Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-24/2021 09.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi İzzətli Anar İzzət oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Nafih oğlunun iştirakları ilə, xx xxxx 1993-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olub faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 21.30 radələrində AE-626103 seriyalı “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz C240” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonunun Nabran-Xudat yolunda Nabran kəndi ərazisindən keçən hissəsində Xaçmaz rayonu istiqamətində hərəkətdə olarkən “Atlant” istirahət əyləncə mərkəzinin yaxınlığında “X13” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub nəqliyyat vasitəsini yaşayış məntəqə daxilində 60 km\saatdan çox sürməməli olmadığı halda 100 km\saat sürətlə hərəkət edərkən sürət həddini aşaraq “X13 Qanunun” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməmiş və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda ehtiyatsızlıqdan yolun sağ kənarından sol kənarına keçmək istəyən piyada X7 avtomobilin qabaq sağ qanadı ilə vuraraq ona ölümünə səbəb olmuş daxili qanaxma ilə müşaiyət olunmuş sol ağ ciyər paylarının zədələnməsi ilə sol tərəf qabırğaların çoxsaylı sınıqları, sağ bud və sol baldır sümüklərinin açıq sınıqları dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol bazu sümüyünün qapalı sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, döş qəfəsi, sol böyür və sol çiyin nahiyələrinin qançırları, sol əl nahiyəsinin əzilmiş yarası, sağ əl nahiyəsinin sıyrıqları ilə ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, habelə yol nəqliyyat hadisəsini törətdikdən sonra “X13 Qanunun” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisə yerindən qaçmışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki,xx xxxx 2020-ci il tarixdə idarə etdiyi özünə məxsus “Mercedes Benz C240” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonunun Nabran kəndinə getmiş və həmin günü saat təxminən 21-22 radələrində Xaçmaz rayonuna qayıtmaq məqsədilə Nabran-Xudat yoluna çıxıb üzü Xaçmaz rayonu istiqamətində hərəkətə balamışdır. Avtomobili təxminən 100 km/saat sürətlə idarə etmiş, Nabran kəndi ərazisində “Atlant” istirahət mərkəzinin döngəsinə çatmağa təxminən 200 metr qalmış yol kənarında ağ rəngli “KİA Optima” markalı avtomobil dayandığını görmüş, avtomobilə çatmasına təxminən 5 metr qalmış avtomobilin qarşısından bir nəfər kişi piyada yolun hərəkət hissəsinə çıxmışdır. O, həmin zaman ayağını əyləcə basıb hadisənin qarşısını almaq üçün avtomobili bir qədər yolun əks hərəkət hisəsinə çəkmək istəsə də avtomobilinin qabaq sağ qanadı ilə sonradan şəxsiyyəti ona məlum olan X7 vurmuş, avtomobili bir qədər qabaqda dayandırıb, onu tanımasınlar deyə həmin yerə piyada qayıtımış, ətrafdan ora yığılmış kənar şəxslərdən birinə X17 zəng edib məlumat verməsini demişdir. Asfalt örtüyün üzərində uzanmış şəxsin vəziyyətinin yaxşı olmadığını, “xırıltılı” səsləri çıxardığını görüb həyəcanlanaraq oradan uzaqlaşmış, avtomobilini “Atlant” istirahət əyləncə mərkəzinin yanındakı meşənin içərisinə salıb orada gizlədib Xaçmaz şəhərinə yaşadığı evə qayıtmişdır. Səhəri gün günorta saatlarındapolis əməkdaşları hadisənin onun tərəfindən törədildiyini müəyyən etdiklərindən onu Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində hər şeyi olduğu kimi etiraf etmişdir. Öz əməlindən dərin peşmançılıq hissi keçirir və ona güzəşt edilməklə barəsində yüngül cəza təyin olunmasını xahiş edir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizəsini göndərməklə məhkəmənin bildirişlərini, ittiham aktının surətini alıb tanış olduğunu, ibtidai araşdırma zamanı verdiyi ifadəsini tam təm təsdiq etdiyini, məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini, baş vermiş hadisəyə görə Təqsirləndirilən şəxs qarşı şikayətçi olmadığını bildirməklə məhkəmə baxışı iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə digər proses iştirakçılarının fikrini dinləyərək zərərçəkmiş şəxsin hüquqi varisi X5 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İbtidai araşdırma zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış X8 göstərmişdir ki, X9 onun həyat yoldaşı olmuşdur. Onunla xx xxxxxxxx 1993-cü ildə rəsmi nigaha girmiş, birgə nigahdan 3 övladı vardır. X3 avtomobil alqı-satqısı ilə məşğul olmuş, böyük oğlu Vəli isə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Zeytun” aptekdə əczaçı işləyir. xx xxxx 2020-ci il tarixdə də saat 08:30-da mərhum əri Arif onları idarə etdiyi “QAZ-31105” markalı avtomobili ilə işə gətirmiş, ölkə ərazisində karantin rejimi tətbiq olunduğu üçün işi olmadığından saat 11-12 radələrinə kimi onların yanında dayanmış, həmin tarixdə saat 11 radələrində mərhum əri Arif ona maşın bazarına getdiyini demiş, saat 11-də oradan çıxıb Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “maşın bazarına” getmiş, saat 15-16 radələrində əri Arif oğlu Vəliyə zəng edib Xudat-Yalama tərəfdə satılan avtomobillərin olduğunu, həmin avtomobillərə baxmağa gedəcəyini bildirmişdir. Axşam saat 22 radələrində Arifin iş yoldaşı Pərviz digər iş yoldaşı Nahidə zəng vurub Arifi avtomobilin vurduğunu demiş, bundan sonra Nahid də oğlu Vəliyə zəng edib bu barədə məlumat vermişdir. Nahid Vəliyə telefonda Arifin baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlər nəticəsində hadisə yerində ölməsini bildirmişdir. X19 rayonunun Qaradaq- Buduq kənd qəbirstanlığında dəfn etmişlər. Sonradan məlum olmuşdur ki, hadisəni sürücü Təqsirləndirilən şəxs törətmişdir. Onu əvəllər tanımamışlar, heç bir ədavətləri və düşmənçilikləri olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Xaçmaz rayonu Qaradağ-buduq kəndində yaşamış X9 ilə birlikdə avtomobil alveri ilə məşgul olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 11-12 radələrində X9 ilə Xaçmaz rayonunda "Lukoil“ yanacaq doldurma məntəqəsi ilə üzbə-üz yerləşən maşın bazarında görüşmüş, Xudat və Yalama qəsəbəsində satılan avtomobillərə baxmaq üçün idarə etdiyi “Kia Optima” markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xudat şəhərinə getmiş, orda satılan bir-iki avtomobilə almaq məqsədi ilə baxmış, sonra avtomobilin sahibi ilə telefon vasitəsilə Arif danışmış, onunla görüşüb qiymət barədə razılaşmaq üçün vaxt təyin etmiş, 1-2 saat vaxtı olduğundan Nabran qəsəbəsinə gedib çimib çörək yeyərək sonra Xudat şəhərinə qayıdıb almaq istədikləri avtomobilin sahibi ilə görüşməyi qərarlaşdırmişlar. Nabran qəsəbəsində çörək yeyərkən Arif 100-200 qram araq içmiş, saat təxminən 21:15 radələrində Xudat şəhərinə gəldikdən sonra avtomobilin sahibi ilə əlaqə saxlamış, telefon vasitəsi ilə söhbətləri alınmadığından hərəkətə başlayıb Nabran qəsəbəsindən Xudat şəhəri istiqamətində hərəkət edən zaman Arif öz təbii ehtiyacını ödəmək istədiyini bildirdiyindən avtomobili yolun ehtiyyat hissəsinə çıxarıb qəza işıqlarını yandırıb saxlamışdır. Arif avtomobildən düşüb getmiş, o isə avtomobilin içərisində qalaraq telefonuna baxmışdır. Həmin vaxt bərk səs eşitdiyindən avtomobildən düşüb baxdıqda Arifin avtomobillə vurulduğunu, sonuncunun yolun kənarında uzanılı vəziyyətdə olduğunu görmüşdür. Dərhal Arifə yaxınlaşıb əlindən dartıb adını səsləmiş, lakin Arif cavab verməmişdir. Bu zaman o, yoldan keçən tanımadığı avtomobillərdən birini saxlamış, bir nəfər 25-30 yaşlarında cavan oğlan, sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs ona yaxınlaşaraq hadisəni idarə etdiyi avtomobillə törətdiyini demiş, başı Arifə qarışdığından, həmin şəxs də həyacanlı olduğundan ona əhəmiyyət verməmiş, daha sonra istifadəsində olan ***-***-**- ** nömrəsindən 103 zəng xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bu zaman hadisə yerinə polis əməkdaşları gəlib çıxmış və Arifi polis əməkdaşlarının köməkliyi ilə avtomobilinə qoyub birlikdə Xudat şəhər xəstəxanasına gətirmişlər, ora çatdıqda həkimlər onlara Arifin artıq öldüyünü bildirmiş, bundan sonra Arifin meyitini götürüb Xaçmaz rayon Mərkəzi Xəstəxanasına gətirmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin yol-patrul xidmətinin inspektoru Şahid2 göstərdi ki,xx xxxx 2020-ci il tarixdə Xaçmaz rayonu ərazisində xidmət aparmış, saat təxminən 01-02 radələrində ona Xaçmaz rayon Polis Şöbəsinin növbətçi hissəsindən Xaçmaz rayonunun “Atlant” istirahət əyləncə mərkəzinin yaxınlığında avtomobilin yolu keçmək istəyən piyadanı vurması, nəticədə piyadanın aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə getmiş, hadisə yerində məlum olmuşdur ki, naməlum avtomobil yolu keçmək istəyən piyada Xaçmaz rayonunun Qarabuduq kəndində yaşayan X7 vurmuş və hadisə yerindən qaçmışdır. Hadisə yerinə müstəntiq gəldikdən sonra hadisə yeri iştirakçıların və hal şahidlərinin iştirakı ilə müayinə olunaraq protokol və sxem tərtib edilərək foto şəkillər çəkilmiş, tərtib edilmiş protokolun və sxemin düzgünlüyünə imza etmişlər. Sonradan məlum olmuşdur ki, piyada X1 Təqsirləndirilən şəxs Əziz oğlu idarə etdiyi “Mercedes Benz C240” markalı,** SL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurub hadisə yerindən qaçmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilənXaçmaz rayon Polis Şöbəsinin X2 əməliyyat müvəkkiliŞahid3 göstərdi ki, xx xxxx 2020-ci il tarixdə gecə saatlarında Xaçmaz rayonunun Nabran kəndindən Xaçmaz şəhərinə gedən istiqamətdə yolda “Atlant” istirahət əyləncə mərkəzinin yaxınlığında Nabran istiqamətindən Xaçmaz şəhəri istiqamətində hərəkətdə olan markası və dövlət qeydiyyat nişanı məlum olmayan avtomobilin sürücüsünun Xaçmaz rayonunun Qaradağbuduq kənd sakini X7 vuraraq hadisə yerindən qaçması barədə daxil olmuş məlumatla əlaqədar tərəfindən əməliyyat tədbirləri keçirilmiş və keçirilmilş tədbirlər nəticəsində hadisəni törədən və hadisə yerindən qaçmış şəxsin Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs olması müəyyən edilərək yaşadığı ünvandan Xaçmaz rayon Polis Şöbəsinə gətirilmiş, tərəfindən şöbənin rəhbərliyinə raportla məruzə olunmuşdur. Təqsirləndirilən şəxs deməsindən ona məlum olmuşdur ki, o, idarə etdiyi “Mercedes Benz C240” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yüksək sürətlə Xaçmaz rayonunun Nabran kəndindən Xaçmaz şəhərinə gedən istiqamətdə yolda “Atlant” istirahət əyləncə mərkəzinin yaxınlığında Nabran istiqamətindən Xaçmaz şəhəri istiqamətində hərəkətdə olan piyada X7 vurmuş, daha sonra isə bir az qarşıda idarə etdiyi avtomobili meşədə gizlədərək yaşadığı evə getmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan, əlavə olunmuş fotoşəkillərdən və hadisə yerinin sxemindən görünür ki, qeyd edilən tarixdə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hadisə yerində yol qarşı- qarşıya hərəkət üçün nəzərdə tutulmaqla tam quru, hamar asfalt səthə malikdir. Hadisə yerinə baxış Nabran kəndi istiqamətindən Xaçmaz rayonu istiqamətində aparılmışdır. Hadisə yerində yol qarşı-qarşıya hərəkət zolağından ibarət olmaqla yolun hərəkət hissəsinin ümumi eni 6 metr, hər bir hərəkət hissəsinin eni isə 3 metr olmaqla əks hərəkət zolaqları əks istiqamətli nəqliyyat axımını ayıran 1.5 qırıq üfüqi nişanlanma xətti bölmüşdür. Yolun sol kənarlarında yolun hərəkət hissənin kənarlarını məhdudlaşdıran düz sarı xətt, sağ kənarında isə qırıq sarı xətt vardır. Yolun sağ kənarı, 5 metr eni 11 metr uzunluğu olan yol çiyini olmaqla yaşayış evinin qarşısıdır, yaşayış evinin qarşısındakı 11 metr uzunluğundakı beton örtüyü hər iki tərəfindən yol boyu kollarla örtülmüşdür. Yolun sol kənarı kollarla örtülmüş dərədir. Sürət məhdudiyyəti 60 km/saatdır.Hadisə yerində yolun işlək hissəsində yol-nəqliyyat hadisəsi yerində yolun sağ kənarında, yolun hərəkət hissəsində qan izlərinə bənzər izlər vardır. Yolun sağ kənarında 9 metr səthdə avtomobilə məxsus güzgü qırıntısı, hissələr vardır.Müayinə zamanı hadisə yerinə baxış zamanı asfalt üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək tormoz izləri və başqa izlər müşahidə olunmamış, hərəkət hissədə heç bir yol nişanı yoxdur.Hadisə yerində fotoaparatla fotoçəkiliş aparılmış, çəkilmiş fotolar protokola əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X4 Publik hüquqi şəxsinin xx xxxx 2020-ci il tarixli 29 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı mərhim X6 meyitində daxili qanaxma ilə müşaiyət olunmuş sol ağ ciyər paylarının zədələnməsi ilə sol tərəf qabırğaların çoxsaylı sınıqları, sağ bud və sol baldır sümüklərinin açıq sınıqları dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol bazu sümüyünün qapalı sınığı dəeəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, döş qəfəsi, sol böyür və sol çiyin nahiyələrinin qançırları, sol əl nahiyəsinin əzilmiş yarası, sağ əl nahiyəsinin sıyrıqları ilə ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri aşkar edilmişdir. Göstərilən xəsarətlər həyatı olub, qərarda qeyd olunduğu kimi xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi.A.S.Vəliyevin ölümünə səbəb almış olduğu xəsarətlər ağ ciyərin sol paylarının zədələnməsindən daxili qanaxma ilə müşaiyət olunmuş eləcədə,sol tərəf qabırğalarının çoxsaylı sınıqları, sağ bud və sol baldır sümüklərinin açıq sınıqları, sol bazu sümüyünün sınığı nəticəsində baş vermiş zədə şoku olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvələ uyğun gəlir. A.S.Vəliyevin meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasına dair xx xxxxxx 2020-ci il tarixli, 8/979 nömrəli rəyindən görünür ki, “Mercedes Benz C240” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X13” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində “X13” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə, onun hərəkətlərində “X13” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan xx xxxx 2020-cı il tarxli, 18 nömrəli nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətini müəyyən edən sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə günü Təqsirləndirilən şəxs heç bir spirtli içki qəbul etməmiş və ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Xaçmaz RQİ və TBŞ-nin xx xxxxxxxx 2020-ci il tarixli, 016-297-2006-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına AE-626103 nömrəli sürücülük vəsiqəsi xx.xx.2019-cu ildən qeydə alınmışdır. Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin maddi sübut kimi tanınması haqqında xx xxxx 2020-ci il tarixli qərardan və həmin tarixli qəbzdən görünür ki, iş üzrə “Mercedes Benz C240” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və müvafiq olaraq saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Xaçmaz rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 1(067)-42/2017 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2,177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına,xx.xx.2017-ci il tarixli Xaçmaz rayon məhkəməsinin hökmü ilə Azərbycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1, 68.2-ci maddələrinə əsasən Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Əziz oğluna təyin olunmuş 3500 manat cərmə cəzası xx.xx.2017-ci il tarixli hökmlə tamamilə birləşdirilməklə ona qəti olaraq 3 il 6 ay müddətində azadlıqdan məhrumetmə və 3500 manat məbləğində cərimə cəzaları təyin olunmuşdur. Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə cəzasının sonu ilə həbsdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya şöbəsinin xx xxxxxx 2021-ci il tarixli, 102 saylı və xx xxxx 2021-ci il tarixli, 04-05/20 saylı məktublarından və əlavə edilmiş ödəniş tapşırıqlarının surətlərindən görünür ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına və 3500 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində olan hökm xx xxxx 2020-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs cərimə cəzasını tam ödədiyinə görə xx xxxx 2021-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, AZ-İİ seriyalı, 403126 saylı nikah haqqında, xx xxxxxx 2020-ci il tarixli, AZ-Vİ seriyalı, 486637 saylı doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs X10 ilə ilə rəsmi nikahda olmaqla onların birgə nikahlarından xx xxxx 2016-cı ildə anadan olmuş Aylin adında bir nəfər azyaşlı uşaqları vardır. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 21.30-da AE-626103 seriyalı “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz C240” markalı, **- SL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonu, Nabran-Xudat yolunda Nabran kəndi ərazisindən keçən hissəsində Xaçmaz rayonu istiqamətində hərəkətdə olarkən “Atlant” İƏM-nin yaxınlığında “X13” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub nəqliyyat vasitəsini yaşayış məntəqə daxilində 60 km\saatdan cox sürməməli olmadığı halda 100 km\saat sürətlə hərəkət edərkən sürət həddini aşaraq “X13 Qanunun” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməmiş və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda ehtiyatsızlıqdan yolun sağ kənarından sol kənarına keçmək istəyən piyada X7 avtomobilin qabaq sağ qanadı ilə vuraraq ona ölümünə səbəb olmuş daxili qanaxma ilə müşaiyət olunmuş sol ağ ciyər paylarının zədələnməsi ilə sol tərəf qabırğaların çoxsaylı sınıqları, sağ bud və sol baldır sümüklərinin açıq sınıqları dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol bazu sümüyünün qapalı sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, döş qəfəsi, sol böyür və sol çiyin nahiyələrinin qançırları, sol əl nahiyəsinin əzilmiş yarası, sağ əl nahiyəsinin sıyrıqları ilə ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, habelə yol nəqliyyat hadisəsini törətdikdən sonra “X13 Qanunun” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisə yerindən qaçmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza tətin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə dəymiş zərərlə bağlı razılıq əldə etməsini, hal-hazırda zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində 1 nəfər azyaşlı uşağı olmaqla ailənin yeganə qazanc gətirəni olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər törətmiş olduğu qəsdən cinayət əməlinə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, cəzanın sonu ilə həbsdən azad olunsa da hal-hazırda məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2002-ci il tarixli, 2 nömrəli qərarının 2-ci bəndinə əsasən cinayətlərin və ya hökmlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, cəzaçəkmə müəssisəsinin növü, yaxud cəzanın bir hissəsinin həbsxanada çəkilməsi hər bir cinayətə görə ayrılıqda yox, yalnız qəti cəza müəyyən edildikdən sonra göstərilməlidir. Əgər şəxs həm qəsdən, həm də ehtiyatsızlıqdan bir neçə cinayət əməli törətmişdirsə və həmin şəxs cinayətlərin məcmusu qaydasında 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, məhkəmə cəzanın çəkilməsini o zaman məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edə bilər ki, təqsirli şəxsə qəsdən törədilmiş cinayətə görə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilmiş olsun. “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2002-ci il tarixli, 2 nömrəli qərarının 3-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə cinayətlərin residivi zamanı azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxsə cəzanın çəkilməsi o zaman ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilir ki, o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş olsun. Nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə müvafiq olaraq törədilmiş cinayətin residiv hesab edilməsi məsələsi həll edilərkən ehtiyatsızlıq üzündən törədilmiş cinayətlərə və şəxsin 18 yaşına çatanadək törətdiyi cinayətə görə məhkumluqları nəzərə alınmır. Məhkəmə yuxarıda sadalananları, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının,ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan isə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2, 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilməklə qeyd olunan tarixdə məhkəmə iclas zalından həbsdən azad edilmiş və müstəntiqin xx xxxx 2020-ci il tarixli qərarı ilə onun barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 gün ona təyin ediləcək cəzadan azadlıqdan məhrum etmə cəzasından bir günə bir gün hesabı ilə çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq onun barəsində 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etdiyindən “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2002-ci il tarixli, 2 nömrəli qərarında şərh olunan tövsiyyələri nəzərə almaqla və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələbinə müvafiq olaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçıkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli Məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. İş üzrə maddi sübut hesab edilmiş “Mercedes Benz C240” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 100 manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ 34 CTRE ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. İş materiallarından görünür ki, Xaçmaz rayon Vəkil Bürosunun vəkili Lalayev X11 rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Vüqar Əmirovunxx xxxx 2020-ci il tarixli qərarı əsasında məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə dövlət hesabına 35 iş saatı, Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı əsasında isə məhkəmə istintaqı zamanı 8 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə istintaqı zamanı dövlət hesabına göstərdiyi cəmi 43 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Nafih oğluna Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 258manat pul ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Preosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2, 66.4cü maddələrinə əsasən ona təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Əsas cəzasını Məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli Məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 100 (bir yüz) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ 34 CTRE ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə istintaqı zamanı dövlət hesabına göstərdiyi cəmi 43 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Nafih oğluna Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 258 (iki yüz əlli səkkiz) manat pul ödənilsin. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №1(067)-24/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-24/2021
09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver