Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-22/2024 27.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X5 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1987-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası, vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs X1 məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz şəhəri, H.Əliyev prospektində saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib ünvan 2 ünvanda yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə 07 iyun 2023-cü il tarixdə saat 12:00-12:10 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd kağız bükümdə 0,292 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən təqsirləndirilən şəxs X10 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Xaçmaz şəhəri, 28 May küçəsi, ev 52-də qeydiyyatda olsada qardaşı Novruzla birlikdə Xaçmaz rayonu, Arzu kəndində yaşayır. Təxminən bir il olarkı narkotik vasitə olan heroindən istifadə edir. 06 iyun 2023-cü il tarixdə təxminən saat 15 radələrində Xaçmaz şəhər Dəmiryol vağzalının yaxınlığından keçib gələrkən yerdə bir ədəd qızılı rəngli kağız büküm olduğunu görmüş və həmin kağız bükümü əlinə götürüb açıb baxanda görmüşdür ki, içərisində narkotik vasitə olan heroin var. Özüdə narkotik vasitədən istifadə etdiyi üçün kağız bükümdə tapdığı heroini atmayaraq əynində olan şalvarın sağ yan cibinə qoyub saxlamışdır ki, sonradan özü istifadə etsin. Həmin gün o, tapdığı heroindən bir qədər götürüb istifadə etdikdən sonra qalan hissəsini kağız bükümdə şalvarının sağ yan cibinə qoyub saxlamışdır. 07 iyun 2023cü il tarixdə təxminən saat 11 radələrində Xaçmaz şəhəri, H.Əliyev prospekti ilə piyada gedərkən ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. O, etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. Xaçmaz RPŞ-nin inzibati binasında müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitələri əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra müstəntiq tərəfindən ona video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O, əynində olan şalvarın sağ yan cibindən bir ədəd kağız bükümü, 01 ədəd siqaret dənəsini, şalvarının sol yan cibindən 01 ədəd alışqanı, 01 ədəd on manatlıq, 01 ədəd beş manatlıq, 03 ədəd bir manatlıq əskinasları, 02 ədəd 10 qəpik pulları, şalvarının qopmuş dəmir etiketini çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərində başqa heç nə aşkar olunmamışdır. Müstəntiq təqdim etdiyi kağız bükümü onun, vəkilin və digər iştirakçıların iştirakı açıb içərisində olan qəhvəyi rəngli toz şəkilli maddənin nə olduğunu, haradan əldə etdiyini soruşmuş, o, da hər şeyi könüllü olaraq etiraf edərək bildirmişdir ki, təqdim etdiyi kağız bükümdə olan qəhvəyi rəngli maddə «kakos», yəni narkotik vasitə olan heroindir, özünə məxsusdur, yerdən tapmışdır və üzərində saxlamışdır ki, sonradan özü istifadə etsin. Müstəntiq onun üzərində aşkar olunmuş heroini elektron tərəzinin üzərinə qoyub çəkmiş və kağızla birlikdə heroinin çəkisinin 0,4 qram olması müəyyən edilmişdir. Bundan sonra onun üzərində aşkar olunmuş 01 ədəd kağız bükümdə olan heroin müstəntiq tərəfindən bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq protokol tərtib edilmiş, o, da üzərində aşkar olunmuş heroinin qablaşdırıldığı zərfin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. Üzərində aşkar olunmuş 01 ədəd alışqan, 01 ədəd on manatlıq, 01 ədəd beş manatlıq, 03 ədəd bir manatlıq əskinaslar, 02 ədəd 10 qəpik pullar, şalvarının qopmuş dəmir etiketi və 01 ədəd siqaret dənəsi isə götürülməyərək onun özünə qaytarılmışdır. O, heç kimdən narkotik vasitə almamış və heç kimə də narkotik vasitə satmamışdır. Üzərində aşkar olunmuş heroini isə 06 iyun 2023-cü il tarixdə Xaçmaz şəhər Dəmiryol vağzalının yaxınlığından keçib gedərkən yerdən tapmışdır və gələcəkdə özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, ona güzəşt edilməklə yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, o, Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Xaçmaz Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinə Xaçmaz rayonu, Arzu kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Cinayət axtarış bqlməsinə daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 07 iyun 2023-cü il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib şöbə rəisi tərəfindən təsdiq olunduqdan sonra onun və cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırmanın aparılması İstintaq böknəsinin müstəntiq, polis kapitanı Rəşad Babayevə həvalə olunmuşdur. Həmin gün təxminən saat 11 radələrində Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, H.Əliyev prospektində olduğunu müəyyənləşdirərək ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən Xaçmaz Rayon Polis Şöbəsinə gəlməyə razılaşmış və onlar onu polis şöbəsinə gətirmişlər. Xaçmaz Rayon Polis Şöbəsində X11 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra isə ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra X11 Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa özü təqdim etsin. X9 təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümü, 01 ədəd siqaret dənəsini, şalvarının sol yan cibindən 01 ədəd alışqanı, 01 ədəd on manatlıq, 01 ədəd beş manatlıq, 03 ədəd bir manatlıq əskinasları, 02 ədəd 10 qəpik pulları, şalvarının qopmuş dəmir etiketini çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra X11 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərində başqa heç nə aşkar olunmamışdır. X11 Təqsirləndirilən şəxs təqdim etdiyi kağız bükümü Təqsirləndirilən şəxs, vəkilin və onların iştirakı ilə açıb içərisində olan qəhvəyi rəngli toz şəkilli maddənin nə olduğunu, haradan əldə etdiyini soruşmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar olunmuş kağaz bükümdə olan qəhvəyi rəngli maddə «kakos», yəni narkotik vasitə olan heroindir, özünə məxsusdur, dəmiryol xəttinin yaxınlığından keçib gələrkən yerdən tapmışdır və üzərində saxlamışdır ki, sonradan özü istifadə etsin. X11 Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 ədəd kağız bükümdə olan qəhvəyə rəngli toz şəkilli maddəni elektron tərəzinin üzərinə qoyub çəkmiş və 01 ədəd kağız bükümdə olan qəhvəyi rəngli tozşəkilli maddənin kağızla birlikdə çəkisinin 0,4 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 ədəd kağız bükümdə olan qəhvəyə rəngli toz şəkilli maddə X11 tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar zərfin üstünə və protokola imza etmişlər, 01 ədəd siqaret dənəsi, 01 ədəd alışqan, 01 ədəd on manatlıq, 01 ədəd beş manatlıq, 03 ədəd bir manatlıq əskinaslar, 02 ədəd 10 qəpik pullar, şalvarın qopmuş dəmir etiketi isə götürülməyərək Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xaçmaz Rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3 tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin kimyəvi ekspertizalar şöbəsinin 08 iyun 2023-cü il tarixli 6/3241 nömrəli ekspert rəyndən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərfələr üçün №58» möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı...» və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,292 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-cfı il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir.və məhkəmə istintaqında tədqiq olunan şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Cavanşir Qurbanovun əynində olan boz rəngli gödəkçənin sol yan cibində saxladığı “Kent” markalı siqaret qutusunun üzərində olan sellofanın altında gizlədib saxladığı bir ədəd kağız bükümündə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsin 03 avqust 2023-cü il tarixli 4949 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı Rəşad Babayev tərəfindən tərtib olunmuş şəxsi axtarış aparılması haqqında 07 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd kağız bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülər bir ədəd «DVD» formatlı diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. Həmin diskə tərəfimdən 08 iyun 2023-cü il tarixdə baxış keçirilərkən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin və sonuncunun əynində olan qara rəngli şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd kağız bükümdə narkotik vasitə olan heroin olmasının görüntüləri əksini tapmışdır. Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş 0,292 qram çəkidə heroin 08 iyun 2023-cü il tarixli qərar ilə maddi sübut hesab olunmuş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,242 qram olan heroin saxlanmasından ötrü Xaçmaz Rayon Polis Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd «DVD» formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən tərəfimdən 08 iyun 2023-cü il tarixli qərar ilə maddi sübut hesab olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, o, Xaçmaz Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 69.3-cü madədsinə əsasən 01 il 06 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qərarı ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.5-ci maddəsinə əsasən cəzadan azad edilmiş və həmin qərarın 7-ci bəndinə əsasən üzərindən məhkumluğu götürülmüşdür. İş materiallarında olan Xaçmaz şəhər İƏD-dən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, subaydır, Xaçmaz şəhəri, 28 May küçəsi, ev 52-də qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu, Arzu kəndində yaşayır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, X1 məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz şəhəri, H.Əliyev prospektində saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib ünvan 2 ünvanda yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə 07 iyun 2023-cü il tarixdə saat 12:00-12:10 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd kağız bükümdə 0,292 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs X5 əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə uyğun olaraq təqsirləndirilən şəxs X5 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X5 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X7 hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, əldə etdiyi narkotik vasitənin növü və miqdarını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X10 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan şübhəli şəxsi tutma haqqında 07 iyun 2023-cü il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, həmçinin müstəntiqin şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 09 iyun 2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs X10 07 iyun 2023-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 09 iyun 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X5 07 iyun 2023-cü il tarixdən 09 iyun 2023-cü il tarixədək həbsdə olduğu 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs X5 cəzaçəkmə müddəti həbsə alındığı gündən, yəni 27 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, X5 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X7 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,292 qram çəkidə narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,242 qram təşkil edən narkotik vasitə heroin məhv edilməlidir. X5 üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə ekspertiza xərci olan 110 (bir yüz on) manat pul təqsirləndirilən şəxs X4 tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X5 07 iyun 2023-cü il tarixdən 09 iyun 2023-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə qaldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməyə bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 27 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs X7 təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkilsin. X5 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,292 qram çəkidə narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,242 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin. X5 üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 110 (bir yüz on) manat pul təqsirləndirilən şəxs X4 tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-22/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-22/2024
27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver