Məhkəmə qərarları › İş №1(067)-25/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-25/2025

07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-25/2025 07.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi: Əliyeva Aynur Məhəmməd qızının sədrliyi Məhkəmə iclasının katibi: X14 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 Zərərçəkmiş şəxsin nümayəndəsi: Zərərçəkmiş şəxs Müdafiəçi: Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə 28 avqust 1996-cı ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay,orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Xaçmaz rayonu, Pərdiqran kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 avqust 2023-cü il tarixdə saat 09 radələrində Xaçmaz rayonu, Pərdiqran kəndində Zərərçəkmiş şəxs ilə ailə münaqişəsi zəminində baş vermiş mübahisə zamanı sonuncu ona istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üstündə gəzdirdiyi bir ədəd zavod üsulu ilə hazırlanmış qatlanan ov tipli kəsici-deşici xassəyə malik soyuq silah hesab edilən bıçaqla qəsdən bir dəfə sol əlin 5-ci barmağının ovuc səthini kəsərək dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurduqdan sonra, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla və təpiklə qəsdən bir neçə dəfə vuraraq sonuncuya sağ bazunun yuxarı 1/3-nin iç səthinin, sol bazunun orta 1/3-nin iç səthinin və sağ böyür nahiyəsinin qançırları həm ayrıayrılıqda, həm də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən, sağ gözün alt qapaq nahiyəsinin yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül və sol göz almasına qansızma və sol gözətrafı nahiyənin qançırı ilə müşayiət olunan üz skelet sümüklərinin yerinidəyişmiş qapalı sınığı (Sol tərəfli Le-For İİ tipli sınıq) sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun yeznəsidir və Malikin onun bacısı ilə olan ailə münaqişəsi zəminində aralarında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs onu bıçaqla vurmaq istədiyi vaxt o xəsarət almışdır. Qarşılıqlı olaraq Zərərçəkmiş şəxs vurmuşdur. O, xəsarət alması ilə əlaqədar olaraq ekspertizaya 10 gün sonra göndərilmişdir. Həmçinin, Kifayət Yaqubova hadisə vaxtı orada olmamışdır, hadisədən sonra orada olmuşdur. Zərərçəkmiş şəxslə aralararında barışıq əldə olunmamışdır. O, etdiyi cinayət əməlindən peşimandır özünü təqsirli bilməsinə baxmayaraq, həmin anda özünü müdafiə etmişdir. Əlavə olaraq özünü evində olarkən müdafiə etdiyini, küçədə dalaşmadığını və onun yerində kim olsa eynilə onun kimi davranacağını bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurması barədə məhkəmə istintaqında verdiyi etirafedici ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadəsini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, torpaq sahəsinə ot presi bağlamağa getdiyində özü ilə işləyərkən istifadə etməsi üçün bıçaq götürmüşdür. Lakin ilk əvvəl Təqsirləndirilən şəxs evinə getmək fikri olmamışdır. Onun həyat yoldaşı Təqsirləndirilən şəxs və yaxınları tərəfindən zorla evlərində saxlanılmışdır. O, hadisədə iştirak edən şəxslərin həmin vaxt onu döymək üçün toplaşdıqlarını bildirmişdir. Orada həyat yoldaşına onunla birlikdə evlərinə getməsini dedikdə həyat yoldaşı onunla razılaşmış, lakin Ramik və yaxınları buna imkan verməmişlər. Təqsirləndirilən şəxs əvvəlcə sağ göz nahiyəsindən yumruqla vurduqdan sonra onlar bir-birilərinin yaxalarından yapışaraq yerə yıxılmışlar. Daha sonra ayağa qalxıb sakitləşdikdən sonra Şahid1 hadisə yerinə gəlmişdir. Şahid1 onun üstünə gəldikdə Təqsirləndirilən şəxs təkrar Ruslana qoşulmuşdur. Şahid1 onun çənəsinə yumruğu ilə vurmuşdur, ikinci dəfə vuranda isə almacıq sümüyü sınmışdır. Belə ki, Şahid1 onu ayaq üstə olduğu vaxt vurduqdan sonra yerdə olarkən də, dizi ilə onu vurmağa davam etmişdir. Lakin Ruslan onu sillə ilə vurmamışdır. O, cibindən bıçağı çıxartmamışdır və heç kimi vurmamışdır. Təqsirləndirilən şəxs hadisə vaxtı əlinin qanlamasına səbəb əvvəldən əlinin zədəli olması ola biləcəyini bildirmişdir. Daha sonra o, aldığı xəsarətlə əlaqədar olaraq Xaçmaz, Quba və “Semaşko” xəstəxalarına getmişdir. Təqsirləndirilən şəxslə aralarında barışıq əldə olunmamasının səbəbi isə təqsirləndirilən şəxsin ondan barışıq əldə olunması əvəzində 5 (beş) min manat məbləğində pul tələb etməsi olmuşdur. Bu barədə şahidlər də vardır. Həmçinin onu Ramikin deyil, Ruslanın vurmasına dair əlavə şahidin olduğunu və həmin əlavə şahidi məhkəməyə təqdim edəcəyini bildirmişdir. Əlavə şahid Kifayət Yaqubova hadisə vaxtı onun qarşısında dayanmış və onlar bir dəfə yerdə dalaşıb ayağa qalxdıqdan sonra sakitləşərək polis əməkdaşlarının hadisə yerinə gəlmələrini gözlədikləri vaxt Şahid1 onu təkrar vurmasının şahidi olmuşdur. Hadisə vaxtı orada bacısından başqa əlavə şahid olmamışdır və bacısı Kifayət Yaqubova ibtidai istintaq zamanı şahid qismində cəlb edilməmişdir. Ümumiyyətlə ibtidai istintaq zamanı izahatları onun tərəfindən yazılmamış və həmin izahatlardan məlumatı olmamışdır. Həmçinin şahid qismində cəlb edilmiş Şahid5 yalan ifadə vermişdir. Belə ki, Ruslan onu vuran vaxt Şahid5 orada olmuş və hadisə vaxtı onun sağ tərəfində dayanmışdır. Şahid5 gəlini olan Kifayət Yaqubova onun bacısıdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs deyil, Şahid1 onu vurmasına dair əlavə şahidin olduğunu və həmin əlavə şahidi məhkəməyə təqdim edəcəyini bildirməsinə baxmayaraq, növbəti məhkəmə proseslərində əlavə şahid qismində X5 iştiakının təmin edilməsində maraqlı olmamışdır. Bundan başqa xx.xx.2024-cü il tarixli məhkəmə iclasında zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı hər hansı şikayətinin olmadığını bildirsə də, yekun məhkəmə iclasında son söz olaraq şikayətçi olduğunu və dövlət ittihamçısının təqsirləndirilən şəxsin barəsində təklif etdiyi 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasını istəməsi ilə həmfikir olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, onlar hadisə yerinə çatdıqlarında Ramikin əlində qanlı xəsarət izinin olduğunu, Malikin gözündə isə xəsarət-qızartı olduğunu görmüşdür. Belə ki,həmin vaxt Ramikin əlində bıçaq zədəsi olmuşdur. Maliki isə yerdə uzanıqlı vəziyyətdə tutmuşlar ki, qaçmasın. Məhkəmə istintaqı zamanı Şahid6 da eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki,tərəflərlə qohumluq əlaqələri vardır. Aralarında hər hansı ədavətləri yoxdur. Hadisə günü səhər saat 08:30-da Ramik ona zəng edərək Malikin gəldiyini ona bildirmişdir. O, hadisə yerinə çatanda Ramikin əlinin qanlı olduğunu görmüş və bıçaq Malikin əlindən alınmışdı. Malik durub getmək istədiyində o, Malikə bir dəfə yüngül formada yanaq nahiyəsindən sillə ilə vurmuşdur və onu tutub saxlamamışdır. Lakin Maliki yumruqla vurmamış, onun almacıq sümüyünü sındırmamışdır. Həmçinin o, hadisə yerinə getdiyində Malikin almacıq sümüyünün sındığını bilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Ramikin bibisidir və tərəflərlə heç bir ədavəti yoxdur. Belə ki, o, səhər saatlarında həyətdə olduğu vaxt Malik həyətə gələrək arvadı Nairanı aparmaq istəmişdir. Təqsirləndirilən şəxs Malik Şahid8 onunla getməyəcəyini demişdir. Malik bunu eşidib cibindən bıçağı çıxartmış, Ramikin üstünə getmişdir. Ramik özünü qorumaq üçün əlini irəli edib bıçağı tutmuş və bıçaq əlini kəsmişdir. Ruslan isə Malikə sillə ilə vurmuşdur. X23 döyməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zərərçəkmiş şəxs onun yeznəsi, Təqsirləndirilən şəxs isə qardaşıdır. Həmçinin Şahid1 isə həm qohumudur, həm də qardaşı ilə yaxın dostluqları vardır. Malik ilə onun arasında heç bir ədavət olmamışdır. Malik ilə bacısı arasında mübahisələr olduğundan və bacısı bu barədə ona dediyi üçün 2023-in iyul ayında Ramik bacısını öz razılığı ilə onların evlərinə gətirmişdir. Ramik Ruslana zəng edib Malik gəlib mübahisə edəcəyini ehtimal edərək hadisə yerinə çağırmışdır. Ruslan həmin gün onlarda qalmış, lakin Malik onlara gəlməmişdir. xx.xx.2023-cü il tarixdə, səhər saat 09 radələrində evin arxa tərəfində olduğu vaxt görmüşdür ki, Malik gəlib evin həyətində Naira ilə söhbət edir. Həmin vaxt qardaşı Ramik ona yaxınlaşmış, sonra o da yaxınlaşmışdır. Ramik Ruslana da zəng edib çağırmışdır. O, görmüşdür ki, Malik bacısına “uşağı məndən xəbərsiz baxçaya niyə qoymusan? Hazırlaş gedək öz evimizə” sözlərini deyir. Bacısı isə Maliklə getmək istəməmişdir. Buna görə onlar Malikə “sən övladını apara bilərsən, lakin bacımız Naira bizdə qalacaq” demişlər. Bundan sonra onlar Maliki həyətdən çıxarmaq istəmişlər. Lakin Malik geri çəkilməmişdir, övladını və Nairanı özü ilə aparacağını demişdir. Onlar Maliki həyətdən çıxarmaq üçün onu qapıya tərəf əlləri ilə ehmalca sıxışdırmışlar ki, çıxıb getsin. Lakin Malik onlara müqavimət göstərərək cibindən bıçaq çıxarmışdır. Malik bıçağı çıxarıb açan kimi Ramik onun əlindən tutmuş və əli də həmin anda bıçağa dəyərək kəsilmişdir. O, həmin vaxt bıçağı Malikdən götürüb evə aparmışdır. Malik sakitləşmədiyindən Ramik həmin vaxt özünü müdafiə etmək üçün Maliki bir neçə dəfə yumruqla vurub döymüşdür. Onlar yerə yıxıldıqdan sonra yerdə Ramik Maliki yenə də döymüş, həmin vaxt Ruslan da həyətə gəlmişdir və Ruslan onları bir-birindən ayırmağa çalışmışdır. Onlar ayrılandan sonra Malik yenə mübahisəyə davam etdiyindən Ruslan Maliki sillə ilə sifətinə vurmuşdur. Həmçinin bacısı da həyətdə olduğu vaxt dava-dalaş onun gözü qarşısında olmuşdur. Dava-dalaşın sonunda bacısı Naira evə getmişdir. Onlar bir-birindən ayrıldıqdan sonra Ruslan Maliki kənara aparmışdır. Bacısı ilə Amir evə daxil olduqdan sonra o yenidən həyətə çıxmışdır və Ruslan Maliki mişar daşlarının üstündə otuzdurmuşdur. Lakin Malik “mən etməyəcəyəm, arvadımı aparacağam” sözlərini deməkdə davam etmişdir. Onlar Malikin sakitləşmədiyini gördüklərindən Ramik məcbur olub DİN 102 xidmətinə zəng etmişdir və polis əməkdaşları gələrək Maliki aparmışlar. Məhkəmə istintaqı zamanı Şahid7 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki,o, cinayət işi üzrə Təqsirləndirilən şəxs bacısını özləri ilə apardıqları hissədə, yəni hadisədən bir gün əvvəl olanların şahididir. Lakin hadisə günü olanların şahidi olmamışdır. Təxminən axşam saat 01 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək yeznəsigilə getdiyini bildirmişdir. Daha sonra o da, oraya gedərək Təqsirləndirilən şəxs bacısını oradan özləri ilə apardıqları vaxt Zərərçəkmiş şəxs dəhrə və ya bel sapı ilə vurub onun avtomobilinin şüşəsini sındırmışdır. Lakin həmin vaxt orada dava-dalaşolmamışdır. Zərərçəkmiş şəxs həyat yoldaşını avtomobildən çıxartmaq istədiyində o, avtomobili sürərək oradan getmişdir. O, Zərərçəkmiş şəxs avtomobilinin şüşəsini sındırdığına görə dəymiş 55 manat dəyərində ziyanı ödəməsini nəzərə alaraq şikayətçi olmadığını bildirmişdir. Həmçinin tərəflərin arasında əvvəldən heç bir ədavət və ya düşmənçiliklərini görməmişdir. Həmçinin Təqsirləndirilən şəxs onun əmisi oğludur. Həmin davadan sonra tərəflərin arasında yenidən mübahisə olmasını eşitməmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, həmin hadisə zamanı orada olmamışdır və hadisə yerinə getdiyindədava-dalaşı görməmişdir, hadisə barədə eşitmişdir. Eyni zamanda kimin vurduğunu da, eşitməmiş və hadisənin predmeti olan bıçağı da görməmişdir. Yalnız münaqişə barədə eşitmiş, həmçinin Təqsirləndirilən şəxs əlinin yaralandığını və əlindən qan axdığını görmüşdür. Belə ki, bacısı zəng edərək tez çatmasını demiş, lakin onun əlində işi olduğundan biraz gec getmişdir. O, hadisə yerinə getdiyində qardaşının uşaqlarının həyətdə durduqlarını görmüş, başqa heçkim olmamışdır. O, zərərçəkmiş şəxsin yalan ifadə verdiyini, Şahid1 orada kənarda durduğunu və Maliki İsmixanovu vurmasını görmədiyini bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs həyat yoldaşıdır. Zərərçəkmiş şəxs bacısı isə onun oğlunun həyat yoldaşıdır. Malikin bacısı Kifayət Yaqubova hadisə yerinə ondan təxminən beş dəqiqə əvvəl getmişdir və hadisəni görməmişdir. Zərərçəkmiş şəxs bacısını iş üzrə əlavə şahid qismində cəlb etmək fikrindədir. Zərərçəkmişin bacısı hazırda gəlinidir və münasibətləri yaxşıdır. Məhkəmə istintaqı zamanı Şahid8 Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə əsasən ifadə verməkdən imtina etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - 20 fevral 2024-cü il tarixli “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan (cild 01, vərəq 1) müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X6 tərəfindən 1/489 nömrəli materiallar üzrə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması məqsədilə icraatına qəbul edilmişdir. - xx.xx.2023-cü il tarixli “Raport”dan (cild 01, vərəq 05) müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 10:26 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan 050 475 75 68 saylı mobil nömrəsindən AR DİN-ninn 102 xidmətinə zəng edərək qeyd olunan ünvanda yaşayan yeznəsi onun ünvanına gələrək bıçaqla yaxınlaşması və və xəsarət alması, təcili polisin gəlməsi barədə məlumat vermişdir. - xx.xx.2023-cü il tarixli “Raport”dan (cild 01, vərəq 06) müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 12:40 radələrində Xudat ŞMX-nın tibb bacısı Yarəhmədova Xudat PB-nin növbətçi hissəsinə zəng edərək Xaçmaz rayonunun Pərdiqran kəndində yaşayan 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs “Sol əlin 5-ci barmağın kəsilmiş yarası, sağ əlin 4-cü daraq sümüyünün qapalı sınığı” diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. - xx.xx.2023-cü il tarixli “Raport”dan (cild 01, vərəq 07) müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 18:28 radələrində Xaçmaz RMX-nın tibb bacısı Yarəhmədova Xudat PB-nin növbətçi hissəsinə zəng edərək Xaçmaz rayonunun Ləcət kəndində yaşayan 1989-cu il təvəllüdlü X7 “Sol almacığ sümüyün qapalı sınığı, sağ göz sümüyünün əzilmiş yarası, burun yəhərinin əzilməsi” diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. - xx.xx.2023-cü il tarixli“Əşyaya baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkildən (cild 01, vərəq 14-16) müəyyən edilir ki, cib bıçağının açıq vəziyyətdə ümumi uzunluğu 33 sm-di, tiyəsinin uzunluğu 18 sm-dir, kəsici hissəsinin uzunluğu isə 15 sm-dir. Bıçağın qatlanan hissələri dəmirdən, tiyəsinin hər iki tərəfi isə taxtadandır. Bıçağın kəsici hissəsi ilə tiyəsinin birləşdiyi yerdə metalın üzərində Stainless Steel U.S.A yazısı yazılmışdır. Bıçağın kəsici hissəsinin eni 2 sm ilə 3 sm arasında dəyişir. Kəsici hissəsi üzərində 3 ədəd ardıcıl dəlik vardır. Həmin bıçaq Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən qablaşdırılaraq götürülmüşdür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X22 24 avqust 2023-cü il tarixli, 544 nömrəli ekspert rəyindən (cild 01, vərəq 17) müəyyən edilir ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsinə və adına tərtib edilmiş tibbi sənədlərdə qeyd olunanlara əsaslanaraq aşağıdakı nəticəyə gəlinir: onun bədənində aşkar edilmiş xəsarətlər - sol almacıq sümüyünün qapalı sınığı, sol göz ətrafı, sağ bazu və sol böyür nahiyələrinin qançırları, sol göz almasına qansızma, sağ gözün alt qapaq nahiyəsinin əzilmiş yarası küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. - Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 47) müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 48) müəyyən edilir ki, Zərərçəkmiş şəxs əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 49) müəyyən edilir ki, Şahid1 əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X22 19 yanvar 2024-cü il tarixli, 629-MTKŞ/2023 nömrəli ekspert rəyindən (cild 01, vərəq 61) müəyyən edilir ki, əlavə kompleks (məhkəmə tibbi və məhkəmə-kriminalistik) tədqiqinə, iş materiallarında və qərarın təsviri hissəsində olan məlumatlara əsasən ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir: İ.1. Təqsirləndirilən şəxs sol əlin 5-ci barmağının ovuc səthində aşkar edilmiş kəsilmiş xarakterli xəsarət hər hansı bir iti kənarı olan əşyanın (alətin) təsirindən törənmişdir və bu xəsarətin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçaq ilə törənməsini inkar etmək olmaz. - Təqsirləndirilən şəxs sol əlin 5-ci barmağının ovuc səthinin kəsilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir.

2. – Təqsirləndirilən şəxs sağ əlin 5-ci əl-daraq sümüyünün sınığı xəsarəti bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Bu xəsarətin müxtəlif şəraitlərdə, o cümlədən, Təqsirləndirilən şəxs sağ əli ilə hər hansı bir bərk küt əşyaya yumruq zərbəsi ilə vurması nəticəsində törənməsi inkar olunmur. - Təqsirləndirilən şəxs sağ əlin 5-ci əl-daraq sümüyünün sınıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir.

3. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətləri dərəcəsinə görə aşağıdakı qruplara bölək olar: a) sol göz almasına qansızma və sol gözətrafı nahiyənin qançırı ilə müşayiət olunan üz skelet sümüklərinin yerinidəyişmiş qapalı sınığı (Sol tərəfli Le-For İİ tipli sınıq) uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. b) sağ gözün alt qapaq nahiyəsinin yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. c) sağ bazunun yuxarı 1/3-nin iç səthinin, sol bazunun orta 1/3-nin iç səthinin və sağ böyrü nahiyəsinin qançırları həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İİ. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış qatlanan ov tipli bıçaqdır və deşici-kəsici xassəyə malik soyuq silah hesab olunur. - xx.xx.2024-cü il tarixli AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən AR DİNnin İstintaq və Təhqiqat İdarəsinə ünvanlanmış məktubdan (cild 01, vərəq 75) müəyyən edilir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs adlarında və ya etibarnamə ilə istifadələrində nəqliyyat vasitəsi qeydiyyatda yoxdur. - Xaçmaz RİHB-nınSusayqışlaq kənd İƏD tərəfindən verilmiş “Xasiyyətnamə”dən (cild 01, vərəq 85) müəyyən edilir ki, Təqsirləndirilən şəxs 1996-cı ildən hal-hazıradək anadan olduğu Xaçmaz rayonu, Susayqışlaq kənd İƏD-nin Pərdiqran kəndində valideynləri ilə birgə yaşayır. Subaydır. O, hərbi xidmətdən qayıtdıqdan sonra uzun müddətdir ki, ailələrinə məxsus pay torpağında çalışır və fərdi olaraq əmək fəaliyyəti ilə məşğuldur. Kənddə yaşadığı müddətdə kənd əhalisi arasında özünə məxsus təmkinliyi, sadəliyi ilə tanınmış, müsbət əxlaqi keyfiyyətləri ilə gənclər arasında seçilmişdir. Özünü ətrafındakılara qarşı qayğıkeş, hörmətcil və bacarıqlı bir gənc kimi göstərmişdir. Təqsirləndirilən şəxs ailə üzvlərinə və kənd sakinlərinə qarşı diqqətlidir, onların hörmətini saxlamağı bacarır. Yaşadığı müddətdə onun barəsində Susayqışlaq İcra nümayəndəliyinə heç bir narazılığ və şikayət daxil olmamışdır. - Təqsirləndirilən şəxs tərəfindən (cild01, vərəq 91) ibtidai istintaq zamanı təqdim edilmiş birinci hadisə zamanı getdikləri avtomobilin şüşəsinin sınıq vəziyyətdə olmasını və əlindən aldığı kəsik və sınıq xəsarətlərinin şəklini çəkmiş, həmin 6 ədəd foto şəkilləri, həmçinin xəsarəti ilə bağlı videogörüntünü köçürdüyü diski cinayət işi materiallarına əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixli “Tapşırıq”dan və xx.xx.2024-cü il tarixli cavab məktubundan (cild 01, vərəq 117, 180) müəyyən edilir ki, faktla bağlı adları qeyd olunmuş şəxslərin Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ifadələrinin alınmasından ötrü Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərinin istintaqı şöbəsinə Xaçmaz RPŞ-nin Xudat PB tərəfindən təmin olunmuşdur. - xx.xx.2024-cü il tarixli AR-nın İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxs tərəfindən AR DİN Baş İstintaq və Təhqiqat İdarəsinə ünvanlanmış məktubdan (cild 01, vərəq 121) müəyyən edilir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri” X22in ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Zərərçəkmiş şəxs adına Xaçmaz rayonu, Pərdiqran kəndində yerləşən ümumbirgə mülkiyyətdə olan 3,4156 ha, Şahid1 adına Xaçmaz rayonu, Pərdiqran kəndində yerləşən 1,625 ha və 2,42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri qeydiyyatdan keçmişdir. - xx.xx.2024-cü il tarixli “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan (cild 01, vərəq 122) müəyyən edilir ki, AR DİN-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X1 RPŞ-nin Xudat PB-nin polis sahə rəisi, polis kapitanı X10 və şahid Zərərçəkmiş şəxs ifadələrinin düzgünlüyünü müəyyən etmək və ya dəqiqləşdirmək məqsədilə həmin ifadəni onun iştirakı ilə yerində yoxlamışdır. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs və Şahid1 Əliəhmədoviç arasında baş vermiş dava-dalaş yeri Xaçmaz rayonu, Xudat şəhərindən gələndə magistral yoldan sağ tərəfdə olan Pərdiqran kəndi, kənd yolu torpaq yoldur və həmin yol ilə hadisə yerinə getmişlər. Pərdiqran kəndinin axırında, torpaq yolun sonunda yaşayış evinə daxil olmuşlar. Yaşayış evinin içərisində iki mərtəbəli həyət evi, həmin evi üstü suvaqla örtülmüşdür. Evin sol tərəfində mal tövləsi, mal tövləsinin sol tərəfində quş hini vardır. Həmin yerdə onlar arasında dava-dalaş olmuşdur. Həmin yeri Zərərçəkmiş şəxs göstərərək şifahi olaraq bildirmişdir ki, 24 avqust 2023-cü il tarixdə, saat 09 radələrində Təqsirləndirilən şəxs yumruq və təpiklə qəsdən sağ gözündən böyür nahiyəsindən vuraraq xəsarət yetirmiş, Şahid1 isə yumruqla qəsdən sol gözündən vuraraq xəsarət yetirmişdir. - xx.xx.2024-cü il tarixli “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkildən (cild 01, vərəq 123-124) müəyyən edilir ki, AR DİN-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X1 RPŞ-nin Xudat PB-nin polis sahə rəisi, polis kapitanı X17 Bakı şəhəri Yasa Vəkil Bürosunun vəkili X11 və Şahid1 ifadələrinin düzgünlüyünü müəyyən etmək və ya dəqiqləşdirmək məqsədilə həmin ifadəni onun iştirakı ilə yerində yoxlamışdır. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs və Şahid1 Əliəhmədoviç arasında baş vermiş dava-dalaş yeri Xaçmaz rayonu, Xudat şəhərindən gələndə magistral yoldan sağ tərəfdə olan Pərdiqran kəndi, kənd yolu torpaq yoldur və həmin yol ilə hadisə yerinə getmişlər. Pərdiqran kəndinin axırında, torpaq yolun sonunda yaşayış evinə daxil olmuşlar. Yaşayış evinin içərisində iki mərtəbəli həyət evi, həmin evi üstü suvaqla örtülmüşdür. Evin sol tərəfində mal tövləsi, mal tövləsinin sol tərəfində quş hini vardır. Həmin yerdə onlar arasında dava-dalaş olmuşdur. Həmin yeri Şahid1 göstərərək şifahi olaraq bildirmişdir ki, 24 avqust 2023-cü il tarixdə, saat 09 radələrində Təqsirləndirilən şəxs yumruq və təpiklə qəsdən Zərərçəkmiş şəxs sağ gözü, böyür nahiyəsi və sol gözündən vuraraq xəsarət yetirmiş, o isə sillə ilə iki dəfə müqavimətinin qarşısını almaq üçün vurmuşdur. - xx.xx.2024-cü il tarixli “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkildən (cild 01, vərəq 125-127) müəyyən edilir ki, AR DİN-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X1 RPŞ-nin Xudat PB-nin polis sahə rəisi, polis kapitanı X4 Rayon Vəkil Bürosunun vəkili X3 və şahid Təqsirləndirilən şəxs ifadələrinin düzgünlüyünü müəyyən etmək və ya dəqiqləşdirmək məqsədilə həmin ifadəni onun iştirakı ilə yerində yoxlamışdır. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs və Şahid1 Əliəhmədoviç arasında baş vermiş dava-dalaş yeri Xaçmaz rayonu, Xudat şəhərindən gələndə magistral yoldan sağ tərəfdə olan Pərdiqran kəndi, kənd yolu torpaq yoldur və həmin yol ilə hadisə yerinə getmişlər. Pərdiqran kəndinin axırında, torpaq yolun sonunda yaşayış evinə daxil olmuşlar. Yaşayış evinin içərisində iki mərtəbəli həyət evi, həmin evi üstü suvaqla örtülmüşdür. Evin sol tərəfində mal tövləsi, mal tövləsinin sol tərəfində quş hini vardır. Həmin yerdə onlar arasında dava-dalaş olmuşdur. Həmin yeri Təqsirləndirilən şəxs göstərərək şifahi olaraq bildirmişdir ki, 24 avqust 2023-cü il tarixdə, saat 09 radələrində yumruq və təpiklə qəsdən Zərərçəkmiş şəxs sağ gözü, böyür nahiyəsi və sol gözündən vuraraq xəsarət yetirmiş, Ruslan isə sillə ilə iki dəfə vurmuşdur. Şahid1 Malikə xəsarət yetirməmiş, bütün xəsarətləri özünün yetirdiyini bildirmişdir. - xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ tərəfindən Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinə ünvanlanmış məktbdan (cild 01, vərəq 173) müəyyən edilir ki, Zərərçəkmiş şəxs, Şahid1 və Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdurlar. - xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ tərəfindən Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinə ünvanlanmış məktbdan (cild 01, vərəq 183) müəyyən edilir ki, Zərərçəkmiş şəxs, Şahid1 və Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdırlar. - xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” qərardan (cild 01, vərəq 186) müəyyən edilir ki, Azərbaycan Respublikası Baş prokrorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay – 04 ayadək, yəni 20 aprel 2024-cü il tarixdən 20 iyun 2024-cü il tarixədək uzadılmışdır. - Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İB “AZƏROVÇU” tırıfindən AR DİNnin Baş İstintaq və Təhqiqat İdarəsinə ünvanlanmış məktubdan (cild 01, vərəq 190) müəyyən edilir ki, Zərərçəkmiş şəxs, Şahid1 və Təqsirləndirilən şəxs Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İB-də qeydiyyatdan keçməmişlər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X22 18 aprel 2024-cü il tarixli, 227/2024-MTBŞ nömrəli ekspert rəyindən (cild 01, vərəq 194) müəyyən edilir ki, maddi sübutların məhkəmə tibbi tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlinmişdir: 1- Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu –Oalfa, beta/l/. /Təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/ 2-Ekspertizaya təqdim olunan 01 ədəd bıçaq üzərində insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda yalnız “H” antigeni alındı. Bu qan ləkələri Oalfa, beta (l) qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. - xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan (cild 01, vərəq 198) müəyyən edilir ki, AR DİN-nin Baş İatintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı Abdulla Məhyəddinov tərəfindən icraatında olan AR CM-nin 127.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar şahid Təqsirləndirilən şəxs təqdim etdiyi diskdə olan bir ədəd fayla baxış keçirmişdir. Videogörüntüdə Təqsirləndirilən şəxs əlindən aldığı xəsarətlə bağlı əli həkim tərəfindən tikilmişdir. Həmin videogörüntüdə sübut əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. - xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan (cild 01, vərəq 204) müəyyən edilir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi şəkillər və disk maddi sübut qismində tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən bir ədəd bıçaq maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanılmasından ötrü Bakı şəhəri Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. - xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan (cild 01, vərəq 225) müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 236) müəyyən edilir ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - xx.xx.2024-cü il tarixli “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərardan və “İltizam”dan (cild 02, vərəq 01-03) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - xx.xx.2024-cü il tarixli “Cinayət işinin materiallarından cinayət işinin ayrıca icraata ayrılması və icraata götürülməsi haqqında” qərardan (cild 02, vərəq 13) müəyyən edilir ki, ********* nömrəli cinayət işinin materiallarından Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128 və 228.4-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Ayrılmış cinayət işinə ********* nömrə verilməklə icraata qəbul edilərək istintaqı aparılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur.Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasınımüəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurması sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.1 və 351.2-ci maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır: Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X22 31 avqust 2023-cü il tarixli, 560 nömrəli ekspert rəyindən (cild 01, vərəq 21) müəyyən edilir ki, 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibb və rentgenoloji müayinələri zamanı aşkar edilmiş xəsarətlər – sol əlin 5-ci barmağının ovuc səthinin kəsilmiş əşya təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 47) müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nın Susayqışlaq kənd İƏD tərəfindən verilmiş “Xasiyyətnamə”dən (cild 01, vərəq 85) müəyyən edilir ki, Təqsirləndirilən şəxs 1996-cı ildən hal-hazıradək anadan olduğu Xaçmaz rayonu, Susayqışlaq kənd İƏD-ninPərdiqran kəndində valideynləri ilə birgə yaşayır. Subaydır. O, hərbi xidmətdən qayıtdıqdan sonra uzun müddətdir ki, ailələrinə məxsus pay torpağında çalışır və fərdi olaraq əmək fəaliyyəti ilə məşğuldur. Kənddə yaşadığı müddətdə kənd əhalisi arasında özünə məxsus təmkinliyi, sadəliyi ilə tanınmış, müsbət əxlaqi keyfiyyətləri ilə gənclər arasında seçilmişdir. Özünü ətrafındakılara qarşı qayğıkeş, hörmətcil və bacarıqlı bir gənc kimi göstərmişdir. Təqsirləndirilən şəxs ailə üzvlərinə və kənd sakinlərinə qarşı diqqətlidir, onların hörmətini saxlamağı bacarır.Yaşadığı müddətdə onun barəsində Susayqışlaq İcra nümayəndəliyinə heç bir narazılığ və şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət əməli törətməsini və cinayətin zəruri müdafiəninqanunla müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddələrində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzansını yüngülləşdirən hallar olan əməlindən səmimi peşman olmasını, məhkumluğunun və barəsində cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin, cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddiavə məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356cı və 384-cü maddələrini rəhbərtutaraq, məhkəmə

HÖKM ETDİ :

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan şəkillər və disk daşıyıcıda cinayət işi materiallarında saxlanılsın. İş üzrə mülki iddianın olmaması, məhkəmə xərclərinin və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar