Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-26/2024 23.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Həsənova (Məmmədxanova) Gülşən Zubayıl qızının, Təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə 21 avqust 1982-ci ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respubikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, fərdi əməklə məşğul olan, Xaçmaz rayonu, Xudat şəhəri, Mərkəzi Malikane ünvanında qeydiyyatda olan və yaşayan, 17 sentyabr 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2017-ci il tarixdən hesablanmaqla, övladı, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110,00 manat məbləğində sabit alimentin tutularaq Həsənova (Məmmədxanova) Gülşən Zubayıl qızına ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli, 2(067)-5516/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 3(067)-629/2022 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, təqdimat verilən xx.xx.2023-cü il tarixədək 3820,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Həsənova (Məmmədxanova) Gülşən Zubayıl qızının xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq, qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək, ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərdi ki, xx.xx.2017-ci il tarixdən hesablanmaqla, övladı, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110,00 manat məbləğində sabit alimentin tutularaq Həsənova (Məmmədxanova) Gülşən Zubayıl qızına ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli, 2(067)-5516/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 3(067)- 629/2022 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə xəbərdarlıq edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2023-cü il tarixədək 3820,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Həsənova (Məmmədxanova) Gülşən Zubayıl qızının xeyrinə ödəmədiyinin səbəbini fərdi əməklə, yəni fəhləliklə məşğul olmaqla ayda təxminən 650,00-700,00 manat məbləğində əldə etdiyi qazancının öz dolanışığına çətinliklə çatması, övladı ilə görüşməyinə zərərçəkmiş şəxs tərəfindən maneə yaradılmasına görə aliment borcunu qərəzli olaraq, qəsdən ödəmədiyini bildirmişdir. İş məhkəməyə daxil olan zərərçəkmişə verməli olduğu aliment borcunu tamamilə ödəmiş, zərərçəkmişlə barışmış, ona görə də barəsində olan hazırkı cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Həsənova (Məmmədxanova) Gülşən Zubayıl qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən hesablanmaqla, övladı, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110,00 manat məbləğində sabit alimentin tutularaq onun xeyrinə ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 03 noyabr 2017ci il tarixli, 2(067)-5516/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 3(067)-629/2022 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə xəbərdarlıq edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2023-cü il tarixədək 3820,00 manat məbləğində aliment borcunu fərdi əməklə məşğul olmaqla, ayda 500,00-600,00 manat məbləğində qazanc əldə etməsinə baxmayaraq, qərəzli olaraq ödəməmişdir. Hazırda isə Təqsirləndirilən şəxs yaranmış həmin aliment borcunu ona tam ödəmiş, onun təqsirləndirilənə qarşı şikayəti yoxdur, təqsirləndirilənin cinayət məsuliyyətindən azad edilməsinə və barəsində cəza təyin edilməməsinə, hazırkı cinayət işinin icraatına xitam verilməsinə etirazı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan xx.xx.2017-ci il tarixdən hesablanmaqla, övladı, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110,00 manat məbləğində sabit alimentin tutularaq Həsənova (Məmmədxanova) Gülşən Zubayıl qızına ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli, 2(067)- 5516/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 3(067)-629/2022 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, təqdimat verilən xx.xx.2023-cü il tarixədək 3820,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Həsənova (Məmmədxanova) Gülşən Zubayıl qızının xeyrinə qərəzli olaraq ödəməmişdir. Bu səbəbdən də toplanmış materiallar xx.xx.2023-cü il tarixli təqdimatla cinayət işinin başlanması məsələsinə baxılması üçün İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahid - Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli, 2(067)-5516/2017 saylı icra vərəqəsinin və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 22 may 2018-ci il tarixli icraata başlamaq haqqında qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli, 2(067)- 5516/2017 saylı qətnaməsi qanuni qüvvəsini aldığından icraata başlanması qərara alınmışdır. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin “Tələbin könüllü icrası haqqında” bildirişinin təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2(067)- 5516/2017 saylı icra sənədini könüllü icra etməsi, məsuliyyəti barədə məlumatlandırılmışdır. “Bildiriş” Təqsirləndirilən şəxs tərəfindən şəxsən qəbul edilmişdir. İş materiallarında olan 26 dekabr 2019-cu il tarixli “Xəbərdarlıq”ın təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli, 2(067)-5516/2017 saylı icra sənədi üzrə icra məmurunun qanuni tələbini yerinə yetirməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci madəsi ilə inzibati məsuliyyətə cəlb olunacağı, həmçinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəməyə təqdimat veriləcəyi barədə xəbərdar edilmişdir. “Xəbərdarlıq” Təqsirləndirilən şəxs tərəfindən şəxsən qəbul edilmişdir. İş materiallarında olan “Borclunun yaşayış yerinin (iş yeri və ya olduğu yerin) dəyişdirilməsinin və yaxud tələbin yönəldilə biləcəyi əmlakının və ya yetərli olmamasının müəyyən edilməsi haqqında” 24 fevral 2020-ci il tarixli Akt-ın təsdiqlənmiş surətindən, borclunun axtarılması haqqında xx.xx.2020-ci il tarixli qərardan və Xaçmaz RPŞ-nin məktubundan müəyyən edilir ki, icra məmuru hal şahidlərinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvanda - Xaçmaz rayonu, Xudat şəhəri, Mərkəzi Malikanə küçəsində olmuşlar, lakin borclu Əhmədbəy Məmmdxanov həmin ünvanda yaşamadığı müəyyən edilmiş, bundan sonra sonuncunun barəsində axtarış elan edilmiş və o, xx.xx.2020-ci il tarixdə saxlanılaraq icra və probasiya şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin inzibati xəta haqqında 22 aprel 2020-ci il tarixli protokolunun və Xaçmaz Rayon Məhkəməsinin həmin tarixli 3(067)-345/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 22 aprel 2020-ci il tarixli, 2(067)-345/2020 saylı icra sənədinin icrasından üzrsüz səbəbdən qərəzli olaraq yayınmaqla aliment borcu yarandığından onun barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Xaçmaz rayon məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin qeyd olunan inzibati xəta haqqında iş üzrə qərarına əsasən Təqsirləndirilən şəxs İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 28 iyul 2020-ci il tarixli “Xəbərdarlıq”ın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs barəsində Xaçmaz Rayon Məhkəməsinin 22 aprel 2020-ci il tarixli qərarı ilə təyin edilmiş inzibati cərimə tənbehindən sonra ona yaranmış aliment borcunu ödəməsi üçün 28 iyul 2020-ci il tarixədək yeni müddət təyin edilmiş, həmçinin aliment borcunu tam şəkildə ödəməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması üçün təqdimat veriləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 27 yanvar 2022-ci il tarixli qərardan və Xaçmaz RPŞ-nin məktubundan müəyyən edilir ki, icra məmuru hal şahidlərinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvanda - Xaçmaz rayonu, Xudat şəhəri, Mərkəzi Malikanə küçəsində olmuşlar, lakin borclu Əhmədbəy Məmmdxanov həmin ünvanda yaşamadığı müəyyən edilmiş, bundan sonra sonuncunun barəsində axtarış elan edilmiş və onun saxlanılaraq icra şöbəsinə gətirilməsi təmin edildiyindən barəsində olan axtarış işinə xitam verilməsi üçün 29 mart 2022-ci il tarixdə icra şöbəsi tərəfində rayon polis şöbəsinə müraciət edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin inzibati xəta haqqında 29 mart 2022-ci il tarixli protokolunun və Xaçmaz Rayon Məhkəməsinin həmin tarixli 3(067)-629/2022 saylı inzibati xəta haqqında iş üzrə qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(067)-629/2022 saylı icra sənədinin icrasından üzrsüz səbəbdən qərəzli olaraq yayınmaqla aliment borcu yarandığından onun barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Xaçmaz rayon məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin qeyd olunan inzibati xəta haqqında iş üzrə qərarına əsasən Təqsirləndirilən şəxs İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin təqdimatının və Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(067)-157/2022 saylı qərardadının təsdiqlənmiş surətindən müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin 03 noyabr 2017ci il tarixli, 2(067)-5516/2017 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 18 may 2022-ci il və 23 avqust 2022-ci il tarixli “Xəbərdarlıq”ların təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs barəsində Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş inzibati cərimə tənbehindən sonra ona yaranmış aliment borcunu ödəməsi üçün xx.xx.2022-ci il tarixədək yeni müddət təyin edilmiş, həmçinin aliment borcunu tam şəkildə ödəməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması üçün təqdimat veriləcəyi barədə xəbərdar edilmişdir. Həmin “Xəbərdarlıq”lar Təqsirləndirilən şəxs tərəfindən şəxsən qəbul edilmişdir. İş materiallarında olan 29 iyul 2022-ci il tarixli aktın təsdiqlənmiş surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs yaşadığı ünvanda icra şöbəsi tərəfindən keçirilmiş tədbir nəticəsində sonuncunun icra tələbi üzrə yaranmış borcun yönəldilməsi üçü mülkiyyətində hər hansı əmlak aşkar edilməmişdir. İş materiallarında olan aliment ödənişləri barədə cədvəldən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs tərəfindən Xaçmaz Rayon Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli 2(067)-5516/2017 saylı icra sənədi üzrə 05 mart 2023-cü il tarixədək (cəmi 7150 manat aliment ödənilməli olduğu halda) cəmi 3330 manat aliment ödənilmişdir. İş materiallarında olan X5 X4 filialının 26 may 2022-ci il tarixli cavab məktubunun təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs Məmmədxanov X1 elektron informasiya sisteminin “Məşğulluq” altsistemində qeydiyyata alınmamışdır. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 30 yanvar 2023-cü il tarixli “Xəbərdarlıq”ın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs icra sənədini icra edərək tələbkara ödəməli olduğu yaranmış aliment borcunu ödəməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün təqdimat veriləcəyi barədə xəbərdar edilmişdir. Təqsirləndirilən şəxs “Xəbərdarlıq”ın surətini şəxsən qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaq hərəkətlərinin protokollarını, proses iştirakçılarının ifadələrini, iş materiallarında olan sənədləri məcmu halda nəzərdən keçirərək sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli Qərarında göstərilir ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Azərbaycan Respublikası İcra haqqında Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif etmiş, bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs Həsənova (Məmmədxanova) Gülşən Zubayıl qızı Təqsirləndirilən şəxs xx.xx.2023-cü ilədək yaranmış 3820 manat məbləğində aliment borcunu ona ödədiyini, onun təqsirləndirilənə qarşı şikayətinin olmadığını bildirərək, təqsirləndirilənin cinayət məsuliyyətindən azad edilməsinə və təqsirləndirilən şəxsin barəsində cəza təyin edilməməsinə, hazırkı cinayət işinin icraatına xitam verilməsinə etirazının olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi təqsirləndirilən şəxsin zərərçəkmişə verməli olduğu aliment borcunu tamamilə ödədiyini, zərərçəkmişlə barışıq əldə olunmasını bildirərək təqsirləndirilən şəxsin barəsində olan hazırkı cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci maddəsinə əsasən, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd”inə əsasən, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə xx.xx.2023-cü ilədək yaranmış öhdəliyini (ödəməli olduğu məbləği) ödəməklə qətnaməni icra etməsini, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışıq əldə etdiklərini, zərərçəkən şəxsin təqsirləndirilən şəxsə qarşı şikayətinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd”inə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 344-347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd”inə əsasən hazırkı cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırkı cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın olmaması nəzərə alınsın. Qərardan elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-26/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-26/2024
23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver