaq istəyərkən həmkəndlisi Nicat gəlib onu arxadan tutub dartmış, Nicat onu arxaya çəkərkən Qüdrət mağazadan çıxıb gələrək Muradxanı yerdən qaldırıb mağazanın içərisinə apararaq qapını içəridən bağlamışdır. Onun Muradxana qarşı əsəbi soyumamış, ona görə də mağazanın giriş qapısına yaxınlaşıb qapıya bir neçə dəfə yumruq zərbəsi vurmuş, yumruqlardan biri mağazanın qapısının şüşəsinə dəydiyindən şüşə sınmış, şüşə sınan kimi Qüdrət mağazanın qapısını içəridən açmışdır. O, mağazaya daxil olub Muradxanı vurmaq istəyərkən Qüdrət mağazadan taxta parçası götürüb havaya qaldıraraq onu vuracağını demiş, o da buna görə mağazadan çıxıb küçə ilə kəndin mərkəzində olan arteziana tərəf getməyə başlamışdır. Artezianın yanına çatdıqda görmüşdür ki, Nicat əlində velosipedini tutub piyada gedir. Nicatın onu Muradxandan ayırması xoşuna gəlmədiyindən Nicata yaxınlaşıb yerdən bir ədəd şüşə butulka götürüb onun qolundan tutaraq özünə tərəf çevirib alın nahiyəsindən həmin şüşə butulka ilə bir dəfə vurmuşdur. Aldığı zərbədən Nicat yerə yıxılmış, o, yerdə yıxılmış vəziyyətdə olan Nicatın sifətinə yumruq zərbələri endirməyə başlamışdır. O, Nicatı vurarkən küçədə uşaqların olmasını gördüyündən oradan aralanıb yaşadığı evə getmişdir. Hərəkətlərindən səmimi peşmançılıq hissi keçirir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, o, Xaçmaz rayonu, Yataq-oba kəndində yaşamaqla yaşadığı evin yerləşdiyi kənddə kiçik mağazası vardır. 31 dekabr 2023-cü il tarixdə saat 20 radələrində həmkəndlisi Muradxan işlətdiyi mağazaya gəlib atasının araq istədiyini, ona yarım litrlik araq verməsini istəmişdir. O da Muradxana mağazadan yarım litrlik araq vermiş, Muradxan mağazadan bayıra çıxarkən mağazanın qarşısında həmkəndlisi Təqsirləndirilən şəxslə rastlaşmışdır. Nadir orada Muradxana uşağının tərbiyəsiz olduğunu, yaxşı təlimtərbiyə vermədiyini bildirib yumruq ilə Muradxanın sifət nahiyəsindən vurmuş, aldığı zərbənin təsirindən Muradxan yerə yıxılmışdır. Muradxan yerə yıxılan kimi Nadir onun qarnının üstündə oturub sifətinə yumruq zərbələri endirməyə başlamışdır. Bu zaman oraya gələn Nicat Nadiri belindən tutub dartaraq Muradxandan ayırmağa çalışmış və Nadiri bir qədər arxaya çəkmişdir. O da həmin vaxt Muradxanı yerdən qaldırıb mağazanın içərisinə aparmış və mağazanın giriş qapısını içəri tərəfdən bağlamışdır ki, Nadir içəriyə girə bilməsin. Lakin Nadir mağazanın qarşısında Nicatı da itələyib sonuncunun əlindən çıxmış və mağazanın giriş qapısının qarşısına gəlib açmaq istəyərkən görmüşdür ki, qapı bağlıdır. Nadir qapını açması üçün qışqırmış və qapıya yumruq zərbələri endirməyə başlamışdır. Nadir yumruq zərbələri vurub mağazanın giriş qapının şüşəsini sındırmış və o görmüşdür ki, qapını açmasa Nadir mağazanın qapısını da sındırıb yerindən çıxaracaqdır. Ona görə də o, qapını içəridən açmışdır ki, Nadir sakitləşsin. O, qapını açdıqdan sonra Nadir mağazaya daxil olub Muradxanın üstünə hücum edib sonuncunu vurmaq istəmiş, Nadirə yaxınlaşsa onu da vuracağını hissə edərək mağazanın içərisində olan taxta parçasını götürüb havaya qaldırıb Nadirin üstünə qışqıraraq demişdir ki, əgər buradan çıxıb getməsə ona həmin taxta parçası ilə zərbə vuracaqdır. Bu zaman Nadir mağazadan çıxıb kəndin mərkəzində olan arteziana tərəf getmişdir. Nadir getdikdən sonra o, Muradxanın ailə üzvlərinə zəng edib məlumat vermiş, bir qədər sonra Muradxanın ailə üzvləri onların yanına gəlmişlər. Daha sonra o da bu barədə kəndin sahə rəisi Fuad Ömərova zəng edib məlumat vermişdir. Bir neçə dəqiqə sonra onların yanına polis əməkdaşları gəlmişlər. O, sonradan eşitmişdir ki, Nadir Muradxanı döyüb mağazadan çıxıb getdikdən sonra artezianın yanında Nicatı da əvvəlcə şüşə butulka ilə, daha sonra isə yumruq zərbələri ilə döyüb xəsarət yetirmişdir. Nadirin əməlinə görə mağazanın plastik qapısının şüşəsi sınmaqla 280 manat ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxsn şikayətçidir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, 31 dekabr 2023-cü il tarixdə saat 20 radələrində atası araq istədiyi üçün o, həmkəndlisi Qüdrətin işlətdiyi mağazaya gedib araq alıb çıxdıqdan sonra mağazanın qarşısında Qüdrətlə dayanıb söhbət edərkən həmkəndlisi Təqsirləndirilən şəxs da mağazanın qarşısına gəlmişdir. Nadir orada ona uşağının tərbiyəsiz olduğunu, yaxşı təlimtərbiyə vermədiyini bildirib başqa bir söz demədən ona yaxınlaşıb yumruq ilə onun burun nahiyəsindən bir dəfə vurmuşdur. Aldığı zərbənin təsirindən o, müvazinətini itirib yerə yıxılmış, yerə yıxıldıqdan sonra Nadir ona yaxınlaşıb vurmaq istəyərkən Qüdrət aralarına girib onu yerdən qaldırıb işlətdiyi mağazanın içərisinə aparmış və mağazanın giriş qapısını içəridən bağlamışdır. Həmin vaxt küçəyə çoxlu kənd sakinləri toplaşmış, lakin heç kim Nadirə yaxınlaşmaq istəməmişdir. Onlar mağazanın içərisinə girib qapını bağladıqan sonra Nadir mağazanın giriş qapısının qarşısına gəlib qışqıraraq Qüdrətə qapını açmasını desə də Qüdrət ona çıxıb getməsini deyib qapını açmamışdır. Qüdrətin qapını açmadığını görən Nadir mağazanın plastik materialdan qapısına yumruq zərbələri vurmaqla mağazanın qapısının şüşəsini sındırmışdır. Qüdrət görmüşdür ki, qapını bir qədər də açmasa Nadir mağazanın qapısını bütöv halda qıracaqdır, ona görə də içəri tərəfdən mağazanın qapısını açmışdır. Mağazanın qapısı açıldıqdan sonra Nadir mağazanın içərisinə daxil olub mağazanın içərisində də onu vurmaq istəyərkən Qüdrət mağazanın içərisindən əlinə bir ədəd taxta parçası götürüb yuxarı qaldıraraq Nadirə əgər çıxıb getməsə onu həmin taxta parçası ilə vuracağını dedikdən sonra o, mağazadan çıxıb getmişdir. Sonradan eşitmişdir ki, Nadir mağazadan getdikdən sonra həmkəndlisi Nicatı da kəndin mərkəzindəki artezianın yanında döyüb xəsarət yetirmişdir. Bundan sonra Qüdrət hadisə yerinə polis əməkdaşlarını çağırmış, o da evə getmişdir. Nadir onun həmkəndlisi olduğundan, ondan gəlib üzr istədiyindən və barışdıqlarından ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, 31 dekabr 2023-cü il tarixdə saat 16 radələrində Xaçmaz rayonu, Uzunoba kəndində yerləşən Mərdan adlı şəxsin işlətdiyi kafeyə gedib orada tək oturub çaxır içməyə başlamışdır. Həmin vaxt həmkəndlisi Nadir də həmin kafedə oturub tanımadığı şəxslə domino oynamışdır. Bir qədər sonra Nadir oturduğu masadan durub onun oturduğu masaya yaxınlaşıb oturacaqların birində əyləşərək bir litrlik çaxır sifariş vermiş və onunla birlikdə çaxır içmək istədiyini demişdir. Nadirlə razılaşaraq çaxır içmişlər və sonra kafedən çıxmışlar. O, evə getmək istəyərkən Nadir bayram olduğundan yenə onunla oturub araq içməsini təklif etmişdir. Nadir israrla tələb etdiyindən razılaşmış, kəndin içərisində bir müddət əvvəl münasibətləri pozulmuş Raminlə rastlaşmışlar. Nadir ona demişdir ki, həmkəndlisi Raminlə barışmalıdır. Nadirin sözünü yerə salmayıb Raminlə orada barışmışdır. Bundan sonra Nadir, Ramin və o, Nadirin əmisinin evində oturub yeyib içmişlər. Orada yeyib içdikdən sonra yenidən küçəyə çıxıb kəndin mərkəzində olan artezianın yanına gəlmişlər. Artezianın yanında olarkən Nadir həmkəndlisi Muradxanın azyaşlı oğluna gedib Qüdrətin işlətdiyi mağazadan ona siqaret alıb gətirməsini demiş, lakin Muradxanın oğlu qorxduğunu bildirib Nadir üçün siqaret almağa getməmişdir. Nadir mağazanın qarşısında dayanaraq söhbət edən Muradxanın səsini eşidib sonuncunun yanına getmiş, o da Nadirin arxası ilə oraya getmişdir. Nadir Muradxanın yanına çatdıqdan sonra sonuncuya “övladına yaxşı tərbiyə verməmisən” deyib yumruqla Muradxanın sifətinə bir dəfə vurmuşdur. Zərbənin təsirindən Muradxan yerə yıxılmış, burnunun üst tərəfində xəsarət əmələ gəlmiş və qan axmağa başlamışdır. Nadir yerdə uzanıqlı vəziyyətdə olan Muradxanı vurmağa davam etmişdir. O, Nadiri kürək nahiyəsindən tutub arxaya dartıb ayırmağa başlamış, bu zaman mağazanın sahibi Qüdrət də Muradxanı tutub mağazanın içərisinə çəkib mağazanın qapısını içəridən bağlamışdır ki, Nadir içəriyə girə bilməsin. Nadir onun əlindən çıxıb mağazaya gedib qışqıraraq Qüdrətə qapını açmasını demiş, lakin Qüdrət qapını açmadıqda Nadir mağazanın qapısına yumruq zərbələri vurmağa başlamışdır. Vurduğu yumruq zərbələrindən biri mağazanın plastik qapısının şüşəsinə dəyib sındırmışdır. Bundan sonra Qüdrət mağazanın qapısını açmış, Nadir də mağazaya daxil olmuşdur. Nadir mağazaya daxil olan kimi Muradxanın üzərinə hücum etmək istəmiş, bu zaman Qüdrət mağazadan götürdüyü taxta parçasını havaya qaldırıb mağazadan getməsə onu vuracağını demiş, bundan sonra Nadir mağazadan çıxmışdır. O, həmin vaxt mağazanın qarşısında dayanıb Nadirə baxmışdır. Qüdrət Nadiri mağazadan çıxardıqdan sonra o, Nadirə onunla gəlməsini, onsuz da bir qədər sonra polislərin məlumat alaraq gələcəyini demişdir. Nadir onunla mağazanın qarşısından təxminən 20-30 metr artezian tərəfə gəlmiş, daha sonra Nadir yenidən mağazanın qarşısına qayıtmışdır. Həmin vaxt o, velosipedlə olmuş, ancaq içkili olduğuna görə velosipedi əli ilə sürərək aparmışdır. Piyada gedərkən Nadir artezianın yanında ona çataraq “nə üçün onunla içib sonradan qaçdığını və Muradxandan onu ayırdığını” deyib əlində olan şüşə butulka ilə onun başının alın nahiyəsindən bir dəfə vurmuşdur. Aldığı zərbənin təsirindən başında bərk ağrı hiss etmiş və gözləri qaralmışdır. Bu zaman Nadir butulkanı yerə atıb sifətinə yumruq zərbələri vurmağa başlamışdır. Sonra onları ayırmışlar. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayətçi deyil. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, 31 dekabr 2023cü il tarixdə axşam saat 21 radələrində həmkəndlisi və qohumu Zərərçəkmiş şəxs2 yaşadığı evə bayramlaşmaq üçün getmiş, qohumları olduğuna görə onlarla bayramlaşdıqdan sonra Muradxanın atası Əhmədxan onu getməyə qoymayıb oturub yemək yeməsini demişdir. O da Əhmədxanın sözünü yerə salmayıb oturmağa razı olmuş, buna görə də Əhmədxan oğlu Muradxanı həmkəndlisi Qüdrətin işlətdiyi mağazaya araq alması üçün göndərmiş, Muradxan da evdən çıxıb mağazaya getmişdir. Onlar evdə oturub söhbət edərkən Qüdrət Muradxanın ailə üzvlərinə zəng edib Nadirin Muradxanı döydüyünü bildirmişdir. Onlar tez evdən çıxıb Qüdrətin işlətdiyi mağazanın qarşısına getmiş, oraya çatdıqda görmüşlər ki, Muradxanla Qüdrət mağazanın içərisindədirlər, Muradxanın burununun üst tərəfində qanayan yara vardır. Bundan sonra Muradxanın ailə üzvləri onu yaşadığı evə aparmışlar, o da öz yaşadığı evə tərəf gedərkən Nadirin Nicatı kəndin mərkəzində olan artezianın yanında döydüyünü görmüşdür. Nadir sərxoş vəziyyətdə olarkən qarşısına çıxanla dava-dalaş etdiyindən Nadirlə Nicata yaxınlaşmamış və yaşadığı evə getmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi- anası X1 iştirakı ilə şahid qismində dindirilən yetkinlik yaşına çatmayan Şahid2 göstərdi ki, 31 dekabr 2023-cü il tarixdə axşam saatlarında yaşadığı evin yaxınlığında küçədə olan artezianın yanında həmyaşıdları ilə birlikdə dayanarkən həmkəndlisi Nadirlə Nicat onların yanına gəlmişlər. Nadir bulağın yanında ona demişdir ki, gedib onun üçün Qüdrətin işlətdiyi mağazadan siqaret alsın. Həmin vaxt Nadir sərxoş olduğundan və hava qaranlıq olduğundan o, Nadir üçün siqaret almağa getməyə qorxmuş, ona görə də Nadir ona desə də o, Nadir üçün siqaret almağa getməmişdir. O, Nadir üçün siqaret almağa getmədiyi üçün Nadir siqaret almaq üçün Qüdrətin mağazasına özü getmiş, Nicat da Nadirlə birlikdə getmişdir. Həmin vaxt bulağın yanında ocaq qalayıb həmyaşıdları ilə birlikdə oturmuşdur. Sonradan eşitmişdir ki, o, siqaret almağa getmədiyi üçün Nadir Qüdrətin işlətdiyi mağazanın qarşısında onun atası Muradxanla dalaşıb ona xəsarət yetirmişdir. İş materiallarında olan 31 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Xaçmaz rayonu, Yataq-oba kəndi ərazisində, həmin kənd sakini Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətində yerləşən ərzaq mağazasının qarşısı və içərisidir. Baxış zamanı Zərərçəkmiş şəxs1 işlətdiyi mağazanın qapısının şüşəsinin sındırılması görünmüş və sonuncu həmin şüşənin Təqsirləndirilən şəxs tərəfindən sındırıldığını bildirmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X5 Şəxsin Xaçmaz Rayon Şöbəsinin 02 yanvar 2024-cü il tarixli 01 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində alın, sağ gözün bayır bucağı, burun nahiyələrinin əzilmiş-cırılmış yaraları, burun sümüyünün yerdəyişən sınığı bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti 31 dekabr 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X5 Şəxsin Xaçmaz Rayon Şöbəsinin 08 fevral 2024-cü il tarixli 47 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində burun nahiyəsinin çapıqlaşmış yarası bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti 31 dekabr 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respüblikasının Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Hərbi Prokurorluğunun icraatında olmuş ********* nömrəli cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmiş, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi səbəbindən Bakı Hərbi Məhkəməsinin 28 iyun 2023-cü il tarixli qərarı ilə sonuncu cinayət məsuliyyətindən azad edilmiş və cinayət təqibi üzrə icaata xitam verilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 31 dekabr 2023-cü il tarixdə saat 20 radələrində, sərxoş vəziyyətdə Xaçmaz rayonu, Yataq-oba kəndində yerləşən, həmkəndlisi Zərərçəkmiş şəxs1 işlətdiyi mağazanın qarşısına gedib həmkəndlisi Zərərçəkmiş şəxs2 ilə görüşərək sonuncunun azyaşlı oğlunun onun üçün siqaret almağa getməməsini bəhanə edib özünün üstünlüyünü nümayiş etdirərək kənar şəxslərin gözü qarşısında, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət-ənənə və qarşılıqlı davranış qaydalarına saymamazlıq göstərməklə ictimai qaydam kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ucadan söyüşlər söyməklə ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək yumruqla Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə qəsdən vurub sonuncuya burun nahiyəsinin çapıqlaşmış yarası kimi sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, habelə səs-küyə mağazadan bayıra çıxıb Zərərçəkmiş şəxs2 mağazanın içərisinə aparan Zərərçəkmiş şəxs1 məxsus mağazanın giriş qapısı üzərində olan şüşəsini yumruqla vurub sındırmaqla məhv edib sonunucuya 280 manat məbləğində maddi ziyanı vurmaqla, habelə onları ayırmaqla ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs3 arxasınca gedib mağazadan şimal istiqamətində 100 metr aralı məsafədə yerləşən bulağın yaxınlığında xuliqanlıq niyyəti ilə sonuncunun alın nahiyəsinə silah qismində istifadə etdiyi şüşə butulka ilə qəsdən vurub yerə yıxdıqdan sonra öz cinayətkar əməllərini davam etdirib zərərçəkmiş şəxsi yerdə sifət nahiyəsinə yumruqla qəsdən bir neçə dəfə vurub Zərərçəkmiş şəxs3 alın, sağ gözün bayır bucağı, burun nahiyələrinin əzilmiş-cırılmış yaraları, burun sümüyünün yerdəyişən sınığı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü barəsində, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və AR Cinayət Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, habelə ağırlaşdırıcı halda xuliqanlıq, yəni ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən şəxsə müqavimət göstərməklə və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Xuliqanlıq- öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsi xuliqanlıq cinayət əməlini– ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarında Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilmişdir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. Ali Məhkəmənin Plenumunun həmin qərarında izah edilmişdir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Buraya cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. X3 7-ci bəndində qeyd edilmişdir ki, xuliqanlıq zamanı hakimiyyət nümayəndəsinə qarşı onun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə müşayiət olunan müqavimət göstərildikdə də əməl cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221.2.2 və 315.2-ci maddələri ilə tövsif olunmalıdır. Hakimiyyət nümayəndəsi olmayan, lakin xuliqanlıq hərəkətlərinin qarşısını alan şəxsə onun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edilərsə, yenə də əməl cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221-ci və şəxsiyyətə vurulan zərərin dərəcəsindən asılı olaraq Cinayət Məcəlləsinin 126-cı və ya 127-ci maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1, 127.2, 127.2.1 və 127.2.3cü maddələrinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma kimi eyni əməllər zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə, habelə ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə həmin əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin127.2.1 və 127.2.3-cü maddələrinin tərkibini yaradır. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3 və 221.3-cü maddələrinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3 və 221.3-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3 və 221.3cü maddələri təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsi məqsədəmüvafiqdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 1(067)-113/2024 saylı qərarından və axtarışda olan şəxsin tutulması haqqında 28 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin çağrışlarına üzürlü səbəb olmadan gəlməməklə məhkəmədən gizləndiyindən məhkəmənin 07 noyabr 2024-cü il tarixli, 1(067)-113/2024 nömrəli qərarı ilə onun barəsində axtarış elan edilməklə, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin müvafiq axtarış qərarı əsasında o, 28 noyabr 2024-cü il tarixdə tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti tutulduğu gündən, yəni 28 noyabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət 127.2.1, 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3-cü maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək qüvvəsində saxlanılsın. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 28 noyabr 2024-cü il tarixdən hesablansın. Hazırki cinayət işi üzrə maddi sübutun, xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №1(067)-21/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-21/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver