Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-25/2022 21.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, Dövlətittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun iştirakları ilə
1. 24 avqust 1990-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1;
2. xx xxx 1988-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Xaçmaz rayon məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 1(067)-92/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xaçmaz rayon məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 7(067)-29/2021 saylı qərarına əsasən Xaçmaz rayon məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 1(067)-92/2020 saylı hökmü ilə ona təyin edilmiş 02 il maddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün hissəsi 08 (səkkiz) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Xəzər rayon məhkəməsinin 11 mart 2022-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azaldılmış, 11 mart 2022-ci il tarixdə cəza müddəti başa çatdığına görə həbsdən azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq
MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 16 iyul 2021-ci il tarixdə gecə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən evin dəmir metaldan olan darvazasını aşaraq, evə pəncərənin dəmir barmaqlıqlarını aralama yolu ilə qanunsuz daxil olaraq həmin evin qonaq otağında divardan asılı olan 01 ədəd 400 manat dəyərində “Vestel” markalı, “49FD7000T” modelli, 126 diaqonal televizoru və 01 ədəd 15 manat dəyərində “Superbox” markalı, “SB6600 mini FTA” modelli rəqəmsal peyk aparatını götürüb aparmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs2 16 iyul 2021-ci il tarixdə gecə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən evin dəmir metaldan olan darvazasını aşaraq, evə pəncərənin dəmir barmaqlıqlarını aralama yolu ilə qanunsuz daxil olaraq həmin evin qonaq otağında divardan asılı olan 01 ədəd 400 manat dəyərində “Vestel” markalı, “49FD7000T” modelli, 126 diaqonal televizoru və 01 ədəd 15 manat dəyərində “Superbox” markalı, “SB6600 mini FTA” modelli rəqəmsal peyk aparatını götürüb aparmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təqsirləndirilən şəxs X12 onun köhnə qonşusu olmuşdur. O, Xaçmaz şəhəri, M.F.Axundov küçəsində, iş üzrə Zərərçəkmiş şəxs yaşadığı evlə üzbəüz yerləşən evi kirayə tutaraq, həmin evdə ailəsi ilə birlikdə təxminən bir il yaşamışdır. 15 iyul 2021-ci il tarixdə Xaçmaz şəhəri M.F.Axundov küçəsində Ramalla rastlaşmış və orada Ramala gecə onlara gəlməsini, onunla işi olacağını demiş, Ramal ondan nə iş olduğunu soruşduqda, o, Ramala dediyi vaxtda gəlməsini bildirmişdir. 15 iyul 2021-ci il tarixdə gecə Rəşadın evində adam olmayacağını bilmişdir. Buna görə də 2021-ci ilin iyul ayının 15-dən 16-na keçən gecə, saat təxminən 01 radələrində Ramal onun yaşadığı evə gəldikdə o, evdən küşəyə çıxaraq Rəşadın evinin həyətinin giriş qapısının qarşısında Ramala Rəşadın evini göstərib həmin evdə hazırda heç kimin olmadığını, evi yaxşı tanıdığını, evin qonaq otağında divarda asılı bir ədəd böyük televizor olduğunu bildirərək həmin evə girib televizoru oğurlamağı və aparıb satmağı təklif etmişdir. Ramal onunla razılaşmış, birlikdə giriş qapısının üstündən həyətə keçib hər ikisi köməkləşib Rəşadın evinin pəncərəsinin dəmir barmaqlıqlarını aralamışlar. Sonra Ramal qolu ilə pəncərəni evin içərisinə doğru itələmiş, pəncərə açıq olduğundan evin pəncərəsi rahat açılmışdır. Bundan sonra əvvəlcə Ramal, daha sonra da o, evə daxil olmuşdur. Ramal, özü ilə bir ədəd vint açan açar da götürmüşdür. O, aşağıdan televizoru tutmuş, Ramal da evdə masanın ətrafında olan oturacaqlardan birini götürüb ayağının altına qoyaraq özü ilə götürdüyü açarla televizoru divarda bağlandığı dəmirdən açmış, o, televizoru götürüb yerə qoymuşdur. Bundan sonra, həmin televizorun altında olan bir ədəd peyk aparatını da Ramal götürüb ona vermiş, o, peyk aparatını evin döşəməsinə qoymuşdur. Daha sonra o, evin pəncərəsindən, yəni evə girdikləri yerdən bayıra çıxmış, Ramal da evin içərisindən ona televizoru uzatmış, o, pəncərənin qarşısında dayanaraq televizoru Ramalın əlindən alıb yerə qoymuşdur. Eyni qayda ilə peyk aparatını da Ramaldan götürərərk televizoru və peyk aparatını Rəşadın evinin həyətinin giriş qapısının yanına qoymuşdur. Daha sonra Ramal da evdən bayıra çıxmış, o, dəmir qapının üstündən yola keçmiş, küçədə heç kimin olmamasına əmin olduqdan sonra Ramal dəmir qapının üstünə çıxmış, sonra əyilib həyətdən qapıya söykənmiş vəziyyətdə olan televizoru götürüb ona uzatmışdır. O da, yol tərəfdən, televizoru Ramalın əlindən alıb yerə qoymuşdur. Ramal da qapının üstündən küçəyə çıxdıqdan sonra o, peyk aparatını Ramalın əlində görməmiş, ancaq sonradan görmüşdür ki, Ramal peyk aparatını paltarının altına qoyaraq düşürmüşdür. Onlar, televizor və peyk aparatını çıxardıqdan sonra, Ramala televizoru və peyk aparatını evinə aparmasını, səhər çıxarıb satacaqlarını demişdir. Ramal da onunla razılaşaraq peyk aparatını və televizoru da götürüb oradan çıxıb getmişdir. Bundan sonra o da, yaşadığı evə getmişdir. 16.07.2021-ci il tarixdə axşam saatlarında qonşusu Rəşadın arvadı Aygün onun yaşadığı evə gəlmiş, o, həmin vaxt evin içərisində olmuşdur. Aygün onun arvadına demişdir ki, “gecə bizim evdən oğurluq edilib, sən bir yoldaşından soruş gör evdən oğurluq edilməsindən onun xəbəri varmı, bəlkə o oğurluq edənləri görüb”. Bunları dedikdən sonra anası tez onun yanına gələrək, oğurluqdan xəbərinin olub-olmadığını soruşmuş, o anasına heç bir şeydən xəbəri olmadığını demişdir. Bundan sonra Aygün çıxıb getmişdir. Aygün onlara gəlməmişdən bir qədər əvvəl, polis əməkdaşı Zöhrab müəllim ona zəng edərək harada olduğunu soruşmuş, o, Zöhrab müəllimə Bakı şəhərində olduğunu demişdir. Zöhrab müəllim ondan harada olduğunu soruşduqda, o, başa düşmüşdür ki, Rəşadın evindən oğurluq edilməsində artıq ondan şübhələnirlər. Ancaq o, yerini deməmiş, çünki bu işin üstünün açılmasından, həm də Rəşaddan utanmışdır. Bundan sonra həmin gün Rəşad onun yaşadığı evə gəlmiş, ona yaxınlaşıb evindən oğurluq edən şəxslər barədə məlumatının olub-olmamasını soruşmuş, o da, Rəşada evindən oğurluq edilməsindən yeni xəbər tutduğunu, kimin oğurluq etdiyini bilmədiyini demişdir. Rəşad orada olan zaman polis əməkdaşı Zöhrab müəllim onun yaşadığı evin həyətinə gəlmiş və onu izahat vermək üçün Polis Şöbəsinə dəvət etmişdir. Həmin vaxt Rəşad ondan şübhələnmişdir. O, polis Şöbəsinə dəvət edildikdən sonra cəzasının yüngül olması üçün əməlini qismən etiraf edərək Rəşadın evindən oğurluq edilməsindən məlumatı olduğunu, oğurluğu onun keçmiş qonşusu Ramalın etdiyini demişdir. O, fikirləşmişdir ki, polis əməkdaşları Ramalın həmin evdən oğurluq etməsinə inanarlar. Belə ki, Ramal həmin evdən bir il əvvəl də oğurluq etmişdir. Bundan sonra X21 dəvət edilib izahatı alınmışdır. Ramal izahat verərkən Ramalın adını o, polis əməkdaşlarına verdiyi üçün, bildirmişdir ki, oğurluğu həmin gecə onunla etmişdir. Bundan sonra o, bütün etdiklərini etiraf edərək oğurluq etdiyini, həmin oğurluğu Ramal ilə birlikdə etdiyini bildirmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs yaşadığı evdən təxminən iki il əvvəl bir ədəd kompyuter oğurladığından ona azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Lakin cəzanın şərtlərini pozduğuna görə, icra məmurunun təqdimatı əsasında məhkəmə qərarı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs1 keçmiş qonşusu kimi tanımışdır. 15 iyul 2021-ci il tarixdə gündüz vaxtı Xaçmaz şəhəri, Ə.Hacıyev küçəsində İlkinlə rastlaşmış, İlkin ona demişdir ki, “bu gecə, saat 01 radələrində mənim yaşadığım evə gəl, səninlə işim olacaq”. O da, İlkindən nə iş olduğunu soruşduqda, İlkin ona demişdir ki, “evdə mənim televizorum var, axşam ailəm evdə olmayacaq, sən gəl bizim televizoru götür, apar sat”. O da, İlkinlə razılaşmış, bundan sonra, 16 iyul 2021-ci il tarixdə gecə saat 01 radələrində İlkinin kirayə yaşadığı, Xaçmaz şəhəri, M.F.Axundov küçəsində yerlşən evə getmiş, İlkin yaşadığı evə daxil olaraq bir ədəd qara rəngli “Vestel” markalı televizoru ona göstərib həmin televizoru bir ədəd döşək üzünə bükərək ona vermişdir. O, həmin televizoru yaşadığı evə aparıb, evin həyətində hamam kimi tikilmiş otağa qoymuşdur. O, yaşadığı evdən saat 01 radələrində çıxarkən ailə üzvlərinin heç birinin xəbəri olmamışdır. Səhəri gün saat 07 radələrində yaşadığı evdən çıxaraq həmin televizoru aparıb televizor almaq istəyən Hüseyn adlı şəxsə almasını təklif etmiş, həmin televizorun yaşadığı evin televizoru olduğunu, bir müddət əvvəl kreditlə aldığını, hazırda pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Hüseyn ona yaşadığı evə almaq üçün televizor axtardığını, əgər işləyirsə ala biləcəyini demişdir. Bundan sonra o, televizoru Hüseynə 400 manata satmışdır. Bundan sonra, 17 iyul 2021-ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşı Zöhrab müəllim onun yaşadığı ünvana gəlmiş və onu Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişdir. O, Zöhrab müəllimlə birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis Şöbsində verdiyi ilkin izahatında həmin televizoru Təqsirləndirilən şəxs1lə birlikdə oğurladığını bildirsə də, sonradan televizoru oğirlamadığını, televizoru oğurlayan şəxsin Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Televizoru satdığı şəxs Şahid4 həmin televizorun oğurluq olduğunu bilməmişdir. Məhkəmə istintaqında dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, təxminən 4 ildir ki, ünvan 6 ünvanında ailəsi ilə birlikdə yaşayır. 15 iyul 2021-ci il tarixdə o, ailəsi ilə birlikdə Şabran rayonunun Uzunboyad kəndində yaşayan anasının yanına getmiş və gecəni anasının evində qalmışlar. 16 iyul 2021-ci il tarixdə səhər saat 08 radələrində arvadı Aygünlə anasının evindən çıxmış, uşaqları isə anasının yanında qalmışdır. O, əvvəlcə arvadını Quba ASAN Xidmət mərkəzinə işə apardıqdan sonra, özü Xaçmaz şəhərində usta işlədiyi sexə getmişdir. Həmin gün saat 17 radələrində arvadını işlədiyi yerdən götürüb yaşadığı evə aparmış, özü isə işə qayıtmalı olduğu üçün avtomobildən enməyərək işə qayıtmışdır. Az sonra Aygün ona zəng edərək evə qayıtmasını, evə oğru girdiyini demiş, o, dərhal idarə etdiyi avtomobil ilə yaşadığı evə qayıtmışdır. Evə qayıtdıqda Aygünün həyətdə olduğunu və evə daxil olmadığını görmüşdür. Ətrafa baxdıqda evin həyətində olan pəncərələrin birinin açıq olduğunu və dəmir barmaqlıqların aralandığını görüb kiminsə evə girdiyinə əmin olmuşdur. O, dərhal zəng edib polisə məlumat vermişdir. Sonra evin giriş qapısını açıb içəri daxil olduqda qonaq otağındakı divardan asdıqları “Vestel” markalı, 126 sm diaqonallı televizorun və televizorun altında olan “SuperBox mini FTA” markalı rəqəmsal peyk aparatının oğurlandığnı görmüşlər. Onlar evin digər otaqlarını gəzmiş və başqa əşyaların oğurlanmadığını müəyyən etmişlər. Bundan sonra, yaşadıqları evə polis əməkdaşları gəlmişlər. Onların yaşadıqları evlə üzbəüz, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 adının bir neçə dəfə mənzil və evlərdən oğurluq edilməsində hallandığını eşitdiklərindən oğurluğun edilməsində ilk olaraq İlkindən şübhələnərək bu barədə polis əməkdaşlarına bildirmişlər. Həmin gün axşam radələrində arvadı Aygün İlkinin yaşadığı evə gedərək İlkinin arvadından bu barədə maraqlanmış, həmin vaxt evdə olan İlkin ailə üzvlərinə oğurluqdan xəbərinin olmadığını bildirmişdir. Sonradan polis əməkdaşlarının apardıqları tədbirlər nəticəsində onların evindən oğurluğu Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2la birlikdə etdiyi onlara məlum olmuşdur. İbtidai istintaq zamanı televizor ona qaytarılmışdır. Təqsirləndirilən şəxslər barəsində şikayətçi olmaqla onların barəsində ədalətli cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, iş üzrə Zərərçəkmiş şəxs onun əridir. 15 iyul 2021-ci il tarixdə əri Zərərçəkmiş şəxs və uşaqları ilə birlikdə Şabran rayonunun Uzunboyad kəndində yaşayan Rəşadın anasının evinə getmiş və gecəni orada qalmışlar. 16 iyul 2021-ci il tarixdə səhər saat 08 radələrində oradan geri qayıdaraq əri Rəşad onu Quba ASAN Xidmət mərkəzinə işə düşürmüş, özü isə Xaçmaz şəhərinə işə getmişdir. Axşam saat 17 radələrində Rəşad onu işdən evə gətirmiş, özü isə yenidən işə qayıtmışdır. Evə daxil olmazdan əvvəl evin giriş qapısının yanındakı pəncərənin açıq olduğunu, barmaqlıqların aralandığını görüb oğurluq olduğundan şübhələnərək dərhal ərinə zəng edərək evə qayıtmasını, evdən oğurluq olduğunu bildirmişdir. Əri qayıtdıqdan sonra dərhal polisə məlumat vermiş və onlar evin giriş qapısını açıb içəri daxil olduqda qonaq otağında olan, divardan asdıqları “Vestel” markalı televizorun və televizorun altında olan “SuperBox mini FTA” markalı rəqəmsal peyk aparatının yerində olmadığını görmüşlər. Onlar evin digər otaqlarını gəzmiş və digər əşyaların oğurlanmadığını müəyyən etmişlər. Bundan sonra, yaşadıqları evə polis əməkdaşları gəlmiş, onlara evləri ilə üzbəüz evdə yaşayan Təqsirləndirilən şəxs1 şübhələndiklərini bildirmişlər. Bundan sonra, həmin gün axşam radələrində o, İlkinin yaşadığı evə gedərək arvadından bu barədə maraqlanmış, ailə üzvləri həmin vaxt evdə olan İlkindən oğurluqdan xəbərinin olub-olmamasını soruşduqda İlkin ailə üzvlərinə oğurluqdan heç bir xəbərinin olmadığını bildirmişdir. Sonradan polis əməkdaşlarının apardıqları tədbirlər nəticəsində oğurluğu Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2la birlikdə etdiyi onlara məlum olmuşdur. Məhkəmə ictintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, ailəsi ilə birlikdə, ünvan 7 ünvanında yaşayır. Təqsirləndirilən şəxs2 onun əridir. Əri Ramal təxminən iki il əvvəl, Xaçmaz şəhəri, M.F.Axundov küçəsində yaşayan Zərərçəkmiş şəxs evindən oğurluq etdiyinə görə məhkum olunmuşdur. 16 iyul 2021-ci il tarixdə gecə saat 12dən əvvəl əri Ramal evdə olmuş, ondan sonra evdən çıxmasını bilməmişdir. Ramal, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilən zaman, bir dəfə gecə saat 04 radələrində evdən çıxdığı olmuşdur. Həmin vaxt may ayı olmuş və Ramal işləmək üçün getmişdir. Bundan başqa, əri Ramalın gecə saatlarında yaşadığı evdən çölə çıxması halı olmamışdır. 16 iyul 2021-ci il tarixdə gecə saatlarında Ramal evdə olmuş, Zərərçəkmiş şəxs evindən oğurlanmış televizor barədə onu bildirir ki, ola bilər ki, Ramal həmin televizoru 15 iyul 2021-ci il tarixdə gecə İlkinin evindən götürmüş, ancaq o, həmin televizoru heç vaxt görməmişdir. Həmin televizoru Ramalın öz yaşadığı evə gətirməsi barədə məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən X2 göstərdi ki, Təqsirləndirilən şəxs1 onun oğludur. Oğlu ilkin bir müddət öz ailəsi ilə birlikdə Xaçmaz şəhəri, M.F.Axundov küçəsində Zərərçəkmiş şəxs yaşadığı evlə üzbəüz yerləşən evdə kirayədə qalmışdır. Gəlini Elnurədən eşitdiyinə görə oğlu İlkin hadisə günü, yəni 15 iyul 2021-ci il tarixdə saat 24 radələrində evdə olmuş, 16 iyul 2021-ci il tarixdə gecə saat 01 radələrində yaşadıqları evdən bayıra çıxmış, təxminən bir saat sonra evə qayıtmışdır. Elnurə əri İlkindən haraya getdiyini soruşduqda İlkin tanışları ilə söhbət etməyə getdiyini bildirmişdir. 16 iyul 2021-ci il tarixdə axşam saatlarında Rəşadın arvadı Aygün İlkinin yaşadığı evə gəlmiş, həmin vaxt oda orada olmuşdur. Aygün Elnurəyə gecə evlərindən oğurluq olduğunu, əri ilkinin bu barədə bir şey bilib-bilməməsini soruşmuşdur. Bu zaman, o, həmin vaxt evdə olan oğlu İlkindən Aygün dediyi kimi oğurluqdan məlumatı olub-olmadığını soruşmuş, İlkin bildirmişdir ki, oğurluqdan xəbəri yoxdur. Bundan sonra Aygün evdən çıxıb getmişdir. O, hiss etmişdir ki, İlkin yaşadıqları evdən bayıra çıxmır. Bu hal onda şübhə yaratmışdır. Buna görə də, 17 iyul 2021-ci il tarixdə o, qonşusu Aygünün yaşadığı evə gedərək ona demişdir ki, “İlkin evdədir, gəlin istəyirsiniz bir özünüz də soruşun oğurluq barədə İlkindən, İlkin nə isə evdən çıxmır. Əgər oğurluq etməyibsə onda niyə gizlənir ki”. Bundan sonra Zöhrab adlı polis əməkdaşı onların yaşadıqları evə gəlmiş, İlkini izahat verməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə aparmışdır. Sonradan məlum olmuşdur ki, 16 iyul 2021-ci il tarixdə oğlu İlkin tanışı Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs evindən televizor oğurlamışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış X5 eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Şahid4 göstərmişdir ki, 2021-ci ilin iyul ayının ortalarında Xaçmaz şəhərində, bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq televizor satdığını bildirmişdir. Onun da, həmin vaxt evində televizor olmadığı üçün, o, həmin şəxsə televizora baxmaq istədiyimi bildirmişdir. Bir qədər vaxt sonra həmin şəxs ona televizoru gətirib göstərmişdir. O, görmüşdür ki, həmin televizor qara rənglidir və “Vestel” markalıdır. Həmin şəxs televizoru 400 manata satdığını bildirmişdir. O da, həmin şəxslə razılaşaraq televizoru ona satması müqabilində 400 manat pul vermiş və televizoru götürərək yaşadığı evə aparmışdır. Televizoru aldığı vaxtdan təxminən 2-3 gün sonra, onun yaşadığı evə polis əməkdaşları gələrək ona bildirmişlər ki, bir neçə gün bundan əvvəl onun aldığı televizor oğurluq televizordur. O da, kiminsə evindən oğurlanmış televizoru öz evində saxlamaq istəməmiş, ona görə də həmin televizoru könüllü surətdə polis əməkdaşlarına təqdim etmişdir. O, televizoru alarkən oğurluq olduğunu bilməmiş, çünki televizoru satan şəxs, öz yaşadığı evin televizoru olduğunu demişdir. İş materiallarında olan şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında 23 oktyabr 2021-ci il tarixli protokoldan və əlavə edilmiş foroşəkillərdən görünür ki, qeyd olunan tarixdə Şahid4 fotoşəkli, Təqsirləndirilən şəxs2 tanınmaya təqdim edilmiş, Təqsirləndirilən şəxs2 Şahid4 fotoşəklini tanımış və televizoru həmin şəxsə satdığını bildirmişdir. İş materiallarında olan əşyaya baxış keçirilməsi haqqında 18 iyul 2021-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə Xaçmaz rayon Polis Şöbəsinə dəvət edilən Şahid4 təqdim etdiyi bir ədəd “Vestel” markalı 126 diaqonallı televizor baxış keçirilərək götürülmüşdür. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi barədə 15 oktyabr 2021ci il tarixli protokoldan və əşyanın maddi sübut kimi tanınması haqqında həmin tarixli qərardan görünür ki, Şahid4 götürülmüş bir ədəd “Vestel” markalı 126 diaqonallı televizor zərərçəkmiş Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş və sonuncu tərəfindən tanındıqdan sonra, maddi sübut hesab edilmiş və zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2021-ci il tarixli 9/6701 nömrəli ekspert rəyindən görünür ki, tədqiqatına təqdim edilmiş “Vestel” markalı, “49FD7000T” modelli televizorun istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 400,0 manat müəyyən olunur. Qərarda göstərilən 01 ədəd “Superbox” markalı “SB6600 mini FTA” modelli peyk aparatının orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 15,0 manat müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 07 oktyabr 2021-ci il tarixli, 3725 nömrəli arayışdan, AZE seriyalı, 11056736 nömrəli və AZE seriyalı, 18268573 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 8 ünvanda yaşamaqla ailə tərkibi- arvadı Şahid6 qızı, uşaqları- 20 iyun 2014-cü il təvəllüdlü X9 və 25 fevral 2017-ci il təvəllüdlü X6 ibarətdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş ictimai xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış tələbnamədən, həmçinin Xaçmaz rayon Məhkəməsinin 25 iyun 2020ci il tarixli, 1(067)-92/2020 nömrəli hökmündən, Xaçmaz rayon məhkəməsinin 18 avqust 2021-ci il tarixli qərarından və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə Müəssisəsinin 11 mart 2022-ci il tarixli, 24 saylı arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 20 yanvar 2020-ci il tarixdə Şahid2 yaşadığı Xaçmaz şəhəri, M.F.Axundov küçəsi 25 B saylı evdən etdiyi oğurluğa görə Xaçmaz rayon məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 1(067)-92/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xaçmaz rayon məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 7(067)-29/2021 saylı qərarına əsasən Xaçmaz rayon məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 1(067)-92/2020 saylı hökmü ilə ona təyin edilmiş 02 il maddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün hissəsi 08 (səkkiz) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Xəzər rayon məhkəməsinin 11 mart 2022-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azaldılmış, 11 mart 2022-ci il tarixdə cəza müddəti qurtardığına görə həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 20 oktyabr 2021-ci il tarixli, 905 nömrəli arayışdan, AZE seriyalı, 11531852 nömrəli, AZE seriyalı, 11531354 nömrəli, AA seriyalı, ******* nömrəli, AA seriyalı, ******* nömrəli və AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 2 ünvanında yaşamaqla ailə tərkibi arvadı Şahid3- uşaqları- 30.05.2010-cü il təvəllüdlü X13, 10.06.2012-ci il təvəllüdlü X10, 20.02.2017-ci il təvəllüdlü X14, 19.03.2021-ci il təvəllüdlü Şahid1 Ramal qızı və X3 ibarətdir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 16 iyul 2021-ci il tarixdə gecə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən evin dəmir metaldan olan darvazasını aşaraq, evə pəncərənin dəmir barmaqlıqlarını aralama yolu ilə qanunsuz daxil olaraq həmin evin qonaq otağında divardan asılı olan 01 ədəd 400 manat dəyərində “Vestel” markalı, “49FD7000T” modelli, 126 diaqonal televizoru və 01 ədəd 15 manat dəyərində “Superbox” markalı, “SB6600 mini FTA” modelli rəqəmsal peyk aparatını götürüb aparmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Həmçinin Təqsirləndirilən şəxs2 16 iyul 2021-ci il tarixdə gecə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən evin dəmir metaldan olan darvazasını aşaraq, evə pəncərənin dəmir barmaqlıqlarını aralama yolu ilə qanunsuz daxil olaraq həmin evin qonaq otağında divardan asılı olan 01 ədəd 400 manat dəyərində “Vestel” markalı, “49FD7000T” modelli, 126 diaqonal televizoru və 01 ədəd 15 manat dəyərində “Superbox” markalı, “SB6600 mini FTA” modelli rəqəmsal peyk aparatını götürüb aparmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər, onların əməllərində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsinin əsası kimi ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində 16 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus Xaçmaz şəhəri, M.F.Axundov küçəsində yerləşən 25b nömrəli evdən oğurluq etmədiyi barədə irəli sürdüyü dəlillər özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşımaqla aparılmış məhkəmə araşdırması zamanı hər hansı mötəbər sübutlarla öz təsdiqini tapmamış və sübuta yetirilməmişdir. Əksinə olaraq onun törətdiyi cinayət əməli digər Təqsirləndirilən şəxs1 ifadəsi, iş materiallarında olan istintaq eksperimentinin keçirilməsi, ifadənin yerində yoxlanılması protokolları, ekspert rəyi, şahid ifadələri, üzləşdirmə protokolları və digər iş materialları ilə təkzib olunmuş və tamamilə öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri tamamilə sübut olunduğundan onların törətdikləri əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun ilk dəfə az ağır cinayət əməli törətməsini, əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, himayəsində 2 nəfər azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, himayəsində 5 nəfər azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əvvəllər törətdiyi qəsdən az ağır cinayət əməlinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi halı cinayətin residivini yaratmadığından həmin məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də şəxsiyyətlərini, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq barələrində təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri tədbiri dəyişdirilərək “həbs”növündə qətimkan tədbiri ilə əvəz olunmalı, həmçinin Təqsirləndirilən şəxs2 barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” növündə qətimkan tədbiri seçilməklə o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 13 fevral 2022-ci il tarixli, 4(067)-27/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edərək saxlamaqda təqsirləndirildiyinə görə barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış cinayət təqibi ilə bağlı Xaçmaz rayon Prokurorunun təqdimatı əsasında məhkəmənin qeyd olunan qərarı ilə barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkmələrinin əvvəli 21 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan “Vestel” markalı, “49FD70000T” modelli televizorun qəbz əsasında Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 50 manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə 25 manat olmaqla müştərək qaydada alınaraq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ :
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunsun. Cəza çəkməsinin əvvəli 21 aprel 2022-ci il tarixdən hesablansın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” növündə qətimkan tədbiri seçilməklə o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 21 aprel 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan “Vestel” markalı, “49FD70000T” modelli televizorun qəbz əsasında Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə 25 manat olmaqla müştərək qaydada alınaraq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən Xıdır Quliyev.