Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-23/2021 02.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 7 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, mütəxəssis X4 iştirakı ilə xx xxxxxxx 1983-cü ildə Xaçmaz rayonunun Tağar-oba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində biri azyaşlı olmaqla iki uşağı olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Tağar-oba kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilərək ona görə məhkəməyə verilmişdir ki, o, şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən əldə etdiyi çətənə kollarının toxumunu yaşadığı evinə bitişik bağ sahəsində paxlaların arasında satış niyyəti ilə qanunsuz olaraq əkmiş və aqrotexniki qulluq göstərməklə kultivasiya etmiş, yetişmiş 01 ədəd çətənə kolundan yarpaqlarını dərərək qurutmaqla xx xxxxxx 2020-ci il tarixdə, günorta radələrində yaşadığı kənddə Qusar şəhər sakini Şahid1 bir ədədi 70 manat olmaqla cəmi 140 manata 02 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq satmış, sonuncu isə həmin narkotik vasitə olan qurudulmuş marixuanadan 01 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı şəxsi istehlakı üçün 07 bərabər hissələrə ayırmış, 02 hissəsini digər kibrit qutusuna sıxıb yerləşdirmiş, həmin kibrit qutusunu yaşadığı evin həyətində divara söykədilmiş şifer hissəciklərinin altında şəxsi istifadəsi üçün gizlətmiş, digər 05 hissəsini ayrı-ayrı kağızlara bükmüş, onlardan 02 bükümünü gündüz, 01 bükümünü isə axşam çəkərək istifadə etmiş, 02 bükümünü isə əvvəlcədən təşkilinə söz verdiyi dostu Şahid2 heç bir şəxsi marağı olmadan həmin gün saat 21 radələrində Qusar şəhəri X11 yanında vermiş, Şahid2 isə tanışı X1 ona əvvəlcədən sifariş edərək verdiyi 10 manat pulun müqabilində həmin 02 ədəd büküm qurudulmuş marixuanadan 01 bükümünü sonuncuya heç bir şəxsi marağı olmadan vermiş, 01 ədəd bükümü isə özü çəkməklə istifadə etmiş, daha sonra isə Qəzəhməd Abdurrahmanov həmin 01 ədəd büküm qurudulmuş marixuananı dostu X13 ilə birlikdə “Qayi bulaq” restoranının yanında çəkməklə istifadə etməyə hazırlaşarkən həmin ərazidə xidmətdə olan Qusar RPŞ-nin PPXT-nm əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-nə gətirilmiş, RPŞ-də həmin şəxslərin üzərinə şəxsi axtarış keçirilərkən Səlim Musayevin üzərindən 01 ədəd kağız bükümündə içərisində təmiz çəkisi 0,523 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla əlaqədar istintaq tədbirlərinin davamı olaraq Xaçmaz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Yaməddin Bələdovun evində “axtarış” keçirilən zaman evinin yanındakı bağ sahəsində qanunsuz olaraq kultivasiya etdiyi yaş vəziyyətdə təmiz çəkisi 135 qram olan 01 ədəd çətənə (kannabis) bitkisi və həmin çətənə bitkisindən dərib həyətdəki talvarın dam örütüyünün altında satış niyyəti ilə saxladığı tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan 88,153 qram qurudulmayan marixuana, Qusar rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı əsasında isə Şahid1 yaşadığı ünvana axtarış keçirilən zaman sonuncunun evin həyətində evin divarına söykədilmiş şifer hissəciklərinin altında, Yaməddin Bədəlovdan xx.xx.2020-ci il tarixdə satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etdiyi və saxladığı 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,250 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Şahid1 təxminən 3-4 ildir ki, tanımışdır. O, Ravidgilin evində dartma tavan vurmuş və həmin vaxtdan da sonuncu ilə tanış olmuşdur. Təxminən 10 ildən çoxdur ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Ravidin də narkotik vasitədən istifadə etdiyini bilmişdir. Ravidlə birlikdə də dəfələrlə narkotik vasitə olan qurudulmuş marixuana çəkərək istehlak etmişdir. O, 2020-ci ilin may ayında yaşadığı evin həyətində bitmiş çətənə bitkisini dibçəkdə əkmiş, suvarmış, lakin yaxşı inkişaf etmədiyini görüb yenidən həmin çətənə bitkisini dibçəkdən çıxardıb yaşadığı evin həyətində əkərək qulluq göstərmişdir. xx.xx.2020-ci il tarixdə Qusar RPŞ-nin əməkdaşları onun yaşadığı ünvana gəlmiş və Xaçmaz rayon məhkəməsinin onun yaşadığı evə axtarış keçirilməsinə dair qərarını ona təqdim etdikdən sonra hal şahidlərinin iştirakı ilə və videoçəkiliş vasitəsilə yaşadığı evə və həyətyanı torpaq sahəsində axtarış aparmışlar. Axtarış zaman onun yaşadığı evin giriş qapısının talvar hissəsində həyətyanı torpaq sahəsində əkdiyi bir ədəd çətənə bitkisindən dərib qurutmaq üçün saxladığı marixuana yarpaqları aşkar olunmuş və qablaşdırılaraq götürülmüşdür. Bundan sonra onun yaşadığı evin həyətyanı torpaq sahəsinə birlikdə axtarış keçirilmiş və bu zaman həyətdə əkdiyi lobya şitillərinin arasında bitmiş və onun qulluq göstərdiyi bir ədəd çətənə bitkisi də polis əməkdaşları tərəfindən aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. Daha sonra bütün həyətyanı torpaq sahəsinə axtarış aparılmış, lakin qanunla qadağan olunmuş başqa əşya aşkar edilməmişdir. O nə Ravidə, nə də başqa kiməsə narkotik vasitə satmamışdır. Ravidlə hərdən birlikdə marixuana çəkmiş və narkotik vasitəsi artıq qaldığı vaxtlarda həmin narkotik vasitədən Ravidə də əvəzsiz olaraq pay vermişdir. Onun Ravidlə dostluq münasibəti yarandığından o, Ravidə verdiyi narkotik vasitəyə görə heç vaxt pul almamışdır. Sonuncu dəfə Ravid onun evinə gələn zaman stolun üzərinə qoyduğu çətənə yarpaqlarından götürərək çəkməsini təklif etmiş, Ravid isə “bu, çəkməli şey deyil” deyərək götürmədən çıxıb getmişdir. Lakin Ravidlə dostluq münasibətləri olduğundan, birlikdə marixuana çəkdiklərindən Ravidə də hərdən əvəzsiz olaraq çəkməsi üçün özünün əkdiyi bir ədəd çətənə bitkisindən əldə etdiyi marixuana vermişdir. O özü uzun müddətdir, narkotik vasitə olan marixuanadan çəkməklə istifadə edir, narkomaniya xəstəliyindən əziyyət çəkir. Onun həyətyanı torpaq sahəsində aşkar edilmiş 01 ədəd çətənə bitkisinin yarpaqlarından qurudaraq əldə etdiyi marixuana yalnız özünün istehlakı üçün kifayət etmişdir, onun heç vaxt satmaq niyyəti olmamış, satdığı təqdirdə özünün narkotik vasitəsiz qalacağını, yaxud yenidən pul ilə satan kimisə axtarmaq məcburiyyətində qalacağını bildirmiş, bundan başqa da əgər narkotik vasitə satmış olsaydı, onda Ravidə sonuncunun ifadəsində göstərdiyi miqdarlarda narkotik vasitəsinin olması mümkün deyildir. Polis əməkdaşları yaşadığı ünvanda axtarış apararkən özünün çəkməsi məqsədilə yığaraq qurutmaq üçün saxladığı çətənə yarpaqlarını və 01 ədəd çətənə birkisinin olduğunu aşkar etmişlər. İbtidai istintaq zamanı da o, heç kimə narkotik vasitə satmadığını, narkotik vasitəni yalnız özü üçün istehlak etdiyini bildirmişdir. Lakin müstəntiq onun ifadəsini dəyişərək onun guya narkotik vasitə satması kimi tərtib etmişdir. İfadəsi kompyuter vasitəsilə tərtib edilib çap edildikdən sonra o həmin ifadəsini şəxsən özü oxumamış, o isə müstəntiqə inanaraq ifadəsinin düzgün yazıldığını, yəni həmin ifadənin narkotik vasitəni satmaması barədə dediklərinin əks olunduğunu fikirləşdiyi və müstəntiqə inandığı üçün imza etmişdir. O, milliyyətcə ləzgi olmaqla latın qrafikalı azərbaycan dilində yazıb-oxuya bilmir, buna baxmayaraq, ibtidai istintaq zamanı onun ifadələri alınarkən mütəxəssis dəvət edilməmişdir. İfadəsinin yerində yoxlanılması protokolunu və üzləşdirmə protokolunu da müstəntiq onun dedikləri kimi yox, Şahid1 guya narkotik vasitə satması kimi tərtib etmişdir. O və müdafiəçisi müstəntiqin bu hərəkətləri barədə vəsatət və şikayətlə ibtidai istintaq dövründə rəsmi müraciətlər etsələr də, vəsatət və şikayəti təmin edilməmişdir. O isə həmin protokolları da mütəxəssisin iştirakı olmadan, həmin protokolların məzmunu ilə tanış olmadan imza etmişdir. İfadəsinin yerində yoxlanılması protokoluna əlavə edilmiş fotoşəkillərdə o, müstəntiqin Ravidlə harada görüşməsi sualına cavab olaraq əli ilə işarə edərək xx.xx.2020-ci il tarixdə yaşadığı kəndin girişində Ravidi qarşıladığı yeri göstərmişdir, ondan həmin vaxt narkotik vasitəni satması ilə bağlı yeri göstərməsi soruşulmamışdır. O özünü narkotik vasitə satmaqda təqsirli bilməmiş, özünü yalnız narkotik vasitə saxlamaqda təqsirli bilmişdir. Bununla bağlı həmçinin ibtidai istintaq zamanı yazılı vəsatətlə də istintaq orqanına müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, Ravidlə tanışlıq münasibətləri olduğundan dəfələrlə telefon əlaqəsi saxlayıb danışmış və görüşmüşlər. Lakin bu o demək deyildir ki, o, Ravidə narkotik vasitə satmışdır. O, tək Ravidə deyil, heç vaxt heç kimə narkotik vasitə satmamışdır. Həmçinin özü evində tutulduğu gün, yəni xx xxxxxx 2020ci il tarixdə öz evində axtarış keçirildiyi halda, xx xxxxxx 2020-ci il tarixdə tutulmuş Şahid1 evində xx xxxxxx 2020-ci il tarixdə axtarış aparılmışdır. Öz evində axtarış aparılıb aşkar edilmiş marixuana və çətənə bitkisi lazımi şəkildə qablaşdırılmadan, adi polietilen torbaya qoyularaq möhürlənmədən aparılmışdır. Bununla da mümkündür ki, xx.xx.2020-ci il tarixdə ondan aşkar edilmiş həmin narkotik vasitədən götürülərək xx.xx.2020-ci il tarixdə Ravidin yaşadığı ünvana qəsdən qoyulsun. Ona görə də hesab edir ki, bu hallar ziddiyyətli və şübhəlidir. Özünü yalnız Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, həmin cinayət əməlinə görə peşman olduğunu bildirmiş, ailəli olmaqla himayəsində iki uşağının olduğunu və ailəsinə qazanc aparan yeganə ailə üzvü olmasını və ağ ciyər xəstəliyi – vərəm xəstəsi olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, təxminən 1 il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Hər dəfə narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmək istədiyi zaman çoxdankı tanışı olan və son vaxtlar dostluq əlaqələri yaranmış, Xaçmaz rayonunun Tağar-oba kəndində yaşayan təqsirləndirilən şəxs Yaməddindən ona şəxsi istifadəsi üçün narkotik vasitə olan qurudulmuş marixuana verməsini xahiş etmişdir. Çünki dostu Yaməddinin həyətində 01 kol marixuana əkdiyini və qulluq etdiyini, həmçinin həmin koldan qurudaraq istifadə etdiyini bilmişdir. Yaməddin ona həmin kolu ikisi üçün əkdiyini və nə vaxt istifadə etmək istəsə gəlib aparmasını dediyindən, o, narkotik vasitə istifadə etməsinə ehtiyac yarandığı halda gedib Yaməddindən götürüb ya sonuncu ilə birlikdə, ya da özü tək olaraq həmin narkotik vasitədən istifadə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Qusar şəhərində olan zaman dostu, birlikdə orta məktəbdə oxuduğu Camalla rastlaşmış, həmin vaxt sonuncu ondan özü üçün çəkməyə 2 baş marixuana təşkil etməsini xahiş etmiş və bir bükümü 10 manat olmaqla iki büküm marixuana almasından ötrü ona 20 manat pul verəcəyini bildirmiş, o da Camala tapanda xəbər edəcəyini demişdir. Bundan sonra həmin tarixdə, saat 14 radələrində Yaməddinə məxsus (077) ***-**-** saylı telefon nömrəsinə zəng etmiş , şəxsi istifadəsi üçün özünə narkotik lazım olduğunu bildirmiş, bu zaman Yaməddin ona evdə qurudulmuş marixuana olub-olmadığını dəqiqləşdirib xəbər edəcəyini demişdir. Bundan 15- 20 dəqiqə sonra Yaməddin ona zəng edərək narkotik, yəni marixuana olacağını bildirmiş və onun yanına gəlməsini demişdir. O, yol üstü 3-4 avtomobil dəyişərək Yaməddinin yaşadığı Tağar-oba kəndinə getmiş və küçədə Yaməddinlə görüşmüş, sonuncu “Hyundai” markalı, **-BM-*** nömrəli avtomobillə ora gəlmiş və o, küçədə Yaməddinin onun istifadəsi üçün gətirdiyi marixuananı şəxsi istifadəsi üçün Yaməddindən pul ödəmədən almışdır. Bundan sonra yol üstü iki avtomobil dəyişib Qusar şəhərinə qayıtmış, həmin gün Yaməddindən aldığı 1 kibrit qutusundakı marixuananı 7 bərabər hissələrə ayırmış, 2 hissəsini digər kibrit qutusuna sıxıb yerləşdirmiş və yaşadığı evin həyətində divara söykədilmiş şifer hissəciklərinin altında gizlətmiş, digər 5 hissəni ayrı-ayrı kağızlara bükmüş, onlardan 2 başı gündüz vaxtı, 1 başı isə axşam radələrində çəkərək istifadə etmiş, 2 başı isə Camal üçün saxlamış, çünki sonuncu ilə axşam saatlarında görüşməyi planlaşdırmışdır. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə Camal ona zəng edərək marixuana barədə maraqlanmış, o da Camala marixuananı tapdığını demiş, bundan sonra Camal idarə etdiyi avtomobil ilə onun yaşadığı ərazidə yerləşən X11 yanına gəlmişdir. Həmin gün təxminən saat 21-22 radələrində Camalla görüşmüş və əvvəlcədən özünün ayırdığı iki büküm marixuananı sonuncuya vermiş, Camal həmin narkotik vasitəni ondan götürdükdən sonra öz avtomobili ilə çıxıb getmişdir. Daha sonra özü yaşadığı ünvana qayıtmışdır. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə polis əməkdaşları onun yaşadığı ünvana gələrkən barəsində müvafiq araşdırma aparıldığını bildirmiş və onu dəvət edərək Qusar RPŞ-nə gətirmişlər. Həmin RPŞ-də onun üzərinə şəxsi axtarış aparılmış, lakin üzərində qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Həmin vaxt yaşadığı ünvanda gizlətdiyi bir qutu marixuana barədə heç nə deməmişdir. Hətta birinci dəfə təhqiqatçı evə baxış keçirən zaman bunu gizlətmiş, çünki təhqiqatçı yalnız onun yataq otağına baxış keçirmiş, nə digər otaqlara, nə də ki, həyətə baxmamışdır. xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin qərarı əsasında onun yaşadığı ünvan 3 ünvana axtarış keçirilmişdir. Axtarış zamanı Qusar rayon məhkəməsinin qərarı elan olunmuş və ona könüllü olaraq yaşadığı ünvanda qanunla qadağan olunmuş hər hansı əşya və ya narkotik vasitə olub-olmaması, əgər varsa könüllü təqdim etməsi təklif edilmiş, lakin yenə də qorxduğundan qanunla qadağan olunmuş heç bir əşya olmadığını bildirmişdir. Sonra onun yaşadığı ünvanda axtarış keçirilmiş, yaşadığı evdə heç bir narkotik vasitə aşkar edilməmiş, daha sonra yaşadığı evin həyətində axtarış keçirilmiş, axtarış zamanı evin çöl hissəsindən divara söykədilmiş şifer hissəciklərinin arxasından, onun xx xxxxxx 2020-ci il tarixdə Yaməddindən aldığı və orada gizlətdiyi 01 ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkar olunmuşdur. Orada həmin narkotik vasitənin özünə məxsus olmasını demiş, bundan sonra ona məxsus yaşadığı evin həyətindən aşkar edilmiş narkotik vasitə hal şahidlərinin və digər iştirakçıların iştirakları ilə qablaşdırılmış, imzalarla təsdiq olunaraq götürülmüşdür. Məhkəmə iclasında həmçinin bildirmişdir ki, Yaməddinlə dostluğu olduğundan və buna görə də hərdən sonuncunun evinə gedib-gəldiyindən Yaməddinin 01 ədəd çətənə bitkisi əkib becərdiyini bilmişdir. O bir neçə dəfə Yaməddindən əvəzsiz olaraq marixuana almışdır. Onun Yaməddinin kiməsə narkotik vasitə satması barədə məlumatı olmamışdır. Həmçinin ona ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin ona narkotik vasitə satmasını yerində müəyyən etmək üçün sonuncudan narkotik vasitə alması barədə təklif edilməmişdir. O, Qusar RPŞ-nin əməkdaşlarının ona təzyiq etməsi nəticəsində həmin narkotik vasitəni Yaməddinin ona pul ilə satdığını demiş, əsl həqiqətdə isə Yaməddin həmin narkotik vasitəni pul ilə satmamış, təmənnasız olaraq vermişdir. O, əvvəlcə polis əməkdaşlarına həmin narkotik vasitəni Yaməddinin ona pay verməsini və həyətində becərdiyi çətənə kolundan dərib qurudaraq verməsini bildirsə də, polisin ona təzyiqi nəticəsində Yaməddinin pul ilə satdığını demişdir. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində göstərdi ki, o, 2003-cü ildən Azərbaycan Respublikası DİO-da, 2016-cı ildən isə Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin qərarı əsasında Qusar RPŞ-nin əməkdaşları, hal şahidləri və videoçəkiliş vasitəsilə Xaçmaz rayonunun Tağar-oba kəndində yaşayan, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış keçirilmişdir. Axtarışa başlamazdan əvvəl Xaçmaz rayon məhkəməsinin qərarı elan edilmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra axtarışa başlamışlar. Axtarış zamanı evin giriş qapısının yanında, talvarın dam örtüyünün altında qurudulmayan yaşıl rəngli marixuana yarpaqları aşkar edilərək qablaşdırılmış və götürülmüşdür. Daha sonra Yaməddinin evinin həyətyanı torpaq sahəsində axtarış aparılmış, axtarış zamanı tərəvəz bitkiləri əkilmiş yerdə, lobya şitillərinin arasında 01 ədəd çətənə bitkisi aşkar edilərək qablaşdırılmaqla götürülmüş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş başqa əşya aşkar edilməmişdir. Məhkəmə iclasında həmçinin bildirmişdir ki, Şahid1 ibtidai istintaq zamanı ifadəsində bildirdiyi xüsusatları dəqiqləşdirmək üçün sonuncunun təqsirləndirilən şəxsdən bir daha narkotik vasitə almasının təşkili istiqamətində əməliyyat tədbiri keçirilməmişdir. Təqsirləndirilən şəxsin başqa şəxslərə narkotik vasitə satıb-satmaması barədə keçirilmiş əməliyyat tədbirləri nəticəsində isə onun başqa kimlərəsə narkotik vasitə satması halı müəyyən edilməmişdir. Həmçinin təqsirləndirilən şəxsdən aşkar edilmiş qurudulmayan marixuana hissələrə bölünmüş vəziyyətdə olmamış, evindən narkotik vasitəni ölçmək üçün istifadə edə biləcəyi tərəzi aşkar olunmamışdır. Aşkar olunmuş həmin marixuana yarpaqları hissələrə ayrılmamış, birlikdə açıq vəziyyətdə qoyularaq saxlanmışdır. Məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində göstərdi ki, o, 2019-cu ildən Azərbaycan Respublikası DİO-da və Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin qərarı əsasında Qusar RPŞ-nin əməkdaşları, hal şahidləri və videoçəkiliş vasitəsilə Xaçmaz rayonunun Tağar-oba kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış keçirilmişdir. Axtarışa başlamazdan əvvəl Qusar RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X16 rayon məhkəməsinin qərarını elan etmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra axtarışa başlamışlar. Axtarış zamanı evin giriş qapısının yanında, talvarın dam örtüyünün altında qurudulmayan yaşıl rəngli marixuana yarpaqları aşkar edilərək qablaşdırılmış və götürülmüşdür. Daha sonra Yaməddinin evinin həyətyanı torpaq sahəsində axtarış aparılmış, axtarış zamanı tərəvəz bitkiləri əkilmiş yerdə, lobya şitillərinin arasında 01 ədəd çətənə bitkisi aşkar edilərək qablaşdırılmaqla götürülmüş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş başqa əşya aşkar edilməmişdir. Məhkəmə iclasında həmçinin bildirmişdir ki, Şahid1 ibtidai istintaq zamanı ifadəsində bildirdiyi xüsusatları dəqiqləşdirmək üçün sonuncunun təqsirləndirilən şəxsdən bir daha narkotik vasitə almasının təşkili istiqamətində əməliyyat tədbiri keçirilməmişdir. Təqsirləndirilən şəxsin başqa şəxslərə narkotik vasitə satıb-satmaması barədə keçirilmiş əməliyyat tədbirləri nəticəsində isə onun başqa kimlərəsə narkotik vasitə satması halı müəyyən edilməmişdir. Həmçinin təqsirləndirilən şəxsdən aşkar edilmiş qurudulmayan marixuana hissələrə bölünmüş vəziyyətdə olmamış, evindən narkotik vasitəni ölçmək üçün istifadə edə biləcəyi tərəzi aşkar olunmamışdır. Aşkar olunmuş həmin marixuana yarpaqları hissələrə ayrılmamış, birlikdə açıq vəziyyətdə qoyularaq saxlanmışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid5 ifadəsindən müəyyən olunur ki, o, şahidlər Şahid6 və Şahid7 ifadələri ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Qusar RPŞ-nin əməkdaşları onu yaşadığı kənddə küçədə dəvət edərək hal şahidi qismində Yaməddinin, yəni iş üzrə təqsirləndirilən şəxsin evinə axtarış keçirilməsində iştirak etməsini xahiş etmişlər. O da razılaşmış və digər tanımadığı Mətləb adlı hal şahidi, polis əməkdaşları və videoçəkilişlə Yaməddinin yaşadığı ünvana axtarışa başlamışlar. Axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və bundan sonra axtarışa başlamışlar. Axtarış zamanı evin giriş qapısının yanında talvarın dam örtüyünün altında qurudulmayan marixuana yarpaqları aşkar edilmiş, daha sonra həmin narkotik kütlə müstəntiq tərəfindən qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. Daha sonra Yaməddinin evinin həyətyanı torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı tərəvəz bitkiləri əkilmiş yerdə, lobya şitillərinin arasında 01 ədəd çətənə bitkisi aşkar edilmiş, həmin çətənə bitkisi müstəntiq tərəfindən qablaşdırılmış və imzalarla təsdiq etmişlər. Daha sonra axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxsdən aşkar edilmiş qurudulmayan marixuana hissələrə bölünmüş vəziyyətdə olmamış, hər hansı bükülüdə olmamaqla açıq vəziyyətdə olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid3 ifadəsindən müəyyən olunur ki, o, Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, bir ildən bir qədər çox olmuşdur ki, narkotik vasitə olan qurudulmuş marixuana qəbul etmişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında tanışı olan "Başka" ləqəbli Qəzəhmədlə rastlaşanda sonuncu özünə çəkmək üçün nəşə lazım olduğunu söyləmiş və ondan tapmağını xahiş etmişdir. O da Camala hal-hazırda onda narkotik vasitənin olmadığını demiş, o, Qəzəhəmədlə münasibətləri yaxşı olduğundan, sonuncuya narkotik vasitə olacağı təqdirdə xəbər edəcəyini söyləmiş və Qəzəhməd ona bir büküm marixuana almasından ötrü 10 manat pul vermişdir. Buna görə də o, xx.xx.2020-ci il tarixdə narkotik vasitə almaq üçün dostu və məktəb yoldaşı olan Qusar şəhər sakini Ravidlə görüşmüş və sonuncuya narkotik vasitə almaq istədiyini bildirmişdir. Ravid də ona etiraz etməmiş, təşkil edib verəcəyini demiş, bu zaman o, iki büküm marixuana təşkil etməsi üçün Qəzəhmədin ona verdiyi 10 manat pulu sonuncu üçün və 10 manat da özü üçün, yəni cəmi iki büküm marixuana almasından ötrü 20 manat pulu Ravidə vermişdir. Belə ki, Ravidin marixuana istifadəçisi olduğunu o əvvəlcədən bilmiş və hətta onlar bir neçə dəfə birlikdə marixuana çəkməklə istifadə etmiş, Ravid bir neçə dəfə özü üçün də, onun üçün də marixuana təşkil etmişdir. Bundan sonra o, xx xxxxxx 2020-ci il tarixdə zəngləşib Raviddən xəbər tutmuş, Ravid isə maxiruananı tapdığını demişdir. Daha sonra o, həmin gün Qəzəhmədlə birlikdə idarə etdiyi avtomobili ilə Qusar şəhərində yerləşən X11 yanına getmişdir. Həmçinin Qəzəhməd maşından yerə düşməyəcəyini demişdir. Belə ki, Ravidin özünü görəcəyi təqdirdə onlara narkotik vasitə verməyəcəyini söyləmiş, o da Qəzəhmədlə razılaşmışdır. Bundan sonra o, avtomobildən düşərək Ravid ilə görüşmüş, iki büküm narkotik vasitə olan marixuananı sonuncudan götürmüş və avtomobilinə qayıtmışdır. Avtomobildə Qəzəhmədə istədiyi 1 baş narkotik vasitəni vermiş, digər 1 baş narkotik vasitəni isə şəxsi istifadəsi üçün saxlamışdır. Bundan sonra o, avtomobili ilə həmin yerdən çıxıb getmiş, üzərində saxladığı 1 kağız bükümdə olan qurudulmuş marixuananı evdən təxminən 100 metr aralıda qəbirstanlıq yolunda siqaretin içərisinə doldurub çəkərək özü tək qəbul etmiş, daha sonra evə getmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə gecə vaxtı polis əməkdaşları onun yaşadığı ünvana gəlmiş, barəsində müvafiq araşdırma olduğunu bildirərək onu Qusar RPŞ-nə aparmışlar. Orada üzərinə şəxsi axtarış keçirilmiş və o, polis əməkdaşlarına hadisəni olduğu kimi danışmışdır. O əvvəllər Ravidlə bir dəfə Yalama kəndi tərəfə getmiş, Ravid avtomobildən düşərək harasa gedib tez də qayıtmış və özü ilə marixuana gətirmişdir. Lakin o, Ravidin narkotik vasitəni kimdən aldığını, pul verərək aldığını görməmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və həmin tarixli izahatdan müəyyən edilir ki, X12 üzərindən 01 ədəd kağız bükümdə olan tütünə qarışdırılmış vəziyyətdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş (0,523 qram), S.Musayev həmin narkotik vasitəni dostu X8 Ağabalayevdən 10 manat verməklə aldığını bildirmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və həmin tarixli izahatdan müəyyən edilir ki, Şahid2 üzərində şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunan maddə və ya əşya aşkar edilməmiş, Şahid2 tanışı Qəzəhməd Abdurahmanovun ondan narkotik vasitə təşkil etməsi üçün 10 manat pul verdiyini, o isə həmin pulu və özünün istehlakı üçün də 10 manat pul əlavə edərək tanışı Şahid1 02 bükümdə narkotik vasitə - marixuana aldığını bildirmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında”, “baxış keçirilməsi haqqında” protokollardan və həmin tarixli izahatdan müəyyən edilir ki, Şahid1 üzərində şəxsi axtarış, yaşadığı evə baxış keçirilmiş, lakin üzərindən və yaşadığı evdən qanunla qadağan olunan maddə və ya əşya aşkar edilməmiş, Şahid1 Şahid2 ondan aldığı 02 büküm narkotik vasitəni yerdən tapdığını bildirmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “axtarış və götürmə haqqında” protokoldan, ona əlavə edilmiş 01 ədəd CD diskdən və xx xxxxxx 2020-ci il tarixli “şübhəli şəxsin dindirilməsi haqqında” protokoldan müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış keçirilmiş və evinin yanındakı bağ sahəsində qanunsuz olaraq kultivasiya etdiyi (yaş vəziyyətdə təmiz çəkisi 135 qram) 01 ədəd çətənə (kannabis) bitkisi və həmin çətənə bitkisindən dərib həyətdəki talvarın dam örütüyünün altında saxladığı qurudulmayan marixuana (88,153 qram) aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni özünün istehlakı üçün saxladığını, heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 7/476 №-li rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2020-ci il tarixdə vət.X12 üzərində keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş 1 ədəd bükümdə olan narkotik vasitəyə bənzər kütlə” yazılar və imzalar olan zərfdə 1(bir) ədəd kağız bükümdə olan qarışıq kütlənin tərkibində təmiz çəkisi 0,523 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına 0,02 qram sərf edildikdən sonra ümumilikdə qalıq çəkisi 0,503 qram təşkil etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 7/475 №-li rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “xx.xx.2020-ci il tarixdə vət.X1 üzərində keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş 03 ədəd dolu içərisi ot kütləsi ilə doldurulmuş və 1 ədəd boş vəziyyətdə olan siqaret” yazılar və imzalar olan kağız paketdə üzərlərində “Winston" yazılmış 3 ədəd dolu vəziyyətdə siqaretlərin içərisində olan təmiz çəkiləri 0,515 qram, 0,476 qram və 0,468 qram kütlələrin tərkibində narkotik hissəcikləri yoxdur. Həmin siqaretlərin tərkibi yalnız tütündən ibarətdir. İş materiallarında olan X18 X9 sektorunun baş məsləhətçisi tərəfindən verilmiş rəydən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 01 ədəd 102 sm hündürlüyündə narkotik təbiətli bitki olan çətənə bitkisinə aqrotexniki qulluq göstərilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 7/487 №-li rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş” sözləri yazılmış sellofan torbanı açdıqda içərisində təmiz çəkisi 88,153 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmayan marixuanadır; (ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra ümumilikdə qalıq çəkisi 88,103 qram təşkil etmişdir) -tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş...” sözləri yazılmış polietilen torbanı açdıqda içərisində 01 ədəd, yaş vəziyyətdə təmiz çəkisi 135,0 qram bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir; (ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra ümumilikdə qalıq çəkisi 88,103 qram təşkil etmişdir) -təqdim olunmuş aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkisinə aqrotexniki qulluq göstərilmişdir. -tədqiqata təqdim olunmuş marixuana və çətənə (kannabis) bitkisi tərkiblərinə görə eynidirlər. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 7/508 №-li rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid1 yaşadığı ünvandan aşkar edilmiş 01 ədəd kibrit qutusunda narkotik vasitəyə bənzər kütlə” yazıları və imzalar olan zərfdə salfet kağızına bükülmüş bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,250 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” və sübutların qiymədləndirilməsinə dair qərarlardan müəyyən edilir ki, X12 üzərindən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,483 qram narkotik vasitə olan qurudulmuş marixuana, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 55,20 qram narkotik vasitə olan qurudulmayan marixuana və 01 ədəd çətənə bitkisi, Şahid1 yaşadığı ünvandan aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,230 qram qurudulmuş marixuana maddi sübut kimi tanınaraq Qusar RPŞ-nin maddi sübut otağında saxlanılır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin xx xxxxxx 2020-ci il tarixli, 2292 №-li ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 237.1-ci maddəsi ilə cinayət təqibi rədd edilmiş, onun İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün qərar Xaçmaz RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutları məcmu halda qiymətləndirərək, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs “qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə edərək saxlama cinayətini satış məqsədi ilə” törətmiş olması barədə yanlış qənaətə gələrək, onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə nəticəyə gələrkən Şahid1 ifadəsinə istinad etmiş, gəldiyi nəticəni digər mötəbər sübutlarla yetərincə əsaslandırmamışdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə şahid qismində dindirilmiş, həmçinin barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi olan Şahid1 ibtidai istintaq zamanı xx xxxxxx 2020-ci il tarixdə saxlanılarkən ilkin olaraq onun üzərində aparılmış şəxsi axtarış və yaşadığı evə keçirilmiş baxış zamanı onda narkotik vasitə aşkar olunmamışdır, həmçinin həmin gün o, izahatında dostu Şahid2 satdığı narkotik vasitə olan marixuananı kimdənsə almadığını, yerdən tapdığını bildirmiş, daha sonrakı izahatında Şahid2 pulunu əvvəlcədən alaraq sonuncu üçün təşkil etdiyi qurudulmuş marixuananı Təqsirləndirilən şəxs pul müqabilində aldığını demişdir. Daha sonra məhkəmə qərarı əsasında xx xxxxxx 2020-ci il tarixdə onun yaşadığı ünvanda baxış keçirilmiş və 6,250 qram çəkidə qurudulmuş marixuana aşkar edilmiş, həmin narkotik vasitəni də Təqsirləndirilən şəxs aldığını demişdir. Məhkəmə istintaqında isə o, Qusar RPŞ-nin əməkdaşlarının ona təzyiq etməsi nəticəsində həmin narkotik vasitəni Yaməddinin ona pul ilə satdığını demiş, əsl həqiqətdə isə Yaməddin həmin narkotik vasitəni ona pul ilə satmamış, təmənnasız olaraq vermişdir. O, əvvəlcə polis əməkdaşlarına həmin narkotik vasitəni Yaməddinin ona pay verməsini və həyətində becərdiyi çətənə kolundan dərib qurudaraq verməsini bildirsə də, polisin ona təzyiqi nəticəsində Yaməddinin ona pul ilə satdığını demişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda keçirilmiş axtarış zamanı evinin yanındakı bağ sahəsində qanunsuz olaraq kultivasiya etdiyi yaş vəziyyətdə təmiz çəkisi 135 qram olan 01 ədəd çətənə (kannabis) bitkisi və həmin çətənə bitkisindən dərib həyətdəki talvarın dam örütüyünün altında saxladığı tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan 88,153 qram qurudulmayan marixuana aşkar edilmişdir. İş materiallarından, axtarış aparılmasının videoçəkilişi qeydə alınmış DVD diskə məhkəmə iclasında kompyuter vasitəsilə baxış keçirilərək, məhkəmə iclasında ifadə vermiş şahidlərin ifadələrindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin yaşadığı evin otaqlarına, mətbəxinə, həyətinə və həyətyanı torpaq sahəsinə baxış keçirilərək yalnız narkotik vasitə olan qurudulmayan marixuana və 01 ədəd çətənə (kannabis) bitkisi aşkar edilmiş, həmin narkotik vasitə talvarın dam örtüyünün altında açıq vəziyyətdə, heç bir qablaşdırılmadan, hissələrə ayrılmadan saxlanılmış, həmçinin narkotik vasitəni ölçə biləcək hər hansı tərəzi aşkar edilməmişdir. Həmin DVD diskdən o da müəyyən edilir ki, təqsirləndirilən şəxsə narkotik vasitə satıb-satmaması barədə sual verilməmiş, təqsirləndirilən şəxs isə həmin narkotik vasitələri özünün şəxsi istehlakı üçün saxladığını bildirmişdir. Həmçinin müstəntiqin çətənə bitkisinin sayının niyə 01 ədəd olması sualına təqsirləndirilən şəxs 01 ədəd çətənə bitkisi az olduğundan bunun cinayət məsuliyyəti yaratmadığını, ona görə də şəxsi istehlakı üçün kifayət etdiyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o özü uzun müddətdir, narkotik vasitə olan marixuanadan çəkməklə istifadə edir, narkomaniya xəstəliyindən əziyyət çəkir. O, həyətyanı torpaq sahəsində aşkar edilmiş 01 ədəd çətənə bitkisinin yarpaqlarından qurudaraq əldə etdiyi marixuana yalnız özünün istehlakı üçün kifayət etmişdir, onun heç vaxt satmaq niyyəti olmamış, satdığı təqdirdə özünün narkotik vasitəsiz qalacağını, yaxud yenidən pul ilə satan kimisə axtarmaq məcburiyyətində qala biləcəyini bildirmişdir. Bundan başqa, əgər narkotik vasitə satmış olsaydı, onda Ravidə sonuncunun ifadəsində göstərdiyi miqdarlarda narkotik vasitə olması mümkün deyildir, çünki onda bu miqdarda narkotik vasitə olması mümkün deyildir. Bununla yanaşı o, əlavə olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı da o, heç kimə narkotik vasitə satmadığını, narkotik vasitəni yalnız özü üçün istehlak etdiyini bildirmişdir. Lakin müstəntiq onun ifadəsini dəyişərək onun guya narkotik vasitə satması kimi tərtib etmişdir. İfadəsi kompyuter vasitəsilə tərtib edilib çap edildikdən sonra o həmin ifadəsini şəxsən özü oxumamışdır, o isə düzgün yazıldığını, yəni həmin ifadənin narkotik vasitəni satmaması barədə dediklərinin əks olunduğunu fikirləşdiyi və müstəntiqə inandığı üçün imza etmişdir. O və müdafiəçisi müstəntiqin bu hərəkətləri barədə vəsatət və şikayətlə ibtidai istintaq dövründə rəsmi müraciətlər etsələr də, vəsatət və şikayəti təmin edilməmişdir. O, milliyyətcə ləzgi olmaqla latın qrafikalı azərbaycan dilində yazıb-oxuya bilmir, buna baxmayaraq, ibtidai istintaq zamanı onun ifadələri alınarkən mütəxəssis dəvət edilməmişdir. Əlavə olaraq bildirmişdir ki, Ravidlə dostluq münasibətləri olduğundan dəfələrlə telefon əlaqəsi saxlayıb danışmış və görüşmüşlər. Lakin bu o demək deyildir ki, o, Ravidə narkotik vasitə satmışdır. O, heç vaxt heç kimə narkotik vasitə satmamışdır. Həmçinin onu da qeyd etmişdir ki, özü evində tutulduğu gün, yəni xx xxxxxx 2020-ci il tarixdə öz evində axtarış keçirildiyi halda, xx xxxxxx 2020-ci il tarixdə tutulmuş Şahid1 evində xx xxxxxx 2020-ci il tarixdə axtarış aparılmışdır. Öz evində axtarış aparılıb aşkar edilmiş marixuana və çətənə bitkisi lazımi şəkildə qablaşdırılmadan, adi polietilen torbaya qoyularaq möhürlənmədən aparılmışdır. Bununla da mümkündür ki, xx.xx.2020-ci il tarixdə ondan aşkar edilmiş həmin narkotik vasitədən götürülərək xx.xx.2020-ci il tarixdə Ravidin yaşadığı ünvana qəsdən qoyulsun. Ona görə də hesab edir ki, bu hallar ziddiyyətli və şübhəlidir. Bundan əlavə, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “şübhəli şəxsin dindirilməsi haqqında” protokoldan (İ cild, səh.210), xx xxxxxx 2020-ci il tarixli “vəsatətin rədd edilməsi haqqında” qərardan (İİ cild, səh.11) müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı narkotik vasitə satmadığını, yalnız saxladığını bildirmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş Qusar rayon prokuroruna ünvanlanmış xx.xx.2020-ci il tarixli şikayət ərizəsindən müəyyən edilir ki, təqsirləndirilən şəxs şikayətində göstərmişdir ki, o, Şahid1 həyətində becərdiyi yaş çəkisi 135 qram olan çətənə bitkisindən narkotik vasitəni satmadığını bildirmiş, lakin həmin narkotik vasitədən Şahid1 onlara qonaq gələndə birlikdə istifadə etdiyini və müqabilində heç bir maraq gözləmədiyi, Raviddən heç vaxt pul almadığını bildirmişdir. O, istintaqın əvvəlindən sonuna kimi belə ifadə vermişdir. Lakin müstəntiq xx.xx.2020-ci il tarixli ifadəsində onun dediklərini olduğu kimi yazdığı halda, xx.xx.2020-ci il tarixli ifadəsində və üzləşmə ifadəsində onun dediklərinin əksinə yazıb aldatma yolu ilə imza etdirmişdir. Bundan başqa da evində tutulduğu gün, yəni xx xxxxxx 2020-ci il tarixdə axtarış keçirildiyi halda, xx xxxxxx 2020-ci il tarixdə tutulmuş Şahid1 evində xx xxxxxx 2020-ci il tarixdə axtarış aparılmışdır. Digər şəxslər – Şahid2, X10, Şahid1 götürülmüş narkotik vasitələrin Təqsirləndirilən şəxs evindən götürülmüş narkotik vasitə ilə müqayisəli ekspertiza vaxtında düzgün keçirilmiş olsaydı, bilinərdi ki, həmin digər şəxslərdən aşkar edilmiş narkotik vasitə Təqsirləndirilən şəxs həyətində aşkar edilmiş narkotik vasitə ilə eyni deyildir. Çünki Təqsirləndirilən şəxs heç kimə narkotik maddə satmamışdır. Lakin müstəntiq isə ekspertizanı xx xxxxxx 2020-ci il tarixdə Şahid1 evində gecikdirməklə edilmiş axtarışdan sonra təyin etmişdir ki, bu da işin obyektiv araşdırmadan çox uzaq olmasına dəlalət edir. Bundan başqa, təqsirləndirilən şəxs məhkəmə iclasında ifadəsində əlavə olaraq bildirmişdir ki, Ravidlə dostluq münasibətləri olduğundan, birlikdə marixuana çəkdiklərindən Ravidə əvəzsiz olaraq çəkməsi üçün özünün əkdiyi bir ədəd çətənə bitkisindən əldə etdiyi marixuana vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsinin yerində yoxlanılması və üzləşdirmə protokollarını da imza etməsi ilə bağlı bildirmişdir ki, ifadəsinin yerində yoxlanılması protokolunu və üzləşmə protokolunu da müstəntiq onun dedikləri kimi yox, Şahid1 guya narkotik vasitə satması kimi tərtib etmiş, həmin protokolları da mütəxəssisin iştirakı olmadan, həmin protokolların məzmunu ilə o, tanış olmadan müstəntiqə inanaraq imza etmişdir. İfadəsinin yerində yoxlanılması protokoluna əlavə edilmiş fotoşəkillərdə o, müstəntiqin Ravidlə harada görüşməsi sualına cavab olaraq əli ilə işarə edərək xx.xx.2020-ci il tarixdə yaşadığı kəndin girişində Ravidi qarşıladığı yeri göstərmişdir, həmin vaxt ondan narkotik vasitəni satması ilə bağlı yeri göstərməsi soruşulmamışdır. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxsin evində axtarış keçirilən zaman, şübhəli şəxs kimi dindirilən zaman narkotik vasitə satmamasını bildirmiş, ifadəsində, ifadəsinin yerində yoxlanılması protokolunda və üzləşdirmə protokolunda isə Şahid1 narkotik vasitə satması qeyd olunmuşdur. Həmin ifadələrin tərtib edilməsi zamanı isə onun yanında latın qrafikalı azərbaycan dilində bilən mütəxəssis olmamışdır. Belə ki, iş materiallarında olan ifadənin yerində yoxlanılması protokoluna əlavə edilmiş fotoşəkillərdə mütəxəssisin iştirakı, yaxud təqsirləndirilən şəxsin həmin protokolun məzmunu ilə tanış olması halı müəyyən edilmir. Həmçinin təqsirləndirilən şəxsin əli ilə işarə edərək Şahid1la görüşdüyü yeri bildirməsi barədə gətirdiyi xüsusat da iş materialları ilə təkzib edilmir. İş materiallarında olan Təqsirləndirilən şəxs evində və həyətyanı sahəsində axtarış keçirilən zaman qeydə alınmış videoçəkilişin əks olunduğu DVD diskdən müəyyən olunur ki, həmin axtarış zamanı Təqsirləndirilən şəxs latın qrafikalı azərbaycan dilində yazıboxuya bilməməsi nəzərə alınmamaqla həmin axtarış zamanı nə mütəxəssis, nə də müdafiəçi dəvət edilməmiş, bundan əlavə, müstəntiq axtarış və götürmə barədə tərtib edilmiş protokolu iştirakçılara oxumadan, təqsirləndirilən şəxsi protokol ilə tanış etmədən imza etdirmişdir. Yuxarıda qeyd olunan hallar isə təqsirləndirilən şəxsin tərtib edilmiş ifadələri ilə tanış olub-olmamasına əsaslı şübhələr yaradır və təqsirləndirilən şəxsin gətirdiyi dəlilləri daha ağılabatan edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, bir halda ki, ifadənin yerində yoxlanılması zamanı texniki vasitələrdən istifadə edilərək fotoşəkillər çəkilir, bu zaman sənədlərdə şübhə doğuran halların olmaması üçün həmin fotoşəkillərdə iştirakçıların hamısının əks olunması, yaxud da videoçəkilişdən istifadə edilməsi daha obyektiv olardı. Bundan başqa, məhkəmə iclasında ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, o, əvvəllər Ravidlə bir dəfə Yalama kəndi tərəfə getmiş, Ravid avtomobildən düşərək harasa gedib tez də qayıtmış və özü ilə marixuana gətirmişdir. Lakin o, Ravidin narkotik vasitəni kimdən aldığını, pul verərək aldığını görməmişdir. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Şahid1 başqa digər şəxslərə narkotik vasitələr satmasının müəyyənləşdirilməsi barədə əməliyyat tədbirlərinin keçirilməsi tapşırılmış, lakin keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs digər şəxslərə narkotik vasitələr satması müəyyən edilməmişdir. İş materiallarından, Şahid1 və polis əməliyyatçılarının məhkəmə iclasında verdikləri ifadələrindən müəyyən edilir ki, Şahid1 ibtidai istintaq zamanı ifadəsində bildirdiyi xüsusatları dəqiqləşdirmək üçün sonuncunun təqsirləndirilən şəxsdən bir daha narkotik vasitə almasının təşkili istiqamətində əməliyyat tədbiri keçirilməmiş, bu barədə Şahid1 təklif edilməmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanının əməlin satış məqsədi ilə törədilməsinə əsaslandığı yeganə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinin həqiqiliyi və mötəbərliliyi hərtərəfli araşdırılmamış və dəqiqləşdirilməmişdir. Beləliklə, Şahid1 ifadələri məhkəmə istintaqı zamanı iş materialları ilə əlaqəli şəkildə tədqiq edilərək müəyyən edilmişdir ki, həmin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirdiyi “Təqsirləndirilən şəxs ona narkotik vasitə satmasına dair xüsusatlar” iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmır. Bununla yanaşı, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hər hansı şəxsə narkotik vasitə satması iş materiallarında olan digər sübutlarla da öz təsdiqini tapmamışdır. Bununla da məhkəmə belə qənaətə gəlir ki, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi Təqsirləndirilən şəxs narkotik vasitə satmasını təsdiqləyən sübut növü kimi qəbul edilməməlidir. Yuxarıda sadalananlara əsasən, məhkəmə hesab edir ki, Şahid1 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs “pul verərək əvəzli şəkildə narkotik vasitə alması barədə verdiyi ifadəsi” yolverilməz sübut kimi qiymətləndirilərək “həmin xüsusatlar” sübutlar siyahısından xaric edilməlidir. Belə ki, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosesual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması(CPM-nin 33.2-ci maddəsi), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinin digərinə nisbətdə çox və ya az əhəmiyyet verilməsi yolverilməzdir (CPM-nin 33.4-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil və bir-biri ilə müqayisə edilir, yəni toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkülüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna işə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Beləliklə, cinayət işinin materiallarından görünür ki, məhkəmə istintaqı zamanı ittiham tərəfinin rəhbər tutduğu dəlillər və sübutlar təqsirləndirilən şəxsin ittiham olunduğu həmin cinayət əməlini törətməsini və təqsirini müəyyən etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı özünü hətta Azərbaycan Respublikası CM-nin 234.2-ci madddəsi ilə təqsirli bilməsi onun məhkəmə istintaqı zamanı təqsirinin sübuta yetirilməsi kimi qiymətləndirilə və onun ziyanına şərh edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan şübhələr və ziddiyyətlər CPM-nin 145.3-cü maddəsinə əsasən ittiham tərəfinin heç bir sübutu ilə aradan qaldırılmadığına görə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şahid1 ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə münasibətdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi üzrə verdiyi ittihamedici ifadələri iş üzrə hər hansı digər sübutla təsdiq edilmədiyindən Azərbaycan Respublikası CPM-nin tələblərinə əsasən bu hal təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi üzrə irəli sürülmüş ittihamın təsdiqi kimi qəbul edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli olduğuna əsaslı şübhələr var və bütün şübhələr də təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Şahid1 barəsində həmçinin Azərbaycan Respublikası CM-nin 234.1-ci madddəsi ilə cinayət işi aparıldığından və həmin cinayət işi üzrə ilk olaraq o, narkotik vasitəni tapdığını bildirsə də, sonradan öz ifadəsini dəyişməsi də, onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin mötəbər olmasına şübhə yaradan əsas amillərdən biri kimi qəbul edilməlidir. Bu baxımdan şahid X6 ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxsdən narkotik vasitənin pul verərək əvəzli şəkildə alması barədə bildirdiyi xüsusatlar işin faktiki hallarına uyğun gəlmədiyindən məhkəmə onun ifadəsinin bu xüsusatlarını obyektiv, həqiqi və səmimi ifadə kimi qəbul etmir. Məhkəmə istintaqı zamanı araşdırılıaraq tədqiq edilmiş işin yuxarıda sadalanan faktiki hallarına əsasən məhkəmə hesab edir ki, təsqidləndirilən şəxsin və Şahid1 məhkəmə baxışı zamanı verdkləri ifadələri iş materiallarında olan sübutların məcmusu ilə tam təsdiq olunur. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası CPM-nin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş məhkəmənin digər vəzifəsi şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaqdan ibarətdir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarının 2-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. Məhkəmə cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübut olunmur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Bununla yanaşı məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununda qeyd edilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Həmin Qanunda şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Qeyd olunan Plenum Qərarının 9-cu bəndində izah olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, əməlin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün ilk olaraq aşkar olunmuş narkotik vasitənin əldə edilməsinin, saxlanılmasının, daşınmasının, hazırlanmasının və s. hərəkətlərin satış məqsədi ilə edilməsi sübuta yetirilməlidir. Narkotik vasitə satış məqsədi olmadan qanunsuz olaraq əldə olunaraq saxlanılırsa, həmin əməl narkotik vasitənin şəxsi istehlak miqdarından artıq istənilən miqdarda olduğu halda da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsi heç bir mötəbər sübutla əsaslandırılmamış, təqsirləndirilən şəxsin hansısa qazanc əldə etməsi, eləcə də hansı şəxsi maraq naminə maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi iş üzrə müəyyən olunmamışdır. Qeyd olunan Plenum qərarında həmçinin qeyd edilir ki, məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməlini qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən işin halları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən tam və hərtərəfli araşdırılmamış, gəldiyi nəticənin həqiqətə uyğunluğu barədə öz mövqeyini yetərincə əsaslandırmamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsində sübutların kifayət etməməsinə yetərincə diqqət yetirməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsinin Velikova Bolqarıstana qarşı xx xxxxxxx 2000-ci il tarixli qərarında göstərilir ki, “Əsaslı şübhə yeri qoymayan” sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Lakin belə sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin yaxud faktlara əsaslanan anoloji təkzibedilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək saxlaması şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmə tərəfindən araşdırılmış və tədqiq edilmiş işin digər materialları ilə tam təsdiq olunur. Lakin əməlin hüquqi tövsifi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, ibtidai istintaq orqanı düzgün olmayaraq onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin hazırlanması üçün avadanlığın olması, yəni təqsirləndirilən şəxsin yaşadığı ünvandan aşkar edilmiş 102 sm hündürlükdə 01 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkisinin və həmin çətənə bitkisindən yığdığı 88,153 qram qurudulmayan narkotik vasitə olan marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi və ya saxlaması nə işdə olan sübutlarla, həmçinin şahid ifadələri ilə öz təsdiqini tapmamışdır. Lakin Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmayan marixuananı yaşadığı evdə saxlaması halı özünün ifadələri, şahidlərin ifadələri, həmçinin iş materiallarında olan axtarış və götürmə haqqında protokol, həmin protokola əlavə edilmiş DVD disk ilə, ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Bununla da, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə etməsinə dair hər hansı bir mötəbər sübut olmadığı halda, narkotik vasitə satmadığını bildirdiyi, təqsirləndirilən şəxsin ona narkotik vasitə satması barədə bildirdiyi xüsusatların təsdiqlənmədiyi şəxsin – Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanaraq Təqsirləndirilən şəxs əməlinin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və ya saxlaması kimi tövsif edilməsi əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə, həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla özünün istehlakı üçün narkotik vasitə olan qurudulmayan marixuananı əldə edərək saxlamış və bununla da o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsihaqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsikimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotropmaddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli, 2№-li qərarının 4cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ siyahı), narkotik vasitə olan qurudulmayan marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 25 qramdan artıq olması, külli miqdarı isə 2500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin yaşadığı evdən aşkar olunmuş narkotik vasitə qurudulmayan marixuananın ümumilikdə xalis çəkisi 88,153 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Həmin Qanunun “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” adlı İİİ siyahısında çətənə növlü bitkilərin qanunsuz kultivasiyasına görə cinayət məsuliyyətinin yaranması üçün həmin bitkilərin sayı (xeyli miqdarı) ən azı 3 ədəd olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin yaşadığı ünvandan aşkar edilmiş çətənə bitkisinin sayı 01 ədəd, yəni xeyli miqdardan az olmuşdur. Bununla da ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Odur ki, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirildiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X3 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin, doğum haqqında şəhadətnamələrin surətlərindən və Xaçmaz rayonu İcra Hakimiyyəti başçısının Ləcət – Tağar-oba kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində bir azyaşlı olmaqla iki uşağı var. İş materiallarında olan Xaçmaz rayonu İcra Hakimiyyəti başçısının Ləcət – Tağar-oba kənd İƏD-də nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli tibbi arayışdan müəyyən edilir ki, təqsirləndirilən şəxs 2007-ci ildə Dərbənd şəhəri üzrə vərəm xəstəlikləri Dispanserində stasionar müalicədə olub və Dərbənd şəhəri üzrə Ağciyər xəstəlikləri Dispanserində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş tibb müəssisəsinin xx xxxx 2020-ci il tarixli “Rentgenoloji müayinə” protokolundan və həmin tarixli arayışından müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs klinikada klinik laborator-instrumental müayinələrdən keçmiş və ona “Sağ ağ ciyərin yuxarı payın infiltrativ vərəmi” diaqnozu qoyulmuşdur. İş materiallarında olan hərbi biletin təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs dinc dövrdə hərbi xidmətə yararsız hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyini etiraf edərək həmin cinayət əməlinə görə peşmançılıq hissi keçirməsini, ailəli olmaqla himayəsində biri azyaşlı olmaqla iki uşağının olmasını, səhhətini, yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cimaddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2.Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.4. Azadlığın məhdudlaşdırılmasıaltı aydan beş ilədək müddətə təyin edilir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan və Qusar rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(029)-22/2020 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 07 (yeddi) ay 27 gün müddətdə həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla da, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olduğu müddət, yəni 07 (yeddi) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasənazadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, cəmi 01(bir) il 03 (üç) ay 24 gün müddət təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin xx xxxxxx 2020-ci il tarixli, 2292 №-li ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 7/508 №-li rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş Şahid1 yaşadığı evin həyətindən götürülmüş bir ədəd kibrit qutusunda 6,250 qram, X12 üzərindən götürülmüş bir ədəd kağız bükümdə əvvəlki ekspertiza tədqiqatından sonra qalıq 0,503 qram, Təqsirləndirilən şəxs yaşadığı ünvandan və həyətyanı sahəsindən götürülmüş marixuanalar xx.xx.2020-ci il tarixdə qurudulmayan vəziyyətdə aşkar edilmiş 55,220 qram və çətənə bitkisi xx.xx.2020-ci il tarixdə yaş vəziyyətdə aşkar edilmiş 35,23 qram təşkil etmiş, ekspertiza tədqiqatına marixuanalardan hər birindən 0,02 qram sərf edildikdən sonra qalıqlar, müvafiq olaraq, 6,230 qram, 0,483 qram, 55,20 qram; çətənə bitkisindən 0,02 qram sərf edildikdən sonra qalıq 35,21 qram təşkil etmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunaraq götürülmüş xalis çəkisi 88,153 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmayan marixuananın xx.xx.2020-ci il tarixli ekspertiza tədqiqatından sonra qalan 55,220 qramı Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılır. İş üzrə maddi sübut - Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunaraq götürülmüş, xx.xx.2020-ci il tarixli ekspertiza tədqiqatından sonra təmiz çəkisi 55,20 qram təşkil etmiş kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmayan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə təqsirləndirilən şəxsin evinin həyətyanı torpaq sahəsindən aşkar edilmiş 01 ədəd çətənə bitkisinə münasibətdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə inzibati xəta üzrə material ayrılmasına dair qərar qəbul edilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 155 (yüz əlli beş) manat 16 qəpik məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X5, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olduğu müddət, yəni 07 (yeddi) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq 01(bir) il 03 (üç) ay 24 gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:30dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunaraq götürülmüş, xx.xx.2020-ci il tarixli ekspertiza tədqiqatından sonra təmiz çəkisi 55,20 qram təşkil etmiş kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmayan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə təqsirləndirilən şəxsin evinin həyətyanı torpaq sahəsindən aşkar edilmiş 01 ədəd çətənə bitkisinə münasibətdə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə inzibati xəta üzrə material ayrılmasına dair qərar qəbul edilməsi nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 155 (yüz əlli beş) manat 16 qəpik məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X5, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-23/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-23/2021
02.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver