Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-25/2024 12.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1989-cu ildə X1 Respublikasının Maxaçkala şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xaçmaz rayonu, Müzəffəroba kəndində qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu, Xudat şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,284 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu.fakt 26 fevral 2023-cü il tarixdə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu, Xudat şəhər ərazisində saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinə gətirildikdən sonra 26 fevral 2023-cü il tarixdə saat 14:15-dən 14:25-dək olan vaxt müddətində Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd kağız bükümdə 1,284 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Xaçmaz rayonu, Müzəffəroba kəndində qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu, Xudat şəhəri, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Azərbaycan dilində latın qrafikası ilə yazmağı və oxumağı bacarır. Evlidir və iki azyaşlı övladı vardır. Övladlarının ikisi də 4- cü sinif şagirdləridir. Özünə məxsus olan avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olub dolanışığını təmin edir. Əvvəllər heç vaxt məhkumluğum olmamışdır. Rusiya Federasiyasının, Dağıstan Respublikasının, Maxaçkala şəhərində anadan olsa da, orta məktəbdə təhsili Azərbaycan dilində almışdır. Azərbaycan dilində sərbəst danışa və başa düşə bilir. Təxminən 2 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Ancaq narkotik vasitələrdən çoxda istifadə etmir, belə ki, 2-3 aydan bir narkotik vasitə olan heroin əlinə keçsə o zaman istifadə edirmiş. 25 fevral 2023cü il tarixdə Xaçmaz rayonu, Xudat şəhərində yerləşən avtovağzalda olan zaman yerdən bir ədəd qızılı rəngli kağız büküm tapmışdır. O, həmişə üzərində olanda narkotik vasitə olan heroini kağız bükümlərə büküb saxladığı üçün yerdə olan bükümü görəndə, içərisində narkotik vasitə olan heroin olmasını ehtimal edib əyilib həmin bükümü yerdən götürüb içərisinə baxanda, bükümün içərisində narkotik vasitə olan heroin olduğun görmüşdür. Narkotik vasitə istifadəçisi olduğuna görə həmin bükümü əynində olan şalvarın cibinə qoyub özündə saxlamış, daha sonra 25 fevral 2023-cü il tarixdə həmin bükümdə olan heroindən bir qədərini istifadə etmişdir. 26 fevral 2023-cü il tarixdə o, yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, Babək küçəsində yerləşən 20 nömrəli evdən çıxıb, yaşadığı evin yerləşdiyi küçədə olan zaman, biri polis formasında olmaqla iki nəfər tanımadığı şəxs ona yaxınlaşıb üzərində narkotik vasitə daşımağı barədə məlumat əldə etdiklərini bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün Xaçmaz RPŞ-nə getməli olduğunu bildirmişlər. Həmin vaxt üzərində bir gün əvvəl tapdığı, içərisində heroin olan büküm də var imiş və o, ehtimal etmişdir ki, üzərində narkotik vasitə olan heroin olması barədə kimsə polislərə məlumat vermişdir. Ona görə də o, polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmiş, Xaçmaz RPŞ-nə gəldikdən sonra o, şübhəli şəxs qismində tutulmuş və ona müdafiəçi təqdim olunmuşdur. Bundan sonra həmin gün üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirməzdən əvvəl ona müdafiəçi təqdim olunmuşdur. Daha sonra müdafiəçinin və digər polis əməkdaşlarının iştirakları ilə üzərinə şəxsi axtarış keçirilməsinə başlanmış, şəxsi axtarış zamanı o, əynində olan şalvarın sol yan cibində saxladığı, içərisində heroin olan bükümü polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa onun üzərindən iki ədəd 1 manatlıq pul əskinazları aşkar olunmuş, bunlardan başqa onun üzərindən hər hansı bir əşya aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş içərisində heroinə bənzər maddə olan büküm müstəntiq tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb götürülmüş, üzərindən aşkar olunmuş pul əskinazları onun özünə geri qaytarılmışdır. Bundan əlavə narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik vasitə heroini üzərində gəzdirməkdə məqsədinin onu istədiyi vaxt istehlak etmək olduğunu bildirmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, ona güzəşt edilməklə yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X12 Polis Bölməsinin, əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, o, Xaçmaz rayonu, Qadaşoba kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Ailəlidir və Xaçmaz RPŞ-nin Yalama PB-nin, əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində işləyir. Xaçmaz rayonu, Xudat şəhəri, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat aparatına dəqiq və qərəzsiz məlumat daxil olduğundan bu səbəbdən də onu saxlamaq qərarına gəlmişlər. Buna görə də 26 fevral 2023-cü il tarixdə, saat 13:00-da Xaçmaz RPŞ-nin Yalama PB-nin NH-nin sürücüsü polis nəfəri, polis serjantı X6 ilə birlikdə Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Xudat şəhəri, Babək küçəsində saxlayaraq RPŞ-nə gətirmişlər. RPŞ-nə gətirildikdən sonra isə üzərinə şəxsi axtarış keçirilməsi və hüquqlarının müdafiəsi məqsədilə vəkil dəvət olunmuş, Təqsirləndirilən şəxs hüquqları ona izah olunduqdan sonra vəkilin iştirakı ilə müstəntiq tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanıda Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən 1 ədəd qızılı rəngli kağız bükümdə içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni tapdığını bildirmiş, ardıncada aşkar edilmiş büküm tərkibinin və çəkisinin müəyyən edilməsi məqsədilə ekspetizaya göndərilməsi üçün müstəntiq tərəfindən qablaşdırılmış və protokol tərtib edilərək istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X12 Polis Bölməsinin, Növbətçi Hissənin sürücüsü işləyən Şahid2 Xaçmaz rayon X12 Polis Bölməsinin, əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan cinayət işini əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 27 fevral 2023-cü il tarixli 6/1177 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "... Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözlər olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,284 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarında olan cinayət işini əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsin 28 mart 2023-cü il tarixli 1701 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan cinayət işini əlavə edilmiş 06 iyul 2023-cü il tarixli Xaçmaz rayon mərkəzi xəstəxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs həkim-narkoloqun və həkim-psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan cinayət işini əlavə edilmiş 27 sentyabr 2023-cü il tarixli Xaçmaz rayon İcra Hakimiyyəti başçısının Xudat şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Müzəffəroba kəndində qeydiyyatda olmaqla Xaçmaz rayonu, Xudat şəhəri, ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan 26 fevral 2023-cü il tarixdə saat 14:15-dən 14:25-dək olan vaxt müddətində ünvan 7 ünvanda yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X7 tərəfindən şəxsi axtarış keçirilərkən sonuncunun əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd kağız bükümdə 1,284 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək müvafiq qaydada götürülmüşdür. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə 26 fevral 2023-cü il tarixdə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülər bir ədəd «CD» formatlı diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. Həmin diskə Xaçmaz RPŞ-nin İB-nin sabiq müstəntiqi, polis kapitanı X5 tərəfindən 08 mart 2023-cü il tarixdə baxış keçirilərkən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin və sonuncunun əynindəki qara rəngli şalvarın sol yan cibindən 1 ədəd bükümdə narkotik vasitə heroinin aşkar edilməsinin görüntüləri əksini tapmışdır. Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1,284 qram çəkidə narkotik vasitə heroin Xaçmaz RPŞ-nin sabiq müstəntiqi, polis kapitanı X5 tərəfindən 01 mart 2023-cü il tarixli qərar ilə maddi sübut hesab olunmuş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 1,234 qram çəkidə narkotik vasitə heroin saxlanmasından ötrü Xaçmaz Rayon Polis Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə 26 fevral 2023-cü il tarixdə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd «CD» formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən Xaçmaz RPŞ-nin sabiq müstəntiqi, polis kapitanı X5 tərəfindən 01 mart 2023-cü il tarixli qərar ilə maddi sübut hesab olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti başçısının Xudat şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, evlidir, iki azyaşlı övladı var, Xaçmaz rayonu, Müzəffəroba kəndində qeydiyyatda olmaqla Xaçmaz rayonu, Xudat şəhəri, ünvan 1 ünvanında yaşayır. Məhkəmə onu da qeyd edir ki, Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatlara əsasən Xaçmaz rayon məhkəməsinin icraatında iddiaçı X8 cavabdeh Təqsirləndirilən şəxs qarşı nikahın pozulması, uşaqların ananın himayəsində saxlanması və aliment tələbinə dair mülki iş vardır. Göründüyü kimi, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan uşaqları faktiki olaraq onun himayəsində deyillər. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,284 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu fakt 26 fevral 2023-cü il tarixdə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu, Xudat şəhər ərazisində saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinə gətirildikdən sonra 26 fevral 2023-cü il tarixdə saat 14:15-dən 14:25dək olan vaxt müddətində Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd kağız bükümdə 1,284 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxsna hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əldə etdiyi narkotik vasitənin miqdarını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 26 fevral 2023-cü il tarixli protokoldan, Xaçmaz rayon məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 4(067)- 34/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsində imtina edilmiş və həmin tarixdə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 fevral 2023-cü il tarixdən 28 fevral 2023-cü il tarixədək həbsdə olduğu 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti həbsə alındığı gündən, yəni 12 mart 2024cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis Şöbəsində saxlanılan X4 aşkar edilərək götürülmüş 1,284 qram çəkidə narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,234 qram təşkil edən narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxsda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə ekspertiza xərci olan 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxsndan tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 fevral 2023-cü il tarixdən 28 fevral 2023-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə qaldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməyə bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 12 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs oğlundan aşkar edilərək götürülmüş 1,284 qram çəkidə narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,234 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxsndan tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-25/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-25/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver