Məhkəmə qərarları › İş №1(067)-23/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-23/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-23/2025 23.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı Məhkəmə iclasının katibi: X13 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs13 Natiq qızı və Zərərçəkmiş şəxs15 Təqsirləndirilən şəxsin müdafiəçisi: Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1984-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Agalar oğlu etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ kecirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 sosial yardım qismində dövlət tərəfindən ev və avtomobil ayrılmasını təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 05 fevral 2018-ci ii tarixdə Xaçmaz şəhəri, H.Z.Tağiyev küçəsində yerləşən "Kapital Bank"-ın Xaçmaz filialının qarşısında 13000 (on üç min) manat, bundan beş gün sonra Xacmaz şəhəri, N.Nərimanov küçisində Heydər Əliyev parkında 5500 (beş min beş yüz) manat şəxsən alıb ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs1 xeyli miqdar təşkil edən 18500 (on səkkiz minbeş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan baqa, başqa, o, təkrar aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə niyyəti ilə cinayətdən xəbərsiz olan tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs2 əri X28 oğluna sosial yardım kimi dövlət tərəfindən ev və avtomobil ayrılmasını təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 məxsus 2018-ci ilin fevral ayının sonlarında Xaçmaz şəhəri, 28 may küçəsində polis şöbəsinin yaxınlığında 5500 (beş min beş yüz) manat, 2018-ci iliin mart ayının ortalarında Xaçmaz şəhəri, 28 may küçəsində polis şöbəsinin yaxınlığında 4000 (dörd min) manat, 2018-ci ilin aprel ayının əvvəllərində Xaçmaz şəhəri, 28 may küçəsində polis şöbəsinin yaxınlığında 1500 (bir min beş yüz) manat alıb ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs2 xeyli miqdar təşkil edən 11000 (on bir min) manat məbləğində maddi ziyan vurub təkrar, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar eyni niyyətlə cinayətdən xəbərsiz olan tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs3 sonuncunun arvadı X8 xəstəliyi ilə bağlı sonuncunun sosial təqaüdə çıxarılmasını təşkil edəcəyinə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 məxsus 2018-ci ilin mart ayının ortalarında Xaçmaz şəhəri, Nərimanov küçəsində dairənin yaxınlığında 2000 (iki min) manat, bir həftə sonra Xaçmaz şəhəri, A.Ələskər küçəsində 1500 (bir min beş yüz) manat alıb ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs3 3500 (üç min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrar aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə niyyəti ilə cinayətdən xəbərsiz olan tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs4 xəstəliyi ilə əlaqədar sonuncunun sosial təqaüdə çıxarılmasını təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs4 məxsus 2018-ci ilin aprel ayının ortalarında Xaçmaz şəhəri, A.Ələskər küçəsində 4000 (dörd min manat, 2018-ci ilin may ayının əvvəlində Xaçmaz şəhəri, A.Ələskər küçəsində 3000 (üç min) manat alıb ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs4 7000 (yeddi min) manat məbləğində maddi ziyan vurub təkrar, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə niyyəti ilə Zərərçəkmiş şəxs5 xəstəliyi ilə bağlı sonuncunun sosial təqaüdə çıxarılmasını təşkil edəcəyinə dair yalan vəd verib aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 2019-ci ilin mart ayının ortalarında sonuncunun yaşadığı Xaçmaz şəhəri, M.F.Axundov küçəsi 78 nömrəli evdə 1000 (bir min) manat, bir gün sonra Xaçmaz şəhəri, M.F.Axundov küçəsi 78 nömrəli evdə 500 (beş yüz) manat, 2019-cu ilin aprel ayının əvvəllərində özünün yaşadığı Xaçmaz şəhəri, A.Ələsgər küçəsində yerləşən evinin yaxınlığında 1150 (bir min yüz əlli) manat məbləğində pul vəsaitini şəxsən alıb ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs5 2650 (iki min altı yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrar eyni məqsədlə Zərərçəkmiş şəxs10 sosial yardım kimi avtomobil verilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs10 2020-ci ilin mart ayının ortalarında Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Bazar" adlanan ərazidə 800 (səkkiz yüz) manat şəxsən alıb ələ keçirməklə Zərərçəkmiş şəxs10 eyni məbləğdə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar eyni məqsədlə Zərərçəkmiş şəxs10 sosial yardım kimi ev verilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs10 2020-ci ilin mart ayının ortalarında Xaçmaz şəhəri, 20 yanvar küçəsində yerləşən Məscidin yaxınlığında 2500 (iki min beş yüz) manat şəxsən alıb ələ keçirməklə Zərərçəkmiş şəxs10 eyni məbləğdə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrar eyni məqsədlə Zərərçəkmiş şəxs10 əlil oğluna baxdığı üçün arvadının təqaüdə çıxmasını təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs10 2020-ci ilin mart ayının sonlarında Xaçmaz şəhəri, R.Behbudov küçəsində yerləşən “Evro” market yaxınlığında 990 (doqquz yüz doxsan) manat şəxsən alıb ələ keçirməklə Zərərçəkmiş şəxs10 eyni məbləğdə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrar eyni niyyətlə Zərərçəkmiş şəxs6 atası Şahid3 veteran olması ilə əlaqədar dövlət tərəfindən sosial yardım kimi avtomobil və əlil arabası ayrılmasını təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs6 Bbaverdi oğlundan Zərərçəkmiş şəxs6 Məxsus 2020-ci ilin aprel ayının əvvəlində Xaçmaz şəhəri, Nəsimi küçəsində yerləşən Xaçmaz rayon prokurorluğunun yaxınlığında 900 (doqquz yüz) manat, 2020-ci ilin aprel ayının ortalarında Zərərçəkmiş şəxs6 Xaçmaz rayonu, Xaspoladoba kəndində 730 (yeddi yüz otuz) manat, 2020-ci ilin aprel ayının sonlarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Unibank” bankın inzibati binasının yaxınlığında Zərərçəkmiş şəxs6 1000 (bir min) manat, həmin gün Xaçmaz şəhəri, Nərimanov küçəsində yerləşən “Unibank” bankın inzibati binasının yaxınlığında Şahid3 Zərərçəkmiş şəxs6 məxsus 670 (altı yüz yetmiş) manat, 2020-ci ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs6 Xaçmaz rayonu, Xaspoladoba kəndində 700 (yeddi yüz) manat şəxsən alıb ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs6 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan baqa X14 təkrar eyni məqsədlə Zərərçəkmiş şəxs9 dövlət tərəfindən birdəfəlik sosial yardım verilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin aprel ayının sonlarında Zərərçəkmiş şəxs9 oğlu mərhum X10 Xacmaz şəhəri, N.Nərimanov kücisində yerləşən Azorpoçt MMC-nin Xacmaz poçt filialının yaxınlığında atası Zərərçəkmiş şəxs9 məxsus 750 (yeddi yüz əlli) manat, 2020-ci ilin may ayının ortalarında eyni yerdə X10 Zərərçəkmiş şəxs9 məxsus 1080 (bir min səksən) manat, 2020-ci ilin may ayının sonlarında Zərərçəkmiş şəxs9 Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Kapital bank” filialının yaxınlığında 200 (iki yüz) manat şəxsən alıb ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs9 2030 (iki min otuz) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar eyni məqsədlə Zərərçəkmiş şəxs12 Azəravtoyol Nəqiliyyat Departamentində” işə düzəlməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs12 04 sentyabr 2021-ci il tarixdə Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində yerləşən Sədərək elektronik mağazasında 1000 (bir min) manat, 09 sentyabr 2022-ci il tarixdə eyni yerdə 1500 (bir min beş yüz) manat, 21 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Azadlıq prospektində yerləşən “28 MALL” adlanan ticarət və əyləncə mərkəzinin qarşısında 3300 (üç min üç yüz manat, 2021-ci ilin oktyabr ayının sonlarında Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində yerləşən Sədərək elektronik mağazasında 3000 (üç min) manat və 2021-ci ilin noyabr ayının əvvəllərində Xaçmaz şəhərində yerləşən “köhnə avtovağzal” adlanan ərazidə 1200 (bir min iki yüz) manat şəxsən alıb ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs12 10000 (on min) manat məbləğində maddi ziyan vurub təkrar, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar eyni məqsədlə Zərərçəkmiş şəxs7 sonuncunun Xaçmaz RMX-da xadimə kimi işə düzəlməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Gülşən Hacməbiyevadan 2021-ci ilin dekabr ayının əvvəllərində saat 18 radələrində Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində, Qudyalçay çayının üzərindəki körpünün yanında 1400 (bir min dörd yüz) manat, bundan altı gün sonra Xaçmaz şəhərində yerləşən Xaçmaz RMX-nın həyətyanı sahəsində 250 (iki yüz əlli) manat, iki gün sonra Bakı şəhəri 1 saylı xəstəxananın (semaşko xəstəxanasının) binasında 324 (üç yüz iyirmi dörd) manat, həmin gün Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində yerləşən, Qudyalçay çayının üzərindəki körpünün yanında 500 (beş yüz) manat şəxsən alıb ələkeçirməklə ümumilikdə Zərərçəkmiş şəxs7 2474 (iki min dörd yüz yetmiş dörd) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrar eyni məqsədlə Zərərçəkmiş şəxs7 özü və gəlinləri Hacınəbiyeva Aytac Famiq qızına sosial yardım verilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Gülşən Hacməbiyevadan 2021-ci ilin dekabr ayının əvvəlində Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində yerləşən, Qudyalçay çayının üzərindəki körpünün yanında 600 (altı yüz) manat, bundan 1 gün sonra eyni yerdə eyni məqsədlə 526 (beş yüz iyirmi altı) manat şəxsən alıb ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs7 1126 (bir min yüz iyirmi altı) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar eyni məqsədlə Zərərçəkmiş şəxs7 30000 (otuz min) manat kredit ayrılmasını təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Gülşən Hacməbiyevadan 2021-ci ilin dekabr ayının ortalarında Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində yerləşən, Qudyalçay çayının üzərindəki körpünün yanında 4000 (dörd min) manat, bundan bir gün sonra eyni məqsədlə eyni yerdə 400 (dörd yüz) manat şəxsən alıb ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs7 4400 (dörd min dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrar eyni məqsədlə Zərərçəkmiş şəxs8 “Nəqliyyat Departamentində” işə düzəlməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs8 2021-ci ilin dekabr ayının ortalarında Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən Qudyalçay çayının üzərindəki körpünün yanında 2000 (iki min) manat, 2021-ci ilin dekabr ayının sonlarında eyni məqsədlə eyni yerdə 2800 (iki min səkkiz yüz) manat şəxsən alıb ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs8 4800 (dörd min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrar eyni məqsədlə Zərərçəkmiş şəxs11 “X18 Agentliyində” işə düzəlməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs11 2023-cü ilin yanvar ayının ortalarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Qayalı” marketin içərisindəki “e manat” aparatı vasitəsilə onun göndərdiyi karta köçürdüyü 850 (səkkiz yüz əlli) manat, 2023-cü ilin yanvar ayının sonlarında Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən Xaçmaz rayon Statistika İdarəsinin olduğu binanın 1-ci mərtəbəsindəki kompyuter kursunun qarşısında əlbəəl aldığı 1275 (bir min iki yüz yetmiş beş) manat, 2023-cü ilin fevral ayının əvvəllərində ünvan 2 ünvanındakı evin qarşısında 2100 (iki min yüz) manat, 2023-cü ilin fevral ayının ortalarında Xırdalan şəhərində yerləşən Baş Dövlət Yol Polis İdarəsinin həyətyanı sahəsində 500 (beş yüz) manat, 2023-cü ilin fevral ayının sonlarında ünvan 2 ünvanındakı evin qarşısında 1800 (bir min səkkiz yüz) manat, 2023-cü ilin mart ayının əvvəllərində eyni yerdə 384 (üç yüz səksən dörd) manat pulu şəxsən alıb ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs11 6909 (altı min doqquz yüz doqquz) manat məbləğində maddi ziyan vurub təkrar, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, X14 təkrar eyni məqsədlə Zərərçəkmiş şəxs15 iş yerinə, yəni printer və notebookların gömrük vəməşğulluq vasitəsilə verilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs15 2023-cü ilin fevral ayının ortalarında saat 18 radələrində Xacmaz şəhəri, S.Qurbanov küçəsi 2 nömrəli evin qarşısında 2097 (iki min doxsan yeddi) manat şəxsən alıb ələ keçirməklə Zərərçəkmiş şəxs15 eyni məbləğdə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrar eyni məqsədlə Zərərçəkmiş şəxs15 məşğulluqdan iribuynuzlu və xırdabuynuzlu mal-qara almaqla bilikdə fermada saxlayacaqlarına dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs15 xx.xx.2023-cu il tarixdə, səhər saatlarında Xaçmaz şəhəri, S.Qurbanov küşəsi ev 2 unvaninda yerİəşən evinin qarşısında 80 (səksən) manat, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Xaçmaz şəhəri H.Z.Tağıyev küçəsində yerləşən 1 nömrəli məktəbin yaxınlığında 200 (iki yüz) manat, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Xacmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 1 nömrəli məktəbin yaxınlığında 200 (iki yüz) manat, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 1 nömrəli məktəbin yaxınlığında 138 (bir yüz otuz səkkiz) manat, xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 1 nömrəli məktəbin yaxınlığında 216 (iki yüz on altı) manat, xx.xx.2023-cü il tarixdə saat 15:55-də Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Azərpoçt MMC-nin Xaçmaz poçt filialından onun tapşırığı ilə X11 adma göndərdiyi 205,9 (iki yüz beş manat doxsan qəpik) manat, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Azərpoçt MMC-nin Xaçmaz poçt filialından onun adma göndərdiyi 412 (dörd yüz on iki) manat, xx.xx.2023-cü il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Azərpoçt MMC-nin Xaçmaz poçt filialından onun adına göndərdiyi 461 (dörd yüz altmış bir) manat, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Azərpoçt MMC-nin Xaçmaz poçt filialından onun adına 360 (üç yüz altmış) manat, xx.xx.2023-cü il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 21 A-da yerləşən Qayalı marketdəki Milliön terminalından onun istifadəsində olan bank kartına, səhər saatlarında 217,9 (iki yüz on yeddi manat doxsan qəpik) manat, günorta saatlarında 217,9 (iki yüz on yeddi manat doxsan qəpik) manat, axşam saatlarında 1921 (bir min doqquz yüz iyirmi bir) manat, xx.xx.2023-cü il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 21 A-da yerləşən Qayalı marketdəki Milliön terminalından onun istifadəsində olan bank kartına 360 (üç yüz altmış) manat, xx.xx.2023-cü il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 21 A-da yerləşən Qayalı marketdəki Milliön terminalından onun istifadəsində olan bank kartına 300 (üç yüz) manat, xx.xx.2023-cü il tarixdə, saat 16:16-da Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 21 A-da yerləşən Qayalı marketdəki Milliön elektron ödəmə sisteminin 50165 nömrəli terminalından onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 200 (iki yüz) manat, xx.xx.2023-cü il tarixdə, saat 23:50-də Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Şahdağ marketdəki Milliön elektron ödəmə sisteminin 19030 nömrəli terminalından onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 495 (dörd yüz doxsan beş) manat, xx.xx.2023-cü il tarixdə, saat 13:35-də Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən Karusel marketdəki “mpay” elektron ödəmə sisteminin 5427 nömrəli terminalından onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 150 (bir yüz əlli) manat, xx.xx.2023-cü il tarixdə, saat 15:15-də Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 21 A-da yerləşən Qayalı marketdəki eManat elektron ödəmə sisteminin 6226 nömrəli terminalından onun adma “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 150 (bir yüz əlli) manat, xx.xx.2023-cü il tarixdə, saat 17:15-də Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən Karusel marketdəki “mpay” elektron ödəmə sisteminin 5427 nömrəli terminalından onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 110 (bir yüz on) manat, xx.xx.2023-cü il tarixdə, saat 23:01-də Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 21 A-da yerləşən Qayalı marketdəki Milliön elektron ödəmə sisteminin 19045 nömrəli terminalından onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 375 (üç yüz yetmiş beş) manat, xx.xx.2023-cü il tarixdə, saat 20:12-də Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Hanim afandi adlı marketdəki Milliön elektron ödəmə sisteminin 00501 nömrəli terminalından onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 350 (üç yüz əlli) manat, xx.xx.2023-cü il tarixdə, saat 14:40-da Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Hanim afandi adlı marketdəki Milliön elektron ödəmə sisteminin 00501 nömrəli terminalından onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 425 (dörd yüz iyirmi beş) manat, xx.xx.2023-cü il tarixdə, saat 16:48-də Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən Karusel marketdəki “mpay” elektron ödəmə sisteminin 5427 nömrəli terminalından onun adma “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 70 (yetmiş) manat, xx.xx.2023cü il tarixdə, saat 12:15-də Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 21 A-da yerləşən Qayalı marketdəki Milliön elektron ödəmə sisteminin 50165 nömrəli terminalından onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 500 (beş yüz) manat, xx.xx.2023-cü il tarixdə, saat 14:48-də Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən Karusel marketdəki “mpay” elektron ödəmə sisteminin 5427 nömrəli terminalından onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 500 (beş yüz) manat, xx.xx.2023-cü il tarixdə, saat 12:46-da Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Saat Tobac house” tütün mağazasındakı Milliön elektron ödəmə sisteminin 19065 nömrəli terminalından onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 510 (beş yüz on) manat, xx.xx.2023-cü il tarixdə, saat 11:58-də Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən Karusel marketdəki “mpay” elektron ödəmə sisteminin 5427 nömrəli terminalından onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 510 (beş yüz on) manat, xx.xx.2023-cü il tarixdə, saat 18:56-da Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən Karusel marketdəki “mpay” elektron ödəmə sisteminin 5427 nömrəli terminalından onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 1815 (bir min səkkiz yüz on beş) manat, xx.xx.2023-cü il tarixdə saat, 12:47-də Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Nar Mobile məntəqəsindəki Milliön elektron ödəmə sisteminin 00416 nömrəli terminalından onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 165 (bir yüz altmış beş) manat, xx.xx.2023-cü il tarixdə, saat 18:17-də Xaçmaz şəhərində, Xaçmaz Quba yolunda yerləşən Xaçmaz store mağazasındakı “mpay” elektron ödəmə sisteminin 8939 nömrəli terminalından onun adma “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 1500 (bir min beş yüz) manat, xx.xx.2023-cü il tarixdə, saat 15:50-də Xaçmaz şəhəri, S.Qurbanov küçəsi AL marketdəki Milliön elektron ödəmə sisteminin 15092 nömrəli terminalından onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 100 (yüz) manat, xx.xx.2023-cü il tarixdə, saat 21:49-da Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 21 A-da yerləşən Qayalı marketdəki Milliön elektron ödəmə sisteminin 19045 nömrəli terminalından onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 165 (bir yüz altmış beş) manat, xx.xx.2023-cü il tarixdə, saat 12:08-də Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 21 A-da yerləşən Qayalı marketdəki Milliön elektron ödəmə sisteminin 19045 nömrəli terminalından onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 100 (yüz) manat, xx.xx.2023-cü il tarixdə, saat 12:25də Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən Karusel marketdəki “mpay” elektron ödəmə sisteminin 15135 nömrəli terminalından onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 700 (yeddi yüz) manat, xx.xx.2023-cü il tarixdə, saat 21:25-də Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən Karusel marketdəki “mpay” elektron ödəmə sisteminin 6310 nömrəli terminalından onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 1000 (bir min) manat, xx.xx.2023-cü il tarixdə, saat 22:41-də Xaçmaz şəhəri, S.Qurbanov küçəsində yerləşən Kamran marketdəki eManat elektron ödəmə sisteminin 1859 nömrəli terminalından onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 500 (beş yüz) manat, xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Xaçmaz şəhəri, S.Qurbanov küçəsi AL marketdəki Milliön elektron ödəmə sistemindən onun istifadəsində olan bank kartına göndərdiyi 610 (altı yüz on) manat, xx.xx.2023-cü il tarixdə saat 15:01-də Xaçmaz şəhəri N.Nərimanov küçəsi 21 A-da yerləşən Qayalı marketdəki Milliön elektron ödəmə sisteminin 50165 nömrəli terminalından onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 1040 (bir min qırx) manat, xx.xx.2023-cü il tarixdə, saat 13:30-da Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Accesbank”-ın Xaçmaz rayon filialında olan 121 nömrəli terminaldan göndərdiyi adma “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 2500 (iki min beş yüz) manat, xx.xx.2023-cü il tarixdə, saat 16:34-d.ə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Accesbank”-ın Xaçmaz rayon filialında olan 121 nömrəli terminaldan onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 480 (dörd yüz səksən) manat, xx.xx.2023-cü il tarixdə, saat 16:37-də Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Accesbank”-ın Xaçmaz rayon filialında olan 122 nömrəli terminaldan onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 1800 (bir min səkkiz yüz) manat, xx.xx.2023-cü il tarixdə, saat 12:31-də Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Accesbank”-ın Xaçmaz rayon filialında olan 122 nömrəli terminaldan onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 570 (beş yüz yetmiş) manat, xx.xx.2023-cü il tarixdə, saat 14:51-də Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Accesbank”-ın Xaçmaz rayon filialında olan 122 nömrəli terminaldan onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 712 (yeddi yüz on iki) manat, xx.xx.2023-cü il tarixdə, saat 09:28-də Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Accesbank”-ın Xaçmaz rayon filialında olan 122 nömrəli terminaldan onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 250 (iki yüz əlli) manat, xx.xx.2023-cü il tarixdə saat 13:29-da Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Accesbank”-ın Xaçmaz rayon filialında olan 122 nömrəli terminaldan onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 200 (iki yüz) manat, xx.xx.2023cü il tarixdə, saat 20:41-də Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Accesbank”ın Xaçmaz rayon filialında olan 122 nömrəli terminaldan onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 500 (beş yüz) manat, xx.xx.2023-cü il tarixdə, saat 16:43-də Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Şahdağ marketdəki Milliön elektron ödəmə sisteminin 19030 nömrəli terminalından onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 500 (beş yüz) manat, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 21 A-da yerləşən Qayalı marketdəki eManat elektron ödəmə sisteminin onun istifadəsində olan karta göndərdiyi 500 (beş yüz) manat, xx.xx.2023-cü il tarixdə, saat 20:38-də Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Accesbank”-ın Xaçmaz rayon filialında olan 122 nömrəli terminaldan onun adına “Accesbank”- da olan ********** nömrəli hesaba göndərdiyi 500 (beş yüz) manat, xx.xx.2023-cü il tarixdə, saat 11:18- də Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Accesbank”-ın Xaçmaz rayon filialında olan 122 nömrəli terminaldan onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 297 (iki yüz doxsan yeddi) manat, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 21 A-da yerləşən Qayalı marketdəki elektron ödəmə sisteminin onun istifadəsində olan karta göndərdiyi 250 (iki yüz əlli) manat, xx.xx.2023-cü il tarixdə saat, 18:19-da Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Accesbank”-ın Xaçmaz rayon filialında olan 121 nömrəli terminaldan onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 500 (beş yüz) manat, xx.xx.2023-cü il tarixdə, saat 10:06-da Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Accesbank”-ın Xaçmaz rayon filialında olan 121 nömrəli terminaldan onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 296 (iki yüz doxsan altı) manat, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 21 A-da yerləşən Qayalı marketdəki elektron ödəmə sisteminin onun istifadəsində olan karta göndərdiyi 500 (beş yüz) manat, xx.xx.2023-cü il tarixdə, saat 12:44-də Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Accesbank”-ın Xaçmaz rayon filialında olan 122 nömrəli terminaldan onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 500 (beş yüz) manat, xx.xx.2023-cü il tarixdə saat 11:19-da Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Accesbank”-ın Xaçmaz rayon filialında olan 121 nömrəli terminaldan onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 296 (iki yüz doxsan altı) manat pulu şəxsən alıb ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs15 28480,7 (iyirmi səkkiz min dörd yüz səksən manat yetmiş qəpik) manat məbləğində maddi ziyan vurub təkrar, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar eyni məqsədlə Zərərçəkmiş şəxs15 daha öncədən olan borcunu geri qaytaracağına dair yalan vəd verib bankda olan pulunu çıxarması üçün depozitə ehtiyacı olmasını deyib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs15 13,03.2023-cü il tarixdə, saat 15:24-də Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Azərpoçt MMC-nin Xaçmaz poçt filialından onun adına göndərdiyi 610,8 (altı yüz on manat səksən qəpik) manat, xx.xx.2023-cü il tarixdə saat, 13:39-də Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Azərpoçt MMC-nin Xaçmaz poçt filialından onun tapşırığı ilə X11 adına 420,8 (dörd yüz iyirmi manat səksən qəpik) manat, xx.xx.2023-cü il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Azərpoçt MMCnin Xaçmaz poçt filialından onun adına göndərdiyi saat 10:19-da 359 (üç yüz əlli doqquz) manat, xx.xx.2023-cü il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 21 A-da yerləşən Qayalı marketdəki Milliön terminalından onun istifadəsində olan bank kartına göndərdiyi 350 (üç yüz əlli) manat, xx.xx.2023-cü il tarixdə, saat 13:39-da Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Azərpoçt MMC-nin Xaçmaz poçt filialından onun adına göndərdiyi 460,8 (dörd yüz altmış manat səksən qəpik) manat, xx.xx.2023-cü il tarixdə, saat 11:39-da Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Azərpoçt MMC-nin Xaçmaz poçt filialından onun adına göndərdiyi 359 (üç yüz əlli doqquz) manat, xx.xx.2023cü il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 21 A-da yerləşən Qayalı marketdəki Milliön terminalından onun istifadəsində olan bank kartına göndərdiyi 200 (iki yüz) manat, xx.xx.2023-cü il tarixdə saat 14:07-də Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 21 A-da yerləşən Qayalı marketdəki Milliön elektron ödəmə sisteminin 50165 nömrəli terminalından onun adma “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 300 (üz yüz) manat, xx.xx.2023-cü il tarixdə, saat 13:38-də Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 21 A-da yerləşən Qayalı marketdəki Milliön elektron ödəmə sisteminin 50165 nömrəli terminalından onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 50 (əlli) manat, xx.xx.2023-cü il tarixdə, saat 16:06-da Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Azərpoçt MMC-nin Xaçmaz poçt filialından onun adına göndərdiyi 180,9 (bir yüz səksən manat doxsan qəpik) manat, xx.xx.2023-cü il tarixdə, saat 14:53-də Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 21 A-da yerləşən Qayalı marketdəki Milliön elektron ödəmə sisteminin 50165 nömrəli terminalından onun adına “Accesbank”da olan ********** nömrəli hesaba göndərdiyi 430 (dörd yüz otuz) manat, xx.xx.2023-cü il tarixdə saat 16:46-da Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Accesbank”-ın Xaçmaz rayon filialında olan terminaldan onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 450 (dörd yüz əlli) manat, xx.xx.2023-cü il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Accesbank”-ın Xaçmaz rayon filialında olan terminaldan onun adına “Accesbank”-da olan ********** nömrəli hesaba göndərdiyi 599 (beş yüz doxsan doqquz) manat, xx.xx.2023-cü il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 21 A-da yerləşən Qayalı marketdəki Milliön terminalından onun istifadəsində olan bank kartına göndəridiyi 60 (altmış) manat pulu şəxsən alıb ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs15 4830,3 (dörd min səkkiz yüz otuz manat otuz qəpik) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar eyni məqsədlə cinayətdən xəbərsiz olan tanışı Zərərçəkmiş şəxs15 vasitəsilə Zərərçəkmiş şəxs13 qohumu X1 adına X4 gözəllik salonu avadanlıqları verilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq vahid qəsdlə əhatə olunmaqla cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs15 Zərərçəkmiş şəxs13 məxsus 510 (beş yüz on) manat pulu xx.xx.2023-cü il tarixdə, saat 16:31-də Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Hanim afandi adlı marketdəki Milliön elektron ödəmə sisteminin 00501 nömrəli terminalından öz adına “Accesbank”-da olan ********** nömrəli hesaba 100 (bir yüz) manat pulunu xx.xx.2023-cü il tarixdə, saat 16:49-da Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Hanim afandi” adlı marketdəki Milliön elektron ödəmə sisteminin 00501 nömrəli terminalından öz adına “Accesbank”-da olan ********** nömrəli hesaba və 530 (beş yüz otuz) manat pulunu xx.xx.2023-cü il tarixdə, saat 11:13-də Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 21 A-da yerləşən Qayalı marketdəki Milliön elektron ödəmə sisteminin 50165 nömrəli terminalından Muradın adına “Accesbank”-da olan ********** nömrəli hesaba köçürtdürməklə ümumilikdə Zərərçəkmiş şəxs13 1140 (bir min yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla təkrar, dələduzluq etmişdir. Bundan başqa o, təkrar eyni məqsədlə cinayətdən xəbərsiz olan tanışı Zərərçəkmiş şəxs15 vasitəsilə Zərərçəkmiş şəxs14 qohumu X3 adına X4 gözəllik salonu avadanlıqları verilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq vahid qəsdlə əhatə olunmaqla cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs15 Aynura Abbasovaya məxsus 200 (iki yüz) manat pulu xx.xx.2023-cü il tarixdə, saat 17:15-də Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 21 A-da yerləşən Qayalı marketdəki Milliön elektron ödəmə sisteminin 50165 nömrəli terminalından öz adına “Accesbank”-da olan ********** nömrəli hesaba, 200 (iki yüz) manat pulu xx.xx.2023-cü il tarixdə saat 17:16-da Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 21 A-da yerləşən Qayalı marketdəki Milliön elektron ödəmə sisteminin 50165 nömrəli terminalından öz adına “Accesbank”-da olan ********** nömrəli hesaba və 820 (səkkiz yüz iyirmi) manat pulu xx.xx.2023-cü il tarixdə saat 12:27-də Xaçmaz şəhəri S.Qurbanov küçəsi AL marketdəki Milliön elektron ödəmə sisteminin 15092 nömrəli terminalından öz adına “Accesbank”-da olan ********** nömrəli hesaba köçürtdürməklə ümumilikdə Zərərçəkmiş şəxs14 1220 (bir min iki yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla təkrar, dələduzluq etmiş, bununla da o, təkrar, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, yəni, təkrar, xeyli miqdarda ziyan vurmaqla, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ona elan edilmiş ittiham aktı üzrə özünü təqsirli bilir və etdiyi əməldən peşmandır. Lakin həmin ittiham aktı üzrə keçən məbləğlərdən zərərçəkmiş şəxslərə ödənişlər etmişdir. Belə ki, birinci epizod üzrə Zərərçəkmiş şəxs1 18 500 (on səkkiz min beş yüz) manatdan 5 000 (beş min) manat ödəniş etmişdir. O, ikinci epizod üzrə Zərərçəkmiş şəxs2 ailə üzvləri tərəfindən 11 000 (on bir min) manat məbləğdə puldan nəqədər ödəniş edildiyini isə bilmir.Zərərçəkmiş şəxs3 3 500 (üç min beş yüz) manat puldan 200 (iki yüz) manat ödəniş etmişdir. Zərərçəkmiş şəxs4 7 000 (yeddi min) manat məbləğdə puldan isə heç bir ödəniş etməmişdir. Zərərçəkmiş şəxs5 1100 (bir min yüz) manat məbləğində ödəniş etmişdir. Zərərçəkmiş şəxs10 3 epizod üzrə heç bir ödəniş etməmişdir. Zərərçəkmiş şəxs6 4 000 (dörd min) manat məbləğində pulun hamısını ödəmişdir. Zərərçəkmiş şəxs Rauf İmanova ümumilkdə 2 030 (iki min otuz) manat məbləğində puldan heç bir ödəniş etməmişdir. Zərərçəkmiş şəxs12 10 000 (on min) manat məbləğində puldan 2 000 (iki min) manatı ödəmişdir. Zərərçəkmiş şəxs7 ümumi 8 000 (səkkiz min) manat məbləğdə puldan 3 800 (üç min səkkiz yüz) manat məbləğdə pul ödəmişdir. Zərərçəkmiş şəxs8 300 (üç yüz) manat məbləğində pul ödənişi etmişdir. Zərərçəkmiş şəxs11 6 909 (altı min doqquz yüz doqquz) manat məbləğdə puldan 1 100 (bir min yüz) manat məbləğdə pulu qəbzlə, qalanını isə qəbzsiz olmaqla ümumilikdə 3 500 (beş yüz) manat məbləğində pul ödəmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs11üçün 1 100 (bir min yüz) və 2 400 (iki min dörd yüz) manat olmaqla iki dəfə pul ödəmişdir.Zərərçəkmiş şəxs15 ümumilikdə 38 000 (otuz səkkiz) manat məbləğində pul verməlidir. Həmin məbləğdən Zərərçəkmiş şəxs15 670 (altı yüz yetmiş) manat məbləğində pul ödəmişdir. Digər zərərçəkmiş çəxslərə isə heç bir məbləğdə pul ödəniş etməmişdir. Hazırkı cinayət əməlini qrup şəklində törətməyinə dair Zərərçəkmiş şəxs11 dediklərinin doğru olmadığını, həmin şəxsləri tanımadığını bildirmişdir. Zərərçəkmiş şəxs11 guya onunla bir neçə şəxsin əlbir olaraq həmin cinayət əməlini törətməsi barədə dediklərini doğru hesab etmir. Belə ki, əməli törədərkən əlbir olduğu ehtimal edilən şəxslərin səslərini proqram vasitəsilə özü hazırlamış, əlbirliklə əlaqədar adı keçən insanları isə tanımadığını bildirmişdir. O,Zərərçəkmiş şəxs11 başqa digər zərərçəkmiş şəxslərə qarşı etdiyi əməlləri etiraf etmişdir. Zərərçəkmiş şəxslərə ümumilikdə 101450 (yüz bir min dörd yüz əlli) manat məbləğdə pul ödəməli olduğunu etiraf edərək etdiyi cinayət əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təkrar, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, yəni təkrar, xeyli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi barədə məhkəmə istintaqında verdiyi ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə şahidlərin ifadələrini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs11 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, təqsirləndirilən şəxs ondan işə düzəltmək adı ilə hissə-hissə olmaqla həmin pulları almışdır. O, təqsirləndirilən şəxsin yanında olduğu vaxt cinayətkar dəstəsinin üzvü olan Əli adlı şəxs telefon vasitəsilə guya işə qəbul olmağı ilə əlaqədar ona ərizə yazdırmışdır. Təqsirləndirilən şəxs Əli adlı şəxsin “X18 Agentliyinin rəis müavini, Nailə adlı qadının isə həmin agentliyin kadrlar şöbəsinin rəisi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona Nailə adlı qadına köməkçi vəzifəsinə təyin ediləcəyinə dair yalan vəd vermişdir. Buna dair yazışmalar telefonunun yaddaşında qalmışdır. Lakin günlərin birində təqsirləndirilən şəxs Nailə adlı qadının qızının qəzada dünyasını dəyişdiyini və Nailənin işə gəlmədiyini ona demişdir. Daha sonra kollektivin Nailəyə verilməsi üçün 500 manatdan pul yığdığını və onunda həmin məbləğdə pul verməli olduğunu demişdir. O, Nailəyə zəng edib qızı ilə əlaqədar baş sağlığı vermişdir. Baş sağlığı verdiyində təqsirləndirilən şəxsin cinayətkar dəstəsinin üzvü olan həmin qadın yalandan telefonda ağlamışdır. Daha sonra Nailə ona zəng edərək təqsirləndirilən şəxsin anasının hüzürünə görə verdiyi 1000 manat məbləğində pulu geri qaytarmasını təqsirləndirilən şəxsə bildirməsini ondan xahiş etmişdir. Bundan sonra təqsirləndirilən şəxs Nailənin yerinə işə düzəlməyini ona təklif etmiş və onu X18 Agentliyinin Xırdalan şəhərində yerləşən İdarəsinə aparmışdır. O, hər dəfə nəvaxt işə başlayacağını soruşduğunda ona bugünsabah işə başlayacağına dair yalan vədlər verilmişdir. Lakin o təqsirləndirilən şəxsin və cinayətkar dəstə üzvlərinin yalan danışdıqlarını anlamışdır. Belə ki. Əli adlı şəxs ona telefonda Bakı şəhərindən “Niva” markalı avtomobil ilə axşam saat 20-21 radələrində gəlib onu götürərək ərazidə olan “X18 Agentliyi”nin postları ilə tanış edəcəklərini, lakin həmin vaxt onun tək gəlməsini bildirmişdir. Həmçinin o, ibtidai istintaq zamanı şikayət ərizəsini geri götürməmişdir. Lakin təqsirləndirilən şəxsin şikayət ərizəsini geri götürməsini bilməsindən ötrü işi aparan müstəntiqə yalan deməli olduğunu bildirmişdir. Ondan ötrü ki, təqsirləndirilən şəxsin qardaşı, xalası və qayınanası onun yaşadığı evə gələrək ona müstəntiqin bu işə görə təqsirləndirilən şəxsdən 10 000 min manat pul istədiyini, ərizəsini götürdüyü halda müstəntiqə deyil ona 7 000 min manat verə biləcəklərini demişlər. Təqsirləndirilən şəxs polisə şikayət etməsininsəhv hərəkət olduğunu, çünki polisə gördüyü əməllərin müqabilində pul verdiyini ona demişdir. O, Nemət adlı işi aparan həmin müstəntiqə məsələni danışdığında müstəntiq təqsirləndirilən şəxsin ona pulu qaytarmayacağını demişdir. Lakin o, təqsirləndirilən şəxsin dələduz olduğunu bildiyi üçün şikayətiğni geri götürməmişdir. Günlərin birində təqsirləndirilən şəxsin xalası ona yaxınlaşaraq təqsirləndirilənin ona dediyinə görə guya hansısa üçüncü şəxsin köməkliyi ilə o müəyyən məbləqlərdə pulları aldığını demişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 6 900 (altı min doqquz yüz) manat maddi ziyanın əvəzində pul qaytarılmadığını bildirmişdir. Həmçinin o, olanlar barədə 2022-ci il tarixdə polisə şikayət etdiyindən sonraiş müstəntiq tərəfindən araşdırıldığında Əli və Nailənin onunla danışdıqları mobil telefon nömrələri hamısı təqsirləndirilən şəxsin adına qeydiyyatda çıxmışdır. O, ibtidai istintaqın gedişindən narazıdır. Ondan ötrü ki,cinayətkar dəstənin digər üzvləri cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs15 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, kompüterdən dərs deyir və vətəndaşlar üçün məktublar, ərizələr yazır. Təqsirləndirilən şəxs onun iş yerinə vizitka düzəltdirmək məqsədilə gəldiyi vaxt Zərərçəkmiş şəxs11 da onun yanında olmuşdur. Həmin əsnada Zərərçəkmiş şəxs11 təqsirləndirilən şəxslə söhbət edərək onun X18 Agentliyində işlədiyini öyrənmiş və təqsirləndirilən şəxsə iş olduğu halda ona bildirməsini xahiş etmişdir. Bir neçə gün keçdikdən sonra Zərərçəkmiş şəxs11 ona zəng edərək Təqsirləndirilən şəxs zəng edib iş təklif etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs11 ilə onun yanında olduqları zaman Zərərçəkmiş şəxs11 Əli və Nailə adlı şəxslərlə danışmışdır. Sonra isə təqsirləndirilən şəxs Nailə adlı qadının qızının ölüm səbəbini göstərərək ondan 500 manat, daha sonra isə 200 manat borc pul almışdır. O, araşdırdığında Nailə adlı qadının qızının dünyasını dəyişmədiyi ona məlum olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs11 zəng edib kartının bloklandığını və ona borc pul verilməsini xahiş etmiş, o təqsirləndirilən şəxsin anasını, həyat yoldaşını və qayınanasını tanıdığı üçün hörmət naminə köməklik göstərib təqsirləndirilən şəxsə borc pul vermişdir. O, Zərərçəkmiş şəxs11 dediklərinin həqiqətə uyğun olduğunu bildirmişdir. O, Nailə adlı qadının yanına gedib şəxsən söhbət etmişdir. Nailə adlı qadın Təqsirləndirilən şəxsı işdən qovduqlarını ona demişdir. Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs hansısa sənədlərin hazırlanması üçün pul vermişdir. Bu məsələyə görə borc pul aldığı qohumları borcları qaytara bilmədiyi üçün ondan üz döndərmişlər. Bundan başqa təqsirləndirilən şəxs ona gömrükdə satışa çıxarılan kompüterlər olduğunu və 600-700 manata satıldığını demişdir. Onun iş yerindəki kompüterlərin yararsız halda olduğundan düşünmüşdür ki, ucuz qiymətdən həmin kompüterləri alsın. Əvvəlcə təqsirləndirilən şəxs alacağı 09 ədəd kompüterlərin şəkillərini ona göndərmişdir və hətta Gömrük xidmətinin əməkdaşı ilə də onu danışdırmışdır. Təqsirləndirilən şəxs Ruslan adlı şəxslə birlikdə onun iş yerinə gəlmişlər və telefonla əlaqə saxlayaraq Məşğulluq Agentliyi tərəfindən avadanlıqlar verilməsi vədi ilə ondan 300-500 manat pul almışdır. Murad az siqorta, Gömrük Xidməti və Məşğulluq Agentliyinin işçilərinin adından istifadə edərək digər şəxslərlə əlbir olub guya əlbir olduğu şəxslərin həmin idarələrdə işləyən şəxslər kimi qələmə verərək onunla əlaqə saxlatdırmışdır. O, maraqlandığında həqiqətən qanuni olaraq həmin pulların əvəzində Məşğulluq idarəsindən depozit olaraq pulu qoyub növbədənkənar geri qaytarılmalı olan malları əldə edəcəkləri məlumatını almışdır. O, üzdən görmədiyi, lakin özünü Məşğulluq idarəsinin işçisi kimi qələmə verdiyi Ruslan adlı şəxsin adından istifadə edərək Təqsirləndirilən şəxs ondan pul almışdır.O, Ruslan adlı şəxslə 6 aya yaxın müddətdə telefon vasitəsilə əlaqə saxlamış, sonradan isə Şahid10 yanına gedib pulunu nəvaxt qaytaracağını soruşmuşdur. Ruslan ona bu barədə məlumatsız olduğunu bildirmişdir. O, Şahid10 yanında onunla Ruslan adı ilə danışan şəxsə zəng etmiş, Ruslan adı ilə onunla danışan şəxs cavab verdikdə başqa şəxs olduğunu anlamışdır. Bundan başqa təqsirləndirilən şəxs onunla birlikdə heyvandarlıqla məşğul olmağı təklif etmişdir. Bu barədə Təqsirləndirilən şəxslə birlikdə rəfiqəsinin evinə getmişlər. Görüləcək həmin işlə əlaqədar olaraq orada rəfiqəsinin tövləsini sökdürüb, bağından ağaclarını çıxartdırmışdır. O, verdiyi pulları geri götürməsi üçün təqsirləndirilən şəxsin müxtəlif bəhanələri ilə razı olmaq məcburiyyətində qalıb hər dəfə 300-500 manat pul vermişdir. Yanvar-iyul ayları ərzində təqsirləndirilən şəxs ondan hissə-hissə olmaqla ümumilikdə 38000 manat pul aldığını, lakin 600 manat pul qaytardığını bildirmişdir. Həmçinin o, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs13 köməklik etmək niyyətilə növbədənkənar avadanlıqlar alınması üçün çalışmışdır. Lakin hər hansı marağı olmamışdır. Belə ki, Zərərçəkmiş şəxs13 körpə uşağı olduğu üçün təlimlərə cəlb edilməməsinə görə köməklik göstərmək istəmişdir. Lakin Zərərçəkmiş şəxs13 bu işlə əlaqədar 200 manat pulu çatmadığı üçün köməklik məqsədi ilə Zərərçəkmiş şəxs13 əvəzinə 200 manat pulu o vermişdir. Həmin hədiyyə olaraq verdiyi 200 manat pulu Zərərçəkmiş şəxs13 geri almaq fikri olmamışdır. Depozit olaraq verdikləri pulları isə avadanlıqları aldıqlarından sonra geri alacağları onlara deyilmişdir. Atası və anası dünyalarını dəyişmişlər, üç qardaşı isə maddi cəhətddən çox imkansızdırlar. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Təqsirləndirilən şəxslə eyni küçədə yaşamışdır. Təqsirləndirilən şəxs tanışları vasitəsilə müəyyən şəxslər üçün sosial evləri təşkil etdiyindən məlumatı olmuşdur. O, pulu ayrı-ayrı vaxtlarda Xaçmaz ərazisində Təqsirləndirilən şəxs vermişdir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən ona qaytarılmalı olan 18 500 (on səkkiz min beş yüz) manat puldan 5 000 (beş min) manatı bir dəfə, 500 (beş yüz) manatı isə başqa vaxt qaytarılmışdır. O, 2000 (iki min) manatı isə sonradan Zərərçəkmiş şəxs2, 1000 manatı isə Zərərçəkmiş şəxs4 vermişdir. Dəymiş maddi ziyanın ödəniləcəyi təqdirdə təqsirləndirilən şəxsin barəsində şikayətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, ittiham aktı üzrə keçən pulu o yox mərhum həyat yoldaşı vermişdir. Həyat yoldaşı sağ ikən hər zaman işin nə yerdə olduğunu təqsirləndirilən şəxsdən maraqlanmışdır. Həyat yoldaşı dünyasını dəyişdiyindən sonra o, şikayət etmişdir. Həmçinin həmin məbləğdən 2 000 (iki min) manatı ödənilmiş, lakin 9 000 (doqquz) min manat isə ödənilməmişdir. Dəymiş ziyanın ödənildiyi təqdirdə şikayətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki,təqsirləndirilən şəxs onun həyat yoldaşı Gülnarə Əzizovanın xəstə olmasına görə pensiyaya çıxarılması məqsədilə ondan ittiham aktı üzrə keçən həmin pulu almışdır. Onun verdiyi 3 500 (üç min beş yüz) manat puldan təqsirləndirilən şəxs tərəfindən 200 manatı ödənilmiş, lakin 3 300 (üç min üç yüz) manat pulu isə ödənilməmişdir. O, dəymiş ziyanın ödəniləcəyi təqdirdə şiakayətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs pensiya məsələlərini həll edə bildiyini eşitdiyində özünün pensiya məsələsinin həll edilmsi qarşılığında Zərərçəkmiş şəxs1 pul vermişdir. O, təqsirləndirilən şəxsin harada işləməsini isə maraqlanmamışdır. Ona ümumilikdə 7 000 (yeddi min) manat məbləğində maddi ziyan dəymişdir. Lakin həmin məbləğdən 1 000 (bir min) manat pulu Zərərçəkmiş şəxs1 vasitəsilə özünə geri qaytarılmışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs5 Həcibəbir oğlu ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, pensiya məsələsinin həll edilməsi qarşılığında təqsirləndirilən şəxsə verdiyi puldan 1100 (bir min yüz) manatını ödəmiş, lakin 1550 (bir min beş yüz əlli) manatın ödəməmişdir. Həmçinin ona dəymiş maddi ziyanı ödəyərsə şikayətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs7 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, telefon dükanlarında xadimə işləyir. Təqsirləndirilən şəxs onun sinif yoldaşı olmuşdur. Təqsirləndirilən şəxsonu gördüyündə niyə bikef dayandığı barədə soruşmuşdur. O, Təqsirləndirilən şəxs işlədiyi işdə çox yorulduğunu dedikdə sonuncuona başqa iş olduğu təqdirdə işləmək fikrinin olub-olmadığını soruşmuşdur. O. Təqsirləndirilən şəxs təbii ki, dövlət işində, məsələn xəstəxanada xadimə kimi işləmək istəyəcəyini demişdir. Təqsirləndirilən şəxs atasının Mərkəzi xəstəxananın direktoru olan Səyyaf adlı şəxsin əmisi oğlu olduğunu və köməklik edəcəyini ona demişdir. Həçşinin sosial yardım düzəltməsi və bankdan kredit alınması mövzularında da aldanmışdır. Təqsirləndirilən şəxs ondan bütün epizodlar üzrə ümumilikdə 8000 (səkkiz min) manat pul aldığını, lakin 3 800 (üç min səkkiz yüz) manat pulu qaytardığını, ona dəymiş ziyanı ödədiyi təqdirdə şikayətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs13 Natiq qızı ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 2023-cü ilin may-iyun aylarında Zərərçəkmiş şəxs15 ona təlimlərdə iştirak etmədən növbədənkənar avadanlıq əldə edə biləcəyini bildirmişdir. O, məşğulluqdan belə avadanlıqların verilməsindən əvvəldən məlumatlı olmuş vəişin məşğulluq idarəsində həll ediləcəyinə dair yalan vədlərə inanmışdır. Lakin pulunun təqsirləndirilən şəxsə veriləcəyindən xəbərsiz olmuşdur. Bu haqda düşünüb, razılaşmış və pulu vermişdir. Təqsirləndirilən şəxsi əvvəllər görməmişdir və tanımamışdır. Bir neçə müddət sonra Zərərçəkmiş şəxs15 ona əlavə avadanlıq istəyərsə əvəzində pul verməli olduğunu demişdir. O, Zərərçəkmiş şəxs15 pulunun olmadığını desədə sonradan qardaşının köməkliyi ilə həmin pulu toplayıb vermişdir. Bir müddətdən sonra Zərərçəkmiş şəxs15 yenidən pul istədikdə o, artıq pulunun olmadığını bildirmişdir. Ümumilikdə 1140 manat puldan 200 manat Zərərçəkmiş şəxs15 onun əvəzinizə pul vermişdir. Pul verilmədiyi təqdirdə avadanlığın verilməyəcəyini dediklərinə görə məcbur qalıb onun əvəzinə Zərərçəkmiş şəxs15 200 manat pul vermişdir. Belə ki,həmin 1140 manat puldan 940 manatı o, 200 manatı pulu idə Zərərçəkmiş şəxs15vermişdir.O, dəymiş ziyanın ödənilmədiyini, ziyanın Zərərçəkmiş şəxs15 tərəfindən və ya təqsirləndirilən şəxsin tərəfindən ödənilməsinin onun üçün fərqi olmadığını, pulunu tam şəkildə tələb etdiyini və şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs14 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki,2023-cü ilin may-iyun aylarında Zərərçəkmiş şəxs15 onatəlimlərdə iştirak etmədən 3 gün ərzində növbədənkənar avadanlıq əldə edə biləcəyini bildirmişdir. O, bunun müqabilində 500 manat pulu Zərərçəkmiş şəxs15 vermişdir. Zərərçəkmiş şəxs15 ona əlavə nəsə istəyirsə 200 manat ödəniş etməli olduğunu demişdir. O, kondisioner əldə etmək məqsədilə əlavə olaraq 200 manat ödəniş etməklə ümumilikdə 1000 manat məbləğində pulu vermişdir. Daha sonra hansısa yoxlamanın gəldiyini deyib təkrar olaraq ondan pul istənilmişdir. O, pulunun olmadığını dedikdə Zərərçəkmiş şəxs15 onun əvəzinə 200 manat pul vermişdir. Lakin Zərərçəkmiş şəxs15 onun əvəzinə verdiyi 200 manat pulu geri qaytarmaq fikri olmuşdur. Hər gün verilən pulların əvəzində avadanlığın gətirilib təhvil veriləcəyi deyilsədə, həmin avadanlıq müxtəlif bəhanələrlə gətirilməmişdir. Ona həmin məsələni həll edən Məşğulluq idarəsinin əməkdaşı olan Ruslan adlı şəxsin olduğu deyilmişdir. O, Məşğulluq idarəsinin adından istifadə olunduğuna görə inanıb həmin pulu vermişdir. Zərərçəkmiş şəxs15 əvvəllər ziyalı bir insan kimi tanıdığından düşünmüşdür ki,hər hansı bir problemlə üzləşməz. Lakin NailənSultanovanın həmin pulu Təqsirləndirilən şəxs verməsindən xəbərsiz olmuşdur. O, təqsirləndirilən şəxsi tanımır və ona pul verməmişdir. Lakin pulu Zərərçəkmiş şəxs15 vermişdir. Ailəsində onunla həyat yoldaşının arasında verdiyi pul ilə əlaqədar olaraq problemlər yaranmışdır. O, verdiyi 1000 manat məbləğində pulun geri qaytarılmasını tələb edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs9 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki,o, təqsirləndirilən şəxslə oğlunun vasitəsi ilə tanımışmışdır. Belə ki, yaşadığı kənddə müharibə veteranlarına siqorta haqqı kimi pul veriləcəyi barədə xəbər yayıldığından inanaraq lazımı sənədlərini toplamışdır. İlk əvvəl Təqsirləndirilən şəxs onun oğlundan şirinlik olaraq 750 manat pul almışdır. 03 gün sonra guya Müdafiə Nazirliyinin Sosisal şöbəsindən bununla bağlı ona zəng olunmuşdur. Bundan sonra Murad ona zəng edərək soyadında hansısa hərfin düzgün yazılmadığını və Notariat kantorunda həmin səhvliyin aradan qaldırılmasını üçün müraciət etməli olduğunu ona demişdir. Lakin Notariat kantorunda həmin səhvliyi aradan qaldırmaq mümkün olmamışdır. Ona həmin problemin həlli ilə əlaqədar olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsinə müraciət etməli olduğu deyilmişdir. O, deyilən ünvana getmiş, lakin orada ona prosesin uzun olduğu deyilmişdir. O, Təqsirləndirilən şəxs zəng edib məsələnin alınmadığını dedikdə Təqsirləndirilən şəxs işin həll oluna biləcəyini bildirərək Xaçmaz şəhərində yerləşən Şəxsiyyətlər parkında onunla görüşmüşdür. Həmin parkda olan kafedə əyləşdikləri vaxt Təqsirləndirilən şəxsverdiyi pulu qaytarmasını tələb etmiş, Təqsirləndirilən şəxs isə pulu qaytaracağına dair vəd vermişdir. O, Təqsirləndirilən şəxs yanından ayrıldıqdan sonra evinə getdikdən sonra Bakı şəhərində yaşayan oğlunun ona kənd sakinlərindən Muradı tanıyanların olduğunu və bu məsələnin həlli üçün ona pul göndərəcəyini demişdir. Ona veriləcək pulun 10 800 (on min səkkiz yüz) manat olacağını və 10 faizini, yəni 1080 (min səksən) manat məbləğdə pulu əvvəlcədən girov olaraq qoymalı olduğu deyilmişdir. Həmin girov məqsədilə qoyduğu pulu veteranlıq barədə kartının hazır olduqdan sonra həmin karta yüklənəcəyi ona deyilmişdir. Bu barədə ona təkrarən nazir Sahil Babayevin adına ərizə yazdırılmışdır. Əlavə olaraq pandemiya zamanı olduğu üçün veteranlıq barədə kartını almaqda çətinlik yarandığından Murad ondan həmin kartın hazırlanması üçün 72 manat məbləğində yenidən pul almışdır. Daha sonra Kapital bankın qarşısında ona nömrələr verilmiş və özünü nazirliyin əməkdaşı kimi təqdim edən Tofiq adlı şəxsin onunla telefon vasitəsilə danışaraq 13 rəqəmli nömrənin göndəriləcəyini ona bildirmişdir. Həmin şəxs ilk əvvəl bank işçisi ilə danımış, daha sonra isə poçta getməyini deyərək orada poçt işçisi ilə danışmışdır. Təqsirləndirilən şəxs ondan 130 manat pulu bankın qarşısında yol pulu əvəzi olaraq almışdır. Təqsirləndirilən şəxs ondan ümumilikdə 2030 (iki min otuz) manat məbləğində pul almışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs10 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, müavinət, ev və avtomobil əldə olunması üçün təqsirləndirilən şəxs tərəfindən vəd verilib pulunun əldə olunduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs6 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki,o, pulunu təqsirləndirilən şəxsin sosial yardım kimi avtomobil və əlil əldə olunması adı ilə atasından almışdır. Həmçinin ona dəymiş maddi ziyanın ödənildiyindən şikayətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs12 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs ondan işə düzəltmək adı ilə hissə-hissə olmaqla 10 000 (on min) manatdan çox pul almışdır. Belə ki, əvvəl gömrük xidmətində tərəziyə işə düzəldəcəyinə dair vəd vermiş, sonra isə “Azəravtoyol”da işə düzəldəcəyini ona bildirmişdir. Təqsirləndirilən şəxs onu Kürdəmir rayonuna qədər apararaq postlarla tanış etmişdir. Daha sonra müəyyən sənəd və geyim forması adı ilə ondan hissə-hissə pul almışdır. Hər dəfə İlhamə adlı qadının adını çəkib, həmin qadının köməkliyi ilə işə düzələcəyini demişdir. Lakin hazırda 8 400 (səkkiz min dörd yüz) manat məbləğində pulunu geri qaytarmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs8 ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs qohumu Zərərçəkmiş şəxs7 vasitəsilə tanımışdır. Gülşən onun işsiz olduğunu bilirmiş. Təxminən 2021-ci ilin dekabr ayının əvvəllərində Gülşən onun mobil telefonuna zəng edərək Murad adlı şəxslə tanış olduğunu həmin şəxsin onun üçün xəstəxanada iş və sosial yardım düzəldəcəyini bildirmişdir. Gülşən ona Murad adlı şəxsin o istədiyi təqdirdə “Nəqliyyat Departamentində” iş düzəldə biləcəyini bildirmişdir. O həmin zaman həmin şəxsin özü ilə danışmaq istədiyini bildirmişdir. Bundan sonra Murad Gülşən vasitəsilə Qusar rayonu ərazisində yerləşən “SDK” adlanan yerdə olduğunu onunla görüşmək üçün oraya getməyini, lakin tək olmağını bildirmişdir. Dekabr ayının ortalarında o Muradla görüşmək üçün Qusar rayonuna tək getmişdir. Onlar Muradla “SDK” yaxınlığında yerləşən kafedə əyləşmişlər. Murad ona tanışlarının olmasım və onlar vasitəsilə düzəldəcəyi işdə nəqliyyat və yol polisi postları yoxlayacağını və tərəzi nəzarəti edəcəyini demişdir. Murad ondan bu işi istəyib istəmədiyini soruşmuşdur. O razılaşmışdır. Həmin zaman isə Murada demişdir ki, bu danışıqda fırıldaqçılıq olmasın. Murad həmin zaman onu inandıraraq 5000 manata kimi pulunun çıxacağını bildirmişdir. Murad ilkin olaraq 2000 manat pul verməyini istəmişdir. Murad təkidlə ona bunun məxfi olduğunu heç kimə bildirməməyini deyirmiş. Həmçinin Murad ona yeni mobil nömrə almağını da bildirmişdir. Murad deyirmiş ki, həmin nömrə vasitəsilə əlaqə saxlayarlar. O Muradla danışdıqdan sonra həmin gün yaşadığı evə geri qayıtmışdır. O atası Şahid5 ilə məsləhətləşmişdir. Atası güvənirsə razılaşmağını bildirmişdir. Bundan sonra atası ilkin olaraq lazım olan 2000 manat pulu düzəltmək üçün bir baş balalı inəklərini satmışdır. Geriyə qalan pulu isə o toyu üçün yığdığı puldan qoymuşdur. Həmin zamana kimi Murad ona mobil nömrə verməmişdir. O isə Muradın tapşırığına uyğun olaraq özünə ********** mobil nömrəsini almışdır. Onlar Muradla Gülşən vasitəsilə əlaqə saxlayırmışlar. Murad ona Gülşən vasitəsilə Köhnə Xaçmaz kəndində yerləşən Qudyalçay çayının üzərindəki körpünün yanına gələcəyini bildirmişdir. Həmin gün yəni 2021 -ci ilin dekabr ayının ortalarında Muradla yuxarıda qeyd etdiyi körpünün yaxınlığında görüşmüşlər. Murad idarə etdiyi Toyota markalı avtomobillə gəlmişdir. O isə tək olmuşdur. O Muradın avtomobilinə əyləşmişdir. Bir qədər avtomobildə söhbət etdikdən sonra 2000 manat pulu Murada vermişdir. Murad həmin zaman ondan yeni aldığı mobil nömrəni almışdır. Ona.isə öz nömrəsini vermişdir. Murad yenidən onların danışıqlarının heç kimin bilməməsini tapşırmışdır. Həmin zaman yanlarında heç kim olmamışdır. Murad ona təzə aldığı mobil nömrəyə işlə bağlı zəng gələcəyini bildirmişdir. Bundan sonra onlar ayrılmışlar. Növbəti günlərdə onun mobil nömrəsinə ********** mobil nömrəsindən zəng gəlmişdir. Danışan şəxs qadın olmuşdur. Həmin şəxs özünü təhlükəsizlik nazirliyinin işçisi kimi təqdim etmişdir. Adını isə bildirməmişdir. Həmin şəxs ona işi ilə bağlı, sağlamlıq haqqında arayışının, şəxsiyyət vəsiqəsinin surətinin attestatın, hərbi ” biletin surətlərinin lazım olmasını bildirmişdir. O yaxşı dedikdən sonra onlar telefon danışığını sonlandırmışlar. O bu barədə Murada zəng edərək bildirmişdir. Murad isə ona şəxsiyyət vəsiqəsinin şəkilini Whatsapp tətbiqi vasitəsilə atmağını tapşırmışdır. Murad ona digər sənədləri özünün düzəldəcəyini narahat olmamağmı bildirmişdir. O həmin gün özünün digər nömrəsi olan ********** mobil nömrəsi vasitəsilə şəxsiyyət vəsiqəsini atmışdır. Bundan bir neçə gün sonra Murad ona zəng edərək ona “hazırlaş növbəti gün sənin gələcəkdə işə düzəldikdən sonra yoxlayacağın qayı və nəqliyyat postlarına baxmağa gedəcəyik” demişdir. O razılaşmışdır. Növbəti gün Murad onu eyni avtomobillə görüşdükləri körpünün yanından götürmüşdür. Onlar Muradla Sumqayıt şəhərinədək ümumilikdə 14 posta baxmışlar. Murad ona həmin postları göstərərək onların yerləşdiyi yerləri qeyd etməyini demişdir. O əvvəlcədən götürdüyü kağız qələm vasitəsilə həmin postların yerini qeyd edirmiş. Lakin onlar heç bir postda düşmürlərmiş. Daha sonra onlar Xaçmaz rayonuna geri qayıtmışlar. O evə gəldikdən sonra onun mobil nömrəsinə yenidən ********** nömrəsindən eyni qadın tərəfindən zəng gəlmişdir. Həmin qadın “postlara getdinizmi” deyə sual vermişdir. Qadın guya onu yoxlamaq məqsədilə “Gəndob ərazisində neçə post var” deyə sual vermişdir. O isə bunu qeyd etdiyindən cavab verirmiş. Bundan sonra telefon danışığını kəsmişdir. Murad həmin gün ondan yenidən şəxsiyyət vəsiqəsinin və Covid 19 virusu ilə bağlı peyvənd kağızının şəkillərini atmağını istəmişdir. O dediklərini atmışdır. Bundan bir neçə gün sonra yəni 2021-ci ilin dekabr ayının sonlarında Murad ona yenidən zəng edərək 2800 manat pulun lazım olduğunu bildirmişdir. Murad bununla pul məsələsinin qurtaracağım bildirmişdir. Atası həmin pulu düzəltmək üçün iki inəklərini də satmışdır. 2021 -ci ilin dekabr ayının sonlarında yenidən Muradla kəndlərindəki Qudyalçay çayı üzərindəki körpünün yanında görüşmüşlər. Murada avtomobilində 2800 manat pul vermişdir. Həmin zaman da yanlarında heç kim olmamışdır. Murad onun bacısının baldızı Gülşəndən də pul almış lakin sonuncuya söz verdiyi işləri də düzəltməmişdir. Murad bəhanələr gətirərək işləri düzəldəcəyini bildirirmiş. Murad onun işinin xx.xx.2022-ci il tarixdə düzələcəyini vəd vermişdir. O həmin gün atası ilə danışdıqda atası Muradla görüşmək istədiyini bildirmişdir. O bu barədə Murada bildirmişdir. Murad ilk olaraq razı olmaq istəmirmiş. Lakin sonradan o təkid edərək Muradı razı salmışdır. Bundan sonra onlar razılaşmışlar ki, Murad avtomobillə həmişəki kimi kəndlərindəki körpünün yaxınlığına gələrək o və atası ilə görüşəcək. Növbəti gün isə yeznəsi Şahid6 da bacısı Gülşənin işləri ilə bağlı Muradla görüşmək istədiyini bildirmişdir. Həmin gün günorta saatlarında Murad özünə məxsus olan avtomobillə körpünün yaxınlığına gəlmişdir. O atası və yeznəsə Muradın avtomobilinə əyləşmişlər. Onlar Muradla avtomobildə onun və Gülşənin işləri ilə bağlı danışmışlar. Murad isə verdikləri pullara görə narahat olmamalarını, işlərin isə düzələcəyini bildirilmişlər. Onlar Muraddan sənəd istədikdə Murad yenidən müddəti uzatmışdır. Həmin gün onlar Muraddan ayrılmışlar. Bundan bir neçə gün sonra da ********** mobil nömrəsindən ona yenidən zəng gəlmişdir. Onun əmrinin xx.xx.2022-ci il tarixdə veriləcəyini bildirmişdir. Lakin qeyd olunan tarixdə iş düzəlmədikdə onun şübhələri dəqiqləşmişdir ki, Murad onları aldadır. O Muraddan pulunu istədikdə get kimə istəyirsən şikayət et demişdir. Bundan sonra o polisə şikayət etmək qərarına gəlmişdir. O irəliləyən müddət ərzində maraqlandığı zaman bilmişdir ki, İlhamə adlı ona zəng edən qadın əslində Muradın özüdür. O həm diqqətlə həmin səsə qulaq asdığı zaman həm də Murad haqqında maraqlandığı zaman sonuncunun proqram vasitəsilə səsini qadın səsi edərək danışdığını bilmişdir. O Təqsirləndirilən şəxs onu “Nəqliyyat Departamentində” işə düəltməsi məqsədilə 2021-ci ilin dekabr ayının ortalarında Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən Qudyalçay çayının üzərindəki körpünün yanma 2000 manat, 2021-ci ilin dekabr ayının sonlarında eyni məqsədlə eyni yerdə 2800 manat olmaqla ümumilikdə 4800 manat pul vermişdir. Həmin pullar ona məxsus olmaqla maddi ziyan ona dəymişdir. Məhkəmə istintaqı zamanı Şahid10 ifadəsində göstərdi ki,o, X6 Xaçmaz rayon filialında baş mütəxəssis vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun və təmsil etdiyi qurumun adından istifadə etməklə özünüməşğulluq proqramına müraciət edən vətəndaşlardan növbədənkənar və təlimsiz keçmək şərti ilə aldadaraq pul almışdır. Belə ki, dövlət tərəfindən təmənnasız növbəlili və təlim keşmək şərti ilə aztəminatlı ailələrə avadanlıqlar verilir. O, bu barədə keçən ilin iyul ayında vətəndaşlaronun yanına gəlib soruşduqdan sonra xəbəri olmuşdur. Bu barədə rəhbərliyə məlumat verilmiş, daxili nəzarət şöbəsi araşdırma aparmış və polis şöbəsində, həmçinin nazirlikdə izahat vermişdir. Təqsirləndirilən şəxs də vətəndaş kimi işlə əlaqədar olaraq məsləhət almaq üçün onun qəbulunda olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs qismində cəlb edilmiş bacısı Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 tərəfindən təqsirləndirilən şəxsəpul verilməsi barədə onun sonradan məlumatı olmuşdur. Daha sonra o, Təqsirləndirilən şəxs izləmiş və gördüyündə onu tanımışdır. Murad Ağagülə toy üçün araq satdığını demişdir. Ağagül Muradı guya araq almaq məqsədilə körpünün yanına çağırmışdır. Murad onlarla görüşdüyündə araq almaq fikirlərinin olmadığını anlamış və aldığı pulun müqabilində işin düzələcəyinə dair and içərək vəd vermişdir. O, bacısı Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxslə danışdığında səsinin qeydə almasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yalan danışdığı barədə onların anladıqlarını başa düşmüşdür. Onun valideynləri Təqsirləndirilən şəxs yaşadığı ünvana getdiklərində Təqsirləndirilən şəxspulu qaytaracağına dair yenidən vəd vermişdir. Daha sonra Murad özü ona zəng etmiş və narahat olmamasını, pulu qaytaracağını, heç yerə şikayət etməməsini demişdir. Muradla danışıq əsnasında qardaşı da telefonda onunla danışaraq heç yerə şikayət etməməsini, pulu qaytaracaqlarına dair vəd vermişlər. O, Təqsirləndirilən şəxs qardaşını orta məktəbdə oxuduqları zamandan tanıdığı üçün inanıb bir həftə müddətinə gözləmişdir. Həmin vaxtdan sonra Muradın qardaşına zəng edib onunla görüşmüş, qardaşı ona narahat olmamağı, pulun qaytarılmasına özünün cavabdeh olduğunu, lakin digər zərərçəkmiş şəxslərin olduğunu və əvvəlcə onların pulunun qaytarılması üçün ondan zaman istəmişdir. O həmin vədlərə inanıb və heç yerə şikayət etməmişdir. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs ona içkili vəziyyətdə zəng edib Bakı şəhərindən yol gəldiyini və qardaşı ilə pulu gətirib verəcəyini ona deyərək ələ salmışdır. İlin əvvəlində içkili vəziyyətdə Təqsirləndirilən şəxsonunla telefonda danışdığında isə pulu qaytarmayacağını və hara istəyirsə gedib şikayət etməsini demişdir. O, Təqsirləndirilən şəxs qardaşına zəng edib cavabdeh durduğunu dediyində qardaşı artıq cavabdehlik daşımadığını və gedib şikayət edə biləcəyini demişdir. Daha sonra o, polisə və prokurorluğa şikayət etmiş və bu barədə müstəntiq Nemət Xasayevin yanına getmişdir. İlk əvvəl işi icraata qəbul etmək istəməmələrinə baxmayaraq o, Təqsirləndirilən şəxs səs yazılarına dair sübutlarını təqdim etmişdir. Daha sonra Muradın qız səsi ilə danışdığı barədə bildiyi telefon nömrəsinə bir müddət sonra zəng çatmamışdır. İşi aparan müstəntiq ona həmin telefon nömrəsində Muradın özünün qız səsi ilə danışdığını dediyində o, müstəntiqə Whatsapp tətbiqində olan Muradın səhifəsinin başlıq hissəsində olan şəkilin qadın şəkili olduğunu demişdir. Lakin müstəntiq həmin şəkildəki qadının Muradla qeyri rəsmi münasibətdə olan qadının olduğunu və telefon nömrəsinin həmin qadına məxsus olduğunu ona demişdir. O, müstəntiqə həmin qadının və Təqsirləndirilən şəxs qardaşının iş üzrəcinayət məsuliyyətinə cəlb edilməsini tələb etdiyində Təqsirləndirilən şəxs qardaşına şər atmamağı, əməli Təqsirləndirilən şəxs törətdiyini ona demişlər. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki,Təqsirləndirilən şəxs 2019cu ildə pensiya düzəltmək adı ilə gözətçi işləyən atası Zərərçəkmiş şəxs5 hissə-hissə olmaqla ümumilikdə 2650 (iki min altı yüz əlli) manat məbləğində pul almışdır. Lakin hazırda 1550 (bir min beş yüz əlli) manat borcu qalmışdır. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərdi ki,hadisə 2020-ci ilin dekabr ayında baş vermişdir. Həmin vaxtda müddətində o, Azərbaycanda olmamışdır. Təqsirləndirilən şəxs işə düzəltmək adı ilə onun oğlu Zərərçəkmiş şəxs8 aldadadaraq 5 000 (beş min) manat məbləğində pulunu əldə etmişdir. Lakin təqsirləndirilən şəxs 1 000 (bir min) manatı ona qaytarmış, hazırda 4000 manat ödənilməmiş məbləğdə pulu qalmışdır. Məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində göstərdi ki,Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs12 sonuncunu işə düzəltmək adı ilə 10 000 (on min) manat pulunu almışdır. Belə ki, Zərərçəkmiş şəxs12 həmin 10 000 (on min) manat pulu ondan alaraq təqsirləndirilən şəxsə vermişdir. Lakin hazırkı müddətə qədər ona 2 000 (iki min) manat pul qaytarılmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Sonuncu ilə aralarında hər hansı bir düşmənçilik və ədavət olmamışdır. O Zərərçəkmiş şəxs8 tanımır. Sonuncu ilə aralarında hər hansı münasibət olmamışdır. Zərərçəkmiş şəxs7 Muradla aralarında olan məsələ ilə bağlı tanımışdır. Zərərçəkmiş şəxs7 deməsinə görə Murad iş düzəltmək adı ilə onlardan pul almış, lakin nə pullarını geri qaytarmamış nə də ki, onların işlərini düəltməmişdir. O onların hər ikisinə Murad barəsində gedib şikayət vermələrini məsləhət bilmişdir. Onun Muradın Zərərçəkmiş şəxs8 və Gülşən Hacməbiyevadan pul alması barədə məlumatı olmamışdır. X33 və Ağagülə nə vermələri barədə məlumatı olmamışır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid8 ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, Xaçmaz şəhər sakini kimi tanıyır. Muradla aralarında əvvəllər hər hansı bir münaqişə dava-dalaş və ədavət olmamışdır. ********** mobil nömrəsi onun adına qeydiyyatda olsa da Təqsirləndirilən şəxs məxsusdur. Belə ki, xx.xx.2018-c il tarixdə Muradla tanışlıqları olduğundan Murad ona şəxsiyyət vəsiqəsini itirdiyini bildirərək mobil nömrə ala bilmədiyini bildirmişdir. Murad özü üçün yeni nömrə almalı olmasını bildirərək ondan şəxsiyyət vəsiqəsi ilə mobil nömrə əldə edib verməyini xahiş etmişdir. O həmin zamanlarda Muradla münasibəti normal olduğundan buna etiraz etməmişdir. Belə ki, onlar Xaçmaz şəhərindən yuxarıda qeyd etdiyi nömrəni onun şəxsiyyət vəsiqəsi ilə almışlar. Nömrənin pulunu Təqsirləndirilən şəxs vermişdir. O, şəxsiyyət vəsiqəsi ilə alınmış həmin mobil nömrəni Təqsirləndirilən şəxs təqdim etmişdir. Bundan sonra həmin mobil nömrə Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Həmin dövrlərdə onun Təqsirləndirilən şəxslə münasibəti yaxşı olduğundan Murad ona özünün müxtəlif şəxslərə borcunun olmasını, lakin geri qaytarmaq üçün zamana ehtiyacı olduğunu bu məqsədlə yuxarıda qeyd olunan onun adına qeydiyyatda olan mobil nömrənin olduğu telefonu ona verərək kiminsə yanında onunla əlaqə saxlayacağını demişdir. Murad ona zəng gəldiyi zaman guya Saleh müəllim adlı şəxsin katibəsi kimi danışmağını həmin şəxsin olmamasını bildirməyini iş dalınca getməsini deməsini tapşırmışmışdır. O bunu Muradın borclarını qaytarması üçün zaman qazanması məqsədilə etmişdir. O Saleh adlı şəxsi ümumiyyətlə tanımır. X25 adı eşitmişdir. Muradla həmin dövrdə qeyri rəsmi yaşadığından Muradın borclarını qaytarması üçün köməklik etmişdir. Daha sonradan isə bilmişdir ki, Murad həmin pulları müxtəlif işləri düzəltmək üçün fərqli şəxslərdən almışdır. O Muradın tutulmaması üçün telefonla danışmışdır ki, borc sahibləri Murada zaman versin, onun bunda hər hansı maddi marağı olmamışdır. Murad ona buna görə pul verməmişdir. O Muradla şəxsi münasibəti olduğundan bunu etmişdir. Muradın hər hansı şəxsləri aldadaraq pulları almasını bilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid12 ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. X19 və onun atası Şahid3 isə onun həmkəndliləridir. O özünə məxsus olan avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Belə ki, həmkəndlilərini Xaçmaz şəhərinə sərnişin kimi gətirir. Tahir və oğlu Samirdə onun sərnişinləridir. 2020-ci ilin aprel ayının əvvəllərində Şahid3 onunla əlaqə saxlayaraq onu Xaçmaz rayon prokurorluğunun yaxınlığına aparmağını bildirmişdir. O həmin gün sonuncunu istədiyi yerə aparmışdır. Yolda olduqları zaman özünün veteran olması səbəbindən dövlət tərəfindən sosial yardım kimi avtomobilin veriləcəyini bildirmişdir. Tahir həmin işi tanışı olan Murad adlı şəxsin həll edəcəyini bildirmişdir. O daha bu barədə maraqlanmamışdır. Bir qədər sonra onlar Xaçmaz rayon prokurorluğunun binasının yaxınlığına çatmışlar. Avtomobildən düşdükdə Tahir Murad adlı şəxslə əlaqə saxlayaraq görüşmüşdür. O bir qədər kənarda avtomobilinin yanında dayanmışdır. Onlar sənədlərin surətini çıxartmaq üçün onun yanından kənarlaşmışlar. Bir qədər sonra isə yenidən geri qayıtmışlar. Həmin zaman Tahir Murada pul vermişdir. Lakin o nə qədər pul verməsini görməmişdir. Onlar onun avtomobilinə əyləşmişlər. Onlar Xaçmaz şəhərində yerləşən Xaçmaz rayon əmək və əhalinin sosial müdafiəsi mərkəzinin yaxınlığına getmişlər. Orada Murad avtomobildən düşmüşdür. Onlar isə geri qayıtmışlar. Bundan başqa 2020-ci ilin aprel ayının sonlarında Tahir yenidən onunla əlaqə saxlayaraq oğlu Samirlə birlikdə onları Xaçmaz şəhərinə aparmağını bildirmişdir. O onları götürərək Xaçmaz şəhərinə yollanmışdır. Belə ki, yolda aralarında keçən söhbət zamanı o bilmişdir ki, onlar Murad adlı şəxslə görüşməyə gedirlər. O Samirin sözü ilə avtomobili Xaçmaz şəhərində yerləşən Unibank bankının yaxınlığına sürmüşdür. Orada Samir və Tahir Muradla görüşüb pul vermişlər. Lakin həmin zaman da o onlardan kənar dayandığından nə qədər pulun Murada verilməsini bilməmişdir. Bundan sonra onlar bir qədər söhbət etmişlər. Bir qədər sonra onlar oradan uzaqlaşmışlar. O sonradan bilmişdir ki, Samir və Tahir ümumilikdə Murada 4000 manat pul vermişlər. Lakin Murad onlara söz verdiyi işi həll etməmişdir. O sadəcə taksi sürücüsü kimi onların yanında olmuşdur. Amma söhbət zamanı bilmişmişdir ki, Murad adlı şəxs Tahirə veteran olduğundan dövlət tərəfindən avtomobil və əlil arabasının ayrılmasını təşkil edəcəkmiş. Lakin Murad sonradan söz verdiyini etməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs7 onun doğma qızıdır. Təqsirləndirilən şəxs qızından müxtəlif işləri düzəltmək adı ilə pullar alması ilə bağlı olaraq tanımışdır. Sonuncu ilə aralarında əvvəllər hər hansı bir münaqişə dava-dalaş və ədavət olmamışdır. Qızı Gülşən 2021 -ci ilin dekabr ayında ona Təqsirləndirilən şəxs Ağagül oğlu adında şəxsin onu Xaçmaz RMX-da xadimə işinə düzəldəcəyini, həmçinin gəlinləri Aytac və Gülşən üçün sosial yardım düzəldəcəyini bundan başqa qızının adına kredit ayrılmasını təşkil edəcəyini bildirmişdir. O Gülşənə həmin zaman əgər alınırsa həmin dediklərinin düzəlməsinin yaxşı olacağını bildirmişdir. Həmin işlərin düzəlməsi üçün Gülşən Murada pullar verməli olduğundan o özü də Gülşənə köməklik etmişdir ki, işlərin düzəlməsi üçün Murada pullar verə bilsin. Belə ki, həmin işlərin düzəlməsi üçün o və qızı Gülşən qızıllarını girov qoymaqla pul götürmüşlər ki, Gülşən həmin pulu Murada vermişdir. Belə ki, 2021 -ci ilin dekabr ayının əvvələrində saat 18 radələrində Gülşən onunla birlikdə 1400 manat pulu Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində yerləşən körpünün yanına gedərək Muradla görüşmüşdür. Murad oraya idarə etdiyi avtomobillə gəlmişdir. Murad avtomobildən düşmədən onların yaxınlaşmalarını gözləmişdir. O və qızı Murada yaxınlaşmışlar. Salamlaşdıqdan sonra Murad qızından pulu soruşmuşdur. Gülşən Murada onun yanında 1400 manat pulu vermişdir. Bundan sonra Murad çıxıb getmişdir. Bundan başqa Gülşən ona özü və gəlinləri Hacınəbiyeva Aytac Famiq qızına Muradın sosial yardım da düzəldə biləcəyini bildirmişdir. Bununla bağlı da növbəti gün o və Gülşən Muradla yenidən kənddəki körpünün yanına görüşmüşlər. Həmin zaman Gülşən 600 manat pulu onun yanında Murada vermişdir. Bir qədər sonra Murad Gülşəndən onun vanında kəndlərinin körpüsünün yaxınlığında 276 manat və 250 pul almışdır. Bundan başqa Gülşən onun yanında kənddəki körpünün yanında Murada 500 manat pul vermişdir. X23 adına kredit götürə biləcəyini bildirmişdir. Bunun üçün 4000 manat pulun lazım olmasını demişdir. O Gülşən üçün 2021-ci ilin dekabr ayının ortalarında təqaüd kartına əsasən 4000 manat krediti Kapital bankdan götürmüşdür. Bundan sonra Murada bu barədə bildirmişlər. Murad krediti götürdükləri gün həmişəki kimi Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində yerləşən körpünün üzərində onlarla görüşüb Gülşəndən 4000 manat pulu götürmüşdür. Murad hər dəfə Gülşənə onun yanında vəd etdiyi işlərin həll olunacağını deyirmiş. Həmin günün axşamı Murad Gülşənə zəng edərək pulu çatdırdığını bildirmişdir. Lakir. bunun üzərindən 2 gün keçdikdən sonra Murad yenidən Gülşənə zəng edərək kreditlə bağlı olaraq 400 manat da pul lazım olduğunu bildirmişdir. Gülşən Murada artıq kredit istəmədiyini bildirərək 4000 manat pulunu geri qaytarmasını istəmiş Murad isə geri qaytarmağın mümkün olmadığını bildirmişdir. Əgər 400 manat da verməsə bütün krediti ala bilməyəcəyini və kreditlə bağlı verdiyi pulların ləğv olunacağını bildirmişdir. Bundan sonra Gülşən yenidən ona bu barədə bildirmiş və ondan 400 manat almışdır. Onunla birlikdə həmin gün körpünün yaxınlığında pulu Murada vermişlər. Gülşən Murada verdiyi pulları bir qisminini ondan alsa ha həmin pullar Gülşənə məxsus olmaqla maddi ziyan ona dəymişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid13 ifadəsindən müəyyən edilir ki,Təqsirləndirilən şəxs onun qaynıdır. Yəni o Muradın bacısının rəsmi nikahlı əri olmaqla yeznəsidir. Zərərçəkmiş şəxs1 həmçinin Təqsirləndirilən şəxs barəsində şikayət etmiş digər şəxslərin heç birini tanımır. Onlarla aralarında hər hansı bir münasibət olmamaqla onların heç birini görməmişdir. ********** mobil nömrəsi onun adına qeydiyyatda olmaqla ona məxsusdur. Həmin mobil nömrəni Murada heç bir zaman verməməklə Murad onun nömrəsi ilə kiminləsə əlaqə saxlamamışdır. Bundan başqa Zərərçəkmiş şəxs1 o zəng etməmişdir. Onların aralarında mobil telefon əlaqəsi Ağagülün Murada pul verdiyi dövrdə olmuş ola bilməz. Həmçinin bundan sonrakı müddətdə də o Ağagüllə əlaqə saxlamamışdır. Ola bilsin Ağagül Muradın uydurduğu yalanlarla bağlı onun mobil nömrəsini haradan taparaq onunla əlaqə saxlamışdır. Lakin o həmin şəxsdən heç bir məbləğdə pul almamışdır. Ağagüllə Muradın pul alması ilə əlaqədar olaraq danışmamışdır. Onun mobil nömrəsindən zənglərin getməsi tamamilə yalandır. Ola bilsin Muradın qohumu olmağı ilə, tutduğu vəzifə ilə əlaqədar olaraq Ağagül onun adını hallandırmaq istəmişdir. Onun Muradın hər hansı şəxsdən nə məqsədlə pul alması ilə bağlı, hər hansı şəxsə verdiyi vədlərlə bağlı heç bir əlaqəsi yoxdur. Yuxarıda qeyd olunan nömrə ona məxsus olmaqla o heç kimə həmçinin Ağagülə zəng edib özünü Asim kimi təqdim etməmişdir. Eyni zamanda bu nömrədən həmin danışığın olması qeyri mümkündür. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid11 ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs onun rəsmi nikahlı əridir. Zərərçəkmiş şəxs1 həmçinin Təqsirləndirilən şəxs barəsində şikayət etmiş digər şəxslərin heç birini tanımır. Onlarla aralarında hər hansı bir münasibət olmamaqla onların heç birini görməmişdir. ********** mobil nömrəsi onun adma qeydiyyatda olsa da həmin nömrəni Təqsirləndirilən şəxs işlətmişdir. Muradın həmin mobil nömrə ilə kimlərlə əlaqə saxlaması barədə heç bir məlumatı olmamaqla həmçinin heç bir əlaqəsi də olmamışdır. O hər hansı şəxslə mobil telefonla danışmamışdır, Muradın hər hansı şəxsdən nə məqsədlə pullar almasını bilməmişdir. Qeyd olunan nömrə onun istifadəsində olmadığından Muradın həmin nömrə ilə kimlərə zəng etməsini bilmir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs6 onun doğma oğludur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Əvvəllər sonuncu ilə aralarında hər hansı bir mübahisə ədavət və düşmənçilik olmamışdır. 2020-ci ilin aprel ayının əvvəllərində oğlu Samir yaşadıqları kənddə həmkəndliləri olan Zərərçəkmiş şəxs10 evində usta işləyirmişlər. Həmin ərəfədə evə gələrək ona veteran olduğu üçün dövlət tərəfindən əlil arabası və avtomobilin verilə biləcəyini deyərək onun veteran vəsiqəsini və hərbi biletini götürmüşdür. O bunun nə məsələ olduğunu soruşduqda Samir ona Murad adlı şəxsin sosialda tanışının olduğunu bu işin düzəldə biləcəyini bildirmişdir. Lakin Murad ilkin ödənişin olmalı olduğunu bildirmişdir. Həmin gün oğlu Samir onun sənədlərini götürərək getmişdir. Bir qədər sonra Samir geri qayıdaraq nəqliyyat vasitəsinin və əlil arabasının verilməsi üçün 3000 manat pulun verilməli olduğunu, ilkin olaraq 800 manatının daha sonra isə avtomobili və əlil arabasını təhfıl alarkən qalan 2200 manatının verilməli olduğunu bildirmişdir. Oğlu evə gələrək bu barədə ona bildirmişdir. O buna sevinsə də pullarının olmadığını demişdir. Oğlu ilkin olaraq 800 manat pulu qardaşı Sədi Seyidovdan borc ala biləcəklərini düşünərək sonuncuya zəng etmişdir. Qardaşı növbəti gün ondan pulu götürə biləcəklərini bildirmişdir. Növbəti gün oğlu ona zəng edərək Şahingildə olan sənədlərini götürməyi üçün oraya gəlməyini demişdir. O Şahingilə getdiyi zaman oğlu ona Muradın ilkin olaraq 800 manat yox 900 manatın lazım olduğunu geriyə qalan 2100 manatın isə avtomobil və əlil arabası alınarkən veriləcəyini bildirdiyini demişdir. Oğlu yenidən qardaşı Sədiyə zəng etdiyini və danışdığını deyib ona qardaşıgilə gedərək 900 manat borc pulu götürməsini xahiş etmişdir. Oğlu həmçinin pulu götürdükdən sonra sənədləri götürməyini, Muradın onu Xaçmaz rayon prokurorluğunun qarşısında gözlədiyini bildirmişdir. O lazımlı sənədləri və pulu götürərək Xaçmaz rayon prokurorluğunun qarşısında olan Muradla görüşmüşdür. Murad ona məxsus olan veteran sənədinin, şəxsiyyət vəsiqəsinin, nikah haqqında şəhadətnaməmin və hərbi biletinin surətlərini çıxarmışdır. Həmin surətləri və şəkilləri Murad özi götürmüşdür. O həmin zaman, yəni 2020-ci ilin aprel ayının əvvəllərində Xaçmaz rayon prokurorluğunun yaxınlığında Xaçmaz şəhəri, İ.Nəsimi küçəsində 900 manat pulu Məzahirin yanında Murada vermişdir. Murad ona həmin pulu və sənədləri Bakıya müvafiq orqana göndərəcəyini bildirmişdir. Həmin zaman yanlarında həmkəndlisi taksi fəaliyyəti ilə məşğul olan Şahid12 da olmuşdur. Onlar Vaqifin avtomobili ilə Xaçmaz rayon əmək və əhalinin sosial müdafiəsi mərkəzinin yaxınlığına getmişlər. Orada Murad avtomobildən düşmüşdür. O Muradın haraya getdiyini dəqiq görməmişdir. Bundan bir qədər sonra Murad oğlu ilə əlaqə saxlayaraq pulun geri qalan hissəsinin də ödənilməli olmasını bildirmişdir. Onlar bir qədər xırdabuynuzlu heyvanlarını sataraq 730 manat pul düzəltmişlər. Samir həmin pulu 2020-ci ilin aprel ayının ortalarında kəndlərində Murada vermişlər. Bundan bir neçə günsonra Murad Samirə zəng edərək sənədlərin natariusla təsdiqli surətlərini və icra nümayəndəsindən əmək və əhalinin müdafiəsi nazirliyinə verilməsi üçün arayış alaraq özünə verməli olduğunu bildirmişdir. Onlar sənədləri natariusda təsdiq etməyə çalışdıqları zaman onun veteran sənədinin yazılarının oxunmaması səbəbindən təsdiq etməmişlər. Onlar həmin sənədləri Xaçmaz şəhərində Murada verdikləri zaman veteran sənədinin təsdiq edilmədiyini demişlər. Murad isə onlara Quba Asan xidmətdə onun veteran vəsiqənii təsdiq etdirəcəyini bildirmişdir. Onlar veteran vəsiqəsini Murada vermişlər. Növbəti gün Murad ona zəng edərək veteran vəsiqəsini təsdiq etdirə bilmədiyini bildirmişdir. Murad oğlu Samirin Xaçmaz şəhəri 2 nömrəli məktəbin yaxınlığında işlədiyi yerə gedərək həmin veteran sənədini ona vermişdir. Murad həmin zaman natariusla əlaqədar olaraq əlavə 1000 manat pulun da verilməli olduğunu, yəni ümumilikdə 4000 manat pulun verilməli olduğunu Samirə bildirmişdir. Murad ümumi pulun tez bir zamanda ödənilməli olmasını oğluna demişdir. Samir bunu ona dedikdə o yenidən qardaşından 1000 manat pul alaraq 2020-ci ilin aprel ayının sonlarında Samirlə birlikdə Vaqifin taksisi ilə Xaçmaz şəhərində yerləşən Unibank yaxınlığına getmişlər. Orada onlar Muradla görüşüb həmin pulu Murada vermişlər. Lakin elə həmin gün Murad ona zəng edərək 1000 manatın az olmasını əlavə 1000 manat da pulun ödənilməli olduğunu demişdir. O isə həmin gün yenidən Xaçmaz şəhərində düzəldə bildiyi 670 manat pulu Murada eyni yerdə vermişdir. Həmin zaman isə yanlarında hər hansı bir şəxs olmamışdır. Bundan bir neçə gün sonra Murad Samirlə əlaqə saxlayaraq artıq avtomobilin ayrıldığını bunun üçün 4000 manatın tamamlanmalı olmasını bildirmiş və geriyə qalan 700 manat pulun da verilməli olduğunu demişdir. Oğlu bu barədə ona bildirərək Muraddan bir neçə gün onlara vaxd verməsini İstədiklərini bildirmişdir. Onlar xırdabuynuzlu heyvanlarından bir qədər sataraq 2020-ci ilin may ayının əvvəllərində 700 manat pulu düzəltmişlər. Oğlu Samir yaşadıqları kənddə Muradla görüşərək həmin pulu Murada vermişdir. Beləliklə onlar Muradın dediyi ümumilikdə 4000 manat pulu vermişlər. Lakin bundan sonra Murad söz verdiyi zamanlarda sənədlərin təsdiq olunmadığını bildirərək əlavə vaxt lazım olduğunu bildirmişdir. Sonuncu dəfə Murad 2020-ci ilin may ayının sonlarında ona zəng edərək “1 pilus” lazım olduğunu, yəni 100 manat lazım olduğunu bildirmişdir. Onlar bununla razı olmayaraq Muraddan pullarını geri istəmişlər. Bir neçə dəfə Murada bu barədə bildirmişlər. Lakin Murad ilkin olaraq pulu verəcəklərini bildirsə də müəyyən vaxtdan sonra telefonunu söndürmüşdür. Onların Murada verdikləri pullar üzrə maddi ziyan oğlu Şamirə dəymişdir. Aldıqları borcları və həmçinin əldə etdikləri pullar ailələrinə məxsus olsa da təsərrüfatlarına Samirə nəzarət edir. Murad qeyd olunan hərəkətləri edərkən bildiyi qədərilə hər hansı şəxslə əlbir olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid9 ifadəsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs11 onun qohumudur. Təqsirləndirilən şəxs isə üzdən görməsə də qiyabi olaraq Zərərçəkmiş şəxs11 iş düzəltməli olan şəxs kimi tanıyır. 2023-cü ilin əvvəllərində qohumu Zərərçəkmiş şəxs11 onunla əlaqə saxlayaraq özünə pul lazım olmasını bildirmi.dir. O nə səbəbdən pula ehtiyacı olmasını soruşduqda Təranə ona Təqsirləndirilən şəxs adında şəxsin onu işə düzəldəcəyini, lakin bunun müqabilində müvafiq pulun verilməli olmasını bildirmişdir. Belə ki, Təranə ondan 2023-cü ilin fevral ayının əvvəllərindən mart ayının əvvəllərinədək hissə-hissə olmaqla ümumilikdə 6000 (altı min) manat pulu borc olaraq almışdır. Onun həmin pulu verməkdə məqsədi Təranənin işləyərək dolanışığını təmin etməsini istəməsi olmuşdur. Belə ki, razılıqlarına əsasən Təranə işlədiyi zaman onun pulunu geri qaytaracaqmış. Lakin sonradan o bilmişdir ki, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərinvə şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - 18 oktyabr 2023-cü il tarixli“Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan (cild 01, vərəq 01) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X15 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. - 19 oktyabr 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 39) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X15 tərəfindən icraatında olan ********* nömrəli cinayət işi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olunmuşdur. - 19 oktyabr 2023-cü il tarixli “Cinayət işinin bir icraatda birləşdirilməsi haqqında” qərardan (cild 01, vərəq 54) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X15 tərəfindən ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. - 01 avqust 2023-cü il tarixli “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan (cild 01, vərəq 56) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X15 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. - 10 avqust 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 100) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X15 tərəfindən icraatında olan ********* nömrəli cinayət işi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olunmuşdur. - 10 avqust 2023-cü il tarixli “Cinayət işinin bir icraatda birləşdirilməsi haqqında” qərardan (cild 01, vərəq 103) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X15 tərəfindən ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. - 14 may 2023-cü il tarixli “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan (cild 01, vərəq 105) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X15 tərəfindən fakta görə Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. - 14 may 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 127) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis polis baş leytenantı X15 tərəfindən icraatında olan ********* nömrəli cinayət işi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olunmuşdur. - 14 may 2023-cü il tarixli “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan (cild 01, vərəq 141) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X16 tərəfindən icraatında olan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. - 14 may 2022-ci il tarixli “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan (cild 01, vərəq 143) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X15 tərəfindən fakta görə Azərbaycan Respublikası CMnin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. - 15 dekabr 2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 160) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis polis baş leytenantı X15 tərəfindən icraatında olan ********* nömrəli cinayət işi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olunmuşdur. - 15 dekabr 2022-ci il tarixli “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan (cild 01, vərəq 175) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X15 tərəfindən icraatında olan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. - 20 iyun 2022-ci il tarixli “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan (cild 01, vərəq 177) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X15 tərəfindən fakta görə Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. - 21 iyun 2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 198) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis polis baş leytenantı X15 tərəfindən icraatında olan ********** nömrəli cinayət işi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olunmuşdur. - 21 iyun 2022-ci il tarixli “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan (cild 01, vərəq 213) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X15 tərəfindən icraatında olan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. - 26 mart 2022-ci il tarixli “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan (cild 01, vərəq 215) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X15 tərəfindən fakta görə Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” protokoldan (cild 02, vərəq 18) müəyyən edilir ki, Təqsirləndirilən şəxs 26 aprel 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. - 28 aprel 2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 02, vərəq 24) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis polis baş leytenantı X15 tərəfindən icraatında olan ********* nömrəli cinayət işi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olunmuşdur. - 28 aprel 2022-ci il tarixli “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan (cild 02, vərəq 36) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X15 tərəfindən icraatında olan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. - 16 oktyabr 2020-cı il tarixli “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan (cild 02, vərəq 38) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X15 tərəfindən fakta görə Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. - 01 yanvar 2021-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 02, vərəq 93) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis polis baş leytenantı X15 tərəfindən icraatında olan ********* nömrəli cinayət işi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olunmuşdur. - 02 yanvar 2021-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə ibtidai istintaqın dayandırılması haqqında” qərardan (cild 02, vərəq 96) müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Xaçmaz RPŞ-nin istintaq bölməsinə təmin edilməsi məqsədi ilə axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan gizləndiyi üçün cinayət işinin icraatı dayandırılmışdır. - 25 iyun 2021-ci il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan (cild 02, vərəq 100) müəyyən edilir ki, ********* №-li cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. - 25 iyun 2021-ci il tarixli “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərardan və “İltizamdan” (cild 02, vərəq 113-115) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - 25 iyun 2021-ci il tarixli “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan (cild 02, vərəq 117) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X15 tərəfindən icraatında olan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. - 17 fevral 2020-cı il tarixli “Cinayət işi başlanması haqqında” qərardan (cild 02, vərəq 119) müəyyən edilir ki, Xaçmaz rayon prokuroru Elxan Əbdürrəhimov Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Ələsgər qızının şikayət ərizələri əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işinin ibtidai istintaqın aparılmasından ötrü aidiyyəti üzrə Xaçmaz RPŞ-nin İB-nə göndərilmişdir. - 19 sentyabr 2019-cu il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan (cild 02, vərəq 150) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X12 tərəfindən Zərərçəkmiş şəxs1 şikayət ərizəsi əsasında toplanmış materialda dələduzluq cinayətinin tərkibi aşkar edilmədiyi üçün cinayət işinin başlanması rədd edilmişdir. - 29 dekabr 2019-cu il tarixli “Cinayət işinin başlanmasının tədd olunmasına dair qərarın ləğv olunması barədə” qərardan (cild 01, vərəq 161) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-də toplanmış HK-1/1752, 1845 №-li material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Vüqar Əmirovun xx.xx.2019-cu il tarixli qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilmişdir. - 19 fevral 2020-ci il tarixli “Cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan (cild 02, vərəq 163) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X12 tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. - 24 aprel 2020-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan (cild 02, vərəq 202) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis polis baş leytenantı X12 tərəfindən icraatında olan ********* nömrəli cinayət işi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. - 24 aprel 2020-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması haqqında” qərardan (cild 02, vərəq 204) müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. - 24 aprel 2020-ci il tarixli “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan (cild 02, vərəq 206) müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. - 27 aprel 2020-ci il tarixli “Raport”dan (cild 02, vərəq 209) müəyyən edilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Vüqar Əmirovun ********* nömrəli cinayət işi üzrə verdiyi xx.xx.2020-ci il tarixli, təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması haqqında qərara əsasən Təqsirləndirilən şəxs barəsində olan 780307 №-li axtarış işi xx.xx.2020-ci il tarixdə xitam olunmuşdur. - 27 aprel 2020-ci il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan (cild 02, vərəq 211) müəyyən edilir ki, Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. - Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(067)-79/2020 nömrəli qərarından müəyyən edilir ki, Azərbaycan Respblikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunsun. - 29 aprel 2020-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərardan və “İltizam”dan (cild 02, vərəq 236-238) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - 14 may 2020-ci il tarixli “Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” qərardan (cild 03, vərəq 01) müəyyən edilir ki, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubov tərəfindən Xaçmaz RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə istointaq olunan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay 05 ayadək, yəni 20 may 2020-ci il tarixdən 20 iyul 2020-ci il tarixədək uzadılmışdır. - 11 iyul 2020-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə ibtidai istintaqın dayandırılması haqqında” qərardan (cild 03, vərəq 08) müəyyən edilir ki, haqqında qətimkan tədbirinin şərtlərini pozduğuna görə Təqsirləndirilən şəxs barəsində Xaçmaz RPŞ-nin İB-nə təmin edilməsi məqsədilə axtarış elan edilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan gizləndiyi üçün cinayət işinin istintaqı dayandırılmışdır. - 25 iyun 2021-ci il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan (cild 03, vərəq 11) müəyyən edilir ki, Azərbarbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və cinayət işi icraata qəbul edilmişdir. - 27 iyun 2021-ci il tarixli “Cinayət işi üzrə əməlin tövsifinin dəyişdirilməsi haqqında” qərardan (cild 03, vərəq 13) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən həmin nməcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. - 01 iyul 2021-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə ibtidai istintaqın dayandırılması haqqında” qərardan (cild 03, vərəq 16) müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Xaçmaz RPŞ-nin İB-nə təmin edilməsi məqsədilə axtarış elan edilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan gizləndiyi üçün cinayət işinin istintaqı dayandırılmışdır. - 28 aprel 2022-ci il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan (cild 03, vərəq 20) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. - 28 aprel 2022-ci il tarixli “Cinayət işi üzrə əməlin tövsifinin dəyişdirilməsi haqqında” qərardan (cild 03, vərəq 22) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə əməlin hüquqi tövsifi Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələrindən, həmin məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə dəyişdirilmişdir. - 28 aprel 2022-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan (cild 03, vərəq 25) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yeni məzmunda yenidən ittiham elan olunmuşdur. - Xaçmaz Rayon Məhkəməsinin 4(067)-58/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından (cild 03, vərəq 46) müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 26 aprel 2022-ci il tarixdən, saat 18:00-dan hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - 21 iyun 2022-ci il tarixli “Cinayət işi üzrə əməlin tövsifinin dəyişdirilməsi haqqında” qərardan (cild 03, vərəq 60) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə əməlin hüquqi tövsifi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən, həmin məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə dəyişdirilmişdir. - 21 iyun 2022-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan (cild 03, vərəq 63) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yeni məzmunda yenidən ittiham elan olunmuşdur. - Xaçmaz Rayon Məhkəməsinin 4(067)-91/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından (cild 03, vərəq 85) müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 01 ay, yəni 26 iyul 2022-ci il tarixədək uzadılmışdır. - Xaçmaz Rayon Məhkəməsinin 4(067)-116/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından (cild 03, vərəq 118) müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 01 ay müddətinə uzadılmışdır. - 26 avqust 2022-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” və “İltizam”dan qərardan (cild 03, vərəq 126-128) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan edilmiş Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə Xaçmaz RPŞ-nin MSY-dən qərar verildiyi andan azad edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2022-ci il tarixli, 4/1030-4/1038 (cild 03, vərəq 132) nömrəli ekspert rəyindən müəyyən edilir ki, ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli və 1 ədəd”BİNGO” markalı CD diskdə olan “WhatsApp Audio 2022-03-11 at 10.50.56”, “WhatsApp Audio 2022-03-11 at 10.50.58, “WhatsApp Audio 2022-03.11 at 10.50.59” , “WhatsApp Audio 2022-03-11 at 10.51.10”, “WhatsApp Audio 2022-03-11 at 10.51.11 (1)”, “WhatsApp Audio 2022-03-11 at 10.51.12 (1)”, “WhatsAppAudio 2022-03-11 at 10.51.12”, “WhatsApp Audoi 2022-03-11 at 10.51.14” və “AUD-20220616-WA0000” adlı mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs məxsusdur. “WhatsApp Audio 2022-03-11 at 10.51.24 (1)” və “WhatsApp Audio 2022-03-11 10.51.24” adlı mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərdə “K” kimi işarə olunmuş diktorun səsi və nitqi eyniləşdirici tədqiqat üçün yararsız kimi qiymətləndirildiyindən, həmin diktorun səs və nitqinin Təqsirləndirilən şəxs məxsus olub-olmamasını müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli və 1 ədəd “BİNGO” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıq hissələrində məntiqi rabitənin istməsi, akustik şəraitin və iştirakçı diktorların emosional vəziyyətlərinin situasiya ilə əsaslanmayan dəyişmələri, yarımçıq söz ifadələr, keçid prosesləri üçün xarakterik siqnallar kimi montaj əlamətləri olunmadığından digər dəyişikliklər müəyyən olunmadı. Mübahisəli fonoqramların yazıldığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından digər dəyişikliklərin olub-olmamasını müəyyən etmək mümkün olmadı. - 10 sentyabr 2022-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə ibtidai istintaqın dayandırılması haqqında” qərardan (cild 03, vərəq 139) müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Xaçmaz RPŞ-nin İB-nə təmin edilməsi mqəsədilə axtarış elan edilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan gizləndiyi üçün cinayət işinin icraatı dayandırılmışdır. - 10 dekabr 2022-ci il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan (cild 03, vərəq 143) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. - 15 dekabr 2022-ci il tarixli “Cinayət işi üzrə əməlin tövsifinin dəyişdirilməsi haqqında” qərardan (cild 03, vərəq 146) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə əməlin hüquqi tövsifi Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən, həmin məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə dəyişdirilmişdir. - Xaçmaz rayon məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 5(067)-29/2023 saylı qərarından (cild 03, vərəq 187) müəyyən edilir ki, Xaçmaz rayon prokurorunun böyük köməkçisinin ********* nömrəli cinayət işi üzrə məlumatların götürülməsi haqqında vəsatəti təmin olunmuşdur. - 10 mart 2023-cü il tarixli “Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” qərardan (cild 03, vərəq 198) müəyyən edilir ki, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən Xaçmaz RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay müddətinə, 05 ayadək, yəni 14 mart 2023-cü il il tarixdən 14 may 2023-cü il tarixədək uzadılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2023-cü il tarixli, 4/212-4/420 (cild 03, vərəq 207) nömrəli ekspert rəyindən müəyyən edilir ki, ekspertizaya təqdim olunmuş 1 ədəd CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətinlərdə “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi – X2, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi ehtimal ki – Təqsirləndirilən şəxs məxsusdur. - 19 may 2023-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsifinin dəyişdirilməsi haqqında” qərardan (cild 03, vərəq 214) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə əməlin hüquqi tövsifi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən, həmin məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə dəyişdirilmişdir. - 10 avqust 2023-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsifinin dəyişdirilməsi haqqında” qərardan (cild 03, vərəq 217) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə əməlin hüquqi tövsifi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən, həmin məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə dəyişdirilmişdir. - 11 avqust 2023-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında” qərardan (cild 03, vərəq 221) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Xaçmaz RPŞ-nin İB-nə təmin edilməsi məqsədilə axtarış elan edilməsi və tutulması haqqında qərar qəbul edilmişdir. - 17 oktyabr 2023-cü il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan (cild 03, vərəq 235) müəyyən edilir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 oktyabr 2023-cü il tarixdə, saat 18:00-da Xaçmaz rayonu ərazisində tutularaq Xaçmaz RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. - 19 oktyabr 2023-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsifinin dəyişdirilməsi haqqında” qərardan (cild 04, vərəq 01) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə əməlin hüquqi tövsifi Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən, həmin məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə dəyişdirilmişdir. - 19 oktyabr 2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan (cild 04, vərəq 04) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yeni məzmunda yenidən ittiham elan olunmuşdur. - Xaçmaz Rayon Məhkəməsinin 4(067)-140/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından (cild 04, vərəq 32) müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 17 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 02 ay müddətinə, yəni 17 dekabr 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. - Xaçmaz rayon məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 5(067)-41/2023 saylı qərarından (cild 04, vərəq 41) müəyyən edilir ki, Xaçmaz rayon prokurorluğunun müstəntiqinin ********* nömrəli cinayət işi üzrə məlumatların götürülməsi haqqında vəsatəti qismən təmin olunmuşdur. - Xaçmaz rayon məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 5(067)-48/2023 saylı qərarından (cild 04, vərəq 41) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqinin ********* nömrəli cinayət işi üzrə maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla, şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi barədə vəsatəti təmin olunmuşdur. - 12 noyabr 2014-cü il tarixli Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "xxxx" ASC-nin "xxxx" MMC tərəfindən “Acces Bank” təqdim edilməsi üçün verilmiş məktubun surətindən (cild 04, vərəq 77) müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə "xxxx" MMC-də Xaçmaz, Quba, Qusar rayonları üzrə baş mütəxəssis vəzifəsində işləmişdir. - “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən daxil olmuş 04 dekabr 2023-cü il tarixli məktubdan (cild 04, vərəq 111) görünür ki, Təqsirləndirilən şəxs “Xaçmaz RMX” PHŞ-də həkim-narkoloqun və həkim psixiatrın qeydiyyatında yoxdur. - Xaçmaz Rayon Məhkəməsinin 4(067)-155/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından (cild 04, vərəq 123) müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 ay, yəni 17 yanvar 2024-cü il tarixədək uzadılmışdır. - 10 yanvar 2024-cü il tarixli “Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” qərardan (cild 04, vərəq 135) müəyyən edilir ki, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən Xaçmaz RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay müddətinə, 05 ayadək, yəni 18 yanvar 2024-cü il il tarixdən 18 yanvar 2024-cü il tarixədək uzadılmışdır. - Xaçmaz Rayon Məhkəməsinin 4(067)-2/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından (cild 04, vərəq 147) müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay, yəni 17 mart 2024-cü il tarixədək uzadılmışdır. - 16 fevral 2024-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsifinin dəyişdirilməsi haqqında” qərardan (cild 04, vərəq 156) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə əməlin hüquqi tövsifi Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrindən, həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə dəyişdirilmişdir. - 26 fevral 2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan (cild 04, vərəq 187) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək ona həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələri ilə yeni məzmunda yenidən ittiham elan edilmişdir. - 11 mart 2024-cü il tarixli “Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” qərardan (cild 04, vərəq 219) müəyyən edilir ki, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən Xaçmaz RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay müddətinə, 07 ayadək, yəni 18 mart 2024-cü il il tarixdən 18 may 2024-cü il tarixədək uzadılmışdır. - Xaçmaz Rayon Məhkəməsinin 4(067)-39/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından (cild 04, vərəq 231) müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay, yəni 17 may 2024-cü il tarixədək uzadılmışdır. - 28 oktyabr 2018-ci il tarixli “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi barədə” qərardan (cild 04, vərəq 252) müəyyən edilir ki, ********* nömrəli cinayət işi ərazi aidiyyəti üzrə Quba RPŞ-nin İB-nə göndərilməsindən ötrü Xaçmaz rayon prokurorluğuna göndərilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən təqdim olunmuş 16 .04.2024-cü il tarixli məktubdan (cild 04, vərəq 254) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1/(027)-34/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, 5000 manat cərimə cəzasına məhkum edilmişdir. Hökm və hakimin göstərişi xx.xx.2019-cu il tarixdə qeydiyyata götürülmüşdür. Məhkum 5000 manat cərimə cəzasının məbləğindən 2100 manat ödəmiş, ödənilməmiş 2900 manat cərimə cəzası qalmışdır. - Quba Rayon Məhkəməsinin 1(027)-34/2019 nömrəli, xx.xx.2019-cu il tarixli hömündən (cild 05, vərəq 01) müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 5 000 (beş min) manat miqqdarında cərimə cəzasına məhkum edilmişdir.. - 25 aprel 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan (cild 05, vərəq 30) müəyyən edilmişdir ki, cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 01 ədəd, Zərərçəkmiş şəxs7 tərəfindən təqdim edilmiş 01 ədəd, Zərərçəkmiş şəxs12u tərəfindən təqdim edilmiş 01 ədəd olmaqla içərilərində səs yazıları olan ümumilikdə 03 ədəd disk daşıyıcı, içərilərində mobil telefon danışıqları haqqında məlumatlar olan AR DİN BİKİ-dən daxil olmuş 01 ədəd və Bakcell MMC-dən daxil olmuş 01 ədəd disk daşıyıcıları və həmçinin Access Bank-dan daxil olmuş içərisində bank məlumatları olan 01 ədəd disk daşıyıcısı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarından cinayət işi üzrə maddi sübut kimi tanınması və həmin ümumilikdə 06 ədəd disk daşıyıcıların cinayət işinə əlavə edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təkrar, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, yəni təkrar, xeyli miqdarda ziyan vurmaqla etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahidlərin ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələriində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunmuşdur. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2, 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.1 və 351.2-ci maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır: Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Quba Rayon Məhkəməsinin 1(027)-34/2019 nömrəli, xx.xx.2019-cu il tarixli hömündən (cild 05, vərəq 01) müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2ci maddəsi ilə təqsirli bilinərək, 5 000 (beş min) manat miqqdarında cərimə cəzasına məhkum edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən təqdim olunmuş 16 .04.2024-cü il tarixli məktubdan (cild 04, vərəq 254) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1/(027)-34/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, 5000 manat cərimə cəzasına məhkum edilmişdir. Hökm və hakimin göstərişi xx.xx.2019-cu il tarixdə qeydiyyata götürülmüşdür. Məhkum 5000 manat cərimə cəzasının məbləğindən 2100 manat ödəmiş, ödənilməmiş 2900 manat cərimə cəzası qalmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş “Arayış”dan (cild 05, vərəq 09) müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid11 ilə rəsmi nikahlarından 2013-cü il təvəllüdlü (X20) bir azyaşlı övladları vardır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş “İctimai xasiyyətnamə”dən (cild 05, vərəq 10) müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşadığı müddət ərzində ailə üzvləri və qonşuları ilə yaxşı münasibətdədir və qayğıkeşdir. İctimaiyyət arasında özünü intizamlı aparmaqla, ətrafındakılara qarşı mehriban və səmimidir. Yaşadığı ərazidə öz davranışı ilə qohum-qonşuların rəğbətini qazanmışdır. Rayonun ictimai işlərində fəal iştirak etmişdir. Onun barəsində Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs10 Adıgözəl oğlu tərəfindən məhkəməyə daxil olmuş və cinayət işi materiallarına əlavə edilmiş məktubdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ona vurulmuş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs barəsində qanuni cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs14 tərəfindən məhkəməyə daxil olmuş və cinayət işi materiallarına əlavə edilmiş məktubdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ona vurulmuş ziyan ödənilməmişdir. Şikayətçidir. Təqsirləndirilən şəxs barəsində qanuni cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs9 tərəfindən məhkəməyə daxil olmuş və cinayət işi materiallarına əlavə edilmiş məktubdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ona vurulmuş ziyan ödənilməmişdir. Şikayətçidir. Təqsirləndirilən şəxs barəsində qanuni cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs13 tərəfindən məhkəməyə daxil olmuş və cinayət işi materiallarına əlavə edilmiş məktubdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ona vurulmuş ziyan ödənilməmişdir. Şikayətçidir. Təqsirləndirilən şəxs barəsində qanuni cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs6 tərəfindən məhkəməyə daxil olmuş və cinayət işi materiallarına əlavə edilmiş məktubdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ona vurulmuş ziyan tam ödənildiyindən şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 18 500 (on səkkiz min beş yüz) manatdan 5 000 (beş min) manat, Zərərçəkmiş şəxs3 3 500 (üç min beş yüz) manat puldan 200 (iki yüz) manat, Zərərçəkmiş şəxs5 1100 (bir min yüz) manat, Zərərçəkmiş şəxs6 4 000 (dörd min) manat məbləğində pulu tam şəkildə, Zərərçəkmiş şəxs12 10 000 (on min) manat məbləğində puldan 2 000 (iki min) manat, Zərərçəkmiş şəxs7 ümumi 8 000 (səkkiz min) manat məbləğdə puldan 3 800 (üç min səkkiz yüz) manat, Zərərçəkmiş şəxs15 670 (altı yüz yetmiş) manat, Zərərçəkmiş şəxs2 2000 manat, Zərərçəkmiş şəxs4 1000 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını 59.1.4cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-nin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” qərarına görə cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə təcrübəsində oxşar vəziyyətlərdə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə deyil, 67.1-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə cəza təyin edilməsi onun vəziyyətini əsassız olaraq ağırlaşdırmasına, hüquqların və qanuni mənafelərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsinə dair” qərarına görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə, habelə cərimə və ya əmlak müsadirəsi növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda onlar müstəqil icra olunur. Bu maddənin mətnindən göründüyü kimi qanun cinayətlərin və hökmlərin məcmusu üzrə həmin maddədə nəzərdə tutulmuş müxtəlif növ cəzaların toplanmasını istisna etmir. Belə halda isə CM-in 66 və 67-ci maddələrinin müddəalarına uyğun olaraq vahid qəti cəza müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilibedilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidi. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları,yəni himayəsində bir azyaşlı uşağının olmasını, barəsində cəzanı ağırlaşdıran halı, yəni cinayətləri təkrar törətməsini, cinayət əməlinin törədilməsi hallarını və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesabedir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı cəza Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 1(027)- 34/2019 nömrəli hökmü üzrə təyin edilmiş cərimə cəzasının çəkilməmiş hissəsi olan 2900 (iki min doqquz yüz) manat cərimə cəzası ilə tam birləşdirilərək ona 04 (dörd) il (06) altı ay azadlıqdan məhrumetmə və 2900 (iki min doqquz yüz) manat cərimə cəzaları təyin edilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 27 aprel 2020-ci il tarixdən 29 aprel 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün, habelə 26 aprel 2022-ci il tarixdən 26 avqust 2022-ci il tarixədək 04 (dörd) ay həbsdə olduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq,ümumilikdə 04 (dörd) ay 02 (iki) gün olmaqla ona təyin olunmuş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 01 (bir) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə və 2900 (iki min doqquz yüz) manat cərimə cəzaları saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar müstəqil icra olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu andan, yəni 17 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş 06 (altı) ədəd CD formatlı disk daşıyıcı cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə məhkəmə xərci kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 450 (dörd yüz əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərində göstərilən VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 14259 və 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356-cı və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və barəsində 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı cəza Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 1(027)- 34/2019 nömrəli hökmü üzrə təyin edilmiş cərimə cəzasının çəkilməmiş hissəsi olan 2900 (iki min doqquz yüz) manat cərimə cəzası ilə tam birləşdirilərək ona 04 (dörd) il (06) altı ay azadlıqdan məhrumetmə və 2900 (iki min doqquz yüz) manat cərimə cəzaları təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 27 aprel 2020-ci il tarixdən 29 aprel 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün, habelə 26 aprel 2022-ci il tarixdən 26 avqust 2022-ci il tarixədək 04 (dörd) ay həbsdə olduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, ümumilikdə 04 (dörd) ay 02 (iki) gün olmaqla ona təyin olunmuş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 01 (bir) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə və 2900 (iki min doqquz yüz) manat cərimə cəzaları saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar müstəqil icra olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan, yəni 17 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş 06 (altı) ədəd CD formatlı disk daşıyıcı cinayət işi materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 450 (dörd yüz əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərində göstərilən VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 14259 və 142595) nömrəli hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar