Məhkəmə qərarları › İş №1(067)-24/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-24/2024

17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-24/2024 17.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, xx xxxxxxxx 1989-cu ildə Xaçmaz rayonu, Çinartala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonu, Çinartala kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 30 may 2023-cii il tarixdə saat 21 radələrində Xaçmaz rayonu, Çinartala kəndi ərazisində olmaqla həmin kənddən qərb istiqamətində 100 metr aralı məsafədə yerləşən bacısı X4 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ətrafına ağac budaqlarından çəkdikləri çəpəri Zərərçəkmiş şəxs yandırması ilə bağlı aralarında yaranmış mübahisə zamanı həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yaxınlığında daşla Zərərçəkmiş şəxs alın nahiyəsinə qəsdən vurmaqla ona alın nahiyəsinin əzilmiş-cırılmış yarası və sağ gözün alt qapaq nahiyəsinin qançırı kimi qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Çinartala kəndində yaşayır. Zərərçəkmiş şəxs həmkəndlisi olduğu üçün tanıyır. Onun əvvəllər Şaiq və onun valideyinləri ilə münasibəti yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. İki il əvvəl o, eşitmişdir ki, həmkəndlisi X15 yaşadıqları kənd ərazisində yerləşən özünə məxsus 0,2041 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satır. O, bağı Baxışovla razılaşaraq ona məxsus 0,2041 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini arvadı Ayişənin adına almış, sonra isə həmin torpaq sahəsini bacısı Xəyalənin adına keçirmişdir. Onların torpaq sahəsinin qonşuluğunda isə həmkəndlisi Zərərçəkmiş şəxs və başqa kənd sakinlərinə məxsus həyətyanı torpaq sahələri yerləşir. Sənəd üzərində onların torpaq sahəsi ilə Şaiqin həyətyanı torpaq sahəsi arasında yol nəzərdə tutulmamışdır. Şaiq özü isə onlardan tələb etmişdir ki, onun öz torpaq sahəsinə gedib-gəlməsi üçün onlar öz torpaq sahəsindən ona yol versinlər. Onlar isə Şaiqi başa salmağa çalışmışlar ki, onun öz həyətyanı torpaq sahəsinə gəlib-getməsi üçün başqa istiqamətdə yol vardır, o, həmin yolla gəlib-getsin. Şaiq isə onların torpaq sahəsindən yol ayrılmasını tələb etdiyi üçün onların münasibəti pisləşmişdir. Şaiqin onlara qarşı etdiyi özbaşınalıqla bağlı atası Şixnəzər bir neçə dəfə Xaçmaz RPŞ-nə müraciət etmiş və hər dəfə də atasının şikayət ərizəsi əsasında Xaçmaz RPŞ- də araşdırma aparılmışdır. Bundan başqa Xaçmaz rayonu, Çinartala kənd bələdiyyəsinin sədri Şahid5 onların məhəllə arası yolu zəbt etdiklərini iddia etmişdir və bunula bağlı bələdiyyə sədri özü də onlara qarşı Xaçmaz Rayon Məhkəməsində iddia qaldırmışdır. Hal-hazırda həmin işə Xaçmaz Rayon Məhkəməsində baxılır. 30 may 2023-cü il tarixdə təxminən saat 22 radələrində avtomobilinə əyləşib yaşadığı kənd ərazisində yerləşən bağ sahəsinə gedərkən görmüşdür ki, bacısı Xəyalənin adma aldığı torpaq sahəsinin ətrafına ağac budaqlarından çəkdikləri çəpər yanır. Həmin yerə yaxınlaşanda görmüşdür ki, bələdiyyə sədri Musayiblə Şaiq onların çəpərinin yanında dayanıblar. O, onlara məxsus çəpəri kimin yandırdığını soruşduqda Şaiq onlara məxsus çəpəri özünün yandırdığını demiş, o, Şaiqdən çəpəri yandırmasının səbəbini soruşduqda isə sonuncu ona söyüşlə cavab verərək demişdir ki, yaxşı edib onların çəpərini yandırmışdır. Bundan sonar Şaiq üstünə gəlib əlində olan ağac parçası ilə onun başına vurmaq istəyəndə o, sağ əlini yuxarı qaldırıb qarşısında tutmuşdur ki, ağac başına dəyməsin. Bu səbəbdən də Şaiqin əlində olan ağac onun sağ əlinə dəymiş və o, sağ əlində bərk ağrı hiss etmişdir. Bələdiyyə sədri Musayib onlara yaxınlaşmamış və o, əli ilə Şaiqi sinəsindən itələyib yerə yıxaraq avtomobilinə əyləşib yaşadığı evə getmişdir. Şaiqin ağacla vurub xəsarət yetirdiyi sağ əlində ağrılar olduğuna görə səhəri gün o, Xaçmaz RMX-na gəlmişdir. Xəstəxanada həkimlər ona tibbi yardım göstərdikdən sonra evə buraxılmışdır. Şaiqlə aralarında mübahisə Çinartala kəndi ərazisində yerləşən bacısı Xəyalənin adına aldığı torpaq sahəsinin yaxınlığında olmuşdur. Həmin mübahisə zamanı atası və qardaşları evdə olmuşlar. Atası və qardaşları onunla Şaiq arasında olan mübahisəni görməmişlər. Şaiq onun atasına və qardaşlarına böhtan atıb onları şərləməyə çalışır. Mübahisə zamanı o, özüdə Şaiqi vurmamışdır. O, Şaiqi itələyib yerə yıxmışdır və qaçaraq oradan uzaqlaşıb avtomobilinə əyləşərək evə getmişdir. Şaiqin bədəni üzərində olan xəsarətlərin necə yaranmasını o, bilməmişdir. Ola bilsin ki, əli ilə Şaiqi itələyib yerə yıxarkən o, həmin xəsarətləri almışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Çinartala kəndində yaşayır. Şahid1 həmkəndlisi olduğu üçün tanıyır. Onun əvvəllər Şixnəzər və onun oğlanları ilə münasibəti yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 2003-cü ildə o, yaşadığı Xaçmaz rayonu, Çinartala kənd bələdiyyəsinə müraciət edərək xahiş etmişdir ki, ona həyətyanı torpaq sahəsi ayrılmasına köməklik göstərilsin. Çinartala kənd bələdiyyəsində onun müraciətinə baxılmış və kənd ərazisində onun özünə 0,11 ha, anası Bibixammın adına isə 0,10 ha torpaq sahəsi ayrılmışdır. Sonrakı illərdə ona və anasına verilmiş həmin torpaq sahəsinin bir hissəsinə meyvə ağacları əkmişdir. Onların həyətyanı torpaq sahəsinin qonşuluğunda isə Şahid1 məxsus bağ sahəsi yerləşir və hər iki torpaq sahəsinin arasından məhəlləarası yol keçir. 2022-ci ilin avqust ayının sonlarında Şixnəzər oğlanları Vahid və Fazillə birlikdə tor hasar çəkməklə öz torpaq sahələri ilə onların həyətyanı torpaq sahəsi arasında olan yolu bağlamışlar. Bununla bağlı atası Xaçmaz Rayon İcra Hakimiyyətinə şikayət etmiş və atasının şikayəti əsasında Şixnəzər və oğlanları tərəfindən çəkilmiş tor hasar sökülmüşdür. Bu səbəbdən də həmin vaxtdan sonra onlarla Şixnəzərgilin münasibəti pisləşmişdir. Sonrakı günlərdə də Şixnəzərgil sakitləşməmişlər və ekskavator gətirib yolu qazdıraraq yararsız hala salmışlar. 30 may 2023-cü il tarixdə Xaçmaz RPŞ-nin İTB-nin rəisi Anar müəllim onu Xaçmaz RPŞ-nə dəvət etmiş və o, polis şöbəsinə gələndə görmüşdür ki, Şixnəzərlə arvadı Rəfiqə polis şöbəsindədirlər. Başa düşmüşdür ki, Anar müəllim onu Şixnəzərin müraciəti əsasında polis şöbəsinə dəvət edib. Anar müəllim onların mübahisə etmələrinin səbəbini soruşduqda demişdir ki, Şixnəzərgil məhəlləarası yolu zəbt edərək onların rahat hərəkətlərinə mane olurlar. Şixnəzərdə yalandan demişdir ki, həmin yerdə yol yoxdur, yol onun torpaq sahəsinə düşür. Anar müəllimdə onlara demişdir ki, bələdiyyə sədrini dəvət edrb aydınlaşdırarlar. Bundan sonra o, polis şöbəsindən çıxıb yaşadığı evə getmişdir. Evdə yemək yeyib bir qədər dincəldikdən sonra həyətyanı torpaq sahəsinə getmişdir ki, meyvə ağaclarına su versin. Su gəlmədiyinə görə o, meyvə ağaclarına su verə bilməmiş və təxminən saat 20:30 radələrində yola tökülmüş ağac budaqlarını bir yerə yığıb yandırmışdır. Təxminən saat 21 radələri olardı həyətyanı torpaq sahəsindən səs gəldiyini eşitmiş və həyətyanı torpaq sahəsinə gedib baxsada heç kimi görməmişdir. Çevrilib yola tərəf baxanda görmüşdür ki, həyətyanı torpaq sahəsinin ətrafına düzdüyü mişar daşlarının üstündə kimsə dayanıb. Diqqətlə baxanda həmin şəxslərin Rasim, Fazil və Vahid olduqlarını tanımışdır. Həmin anda Rasim əlində olan mişar daşının parçasını onun istiqamətində atmış və sonuncunun atdığı daş parçası gəlib onun sol alın nahiyəsinə dəymişdir. Baxanda görmüşdür ki, Şixnəzərdə mişar daşlarının arxasında dayanıb. Sonra Vahid əlində tutduğu ağacla onun başına vurmuş və o, huşunu itirib yerə yıxılmışdır. Bundan sonra da onlar sakitləşməmişlər və yumruq və təpiklə vuraraq onu döymüşlər. O, özünə gəlib onlara demişdir ki, onu vurmasınlar, buraxsınlar getsin. Rasimlə Vahid isə ona demişlər ki, «nə qədər ki, rəis müavini Faiq müəllim bu rayondadır, səni bundan da pis günə qoyacıq, atan bizdən şikayət etsə onuda sənin gününə salacıq, birdə sənin ayağın bura dəysə vurub səni öldürəcik». Sonra Rasim ona demişdir ki, o şərtlə onu buraxırlar ki, başqa yerdən həyətyanı torpaq sahəsi alıb ona versinlər, o, isə öz həyətyanı torpaq sahəsini onlara versin. O, qorxduğu üçün Rasimlə razılaşmış və onlar onu buraxmışlar. O, piyada yaşadığı ev istiqamətində gedəndə həmkəndliləri Səməd və Fərmanla rastlaşmış, sonuncular onun sol alın nahiyəsindən qan axdığını görüb nə olduğunu soruşmuşlar, o, da onlara demişdir ki, Şixnəzərlə oğlanları onu döymüşlər. Sonra o, həmkəndlisi Zahidə zəng vurub çağırmış, Zahidə gəlib idarə etdiyi avtomobillə onu Xaçmaz RMX-na gətirmişdir. Şixnəzər və oğlanları Rasim, Vahid, Fazil onu Xaçmaz rayonu, Çinartala kəndi ərazisində yerləşən həyətyanı torpaq sahəsində döymüşlər. Şixnəzər və oğlanlarının onu döymələrini başqa görən olmamışdır. Mübahisə zamanı o, özü Şixnəzəri və onun oğlanlarını vurmamışdır. Alın nahiyəsində olan əzilmiş-cırılmış yaranı və sağ gözündə olan xəsarəti Rasim daşla vuraraq yetirmiş, Vahid ağacla başının arxa tərəfinə vurmuş, Şixnəzərlə oğlu Fazil isə yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vurmuşlar. O, Rasimin sağ əlində olan xəsarətləri hansı şəraitdə almasını bilməmişdir. Ola bilsin ki, Rasim yumruqla vurub onu döyərkən sağ əlində olan xəsarəti almışdır. Həmin hadisə zamanı bələdiyyə sədiri Musayib onların yanında olmamış və o, Rasimgilə məxsus bağ sahəsinin ətrafına çəkilmiş çəpəri yandırmamışdır. Rasim, atası Şixnəzər, qardaşları Vahid və Fazillə mübahisə edərkən onun əlində ağac olmamışdır. Rasim daşla onun başına vurduqdan sonra o, özünü itirmişdir. Sonra Vahid ağacla onun başına vurmuş və o, huşunu itirib yerə yıxılmışdır. Həmin vaxt onun nəinki Rasimi vurmaq, heç özünü müdafiə etmək imkanı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Çinartala kəndində yaşayır. X14 isə valideyinləri ilə birlikdə yaşayırlar. Yaşadığı evlə valideyinlərinin yaşadığı ev arasında təxminən 800-900 metrə yaxın məsafə var. O, Zərərçəkmiş şəxs həmkəndlisi olduğu üçün tanıyır. Onun əvvəllər Şaiq və onun valideyinləri ilə münasibəti yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. İki il əvvəl onlar eşitmişlər ki, həmkəndliləri X15 yaşadıqları kənd ərazisində yerləşən özünə məxsus 0,2041 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satır. X26 Baxışovla razılaşaraq ona məxsus 0,2041 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini arvadı Ayişənin adma almış, sonra isə həmin torpaq sahəsini bacısı Xəyalənin adma keçirmişdir. Qardaşı Rasimin aldığı torpaq sahəsinin qonşuluğunda isə həmkəndlisi Zərərçəkmiş şəxs və başqa kənd sakinlərinə məxsus həyətyanı torpaq sahələri yerləşir. Sənəd üzərində qardaşı Rasimin aldığı torpaq sahəsi ilə Şaiqin həyətyanı torpaq sahəsi arasında yol nəzərdə tutulmamışdır. Buna baxmayaraq Şaiq özü qardaşı Rasimdən tələb etmişdir ki, onun öz torpaq sahəsinə gedib-gəlməsi üçün Rasim öz torpaq sahəsindən ona yol versin. Onlar dəfələrlə Şaiqi başa salmağa çalışmışlar ki, onun öz həyətyanı torpaq sahəsinə gəlib-getməsi üçün başqa istiqamətdən yol var və o, həmin yolla gəlib-getsin. Şaiq isə qardaşı Rasimin aldığı torpaq sahəsindən yol ayrılmasını tələb etdiyi üçün onların münasibəti pisləşmişdir. Şaiqin qardaşı Rasimə və atasına qarşı etdiyi özbaşınalıqla bağlı atası bir neçə dəfə Xaçmaz RPŞ-nə şikayət etmişdir və hər dəfə də atasının şikayət ərizəsi əsasında Xaçmaz RPŞ-də araşdırma aparılmışdır. Bundan başqa Xaçmaz rayonu, Çinartala kənd bələdiyyəsinin sədri Şahid5 qardaşı Rasimin və atasının məhəlləarası yolu zəbt etdiyini iddia edərək onlara qarşı Xaçmaz Rayon Məhkəməsində iddia qaldırmışdır. Hal-hazırda həmin işə Xaçmaz Rayon Məhkəməsində baxılır. 30 may 2023-cü il tarixdə təxminən saat 23 radələrində yaşadığı evdə olduğu zaman anası Rəfiqə «Whatsapp» vasitəsi ilə ona zəng vuraraq demişdir ki, Şaiq ağacla Rasimin əlinə vurub əzmişdir. Həmin gün gecə olduğuna görə o, valideyinlərinin yaşadıqları evə getməmiş, 31 may 2023-cü il tarixdə günorta saatlarında anasına zəng vurub Rasimin vəziyyəti ilə maraqlanmış, anasıda ona demişdir ki, atası Rasimi Xaçmaz RMX-na aparmışdır. Sonra Rasimlə görüşəndə o, özüdə ona demişdir ki. Şaiq onun torpaq sahəsinin ətrafına çəkdiyi çəpəri yandırdığına görə onunla Şaiq arasında mübahisə olmuşdur və Şaiq ağacla vuraraq onun sağ əlinə xəsarət yetirmişdir. Şaiqin onun barəsində göstərdikləri yalandır. X19 mübahisə edərkən o, öz evində olmuşdur. O, X19 arasında olan mübahisəni görməmişdir. Şaiq onu şərləmək üçün bilərəkdən ona böhtan atır. İş üzrə şahid qismində ifadə verilməsi ilə bağlı dəvət edilmiş Şahid2 iş üzrə Təqsirləndirilən şəxs qardaşı olduğundan Azərbaycan Respublikası Konstitusiyasının 66cı və Cinayət Prosessual-Məcəlləsinin 20 və 227-ci maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadə edərək məhkəmə istintaqında şahid qismində ifadə vetməkdən imtina etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, valideyinləri ilə birlikdə Xaçmaz rayonu, Çinartala kəndində yaşayır. Şahid1, Şixnəzərin oğlanları Rasimi, Vahidi, Fazili və Zərərçəkmiş şəxs həmkəndlisi olduqları üçün tanıyır. Onun Şixnəzər və Şaiqlə qohumluq əlaqəsi yoxdtır, əvvəllər onlarla münasibəti yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Çinartala kəndi ərazisində yaşadığı evdən bir kilometr aralı məsafədə qardaşı Məzahirə məxsus 0,30 ha həyətyanı torpaq sahəsi var. Qardaşına məxsus həyətyanı torpaq sahəsinin bir hissəsində ev tikmişlər, digər hisəsində isə bütünlüklə meyvə ağacları əkilmişlər. Qardaşı Məzahirə məxsus həyətyanı torpaq sahəsinin qonşuluğunda isə həmkəndlisi Şahid1 qızının adma olan torpaq sahəsi, Şaiqə və başqa kənd sakinlərinə məxsus həyətyanı torpaq sahələri yerləşir. Kənd sakinlərinə məxsus həyətyanı torpaq sahələri ilə Şixnəzərin qızma məxsus torpaq sahəsi arasından torpaq yol keçir. 2022-ci ilin avqust ayının sonlarında Şixnəzər oğlanları Vahid və Fazillə birlikdə tor hasar çəkməklə öz torpaq sahələri ilə kənd sakinlərinə məxsus həyətyanı torpaq sahələri arasında olan torpaq yolu bağlamışlar. Bununla bağlı Şaiqin atası Polad Xaçmaz Rayon İcra Hakimiyyətinə şikayət etmişdir və Poladın şikayt ərizəsi əsasında Şixnəzər və oğlanları tərəfindən çəkilmiş tor hasar sökülmüşdür. 30 may 2023-cü il tarixdə təxminən saat 21 radələrində yaşadığı kənd ərazisində yerləşən qardaşı Məzahirə məxsus həyətyanı torpaq sahəsindən çıxıb gedərkən mübahisə səsləri eşidib dayanmışdır. Həmin vaxt Qafarda ona yaxınlaşıb mübahisə edənlərin kim olduğunu soruşmuş, o, da ona demişdir ki, eşitmirsən Şaiq Şixnəzər və Şixnəzərin oğlanları ilə mübahisə edir. Həmin vaxt Şaiq vurmayın demiş, orada olanlardan kim isə demişdir ki, vur ölsün. O, «vur ölsün» deyənin kim olduğunu səsindən tanıya bilməmiş və Şixnəzərgillə münasibəti yaxşı olmadığına görə onlara yaxınlaşmadan uzaqlaşıb getmişdir. Bir qədər getdikdən sonra həmkəndlisi Fərmanla rastlaşmış və Fərmana demişdir ki, Şaiq Şixnəzərgillə mübahisə edir, o, getsin, özü qayıdıb baxsın, Şıxnəzərgil birdən Şaiqi döyüb öldürərlər. O, geri qayıdıb mübahisə olan yerə gələndə Şaiqlə rastlaşmış, sonuncunun sifət nahiyəsinin qan içində olduğunu görüb nə olduğunu soruşduqda demişdir ki, Şixnəzər oğlanları Rasim, Vahid və Fazillə birlikdə onu döymüşlər. Sonra Şahiq həmkəndlisi Zahidə zəng vurub çağırmış, Zahidə gəlib idarə etdiyi avtomobillə Şaiqi Xaçmaz RMX-na gətirmişdir. O, mübahisə olan yerə yaxınlaşmadığına görə Şaiqin Rasimi vurmasını və ya Şixnəzərin oğlanları Rasim, Fazil və Vahidlə birlikdə Şahiqi döymələrini görməmişdir. İş üzrə dövlət ittihamçısının vəsatəti əsasında ibtidai istintaq zamanı ifadəsi alınmış, lakin ittiham aktına ifadəsi göstərilməyən X9 əlavə şahid qismində məhkəmə istintaqında dəvət edilərək dindirilərkən ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayında vətəndaş Şahid1 kəndin işlək yolunu tutmuşdur. Şəxs həmin yolun tutulması səbəb kimi özünün daşınmaz əmlaka müraciət eləməsini, daşınmaz əmlak gələrək onun yerinə baxılması ilə bağlı özünə və digər ailə üzvlərinə məxsus 20 sot torpaq sahəsinə görə verilmiş torpaqın koordinatlarını ona göstərmişdir. O, məsələ ilə bağlı bir iki dəfə özünün, ondan sonra icra hakimiyyətinə müraciətinə əsasən icra hakimiyyətindən şöbə müdüri gələrək vətəndaşla fərdi söhbət etsələr də bunun heç bir əhəmiyyəti olmamışdır. Ondan sonra onlarda yolun açılması ilə bağlı Xaçmaz rayon məhkəməsinə müraciət etmişlər. Həmin iş yəni proses müəyyən səbəblərdən gecikmişdir, Şaiq isə yolun tez bir zamanda açılmasını istəsə də o, Şiqə bununla bağlı məhkəməyə müraciət edildiyini, məhkəmənin qərarından sonra Apellyasiya məhkəməsinə mürqaciət edilməli olduğunu və buna görə də biraz gözləməsini istəmişdir. Yolunda ki, yolun sağ və sol tərəfə şağ yığıblar orda da ki, Şaiq ev tikib, yəni o, evə tikinti materiallarını heç bir tərəfdən aparmaq olmur, həm o, üzdən tutublar, həm bu üzdən tutublar. Məqsdəli və qərəzçilik şəkildə. Hadisə baş verən gündə necə oldu orda onun özünün və qardaşına məxsus torpaq sahələri yerləşir. Şaiqin də həmçinin, bu üç qardaşın da yəni onlar bir yerdə plan almışlar, üç qardaş da bunlarda bir yerdə plan alıb, Hacızadələr, onları yuxarı tərəflərində də Şaiq gilin palanıdır, kəndin perspektivli inkaşaf olan torpaqlarıdır. Orda şaxları Şaiq yandırdığı zaman o, sonucuya demişdir ki, Şaiq bir az səbirli ol, gözləmək lazımdır, indi emosiyasına qapılıb vətəndaş, yandırdı şaxları, bu vaxtda ki, bu qardaşlar gəldi, o, həmin vaxt qaranlıq vaxt olmasına baxmayaraq o, qardaşların üçünü də görmüşdür. Orda Şaiqin başına nə ilə isə vurdular yıxıldı ondan sonra da ona xəsarət yetirdilər. Ondan sonra bununla bağlı Şaiq Xaçmaz rayon xəstəxanasında yatdı, ondan sonra iş düşdü polisə, məsələ ilə bağlı o, özü də polisə olmuşdur. İş polisdə olan vaxt işə Hafiz müəllim baxırdı, müstəntiq. O, polisdə olduğu zaman Razim ona orda olmasını bildirmiş, lakin o, yenə humanistliyini göstərərək orda onların üzünə durmaq istəməmişdir bu işdə ki, bəlkə demişdir barışarlar, yolu açarlar, çünki Şaiq də deyirdi ki, həmin o, proses gedən ərəfədə əyər onlar yolu açsalar öz evini tikə bilsə və yaxuddaki, tikinti materiallarını apara bilsə yəni heç məhkəməyə verməz, bu iş ilə bağlı, indi döyülmə də olub da. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Şahid1 göstərmişdir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Çinartala kəndində yaşayır. Zərərçəkmiş şəxs həmkəndlisi olduğu üçün tanıyır. Onun əvvəllər Şaiq və onun valideyinləri ilə münasibəti yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. İki il əvvəl onlar eşitmişlər ki, həmkəndlisi X15 yaşadıqları kənd ərazisində yerləşən özünə məxsus 0,2041 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satır. X28 Baxışovla razılaşaraq ona məxsus 0,2041 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini arvadı Ayişənin adma almış, sonra isə həmin torpaq sahəsini qızı Xəyalənin adına keçirmişdir. Onların torpaq sahəsinin qonşuluğunda isə həmkəndlisi Zərərçəkmiş şəxs və başqa kənd sakinlərinə məxsus həyətyanı torpaq sahələri yerləşir. Sənəd üzərində onların torpaq sahəsi ilə Şaiqin həyətyanı torpaq sahəsi arasında yol nəzərdə tutulmamışdır. Şaiq özü isə onlardan tələb etmişdir ki, onun öz torpaq sahəsinə gedibgəlməsi üçün onlar öz torpaq sahəsindən ona yol versinlər. Onlar isə Şaiqi başa salmağa çalışmışlar ki, onun öz həyətyanı torpaq sahəsinə gəlib-getməsi üçün başqa istiqamətdə yol var və o, həmin yolla gəlib- getsin. Şaiq isə onların torpaq sahəsindən yol ayrılmasını tələb etdiyi üçün onların münasibəti pisləşmişdir. Şaiqin onlara qarşı etdiyi özbaşınalıqla bağlı o, özü bir neçə dəfə Xaçmaz RPŞ-nə şikayət etmiş və hər dəfə də onun şikayət ərizəsi əsasında Xaçmaz RPŞ-də araşdırma aparılmışdır. Bundan başqa Xaçmaz rayonu, Çinartala kənd bələdiyyəsinin sədri Şahid5 onların məhəlləarası yolu zəbt etdiklərini iddia etmiş və bunula bağlı bələdiyyə sədri özü də onlara qarşı Xaçmaz rayon məhkəməsində iddia qaldırmışdır. Hal-hazırda həmin işə Xaçmaz rayon məhkəməsində baxılır. 30 may 2023-cü il tarixdə Xaçmaz RPŞ-nin İTB-nin rəisi Anar müəllim onu Xaçmaz RPŞ-nə dəvət etdiyi üçün o, polis şöbəsinə gəlmişdir. X24 RPŞ-nə gəlmiş və Anar müəllim onları dinlədikdən sonra demişdir ki, bələdiyyə sədrini dəvət edib onların bağ sahəsi ilə Şaiqə məxsus torpaq sahəsi arasında yol olub-olmadığını aydınlaşdıracaqdır. Bundan sonra o, polis şöbəsindən çıxıb yaşadığı evə getmişdir. 30 may 2023-cü il tarixdə təxminən saat 22 radələrində oğlu Rasim evdən çıxıb avtomobilinə əyləşərək getmişdir. Rasimin getdiyi vaxtdan təxminən 30 dəqiqəyə yaxın vaxt keçdikdən sonra sonuncu geri qayıdıb evə gələrək ona demişdir ki, Şaiq onlara məxsus torpaq sahəsinin ətrafına ağac budaqlarından çəkdikləri çəpər yandırdığı üçün onunla Şaiq arasında mübahisə olmuşdur və Şaiq əlində olan ağacla onun sağ əlinə vurmuşdur. Rasim həmin gün heç bir yerə müraciət etməmiş və onun sağ əlində ağrılar olduğuna görə səhəri gün o, Xaçmaz RMX-na getmişdir. Xəstəxanada həkimlər Rasimə tibbi yardım göstərdikdən sonra isə o, evə gəlmişdir. Şaiqin onlar barəsində göstərdikləri yalandır. X27 mübahisə edərkən o, və oğlanları Vahidlə Fazil orada olmamışlar. X20 mübahisə etməsini görməmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 Şıxnəzər oğlu ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Şahid1 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X18 Şəxsin Xaçmaz rayon şöbəsinin 07 iyun 2023cü il tarixli 275 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-alm nahiyəsinin əzilmiş-cırılmış yarası və sağ gözün alt q'apaq nahiyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı ekspertizanın rəyində anlaşılmazlığın aradan qaldırılması ilə bağlı dövlət ittihamçısının vəsatəti əsasında Azərbaycan Respublikası Məhkəmə Tibbi Ekspertiza və X8 X21 rayon şöbəsinin həkim X1 məhkəmə istintaqında dəvət edilərək dindirilərkən ifadəsində göstərmişdir ki, rəyin tədqiqat hissəsində Zərərçəkmiş şəxs qapalı kəllə beyin travmasının olması qeyd olunması, lakin rəyin nəticə hissəsində qeyd olunmaması heç bir pozuntu demək deyil. Rəydə qeyd olunub ki, Zərərçəkmiş şəxs alının əzilmiş yarası var, bu da o deməkdir ki, qapalı kəllə beyin travmasıdır. Başdan dəyən istənilən zərbələrin hamısı qapallı kəllə beyin travması kimi qiymətləndirilən, o şərtlə ki, açıq travma olmasın. Açıq kəllə beyin travması olsa, xəsarətin dərəcəsi daha ağır olacaq. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan cinayət işinin materiallarına əlavə edilmiş çıxarışın surətindən də görünür ki. Xaçmaz rayonu, Çinartala kəndi ərazisində X4 mülkiyyətində 0,2041 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Zərərçəkmiş şəxs 30 may 2023-cü il tarixdə saat 21 radələrində Xaçmaz rayonu, Çinartala kəndi ərazisində aralarında baş vermiş mübahisə zamanı ağacla Təqsirləndirilən şəxs Şixnəzər oğlunu vuraraq ona sağ əl nahiyəsinin hematoması və sol diz oynağı nahiyəsinin qançırı kimi qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməsi faktına görə 03 sentyabr 2023-cü il tarixdə müstəntiq tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılıb istintaqı davam etdirilmiş İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs Şixnəzər oğlu özünün müdafiəsi üçün göstərmişdir ki, o, mübahisə zamanı o, Şaiqi vurmamışdır. O, Şaiqi itələyib yerə yıxmışdır və qaçaraq oradan uzaqlaşıb avtomobilinə əyləşərək evə getmişdir. Şaiqin bədəni üzərində olan xəsarətlərin necə yaranmasını o, bilməmişdir. Ola bilsin ki, əli ilə Şaiqi itələyib yerə yıxarkən o, həmin xəsarətləri almışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs isə ifadəsində göstərmişdir ki, alın nahiyəsində olan əzilmiş-cırılmış yara və sağ gözündə olan xəsarəti Rasim daşla vuraraq yetirmişdir. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X18 Şəxsin Xaçmaz rayon şöbəsinin 07 iyun 2023-cü il tarixli 275 nömrəli rəyindən də görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş alın nahiyəsinin əzilmiş-cırılmış yarası və sağ gözün alt qapaq nahiyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti 30 may 2023-cü il tarixə uyğun gəlir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində zərərçəkmiş şəxsi vurmamasına və sonuncuya xəsarət yetirməməsinə dair bildirdiyi xüsusata tənqidi yanaşaraq hesab edir ki, həmin xüsusat təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıyır və iş materiallarında olan sənədlərlə, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin ifadəsi ilə təkzib edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsini, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan RespublikasıCinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3, 349.4, 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir və məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermiş və özünü müdafiə xarakteri daşıyır. Bununla da, cinayət işinin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilməsi təsdiqini tapmışdır. Eyni zamanda, müdafiə tərəfinin baraətverici əsaslarla cinayət işi üzrə icraata xitam verilməsi haqqında dəlillərini araşdıraraq məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu dəlilləri qəbuledilməzdir və işin faktiki hallarına əsasən müdafiə tərəfinin bu mövqeyi qanunvericiliyin aşağıda qeyd olunan müddəaları baxımından əsassız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 8.0.5-ci maddəsinə əsasən, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 142-ci maddəsinə əsasən, preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyini və əsaslılığını təmin etməlidir. Məhkəmə istintaqı ilə tədqiq edilmiş sübutların məcmusu Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsini tamamilə istisna edir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibini yaradır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na görə: Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur; Sağlamlığın qısa müddət pozulması dedikdə isə əmək qabiliyyətinin 21 gündən (3 həftədən) az olan müddətdə müvəqqəti itirilməsi başa düşülür; Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəmnində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Elektron məhkəmə informasiya sistemi üzərindən aparılmış yoxlamalar nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladları xx.xx.2021ci il təvəllüdlü X11 və xx.xx.2024-cü il təvəllüdlü X12 vardır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Xaçmaz rayonu, Çinartala kənd İƏD-dən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müstəb xarakterizə olunur, evlidir, Xaçmaz rayonu, Çinartala kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirənin və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlşadırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddianın, maddi sübutun olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. İş üzrə məhkəmə xərcin olmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətinə başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar