Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-24/2023 06.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs nüməndəsi-vəkili Nümayəndə2, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi3 iştirakı ilə xx xxxx 1959-cu ildə Quba rayonunun Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Cığatay kəndində qeydiyyatda olan və yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 11 iyun 2022-ci il tarixdə, saat 12 radələrində Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində olmaqla həmin kənddən cənub istiqamətində 350 metr aralı məsafdə yerləşən Şahid4 istifadəsində olan mübahisəli bağ sahəsində gilas yığarkən həmin bağ sahəsinə gəlmiş Zərərçəkmiş şəxs onu meyvə yığmasına mane olmaq üçün ağacdan çəkib yerə yıxaraq əlləri ilə boğazından sıxması ilə bağlı aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs həmin bağın ərazisindən kənara çıxarmaq istəmiş, Zərərçəkmiş şəxs özünü yerə yıxaraq bağın ərazisindən çıxmaması səbəbindən sonuncunu saçından dartıb yerlə sürüməklə və həmin vaxtı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən sonuncunun ənsə nahiyəsindən sağ əli ilə bir dəfə vurmaqla Zərərçəkmiş şəxs sol əl, qarın, sol kürək və sağ bud nahiyələrinin qançırları, sol əl, hər iki said, sağ bazu, sağ ayağın ön səthi, sağ bayır topuq, sağ diz, sol baldır və sol bud nahiyələrinin sıyrıqları kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən, habelə ənsə nahiyəsinin hematoması kimi qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı iş üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onlar hadisənin baş verdiyi bağa fəhlə kimi gilas yığmaq üçün səhər saat 05-də getmişlər. Onlar həmin bağa gedib-gəlmək üçün taksiyə adambaşına 05 manat olmaqla, 20 manat pul vermişlər. Taksi onları bağda düşürərək çıxıb gedir, axşam saatlarında isə gəlib onları bağdan götürərək aparır. O, hadisə vaxtı həmin bağda ağacdan fəhlə olaraq meyvə yığdığı zaman digər fəhlələrin qışqıraraq “bir arvad gəlib bizi qovur buradan” demələrini eşitmiş, hamı qaçmış, o isə ağacda qalmışdır. Çünki o, ağaca nərdivanla qalxaraq ağaca çıxmış və o, ağacdan düşə bilməmişdir. O, ağacdan asta-asta düşəndə Zərərçəkmiş şəxs onu tutub döymüş və ona demişdir ki, “sizi kim qoyub bura gilas yığmağa?!” O isə demişdir ki, “bala, mən nə bilim, məni bura gətiriblər ki, buradan gilas yığım. Mən haradan bilim, mən heç yeri tanımıram”. Sevil onu boğmağa başlamış, boğanda qızlar gələrək onu Sevilin əlindən almış və ona su vermişlər, bundan sonra o özünə gəlmişdir. O, zərərçəkmiş şəxsin bağında olmamış, sonuncunun evinə, bağına getməmiş, oğurluq etməmiş, zərərçəkmiş şəxs özgənin bağına gəlib onu döyərək boğmuş, lakin o, təqsirləndirilir. Zərərçəkmiş şəxs “bura mənim yerimdir, çıx get buradan, mənim yerim, mənim ağacımdır” demişdir. O, zərərçəkmişə deyəndə ki, yerin yiyəsi var, zərərçəkmiş onu yerə yıxaraq boğmağa başlamış, o, yaşlı qadındır, zərərçəkmişə gücü çatmamışdır. Həmçinin bildirdi ki, o, Zərərçəkmiş şəxs döyməmiş, əksinə, sonuncu onu döymüşdür. O və digər fəhlə qadınlar Sevili yalnız tutaraq sürütləyərək bağdan çölə çıxarmışlar ki, onlara çörək pullarını qazanmağa mane olmasın. O, zərərçəkmiş şəxsi əvvəllər tanımamışdır. Hadisə zamanı bağda təxminən 5-6 nəfər olmuşdur. Sevil onu boğanda iki nəfər qadın fəhlə gələrək ayırmışlar, onlarla bağda kişi fəhlələr olmamış, Sevilin yanında isə bir nəfər cavan oğlan olmuş, həmin kişidən başqa digər kişi olmamış, hamı qaçaraq getmişdir. O, Sevilin necə xəsarət almasını bilmir. Onun yanında olan qadınlar Sevili döyməmişlər. Hadisə zamanı bağın sahibi İmran orada olmamış, ora sonradan, gec gəlmişdir, o, İmranı hadisə zamanı görməmişdir. Hadisə baş verən vaxt ora polislər gəlmiş, lakin nə vaxt gəldiklərini xatırlamır. O, ağacda olmuş, Sevil onu yerdə, ağacın ətəyində gözləmiş, o, ağacdan düşərək ayağını yerə qoymamış Sevil onu tutaraq yerə yıxmış, boğmağa başlamış, hamı qaçdığından yanlarında kimsə olmamış, o, kömək üçün qışqırmışdır. Hadisə vaxtı onun oğlu Murad onun yanında olmamışdır, ümumiyyətlə hadisə vaxtı onların yanında heç bir kişi olmamışdır, yalnız üç nəfər qadın olmuşdur. Onun mobil telefonu olmamışdır, başqa qadınlar da kiməsə zəng etmək üçün telefonlarını verməzlər, buna görə də o, hadisə ilə bağlı heç yerə zəng etməmişdir. Onun oğlu Murad, bəlkə də, bağda olmuş və görmüşdür, lakin o, Muradı orada görməmişdir. O, İmranın bağında bir kiloqramını qırx qəpik olmaqla gilas yığmış, İmran da yığdığı gilasın çəkisinə uyğun ona zəhmət haqqısını vermiş, onun həmin bağda başqa bir xidməti olmamış, bağı mühafizə etmək kimi bir işi olmamış, İmran ona Sevili bağdan çölə çıxarmaq kimi hansısa göstəriş, xahiş etməmişdir. Sevil hadisə vaxtı özü-özünü vurmuş, özünü yerə vuraraq yerdə çabalamışdır, onun Sevili vurmağa gücü çatmamışdır. O, iş üzrə zərərçəkmiş şəxsi vurmamış, əksinə, sonuncu onu vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Cığatay kəndində yaşayır. O, Bakı şəhərində yaşayan Şahid4 təxminən 10 il olar ki, tanıyır. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində İmranın özünə məxsus bağ sahəsi var və həmin bağ sahəsində bütünlüklə gilas ağacları əkilmişdir. Təxminən 10 il olar ki, o, mövsümi olaraq gedib Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində işləyir. Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsi ön və sol yan tərəfdən tor hasarla əhatə olunmuşdur. Əvvəlcə 2022-ci ilin fevral ayında oğlanları Murad və Vaqiflə birlikdə Gödəkli kəndinə gedib İmrana məxsus bağ sahəsində əkilmiş gilas ağaclarını budayaraq diblərini belləmişlər, sonrakı günlərdə isə həmin bağ sahəsində təmizlik işləri apararaq ağacları sulamışlar. 2022-ci ilin iyun ayının əvvəllərində İmran oğlu Murada zəng vurub demişdir ki, Gödəkli kəndinə gəlib onun bağ sahəsində olan gilas meyvəsini yığsınlar. Bu səbəbdən də 11 iyun 2022-ci il tarixdə, saat 05 radələrində oğlu Muradla birlikdə Gödəkli kəndi ərazisində olan İmrana məxsus bağ sahəsinə getmişlər ki, ağaclardan gilas meyvəsi yığsınlar. İmrana məxsus bağ sahəsində gilas meyvəsi yığarkən Yeganə və Ramilə adlı qadınlar da İmrana məxsus bağ sahəsinə gəlib meyvə yığmışlar. Həmin gün təxminən saat 07 radələrində tanımadığı bir qadın, yəni həmin vaxt adını bildiyi Sevil İmrana məxsus bağ sahəsinə gəlib İmranı söyüb təhqir edərək demişdir ki, o, bağda olan gilası yığdıra bilməz. Sonra İmrana məxsus bağ sahəsinə polis əməkdaşları gəlmişlər və onlar meyvə yığdıqları bağ sahəsinin İmrana məxsus olduğunu bildirmişlər. Sevil isə polis əməkdaşları ilə razılaşmadıqda onlar Sevillə İmranı polis şöbəsinə dəvət etmişlər. Bundan sonra İmranla Sevil polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişlər, onlar isə bağda dayanıb gözləmişlər. İki saata yaxın vaxt keçdikdən sonra İmran qayıdıb öz bağ sahəsinə gəlmiş və onlar İmrana məxsus bağ sahəsində gilas yığmışlar. Həmin gün təxminən saat 12 radələrində o, İmrana məxsus bağ sahəsində olan ağaclardan birinə çıxıb meyvə yığarkən Sevil yenidən İmrana məxsus bağ sahəsinə gəlib ona «qəhbə» deyərək ağacdan düşməsini tələb etmişdir. O, ağacdan düşmək istəyəndə Sevil onun saçından tutub dartmış və o, ağacdan yerə yıxılmışdır. Bundan sonra da Sevil sakitləşməyib əlləri ilə onun boğazından tutub sıxmağa və təpiklə bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışdır. O, qışqırıb Yeganə ilə Ramiləni köməyə çağırmış və onlar gəlib onu Sevilin əlindən almışlar. Onlar Sevilə çörək qazanmaq üçün gəldiklərini, meyvə yığmalarına imkan verməsini, bağdan çıxıb getməsini desələr də, Sevil onları meyvə yığmağa qoymayacağını bildirmiş, o, Ramilə və Yeganə Sevilin qolundan tutub bağdan çıxarmağa çalışmışlar ki, sonuncu onların meyvə yığmalarına mane olmasın. Sevil isə meyvə ağaclarından tutmaqla və yerə yıxılmaqla çalışmışdır ki, onlar onu bağdan çıxara bilməsinlər. Nə qədər cəhd etsələr də, Sevili bağdan çıxara bilməmişlər, bundan sonra Ramilə ilə Yeganə Sevilin qollarından tutub çəkmişlər, o isə Sevilin saçından tutub çəkmişdir. Sevili bağdan çıxararkən sonuncu onu söymüş, o da sağ əli ilə bir dəfə onun ənsə nahiyəsinə vurmuş və onlar Sevili bağdan kənara çıxarıb bağın giriş qapısını bağlamışlar. Sevil əvvəlcə özünü qapıya çırpıb bağın ərazisinə daxil olmaq istəmiş, onlar qapını arxadan tutub saxladıqları üçün Sevil qapını aça bilməmiş və sonuncu yerdən daş götürüb onların istiqamətində atmışdır. Sevilin atdığı daşların onlara dəyib xəsarət yetirəcəyindən ehtiyat etmişlər və oradan uzaqlaşıb getmişlər. Sonra polis əməkdaşları gəlmişlər və onlar meyvə yığmayıb evə getmişlər. Həmin hadisə zamanı X31 vurmamışlar. İmranla Murad kənarda dayanıb onlara yaxınlaşmamışlar. O, Ramilə və Yeganə birlikdə Sevili bağın ərazisindən çıxarmışlar. Sevilin İmran barəsində göstərdikləri yalandır. Sevil İmranı şərləməyə çalışır. Sevil bədəni üzərində olan xəsarətləri onlar onu bağ sahəsindən çıxarmağa çalışarkən almışdır. Onlar Sevilin əlindən mobil telefon almamışlar və Sevilin qolbağının, sırğasının bir tayının, yaşadığı evin açarlarının düşüb itməsindən onun məlumatı olmamışdır. Ona elə gəlir ki, Sevil bilərəkdən onlara böhtan atır. Çünki Sevil öz mobil telefonu ilə çəkdiyi video görüntüləri və səs yazılarını təhqiqat araşdırması zamanı təhqiqatçıya təqdim etmişdir. Əgər Sevilin mobil telefonu əlindən alınmışdırsa, bəs onda o, həmin hadisə zamanı çəkdiyi video görüntüləri və səs yazılarını haradan əldə edib təhqiqatçıya təqdim etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hazırkı cinayət işi üzrə baş vermiş hadisə onunla Şahid4 arasında olan hadisənin baş verdiyi bağın yerləşdiyi torpaq sahəsi ilə bağlı mübahisədən qaynaqlanmışdır. Həmin torpaq sahəsi ilə bağlı onların arasında məhkəmə işləri də olmuşdur. O, həmin bağ sahəsinə qış aylarında da gedəndə Şahid4 hər dəfə ona bağa gəlməsinə maneələr yaratmış, dəfələrlə DİN-nin 102 xidmətinə zəng etmişdir. Hadisənin baş verdiyi xx.xx.2022-ci il tarixədək də o, həmin bağ sahəsinə övladları ilə, yoldaşı ilə, atası ilə gedib-gəlmişdir. 11 iyun 2022-ci il tarixdə, səhər təxminən saat 6-7 radələrində o, atası ilə həmin bağ sahəsinə getdikdə görmüşdür ki, bağın qarşısında artıq Şahid4 və bir neçə digər avtomobillər var, həmin torpaq sahəsinin qarşısında həmçinin bir neçə PPX-nin polis əməkdaşları olmuşdur. Ona sonradan məlum olmuşdur ki, İmran 102 xidmətinə zəng edərək həmin polis əməkdaşlarını əvvəlcədən çağırtdırmış və onları “təlimatlandırmışdır”. O yaxınlaşaraq bağa keçmək istədikdə polis əməkdaşları ona bildirmişlər ki, bu torpaq sahəsi mübahisəlidir, bundan polis rəisinin, nazirin də məlumatı vardır və ondan sənədlərini istəmişlər. O yenə də sənədləri təqdim edərək göstərmişdir ki, həmin torpaqla bağlı qətnamə, icra vərəqəsi vardır. O, həmin sənədləri polis əməkdaşına təqdim etdiyi vaxt təqsirləndirilən şəxs onun üzərinə hücum etmiş, bu zaman Şahid4 da, təqsirləndirilənin oğlu da onun ünvanına təhqiredici ifadələr işlətməyə başlamışlar. Bahadırın onun ünvanına dediyi sözləri təqsirləndirilən şəxs də ona qarşı təkrarlamış, bu vaxt o, təqsirləndirilən şəxsə irad bildirməklə bura niyə gəldiyini soruşmuş, sonuncu işləmək üçün gəldiyini, lakin onun ona işləməsinə maneçilik yaratdığını demiş, o isə təqsirləndirilənə mane olmadığını, gedib işini davam etdirməsini, yığacağı gilasın pulunu da o özü verəcəyini, onun mübahisəsinin İmranla olduğunu bildirmişdir. Lakin təqsirləndirilən şəxs ona qarşı öz hərəkətlərini davam etdirmiş, o, orada olan polis əməkdaşından həmin halı aktlaşdırmasını xahiş etmiş, lakin aktlaşdırılmamışdır. O, İmranla söhbət etdiyi müddətdə təqsirləndirilən şəxs və sonuncunun oğlu onların söhbətlərinə müdaxilə etmişlər. Polis əməkdaşları ilə danışdıqdan sonra sonuncular polis şöbəsi ilə əlaqə saxlamışlar, onların sənədlərlə şöbəyə gələrək orada araşdırmalarını bildirmişlər. O və İmran hərə öz avtomobili ilə Xaçmaz RPŞ-yə gedərək polis rəisinin yanında olmuşlar, polis şöbəsində İmran bağ sahəsinin kimə məxsus olması barədə aydınlaşdırmada iştirak etmək istəmədiyini, həmin bağın onun özünə məxsus olduğunu deyərək qalxıb şöbədən çıxıb getmişdir. O da polis şöbəsindən çıxaraq təxminən saat 12 radələrində yenidən bağa gəlmiş, İmran da artıq bağda olmuş, atası da bağda onu gözləmişdir. Atası gilas meyvəsi yığdırmaq üçün dörd-beş nəfər fəhlə gətizdirmiş, o da bağa daxil olaraq atasının fəhlələrlə olduğu bağın aşağı hissəsinə getməyə başlamış və görmüşdür ki, İmran və yanında yeddisəkkiz nəfər onun arxasınca gəlir. İmran onların gətirdiyi fəhlələrə hücum edərək burada gilas yığmamalarını, bağın ona məxsus olduğunu demiş, fəhlələri tutaraq dartışdıranda sonuncular qaçaraq getmişlər. Bütün bunlar baş verərkən İmran, o, fəhlələr videoçəkiliş etmişlər. Həmin vaxt təqsirləndirilən şəxs onun üzərinə gələrək ondan bağdan çıxmasını tələb etmiş, həmin vaxt həmçinin orada digər qadınlar da olmuş, Namiq, Fəxrəddin də olmuş, İmran ətrafa baxaraq polis əməkdaşlarının olmadığını görüb onun üçün işləyən şəxsləri də onların dayandığı yerə çağırmışdır. O, başa düşmüşdür ki, bu, planlaşdırılmış bir işdir, yaşlı qadını, yəni təqsirləndiriləni də qabağa vermişlər ki, o, xəsarət yetirsin və bununla da onu torpaq sahəsindən imtina etməyə məcbur etsin. O da onların oyununu başa düşərək heç kimə xəsarət yetirməmiş və onlar onu dartışdırmağa, sürüməyə başlamışlar, bu zaman onun əlindəki telefon yerə düşmüşdür. Həmin vaxt onda iki ədəd telefon olmuş, onlardan biri ilə videoçəkilişlə hadisənin başlanğıc hissələrini çəkmişdir. İbtidai istintaqda ifadə vermiş şahidlər İmran üçün fəhlə işləyən şəxslər olmuş, onlar hamı eyni məzmunlu ifadələr verərək ifadələrində göstərmişlər ki, guya o, təqsirləndirilən şəxsi yıxaraq əlləri ilə boğmuşdur. Əgər onun təqsirləndiriləni boğması barədə sübutları varsa təqdim etsinlər. Onun istintaqa təqdim etdiyi DVD diskdə hadisənin necə baş verməsi öz əksini tapmışdır. Hadisə vaxtı bağ sahəsində onu vuraraq xəsarətlər yetirmişlər, telefonunun birini əlindən almışlar, sırğasının biri, qolbağı düşərək itmişdir. Sonra isə o, 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, həmçinin yoldaşına zəng edərək hadisə barədə bildirmişdir. Yoldaşı Nabranda olduğundan hadisə yerinə bir qədər gec gəlmiş, gələrək ona içməsi üçün su verərkən təqsirləndirilən şəxs ərinin də üzərinə hücum etmiş, hücum edərək də özü qışqıraraq “məni döyürlər” demişdir. İmrangil tərəfindən təqdim edilmiş videogörüntülər kəsilərək təqdim edilmişdir. Onun qeydə aldığı səs yazılarından birində də görünür ki, İmran “onun əlindən telefonu alın” demişdir. Həmçinin bildirdi ki, o, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, o, həmin ifadəsində yaşlı qadın dedikdə iş üzrə Təqsirləndirilən şəxs nəzərdə tutmuşdur. O, təqsirləndirilən şəxsi ağacdan, nərdivandan düşürməmişdir. Hadisə vaxtı ona üç nəfər qadın hücum etmiş, Namiq, Fəxrəddin də hücum etmişdir. Əvvəlcə təqsirləndirilən şəxs və digər bir qadın ona hücum etmişlər, təqsirləndirilən şəxs onun qollarından və saçından dartmışdır. Təqsirləndirilən şəxs yerdə onun sinəsinin üzərində oturaraq başından vurmuşdur. Orada olan digər qadınlar onu yalnız sürüməmişlər, həmçinin onu təpiklə vurmuşlar, qollarından tutub dartmışlar. O, hadisə zamanı qarşı tərəfə müqavimət göstərərək xəsarət yetirməmişdir, çünki onların sayı çox olmuş, o isə tək olmuşdur. İmran isə hadisə zamanı onu təpiklə, əlindən isə taxta parçası ilə vurmuşdur. Həmin bağ sahəsindəki ağacları onun vəfat etmiş qardaşı əkmiş, sonra İmran həmin bağ sahəsini zəbt etdiyindən 2013-2014-cü ildən sonuncu ilə qardaşı arasında torpaqla bağlı mübahisə yaranmış, 2018-ci ildə qardaşı vəfat etdikdən sonra isə onun həmin torpaqla bağlı İmranla mübahisələri olmuş, İmran 2013-2014-cü ildən həmin bağ sahəsini zəbt edərək orada olan ağclara qulluq etməyə başlamışdır. Zərərçəkmiş şəxs məhkəmə çıxışını yazılı şəkildə məhkəməyə təqdim edərək, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, iş üzrə verdiyi mülki iddianın təmin edilməsini, təhqiqatçı Elvin barəsində və müstəntiq Hafiz barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, ev 69/71, mənzil 85-də yaşayır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür və fərdi qaydada fəaliyyət göstərir. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 24 iyun tarixli 08 nömrəli qərarı ilə Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində mərhum qardaşı X3, qardaşı arvadı X4 və onların üç övladlarına 2,87 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin bir hissəsinə əvvəllər qardaşı Rəşid tərəfindən gilas və fındıq qələmləri əkilmişdir, digər hissəsinə isə meyvə ağacları əkilməmişdir. 2006-cı ildə Xatirə qardaşı Rəşiddən ayrılmış, 2011 və ya 2012-ci illərdə isə o, bilmişdir ki, Xatirə Gödəkli kəndi ərazisində olan 2,87 ha torpaq sahəsini bütünlüklə Bakı şəhər sakini Şahid4 istifadəsinə verib. Həmin illərdə İmran Xaçmaz şəhərində yaşamışdır və torpaq alqı-satqısı ilə məşğul olmuşdur. Qardaşı Rəşid sağlığında Xatirədən nəyə görə özlərinə məxsus torpaq sahəsini İmranın istifadəsinə verdiyini soruşmuş, Xatirə də ona demişdir ki, İmran onlara məxsus torpaqdan istifadə etdiyi üçün ona pul verir, o da həmin pulla uşaqlarını saxlayır. 2016-cı ildə qardaşı Rəşid bilmişdir ki, oğlu Camala məxsus 0,57 ha torpaq sahəsini İmran saxta dövlət aktı əsasında Məhəd adlı şəxsin adına, qalan 2,30 ha torpaq sahəsini isə öz adına keçirib. Qardaşı Rəşid bunu bildikdən sonra özünə çatacaq hissəni, yəni 0,57 ha torpaq sahəsini İmrandan geri tələb etmiş, İmran isə 0,57 ha torpaq sahəsini qardaşı Rəşidə qaytarmaqdan imtina etdiyi üçün 2017-ci ildə qardaşı Rəşidin verdiyi etibarnamə əsasında atası Xaçmaz rayon məhkəməsində iddia qaldırmış və Xaçmaz rayon məhkəməsi tərəfindən atasının iddiası təmin olunaraq Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən və mülkiyyət hüququ ilə qardaşı Rəşidə məxsus olan 0,57 ha torpaq sahəsinin Şahid4 qanunsuz sahibliyindən alınaraq qardaşı Rəşidə verilməsi barədə 17 oktyabr 2017ci il tarixli qətnamə qəbul olunmuşdur. İmran Xaçmaz rayon məhkəməsinin qətnaməsindən Apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya məhkəməsində işə baxılarkən məlum olmuşdur ki, İmran qardaşı Rəşidə və ailə üzvlərinə aid olan torpaq sahəsi ilə bağlı öz adına çıxarış alıb. Onlar bunu bildikdən sonra həmin çıxarışın ləğv olunması ilə bağlı Xaçmaz rayon məhkəməsində iddia qaldırmışlar və Xaçmaz rayon məhkəməsinin 03 sentyabr 2018ci il tarixli qətnaməsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İmranın adına verilmiş çıxarış ləğv edilmiş və qardaşı Rəşidin mülkiyyətində olan 0,57 ha torpaq sahəsinin İmranın qanunsuz sahibliyindən alınıb atasına verilməsi ilə bağlı məhkəmənin qətnaməsi icra olunmasından ötrü Xaçmaz rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. 2018-ci ilin aprel ayında qardaşı Rəşid xəstəlikdən vəfat etmiş, ancaq sonuncu vəfat etməmişdən əvvəl öz adına olan əmlakı atasına vəsiyyət etmişdir. 08 yanvar 2020-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsinin əməkdaşları onun atasının, İmranın və Reyestr Xidmətinin mütəxəssisinin iştirakı ilə Gödəkli kəndi ərazisində yerləşən 2,87 ha torpaq sahəsini ölçərək şimal hissədən 0,57 ha torpaq sahəsini atası Balasoltana təhvil vermişlər və bununla bağlı Xaçmaz rayon İcra və Propasiya şöbəsinin icra məmuru Vidadi Dadaşov tərəfindən akt tərtib edilmişdir. Lakin sonradan İmran həmin torpaq sahəsindən onun atasının istifadə etməsinə icazə verməmiş və bununla bağlı atası bir daha icra məmuruna şikayət etmişdir. 2021-ci ilin avqust ayında həmin torpaq sahəsi yenidən mütəxəssisin iştirakı ilə ölçülüb şimal hissədən 0,57 ha torpaq sahəsi atası Balasoltana təhvil verilmişdir və bununla bağlı plan-sxem də tərtib olunmuşdur. Buna baxmayaraq sonrakı müddətdə İmran yenə də həmin toraq sahəsindən onun atasının istifadə etməsinə imkan verməmişdir. Bir müddət keçdikdən sonra isə İmran Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsindən arayış alıb Xaçmaz rayon İcra və Probasiya şöbəsinə təqdim etimişdir ki, şimal hissədən ölçülüb onun atasına təhvil verilmiş 0,57 ha torpaq sahəsi arvadı Səfurə Bahadırovanın mülkiyyətindədir. Xaçmaz rayon İcra və Propasiya şöbəsinin icra məmuru Vidadi Dadaşov da həmin arayışı əsas götürərək Xaçmaz rayon məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli 2(067)-4435/2017 saylı icra vərəqəsinin icra olunmasının mümkün olmaması qənaətinə gələrək icra vərəqəsini Xaçmaz rayon məhəkəməsinə qaytarmışdır. Xaçmaz rayon İcra və Propasiya şöbəsinin icra məmuru Vidadi Dadaşov tərəfindən qəbul olunmuş həmin qərardan atasının nümayəndəsi olaraq o özü Xaçmaz rayon məhkəməsinə şikayət vermiş, lakin onun şikayəti təmin olunmayaraq icra məmuru Vidadi Dadaşov tərəfindən qəbul olunmuş qərar qüvvədə saxlanılmışdır. 10 iyun 2022-ci il tarixdə o, əri İsmayılla birlikdə Xaçmaz rayonu, Nabran kəndinə gəlib gecəni həmin kənddə qalmışdır. 11 iyun 2022-ci il tarixdə, təxminən saat 06 radələrində atası ona zəng vurub demişdir ki, mübahisəli torpaq sahəsindədir, İmrangil bağda olan gilas meyvəsini yığırlar, o, həmin bağ sahəsinə gəlsin. Atası ilə danışdıqdan sonra İsmayıla demişdir ki, zəng vuran atasıdır, onu çağırır. Bundan sonra o, Gödəkli kəndinə getmiş, İsmayıl isə Nabran kəndində qalmışdır. Gödəkli kəndinə gəlib atası ilə görüşmüş və onlar mübahisəli bağ sahəsinə gələndə görmüşlər ki, İmran, Namik, Fəxrəddin, Murad, tanımadığı iki nəfər qadın və 4-5 nəfər polis əməkdaşları bağda dayanıb söhbət edirlər. Onunla atası bağın giriş qapısına yaxınlaşanda orada olan polis əməkdaşları onlara demişlər ki, onlar bağa daxil ola bilməzlər. Səbəbini soruşduqda isə polis əməkdaşları ona bildirmişlər ki, mübahisəli bağ sahəsi İmrana məxsusdur, həmin bağ sahəsinin onlara aidiyyəti yoxdur. O, polis əməkdaşları ilə razılaşmadıqda onlar onunla İmranı Xaçmaz RPŞ-nə dəvət etmişlər. O isə onlara demişdir ki, İmranın gətirdiyi fəhlələr meyvə yığmasınlar, fəhlələri bağdan çıxarsınlar, ondan sonra o, Xaçmaz RPŞ-nə getsin. Polis əməkdaşları əvvəlcə onunla razılaşmamışlar, sonra isə onun təklifi ilə razılaşmışlar və həmin anda orada olan yaşlı qadın onun üstünə gələrək əl-qol atıb onu münaqişəyə cəlb etməyə çalışmış, o isə ona əhəmiyyət verməyərək polis əməkdaşlarına demişdir ki, həmin qadının hərəkətlərini aktlaşdırsınlar. Lakin bununla bağlı heç bir sənədləşmə aparılmamış və onunla İmran polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmişlər. Xaçmaz RPŞ-də olarkən rəis müavini Faiq müəllim onları qəbul etmiş və o öz fikirlərini bildirdikdə İmran onu dinləmək istəməyərək otaqdan çıxıb getmiş, ondan sonra isə o özü Xaçmaz RPŞ-dən çıxıb Gödəkli kəndinə mübahisəli bağ sahəsinə getmişdir. Təxminən saat 12 radələrində mübahisəli bağ sahəsinə çatanda görmüşdür ki, İmran, Fəxrəddin, Namiq, Qəhrəman, Murad, Muradın anası, tanımadığı başqa bir nəfər kişi və üç nəfər polis əməkdaşları bağın girişində dayanıb söhbət edirlər. O, onlara yaxınlaşanda Asif adlı polis əməkdaşı ona demişdir ki, mübahisə həllini tapanadək heç kim bağdan meyvə yığmasın. O, onunla razılaşmayaraq mübahisəli bağ sahəsinin şimal tərəfinə getmişdir ki, atasının göndərdiyi fəhlələrin meyvə yığıb-yığmadıqlarına baxsın. Təxminən 100 metrə yaxın getdikdən sonra çevrilib arxaya baxanda görmüşdür ki, İmran, Fəxrəddin, Murad, Namik arxasınca gəlirlər. İmran atasının göndərdiyi fəhlələrin üstünə gedəndə o, ona demişdir ki, uşaqlarla işin olmasın. Bundan sonra atasının göndərdiyi üç nəfər fəhlə bağdan çıxıb getmişlər. Atasının göndərdiyi fəhlələr getdikdən sonra orada olan tanımadığı iki nəfər qadın onun üstünə gəlib qollarından tutaraq onu yerə yıxıb bağdan çıxarmağa çalışmışlar. O, bağdan çıxmaq istəməyəndə İmran «gəlin» deyərək bağda olan digər şəxsləri çağırmışdır. İmranın sözündən sonra orada olan Namik, Fəxrəddin, Murad yaxınlaşıb qollarından tutaraq onu yerdə sürüyüb bağdan çıxarmağa çalışmışlar. Onlar onu yerdə sürüyüb bağdan çıxarmağa çalışarkən yumruqla və təpiklə onun başına və bədəninin müxtəlif nahiyələrinə vurmuşlar. O, onlara «buraxın gedirəm» demiş, onlar onu buraxanda isə o öz mobil telefonu ilə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq demişdir ki, «məni öldürürlər». Halsız vəziyyətə düşdüyü üçün o, mübahisəli bağ sahəsində olan ağaclardan birin altında oturub bir qədər özünə gəlmişdir. O, bağdan çıxmaq istəməyəndə İmran həmin qadınlara demişdir ki, onu sürüyərək bağdan çıxarsınlar. İmranın sözündən sonra bağda olan üç nəfər qadın qollarından və saçından tutub onu bağdan çıxarmaq üçün yerdə sürümüşlər. Qadınlar onu yerdə sürüyərkən demişlər ki, bunu bıçaqla öldürmək, erməniyə vermək lazımdır. Qadınlar bir qədər onu yerdə sürüdükdən sonra o, onlara demişdir ki, buraxın gedirəm. Qadınlar onu buraxanda o öz mobil telefonu ilə ikinci dəfə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub döyülməsi barədə məlumat vermişdir. Bundan sonra da həmin qadınlar qolundan və saçından tutub onu yerdə sürümüşlər və o, əri İsmayıla zəng vurub demişdir ki, bağda onu öldürürlər, özü köməyə gəlsin. Bir qədər keçdikdən sonra İsmayıl olduqları yerə gəlib ona demişdir ki, o özü də DİN-in 102 xidmətinə zəng vurmuşdur. Həmin vaxt bağda olan qadınlar İsmayılın üstünə hücum çəkəndə o, İsmayıla demişdir ki, «qaç buradan uzaqlaş, səni vura bilməsinlər, get polis əməkdaşlarını gətir». İsmayıl gedəndən sonra da həmin qadınlar onu yerdə sürüyərək bağın girişində olan qapının yaxınlığına gətirmişlər. Qapının yaxınlığında olarkən cavan qadınlar onun qolarından tutmuşlar, yaşlı qadın isə sinəsinin üstündə oturub bir əli ilə onun saçından dartmış, digər əli ilə isə başına vurmuşdur. Həmin vaxt orada olan kişilərdən hansısa birinin «bunun damarını kəsəcək» deməsini eşitmişdir. Yaşlı qadın onun sinəsinin üstündə oturub bir qədər yumruqla başına vurduqdan sonra onlar onu sürüyərək bağdan kənara çıxarmışlar, o da gedib halsız vəziyyətdə bağın girişində oturmuşdur. Təxminən 5-10 dəqiqə bağın girişində oturub özünə gəldikdən sonra ayağa durub bağa daxil olmuşdur. Bağın ərazisinə daxil olduğunu görən qadınlar gəlib onun «Samsung Note 20» markalı mobil telefonunu əlindən almışlar və onu yerə yıxıb sürüyərək bağdan kənara çıxarmışlar. Bir neçə dəqiqə keçdikdən sonra İsmayıl onun yanına gəlib nəyə görə telefonu söndürdüyünü soruşmuş, o da ona demişdir ki, bağda olan qadınlardan biri onun mobil telefonunu əlindən almışdır. Həmin vaxt o, bilmişdir ki, qadınlar onu yerə yıxıb sürüyərkən qulağında olan sırğanın bir tayı, qolunda olan qolbağı və yaşadığı evin açarları da düşüb itib. Sonra olduqları yerə təhqiqatçı Elvin gəlmiş və sonuncu onların arasında olan məsələnin mülki məsələ olduğunu bildirərək onun adından döyülməsi ilə bağlı ərizə yazmış, o da onun yazdığı ərizəni imzalamışdır. O, əri İsmayıla özünü yaxşı hiss etmədiyini bildirmiş, İsmayıl da zəng vurub bu barədə təcili-tibbi yardıma məlumat vermişdir. Bir müddət keçdikdən sonra olduqları yerə təcili-tibbi yardım avtomobili gəlib onu Xaçmaz RMX-na gətirmişdir. Xəstəxanada həkimlər ona tibbi yardım göstərdikdən sonra o, evə buraxılmışdır. Evdə olarkən o, Xaçmaz RPŞ-nin rəisinə zəng vurub döyülməsi barədə məlumat vermişdir. Həmin gün təhqiqatçı Şahid8 yaşadığı evə gəlib ondan izahat alanda o, bilmişdir ki, şikayət ərizəsinin araşdırılması ona həvalə olunub. Təhqiqatçı Şahid8 ondan izahat aldıqdan sonra onun qəbul etdiyi qərar əsasında o, məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Həmin hadisə zamanı İmran təpiklə onun qarın nahiyəsinə və sağ ayağına vurmuş, Fəxrəddinlə Murad onun qollarından tutaraq sıxmışlar, yaşlı qadın onun sinəsində oturub saçından dartaraq yumruqla başına, qarnına, Namiq isə yumuruqla onun sol əlinə vurmuş, sol əlinin üstündə və sağ ayağının üstündə olan kəsilmiş yaraları orada olan qadınlardan hansısa biri kəsici alətlə yetirmiş, digər sıyrıq xəsarətləri isə qadınlar onu yerdə sürüyərkən əmələ gəlmişdir. Adlarını qeyd etdiyi şəxslərin onu döyməsini orada olan Qəhrəman görmüşdür. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində baş vermiş həmin hadisə zamanı o, orada olan şəxslərdən heç birini vurmamışdır. Həmin vaxt o, ancaq özünü qorumağa çalışmışdır. Əlindən alınmış «Samsung Note 20» markalı mobil telefonun üzərində ***-***-**-** saylı nömrə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid X13 ifadəsində göstərdi ki, hazırkı cinayət işi üzrə hadisənin baş verdiyi gün onlar İmranın hadisənin baş verdiyi bağında fəhlə olaraq gilas yığmışlar. Zərərçəkmiş şəxs həmin bağa gələrək onların işləməsinə mane olmuş, onları təhqir etmiş, anası Məhbubənin üzərinə hücum etmişdir. O, aralıdan videoçəkiliş etmiş, yaxına gəlməmişdir ki, zərərçəkmiş onun üzərinə böhtan ataraq sonuncunu vurduğunu deməsin. Həmçinin bildirdi ki, o, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, həmin ifadə onun sözləri əsasında tərtib edilmişdir. O, İmranın bağında anası ilə birlikdə fəhlə olaraq gilas meyvəsi yığmışlar. Hadisə baş verən vaxt həmin bağda digər fəhlələr də olmuş, lakin o, həmin fəhlələri tanımamışdır. Onlar həmin bağa səhər tezdən getmişlər, Zərərçəkmiş şəxs bağa gələndə o, ağacda gilas yığmış, zərərçəkmiş bağa gələn kimi orada olan şəxləri söyərək təhqir etmiş, bağdan çıxmalarını tələb etmişdir. O, bağın sahibi üçün işləmiş, onun zəhmət haqqısını da bağın sahibi vermişdir, kənar kimsə niyə görə gəlib ona bağdan çıxmağı göstəriş verməlidir! Zərərçəkmiş şəxs onun anasını söyüb təhqir etsə də, sürüsə də, o, onlara yaxınlaşmamış, aralıdan telefonla videoçəkiliş etmişdir ki, sonra polis şöbəsinə təqdim edə bilsin. Həmin vaxt İmrangil onların yanında olmamış, bağın aşağı hissəsində olmuş, dava-dalaş olandan sonra onlara tərəf gəlmiş, lakin Sevilgilə yaxınlaşmayaraq aralıda dayanmışdır. Anasının Sevili vurmasını görməmişdir. Sevil ilə anasını o ayırmamış, digər qadınlar gələrək ayırmış, qadınlar Sevilin əl-qolundan tutuaraq bağdan çölə çıxarmışlar. İmran Sevili söyməmiş, həmçinin İmranla Sevilin qarşıdurması zamanı aralarında nə baş verdiyini bilmir. Nə o, nə də İmran Zərərçəkmiş şəxs qətiyyən yaxınlaşmamışlar. O, bağda mübahisə zamanı zərərçəkmiş şəxsin hər hansı əşyasını itirməsini görməmişdir. Hadisə yerinə polis əməkdaşları gəlmiş, lakin onların nə vaxt – hadisə baş verən zamanda, ya hadisədən sonra gəldiklərini xatırlamır. Sevili bağdan çölə çıxarmaq üçün İmran heç bir göstəriş verməmişdir. Zərərçəkmiş şəxs bağa gələndə o, bağın orta hissələrində ağacda gilas yığmışdır. Zərərçəkmiş şəxs onun anasını boğarkən o, köməklik etmədən videoçəkiliş etməsinin səbəbi zərərçəkmişin əməllərini polisə təqdim edərək sübut etmək üçün olmuş, həmçinin anasına kömək etmək üçün orada qadınlar olmuş, o, qadınların dalaşmasına qarışmaq istəməmişdir. O, hadisə zamanı Zərərçəkmiş şəxs sürüyərək bayıra çıxarmaq barədə deməsini sonuncunu bağdan çölə çıxarmaq mənasında demişdir. Zərərçəkmiş şəxsin hadisə zamanı guya sonuncunun hansısa əmlakını oğurlaması barədə dedikləri isə böhtandır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq dir. Şahid X7 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Cığatay kəndində yaşayır. O, Bakı şəhərində yaşayan Şahid4 təxminən iki il olar ki, tanıyır. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində İmranın özünə məxsus bağ sahəsi var və həmin bağ sahəsində bütünlüklə gilas ağacları əkilmişdir. İki il olar ki, o, mövsümi olaraq gedib Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində işləyir. Əvvəlcə 2022-ci ilin fevral ayında anası Məhbubə və qardaşı Vaqiflə birlikdə Gödəkli kəndinə gedib İmrana məxsus bağ sahəsində əkilmiş gilas ağaclarını budayaraq diblərini belləmişlər, sonrakı günlərdə isə həmin bağ sahəsində təmizlik işləri apararaq ağacları sulamışlar. 2022-ci ilin iyun ayının əvvəllərində İmran ona zəng vurub demişdir ki, Gödəkli kəndinə gəlib onun bağ sahəsində olan gilas meyvəsini yığsınlar. Bu səbəbdən də 11 iyun 2022-ci il tarixdə, saat 05 radələrində anası Məhbubə ilə birlikdə Gödəkli kəndi ərazisində olan İmrana məxsus bağ sahəsinə getmişlər ki, ağaclardan gilas meyvəsi yığsınlar. İmrana məxsus bağ sahəsində gilas yığarkən Yeganə və Ramilə adlı qadınlarda İmrana məxsus bağ sahəsinə gəlib meyvə yığmışlar. Həmin gün təxminən saat 12 radələrində o, İmrana məxsus bağ sahəsində olan ağaclardan birinə çıxıb meyvə yığmış, anası Məhbubə isə onun yaxınlığında olan başqa gilas ağacından meyvə yığmışdır. Həmin vaxt tanımadığı bir qadın, yəni sonradan adını bildiyi Sevil İmrana məxsus bağ sahəsinə gəlib onları təhqir edərək demişdir ki, gilas meyvəsi yığdıqları bağ sahəsi ona məxsusdur, meyvə yığmayıb ağacdan yerə düşsünlər. Onlar Sevilə onu tanımadıqlarını, meyvə yığdıqları bağ sahəsinin İmrana məxsus olduğunu bildirmişlər. Sevil isə onları dinləmək istəməmiş və söyüş söyərək tələb etmişdir ki, meyvə yığmayıb ağacdan yerə düşsünlər. O, da Sevilə demişdir ki, bağ sahəsi İmrana məxsusdur, onlar İmranın tapşırığı ilə meyvə yığırlar, nə sözü var İmrana desin. Sevil də ona söyüşlə cavab verərək üstünə gəlmiş və o, Sevilin onu şərləyə biləcəyindən qorxduğu üçün ağaçdan düşüb qaçaraq oradan uzaqlaşmışdır. Bir neçə dəqiqə keçdikdən sonra anasının «məni bunun əlindən alın» deyərək qışqırdığını eşidib bir qədər yaxınlaşanda görmüşdür ki, Sevil onun anasını yerə yıxıb əlləri ilə boğazından sıxaraq boğmağa çalışır. Sevilin onu şərləyə biləcəyindən qorxduğu üçün onlara yaxınlaşmamış və anasının qışqırıq səsinə gələn Ramilə ilə Yeganə anasını Sevilin əlindən almışlar. Ramilə ilə Yeganə Sevilə çörək qazanmaq üçün gəldiklərini, meyvə yığmalarına imkan verməsini, bağdan çıxıb getməsini desələr də Sevil onların meyvə yığmalarına imkan verməyəcəyini bildirərək İmranın üstünə gedib «arvadı qəhpə» deyərək onu təhqir etmişdir. İmran isə Sevildən ehtiyyat etdiyi üçün ona qarşı heç bir söz demədən və hərəkət etmədən arxaya çəkilmişdir. Bundan sonra anası Ramilə və Yeganə Sevilin qolundan tutub bağdan çıxarmağa çalışmışlar ki, o, onların meyvə yığmalarına mane ola bilməsin. Sevil isə meyvə ağaclarından tutmaqla və yerə yıxılmaqla çalışmışdır ki, anası Ramilə və Yeganə onu bağdan çıxara bilməsinlər. Anası, Ramilə və Yeganə nə qədər cəhd etsələr də Sevili bağdan çıxara bilməmişlər, bundan sonra onlar Sevilin qollarında tutub çəkərək onu bağdan kənara çıxarıb bağın giriş qapısını bağlamışlar. Sevil əvvəlcə özünü qapıya çırpıb bağın ərazisinə daxil olmaq istəmiş, ancaq anası Ramilə və Yeganə qapını arxadan bağladıqları üçün Sevil qapını aça bilməmiş və sonuncu yerdən daş götürüb anasıgilin istiqamətində atmışdır. Sonra İmrana məxsus bağ sahəsinə polis əməkdaşları gəlmişlər və o, oradan çıxıb yaşadığı evə getmişdir. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində o, Sevili vurmamışdır. Sevilin onu şərləyə biləcəyini bildiyi üçün o, ona yaxınlaşmayıb uzaq durmuşdur. Sevil İmrana məxsus bağ sahəsinə gələndə orada anası Məhbubə, Ramilə, Yeganə, İmran, Fəxrəddin, Namiq olmuşlar. Həmin hadisə zamanı o, Fəxrəddinin, İmranın və Namiqin Sevili vurduqlarını görməmişdir. Həmin hadisə zamanı o, Sevilin qolundan tutmamış, İmranın, Namiqin, anasının isə Sevili vurduqlarını görməmişdir. Sevil anası Məhbubə, Ramilə və Yeganə ilə mübahisə etmiş, onların əlində heç bir əşya olmamış, həmin vaxt Sevilin qolbağının, sırğasının bir tayının, yaşadığı evin açarlarının düşüb itməsindən onun məlumatı olmamışdır. Sevil bilərəkdən anası Məhbubəyə, Yeganəyə və Ramiləyə böhtan atır. Çünki Sevil öz mobil telefonu ilə çəkdiyi video görüntüləri və səs yazılarını təhqiqat araşdırması zamanı təhqiqatçıya təqdim etmişdir. Əgər Sevilin mobil telefonu əlindən alınmışdırsa bəs onda o, həmin hadisə zamanı çəkdiyi video görüntüləri və səs yazılarını haradan əldə edib təhqiqatçıya təqdim etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, hazırkı cinayət işi üzrə hadisənin baş verdiyi bağda İmran üçün 9 ildir ki, fəhlə olaraq gilas meyvəsi yığmışdır. Onlar bu illər ərzində Zərərçəkmiş şəxs həmin bağda görməmişlər. Hadisə günü onlar həmin bağda gilas yığarkən zərərçəkmiş şəxs bağa gələrək Təqsirləndirilən şəxs söyərək təhqir etmiş, sonra isə sonuncunu boğmağa başlamış, o və Ramilə Məhbubəyə kömək etmək üçün yaxınlaşaraq zərərçəkmişin qollarından tutaraq işlərinə mane olmasın deyə bağdan çölə çıxarıb qapını bağlamışlar. Həmçinin bildirdi ki, onun Şahid4la və Zərərçəkmiş şəxs ilə heç bir münasibəti, düşmənçiliyi və ədavəti yoxdur. Hadisə baş verən gün həmin bağa səhər tezdən getmişlər, bağda Məhbubə və oğlu Murad da olmuşdur. Zərərçəkmiş şəxs Məhbubəni boğanda Murad sonunculara yaxınlaşmamış, Murad anasına kömək etməyi onlardan xahiş etmişdir. Zərərçəkmiş şəxs bağa gəldikdə ilk olaraq onlardan bağdan çıxmalarını tələb etmiş, onlara bağdan meyvə yığmağa kimin icazə verdiyini deyərək irad bildirmiş, həmin vaxt Məhbubə onlardan aralıda olmaqla meyvə yığmışdır. Sevil onlara bu sözləri deyərkən o və Ramilə eyni ağacda olmuşlar, onlar ağacdan düşməmişlər, bundan sonra Sevil gedərək Məhbubəyə də bağdan çıxmasını demiş, Məhbubə çıxmayacağını demiş və onlar görmüşlər ki, Sevil Məhbubəni əlləri ilə boğur. O və Ramilə gedərək Sevilin qollarından tutub çölə çıxarmışlar. Hadisə zamanı İmran onların yanında olmamışdır. Onlara Sevili tutaraq bağdan çıxarmağı heç kim deməmişdir, Sevil onların işləməsinə mane olduğundan onlar öz təşəbbüsləri ilə Sevili tutaraq çıxarmışlar. Sevil onun da ünvanına çox nalayiq ifadələrlə söymüşdür. O, Məhbubənin Sevilin saçından tutaraq dartmasını görməmişdir, ola bilsin ki, Sevil Məhbubəni boğanda sonuncu da onun saçını dartmışdır. O və Ramilə Sevili qollarından tutaraq çölə çıxarmışlar, bu vaxt Məhbubə Sevilin saçından dartmamış, Məhbubə halsız olmuşdur. İmran hadisə baş verəndən sonra, Sevili bağdan çölə çıxardıqları zaman gəlmiş, İmran hadisə ilə bağlı orada heç nə deməmişdir. Hadisədən uzun müddət keçdiyindən o, hazırda təffərrüatı ilə tam xatırlamır. Hadisə zamanı İmran və Murad Sevil ilə sözlü mübahisə də etməmişlər. Zərərçəkmiş şəxsin hadisə zamanı guya onun hansısa əmlaklarını oğurlaması barədə dedikləri isə böhtandır. Onun barəsində qeyd olunan hadisə ilə bağlı Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 300 manat cərimə tənbehi tətbiq edilməsindən məlumatı var, o, həmin cəriməni ödəmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid2 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Niyazoba kəndində yaşayır. O, Bakı şəhərində yaşayan Şahid4 təxminən 10 il olar ki, tanıyır. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində İmranın özünə məxsus bağ sahəsi var və həmin bağ sahəsində bütünlüklə gilas ağacları əkilmişdir. Təxminən 10 il olar ki, o, mövsümi olaraq Xaçmaz rayonu, Gödəkli kəndinə gedib həmin kənd ərazisində yerləşən İmrana məxsus bağ sahəsində gilas meyvəsi yığmışdır. 2022-ci ilin iyun ayının əvvəllərində İmran onun özünə zəng vurub demişdir ki, Gödəkli kəndi ərazisindəki bağ sahəsində olan gilas meyvəsini yığdırmaq istəyir, 11 iyun 2022-ci il tarixdə həmin kəndə gəlib digər fəhlələrlə birlikdə onun bağ sahəsində gilas yığsın. O, İmranla razılaşmış və 11 iyun 2022-ci il tarixdə saat 05 radələrində qonşusu Ramilə ilə birlikdə həmkəndlisi Şahinin idarə etdiyi avtomobillə Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsinə getmişlər. Şahin onları İmrana məxsus bağ sahəsinin yaxınlığında düşürdükdən sonra çıxıb getmiş və onlar İmrana məxsus bağ sahəsinə gələndə görmüşlər ki. Məhbubə ilə oğlu Murad da həmin bağ sahəsindədirlər. Onlar paltarlarını dəyişdikdən sonra orada olan pilləkənləri gilas ağaclarına yaxın yerlərə qoyub üstünə çıxaraq ağaclardan meyvə yığmışlar. Həmin gün təxminən saat 07 radələrində tanımadığı bir qadın, yəni həmin vaxt adını bildiyi Sevil İmrana məxsus bağ sahəsinə gəlib İmranı söyüb təhqir edərək demişdir ki, o, bağda olan gilası yığdıra bilməz. Sonra İmrana məxsus bağ sahəsinə polis əməkdaşları gəlmişlər və meyvə yığdıqları bağ sahəsinin İmrana məxsus olduğunu bildirmişlər. Sevil isə polis əməkdaşları ilə razılaşmadıqda onlar Sevillə İmranı polis şöbəsinə dəvət etmişlər. Bundan sonra İmranla Sevil polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişlər, onlar isə bağda dayanıb gözləmişlər. İki saata yaxın vaxt keçdikdən sonra İmran qayıdıb öz bağ sahəsinə gəlmiş və onlar İmrana məxsus bağ sahəsində gilas yığmışlar. Həmin gün təxminən saat 12 radələrində onunla Ramilə bir yerdə meyvə yığmışlar. Məhbubə isə onların yaxınlığında olan gilas ağacından meyvə yığmışdır. Həmin vaxt Sevil yenidən İmrana məxsus bağ sahəsinə gəlib onları təhqir edərək demişdir ki, gilas yığdıqları bağ sahəsi ona məxsusdur, meyvə yığmayıb ağacdan yerə düşsünlər. Onlar Sevilə onu tanımadıqlarm, meyvə yığdıqları bağ sahəsinin İmrana məxsus olduğunu, 10 il olarıkı İmrana məxsus bağ sahəsinə gəlib gilas yığdıqlarını bildirmişlər. Sevil isə onları dinləmək istəməmiş və söyüş söyərək tələb etmişdir ki, meyvə yığmayıb ağacdan yerə düşsünlər. Onlar Sevilə fikir verməyib meyvə yığmağı davam etdirmişlər. Həmin anda onların yaxınlığındakı ağacdan meyvə yığan Məhbubənin qışqıraraq onları çağırdığını eşitmişlər və pilləkəndən yerə düşüb Məhbubənin olduğu yerə gələndə görmüşlər ki, Sevil Məhbubəni yerə yıxıb əlləri ilə boğazından sıxaraq boğmağa çalışır. Ramilə ilə birlikdə yaxınlaşıb Məhbubəni Sevilin əlindən almışlar. Onlar Sevilə çörək qazanmaq üçün gəldiklərini, meyvə yığmalarına imkan verməsini, bağdan çıxıb getməsini desələrdə Sevil onların meyvə yığmalarına imkan verməyəcəyini bildirmiş, o. Məhbubə və Ramilə Sevilin qolundan tutub bağdan çaxarnıağa çalışmışlar ki, sonuncu onların meyvə yığmalarına mane ola bilməsin. Sevil isə meyvə ağaclarından tutmaqla və yerə yıxılmaqla çalışmışdır ki, onlar onu bağdan çıxara bilməsinlər. Nə qədər cəht etsələrdə Sevili bağdan çıxara bilməmişlər, bundan sonra onunla Ramilə Sevilin qollarında tutub çəkmişlər. Məhbubə isə Sevilin saçından tutub çəkmiş və onlar Sevili bağdan kənara çıxarıb bağın giriş qapısını bağlamışlar. Sevil əvvəlcə özünü qapıya çırpıb bağın ərazisinə daxil olmaq istəmiş, onlar qapını arxadan tutub saxladıqları üçün Sevil qapını aça bilməmiş və sonuncu yerdən daş götürüb onların istiqamətində atmışdır. Sevilin atdığı daşların onlara dəyib xəsarət yetirəcəyindən ehtiyat etmişlər və oradan uzaqlaşıb getmişlər. Sonra polis əməkdaşları gəlmişlər və onlar meyvə yığmayıb evə getmişlər. Sevillə onlar arasında mübahisə Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində olmuşdur. Həmin vaxt orada İmran, Murad, Fəxrəddin, Namiq olmuşlar. Sonradan isə onların yanma özünü Sevilin əri kimi təqdim edən bir kişi gəlmişdir. Həmin hadisə zamanı İmran, Murad, Fəxrəddin, Namiq Sevili vurmamışlar. İmran, Murad, Fəxrəddin, Namiq kənarda dayanıb onlara yaxınlaşmamışlar. O, Məhbubə və Ramilə birlikdə Sevili bağın ərazisindən kənara çıxarmışlar. Həmin vaxt onlar Sevilin əlindən mobil telefonunu almamışlar. Sevilin İmran, Murad, Fəxrəddin və Namiq barəsində göstərdikləri yalandır. Sevil İmranı, Muradı, Fəxrəddini və Namiqi şərləməyə çalışır. Həmin şəxslərdən heç biri Sevili vurmamışdır. Sevil bədəni üzərində olan xəsarətləri onlar onu bağ sahəsindən çıxarmağa çalışarkən almışdır. Həmin vaxt onların əlində hansısa bir kəsici əşya olmamışdır. Onlar Sevili bağdan çıxararkən onun qolbağı, sırğasının bir tayı və yaşadığı evin açarları düşüb itməmişdir. Sevil onlara böhtan atır. 11 iyun 2022-ci il tarixdə Sevil onların yanına gələndə onun əlində arxa hissəsi qızılı rəngdə olan mobil telefon olmuşdur. Səhəri gün Sevil yenidən bağa gələndə o, həmin mobil telefonu onun əlində görmüşdür. Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində baş vermiş həmin hadisə zamanı Sevil onu söymüşdür və təpiklə onun sağ ayağının diz nahiyəsinə vurmuşdur. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, o, hazırkı cinayət işi üzrə hadisənin baş verdiyi bağda İmran üçün 8-9 ildir ki, fəhlə olaraq gilas meyvəsi yığmışdır. Onlar bu illər ərzində zərçəkmiş şəxs Zərərçəkmiş şəxs həmin bağda görməmişlər. Hadisə baş verən gün onlar həmin bağın yuxarı hissəsində, Təqsirləndirilən şəxs isə aşağı hissəsində gilas yığmışlar, bu vaxt onlar Məhbubənin “kömək edin” deyərək qışqırmasını eşitmişlər, onlar gedərək Sevilin qollarından tutub bağdan çölə çıxarmışlar. Həmçinin bildirdi ki, onun İmranla heç bir münasibəti yoxdur, o, İmranın bağında fəhlə olaraq gilas yığmaqla məşğuldur. Zərərçəkmiş şəxs bağa gələrək bağda işləyənlərə bağdan çıxmalarını deyərək tələb etmiş, sonra isə ilk olaraq Məhbubənin yanına getmiş və sonuncunu yerə yıxaraq boğmağa başlamışdır. Murad və İmran həmin vaxt onların, yəni qadınların yanında olmamışlar, sonradan səsə gəlmişlər. Sevili bağdan çölə qollarından tutaraq o və Yeganə çıxarmış, Məhbubə çıxarmamışdır, çünki sonuncu həmin vaxt halsız olmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Hazırda hadisə ilə bağlı bütün təfərrüatları xatırlaya bilmir, ola bilsin ki, Məhbubə Sevil ilə əlbəyaxa olanda sonuncunun saçından tutaraq dartmışdır. O, polis şöbəsində verdiyi ifadəsi ilə razıdır, o, həmin vaxt gördüklərini demişdir və həmin ifadəsində Məhbubənin Sevilin saçını dartması ilə bağlı xüsusatı da təsdiqləyir. Zərərçəkmiş şəxs ilk olaraq onlara deyil, Məhbubəyə yaxınlaşmışdır. İmran tərəfindən onlara Sevilin telefonunu götürmək barədə heç bir göstəriş olmamış, o, Sevilin telefonunu götürməmişdir. Onun barəsində qeyd olunan hadisə ilə bağlı Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 300 manat cərimə tənbehi tətbiq edilməsindən məlumatı var, o, artıq həmin cəriməni ödəmişdir. Şahid3 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Niyazoba kəndində yaşayır. O, Bakı şəhərində yaşayan Şahid4 təxminən 10 il olar ki, tanıyır. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində İmranın özünə məxsus bağ sahəsi var və həmin bağ sahəsində bütünlüklə gilas ağacları əkilmişdir. Təxminən 10 il olar ki, o, mövsümi olaraq Xaçmaz rayonu, Gödəkli kəndinə gedib həmin kənd ərazisində yerləşən İmrana məxsus bağ sahəsində gilas meyvəsi yığmışdır. 2022-ci ilin iyun ayının əvvəllərində İmran onun özünə zəng vurub demişdir ki, Gödəkli kəndi ərazisindəki bağ sahəsində olan gilas meyvəsini yığdırmaq istəyir, 11 iyun 2022-ci il tarixdə həmkəndlisi Yeganə ilə birlikdə həmin kəndə gəlib digər fəhlələrlə birlikdə onun bağ sahəsindən gilas yığsınlar. O, İmranla razılaşmış və 11 iyun 2022-ci il tarixdə saat 05 radələrində qonşusu Yeganə ilə birlikdə həmkəndlisi Şahinin idarə etdiyi avtomobillə Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsinə getmişlər. Şahin onları İmrana məxsus bağ sahəsinin yaxınlığında düşürdükdən sonra çıxıb getmiş və onlar İmrana məxsus bağ sahəsinə gələndə görmüşlər ki. Məhbubə ilə oğlu Muradda həmin bağ sahəsindədirlər. Onlar paltarlarını dəyişdikdən sonra orada olan pilləkənləri gilas ağaclarına yaxın yerlərə qoyub üstünə çıxaraq ağaclardan meyvə yığmışlar. Həmin gün təxminən saat 07 radələrində tanımadığı bir qadın, yəni həmin vaxt adını bildiyi Sevil İmrana məxsus bağ sahəsinə gəlib İmranı söyüb təhqir edərək demişdir ki, o, bağda olan gilası yığdıra bilməz. Sonra İmrana məxsus bağ sahəsinə polis əməkdaşları gəlmişlər və meyvə yığdıqları bağ sahəsinin İmrana məxsus olduğunu bildirmişlər. Sevil isə polis əməkdaşları ilə razılaşmadıqda onlar Sevillə İmranı polis şöbəsinə dəvət etmişlər. Bundan sonra İmranla Sevil polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişlər, onlar isə bağda daj/anıb gözləmişlər. İki saata yaxın vaxt keçdikdən sonra İmran qayıdıb öz bağ sahəsinə gəlmiş və onlar İmrana məxsus bağ sahəsində gilas yığmışlar. Həmin gün təxminən saat 12 radələrində onunla Yeganə bir yerdə meyvə yığmışlar, Məhbubə isə onların yaxınlığında olan gilas ağacından meyvə yığmışdır. Həmin vaxt tanmadığı bir qadın, yəni sonradan adını bildiyi Sevil İmrana məxsus bağ sahəsinə gəlib onları təhqir edərək demişdir ki, gilas meyvəsi yığdıqları bağ sahəsi ona məxsusdur, meyvə yığmayıb ağacdan yerə düşsünlər. Onlar Sevilə onu tanımadıqlarını, meyvə yığdıqları bağ sahəsinin İmrana məxsus olduğunu, 10 il olarıkı İmrana məxsus bağ sahəsinə gəlib gilas yığdıqlarını bildirmişlər. Sevil isə onları dinləmək istəməmiş və söyüş söyərək tələb etmişdir ki, meyvə yığmayıb ağacdan yerə düşsünlər. Onlar Sevilə fikir verməyib meyvə yığmağı davam etdirmişlər. Həmin anda onların yaxınlığındakı ağacda meyvə yığan Məhbubənin qışqıraraq onları çağırdığını eşitmişlər və pilləkəndən yerə düşüb Məhbubənin olduğu yerə gələndə görmüşlər ki. Sevil Məhbubəni yerə yıxıb əlləri ilə boğazından sıxaraq boğmağa çalışır. Yeganə ilə birlikdə yaxınlaşıb Məhbubəni Sevilin əlindən almışlar. Onlar Sevilə çörək qazanmaq üçün gəldiklərini, meyvə yığmalarına imkan verməsini, bağdan çıxıb getməsini desələrdə Sevil onlara meyvə yığmalarına imkan verməyəcəyini bildirmiş, o. Məhbubə və Yeganə Sevilin qolundan tutub bağdan çaxarmağa çalışmışlar ki, sonuncu onların meyvə yığmalarına mane ola bilməsin. Sevil isə meyvə ağaclarından tutmaqla və yerə yıxılmaqla çalışmışdır ki, onlar onu bağdan çıxara bilməsinlər. Nə qədər cəht etsələrdə Sevili bağdan çıxara bilməmişlər, bundan sonra onunla Yeganə Sevilin qollarında tutub çəkmişlər. Məhbubə isə Sevilin saçından tutub çəkmiş və onlar Sevili bağdan kənara çıxarıb bağın giriş qapısını bağlamışlar. Sevil əvvəlcə özünü qapıya çırpıb bağın ərazisinə daxil olmaq istəmiş, onlar qapını arxadan tutub saxladıqları üçün Sevil qapını aça bilməmiş və sonuncu yerdən daş götürüb onların istiqamətində atmışdır. Sevilin atdığı daşların onlara dəyib xəsarət yetirəcəyindən ehtiyat etmişlər və oradan uzaqlaşıb getmişlər. Sonra polis əməkdaşları gəlmişlər və onlar meyvə yığmayıb evə getmişlər. Sevillə onlar arasında mübahisə Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində olmuşdur. Həmin vaxt orada İmran, Murad, Fəxrəddin, Namiq olmuşlar. Sonradan isə onların yanma özünü Sevilin əri kimi təqdim edən bir kişi gəlmişdir. Həmin hadisə zamanı İmran, Murad, Fəxrəddin, Namiq Sevili vurmamışlar. İmran, Murad, Fəxrəddin, Namiq kənarda dayanıb onlara yaxınlaşmamışlar. O, Məhbubə və Ramilə birlikdə Sevili bağın ərazisindən kənara çıxarmışlar. Sevilin İmran, Murad, Fəxrəddin və Namiq barəsində göstərdikləri yalandır. Sevil İmranı, Muradı, Fəxrəddini və Namiqi şərləməyə çalışır. Həmin şəxslərdən heç biri Sevili vurmamışdır. Sevil bədəni üzərində olan xəsarətləri onlar onu bağ sahəsindən çıxarmağa çalışarkən almışdır. Həmin vaxt onların əlində hansısa bir kəsici əşya olmamışdır. Onlar Sevilin əlindən mobil telefon almamışlar. Onlar Sevili bağdan çıxararkən sonuncunun qolbağı, sırğasının bir tayı və yaşadığı evin açarları düşüb itməmişdir. Sevil onlara böhtan atır. 11 iyun 2022-ci il tarixdə Sevil onların yanma gələndə onun əlində arxa hissəsi qızılı rəngdə olan mobil telefon olmuşdur. Səhəri gün Sevil yenidən bağa gələndə o, həmin mobil telefonu onun əlində görmüşdür. Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində baş vermiş həmin hadisə zamanı Sevil onu söymüşdür və təpiklə onun ayaqlarına vurmuşdur. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, onun Gödəkli kəndi ərazisində bağ sahəsi var. Zərərçəkmiş şəxs hər meyvə yığımı vaxtı həmin bağa gələrək maneçilik törədir, mübahisə yaradır. Hazırkı iş üzrə baş vermiş hadisə günü də Zərərçəkmiş şəxs həmin bağa gələrək bağda işləyən fəhlələri, onu söymüş, mübahisə yaratmış, o, DİNnin 102 xidmətinə zəng edərək məlumat vermiş, polis əməkdaşları gəlmiş və onlar sonuncularla birlikdə Xaçmaz RPŞ-yə getmişlər. Polis şöbəsində onlarla söhbət aparılmış, Zərərçəkmiş şəxs işə mane olmaması barədə xəbərdarlıq edilmişdir. Bundan sonra o, bağa qayıtmış, bir qədər sonra Zərərçəkmiş şəxs da bağa gəlmiş, həmin vaxt onlar bağın digər hissəsində oturaraq çay içmişlər və səs-küyü eşidərək baxıb görmüşdür ki, Zərərçəkmiş şəxs bağda Təqsirləndirilən şəxs ilə və digər iki qadınla mübahisə edir, sonuncuların ünvanına çox nalayiq ifadələrlə söymüşdür. O isə təxminən iyirmi metr aralıda dayanaraq özünü Zərərçəkmiş şəxs şərindən, böhtanından qorumaq üçün yaxınlaşmamışdır. Zərərçəkmiş şəxs onu da nalayiq sözlərlə təhqir etmişdir. Orada olan qadınlar Zərərçəkmiş şəxs tutaraq bağdan çölə çıxaranda sonuncu özünü ora-bura, tozun içinə vurmağa başlamış, lakin Zərərçəkmiş şəxs orada kimsə xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs bağın qapısından çölə çıxarandan sonra sonuncu daş götürərək onlara tərəf atmağa başlamışdır. Həmçinin bildirdi ki, o, hadisə baş verməzdən əvvəl, səhər saatlarından bağda olmuşdur. Onun bağ sahəsinin yanında Zərərçəkmiş şəxs atasının pay torpaq sahəsi var, o, bağ sahəsinin yanından bir qədər hasar çəkmiş, Zərərçəkmiş şəxs da hadisə günü bağa qapıdan deyil, həmin hasarın qurtaracaq hissəsindən daxil olmuşdur. Zərərçəkmiş şəxs bağa daxil olanda orada işləyən fəhlələri çox nalayiq ifadələrlə söymüş, onlara qarşı təpik atmışdır. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs saçından tutaraq dartmasını görmüşdür. O, Zərərçəkmiş şəxs yalnız irad tutaraq niyə bağa qanunsuz daxil olduğunu, niyə işə mane olduğunu demiş, lakin sonuncuya qarşı başqa heç bir hərəkət etməmiş, ümumiyyətlə, yaxınına getməmişdir. O, heç kimə Zərərçəkmiş şəxs vurması barədə göstəriş verməmişdir. Zərərçəkmiş şəxs bağda hansısa əmlaklarının itməsi barədə dedikləri də yalan və böhtandır. O, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. O, bağda Zərərçəkmiş şəxs yaratdığı səs-küyü eşitdikdə Namiq və Fəxrəddinlə səs gələn tərəfə getmiş və görmüşdür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yerə yıxaraq tutub buraxmır, Məhbubənin istifadə etdiyi nərdivan aşmış vəziyyətdə olmuş, orada olan qadınlar Sevili Məhbubədən ayırmış, lakin Sevil yenidən Məhbubənin üzərinə gedib tutmuşdur. Hadisə zamanı Murad İsmayılov anası Məhbubəyə kömək etmək üçün yaxınlaşmamış, aralıda dayanmış, hadisəni mobil telefon vasitəsilə videoçəkilişini etmiş və sonra videoçəkilişi şəxsən özü polisə təqdim etmişdir. O, hadisə zamanı Zərərçəkmiş şəxs münasibətdə “sürüyüb atın bunu bayıra”, “telefonunu əlindən alın, sübut toplayır” kimi göstərişlər verməmişdir. Şahid4 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 96, mənzil 65-də yaşayır. O, Zərərçəkmiş şəxs 2006-cı ildən tanıyır. Əvvəllər o özü Xaçmaz şəhərində torpaq alqı-satqısı ilə məşğul olmuşdur. Dəqiq tarixi xatırlamır, 2006-cı ilin əvvəlləri olardı Xatirə adlı qadın onun yanına gələrək demişdir ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində onun özünə, üç övladına və əri Rəşid Daşdəmirova 2,87 ha torpaq sahəsi verilmişdir, o, həmin torpaq sahəsini satmaq istəyir. O, Xatirədən onlara məxsus torpaq sahəsinin sənədini istədikdə sonuncu torpağın mülkiyyət hüququna dair dövlət aktını ona vermiş və o, həmin dövlət aktına baxanda görmüşdür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 24 iyun tarixli 08 nömrəli qərarı ilə Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində mərhum X1, X2, X8, X11 və X12 adına Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində kənd təsərrüfatı məhsulların istehsalı üçün 2,87 ha torpaq sahəsi verilib. Xatirədən Gödəkli kəndi ərazisində olan torpaq sahəsini neçəyə satmaq istədiyini soruşduqda demişdir ki, Gödəkli kəndi ərazisində yerləşən 2,87 ha torpaq sahəsini 10000 manata satır. O, Xatirəyə onlara məxsus torpaq sahəsini almaq istədiyini bildirdikdə sonuncu ona demişdir ki, əri Rəşiddən boşanır, onlara məxsus torpaq sahəsini almaq istəyirsə, 10000 manat pulun 6000 manatını ona, qalan 4000 manatını isə əri Rəşidə verməlidir. O, Xatirə ilə razılaşaraq 2006-cı ildə Xaçmaz şəhərində Xatirənin özünə 6000 manat, əri Rəşidə isə 4000 manat pul vermişdir. Xatirə ilə Rəşid ondan pul aldıqdan sonra özlərinə məxsus 2,87 ha torpaq sahəsinin dövlət aktını ona vermişlər. Həmin vaxt Rəşid ona demişdir ki, bacısı Sevil məhkəmədə mülki işləri həll edə bilir, onlara məxsus torpaq sahəsinin ona satılması ilə bağlı Sevil Qusar rayon məhkəməsindən qətnamə alıb ona verəcəkdir. O, Rəşidə inanıb onunla razılaşmış və iki həftəyə yaxın vaxt keçdikdən sonra Rəşid gətirib ona Qusar rayon məhkəməsinin qətnaməsini vermiş, o, həmin qətnaməni oxuyanda görmüşdür ki, Rəşidə və ailə üzvlərinə məxsus 2,87 ha torpaq sahəsinin 2,30 ha-nın ona satılması qətnamədə öz əksini tapıb. Qusar rayon məhkəməsinin qətnaməsini Rəşiddən alıb özündə saxlamış və ondan qalan 0,57 ha torpaq sahəsinin ona satılmasının hansı səbəbdən qətnamədə göstərilmədiyini soruşduqda Rəşid demişdir ki, fikrini dəyişmişdir, torpağın özünə aid hissəsini satmaq istəmir, ondan aldığı pulu xərcləmişdir, ondan aldığı 4000 manat pulu sonradan qaytarıb özünə verəcəkdir. Lakin sonrakı müddətdə nə qədər cəhd etsə də, Rəşidə verdiyi 4000 manat pulu ondan ala bilməmiş və Rəşidin verdiyi həmin qətnaməni Quba rayon Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edərək 2,30 ha torpaq sahəsi ilə bağlı öz adına dövlət aktı almışdır. Həmin vaxtdan sonra o, Xatirədən aldığı Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində olmaqla cənub istiqamətində götürdükdə həmin kənddən 350 metr aralı məsafdə yerləşən 2,30 ha torpaq sahəsində bütünlüklə gilas ağacları əkmişdir və sonrakı illərdə həmin torpaq sahəsində əkdiyi ağaclara özü qulluq göstərmişdir. 2013-cü ildə o, bilmişdir ki, Rəşidin ona satmaq istəmədiyi 0,57 ha torpaq sahəsini oğlu Camal 4000 manata Məhəd adlı şəxsə satıb. 2013-cü ildən sonra həmin 0,57 ha torpaq sahəsini Məhəd istifadə etmişdir və bununla bağlı Rəşidin atası Balasoltan Xaçmaz rayon məhkəməsində iddia qaldırmışdır ki, 0,57 ha torpaq sahəsini Məhəddən geri alsın. Lakin Xaçmaz rayon məhkəməsi tərəfindən Balasoltanın iddiası təmin olunmamışdır. 2017-ci ilin sonlarında o, bilmişdir ki, Balasoltan oğlu Rəşidə aid 0,57 ha torpaq sahəsinin ondan alınması ilə bağlı Xaçmaz rayon məhkəməsində iddia qaldırmış, Xaçmaz rayon məhkəməsinin sabiq hakimi Fizuli Mirzəquliyev də onun məlumatı olmadan Balasoltanın iddiasını təmin edərək Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən və mülkiyyət hüququ ilə Rəşidə məxsus olan 0,57 ha torpaq sahəsinin onun qanunsuz sahibliyindən alınıb Rəşidə verilməsi barədə 17 oktyabr 2017-ci il tarixli qətnamə qəbul etmişdir. O, bu barədə bildikdən sonra Xaçmaz rayon məhkəməsinin qətnaməsindən Sumqayıt Apellasiya məhkməsinə şikayət vermiş, lakin Sumqayıt Apellyasiya məhkəməsi tərəfindən onun şikayəti təmin olunmamışdır. 2018ci ilin yay ayları olardı Məhədlə görüşərkən sonuncu ona demişdir ki, Rəşidin oğlu Camaldan aldığı 0,57 ha torpaq sahəsini satmaq istəyir. O, Məhədlə razılaşaraq həmin 0,57 ha torpaq sahəsini ondan 5000 manata almış, sonradan isə o, həmin torpaq sahəsini alması ilə bağlı sənədləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etmiş və həmin sənədlər əsasında 0,57 ha torpaq sahəsi ilə bağlı arvadı X9 adına ******* nömrəli çıxarış verilmişdir. Bir müddət keçdikdən sonra bilmişdir ki, 0,57 ha torpaq sahəsinin onun qanunsuz sahibliyindən alınıb Rəşidə verilməsinə dair Xaçmaz rayon məhkməsinin qətnaməsi icra olunmasından ötrü Xaçmaz rayon İcra və Probasiya şöbəsinə göndərilib və 08 yanvar 2020-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsinin əməkdaşları onun iştirakı olmadan Gödəkli kəndi ərazisində yerələşən ona məxsus bağ sahəsinə gedərək ölçmə işləri aparıb şimal hissədən 0,57 ha torpaq sahəsini Balasoltana təhvil vermək istəmişlər. O, bu barədə bildikdə onların bağ sahəsinə gəlib ölçmə işləri aparmalarına öz etirazını bildirmişdir. 2021-ci ilin avqust ayında isə o, bilmişdir ki, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsi tərəfindən Xaçmaz rayon İcra və Probasiya şöbəsinə təqdim olunmuş arayışda göstərilib ki, tələb olunan torpaq sahəsi mülkiyyət hüququna əsasən X9 mülkiyyətində olduğundan mübahisə predmeti olan torpaq sahəsində icra probasiya işində iştirak etmələri mümkün deyildir. Bu səbəbdən də Xaçmaz rayon İcra və Propasiya şöbəsinin icra məmuru Vidadi Dadaşov həmin arayışa əsasən 01 sentyabr 2021-ci il tarixdə icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edərək Xaçmaz rayon məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli 2(067)- 4435/2017 saylı icra vərəqəsini Xaçmaz rayon məhkəməsinə qaytarmışdır. Xaçmaz rayon İcra və Propasiya şöbəsinin icra məmuri Vidadi Dadaşov tərəfindən qəbul olunmuş həmin qərardan Balasoltan Daşdəmirovun nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən Xaçmaz rayon məhkəməsinə şikayət verilsədə onun şikayəti Xaçmaz rayon məhkəməsinin 13 may 2022-ci il tarixli 8(067)-25/2022 nömrəli qərardadı ilə təmin edilməmişdir. Həmin qərardadın surətini isə təhqiqat araşdırması zamanı təqdim etmişdir. Həmin ərəfələrdə Balasoltan və qızı Sevil Gödəkli kəndi ərazisində yerləşən ona məxsus bağ sahəsinə gəlməmişlər və onu narahat etməmişlər. 2022-ci ilin iyun ayının əvvəllərində o, Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsindəki gilas meyvəsini yığdırmaq qərarına gəlmiş, bu məqsədlə də əvvələr ona məxsus bağ sahəsində işləmiş fəhlələrə zəng vurub demişdir ki, 11 iyun 2022ci il tarixdə Gödəkli kəndinə gəlib ona məxsus bağ sahəsində gilas yığsınlar. 11 iyun 2022-ci il tarixdə təxminən saat 05 radələrində o, Gödəkli kəndi ərazisində yerləşən öz bağ sahəsinə gəlmiş, bir qədər keçdikdən sonra isə Ramilə, Yeganə, Məhbubə, Murad, Fəxrəddin ona məxsus bağ sahəsinə gəlmişlər ki, gilas yığsınlar. Məhbubə, Ramilə, Yeganə, Murad ağaclardan gilas yığmışlar. Fəxrəddin isə bağın ərazisində gəzib pilləkənləri gilas ağaclarının yaxınlığına aparmaqla qadınlara köməklik göstərmişdir. Həmin gün təxminən saat 07 radələrində Sevil ona məxsus bağ sahəsinə gəlmiş və bağ sahəsinin onlara məxsus olduğunu bildirərək onu və bağda meyvə yığan qadınları söyüb təhqir etmişdir. Sevil iddia etmişdir ki, onlar bağda olan gilası yığa bilməzlər. Sonra ona məxsus bağ sahəsinə polis əməkdaşları gəlmişlər və meyvə yığılan bağ sahəsinin ona məxsus olduğunu bildirmişlər. Sevil isə polis əməkdaşları ilə razılaşmadıqda onlar onunla Sevili polis şöbəsinə dəvət etmişlər. Xaçmaz RPŞ-də olarkən rəis müavini Faiq müəllim onları qəbul etmiş və o, öz fikirlərini bildirdikdən sonra qayıdıb Gödəkli kəndinə öz bağ sahəsinə getmişdir. Təxminən saat 11 radələrində isə tanışı Namiq ona məxsus bağ sahəsinə gəlmişdir ki, gilas aparsın. 11 iyun 2022-ci il tarixdə təxminən saat 12 radələrində bağ sahəsinin girişində dayanıb Namiqlə söhbət edərkən qadınların qışqırıq səslərini eşidib əvvəlcə elə fikirləşmişdir ki, qadınlardan hansısa bir pilləkəndən yıxılıb. O, qışqırıq səsləri gələn yerə yaxınlaşanda görmüşdür ki, Sevil ağacdan gilas yığan Məhbubənin saçından tutub çəkərək yerə yıxdı. Sevil Məhbubəni yerə yıxdıqdan sonra əvvəlcə təpiklə və əllə Məhbubənin başına və bədəninin müxtəlif nahiyələrinə vurmuş, sonra isə iki əllə Məhbubənin boğazından tutub sıxmaqla onu boğmuşdur. Məhbubənin yaxınlığındakı ağacdan meyvə yığan Yeganə və Ramilə tez yaxınlaşıb Məhbubəni Sevilin əlindən almışlar. Sevil Məhbubənin, Ramilənin və Yeganənin ünvanına söyüş ifadələri işlətdiyinə və onlara «qəhpə» dediyinə görə onların arasında mübahisə yaranmış və Məhbubə, Ramilə, Yeganə çox çalışmışlar ki, Sevili sakitləşdirib ona məxsus bağ sahəsindən kənara çıxarsınlar. Çünki Sevil söyüş söyərək onları gilas yığmağa qoymayacağını demiş, Məhbubə, Ramilə və Yeganə isə Sevilə demişlər ki, onlar gilas yığıb pul qazanmaq istəyirlər ki, ailələrinə çörək aparsınlar, o, onların gilas yığmasına mane olmasın. Sevil isə Məhbubəni, Ramiləni, Yeganəni dinləmək istəməmiş, onların, onun və arvadının ünvanına söyüş ifadələri işlətmişdir. Bu səbəbdən də Məhbubə, Ramilə və Yeganə Sevilin qolundan tutub bağdan çaxarmağa çalışmışlar ki. Sevil onların meyvə yığmalarına mane ola bilməsin. Sevil isə meyvə ağaclarından tutmaqla və yerə yıxılmaqla çalışmışdır ki, onlar onu bağdan çıxara bilməsinlər. O, Sevilin bilərəkdən münaqişə yaratdığını hiss etmiş, ona görədə ona yaxınlaşmayıb kənarda dayanmışdır. O, bilmişdir ki. Sevilə yaxınlaşsa o, xoşagəlməz hərəkətlər etməklə onu şərləməyə çalışacaqdır. Məhbubə, Ramilə və Yeganə nə qədər cəht etsələrdə Sevili bağdan çıxara bilməmişlər, bundan sonra Ramilə ilə Yeganə Sevilin qollarından. Məhbubə isə Sevilin saçından tutub çəkmiş və onlar Sevili bağdan kənara çıxarıb bağın giriş qapısını bağlamışlar. Sevil əvvəlcə özünü qapıya çırpıb bağın ərazisinə daxil olmaq istəmiş, ancaq Məhbubə, Ramilə və Yeganə qapını arxadan bağladıqları üçün Sevil qapım aça bilməmiş və yerdən daş götürüb Məhbubə, Ramilə, Yeganə istiqamətində atmışdır. Sonra ona məxsus bağ sahəsinə polis əməkdaşları gəlmişlər və o, öz bağından gilas yığdırmayıb fəhlələri evlərinə göndərmişdir. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən ona məxsus bağ sahəsində Sevil onun və arvadının ünvanına söyüş ifadələri işlətmişdir. Sevilin onu şərləyə biləcəyini bildiyi üçün ona yaxınlaşmayıb fikir verməməyə çalışmışdır. Sevil bağda gilas yığan Məhbubənin saçından tutub çəkərək yerə yıxıb döydüyü və boğmağa çalışdığı üçün onun Məhbubə, Ramilə və Yeganə ilə mübahisəsi yaranmışdır. Sevil ona məxsus bağ sahəsinə gələndə orada Məhbubə, Ramilə, Yeganə, Murad, Fəxrəddin, Namiq olmuşlar. Həmin hadisə zamanı o, Fəxrəddinin, Muradın və Namiqin Sevili vurmalarını görməmişdir. Sevil ona məxsus bağ sahəsində gilas yığan Məhbubə, Ramilə və Yeganə ilə mübahisə etmişdir. Həmin hadisə zamanı o. Sevili vurmamış, adları qeyd olunmuş digər şəxslərin isə Sevili vurduqlarını görməmişdir. Sevilin onun barəsində göstərdikləri tamamilə yalandır. Sevil Məhbubə, Ramilə və Yeganə ilə mübahisə etmişdir, onların əlində isə heç bir əşya olmamışdır. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən ona məxsus bağ sahəsində mübahisə olarkən heç kim Sevilin əlindən mobil telefonunu almamış. Sevilin qolbağının, sırğasının bir tayının, yaşadığı evin açarlarının düşüb itməsindən onun məlumatı olmamışdır. Ona elə gəlir ki. Sevil bilərəkdən Yeganəyə, Ramiləyə və Məhbubəyə böhtan atır. Çünki Sevil öz mobil telefonu ilə çəkdiyi vdeo görüntüləri və səs yazılarını təhqiqat araşdırması zamanı təhqiqatçıya təqdim etmişdir. Əgər Sevilin mobil telefonu əlindən alınmışdırsa bəs onda o, həmin hadisə zamanı çəkdiyi video görüntüləri və səs yazılarını haradan əldə edib təhqiqatçıya təqdim etmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərdi ki, o, hazırkı iş üzrə hadisənin baş verdiyi zaman İmranın yanında bağda olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs bağa gələrək orada olan şəxslərə qarşı söyüşlər söydüyünü, mübahisə yaratdığını görmüş, bundan sonra isə o, oradan uzaqlaşaraq getmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, bildiyi və gördüklərini həmin ifadəsində göstərmişdir. Şahid5 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 85-də yaşayır. O, Bakı şəhərində yaşayan Zərərçəkmiş şəxs 10 il, Şahid4 isə 4 il olar ki, tanıyır. Onun Sevil və İmranla qohumluq əlaqəsi yoxdur, onlarla arasında ədavət və ya düşmənçilik olmamışdır. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində İmranın özünə məxsus bağ sahəsi var və həmin bağ sahəsində bütünlüklə gilas ağacları əkilmişdir. 11 iyun 2022-ci il tarixdə səhər saatlarında o, İmrana zəng vurub demişdir ki, Bakı şəhərinə gilas göndərməlidir, mümkündürsə pay olaraq ona gilas versin. İmran da ona demişdir ki, onun Gödəkli kəndi ərazisində olan bağ sahəsinə gəlsin. Həmin gün təxminən saat 11 radələrində o, Gödəkli kəndinə İmrana məxsus bağ sahəsinə getmişdir. O, bağ sahəsinə gələndə İmran orada olmuş, tanımadığı qadın və kişi fəhlələr isə gilas yığmışlar. Bağın giriş qapısının yaxınlığında İmranla dayanıb söhbət edərkən bağda olan qadınların qışqırıq səslərini eşidib həmin yerə yaxınlaşanda görmüşdür ki. Sevil bağda gilas yığan qadınların vedrələrə yığdığı gilası dağıdır. Sevil vedrələrə yığılmış gilasları dağıtdıqdan sonra bağda gilas yığan qadınların üzərinə gedib söyüş söyməklə və itələməklə onların gilas yığmalarına mane olmağa çalışmışdır. Sevil bağda gilas yığan qadınları kobud söyüşlərlə söydüyü və Məhbubə adlı qadını itələyib yerə yıxdığı üçün onların arasında mübahisə yaranmış və o, Sevili tanıdığı üçün onlara yaxınlaşmayaraq oradan uzaqlaşıb getmişdir. Bir müddət keçdikdən sonra İmrana məxsus bağ sahəsinə polis əməkdaşları gəlib Sevili və orada olan qadınları sakitləşdirmişlər, o, isə gilas götürmədən qayıdıb Xaçmaz şəhərinə gəlmişdir. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində onunla Sevil arasında mübahisə olmamış. Sevil bağda gilas yığan qadınları söyərək itələdiyi və vurduğu üçün onların arasında mübahisə yaranmışdır. O, Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsinə gələndə orada İmranın, tanımadığı üç nəfər qadınların və başqa iki-üç nəfər kişinin olduqlarını görmüşdür. Həmin qadınları və kişiləri tanımadığı üçün adlarını bilməmişdir. Həmin hadisə zamanı o, İmranın, Muradın, Fəxrəddinin Sevili vurduqlarını görməmişdir. Sevil İmrana məxsus bağ sahəsində gilas yığan üç nəfər qadınla mübahisə etmişdir. Sevil bağda meyvə yığan qadınlarla mübahisə edərkən İmran və orada olan başqa şəxslər Sevildən ehtiyyat etdikləri üçün onlara yaxınlaşmamışlar. Sevil onu, o, da Sevili tanımış, həmin hadisə zamanı o. Sevili vurmamış, adları qeyd olunmuş digər şəxslərin isə Sevili vurduqlarını görməmişdir. Sevilin onun barəsində göstərdikləri tamamilə yalandır. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində göstərdi ki, o, hazırkı iş üzrə hadisənin baş verdiyi vaxt hadisənin baş verdiyi bağ sahəsində Şahid4 üçün fəhlə olaraq işləmişdir. Həmin gün Zərərçəkmiş şəxs bağa gələndə o, bağın digər hissəsində olmuş, səs-küyü eşidərək səsin gəldiyi yerə yaxınlaşanda görmüşdür ki, Zərərçəkmiş şəxs nalayiq ifadələrlə bağda olan şəxsləri söymüş, Təqsirləndirilən şəxs yerə yıxaraq əlləri ilə boğmuş, orada olan digər iki qadın isə Sevil ilə Məhbubəni ayırmış, qolundan tutaraq bağdan çölə çıxarmışlar. Həmçinin bildirdi ki, O, Şahid4 Zərərçəkmiş şəxs yaxınlaşmamış, sonuncuya qarşı heç bir hərəkət etməmişlər. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs saçından tutaraq dartmasını görməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid6 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu. Köhnə Xaçmaz kəndində yaşayır. O, Bakı şəhərində yaşayan Şahid4 təxminən 15 il olar ki, tanımış, Zərərçəkmiş şəxs isə əvvəllər tanımamışdır. O, Sevili 11 iyun 2022-ci il tarixdə Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində baş vermiş hadisə zamanı görüb tanımışdır. Onun İmranla heç bir qohumluq əlaqəsi yoxdur. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində İmranın özünə məxsus bağ sahəsi var və həmin bağ sahəsində bütünlüklə gilas ağacları əkilmişdir. 2022-ci ilin iyun ayının əvvəllərində İmranla görüşərkən ona demişdir ki, 11 iyun 2022-ci il tarixdə Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində olan gilas meyvəsini yığdıracaqdır, o, da ona məxsus bağ sahəsinə gəlib fəhlələrin gilas yığmasına köməklik göstərsin. O, İmranla razılaşmış və 11 iyun 2022-ci il tarixdə səhər saatlarında Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsinə getmişdir. O, İmrana məxsus bağ sahəsinə çatanda görmüşdür ki, artıq fəhlələr gilas yığırlar. O, da bağın ərazisində gəzib pilləkənləri gilas ağaclarının yaxınlığına aparmaqla qadınlara köməklik göstərmişdir. Həmin gün təxminən saat 12 radələrində Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində gəzərkən qadınların qışqırıq səslərini eşidib əvvəlcə elə fikirləşmişdir ki, qadınlardan hansısa bir ağacdan yıxılıb. O, qışqırıq səsləri gələn yerə yaxınlaşanda görmüşdür ki, tanımadığı bir qadın, yəni həmin vaxt adını bildiyi Sevil ağacdan gilas yığan Məhbubənin saçından tutub çəkərək yerə yıxdı. Sevil Məhbubəni yerə yıxdıqdan sonra əvvəlcə əllə və təpiklə Məhbubənin başına və bədəninin müxtəlif nahiyələrinə vurmuş, sonra isə iki əllə Məhbubənin boğazından tutub sıxmaqla onu boğmuşdur. Məhbubənin yaxınlığında olan ağacdan meyvə yığan Yeganə və Rəmilə tez yaxınlaşıb Məhbubəni Sevilin əlindən almışlar. Sevil Məhbubənin, Ramilənin və Yeganənin ünvanına söyüş ifadələri işlətdiyinə və onlara «qəhpə» dediyinə görə onların arasında mübahisə yaranmış və Məhbubə, Ramilə, Yeganə çox çalışmışlar ki. Sevili bağ sahəsindən kənara çıxarsınlar. Çünki Sevil onları gilas yığmağa qoymayacağını demiş. Məhbubə, Ramilə və Yeganə isə Sevilə demişlər ki, onlar gilas yığıb pul qazanmaq istəyirlər ki, ailələrinə çörək aparsınlar, o, onların gilas yığmasına mane olmasın. Sevil isə Məhbubəni, Ramiləni, Yeganəni dinləmək istəməmiş, onların, bağ sahibi İmranın və İmranın arvadının ünvanına söyüş ifadələri işlətmişdir. Bu səbəbdən də Məhbubə, Ramilə və Yeganə Sevilin qolundan tutub bağdan çaxarmağa çalışmışlar ki. Sevil onların meyvə yığmalarına mane ola bilməsin. Sevil isə meyvə ağaclarından tutmaqla və yerə yıxılmaqla çalışmışdır ki, onlar onu bağdan çıxara bilməsinlər. O, Sevilin bilərəkdən münaqişə yaratdığını hiss etmiş, ona görədə ona yaxınlaşmayıb kənarda dayanmışdır. Məhbubə, Ramilə və Yeganə nə qədər cəht etsələrdə Sevili bağdan çıxara bilməmişlər, bundan sonra Ramilə ilə Yeganə Sevilin qollarında. Məhbubə isə Sevilin saçından tutub çəkmiş və onlar Sevili bağdan kənara çıxarıb bağın giriş qapısını bağlamışlar. Sevil əvvəlcə özünü qapıya çırpıb bağın ərazisinə daxil olmaq istəmiş, ancaq Məhbubə, Ramilə və Yeganə qapını arxadan bağladıqları üçün Sevil qapını aça bilməmiş və sonuncu yerdən daş götürüb Məhbubə, Ramilə, Yeganə istiqamətində atmışdır. Sonra İmrana məxsus bağ sahəsinə polis əməkdaşları gəlmişlər və o, oradan çıxıb yaşadığı evə getmişdir. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində o. Sevili vurmamış və qolundan tutmamış, Sevilin onu şərləyə biləcəyini bildiyi üçün ona yaxınlaşmayıb uzaq durmuşdur. Sevil İmrana məxsus bağ sahəsinə gələndə orada Məhbubə, Ramilə, Yeganə, İmran, Murad, Namiq olmuşlar. Həmin hadisə zamanı o. Muradın, İmranın və Namiqin Sevili vurduqlarını görməmişdir. Sevil Məhbubə, Ramilə və Yeganə ilə mübahisə etmiş və həmin vaxt sonuncuların əlində isə heç bir əşya olmamışdır. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində mübahisə olarkən heç kim Sevilin əlindən mobil telefonunu almamış və həmin vaxt Sevilin qolbağının, sırğasının bir tayının, yaşadığı evin açarlarının düşüb itməsindən onun məlumatı olmamışdır. Sevil bilərəkdən Məhbubəyə, Yeganəyə və Ramiləyə böhtan atır. Çünki Sevil öz mobil telefonu ilə çəkdiyi vdeo görüntüləri və səs yazılarını təhqiqat araşdırması zamanı təhqiqatçıya təqdim etmişdir. Əgər Sevilin mobil telefonu əlindən alınmışdırsa bəs onda o, həmin hadisə zamanı çəkdiyi video görüntüləri və səs yazılarını haradan əldə edib təhqiqatçıya təqdim etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, ev 69/71, mənzil 85-də yaşayır. Bakı Beynəlxalq dəniz limanında əməliyyatlar üzrə mütəxəssis vəzifəsində işləyir. Zərərçəkmiş şəxs arvadıdır, Şahid4 isə o, əvvəllər tanımamışdır. O, İmranı 11 iyun 2022-ci il tarixdə Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində baş vermiş hadisə zamanı görüb tanımışdır. Arvadı Sevillə söhbət edərkən sonuncu ona demişdir ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 24 iyun tarixli 08 nömrəli qərarı ilə Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində mərhum qaynı X3 və ailə üzvlərinə 2,87 ha torpaq sahəsi verilmişdir, 2006-cı ildə Rəşid arvadı Xatirədən ayrılmışdır. Xatirədə Gödəkli kəndi ərazisində olan 2,87 ha torpaq sahəsini bütünlüklə Bakı şəhər sakini Şahid4 istifadəsinə vermişdir. Onlar bununla bağlı Xaçmaz rayon məhkəməsində iddia qaldırmışlar, məhkəmə tərəfindən onların iddiası təmin olunsada İmran 0,57 ha torpaq sahəsini onlara vermir. O, özü isə mübahisəli bağ sahəsi ilə bağlı onların işinə müdaxilə etməmişdir. 10 iyun 2022-ci il tarixdə onunla Sevil birlikdə Xaçmaz rayonu, Nabran kəndinə gəlib gecəni həmin kənddə qalmışlar, 11 iyun 2022-ci il tarixdə təxminən saat 06 radələrində Sevilin mobil telefonuna zəng gəlmiş. Sevil telefonla danışdıqdan sonra ona demişdir ki, zəng vuran atasıdır, onu çağırır. Bundan sonra Sevil Gödəkli kəndinə getmiş, o, isə Nabran kəndində qalmışdır. Həmin gün təxminən saat 12:30 radələrində o, öz avtomobilinə əyləşib Xaçmaz şəhəri istiqamətində gələrkən Sevil ona zəng vurub demişdir ki, «məni bağda öldürürlər, DİN-in 102 xidmətinə zəng vur». Sevilin sözlərindən sonra o, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub demişdir ki, Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində arvadı Sevili döyürlər, həmin yerə polis əməkdaşları göndərin, o, özüdə hadisə yerinə gedir. O, Gödəkli kəndi ərazisində yerləşən mübahisəli torpaq sahəsinin yaxınlığına gələndə qayınatası Balasoltanla rastlaşmış və ondan Sevilin harada olduğunu soruşduqda sonuncu əli ilə Sevilin olduğu yeri ona göstərmişdir. O, qayınatasının göstərdiyi istiqamətdən mübahisə səsləri gəldiyini eşitmiş, ancaq ağaclar qarşısını kəsdiyi üçün nə baş verdiyini görə bilməmişdir. Mübahisə səsləri gələn yerə yaxınlaşanda görmüşdür ki. Sevil ağaclardan birinin gövdəsinə yaxın yerdə oturub, sacları dağınıq vəziyyətdədir, əllərində və ayaqlarında qançır izləri var, tanımadığı bir neçə nəfər kişi və qadın isə Sevilin yaxınlığında dayanıblar. O, yaxınlaşıb Sevili oturduğu yerdən qaldırmaq istəyəndə orada olan qadınlar onun üstünə gəlmişlər. Sevil qadınların onun üstünə gəldiyini görüb demişdir ki, «qaç polis gətir, yoxsa bunlar bizi öldürəcəklər». O, da Sevilə polis çağırdığını bildirmişdir. Ancaq bağda olan tanımadığı şəxslər sakitləşməyib onun üstünə gələndə o, qaçaraq oradan uzaqlaşmışdır ki, zəng vurub hadisə barədə polisə məlumat versin. Həmin yerdən bir qədər uzaqlaşdıqdan sonra o, DİN-in 102 xidmətinə bir neçə dəfə zəng vurub hadisə barədə məlumat vermiş və polisin gec gəlməsi ilə bağlı onlara iradını bildirmişdir. Bundan sonra isə Sevilə zəng vurmuşdur ki, ona polis əməkdaşlarının gəlməsini gözlədiyini bildirsin. Sevilin mobil telefonuna isə zəng çatmamışdır. Bir qədər keçdikdən sonra polis əməkdaşları gəlmişlər və o, onlarla birlikdə Sevilin olduğu yerə getmişdir. Sevildən mobil telefonunun harada olduğunu soruşduqda demişdir ki, orada olan qadınlardan biri onun mobil telefonunu əlindən almışdır, mübahisə zamanı qolbağı, sırğasının bir tayı və evin açarlarıda düşüb itmişdir. Həmin vaxt o, İmranın avtomobilinə əyləşib oradan getdiyini görmüş və İmranı polis əməkdaşlarına göstərərək demişdir ki, onun getməsinə mane olsunlar. Orada olan polis əməkdaşlarından biri İmranı çağırmış. İmranda qayıdıb onların yanma gəlmişdir. Bundan sonra həmin yerə gəlmiş Elvin adlı təhqiqatçı Sevilin adından ərizə yazmış. Sevildə onun yazdığı ərizəni imzalamışdır. Çünki həmin vaxt Sevilin halı pisləşmişdir və vəziyyəti yaxşı deyildir. Sevil özünü yaxşı hiss etmədiyini bildirmiş, o, da zəng vurub bu barədə təcili-tibbi yardıma məlumat vermişdir. Bir müddət keçdikdən sonra olduqları yerə təcili tibbi yardım avtomobili gəlib Sevili Xaçmaz RMX-na aparmışdır. Xəstəxanada Sevilə tibbi yardım göstərildikdən sonra sonuncu evə buraxılmış, o, özü isə işi ilə əlaqədər Bakı şəhərinə getmişdir. Həmin gün axşam Sevil ona demişdir ki, o, özü Xaçmaz RPŞ-nin rəisinə zəng vurub döyülməsi barədə məlumat vermişdir, onun məlumatından sonra material üzrə araşdırmanın davam etdirilməsi Oktay adlı təhqiqatçıya həvalə olunmuşdur. Şahid1 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid X5 cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Qaraqurtlu kəndində yaşayır. O, Bakı şəhərində yaşayan Şahid4 təxminən beş il olar ki, tanımış, Zərərçəkmiş şəxs isə əvvəllər tanımamışdır. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində İmranın özünə məxsus bağ sahəsi var və həmin bağ sahəsində bütünlüklə gilas ağacları əkilmişdir. O, 20 may 2022-ci il tarixdən 2022-ci ilin iyun ayının sonlarınadək Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsinə gözətçilik etmişdir. 2022-ci ilin iyun ayının əvvəllərində gilas yığımı başlayanda Sevil İmrana məxsus bağ sahəsinə gəlib demişdir ki, İmrana məxsus bağ sahəsinin bir hissəsi ona məxsusdur. O, Sevili tanımadığı üçün ona əhəmiyyət verməmişdir. 11 iyun 2022-ci il tarixdə, təxminən saat 05 radələrində tanımadığı qadınlar gilas yığmaq üçün İmrana məxsus bağ sahəsinə gəlmişlər. Qadınlar gəlidikdən sonra o, gedib bağ sahəsində olan tikilinin içərisində oturmuşdur. Təxminən saat 12:30 radələrində gilas yığmaq üçün bağın girəcəyinə gələndə görmüşdür ki, Sevil arxın yaxınlığında oturub mobil telefonla danışır. Sevildən heç nə soruşmadan gedib özünün yeməsi üçün gilas yığmış və qayıdıb geri gələndə görmüşdür ki, Sevil bağın ərazisində olan tikilinin qarşısında oturub. Sevilin yanından keçib getmək istəyəndə sonuncu ondan içməsi üçün su istəmiş, o da gətirib ona su vermişdir. Bir qədər keçdikdən sonra təcili-tibbi yardım avtomobili gəlmiş və Sevil təcili tibbi yardım avtomobilinə əyləşib getmişdir. Sonradan eşitmişdir ki, Sevil bağda gilas yığan Məhbubə adlı qadını ağacdan yerə yıxıb döydüyü üçün Məhbubə və orada olan qadınlar Sevili bağdan çıxarmışlar. O özü Sevilin kimisə vurmasını və ya bağda olan şəxslərdən hanısısa birinin Sevili vurmasını görməmişdir. Şahid X10 cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz şəhəri, Yeni yaşayış massivində yaşayır. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində İmranın özünə məxsus bağ sahəsi var və həmin bağ sahəsində bütünlüklə gilas ağacları əkilmişdir. 2022-ci ilin iyun ayının əvvəllərində Məhbubə ona demişdir ki, Gödəkli kəndinə gedib İmrana məxsus bağ sahəsindən gilas yığsınlar. Bu səbəbdən də 11 iyun 2022-ci il tarixdə, saat 06 radələrində o, Gödəkli kəndi ərazisində olan İmrana məxsus bağ sahəsinə getmişdir ki, gilas yığsın. Həmin vaxt Məhbubə, oğlu Murad, Yeganə və Ramilə adlı qadınlar da İmrana məxsus bağ sahəsində meyvə yığmışlar. Həmin gün təxminən saat 07 radələrində tanımadığı bir qadın, yəni həmin vaxt adını bildiyi Sevil İmrana məxsus bağ sahəsinə gəlib İmranı söyüb təhqir edərək demişdir ki, o, bağda olan gilası yığdıra bilməz. Sonra İmrana məxsus bağ sahəsinə polis əməkdaşları gəlmişlər və meyvə yığdıqları bağ sahəsinin İmrana məxsus olduğunu bildirmişlər. Sevil isə polis əməkdaşları ilə razılaşmadıqda onlar Sevillə İmranı polis şöbəsinə dəvət etmişlər. Bundan sonra İmranla Sevil polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş, onlar isə bağda dayanıb gözləmişlər. İki saata yaxın vaxt keçdikdən sonra İmran qayıdıb öz bağ sahəsinə gəlmiş və onlar İmrana məxsus bağ sahəsində gilas yığmışlar. Həmin gün təxminən saat 12 radələrində İmrana məxsus bağ sahəsində gilas yığarkən Sevil İmrana məxsus bağ sahəsinə gəlib onları təhqir edərək demişdir ki, gilas yığdıqları bağ sahəsi ona məxsusdur, meyvə yığmayıb ağacdan yerə düşsünlər. Onlar Sevilə onu tanımadıqlarını, meyvə yığdıqları bağ sahəsinin İmrana məxsus olduğunu bildirmişlər. Sevil isə onları dinləmək istəməmiş və söyüş söyərək tələb etmişdir ki, meyvə yığmayıb ağacdan yerə düşsünlər. O, Sevilə fikir verməyib meyvə yığmağı davam etdirmişdir. Həmin vaxt başqa ağacdan meyvə yığan Məhbubənin qışqırıq səslərini eşidib ora gələndə görmüşdür ki, Sevil Məhbubəni yerə yıxıb, Yeganə ilə Ramilə yaxınlaşıb Məhbubəni Sevilin əlindən almışlar və onlar Sevilə çörək qazanmaq üçün gəldiklərini, meyvə yığmalarına imkan verməsini, bağdan çıxıb getməsini desələr də, Sevil onlara əhəmiyyət verməyərək onların və İmranın arvadının ünvanına söyüş ifadələri işlətmişdir. O, Sevilin söyüşlərinə dözə bilməyərək oradan uzaqlaşıb getmişdir. Bu səbəbdən də o, sonradan baş verənləri və Sevilin bağın ərazisindən çıxarılmasını görməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin vəsatəti əsasında əlavə şahid qismində ifadə vermiş X21 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin PPX-nin bölük komandirinin müavinidir. Hazırkı iş üzrə baş vermiş hadisə ilə bağlı hadisənin baş verdiyi yerə Xaçmaz RPŞ tərəfindən göndərilmişlər. Onlar hadisənin baş verdiyi yerə çatanda dava-dalaşın baş verməsini görməmişlər, zərərçəkmiş şəxsin videoçəkiliş etdiyini görmüşlər. Həmçinin bildirdi ki, onlara həmin bağ sahəsinə gedərək kənar şəxsləri kənarlaşdırmaq tapşırılmış, lakin onlar gedəndə məlum olmuşdur ki, bağın içərisində olmuş kənar şəxslər artıq uzaqlaşmışlar, onlar da bu barədə polis şöbəsinə məruzə etmişlər. O, hadiə baş verən yerdə iki dəfə olmuş, lakin dava-dalaşın olmasının şahidi olmamışdır. O, hadisə baş verən vaxt hadisə yerində olmamış, həmin bağ sahəsi ilə bağlı olan mübahisə ilə əlaqədar başqa vaxtlarda həmin yerə getmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin vəsatəti əsasında əlavə şahid qismində ifadə vermiş X18 ifadəsində göstərdi ki, hazırkı iş üzrə hadisənin baş verdiyi gün o, hadisə yerində olmuş, o, yalnız ərizəni qəbul etmiş, işin araşdırmasını başqa təhqiqatçı aparmışdır. O, hadisə yerinə gəldikdə orada Murad İsmayılov hadisənin videoçəkilişini mobil telefonu vasitəsilə qeyd etdiyini bildirmiş və o, həmin mobil telefonu sonradan videoçəkilişin maddi sübut olaraq itməməsi üçün telefonu götürərək özündə saxlamış və Murad İsmayılovla birlikdə polis şöbəsinə gəlmiş, o, telefonu özündə saxlamış, sonra isə o, telefonu digər təhqiqatçıya, yəni Şahid8 təqdim etmişdir. Həmin telefonda olan videoçəkilişin diskə köçürülməsini isə o icra etməmişdir, iş Şahid8 olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin vəsatəti əsasında əlavə şahid qismində ifadə vermiş Şahid11 ifadəsində göstərdi ki, DİN-nin 102 xidmətinə edilmiş zənglə bağlı o, polis əməkdaşı Şahid9lə hadisənin baş veriyi bağ sahəsinə getmiş, onlar hadisənin baş verdiyi yerə çatdıqda artıq sakitlik olmuş, bağda işləyən işçilər və bağın sahibi İmran orada oturmuşlar, sonra isə Zərərçəkmiş şəxs gəlmiş və yenidən mübahisə yaranmış, lakin onlar mübahisənin böyüməsinin qarşısını almışlar. O sonradan bilmişdir ki, aralarında mübahisə baş vermişdir. Lakin onlar olduqları zaman heç kim bir-birinə xəsarət yetirməmişdir. O, hadisə yerində hadisənin baş verdiyi gün səhər təxminən saat 7, 9 radələrində olmuş, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs bir-birilə mübahisə etmək istəmiş, onlar buna imkan verməmiş, Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs hərəkətlərini protokollaşdırmasını demiş, onun isə belə bir səlahiyyəti olmamışdır. O, hadisə yerində səhər saatlarında olarkən Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında sözlü mübahisə olmuş, lakin bir-birinə qarşı hər hansı fiziki təsir olmamışdır, o, onların arasına girərək mübahisənin gedişatına mane olmuşdur. O, səhər saatlarında baş vermiş həmin mübahisə barədə elə həmin vaxt zəng edərək polis şöbəsinə məlumat vermiş, bundan sonra Zərərçəkmiş şəxsgil polis şöbəsinə getmişlər. O, hadisə yerinə çatanda Təqsirləndirilən şəxs axsayaraq gəldiyini görmüş, o, bu barədə sonuncudan soruşmuş, Təqsirləndirilən şəxs onu Zərərçəkmiş şəxs nərdivandan yerə yıxdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin vəsatəti əsasında əlavə şahid qismində ifadə vermiş Şahid9 ifadəsində göstərdi ki, o, hadisə baş verən bağ sahəsində bir dəfə olmuş və olduğu həmin vaxt kimsənin arasında dalaşmanın şahidi olmamış, o, yalnız Şahid4 ilə Zərərçəkmiş şəxs arasında torpaq sahəsi ilə bağlı sözlü mübahisənin şahidi olmuşdur. Onlar həmin bağ sahəsinə 102 xidmətinə edilmiş zənglə bağlı səhər saatlarında getmişlər ki, mübahisə baş verməsin. O, həmin vaxt hadisə baş vermiş yerdə gördüyü şəxslərin kimlər olduğunu xatırlamır, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hücum etməsini görməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin vəsatəti əsasında əlavə şahid qismində ifadə vermiş Şahid8 ifadəsində göstərdi ki, hazırkı iş üzrə baş vermiş hadisənin təhqiqatı ilkin olaraq Elvin Həsənovun icraatında olmuş, hadisənin baş verdiyi günün axşam saatlarında isə həmin iş onun icraatına verilmişdir. O, Murad İsmayılov tərəfindən hadisənin qeydə alındığı videoçəkilişin diskə kim tərəfindən köçürülməsini xatırlamır. Həmin diskdəki videoçəkilişin necə əldə olunması, kim tərəfindən təqdim edilməsi barədə protokol tərtib edilməməsinin səbəbi barədə uzun müddət keçdiyindən və icraatında xeyli işlər olduğundan heç nə bilmir. İş materiallarında olan 11 iyun 2022-ci il tarixli raportdan və həmin tarixli ərizədən müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Xaçmaz RPŞ-yə müraciət edərək 11 iyun 2022-ci il tarixdə, saat 12 radələrində Xaçmaz rayonunun Gödəkli kəndində yerləşən bağ sahəsində Şahid4, həmin bağda fəhlə kimi işləyən 2 kişi və 3 qadın tərəfindən onun tutlaraq sürüdülməsi, təpiklə vurulması, hadisə zamanı qızıl sırğasının bir tayının, qızıl qolbağının və mobil telefonunun itməsi barədə məlumat vermiş və həmin şəxslərin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 11 iyun 2022-ci il tarixli raportdan müəyyən edilir ki, həmin tarixdə, saat 15:15 radələrində Xaçmaz RMX-nın tibb bacısı Əliyeva Xaçmaz RPŞ-yə zəng edərək Zərərçəkmiş şəxs “Bədənin müxtəlif nahiyələrinin çoxsaylı sıyrılmış və əzilmiş yaraları” diaqnozu ilə xəstəxanaya daxil olması, xəstənin Xaçmaz rayonunun Gödəkli kəndində 1 kişi və 3 qadın tərəfindən döyülərək xəsarət almasını bildirməsi barədə məlumat vermişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 13 iyun 2022-ci il tarixli protokoldan, iş materiallarında olan 02 ədəd DVD diskdə olan hadisənin videoçəkilişlərinə məhkəmə iclaslarında baxış keçirilərək, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin və hadisənin şahidlərinin ifadələrindən müəyyən edilir ki, hadisənin baş verdiyi yer Xaçmaz rayonunun Gödəkli kəndində yerləşən Zərərçəkmiş şəxs ilə Şahid4 arasında mübahisəli olan, sonuncunun istifadəsində olan bağ sahəsidir. Həmin bağ sahəsində müxtəlif sayda meyvə ağacları, ağacların üzərində gilas meyvələrinin olması görünür. Zərərçəkmiş şəxs həmin bağ sahəsində fəhlə kimi işləyən şəxslərin və Şahid4 ünvanlarına nalayiq ifadələrlə söyməsi, onlara qarşı əl və ayaqları ilə zərbələr atması, onlardan həmin bağdan meyvə yığımını saxlamalarını tələb etməsi, həmin şəxslərin Zərərçəkmiş şəxs intizama dəvət etmələri, bağı tərk edərək işləmələrinə mane olmamasını bildirmələri, buna baxmayaraq, Zərərçəkmiş şəxs isə yuxarıda qeyd olunan hərəkətlərini davam etdirməsi, bağ sahəsindən çıxmaması müəyyən edilir. Murad İsmayılov tərəfindən qeydə alınmış videoçəkilişlərin olduğu diskdəki videoçəkilişin (VİD_20220611_121700.mp4) 02:57-ci dəqiqəsindən 04:13-cü dəqiqəsinədək olan müddət ərzində Şahid2 və Şahid3 Zərərçəkmiş şəxs qollarından, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs saçlarından eyni zamanda tutub dartmaqla sürümələri, 06-cı dəqiqdən 06:35-ci dəqiqəyədək isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oturduğu vəziyyətdə saçlarından tutaraq bərk dartması müəyyən edilir. VİD_20220611_123131.mp4 və VİD_20220611_123937.mp4 videofayllardan isə Zərərçəkmiş şəxs Şahid2, Şahid3 və Təqsirləndirilən şəxs tərəfindən qollarından, ayaqlarından və bədəninin müxtəlif nahiyələrindən tutub dartaraq, həmçinin itələməklə və sürüməklə bağ sahəsinin qapısından çöl tərəfə çıxarmaları və bundan sonra qapını kilidləmələri müəyyən edilir. Hadisə zamanı digər şəxslər tərəfindən isə Zərərçəkmiş şəxs qarşı hər hansı fiziki təsir göstərilməsi müəyyən edilmir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X20 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 13 iyun 2022-ci il tarixli, 360 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - ənsə nahiyəsinin hematoması, sol əl, qarın, sol kürək və sağ bud nahiyələrinin qançırları, sol əl, hər iki said, sağ bazu, sağ ayağın ön səthi, sağ bayır topuq, sağ diz, sol baldır və sol bud nahiyələrinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti, qərarda qeyd olunduğu kimi, xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə qeyd olunan xəsarətlərdən ənsə nahiyəsinin hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilmir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X20 publik hüquqi şəxsin 28 iyul 2022-ci il tarixli T 298/2022 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suala uyğun komissiya nəticəyə gəlir: 1.Vətəndaş Zərərçəkmiş şəxs ənsə nahiyəsinin hematoması, sol əl, qarın, sol kürək və sağ bud nahiyələrinin qançırları, sol əl, hər iki said, sağ bazu, sağ ayağın ön səthi, sağ bayır topuq, sağ diz, sol baldır və sol bud nahiyələrinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, dəmir parçası, yumruq və təpiklə yetirilməsi istisna olunmur, qərarda göstərilən vaxtda, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ənsə nahiyəsinin hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər istər birlikdə, istərsə də ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin xarakteri və lokalizasiyası onların şəxsin özü tərəfindən yetirilə bilməsini inkar edir. İş materiallarından müəyyən edilir ki, iş üzrə 13 iyun 2022-ci il tarixli, 360 nömrəli rəyi vermiş ekspert X14 şahid qismində qismində ifadə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərdən sol əl, qarın, sol kürək və sağ bud nahiyələrinin qançırları, sol əl, hər iki said, sağ bazu, sağ ayağın ön səthi, sağ bayır topuq, sağ diz, sol baldır və sol bud nahiyələrinin sıyrıqları müxtəlif vəziyyətlərdə, eləcə də bağın ərazisindən çıxarılarkən yerdə sürünməsi nəticəsində, ənsə nahiyəsinin hematoması isə saçın bərkdən dartılmasının təsirindən əmələ gələ bilərdi. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X20 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 17 iyun 2022-ci il tarixli, 376 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 1956-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – boyun və sol bud nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT birliyinin Quba rayon şöbəsinin 23 iyun 2022-ci il tarixli, 436 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 1984-cü il təvəllüdlü Şahid3 Eldar qızının məhkəmə-tibbi ekspertizası əsasında, onun bədəni üzərində aşkar olunan xəsarətlər – hər iki budda və baldırda qançırlar küt əşyanın (əşyaların) təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 11 iyun 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT birliyinin Quba rayon şöbəsinin 23 iyun 2022-ci il tarixli, 437 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 1980-ci il təvəllüdlü Şahid2 məhkəmə-tibbi ekspertizası əsasında, onun bədəni üzərində aşkar olunan xəsarətlər – sol dirsəkdə sıyrıq, hər iki baldırda qançırlar küt əşyanın (əşyaların) təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 11 iyun 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi barədə” 30 avqust 2022-ci il tarixli qərardan, “Cinayət əməlinin tövsif edilməsi və təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarların ləğv edilməsi barədə” 29 avqust 2022-ci il tarixli qərardan” müəyyən edilir ki, Xaçmaz RPŞ-nin müstəntiqi Hafiz Əliyev tərəfindən qəbul edilmiş Şahid2, Şahid3 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələri haqqında qərar ləğv edilmişdir. İş materiallarında olan 30 avqust 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan, həmin tarixli “İnzibati icraatın başlanması haqqında” qərarlardan, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli protokolların və həmin tarixli inzibati tənbehvermə barədə qərarların surətlərindən müəyyən edilir ki, Şahid2 və Şahid3 Xaçmaz rayonunun Gödəkli kəndində yerləşən bağ sahəsində Zərərçəkmiş şəxs döyərək xəsarət yetirdiklərindən onların əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərədə tutulan inzibati xətanın tərkibi olduğundan onların barəsində həmin maddə ilə hər biri 300 manat miqdarında inzibati tənbeh tətbiq edilmişdir. Sübutların qiymətləndirilməsinə dair qərardan müəyyən edilir ki, Şahid2, Şahid3 və Təqsirləndirilən şəxs bədənləri üzərində olan sağlamlığa zərər vurmayan xəsarətlərin Zərərçəkmiş şəxs tərəfindən yetirilməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət etmədiklərindən Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmamışdır. Həmin qərardan müəyyən edilir ki, Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində baş vermiş mübahisə zamanı Şahid4 təpiklə Zərərçəkmiş şəxs qarın nahiyəsinə və sağ ayağına vurması, Şahid6la Murad İsmayılovun Zərərçəkmiş şəxs qollarından tutaraq sıxması, Şahid5 yumuruqla Zərərçəkmiş şəxs sol əlinə vurması, orada olan qadınlardan hansısa birinin kəsici alətlə Zərərçəkmiş şəxs sol əlinin üstünə və sağ ayağının üstünə xəsarət yetirməsi sübuta yetmədiyindən həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində zərərçəkmiş şəxsi vurmamasına və sonuncuya xəsarət yetirməməsinə dair bildirdiyi xüsusata tənqidi yanaşaraq hesab edir ki, həmin xüsusat təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıyır və iş materiallarında olan sənədlərlə, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi və DVD diskə köçürülmüş hadisənin videoçəkilişləri ilə təkzib edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsini, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan RespublikasıCinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir və məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermiş və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı məhkəmə nəzarəti qaydasında Xaçmaz rayon məhkəməsinə şikayət verərək Xaçmaz rayon X25 Bölməsinin baş müstəntiqi X19 30 avqust 2022-ci il tarixli, sübutların qiymətləndirilməsi barədə qərarın X17, Şahid2, Şahid4, Şahid6, Murad İsmayılovun, Namik Məmmədovun barəsində cinayət işinin başlanmasının rədd olunması barədə gəldiyi nəticə qanunsuz və əsassız olduğundan həmin qərarın ləğv edilməsi və işin araşdırılması üçün yenidən Xaçmaz rayon Polis göndərilməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin məzmunundan görünmüşdür ki, Zərərçəkmiş şəxs adı çəkilən şəxslər barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və işin yenidən araşdırılması üçün Xaçmaz rayon prokuroruna qaytarılmasını xahiş etmişdir. Zərərçəkmişin qənaətinə görə, adı çəkilən şəxslər də cinayət məsuliyyətinə cəlb olunmaları üçün, cinayət işi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən 221.2.1-ci maddəsinə tövsif olunmalı idi. Xaçmaz rayon məhkəməsinin 6(067)-20/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə şikayət təmin edilməmişdir. Qərardan narazı qalan Zərərçəkmiş şəxs apelyasiya şikayəti vermiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 6(105)-55/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş və Xaçmaz rayon məhkəməsinin 6(067)-20/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bununla da, cinayət işinin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilməsi təsdiqini tapmışdır. Eyni zamanda, müdafiə tərəfinin baraətverici əsaslarla cinayət işi üzrə icraata xitam verilməsi haqqında dəlillərini araşdıraraq məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu dəlilləri qəbuledilməzdir və işin faktiki hallarına əsasən müdafiə tərəfinin bu mövqeyi qanunvericiliyin aşağıda qeyd olunan müddəaları baxımından əsassız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 8.0.5-ci maddəsinə əsasən, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 142-ci maddəsinə əsasən, preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyini və əsaslılığını təmin etməlidir. Məhkəmə istintaqı ilə tədqiq edilmiş sübutların məcmusu Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsini tamamilə istisna edir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini, 02 ədəd DVD diski sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibini yaradır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na görə: Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur; Sağlamlığın qısa müddət pozulması dedikdə isə əmək qabiliyyətinin 21 gündən (3 həftədən) az olan müddətdə müvəqqəti itirilməsi başa düşülür; Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəmnində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. İş materiallarında olan mülki iş üzrə məhkəmə qərarlarından, icra sənədlərindən, proses iştirakçılarının ifadələrindən və iş materiallarından müəyyən edilir ki, hadisənin baş verdiyi yer Xaçmaz rayonunun Gödəkli kəndində yerləşən Zərərçəkmiş şəxs ilə Şahid4 arasında mübahisəli olan, sonuncunun istifadəsində olan bağ sahəsidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X6 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Qaraçı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs ailəlidir, üç övladı var, pensiyaçıdır. O, kəndin ictimai və siyasi həyatında yaxından iştirak edir, fəallıq göstərir, kənd sakinləri, qonşular arasında hörmət qazanmışdır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayət olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, onun 64 yaşının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı maddi sübut kimi tanınmış iş materiallarında olan, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd DVD disk (06 ədəd audiofayl, 05 ədəd foto və 04 ədəd videofayl) və Murad İsmayılov tərəfindən aparılmış videoçəkilişlərin (05 ədəd videofayl) köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddiaya dair isə məhkəmə aşağıdakıları qeyd edir. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsindən müəyyən edilir ki, cavabdeh Təqsirləndirilən şəxs və digərləri qəsdən cinayət əməlini törətmişdir. Qanun normasından da göründüyü kimi, onun zərərçəkmiş şəxs kimi tanınması ona maddi və mənəvi zərər vurulmasını da təsdiq edir. Cinayət törətmiş şəxslərin əməli nəticəsində o, mənəvi sarsıntı kecirmişdir, ona qarşı bir qadına, bir hüquqşünasa və bir vəkilə qarşı törədilən bu qanunsuz vəhşilik əməli ona çox pis təsir etmiş və psixi sarsıntı kecirmişdir. Bu şəxslər ona qarşı qabaqcadan hazırlanmış qəsdən cinayət əməli törətmişlər. Bu şəxslərin ona qarşı törətdikləri qərəzli qəsdən cinayət əməli nəticəsində onun keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, onun yaşlı valideynlərinin keçirdiyi sarsıntı, qəsdən 6-7 nəfərin ona hücum etməsi, həmçinin atasının mülkiyyətini qəsdən uzun illər zəbt edərək, onun cəmiyyətdə olan nüfuzunu və ləyaqətini alçaldacaq formada ona işgəncə verərək, sürümələri başqa şəxslərin gözü qarşısında videoya çəkərək, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsinə gətirib cıxarmış, bundan sonra uzun müddət o, ictimai həyatını davam etdirilməsi qeyri-mümkün olmuş, əmək qabiliyyətinin itirilməsi, həmin cinayət hadisəsinin ictimailəşməsi, ona qarşı şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, ona verilən fiziki əzab və ağrılar və iztirabın, mənəvi sarsıntının unudulmaması, bundan sonra da bu cinayətkar dəstə tərəfindən ona qarşı yenidən hücum ediləcəyi qorxusu “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi onda uzun müddət sarsıntı, psixi pozuntu və inamsızlıq hissləri yaratmışdır. 5 il müddətində məhkəmə qərarları onların xeyrinə çıxarıldığı halda, dəstə tərəfindən üstəlik belə bir cinayət əməlinin törədilməsi insanda hər şeyə qarşı ruh düşkünlüyü, qanuna və ədalətə inamsızlıq yaratmışdır. O, bu hadisədən sonra hələ də özünə gələ bilməmiş və belə özbaşnalığı qəbul edə bilmir. Bu şəxslərin ona qarşı etdikləri işgəncə, döymə, zorakılıq, ləyaqəti alçaldan davranış insanlara qarşı qadağan olunmuş əməllərdir. Onun zərərçəkmiş şəxs kimi tanınması ona maddi və mənəvi zərər vurulmasını da təsdiq edir. Həmin cinayət əməli nəticəsində onun əynində olan paltarlar və ayaqqabı yararsız hala düşmüş - bunların ümumi dəyəri 200 manat, qızıl sırğasının bir tayı itmiş - onun dəyəri 300 manat olmuş, qızıl qolbağı itmiş - onun dəyəri 800 manat olmuş, əynində olan jaketi itmiş - dəyəri 100 manat olmuş, o, aldığı xəsarətlərin müalicə olunması üçün 200 manat dəyərində xərci çıxmış və onun keçirdiyi sarsıntı və psixi pozuntu mənəvi zərər olaraq 4000 manat dəyərindədir. Ona dəymiş maddi, fiziki və mənəvi ziyan təqsirləndirilən şəxs tərəfındən ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi zərərin əvəzi kimi – 1600 manat, mənəvi zərərin əvəzi kimi 4000 min manat və ödənilmiş dövlət rüsumu 76 manat olmaqla, ümumilikdə 5676 (beş min altı yüz yetmiş altı manat) pulun tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında zərərçəkmiş şəxs-mülki iddiaçı və onun nümayəndəsi-vəkili mülki iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclaslarında müdafiə tərəfi təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığını deyərək mülki iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını, zərərçəkmiş şəxsin ifadəsini, təqsirləndirilən şəxsin ifadəsini və şahidlərin ifadələrini əlaqəli şəkildə araşdıraraq hesab edir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, zərərçəkmiş şəxs-mülki iddiaçı iddia ərizəsində hazırkı cinayət işi üzrə baş vermiş hadisə zamanı onun əynində olan 200 manat dəyərində paltarların və ayaqqabının yararsız hala düşməsi, 300 manat dəyərində qızıl sırğasının bir tayının itməsi, 800 manat dəyərində olan qızıl qolbağının itməsi, əynində olan 100 manat dəyərində jaketin itməsi, həmçinin aldığı xəsarətlərin müalicə olunması üçün 200 manat dəyərində xərci çıxmasını göstərsə də, məhkəməyə həmin əmlakların hadisə baş verənədək onda mövcud olduğunu və hadisə zamanı itmələri, yararsız hala düşmələrini, həmçinin hadisə zamanı aldığı xəsarətlərlə bağlı müalicə xərcini təsdiq edən sübutlar təqdim etməmişdir. Bununla da, mülki iddia maddi ziyan hissədə təmin edilməməlidir. İş materiallarında olan 26 iyun 2022-ci il tarixli ərizədən müəyyən edilir ki, Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-yə ərizə təqdim edərək hadisə zamanı ona hücum etmiş şəxslər tərəfindən əlindən alındığını bildirdiyi mobil telefonu hadisədən bir neçə gün sonra atasına məxsus torpaq sahəsindən tapdığını bildirmişdir. Məhkəmə həmçinin hesab edir ki, mülki iddia mənəvi zərərin ödənilməsi hissəsində olmaqla qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.36-cı maddəsinə əsasən, zərər - cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər; zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir; mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 9 noyabr 2006-cı il tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 16 yanvar 2014-cü il tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 16 yanvar 2014-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsi Qərarlarında mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir. İş materiallarından, DVD disklərə köçürülmüş hadisənin videogörüntülərindən, zərərçəkmiş şəxsin ifadəsindən, mülki iddia ərizəsindən müəyyən edilir ki, hadisə zamanı həmin bağda fəhlə olaraq gilas meyvəsi yığmaqla məşğul olmuş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmiş, həmçinin digər şəxslərlə birlikdə zərərçəkmiş şəxsi qollarından və saçından tutaraq, bağ sahəsində olan digər şəxslərin gözü qarşısında uzun müddət sürüməklə bağ sahəsindən çölə çıxarmışlar və bu görüntülər mobil telefonlar vasitəsilə videoqeydə alınmışdır. Zərərçəkmiş şəxs-mülki iddiaçı təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində o, mənəvi iztirab və sarsıntı keçirmiş, onun keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı onun yaşlı valideynlərinin keçirdiyi sarsıntı, həmçinin atasının mülkiyyətini qəsdən uzun illər zəbt edərək, onun cəmiyyətdə olan nüfuzunu və ləyaqətini alçaldacaq sürümələri, başqa şəxslərin gözü qarşısında videoya çəkərək, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsinə gətirib cıxarmış, bundan sonra uzun müddət onun ictimai həyatını davam etdirilməsi qeyri-mümkün olmuş, cinayət əməli nəticəsində o, əmək qabiliyyətini itirmiş, həmin cinayət hadisəsi ictimailəşmiş, ona qarşı şərəf və ləyaqəti alçaldan məlumatlar yayılmış, ona verilən fiziki əzab, ağrıları və iztirabı, mənəvi sarsıntını unuda bilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki iddia mənəvi zərərin ödənilməsi hissəsində olmaqla qismən təmin edilərək, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs onun cinayət əməli nəticəsində vurduğu mənəvi zərər olaraq 500 (beş yüz) manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Həmçinin mülki iddia ilə bağlı ödənilmiş 76 manat dövlət rüsumunun 30 manatı təqsirləndirilən şəxs-mülki cavabdehdən tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçıya ödənilməli, həmin rüsumun qalan hissəsi mülki iddiaçıya aid edilməlidir. Mülki iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-354, 356-cı və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd DVD disk (06 ədəd audiofayl, 05 ədəd foto və 04 ədəd videofayl) və şahid Murad İsmayılov tərəfindən aparılmış videoçəkilişlərin (05 ədəd videofayl) köçürüldüyü 01 ədəd DVD disk maddi sübut kimi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia qismən təmin edilsin – Təqsirləndirilən şəxs 500 (beş yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Mülki iddia üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi mülki iddiaçıya aid edilsin. İş üzrə xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-24/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-24/2023
06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver