Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-26/2023 19.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 may 2022ci il tarixdə saat 02 radələrində, 1 saat 20 dəqiqə ərzində, iki dəfəyə vahid niyyətlə əhatə olunan qəsdlə ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus evin yaxınlığına gələrək ətrafda heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşaraq evin həyətyanı sahəsinə daxil olmuş, daha sonra həyətdən tapdığı dəmirlə evin ön hissəsindəki pəncərəsini aralamaqla açmış və yaşayış sahəsinə qanunsuz daxil olaraq evin ikinci otağından 1 ədəd ümumilikdə 160 (yüz altmış) manat dəyərində “Almaz’* markalı, AKPB- 52CC-A modelli, 9 dis kardanlı, 52 porşen ot biçən aparat, həmin ot biçən aparatın 1 ədəd “Almaz” markalı 255x3Txl.4 mm ölçülü ot biçən diski və həmin ot biçən aparatın 01 ədəd ot biçən jilkasım, 1 ədəd 30 (otuz) manat dəyərində “Osman” markalı əl arabasını, 1 ədəd 270 (iki yüz yetmiş) manat dəyərində “Tontop” markalı, benzin yanacaqlı, 3.5 kv-lıq elektrik generatoru, 1 ədədi 15 (on beş) manat olmaqla ümumilikdə 90 (doxsan) manat dəyərində olan 6 ədəd 220-240 V-lıq, 65 İP göstəricili işıq projektorlarını, 1 ədəd 7 (yeddi) manat dəyərində “YDS Tools” markalı kəlbətini, 1 ədəd 5 (beş) manat dəyərində iki tərəfli “AİWO” markalı burğacı, 1 ədəd 10 (on) manat dəyərində "FX Tools Torx” markalı 9-iuq açar dəstini, 1 ədəd 60 (altmış) manat dəyərində “Total” markalı 350W, 220-240V göstəricili 800 ml tutumlu boya vuran aparatı, 01 ədəd 120 (yüz iyirmi) manat dəyərində 8x3 ölçülü pərdəni, 01 ədəd 20 (iyirmi) manat dəyərində 6x2 ölçülü süfrəni, evin həyətyanı sahəsindən isə 01 ədəd 80 (səksən) manat dəyərində “Bramex” markalı, 50 litr həcmli, 6,2 ATM gücündə olan su nasosunu, yəni ümumilikdə 852 (səkkiz yüz əlli iki) manat dəyərində özgənin əmlakını qanunsuz götürərək yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 18 may 2022-ci il tarixdə yaşadığı evin yaxınlığında yerləşən Zərərçəkmiş şəxs məxsus evin yaxınlığından keçərkən oradan oğurluq etmək qərarına gəlmiş, həmin evdə daimi yaşayışın olmadığını bildiyindən 20 may 2022-ci il tarixdə saat 02 radələrində evin yaxınlığına gələrək ətrafda hər hansı bir şəxsin olmadığına əmin olduqdan sonra hasardan aşıb həyətə daxil olmuşdur. Həyətə baxarkən orada su nasosunun olduğunu görmüş, fikirləşmişdir ki, evə girdikdən və evdəki əşyaları oğurladıqdan sonra həmin nasosu da oğurlayar. O evin həyətində olan dəmir parçasını götürüb plastik pəncərənin arasına salaraq aralamış və pəncərədən evə daxil olmuşdur. Evdən hissələri ilə birlikdə otbiçən aparatı və həyətyanı sahədəki su nasosunu oğurlayıb hasardan aşaraq oğurladığı əşyaları yaşadığı evə aparmışdır. Sonra yenidən həmin evin yaxınlığına gələrək eyni üsulla evə daxil olmuşdur. Bu dəfə oradan məişətdə istifadə olunan müxtəlif təmir avadanlıqlarını yəni, kəlbətin, burğac, açar dəsti, pərdə, süfrə, 06 ədəd işıq projektoru, elektrik generatorunu və əl arabasını oğurlayaraq əl arabası ilə yaşadığı evə aparmışdır. O, növbəti gün otbiçən aparatını hissələri ilə birlikdə və 1 ədəd elektrik generatorunu Xaçmaz şəhəri R.Sadıqov küçəsində yerləşən kafeni işlədən Rizvan adlı şəxsə 100 manata satmış və ona həmin əşyaların dayısına məxsus olduğunu bildirmişdir. Oğurladığı su mühərrikinin içərisində olan mis naqilləri yaşadığı evin bağ hissəsində çıxarıb Xaçmaz şəhərindəki metal qəbulu məntəqəsinin sahibi Cəfər adlı şəxsə 5 manata satmışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmişdir. Ona güzəşt edilməklə barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin olunmasını xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs heç bir şikayəti olmadığını bildirməklə işə iştirakı olmadan baxılaraq yekun qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin fikrini dinləyərək Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs göstərmişdir ki, o, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində infrastruktur şöbəsinin böyük mütəxəssisi vəzifəsində işləyir. ünvan 3 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evi vardır. Lakin onların ailələri Bakı şəhərində yaşadığı üçün həmin evdə yaşayış yoxdur. Buna baxmayaraq onlar həmin evi qonşuları Şahid1 tapşırmışlar ki, o evə nəzarət etsin. Lakin xx.xx.2022-ci il tarixdə səhər saatlarında Haciəhməd ona zəng edərək həmin evin qapılarının açıq olduğunu və ona məxsus bəzi məişət və tikinti əşyalarının yerində olmadığını bildirmişdir. O həmin vaxt başa düşmüşdür ki, evdə oğurluq baş vermişdir. O evə gəldiyi zaman evdən ona məxsus olan 1 ədəd “Алмаз" markalı, АКРБ-52СС-А modelli, 9 dis kardanlı, 52 porşen ot biçən aparat, onun “Алмаз“ markalı 255x3Txl.4mm ölçülü ot biçən diski və bir ədəd üzərində “BUMP TOFEEDLİNE", “ON-OFF”, “NOT TO EXCEED 10.000RPM” sözləri həkk olunmuş ot biçən jilkası, 1 ədəd “Osman” markalı əl arabası, 1 ədəd “Tontop” markalı, benzinli, 3.5 kv-lıq elektrik generatoru, 6 ədəd 220-240 V-lıq, 65 İP göstəricili işıq projektorlar, 01 ədəd “Bramex” markalı, 50 litr həcmli, 6,2 ATM gücündə olan su nasosu, 1 ədəd “YDS Tools” markalı kəlbətin, 1 ədəd iki tərəfli “A1WO” markalı burğac, 1 ədəd "FX Tools Torx” markalı 9-luq açar dəsti, 1 ədəd “Total” markalı 350W, 220-240V göstəricili 800 ml tutumlu boya vuran aparat, 01 ədəd 8x3 ölçülü ağ rəngdə olmaqla üzərində çəhrayı və kök rəngli bəzəkləri olan pərdə, 01 ədəd 6x2 ölçülü ağ qara rəngli süfrənin oğurlanmasını bilmişdir. O, Xaçmaz rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları yaşadığı evə gələrək ona məxsus olan evə baxış keçirmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Xaçmaz şəhəri, R.Sadıqov küçəsində kafe işlədir. Təqsirləndirilən şəxs Mais oğlunu işlətdiyi kafeyə gəlibgedən müştəri kimi tanımışdır. 20 may 2022-ci il tarixdə günorta saatlarında Nizaməddin işlətdiyi kafeyə gəlmiş və dayısına aid hissələri ilə birlikdə 01 ədəd otbiçən, 01 ədəd əl arabası və 01 ədəd elektrik generatoru satmaq istədiyini bildirmişdir. O, Nizaməddindən həmin əşyaları nə üçün satmaq istədiyini soruşduqda sonuncu özünün pula ehtiyacı olduğunu, dayısının bu səbəbdən həmin əşyaları satması üçün verdiyini bildirmişdir. Həmin əşyaları neçəyə satmaq istədiyini soruşduqda Nizaməddin ümumilikdə 150 manata satmaq istədiyini demiş, o, həmin əşyaları Nizaməddinlə 100 manata razılaşmışdır. Bir müddət sonra Nizaməddin tanımadığı taksi ilə gəlmiş və həmin əşyaları kafedə ona vermişdir. O da Nizaməddinə razılaşdığı 100 manat pulu vermiş və həmin gün əşyaları yaşadığı ünvan 5 ünvanında yerləşən evinə aparmışdır. Əşyaların oğurluq olmasını bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, 2007-ci ildən Xaçmaz şəhəri X2 yerləşən icarəyə götürdüyü məntəqədə metal qəbulu ilə məşğuldur. O, aldığı metalı Bakı şəhərində müxtəlif zavodlara verir. Təqsirləndirilən şəxs Mais oğlunu Xaçmaz şəhər sakini kimi tanıyır. 20 may 2022-ci il tarixdə saat 17 radələrində metal qəbulu məntəqəsində olarkən Nizaməddin məntəqəyə gəlb satmaq üçün mis gətirdiyini bildirmişdir. O, Nizaməddinin gətirdiyi misi götürərək tərəzidə çəkmiş və bunun müqabilidə ona 5 manat pul vermişdir. Daha sonradan həmin misi aldığı digər mislərlə birlikdə Bakı şəhərinə apararaq zavoda təhvil vermişdir. O, mis naqillərin oğurluq olduğunu bilməmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. O, Adilin xahişi ilə sonuncuya məxsus ünvan 2 nömrəli evə nəzarət etmişdir. 20 may 2022- ci il tarixdə saat 07:00 radələrində küçədən səslər eşitmiş, dərhal küçəyə çıxaraq görmüşdür ki, Zərərçəkmiş şəxs məxsus evin darvazası açılmış və küləyin təsirindən hasara dəyərək səs edir. O, dərhal həmin evin həyətyanı sahəsinə keçmiş və görmüşdür ki, həyətdəki su nasosu oğurlanmış və evin giriş qapısı açıq vəziyyətdədir. Daha sonra evə daxil olmuş və oradakı məişət əşyalarının yerində olmadığını görmüşdür. Dərhal Zərərçəkmiş şəxs zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir. Adil gəldikdən sonra müəyyən etmişdir ki, evdəki 1 ədəd ot biçən aparat, onun ot biçən diski və jilkası, 1 ədəd əl arabası, 1 elektrik generatoru, 6 ədəd işıq projektorları, 01 ədəd su nasosu, 1 ədəd kəlbətin, 1 ədəd burğac, 1 ədəd 9-luq açar dəsti, 1 ədəd boya vuran aparat, 01 ədəd 8x3 ölçülü pərdə, 01 ədəd 6x2 ölçülü süfrə oğurlanmışdır. Bundan sonra Adil həmin gün Xaçmaz rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş və polis əməkdaşları gələrək onların iştirakları ilə həmin evə baxış keçirmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs Mais oğlunun yaşadığı evin həyətindəki əşyalara baxış keçirilməsi barədə 04 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Mais oğlunun yaşadığı evin həyətindəki əşyalara təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin iştirakı ilə baxış keçirilərkən Zərərçəkmiş şəxs məxsus olan evdən oğurladığı 1 ədəd kəlbətin, 1 ədəd burğac, 1 ədəd süfrə, 6 ədəd işıq projektoru, 1 ədəd 9-luq açar dəsti və 1 ədəd pərdəni təqdim etmişdir. Həmin əşyalara baxan Zərərçəkmiş şəxs əşyaların özünə aid olduğunu bildirmişdir. O kəlbətin, işıq projektorları və burğacı markalarından üzərində olan işlənmə izlərindən, pərdə və süfrəni isə üzərində olan rənglərdən və aşınma yerlərindən tanıdığını bildirmişdir. Həmin əşyalar müvafiq qaydada götürülmüşdür. İş materiallarında olan baxış keçirilməsi barədə 07 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə 07 sentyabr 2022-ci il tarixdə ünvan 6 ünvanında yerləşən Şahid2 yaşadığı evin həyətində əşyalara baxış keçirilmiş və baxış zamanı Şahid2 1 ədəd ot biçən jilkası və 1 ədəd ot biçən diski ilə birlikdə 1 ədəd otbiçən aparatı, 1 ədəd elektrik generatoru və 1 ədəd əl arabasını təqdim etmişdir. O, həmin əşyaları ümumilikdə 100 manat müqabilində Təqsirləndirilən şəxs 20 may 2022-ci il tarixdə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin əşyalara baxaraq Zərərçəkmiş şəxs məxsus evdən oğurladığını və gətirərək Şahid2 100 manata satdığını bildirmişdir. Əşyalara baxan Zərərçəkmiş şəxs həmçinin qeyd olunan əşyaların özünə məxsus olduğunu, həmin əl arabasını markasından və üzərində olan işlənmə və aşınma izlərindən, elektrik generatorunu, ot biçən aparatı, onun diski və jilkasını da markalarından, üzərlərində yazılan sözlərdən işlənmə və aşınma izlərindən tanıdığını bildirmişdir. Həmin əşyalar müvafiq qaydada götürülmüşdür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 sentyabr 2022ci il tarixli 9/5940 saylı rəyindən görünür ki, “Almaz” markalı, AKPB-52CC-A modelli, 9 dis kardanlı, 52 porşen ot biçən aparat, həmin ot biçən aparatın 1 ədəd “Almaz” markalı 255x3Txl.4 mm ölçülü ot biçən diski və həmin ot biçən aparatın 01 ədəd ot biçən jilkası 160 manat, 1 ədəd “Osman” markalı əl arabası 30 manat, 1 ədəd “Tontop” markalı, benzinli, 3.5 kv-lıq elektrik generatoru 270 manat, 6 ədəd 220-240 V-lıq, 65 İP göstəricili işıq projektorları 1 ədədi 15 manat olmaqla ümumilikdə 90 manat, 1 ədəd “YDS Tools” markalı kəlbətin 7 manat, 1 ədəd iki tərəfli “AİWO” markalı burğac 5 manat, 1 ədəd “FX Tools Torx” markalı 9-luq açar dəsti 10 manat, 1 ədəd “Total” markalı 350W, 220-240V göstəricili 800 ml tutumlu boya vuran aparat 60 manat, 01 ədəd 8x3 ölçülü pərdə 120 manat, 01 ədəd 6x2 ölçülü süfrə 20 manat və 01 ədəd “Braınex” markalı, 50 litr həcmli, 6,2 ATM gücündə olan su nasosu 80 manat dəyərində olmaqla həmin əşyaların orta istismar müddəti və orta istismar parametrlərinə uyğun olaraq 2022-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 852 manat müəyyən edilmişdir. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında müstəntiqin 22 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs məxsus olan müvafiq qaydada Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 1 ədəd kəlbətin, 1 ədəd burğac, 1 ədəd süfrə, 6 ədəd işıq projektoru, 1 ədəd açar dəsti və 1 ədəd pərdə və Şahid2 yaşadığı evdən götürülmüş 1 ədəd ot biçən jilkası və 1 ədəd ot biçən diski ilə birlikdə 1 ədəd otbiçən aparatı, 1 ədəd elektrik generatoru və 1 ədəd əl arabası işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarından müvafiqi qərarla cinayət işi üzrə maddi sübut kimi tanınmış, qeyd olunan əşyalar saxlanmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmişdir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edib hərəkətlərindən peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməklə zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin ediliş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçü ona xidmət etmək;n 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan növbəti gün 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş materiallarında olan başqa yerə getməmək haqqında müstəntiqin 09 sentyabr 2022-ci il tarixli qərarından və həmin tarixli başqa yerə getməmək haqqında iştiramdan görünür Təqsirləndirilən şəxs Məclum oğlunun barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi tanınaraq Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş 1 ədəd kəlbətin, 1 ədəd burğac, 1 ədəd süfrə, 6 ədəd işıq projektoru, 1 ədəd açar dəsti, 1 ədəd pərdə, 1 ədəd ot biçən jilkası və 1 ədəd ot biçən diski ilə birlikdə 1 ədəd otbiçən aparatı, 1 ədəd elektrik generatoru və 1 ədəd əl arabası sahibi- Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə dəymiş ziyanın aradan qaldırılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 50 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdsə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, eləcə də iş üzrə iş üzrə dəymiş ziyanın aradan qaldırılması və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş 1 ədəd kəlbətin, 1 ədəd burğac, 1 ədəd süfrə, 6 ədəd işıq projektoru, 1 ədəd açar dəsti, 1 ədəd pərdə, 1 ədəd ot biçən jilkası və 1 ədəd ot biçən diski ilə birlikdə 1 ədəd otbiçən aparatı, 1 ədəd elektrik generatoru və 1 ədəd əl arabası sahibi- Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №1(067)-26/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-26/2023
19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver