Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-27/2021 17.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi –Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1988-ci ildə Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olan, Xaçmaz rayonu, Xudat şəhəri, K.Zavod qəsəbəsi ev 9, mənzil 4-də qeydiyyatda olan və yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlakı üçün istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində daşımaqla saxlamış və bu fakt xx xxxxxx 2020-ci il tarixdə, saat 22 radələrində Xaçmaz RPŞ-nin Xudat PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev küçəsində yerləşən Xudat PB-nin inzibati binasında onun üstünə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibində bir ədəd gümüşü rəngli kağız bükümdə olmaqla 1,192 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, anası ilə birlikdə Xudat şəhəri, K.Zavod qəsəbəsi ev 9, mənzil 4-də yaşayır. O, Xaçmaz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə məhkəmənin qərarı ilə vaxtından əvvəl cəzadan azad edilərək cəzaçəkmə müəssisəsindən buraxılmış və həmin gün Xudat şəhərinə gələrək anası ilə birlikdə yaşamışdır. O, əvvəllər iki-üç dəfə narkotik vasitə olan heroindən istifadə etmiş, ona görə də heroini tanımışdır.xx xxxxxx 2020-ci il tarixdə,saat 12 radələrində yaşadığı evdən çıxıb Xudat şəhər avtovağzalına gedərkən yerdə bir ədəd gümüşü rəngli kağız büküm olduğunu görmüş və həmin gümüşü rəngli kağız bükümü əlinə götürüb açıb baxanda görmüşdür ki, içərisində başqa bir gümüşü rəngli kağız büküm də var. Həmin gümüşü rəngli kağız bükümü də açıb baxanda içərisində narkotik vasitə olan heroin olduğunu görmüş və atmayıb əynində olan cins şalvarın sağ yan cibinə qoyub saxlamışdır ki, sonradan özü istehlak etsin. Sonrakı günlərdə də kağız bükümdə tapdığı heroini başqa yerə qoymayıb şalvarının sağ yan cibində saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında evdən çıxıb Xudat şəhəri, M.F.Axundov küçəsinə gəlmişdir. Saat 22 radələrində Xudat şəhəri, M.F.Axundov küçəsində “Məxməri” çay evinin yaxınlığında olduğu zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşmış və xidməti vəsiqələrini ona göstərib özlərini təqdim etdikdən sonra onu Xaçmaz RPŞ-nin Xudat PB-nə dəvət etmişlər. O etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xudat PB-nə getmişdir. Xudat PB-nin inzibati binasında ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə saxlamaqda şübhəli şəxs qismində tutulduğu bildirilmiş, sonra isə polis əməkdaşları ona bildirmişlər ki, videoçəkilişlə üstünə şəxsi axtarış keçiriləcək. Sonra polis əməkdaşları ona təklif etmişlər ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. Polis əmkdaşlarının təklifindən sonra bilmişdir ki, üstündə olan narkotik vasitəni çıxarıb təqdim etməsə, üstünə axtarış keçiriləcək və üstündə olan narkotik vasitə aşkar ediləcək. Bu səbəbdən də məcbur olub əynində olan cins şalvarın sağ yan cibində saxladığı bir ədəd gümüşü rəngli kağız bükümü, şalvarının sol yan cibindən isə iki ədəd bir manatlıq əsginasları çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşları təqdim etdiyi gümüşü rəngli kağız bükümü onun və vəkilin iştirakı ilə açıb içində olan heroini görmüşlər və o, hər şeyi könüllü olaraq etiraf edərək bildirmişdir ki, həmin narkotik vasitə özünündür, gələcəkdə istifadə etməsi üçün üstündə saxlamışdır. Sonra polis əməkdaşları ondan həmin heroini haradan aldığını soruşmuş və həmin anda o, həyəcanlı olduğu üçün özünü itirib yalandan demişdir ki, iki-üç gün əvvəl tanımadığı şəxsdən götürmüşdür. Əslində isə o heç kimdən narkotik vasitə almamış, şalvarının sağ yan cibində gümüşü rəngli kağız bükümdə saxladığı heroini 12 avqust 2020-ci il tarixdə, saat 12 radələrində yaşadığı evdən çıxıb Xudat şəhər avtovağzalına gedərkən yerdən tapmışdır və gələcəkdə özünün istifadə etməsi üçün üstündə saxlamışdır. Bundan sonra, polis əməkdaşları onun üstündə aşkar olunmuş heroini qablaşdıraraq protokol tərtib etmişlər, o da protokolu oxuduqdan sonra doğru yazıldığını görüb protokola imza etmişdir. O, kimsədən narkotik vasitə almamış və heç kimə də narkotik vasitə satmamışdır. Törətdiyi cinayət əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hazırda digər bir cinayət işi üzrə də Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona ittiham elan olunub. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-ninXudat PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxx 2020-ci il tarixdə Xudat PB-nə iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və üstündə gəzdirməsi barədə məlumat daxil olmuşdur. Xudat PB-nə daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib bölmə rəisi tərəfindən təsdiq olunduqdan sonra onun, Xudat PB-nin sabiq əməliyyat müvəkkili İsmət Niftəliyevin, manqa komandiri Şahid2 və TB-nin təhqiqatçısı Əhməd Muradovun iştirakı ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırma X4a həvalə olunmuşdur. Həmin gün saat 22 radələrində Təqsirləndirilən şəxs Xudat şəhəri, M.F.Axundov küçəsində “Məxməri” çay evinin yaxınlığında olduğunu müəyyənləşdirərək ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu Xudat PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən Xudat PB-nə gəlməyə razılaşmış və onlar sonuncunu Xudat PB-nə gətirmişlər. Xudat PB-də X4 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra isə ona videoçəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra X4 Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və ya narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. X2 təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü, əynində olan şalvarın sol yan cibindən isə iki ədəd bir manatlıq əsginasları çıxarıb masanın üstünə qoymuşdur. X4 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli kağız büküm açıldıqda içərisində başqa bir gümüşü rəngli kağız büküm, həmin gümüşü rəngli kağız büküm açıldıqda isə içərisində qəhvəyi rəngli toz şəkilli kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi gümüşü rəngli kağız bükümdəki kütlə “kakos” kimi tanıdığı narkotik vasitə olan heroindir, özünə məxsusdur və gələcəkdə özünün istehlak etməsi üçün saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üstündə aşkar olunmuş kağız bükümdəki kütlə özünün, vəkilin və onların iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar protokola imza etmişlər. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinin görüntüləri manqa komandiri Şahid2 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx xxxxxx 2020-ciil tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan və ona əlavə edilmiş CD diskə məhkəmə iclasında kompyuter vasitəsi il baxış keçirilərək müəyyən olundu ki, qeyd olunan tarixdə Xaçmaz RPŞ-nin Xudat PB-də müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunan nə varsa çıxarıb təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü, sol yan cibindən isə iki ədəd bir manatlıq əsginası çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kağız bükülü iştirakçıların yanında açıldıqda içərisində başqa bir kağız bükülü də aşkar edilmiş, həmin kağız bükülü açıldıqda isə baxılarkən içərisində qəhvəyi rəngli, toz şəkilli kütlə olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin narkotik vasitə - “kokos” olduğunu, həmin narkotik vasitəni iki-üç gün əvvəl tanımadığı şəxsdən alıb öz istehlakı üçün saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/1563 №-li ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 1,192 qram tünd qəhvəyi rəngli, toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Ekspertiza tədqiqatına 0,10 qram sərf edildikdən sonra ümumilikdə təmiz qalıq çəkisi 1,092qram təşkil etmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan və xx xxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərində saxlayaraq daşıdığı ümumi təmiz çəkisi 1,192 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə ümumilikdə xalis çəkisi 1,092qram təşkil edən heroin maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-də maddi sübutların saxlanma otağında saxlanılır. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə olan heroini əldə etdiyi mənbənin müəyyən edilməsi, onun kimlərəsə narkotik vasitəsatması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin qeyd olunan hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə, narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroinin ümumilikdə xalis çəkisi 1,192qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlakı üçün istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində daşımaqla saxlamış və bu fakt xx xxxxxx 2020-ci il tarixdə, saat 22 radələrində Xaçmaz RPŞ-nin Xudat PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev küçəsində yerləşən Xudat PB-nin inzibati binasında onun üstünə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibində bir ədəd gümüşü rəngli kağız bükümdə olmaqla 1,192 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cimaddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 07 ay 03 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəza müddəti başa çatdığından Xaçmaz RPŞ-nin xx.xx.2019-cu il tarixli 943 nömrəli arayışına əsasən cəzaçəkmə müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Xudat şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon məhkəməsinin 4(067)-19/2021 saylı qərarından (hakim İ.Xəlilov) müəyyən edilir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirildiyi digər bir cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi halını müəyyən etdi. Belə ki, iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə 07 ay 03 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəza müddəti başa çatdığından Xaçmaz RPŞ-nin xx.xx.2019-cu il tarixli 943 nömrəli arayışına əsasən qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilsə də, onun həmin cinayət əməlinə görə məhkumluğu ödənilmədən o, xx xxxxxx 2020-ci il tarixdə hazırkı iş üzrə cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Göründüyü kimi o, məhkumluğu ödənilmədən hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə görə isə cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardandır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin maddənin 2-ci bəndinə görə isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları,həmçinin barəsində cəzanı ağırlaşdıran cinayətlərin residivi halını və cinayət əməlinin törədilməsi hallarını, eləcə də təqsirləndirilən şəxsdə aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroinin 1,192 qram çəkidə olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan və “tutulmuş şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə azadlıqdan məhrumetmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin xx xxxxxxx 2020-ci il tarixli, 2724 №-li ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda o, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş 1,192 qram heroindən tədqiqata 0,10 qram sərf edildikdən sonra qalıq 1,092 qram təşkil edir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumilikdə xalis çəkisi 1,192 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroinin ekspertiza tədqiqatından sonra qalan 1,092 qramı Xaçmaz RPŞ-də maddi sübutların saxlanma otağında saxlanılır. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra ümumilikdə xalis çəkisi 1,092 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu müddət, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra ümumilikdə xalis çəkisi 1,092 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-27/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-27/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver