Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-25/2021 19.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 , Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1982-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(067)- 130/2019 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 62.1 və 69.3-cü maddələri tətbiq edilməklə 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırki günə çəkilməmiş cəzası 01 (bir) il 04 (dörd) ay 13 (on üç) gün təşkil edən, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə xx xxxx 2020-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə 30 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda satın alaraq əldə etdiyi iki ədəd sellofan bükülüdə ayrı-ayrılıqda hər birinin təmiz çəkisi 0,176 qram və 0,170 qram olmaqla ümumi təmiz çəkisi 0,346 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini özündə saxlamış, həmin gün saat 20:30 radələrində heroini üzərində daşıyarkən Xaçmaz st. Xətt Polis Şöbəsinin Yalama st. Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Xudat dəmir yolu stansiyası ərazisində saxlanılaraq Yalama st. Xətt Polis Bölməsinin inzibati binasına dəvət olunduqdan sonra orada üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən hər birinin təmiz çəkisi 0,176 qram və 0,170 qram olmaqla ümumi təmiz çəkisi 0,346 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən 5 il olar ki, narkotik vasitə istifadəçisidir, əsasən marixuana və heroindən istifadə edir. Son vaxtlar narkotik vasitə olan heroini Xaçmaz rayonunun Xudat şəhəri K.Zavod qəsəbəsində yaşayan X1 almışdır. xx xxxx 2020-ci il tarixdə də Suracın mobil telefonuna zəng vurub narkotik vasitə almaq istədiyini bildirdikdə, sonuncu onu yaşadığı ünvana dəvət etmiş, saat 19 radələrində heroin almaq üçün Suracın yaşadığı ünvana getmişdir. Surac Tarverdiyevə 30 manat pul verib şəxsi istifadəsi üçün 2 ayrı-ayrı bükümdə olmaqla heroin alıb şalvarının sağ yan cibinə qoymuş, oradan yaşadığı evə qayıdarkən Xudat dəmir yolu stansiyası ərazisində mülki geyimdə olan polis əməkdaşları onu Yalama st. Xətt Polis Bölməsinin inzibati binasına dəvət etmiş və orada video çəkiliş vasitəsilə polis əməkdaşları üzərində şəxsi axtarış zamanı o, könüllü olaraq əynində olan tünd göy rəngli şalvarının sağ yan cibində olan sellofana bükülmüş vəziyyətdə içərisndə heroin olan 2 ədəd bükümü çıxarıb təqdim etmiş və bu barədə protokol tərtib edilmişdir. Aşkar edilmiş narkotik vasitə zərfə qoyulub qablaşdırılmış və zərf ekspertizaya təqdim edilməsi üçün möhürlənməklə iştirakçılar tərəfindən protokol və zərf imzalanmışdır. Əməlindən peşman olmaqla ona güzəşt edilib yüngül c’za təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz st. Xətt Polis Şöbəsinin Yalama st. Xətt Polis Bölməsinin cinayət axtarış qrupunun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, ’’Eşqin” adlı şəxsin üzərində narkotik vasitə gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında bölmənin polis nəfərləri Şahid2 Əlihesyn oğlu, Şahid3 və Şahid4lə birlikdə tərəflərindən xx xxxx 2020-ci il tarixdə saat 20:30 radələrində Xudat stansiyasında tədbir keçirilərkəın “Eşqin” adlı şəxsi bölmənin ərazisində müəyyən edərək bölmənin inzibati binasına dəvət etmişlər. Yalama st. Xətt Polis Bölməsinin inzibati binasında təhqiqatçı Nadir Məmmədov və əməliyyat qrupunun polis əməkdaşlarının iştirakları ilə şəxsiyyəti müəyyən edilmiş Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış aparılarkən o, könüllü olaraq əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən içərisində 2 dənə siqaret olan 1 ədəd “Argo” əmtəə nişanlı siqaret qutusu, 1 ədəd qara rəngli “İdrak” markalı işlək vəziyyətdə olan mobil telefon, 1 ədəd sellofan bükülü, şalvarın sol yan cibindən isə 1 ədəd “SAMSUNG” markalı işlək vəziyyətdə olan telefon, 1 ədəd alışqan və 3 ədəd 1 manatlıq pul əskinası çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən çıxardığı 1 ədəd sellofan bükülü açıldıqda 2 ədəd şəffaf sellofan bükülüdə narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli kütlə olması müşahidə edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx xxxx 2020-ci il tarixdə Xudat şəhəri ərazisində Surac adlı şəxsdən 30 manat müqabilində şəxsi istifadəsi üçün almasını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə heroinə bənzər maddə iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyindən təhqiqatçı tərəfindən götürülüb, müvafiq qaydada qablaşdırılmaqla üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz st. Xətt Polis Şöbəsinin Yalama st. Xətt Polis Bölməsinin diğər polis əməkdaşları Şahid2, Şahid3 və Şahid4 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materillarında olan xx xxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, xx xxxx 2020-ci il tarixdə X11 Şöbəsinin Yalama st.Xətt Polis Bölməsinin inzibati binasında iştirakçıların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd üzərinə “Argo” sözləri yazılmış içərisində 2 ədəd siqaret olan siqaret qutusu, 1 ədəd işlək vəziyyətdə olan “İDRAK” markalı mobil telefon, bir ədəd sellofan bükülü, şalvarın sol yan cibindən isə 1 ədəd “SAMSUNG” markalı işlək vəziyyətdə olan mobil telefon, 1 ədəd alışqan və 3 ədəd 1 manatlıq pul əskinası aşkar edilmişdir. Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən çıxardığı şəffaf sellofan bükülü açıldıqda onun içərisində 2 ədəd kiçik şəffaf sellofan bükümdə tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı Nadir Məmmədov həmin kütlənin nə olması və haradan əldə etməsini soruşduqda, Təqsirləndirilən şəxs qeyd olunan kütlənin narkotik vasitə heroin olduğunu, xx xxxx 2020-ci il tarixdə Xudat şəhəri ərazisində şəxsi istifadəsi məqsədi ilə Surac adlı şəxsdən 30 manat müqabilində aldığını bildirmişdir. Qeyd olunan 2 ədəd sellofan bükümündə olan kütlə kağız bükümə qoyularaq ekspertizaya təqdim edilməsi üçün zərfdə qablaşdırılmış, iştirakçılar və Təqsirləndirilən şəxs da həmin zərfin üzərinə imza etmişlər. Cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə baxışın videoçəkilişinə dair diskə məhkəmə istintaqında baxış keçirilərkən şəxsi axtarış keçirilməsi barədə xx xxxx 2020-ci il tarixli protokolda göstərilənlər öz təsdiqini tapmışdır. İş materiallarında olan Məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/1386 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis X12 X5 Xaçmaz st. Xətt Polis Şöbəsinin Yalama st. Xətt Polis Bölməsi Zərflər üçün” dairəvi möhür əksi olan “xx.xx.2020-ci il tarixdə satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və satmasında şübhəli bilinən Tarverdiyev Surac...” sözləri və xx xxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində ADY DSC Xudat dəmir yolu stansiyasının ərazisində saxlanılan vət. Təqsirləndirilən şəxs....” sözləri, adlar və imzalar qeyd edilmiş iki ədəd zərfdə qablaşdırılmış üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,271 qram, 0,176 qram və 0,170 qram, ümumilikdə təmiz çəkisi 0,617 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Təqdim edilmiş üç ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Tədqiqata sərfdən sonra heroinin ümumi qalıq çəkisi 0,497 qram təşkil edir. İş materiallarında olan cinayət təqibinə xitam verilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 manata narkotik vasitə satmaqla cinayət əməli törətmiş, barəsində cinayət işi açılaraq ibtidai araşdırması aparılan X2 şübhəli şəxs qismində tutularaq saxlanıldığı Biləcəri st. Xətt Polis Şöbəsinin X7 kamerasında öldüyündən onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə başlanılmış ********** nömrəli cinayət işi üzrə cinayət təqibinə xitam verilmişdir. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci tarixli 2214 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(067)- 130/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı tutulduğu 02 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq cəmi 04 gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli, 103 saylı arayışından görünür ki, Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2019cu il tarixli, 1(067)-130/2019 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həbsdə qaldığı müddət çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış Təqsirləndirilən şəxs barəsində olan hökm xx xxxxxx 2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş və məhkum xx xxxxxx 2019-cu il tarixdə qeydiyyata götürülmüşdür. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək cəzasının 07 ay 13 gün hissəsini çəkmiş, 01 il 04 ay 13 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. İş materiallarında olan Xaçmaz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin verdiyi xx xxxxxx 2020-ci il tarixli 885 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada həkim-narkoloqun və həkim-psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhər İƏD üzrə nümayəndəliyindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə 30 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda satın alaraq əldə etdiyi iki ədəd sellofan bükülüdə ayrı-ayrılıqda hər birinin təmiz çəkisi 0,176 qram və 0,170 qram olmaqla ümumi təmiz çəkisi 0,346 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini özündə saxlamış, həmin gün saat 20:30 radələrində heroini üzərində daşıyarkən Xaçmaz st. Xətt Polis Şöbəsinin Yalama st. Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Xudat dəmir yolu stansiyası ərazisində saxlanılaraq Yalama st. Xətt Polis Bölməsinin inzibati binasına dəvət olunduqdan sonra orada üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən hər birinin təmiz çəkisi 0,176 qram və 0,170 qram olmaqla ümumi təmiz çəkisi 0,346 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar heroin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməklə əməlindən peşman olması və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi qəsdən az ağır cinayət əməlinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi halı cinayətin residivini yaratmadığından həmin məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.3 və 68.1.1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-ci maddələrinə uyğun olaraq Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(067)-130/2019 saylı hökmü ilə ona təyin edilmiş 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının hazırki günə çəkilməmiş qalan 01 il 04 ay 13 gün hissəsinin hazırki hökm üzrə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 08 ay 06 gün azadlıqdan məhrum etmə cəzasının qismən birləşdirilərək üzərində qəti cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli tutulduğu gündən, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Nəqliyyatda Baş Polis X9 X3 saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,346 qram olan, barəsində cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsi ilə xitam verilmiş X1 aşkar edilərək götürülmüş 0,271 qram olmaqla birlikdə ümumi təmiz çəkisi 0,617 qram, tədqiqata sərfdən sonra isə ümumi qalıq çəkisi 0,497 qram təşkil edən narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 65 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş materiallarından görünür ki, Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(067)-148/2020 saylı qərarı əsasında isə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə dövlət hesabına 6 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi cəmi 6 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 36 manat pul ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 68.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(067)-130/2019 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının hazırkı günə çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 13 (on üç) günü hazırkı hökm üzrə ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 08 (səkkiz) ay 06 (altı) gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilərək üzərində qəti cəza 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Nəqliyyatda Baş Polis X9 X3 saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,346 qram olan, barəsində cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsi ilə xitam verilmiş X1 aşkar edilərək götürülmüş 0,271 qram olmaqla birlikdə ümumi təmiz çəkisi 0,617 qram, tədqiqata sərfdən sonra isə ümiumi qalıq çəkisi 0,497 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin. İş üzrə ekspertiza xərci olan cəmi 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi cəmi 6 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 36 (otuz altı) manat pul ödənilsin. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №1(067)-25/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-25/2021
19.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver