Məhkəmə qərarları › İş №1(067)-24/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-24/2022

06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-24/2022 06.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1994-cü ildə Xaçmaz rayonunun Qaraqurtlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, Xaçmaz rayonunun Qaraqurtlu kəndində qeydiyyatda olan və yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi narkotik vasitə - qurudulmuş marixuananı saxlamaqla daşımışdır. Belə ki, 02 iyun 2021-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən Xaçmaz şəhəri H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz RPŞ-də saat 21:10-21:45 müddətində onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki köynəyinin altından tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 95,0 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana bir ədəd sellofan torbada aşkar edilərək götürülmüşdür. Bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, yaşadığı evə gələndə körpünün altında sellofan torba görmüş və içərisində marixuana olduğunu aşkar etmişdir. Həmin marixuananı yaşadığı evə aparmış, sonra isə fikirləşmişdir ki, marixuananı aparıb harasa tullasın, evdə qalmasın. Çünki onsuz da marixuanadan istifadə etmir, onun üçün maraqsız bir şeydir. Bu məqsdələ həmin marixuananı tapdığı günün səhəri günü götürüb evdən çıxıb bir qədər aralanmışdır ki polis əməkdaşları onu saxlamışlar. O, polis şöbəsinə aparılaraq üzərində videoçəkilişlə axtarış keçirilmiş və tapdığı narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Həmçinin ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, narkotik vasitəni kimdənsə almadığını, yerdən tapdığını, həmin narkotik vasitədən istifadə etmədiyini, polis əməkdaşları tərəfindən ona heç bir təzyiq göstərilmədiyini bildirmişdir. Törətdiyi cinayət əməlindən peşman olduğunu, bir daha cinayət əməlləri törətməyəcəyini, azadlıqda qalmaq istədiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, Xaçmaz RPŞ-yə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olmuşdur. 02.06.2021-ci il tarixdə təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında tərəflərdən saxlanılmış, təqsirləndiriləni Xaçmaz RPŞ-yə gətirdikdən sonra müstəntiq müdafiəçi dəvət etmiş və müdafiəçinin də iştirakı ilə videoçəkiliş vasitəsilə təqsirləndirilənin üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl üzərində olan əşyaları təqdim etməsi təklif olunanda təqsirləndirilən şəxs könüllü olaraq köynəyinin altında saxladığı sellofan torbanı təqdim etmiş və həmin torbanın içərisindəki kütlənin marixuana olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı təqsirləndirilənin üzərindən başqa qanunsuz əşya aşkar olunmamışdır. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, təqsirləndirilən özü də protokolu imzalamışdır. Həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxsin narkotik vasitəni kimdən alması, satması barədə əməliyyat məlumatı olmamış, istifadə etməsi barədə məlumat olmuş, təqsirləndiriləni saxlayanda narkotik vasitəni 4-5 gün əvvəl tapdığını demiş, təqsirləndirilən saxlanılarkən onlara qarşı heç bir təzyiq göstərməmişdir. Məhkəmə istintaqı zamanı şahid X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videoçəkilişini o aparmışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən o iştirak etməmişdir. Polis şöbəsində təqsirləndirilənin üzərində şəxsi axtarış keçirilərkən üzərindən qurudulmuş marixuana aşkar edilmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili zifəsində işləyir, polis mayoru rütbəsindədir. 02 iyun 2021-ci il tarixdə Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 qərəzsiz və etibarlı mənbədən Xaçmaz rayonunun Qaraqurtlu kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, daşıması və üzərində saxlaması barədə daxil olmuş məlumatın yoxlanılması barədə raportu əsasında tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı məhlədə saxlanılaraq Xaçmaz rayon polis şöbəsinə gətirilmişdir. X8 tərəfindən müdafiəçi dəvət olunandan sonra Təqsirləndirilən şəxs Xaçmaz Vəkil Bürosunun vəkili X7 təqdim olunub hüquq və vəzifələri izah edilmiş və videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi ona izah olunmuşdur. Bundan sonra videoçəkilişin aparılması Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis leytenantı X3 həvalə edilmişdir. Sonra da Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla gəzdirilməsi, daşınılması qadağan olunan hər-hansı əşya varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki köynəyinin altından şalvarının belinə keçirilmiş bir ədəd sellofan kuloku çıxarıb təqdim etmişdir. Həmin sellofan torbaya baxış keçirilərkən içərisində yaşıl rəngli bitki kütləsi olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bitki kütləsinin nəşə, yəni narkotik vasitə - qurudulmuş marixuana olmasını və həmin narkotik vasitəni beş gün əvvəl yaşadığı məhlədəki körpünün altından tapdığını və narkotik vasitə olduğunu bildiyi üçün özü istifadə etmək məqsədi ilə üstündə daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması davam etdirilsə də, onun üzərində qanunla qadağan olunan heç nə aşkar olunmamışdır. Sonra da Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan torba narkotik vasitəyə oxşar bitki kütləsi ilə birlikdə bir ədəd kağız paketdə qablaşdırılaraq üzəri imzalanıb möhürlənərək götürülmüşdür. Tərtib edilmiş protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. İş materiallarında olan 02 iyun 2021-ci il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişi olan üç ədəd videofaylın qeydə alındığı DVD diskə məhkəmə iclasında kompüter vasitəsi ilə baxış keçirilərək müəyyən olundu ki, axtarış zamanı Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X6, Xaçmaz RPŞ-nin NMQnun baş əməliyyat müvəkkili Şahid1, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı otaqda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlanması və daşınmasında şübhəli olduğu üçün videoçəkiliş vasitəsilə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilməklə ona hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah edilir və hüquqlarının qorunmasından ötrü Xaçmaz rayon Vəkil Bürosunun vəkili X7 təqdim olunur. Şəxsi axtarışa başlanılmazdan əvvəl müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və qanunla qadağan olunmuş əşyalar varsa onları təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs etiraz etmir və əvvəlcə əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd qırmızı rəngli alışqan, daha sonra əynindəki qırmızı rəngli köynəyinin altında şalvarının belinə keçirilmiş sellofan torbanı çıxarıb könüllü olaraq təqdim edir. Həmin sellofan torba açılaraq baxılarkən içərisində tünd yaşıl rəngli bitki kütləsi olması müəyyən olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitki kütləsinin “nəşə”, yəni narkotik vasitə - qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni beş gün əvvəl yaşadığı kənddə körpünün yanından tapdığını, narkotik vasitə olduğunu bildiyi üçün özünün istifadəsi üçün götürüb saxladığını, həmin narkotik vasitəni özü ilə götürərək yaşadığı evdən çıxmışdır ki, evdə heç kim onun narkotik vasitədən istifadə etməsini bilməsin və bu məqsədlə yaşadığı kəndin ərazisində olan avtomobil körpüsünün altına gəlmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs götürülən narkotik vasitə qurudulmuş marixuana bir ədəd kağız paketdə qablaşdırılaraq üzəri Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq edilərək möhürlənib götürülür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2021-ci il tarixli, 7/520 №-li ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş....” sözləri yazılmış kağız paketdə bir ədəd sellofan torbada təmiz çəkisi 95,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 94,95 qram təşkil etmişdir. İş materiallarında olan 04 iyun 2021-ci il tarixli “Maddi sübutun tanınması haqqında” qərardan və 30 oktyabr 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs götürülmüş çəkisi 95,0 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə çəkisi 94,95 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılır. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrlə bağlı əlaqələrini, 02.06.2021-ci il tarixdə şəxsi axtarış zamanı üstündən aşkar edilərək götürülmüş 95,0 qram narkotik vasitə - qurudulmuş marixuananı əldə etdiyi mənbəni və onun narkotik vasitələrin qanunsuz alqı-satqısı ilə məşğul olmasını müəyyən etmək olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 26 oktyabr 2021-ci il tarixli, 4157 №-li ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sübutların qiymətləndirilməsinə dair 30 oktyabr 2021-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi qeyd olunmuş 01 ədəd DVDni, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 95,0 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı saxlamaqla daşımışdır. Belə ki, 02 iyun 2021-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən Xaçmaz şəhəri H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz RPŞ-də saat 21:10-21:45 müddətində onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki köynəyinin altından tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 95,0 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana bir ədəd sellofan torbada aşkar edilərək götürülmüşdür. Bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən, Xaçmaz Rayon Məhkəməsinin hökmünün, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarının və Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsindən verilmiş 20 oktyabr 2021-ci il tarixli 428 saylı arayışın surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 28 dekabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1 və 335.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən 08 (səkkiz) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına; həmin məhkəmənin 01 aprel 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən 10 (on) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına; həmin məhkəmənin 24 iyul 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 62 və 69.3-cü maddələrinə əsasən 384 saat ictimai işlər cəzasına; Xaçmaz Rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli 1(067)-15/2018 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2018-ci il tarixli qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli hökmü dəyişdirilərək üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəza 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilmişdir. Sınaq müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır; Xaçmaz Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli 1(067)-82/2018 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin məhkəmənin 01 oktyabr 2021-ci il tarixli 7(067)-25/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində Xaçmaz Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli 1(067)-82/2018 nömrəli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 46 (qırx altı) günü əvvəli 27 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsində çəkmiş və 20 oktyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Xaçmaz RİHB-nın Qaraçı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs subaydır və heç bir yerdə işləmir. Yaşadığı kəndin ictimai-siyasi həyatında yaxından iştirak edir, kənd sakinləri və qonşular arasında hörmət vardır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını, eləcə də təqsirləndirilən şəxsin bundan əvvəl bir neçə dəfə məhkum olunmasını, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzadan yayınması halını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 02 iyun 2021-ci il tarixli protokoldan və şəxsin müvəqqəti saxlama yerindən azad olunmasına dair 04 iyun 2021-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olma müddəti, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 1(067)-166/2021 saylı qərarından və Xaçmaz RPŞ-nin “Axtarışda olan şəxsin tutulması barədə” 09 yanvar 2022-ci il tarixli protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində 14.12.2021-ci il tarixdə axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş və o, 09 yanvar 2022-ci il tarixdə tutularaq həbs edilmişdir. Bununla da Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 26 oktyabr 2021-ci il tarixli, 4157 №-li ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş 95,0 qram qurudulmuş marixuanadan tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 94,95 qram təşkil edir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş 95,0 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə 94,95 qram təşkil etmiş qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra çəkisi 94,95 qram təşkil etmiş qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (03 ədəd videofayl) köçürüldüyü bir ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra çəkisi 94,95 qram təşkil etmiş qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (03 ədəd videofayl) köçürüldüyü bir ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar