Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-26/2025 23.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1975-ci ildə Xaçmaz rayonu, Mursalı-Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, işləməyən, Xaçmaz rayonu, Mursalı- Qışlaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İbtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə verilmiş ittihama görə Təqsirləndirilən şəxs Xaçmaz Rayon Polis X6 istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə 2023-cü ilin yanvar ayının ortalarında və sonunda törətdiyi dələduzluq əməllərinə görə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə və barəsində ittiham aktı tərtib edilməklə həmin cinayət işinin 08 yanvar 2024-cü il tarixdə baxılmasından ötrü Xaçmaz Rayon Məhkəməsinə göndərilməsinə baxmayaraq təkrar, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Xaçmaz şəhəri ərazisindən bələdiyyə mülkiyyətində olan 0,2 ha torpaq sahəsi alıb verəcəyi adı ilə 2023-cü ilin yanvar ayının ortalarında Zərərçəkmiş şəxs işlədiyi Xaçmaz şəhəri, H.Əliyev prospekti 11A ünvanında yerləşən “Bizim market” adlı mağazanın içərisində 500 manat, 2023-cü ilin yanvar ayının sonlarında Zərərçəkmiş şəxsnm yaşadığı ünvan 3 ünvanında yerləşən evin içərisində 800 manat, 2023-cü ilin fevral ayının əvvəlində Xaçmaz şəhəri, H.Əliyev prospekti 11A ünvanında yerləşən “Bizim market” adlı mağazanın içərisində 500 manat pulu almaqla və 2023-cü ilin fevral ayının sonunda Zərərçəkmiş şəxsnm könüllü olaraq ona verdiyi “Leobanka” aid 4098-5844-6808-5475 nömrəli bank kartını ünvan 4 ünvanında yerləşən "xxxx" ASC-nin Xaçmaz filialının qarşısında olan bankomata daxil edib həmin kartdan 50 manat pulu çıxarmaqla ümumilikdə 1850 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirmiş, bununla da o, təkrar, etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, zərərçəkmiş şəxs X5 əvvəllər bacısının əri Şükürə məxsus Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən “Bizim market” adlı marketdə satıcı işləmiş, həmin marketdə işlədiyi müddət ərzində o, tez-tez həmin mağazaya gedib-gəlmiş, ona görə də Vüsalə ilə tanışlığı yaranmışdır. 2023-cü ilin yanvar ayının əvvəllərində mağazada olarkən Vüsalə ona Xaçmaz şəhəri ərazisindən torpaq sahəsi almaq istədiyini bildirmişdir. 2023-cü ilin yanvar ayının ortalarında o, öyrənmişdir ki, Xaçmaz şəhəri ərazisində bələdiyyə mülkiyyətində olan 0,2 ha torpaq sahəsi vardır, fikirləşmişdir ki, həmin torpaq sahəsinin rüsumlarını ödəyib Vüsalə üçün ala bilər. Ona görə də Vüsalənin yanına gedib ona Xaçmaz şəhəri ərazisində bələdiyyə mülkiyyətində olan 0,2 ha torpaq sahəsi olduğunu, həmin torpaq sahəsini onun adına rəsmiləşdirə biləcəyini, rəsmiləşdirdikdən sonra da həmin torpaq sahəsində özünə ev tikdirə biləcəyini, ancaq torpaq sahəsəsini almaq və adına rəsmiləşdirmək üçün müəyyən qədər xərc tələb olunduğunu bildirmişdir. Vüsalə də ona həmin torpaq sahəsini almaq istədiyini bildirmişdir. Bu zaman o, Vüsaləyə həmin torpaq sahəsini alaraq adına rəsmiləşdirməsi üçün ümumilikdə 2000 manata yaxın xərcinin çıxacağını, lazım olduqca gəlib həmin pulu hissəhissə ondan alacağımı demişdir. Vüsalə də onunla razılaşmışdır. Beləliklə o, Vüsalədən ona torpaq sahəsi alıb verəcəyi adı ilə ümumilikdə 1850 manat pul alsa da həmin pulu sonradan öz ehtiyaclarına xərcləmiş və Vüsaləyə hər hansı bir torpaq sahəsi alıb verməmişdir. Sonradan da maddi imkanı olmadığı üçün Vüsalənin pulunu qaytara bilməmişdir. Düşünmüşdür ki, imkanı olan kimi onun pulunu qaytara, lakin sonradan maddi imkanı olmadığına görə Vüsalənin pulunu qaytara bilməmişdir. Bu səbəbdən Vüsalə onun barəsində Xaçmaz rayon Polis Şöbəsinə şikayət etmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə aralarında ziyan məsələsini yoluna qoymuş, ziyanı aradan qaldırmışdır. Hərəkətlərindən peşmandır. Məhkəmə istintaqında dindirilən zərərçəkmiş şəxs X7 göstərmişdir ki, o, 2022-ci ilin noyabr ayından başlayaraq 2023-cü ilin mart ayının əvvəllərinədək Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən “Bizim market” adlı ərzaq mağazasında satıcı işləmiş, həmin mağazada işlədiyi ərəfədə mağazanın müdiri Şükürün arvadı da tez-tez mağazaya gəlmiş, mağazada işlərə nəzarət etmişdir. Orada işlədiyi müddət ərzində Şükürün arvadının qardaşı Rasim də tez-tez mağazaya gəlmiş, ona görə də Rasimi oradan tanımışdır. 2023-cü ilin yanvar ayında Rasim mağazada olarkən o, Xaçmaz şəhəri ərazisindən torpaq sahəsi almaq isətdiyini Rasimə bildirmişdir. 2023-cü ilin yanvar ayının ortalarında Rasim mağazaya gəlib Xaçmaz şəhəri ərazisində bələdiyyə mülkiyyətində olan 0,2 ha ölçüdə torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinin ucuz qiymətə satıldığını, torpaq sahəsini alması üçün bir qədər xərcinin çıxacağını bildirib həmin torpaq sahəsini istəyib-istəməsini soruşmuş, o da həmin torpaq sahəsini almaq istədiyini bildirmişdir. Bu zaman Rasim ona demişdir ki, onda həmin torpaq sahəsini alması üçün lazım olduqca gəlib ondan hissə-hissə pul götürəcəkdir, hardasa 2000 manata yaxın xərci çıxacaqdır, həmin 2000 manatı o, bir dəfəyə yox hissə-hissə verəcəkdir. O da Rasimə inanıb torpaq sahəsi üçün hissə-hissə olmaqla ona 1850 manat pul vermiş, lakin sonra Rasim onun üçün torpaq sahəsi təşkil etməmişdir. Bu səbədən sonradan Rasim barəsində şikayət etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs X1 məhkəmə iclaslarında iştirak etməmiş, lakin məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizəsini göndərərək Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə etdiklərini, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirməklə növbəti məhkəmə iclaslarının iştirak olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə digər proses iştirakçılarının fikrini dinləyərək zərərçəkmiş şəxs X2 iştirakı olmadan məhkəmə istintaqının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqında şahid qismində könüllü ifadə verən Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. İş üzrə zərərçəkmiş şəxs X3 tanıyır. Belə ki, Vüsalə Xaçmaz şəhəri ərazisində bacısının ərinə məxsus mağazada satıcı işləmişdir. Onda olan məlumata əsasən onun qardaşı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Vüsalə İskəndərovadan onun üçün Xaçmaz şəhəri ərazisində torpaq sahəsi tapıb almaq məqsədilə pul almış, sonra müəyyən səbəblərdən bu məsələ gecikmişdir. Halhazırda onların arasında bu məsələ qaydasına düşmüş və torpaq məsələsi həll olunmuşdur. Şahid ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. qardaşı Rasim həqiqətən də Vüsalədən ona torpaq sahəsi alıb verəcəyi adı ilə ümumilikdə 1850 manat pul almışdır. Rasim həmin pulu bir neçə dəfəyə almış və onun pulunu öz ehtiyaclarına xərclədiyindən vədinə əməl edə bilməmişdir. Vüsalə onun bacısıgilin ailəsinə məxsus olan Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən “Bizim market” adlı ərzaq mağazasında satıcı işləmiş, elə Rasim də Vüsaləni həmin vaxtdan tanımışdır. Sonradan Vüsalə qardaşı Rasimdən pulunu dəfələrlə istəmiş, lakin Rasimin maddi imkanı olmadığından Vüsalənin pulunu qaytara bilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Xaçmaz RPŞ-nin İB-də icraatda olmuş ********* nömrəli cinayət işi 08 yanvar 2024-cü il tarixdə baxılmasından ötrü Xaçmaz Rayon Məhkəməsinə göndərilmiş, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Quba RPŞ-nin İB-də icraatda olmuş ********* nömrəli cinayət işi üzrə icraata 27 fevral 2024-cü il tarixdə Quba Rayon Məhkəməsində xitam verilmişdir. Tələbnamədə göstərilən xüsusatlar cinayət işinə əlavə edilmiş Quba Rayon Məhkəməsinin hakimi Aydın Babayevin 29 fevral 2024-cü il tarixli qərarı və Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X17 tərəfindən icraatında olmuş ********* nömrəli cinayət işi üzrə tərtib edilmiş ittiham aktının surətləri ilə öz təsdiqini tapmışdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2025-ci il tarixli, 1(067)-14/2025 saylı qərarından görünür ki, həmin cinayət işi üzrə təqsirləndirilən şəxs X10 zərərçəkmiş şəxs X4 vurulmuş maddi ziyanı tamamilə ödədiyindən və cinayət nəticəsində vurulmuş maddi ziyanın 25 %-i (iyirmi beş) miqdarında (575 manat) pulu dövlət büdcəsinə ödədiyindən Azərbaycan Respublikası CM-nin 73-1.2ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirlındirildiyi ittiham üzrə o, cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 18 və 83-cü maddələrinə əsasən X8 məhkumluğu yoxdur. İş materiallarında olan Dövlət ittihamçısı2 tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə ittiham elan edilməsi üçün əsas, barəsində Xaçmaz Rayon Polis X6 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə və barəsində ittiham aktı tərtib edilməklə həmin cinayət işi 08 yanvar 2024-cü il tarixdə baxılmasından ötrü Xaçmaz Rayon Məhkəməsinə göndərilməsinə baxmayaraq təkrarən dələduzluq cinayət əməlini törətməsi faktı olmuşdur. İş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(067)- 14/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışdığına və cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında Dövlət Büdcəsinə ödəniş etdiyinə görə onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilmiş və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmişdir. Göründüyü kimi, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə ittiham elan edilməsinə əsas olmuş cinayət işi üzrə Xaçmaz rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı var və həmin qərarla o, cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Azərbaycan Respublikasi Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Odur ki, Təqsirləndirilən şəxs əməlində dələduzluq cinayətinin təkrar törədilməsi olmadığından qeyd olunanları nəzərə alıb, onun əməlinin ibtidai araşdırma orqanı tərəfindən elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməsi və dövlət ittihamının müdafiəsinin CM-in 178.1-cü maddəsi ilə təmin edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlinmişdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Göstərilənlərə əsasən, Baş Prokurorluğun “X12” 107.15-ci bəndini rəhbər tutaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə onun əməlinin Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməsi və dövlət ittihamının müdafiəsi CM-nin 178.1-ci maddəsi ilə təmin edilməsi xahiş olunur. Dövlət ittihamçısı2 ittiham nitqi ilə çıxışından əvvəl təqdim etdiyi rəydə göstərilən xüsusatlara uyğun izah verməklə ittiham nitqi ilə çıxışında Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməsini və dövlət ittihamını Azərbaycan Respublikasının 178.1-ci maddəsi ilə müdafiə etdiyini, lakin Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan cinayət əməlinin 2023-cü ilin yanvar-fevral aylarında törədildiyi, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayət əməli olduğu, həmin cinayətin törədilməsindən 2 ildən artıq müddət keçdiyi və beləliklə də şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların müəyyən edildiyi nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində irəli sürülmüş hazırki ittiham üzrə bəraətverici əsaslar olmadan cinayət işi üzrə icraata xitam verilməsini təklif etmişdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə iş materiallarını, Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin xx.xx.2025-ci il tarixli rəyini, rəydə istinad edilmiş Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarında şərh olunanları, eləcə də dövlət ittihamçısının rəyə uyğun mövqeyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təkrar törədilməsi əlaməti müəyyən edilmədiyindən onun əməli Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməlidır. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Xaçmaz şəhəri ərazisindən bələdiyyə mülkiyyətində olan 0,2 ha torpaq sahəsi alıb verəcəyi adı ilə 2023-cü ilin yanvar ayının ortalarında Zərərçəkmiş şəxs işlədiyi Xaçmaz şəhəri, H.Əliyev prospekti 11A ünvanında yerləşən “Bizim market” adlı mağazanın içərisində 500 manat, 2023-cü ilin yanvar ayının sonlarında Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evin içərisində 800 manat, 2023-cü ilin fevral ayının əvvəlində Xaçmaz şəhəri, H.Əliyev prospekti 11A ünvanında yerləşən “Bizim market” adlı mağazanın içərisində 500 manat pulu almaqla və 2023-cü ilin fevral ayının sonunda Zərərçəkmiş şəxs könüllü olaraq ona verdiyi “Leobanka” aid 4098-5844-6808-5475 nömrəli bank kartını ünvan 4 ünvanında yerləşən "xxxx" ASCnin Xaçmaz filialının qarşısında olan bankomata daxil edib həmin kartdan 50 manat pulu çıxarmaqla ümumilikdə 1850 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, bununla da etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Lakin məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyd olunan dələduzluq cinayəti əməlini 2023-cü ilin yanvar-fevral aylarında törətmiş və qeyd olunan cinayətin törədildiyi gündən 2 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Təqsirləndirilən şəxs törətdiyi və hazırda təqsirləndirildiyi qeyd olunan dələduzluq cinayəti əməli böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1, 39.1.3, 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Ona görə də məhkəmə göstərilənləri və dövlət ittihamçısının mövqeyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi və təqsirləndirildiyi qeyd olunan dələduzluq cinayəti əməli böyük ictimai təhlükə törətməyən cinayətlərə aid olmaqla hazırda cinayətin törədildiyi gündən 2 ildən artıq müddət keçdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1, 75.1.1-ci maddələrinə əsasən o, müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin müddəalarına müvafiq olaraq cinayət təqibini istisna edən halların (cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi) mövcudluğu ilə bağlı onun barəsində başlanılmış cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39, 321.2.1, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə ilə tövsif edilsin və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli hesab edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1, 75.1.1-ci maddələrinə əsasən müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin Məcəlləsinin 39-cu maddəsinin müddəalarına əsasən cinayət təqibini istisna edən halların mövcudluğu ilə bağlı onun barəsində başlanılmış cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə xərclərinin, maddi sübutun və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan qərar elan edildiyi andan 20 (iyirmi) gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №1(067)-26/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-26/2025
23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver