Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-23/2024 16.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Leqal Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxx 1982-ci ildə Xaçmaz rayonunun Yergüc kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonunun Yergüc kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 01 ədəd 592032 nömrəli zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1984-cü ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən 5,45 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı AKS-74U modelli avtomat, ümumilikdə 19 ədəd zavod üsulu ilə 18 ədədi 1981 -ci ildə, 01 ədədi isə 1985-ci ildə keçmiş SSRİ dövlətində istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, 5,45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatları hesab edilən ştat patronları və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan, lakin gövdəsinin aşağı hissəsi sonradan kustar üsulla kəsilərək hal-hazırda ümumi uzunluğu 160 mm olan 21 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirilməsi üçün uyğunlaşdırılmış, texniki cəhətdən saz və istifadə üçün yararlı olan darağı qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə etibarnamə əsasında idarə etdiyi **-LY-*** qeydiyyat nişanlı “Kia” markalı avtomobilində saxlamaqla Xaçmaz rayonu, Yergüc kəndinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 21 iyun 2023cü il tarixdə saat 18:50-də Xaçmaz rayonu, Yergüc kəndində etibarnamə əsasında idarə etdiyi **-LY-*** qeydiyyat nişanlı “Kia” markalı avtomobilin yanında olduğu zaman saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinə gətirilib xidməti otaqların birində həmin gün saat 21:17-dən etibarən Təqsirləndirilən şəxs idarə etdiyi **-LY-*** qeydiyyat nişanlı “Kia” markalı avtomobilinə keçirilmiş baxış zamanı həmin avtomobilin arxa saxlanc hissəsindən onun qanunsuz olaraq əldə edib gəzdirərək daşımaqla saxladığı 01 ədəd göy rəngli sellofan torbanın içərisində 01 ədəd 592032 nömrəli zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1984-cü ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən 5,45 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı AKS-74U modelli avtomat, ümumilikdə 19 ədəd zavod üsulu ilə 18 ədədi 1981 -ci ildə, 01 ədədi isə 1985-ci ildə keçmiş SSRİ dövlətində istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, 5,45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatları hesab edilən ştat patronlar və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan, lakin gövdəsinin aşağı hissəsi sonradan kustar üsulla kəsilərək hal-hazırda- ümumi uzunluğu 160 mm olan 21 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirilməsi üçün uyğunlaşdırılmış, texniki cəhətdən saz və istifadə üçün yararlı olan daraq aşkar edilərək götürülmüşdür. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, özü Xaçmaz rayonu Yergüc kəndində otbiçən qurğular və digər işlənmiş məişət əşyalarının təmiri ilə məşğul olan ustadır. İyun ayının 17-də saat təxminən 15 radələrində yaşadığı Xaçmaz rayonu Yergüc kəndində məişət tullantılarının atıldığı yerdən bir ədəd göy sellofan torbada silaha oxşar əşya gözünə dəymişdir. Silaha marağı olduğu üçün həmin silahı həmin vaxt götürərək idarə etdiyi **-LY-*** qeydiyyat nişanlı "Kia" markalı avtomobilində gizlətmişdir. 21 iyun 2023-cü il saat 18:50-də Xaçmaz rayonu, Yergüc kəndi ərazisində idarə etdiyi **-LY-*** qeydiyyat nişanlı "Kia" markalı avtomobilin yanında olduğu zaman ona 4 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Sonra özünü təqdim etməyini xahiş etmişlər. Özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Sonra barəsində qəbul edilmiş "Əməliyyat- axtarış tədbirlərinin keçirilməsi haqqında" qərarla tanış etmişlər. Daha sonra Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Xaçmaz Rayon Polis Şöbəsinə avtomobillə birlikdə gətirilmişdir. Müdafiəçi ilə təmin edilmişdir. Hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış ve götürmə aparılmasından əvvəl şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, buna etiraz etmədiyini bildirdikdən sonra şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra üzərində odlu silah, döyüş sursatları, o cümlədən digər qanunla qadağan edilmiş əşya və predmetlər olmadığını bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd "Xiaomi" markalı mobil telefonu və 01 ədəd avtomobil açarını, şalvarının sağ yan cibindən 37 manat 30 qəpik pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya ve predmetlər aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 37 manat 30 qəpik puJ və avtomobil açarı özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı hazırda üzərində odlu silah, döyüş sursatları olmasa da, hazırda Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasının həyətində saxlanılan, idarə etdiyi **-LY-*** qeydiyyat nişanlı "Kia" markalı avtomobildə avtomat saxladığını və həmin avtomobilə baxış keçirələcəyi halda avtomatı təqdim edə biləcəyini və bununla bağlı idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış bitdikdən sonra bu barədə protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra düzgün olduğu üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra icazə və razılığı ilə idarə etdiyi 10-LY- 610 qeydiyyat nişanlı "Kia" markalı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı təklif edilmişdir ki, idarə etdiyi **-LY-*** qeydiyyat nişanlı "Kia" markalı avtomobildə odlu silah, döyüş sursatı, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra idarə etdiyi avtomobildə odlu silah avtomat saxladığını bildirmiş və avtomobili açaraq baxışa təqdim etmişdir. Daha sonra avtomobilin arxa saxlanc hissəsindən 01 ədəd göy rəngli sellofan torbanı təqdim etmişdir. Həmin göy rəngli sellofan torba açılarkən içərisində 01 ədəd qara rəngli avtomat, 01 ədəd daraq və 19 ədəd patron aşkar edilmişdir. Daha sonra **-LY-*** qeydiyyat nişanlı "Kia" markalı avtomobilin yük yerindən aşkar edilmiş 01 ədəd qara rəngli avtomat, 01 ədəd daraq və 19 ədəd patron polis əməkdaşları tərəfindən aşkar edildiyi göy rəngli sellofan torbada qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış davam etdirilərkən idarə etdiyi avtomobildən 01 ədəd əl çantası aşkar edilmiş və həmin çantanın qohumuna aid olmasını bildirmişdir. Həmin çantaya baxış zamanı çantanın içərisindən 01 ədəd "Samsung" markalı mobil telefon aşkar edilmiş və iş üzrə əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı 01 ədəd qara rəngli avtomatı, 01 ədəd daraq və 19 ədəd patronu təxminən 3-4 gün əvvəl Xaçmaz rayonu ərazisindən tapdığını, hər hansı məqsədlər üçün istifadə etmədiyini, heç kimə vermədiyini, özündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Məhkəmə istintaqında ifadəsi alınarkən özünü təqsirli bilməyərək ibtidai istintaqda verdiyi ifadəsinin tam əksinə olaraq ifadə verərək bildirmişdir ki, onda ümumiyyətlə silah olmayıb, həmin gün səhər saat 11:00 radələrində o, idarə etdiyi nəqliyyat vasitəsini avto yumada yuduzdurmuş, sonra həmin nəqliyyat vasitəsinin hər bir tərəfinin foto şəkillərini çəkərək turbo.az-a qoymuşdur. Ondan sonra günorta vaxtı nahar etmək üçün evə getmişdir, sonra yolun kənarında harda ki, onu saxlamışlar həmin yerdə yerləşən 6 kvadrat ona məxsus təmir yeri kimi işlətdiyi yerdə təmir işlərini görmüşdür. Nahardan sonra orda olmuş, həmin vaxt orda olduğu zaman maşını satışa qoyduğuna görə uşaqlar yaxınlaşaraq maşına baxmışlar. Hətta maşını satışa qoymamışdan qabaqda maşını satmaq istəməyi ilə əlaqədar məlumat vermişdir ki, özünün maşını satmaq niyyəti var, bunu bilənlər gəlib maşına baxmışlar. Ondan sonra saat təxminən 15-16 olardı o, qaynanası ilə Xaçmaz şəhərində həmişə alış veriş etdiyi yerinə, oradan mebel almaq üçün mebel salonuna, daha sonra isə boya, aboy və bu kimi şeyləri alaraq maşının arxa yük yeri nə qyulmuşdur hansı ki, həmin şeylər nəqliyyat vasitəsində silah tapıaln zaman mışınında olmuş və onların da foto şəkilləri çəkilmişdir. Bundan əlavə olaraq foto şəkillər çəkilən zaman nəqliyyat vasitəsində qaynanasına məxsus əl çantası, ayaqqabı, mobil telefon vasitəsi olmuşdur. Onlar Xaçmazdan qayıdandan sonra üzərindəki geyim əşyalarını dəyişmədən bir başa bağa getmişlər. O, təmir yerinin qapısını bağlamaq üçün qayıdaraq qapıları bağlamaq istəyərkən ona bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etdikrən sonra onu özləri ilə birlikdə rayon polis şöbəsinə dəvət etmişdirlər. O, rayon polis şöbəsinə özünə məxsus nəqliyyat vasitəsinin arxa sərnişin oturacaqda yanında bir polis əməkdaşı ilə birgə, digər polis əməkdaşı ona məxsus nəqliyyat vasitəsini idarə etmiş, digər polis əməkdaşı isə özlərinə məxsus nəqliyyat vasitəsini idarə edərək polis şöbəsinə gəlmişlər. Polis şöbəsinə gəldikləri zaman ona məxsus nəqliyyat vasitəsinin açarı onun nəqliyyat vasitəsini idarə edən polis əməkdaşında olmuşdur. O, polis şöbəsində olduğu zaman ona işgəncə verilmiş, daha sonra müdafiəçi ilə təmin edilərək ifadəsi alınmış, daha sonra isə üzərində şəxsi axtarış, nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Nəqliyyat vasitəsinə baxış keçirilən zaman nəqliyyat vasitəsinin yük yerindən odlu silah aşkar edilmişdir. Lakin buna baxmayaraq həmin silah ona məxsus olmamışdır. Həmin silah o, sorğuya alınarkən onun nəqliyyat vasitəsinə kimin və ya kimlərinsə tərəfindən nəqliyyat vasitəsinə qoyulmuşdur. O, hətta işgəncə altında olmasına baxamayaraq həmin silahın özünə məxsus olmasını boynuna almamışdır. Bundan sonra onun izahatını alan polis əməkdaşı onu dilə tutaraq həmin silahın ona məxsus olmasını əyər boynuna alarsa ona kömək edəcəyinə dair vəd verdiyinə görə o, da həmin silahın özünə məxsus olmasını boynuna almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xmiü baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 21 iyun 2023-cü il tarixdə Xaçmaz rayonu Yergüc kəndində qeydiyyatda, olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib saxlaması, eyni zamanda üzərində daşıyaraq gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq, özündən, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xmiü baş əməliyyat müvəkkili, polis polkovnik- leytenantı Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik özünə həvalə edilmişdir. 21 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Yergüc kəndində olması müəyyən edilmiş və əməliyyat qrupunun digər üzvləri ilə birlikdə ünvan 2 ünvanda olduqları zaman, yəni 21 iyun 2023-cü il tarixdə saat 18:50-də Təqsirləndirilən şəxs məxsus 10-LY- 610 qeydiyyat nişanlı “Kia” markalı avtomobilin yol kənarında dayandığını, zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin həmin avtomobilin yanında olduğunu görmüşlər. Odur ki, həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib saxlaması, eyni zamanda üzərində daşıyaraq gəzdirməsi barədə şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər və onu DİN-in Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər və həmin şəxs buna etiraz etməmişdir. Odur ki, həmin şəxsin istifadəsində olan **-LY-*** qeydiyyat nişanlı “Kia” markalı avtomobil ilə Xaçmaz Rayon Polis Şöbəsinə gəlmişlər. Şöbənin inzibati binasının xidməti otaqlarının birində BMCMİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı Murad Azayev tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş və həmin şəxsin şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilərək, ona hüquq və vəzifələri izah edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və Təqsirləndirilən şəxs buna heç bir etirazını bildirməmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə versin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində odlu silah, döyüş sursatları, o cümlədən digər qanunla qadağan edilmiş əşya və predmetlər olmadığını bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Xiomi” markalı mobil telefonu və 01 ədəd avtomobil açarını, şalvarının sağ yan cibindən 37 manat 30 qəpik pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 37 manat 30 qəpik pul və 01 ədəd avtomobil açarı Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Aşkar edilmiş “Xiomi” markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hazırda üzərində odlu silah, döyüş sursatları olmasa da hazırda idarə etdiyi **-LY-*** qeydiyyat nişanlı “Kia” markalı avtomobildi avtomat saxladığını və həmin avtomobilə baxış keçirələcəyi halda avtomatı təqdim edə biləcəyini və bununla bağlı idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış başa çatmış və onlar Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasının həyətində Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirilməsi məqsədi ilə həmin avtomobilin yanına getmişlər. Baxış keçirilməsindən öncə Təqsirləndirilən şəxs baxışın video çəkilişdən istifadə edilməklə həyata keçirilməsi barədə məlumat verilmiş və Təqsirləndirilən şəxs buna heç bir etirazı olmadığını demişdir. Baxış başlanmış və təhqiqatçı tərəfindən baxışda iştirak edən şəxslərin adları barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs baxış iştirakçılarına etiraz etmədiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, idarə etdiyi **-LY-*** qeydiyyat nişanlı “Kia” markalı avtomobildə odlu silah, döyüş sursatı, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə odlu silah avtomat saxladığını bildirmiş və avtomobili açaraq baxışa təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs avtomobilin arxa saxlanc hissəsindən 01 ədəd göy rəngli sellofan torbanı təqdim etmişdir. Həmin göy rəngli sellofan torba açılarkən içərisində 01 ədəd qara rəngli avtomat tipli dəmir predmet, 01 ədəd daraq və 19 ədəd patrona oxşar dəmir predmetlər aşkar edilmişdir. Daha sonra **-LY-*** qeydiyyat nişanlı "Kia" markalı avtomobilin yük yerindən aşkar edilmiş 01 ədəd qara rəngli avtomat tipli dəmir predmet, 01 ədəd daraq və 19 ədəd patrona oxşar dəmir predmetlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən aşkar edildiyi 01 ədəd göy rəngli sellofan torbada qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən 01 ədəd əl çantası aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin çantanın qohumuna aid olmasını bildirmişdir. Həmin çantaya baxış zamanı çantanın içərisindən 01 ədəd "Samsung" markalı mobil telefon aşkar edilmiş və iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 01 ədəd qara rəngli avtomat tipli dəmir predmet, 01 ədəd daraq və 19 ədəd patrona oxşar dəmir predmetləri təxminən 3-4 gün əvvəl Xaçmaz rayonu ərazisindən tapdığını, hər hansı məqsədlər üçün istifadə etmədiyini, heç kimə vermədiyini, özündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilindən digər əşya və ya predmet aşkar edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 22 iyun 2023-cü il tarixli 23/479 R nömrəli məhkəməballistik ekspertizasının rəyindən görünür ki tədqiqata təqdim edilmiş 592032 №li silah, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 1984-cü ildə silah zavodunda istehsal olunmuş, AKS-74U modelli Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir- darağıdır. Lakin gövdəsinin aşağı hissəsi sonradan kustar üsulla kəsilərək halhazırda ümumi uzunluğu 160 mm olan darağ 21 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirilməsi üçün ^uyğunlaşdırılmışdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 19 ədəd patronlar zavod üsulu ilə, 18 ədədi 1981 -ci , 01 ədədi isə 1985-ci ildə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlardır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi X1 04 iyul 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 21 iyun 2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir. İş materiallarında olan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X2 tərəfindən 21 iyun 2023-cü il tarixdə tərtib edilmiş “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs BMCMİ-nin əməkdaşları tərəfindən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və Şöbədə təhqiqatçı Murad Azayev tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi **-LY-*** qeydiyyat nişanlı "Kia" markalı avtomobilinə keçirilmiş baxış zamanı 01 ədəd göy rəngli sellofan torbanın içərisində saxladığı 01 ədəd 01 ədəd 592032 nömrəli Kalaşnikov konstruksiyalı AKS-74U modelli avtomat, 01 ədəd daraq və 19 ədəd patronlar aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Cinayət işi üzrə 24 iyun 2023-cü il tarixli qərarında görünür ki, 01 ədəd 592032 nömrəli Kalaşnikov konstruksiyalı AKS-74U modelli avtomat, 01 ədəd daraq və tədqiqatdan sonra qalıq qalmış 16 ədəd patronlar, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilinə baxış və götürmə, həmçinin də üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən ümumilikdə 02 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd 592032 nömrəli Kalaşnikov konstruksiyalı AKS-74U modelli avtomat, 01 ədəd daraq və tədqiqatdan sonra qalıq qalmış 16 ədəd patronlar maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan istintaq zamanı odlu silahın əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana verilmiş istintaq tapşırığına cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib, idarə etdiyi avtomobildə gizlədib saxladığı 01 ədəd “Kalaşnikov” konstruksiyalı AKS- 74U modelli avtomatın, 01 ədəd darağın və 19 ədəd patronun haradan əldə etməsinin və həmin odlu silahdan və onun komplekt hissələrindən istifadə edib-etməməsinin, Təqsirləndirilən şəxs həmin 01 ədəd “Kalaşnikov” konstruksiyalı AKS- 74U modelli avtomat, 01 ədəd daraq və 19 ədəd patrondan başqa haradasa odlu silah, onun komplekt hissəsi, döyüş sursatı və soyuq silah saxlayıb-saxlamamasının, onun qanunsuz olaraq odlu silahın dövriyyəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. İş materiallarında olan şübhəli şəxs qismində tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan və Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(005)-954/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 23 iyun 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi ibtidai istinaq zamanı verdiyi ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 228.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Belə ki, Təqsirləndirilən şəxs saxlandıqdan sonra avtomobilin açarları polis əməkdaşlarında olduğunu və avtomobilindən aşkar olunmuş avtomatın ona məxsus olmamasını bildirsə də, iş materiallarında olan sənədlərlə sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlandıqdan sonra avtomobilin açarı özündə olmuş və baxış keçirlməzdən əvvəl özünə məxsus nəqliyyat vasitəsini özü açmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs 01 ədəd “Kalaşnikov” konstruksiyalı AKS- 74U modelli avtomatın, 01 ədəd darağın və 19 ədəd patronun əldə edib nəqliyyat vasitəsində daşımaması, polis əməkdaşlarının ona 06 ay müddətindən sonra azadlıqda olacağına söz vermələrinə görə ibtidai istintaq zamanı etirafedici ifadələrin verməsinə dair məhkəmə hüquqi qiymət verərək hesab edir ki, bütün bunlar özünümüdafiə xarakterli hərəkətlərdir. Məhkəmə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinə şəxsi axtarış aparılması, şahidlə üzləşdirilməsi ilə bağlı aparılan istintaq hərəkətlərinin nəticələrini əsas götürür və təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı aşkar edilmiş 01 ədəd “Kalaşnikov” konstruksiyalı AKS- 74U modelli avtomatın, 01 ədəd darağın və 19 ədəd patronun özünə məxsus olmaması, həmin silahın ona məxsus nəqliyyat vasitəsinə kim tərəfindən qoyulması ilə bağlı məlumatının olmaması barədə ifadəsinin məsuliyyətdən yayınmaq məqsədi ilə verildiyini hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, cinayət işində olan tutma haqqında protokola əsasən Təqsirləndirilən şəxs 21 iyun 2023cü il tarixdə saat 19:59-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli faktiki olaraq azadlığının məhdudlaşdırıldığı andan, yəni 21 iyun 2023-cüi il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd 592032 nömrəli Kalaşnikov konstruksiyalı AKS-74U modelli avtomat, 01 ədəd darağ və tədqiqatdan sonra qalıq qalmış 16 ədəd patronlar dövlət nəfinə müsadirə edilməli, şəxsi axtarış zamanı aparılmış videoçəkilişin bir ədəd diski cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 21 iyun 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar – Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd 592032 nömrəli Kalaşnikov konstruksiyalı AKS-74U modelli avtomat, 01 ədəd darağ və tədqiqatdan sonra qalıq qalmış 16 ədəd patronlar hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, şəxsi axtarış zamanı aparılmış videoçəkilişin bir ədəd diski cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddianın, məhkəmə xərcinin və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-23/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-23/2024
16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver