Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-22/2021 23.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi İzzətli Anar İzzət oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1960-cı ildə Quba rayonunun Zərdabi qəsəbəsində anadan olmuş, vətəndaşlığı olmayan, subay, orta təhsilli, işləməyən, əvvəllər Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsində edilmiş dəyişikliklərə əsasən cəzası 5 ilə endirilmiş və xx xxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmış, məhkumluğu ödənilmiş, Quba rayonu Zərdabi qəsəbəsində qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonunun Armudpadar kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2006-cı ildə zavod üsulu ilə Rusiya Federasiyasının “İjevsk mexaniki zavodunda” istehsal edilmiş 01 (bir) ədəd 9 mm kalibrli, “**********” №-li, “İJ-79- 9T” modelli qaz tapançasını, zavod üsulu ilə hazırlanmış «LOM- 13», «Pİ (Naqanıç)» və «Qroza-Z (02-06)» modelli revolverlərdə, «MP-79-9T (Makarıç)», «İj- 78-9T (Kolğçuqa)», «MP-81», «Fort-12R», «Xorxe», «X11», «Streamer 1014», «Streamer 2014» modelli tapançalarda və s. uyğun kalibrli silahlarda istifadə edilən 08 (səkkiz) ədəd 9 mm kalibrli travmatik patronları və zavod üsulu ilə istehsal edilmiş “Ü-79-9T” modelli qaz tapançalarında istifadə edilmək üçün nəzərdə tutulmuş 08 (səkkiz) ədəd 9 mm kalibrli patron tutumlu sandıqçanı istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, silahın işlək vəziyyətdə olub-olmamasını yoxlamaq məqsədi ilə patronlardan 01 ədədini həmin qaz silahından havaya atəş açmaqla istifadə etmiş və bundan sonra 01 ədəd qaz silahını və həmin silaha aid içərisində 07 (yeddi) ədəd patron olan sandıqçanı gözətçi işlədiyi Xaçmaz rayonu Armudpadar kəndi ərazisində yerləşən X6 məxsus anbarın arxa tərəfindəki köməkçi tikilidə asılqandan asılı vəziyyətdə olan şalvarının sağ yan cibində saxlamış və xx xxxxxx 2020-ci il tarixdə saat 00:20-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həmin köməkçi tikiliyə baxış keçirilərkən qeyd olunan 01 ədəd qaz silahı və həmin silaha aid içərisində 07 (yeddi) ədəd patron olan sandıqça onun şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs oğlunun qeyd edilən cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən 2019-cu ilin dekabr ayında Xaçmaz rayonu Armudpadar kəndi ərazisində, Xaçmaz-Quba avtomobil yolunun 2ci km-də yerləşməklə həmkəndlisi X6 məxsus gözətçi işlədiyi anbarın yanındakı avtomobil yuma məntəqəsinə gəlmiş tanımadığı və adını bilmədiyi Rusiya Federasiyasına məxsus qeydiyyat nömrəli yük avtomobilinin sürücüsü, Dağıstan Respublikasının vətəndaşı ilə söhbət zamanı o, özünə məxsus qaz tapançasını satmaq istədiyini demişdir. O, həmin şəxsə tapançanı almaq istədiyini bildirmiş, daha sonra həmin sürücüdən 80 manat pul müqabilində 01 ədəd qaz tapançasını və ona aid 08 ədəd patronu almışdır. Tapançanı aldıqdan bir neçə gün sonra yoxlamaq məqsədilə patronlardan bir ədədini boş sahədə havaya atəş açmaqla istifadə etmiş, qalan 07 ədəd patron isə daraqda qalmışdır. O, həmin tapançanı içərisində 07 ədəd patron olan daraqla birlikdə geyinmədiyi şalvarlarından birinin cibinə qoyaraq işlədiyi anbarın arxa tərəfindəki köməkçi tikilidə olan asılqandan asaraq saxlamışdır. Tapançanı marağa və ucuz qiymətə satıldığına görə almış, onu almaqda və saxlamaqda başqa heç bir məqsədi olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında işlədiyi anbarda olduğu zaman özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları kimi təqdim edən mülki geyimli şəxslər anbara gəlmiş, onlar anbarın sahibi Ramin Əliyevin barəsində olan məhkəmə qərarını ona təqdim etmiş və anbara baxış keçirəcəklərini bildirmişlər. O, anbara baxış keçirilməsinə etiraz etməmiş, bundan sonra DTX-nin əməkdaşları tərəfindən onun özünün və iki hal şahidinin iştirakı ilə anbara baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl DTX-nın əməkdaşları ona üstündə qanunla qadağan edilmiş hər hansı bir əşya varsa onları təqdim etməsi təklif edildiyindən o, etiraz etməmiş və 2019-cu ilin təxminən sentyabr ayında dəmir qəbulu məntəqəsinin yaxınlığından taparaq təsərrüfat işlərində istifadə etmək üçün lazım olduğundan üstündə gəzdirdiyi 01 ədəd bıçağı onlara təqdim etmişdir. Bundan sonra işlədiyi anbara baxış keçirilməsinə başlanılmış, baxış zamanı onun anbarın arxa tərəfindəki köməkçi tikilidə divardan asılı olan şalvarının sağ yan cibində saxladığı həmin qaz tapançası və darağında olan 07 ədəd patron aşkar edilərək götürülmüşdür. Sorğu zamanı DTX-nın əməkdaşlarına qaz tapançasının və patronların özünə məxsus olduğunu etiraf etmiş, həmin tapançanı və patronları 2019-cu ilin dekabr ayında işlədiyi anbarın yanında yerləşən avtoyuma məntəqəsinə gəlmiş və özünü Dağıstan Respublikasında yaşayan şəxs kimi təqdim etmiş Rusiya Federasiyasına məxsus dövlət qeydiyyat nömrəli avtomobili idarə edən tanımadığı və adını bilmədiyi şəxsdən 80 manata aldığını bildirmişdir. Əməlindən peşman olmaqla ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixə keçən gecə iş yoldaşı Şahid2 ilə birlikdə Xaçmaz rayonu Armudpadar kəndinin yaxınlığında olarkən onlara iki nəfər şəxs yaxınlaşıb özlərini Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları kimi təqdim edərək xidməti vəsiqələrini göstərmiş, Xaçmaz-Quba yolunun sol kənarında, Xaçmaz rayonu Armudpadar kəndi ərazisində yerləşən anbarlara baxış keçirəcəklərini demiş və həmin baxışda hal şahidi qismində iştirak etmələrini xahiş etmişlər. Onlar DTX əməkdaşlarının xahişini nəzərə alaraq keçirilməsi planlaşdırılmış baxışda hal şahidi qismində iştirak etməyə etiraz etməmiş, hüquq və vəzifələri izah olunduqdan sonra DTX-nin əməkdaşları tərəfindən onların və Xaçmaz rayonu Armudpadar kəndi ərazisində yerləşən anbarların gözətçi olduğunu bildirən Fətəli Məhəmməd oğlunun iştirakı ilə həmin anbarlara baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl Fətəli əməkdaşların təklifi ilə üstündə olan 01 ədəd bıçağı DTX-nin əməkdaşlarına təqdim etmiş və bundan sonra anbarlara baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı anbarların arxa tərəfindəki tikilidə divardan asılmış vəziyyətdə olmaqla Fətəliyə məxsus şalvarın cibindən 01 ədəd tapança aşkar edilmiş və həmin tapança iştirakçıların gözü qarşısında qablaşdırılaraq götürülmüşdür. Daha sonra DTX-nin əməkdaşları tərəfindən protokol tərtib edilmiş və onlar həmin protokolla tanış olduqdan sonra onun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş baxış protokolundan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən fərdi sahibkar X6 məxsus olmaqla Xaçmaz-Quba avtomobil yolunun 2-ci km-də, Xaçmaz rayonu Armudpadar kəndi ərazisində, yolun sol tərəfində yerləşən saxlanc yeri hesab edilən anbara hal şahidlərinin və həmin anbarda gözətçi işləyən Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl X9 könüllü olaraq əynindəki şalvarın arxa cibindən 01 ədəd bıçaq çıxarıb təqdim etmiş, həmin bıçaq qablaşdırılaraq götürüldükdən sonra anbarlara baxış keçirilməsi davam etdirilmiş və baxış zamanı anbarların arxa tərəfində yerləşən yardımçı tikilidən gözətçi Təqsirləndirilən şəxs məxsus şalvarın sağ cibindən üzərində «**********» qeydlər olan tapança aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 3/94 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 01 (bir) ədəd tapança 2006-cı ildə zavod üsulu ilə Rusiya Federasiyasında «İjevski mexaniki zavodunda» istehsal edilmiş, 9 mm kalibrli, «**********» №-li, «İJ-79-9T» modelli qaz tapançasıdır, odlu silah hesab edilmir, saz vəziyyətdədir, istifadəyə yararlıdır, üzərində, zavod işarələrində əlavə və dəyişiklik edilməmişdir. Bu modelli silahlardan 9 mm kalibrli travmatik patronlardan istifadə etməklə atəş açmaq mümkündür. Həmin tapançadan atəş (atəşlər) açılmışdır. - Tədqiqata təqdim edilmiş 07 ədəd patron zavod üsulu ilə hazırlanmış «LOM-13», «Pİ (Naqanıç)» və «Qroza-Z (02-06)» modelli revolverlərdə, «MP-79-9T (Makarıç)», «İj- 78-9T (Kolğçuqa)», «MP-81», «Fort-12R», «Xorxe», «X11», «Streamer 1014», «Streamer 2014» modelli tapançalarda və s. uyğun kalibrli silahlarda istifadə edilən, döyüş sursatı hesab edilməyən 9 mm kalibrli travmatik patronlardır, istifadəyə yararlıdır. - Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd sandıqça zavod üsulu ilə istehsal edilmiş, «İJ-79- 9T» modelli qaz tapançalarında istifadə edilmək üçün nəzərdə tutulmuş, 08 ədəd 9 mm kalibrli patron tutumlu, funksional əhəmiyyət daşımayan komplekt hissədirsandıqçadır, təyinatı üzrə istifadəyə yararlıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 alınmış tələbnamədən, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 1(001)-116/2014 saylı hökmünün və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 7(002)-189/2018 saylı qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsində edilmiş dəyişikliklərə əsasən cəzası 5 ilə endirilmiş və xx xxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başçısının Zərdabi qəsəbə X8 üzrə nümayəndəliyindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1960-cı ildə anadan olub, Azərbaycan Respublikasında daimi yaşayır, vətəndaşlığı yoxdur, subaydır, Quba rayonu Zərdabi qəsəbəsində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayır və müsbət səciyyələndirilir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 2006-cı ildə zavod üsulu ilə Rusiya Federasiyasının “İjevsk mexaniki zavodunda” istehsal edilmiş 01 (bir) ədəd 9 mm kalibrli, “**********” №-li, “İJ-79-9T” modelli qaz tapançasını, zavod üsulu ilə hazırlanmış «LOM- 13», «Pİ (Naqanıç)» və «Qroza-Z (02-06)» modelli revolverlərdə, «MP-79-9T (Makarıç)», «İj- 78-9T (Kolğçuqa)», «MP-81», «Fort-12R», «Xorxe», «X11», «Streamer 1014», «Streamer 2014» modelli tapançalarda və s. uyğun kalibrli silahlarda istifadə edilən 08 (səkkiz) ədəd 9 mm kalibrli travmatik patronları və zavod üsulu ilə istehsal edilmiş “Ü- 79-9T” modelli qaz tapançalarında istifadə edilmək üçün nəzərdə tutulmuş 08 (səkkiz) ədəd 9 mm kalibrli patron tutumlu sandıqçanı istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, silahın işlək vəziyyətdə olub-olmamasını yoxlamaq məqsədi ilə patronlardan 01 ədədini həmin qaz silahından havaya atəş açmaqla istifadə etmiş və bundan sonra 01 ədəd qaz silahını və həmin silaha aid içərisində 07 (yeddi) ədəd patron olan sandıqçanı gözətçi işlədiyi Xaçmaz rayonu Armudpadar kəndi ərazisində yerləşən X6 məxsus anbarın arxa tərəfindəki köməkçi tikilidə asılqandan asılı vəziyyətdə olan şalvarının sağ yan cibində saxlamış və xx xxxxxx 2020-ci il tarixdə saat 00:20-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həmin köməkçi tikiliyə baxış keçirilərkən qeyd olunan 01 ədəd qaz silahı və həmin silaha aid içərisində 07 (yeddi) ədəd patron olan sandıqça onun şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan yuxarıda qeyd edilən cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə tövsif olunmuşdur. Ona görə də məhkəmə hessab edir ki, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinib cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məсəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin ediliş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçü ona xidmət etmək;n 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb iсraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlama otağında saxlanılan 01 ədəd qaz tapançası, həmin tapançaya aid 01 (bir) ədəd sandıqça və 06 (altı) ədəd patron dövlət nəfinə müsadirə edilməldir. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 128 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş materiallarından görünür ki, Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(067)-145/2020 saylı qərarı əsasında isə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə dövlət hesabına 8 iş saatı sərf etmişlər. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi cəmi 8 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 48 manat pul ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbayсan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması сəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb iсraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlama otağında saxlanılan, 01 (bir) ədəd qaz tapançası, həmin tapançaya aid 01 (bir) ədəd sandıqça və 06 (altı) ədəd patron dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə ekspertiza xərci olan cəmi 128 (bir yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi cəmi 8 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 48 (qırx səkkiz) manat pul ödənilsin. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №1(067)-22/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-22/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver