Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-27/2024 21.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkən şəxs Rüstəmova (Paşayeva) Ülkər Vahid qızının, müdafiəçi - Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1992-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, deməsinə görə işləməyən, subay, Xaçmaz şəhəri, S.Əsgərova küçəsi, ev 26-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2018-ci il tarixdən hesablanmaqla, övladı - xx.xx.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat məbləğində sabit alimentin tutularaq X7 ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1789/2018 saylı, 13 iyun 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə təqdimat verilən xx.xx.2023-cü il tarixədək 8550 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs X6 xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun aliment borcu var. O, işləməmiş, ödəməyə pulu yoxdur, onun özünə pul verən lazımdır. Bundan başqa, uşaq onun olsa da, uşağın özünü isə görməmişdir. Zərərçəkmiş uşağı öz yanında saxlayır, ona göstərməmişdir. Uşaq onundur, aliment ödəməli olduğunu başa düşür. Lakin o, uşağı görməlidir, bu işlər birtərəfli olmur. Həmçinin bildirdi ki, aliment barədə qətnamə qəbul ediləndən hazıradək o, heç vaxt nə rəsmi, nə də qeyri-rəsmi olaraq işləməmişdir. O, hərdən işləyərək özü üçün siqaret pulu və bu kimi şeylər üçün qazanc əldə etmiş, həmçinin atası işləyir, sonuncudan da özünün dolanışığı üçün pul alır. O, aliment təyin ediləndən hazıradək zərərçəkmiş şəxsə heç bir məbləğdə aliment verməmişdir. Alimentlə bağlı pul köçürə bilməsi üçün ona kart (hesab) da verilməmişdir. O, məşğulluq mərkəzində adını qeyd etdirmiş, lakin ona heç vaxt iş təklifi edilməmiş, icra məmuru tərəfindən də onun işlə təmin edilməsi üçün tədbir görülməmişdir. Uşağı onun da görmək hüququ var, lakin zərərçəkmiş şəxs buna maneə yaratmışdır. O, yaranmış 8550 manat aliment borcunu ödəyə bilmir, lakin imkanı çatan qədərilə ödəyəcəkdir. Onun hazırda, yaxud yaxın gələcəkdə aliment borcundan nə qədər ödəyə biləcəyi barədə heç bir fikri yoxdur, o, həbsə alınmış, buna görə işləyə bilmir, ev damı vurmaqla (təmir etməklə) məşğul olmuş, lakin həbsə alındığından işi yarımçıq qalmış, həmin gördüyü işin pulunu da ala bilməmişdir. Əlavə olaraq bildirdi ki, o, aliment borcunu zərərçəkmiş şəxsin məhkəmə iclasında təklif etdiyi qaydada ödəyə bilmir. O, imkanı olduqca, həm də uşağını görmək şərtilə 100-200 manat ödəyə bilər. O, barəsində təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə verdiyini bildirir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, xx.xx.2018-ci il tarixdən hesablanmaqla, övladı, xx.xx.2017ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150,00 manat məbləğində sabit alimentin tutularaq X7 ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1789/2018 saylı, 13 iyun 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2023-cü il tarixədək 8550,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs X6 xeyrinə ödəmədiyinin səbəbini fərdi əməklə, yəni fəhləliklə məşğul olmaqla ayda təxminən 350,00 manat məbləğində əldə etdiyi qazancının öz dolanışığına çətinliklə çatması, övladı ilə görüşməyinə zərərçəkmiş şəxs tərəfindən maneə yaradılmasına görə, həmçinin faktiki imkanlarının məhkəmə tərəfindən nəzərə alınmadan ona yüksək məbləğdə aliment kəsildiyi üçün qətnaməni ədalətsiz hesab etdiyinə görə aliment borcunu qərəzli olaraq, qəsdən ödəmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkən şəxs Rüstəmova (Paşayeva) Ülkər Vahid qızı ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsin uşağı ona göstərməsinə mane olması barədə dedikləri yalandır. Belə ki, təqsirləndirilən şəxs heç vaxt uşağını görməyə çalışmamış, uşağı ilə maraqlanmamış, o, özü dəfələrlə israr etmişdir ki, gəlib uşağını görsün, lakin təqsirləndirilən şəxs “o uşaq mənə lazım deyil” demiş, uşağını görməyə heç vaxt gəlməmişdir. O, təqsirləndirilən şəxsə dəfələrlə təklif etmişdir ki, heç olmasa 50, 100 manat ödəsin, təqsirləndirilən isə ona “uşaq mənə lazım deyil. Gedin işinizlə məşğul olun” deyərək cavab vermişdir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxs hazıradək ona alimentlə bağlı heç bir məbləğ ödəməmiş, o, sonuncuya hətta təklif etmişdir ki, hər ay 50 manat ödəsin, əgər bunu etmiş olsaydı, ona qarşı şikayətçi olmazdı. Təqsirləndirilən şəxs məhkəmə prosesi müddətində aliment borcunun yarısını bir dəfəyə ödəyərsə, ona qarşı şikayətçi olmaz, qalan yarısını da hissə-hissə ödəməsinə razıdır. Sonda, məhkəmə çıxışında isə bildirmişdir ki, təqsirləndirilən şəxs aliment borcundan iki min manatı birdəfəyə ödəyərsə, ona qarşı şikayətçi olmaz, qalan məbləği isə sonra hissə-hissə ödəməsinə razıdır. Zərərçəkən şəxs Rüstəmova (Paşayeva) Ülkər Vahid qızının ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla, övladı, xx.xx.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150,00 manat məbləğində sabit alimentin tutularaq onun xeyrinə ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1789/2018 saylı, 13 iyun 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2023-cü il tarixədək 8550,00 manat məbləğində aliment borcunu fərdi əməklə məşğul olmaqla, ayda 500,00-600,00 manat məbləğində qazanc əldə etməsinə baxmayaraq, qərəzli olaraq ödəməmişdir. Məhkəmə istintaqı zamanı şahid Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2018-ci il tarixdən hesablanmaqla, övladı - xx.xx.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat məbləğində sabit alimentin tutularaq X7 ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1789/2018 saylı, 13 iyun 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə təqdimat verilən xx.xx.2023-cü il tarixədək 8550 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs X6 xeyrinə qərəzli olaraq ödəməmişdir. Həmçinin bildirdi ki, icra işi onun icraatındadır. Təqsirləndirilən şəxsin işlə təmini üçün icra şöbəsi tərəfindən tədbir görülərək təqsirləndirilənə məşğulluq mərkəzində qeydiyyata dayanaraq ona həmin mərkəzdən təklif olunan işdə işləməsi təklif olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs həmişə icra şöbəsinə gəlməkdən yayınmış, axtarış əsasında gətirilmişdir. Təqsirləndirilən şəxs hər dəfə alimenti ödəməməsinin səbəbini bəhanə kimi zərərçəkmiş şəxsin ona uşağı ilə görüşməsinə mane olmasını göstərmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli, 2(067)- 1789/2018 saylı qətnaməsinin təsdiqlənmiş surətindən müəyyən edilir ki, xx.xx.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2018-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs hər ay sabit pul məbləğində 150 manat miqdarında aliment tutularaq X7 verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli, 2(067)-1789/2018 saylı icra vərəqəsinin və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-1789/2018 saylı qətnaməsi qanuni qüvvəsini aldığından icraata başlanması qərara alınmışdır. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 11 iyul 2018-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişinin və təqsirləndirilən şəxsin (borclunun) xx.xx.2018-ci il tarixli izahatının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)- 1789/2018 saylı icra sənədini könüllü icra etməsi üçün vaxt verilmiş, məsuliyyəti barədə xəbərdar edilmişdir. Bildiriş Təqsirləndirilən şəxs tərəfindən şəxsən qəbul edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarın və Xaçmaz RPŞ-nin məktubunun təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs yaşadığı ünvanda yaşamadığından və yaşayış yeri məlum olmadığından barəsində axtarış elan edilmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs icra və probasiya şöbəsində verdiyi 03 fevral 2020-ci il tarixli izahatının təsdiqlənmiş surətindən müəyyən edilir ki, o, izahatında icra şöbəsinə polis vasitəsilə gətirildiyini, xx.xx.2018-ci il tarixli, 2(067)- 1789/2018 saylı icra sənədi üzrə həmin tarixədək heç bir məbləğdə aliment ödəmədiyini, ödəməməsinin səbəbinin işləməməsi, xəstə olması, hər ay yetmiş manat aliment ödəyə biləcəyini, alimenti ödəmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunacağının ona izah olunduğunu göstərmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin inzibati xəta haqqında 03 fevral 2020-ci il tarixli protokolunun və Xaçmaz Rayon Məhkəməsinin həmin tarixli 3(067)-188/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs icra vərəqəsini üzrsüz səbəbdən icra etməyərək aliment borcu yarandığından onun barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin qeyd olunan inzibati xəta haqqında iş üzrə qərarına əsasən İsayev X11 Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin təqdimatının və Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(067)-56/2021 saylı qərardadının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin 13 iyun 2018ci il tarixli, 2(067)-1789/2018 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarın və Xaçmaz RPŞ-nin məktubunun təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs yaşadığı ünvanda yaşamadığından və yaşayış yeri məlum olmadığından barəsində axtarış elan edilmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs icra və probasiya şöbəsində verdiyi 25 iyun 2021-ci il tarixli izahatının təsdiqlənmiş surətindən müəyyən edilir ki, o, izahatında xx.xx.2018-ci il tarixli, 2(067)-1789/2018 saylı icra sənədi üzrə həmin tarixədək heç bir məbləğdə aliment ödəmədiyini, yaranmış aliment borcunu bir dəfəyə ödəyə bilmədiyini, hər ay hissə-hissə olmaqla əlli manat ödəniş edə biləcəyini, alimenti ödəmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunacağının ona izah olunduğunu göstərmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin inzibati xəta haqqında 25 iyun 2021-ci il tarixli protokolunun və Xaçmaz Rayon Məhkəməsinin həmin tarixli 3(067)-541/2021 saylı inzibati xəta haqqında iş üzrə qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs icra vərəqəsini üzrsüz səbəbdən icra etməyərək aliment borcu yarandığından onun barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin qeyd olunan inzibati xəta haqqında iş üzrə qərarına əsasən İsayev X11 Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs icra və probasiya şöbəsində verdiyi 06 sentyabr 2021-ci il tarixli izahatının təsdiqlənmiş surətindən müəyyən edilir ki, o, izahatında xx.xx.2018-ci il tarixli, 2(067)-1789/2018 saylı icra sənədi üzrə həmin tarixədək heç bir məbləğdə aliment ödəmədiyini, yaranmış aliment borcunu ödəməyə imkanının olmadığını, işləmədiyini, hər ay əlli manat ödəməyə çalışacağını, alimenti ödəmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunacağının ona izah olunduğunu göstərmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 16 sentyabr 2021-ci il tarixli “Xəbərdarlıq”ın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs həmin tarixədək yaranmış altı min manat aliment borcunu 10 gün müddətində tələbkar Ülkər Paşayevə ödəməsi, ödəməyəcəyi təqdirdə, barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması üçün təqdimat veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş 04 aprel 2022-ci il tarixli aktın təsdiqlənmiş surətindən müəyyən edilir ki, həmin tarixdə borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün sonuncu izahatının alınması məqsədilə icra və probasiya şöbəsinə dəvət olunmuş, lakin o, izahat verməkdən imtina etmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin “Cinayət məsuliyyətinə cəlbetmə haqqında” 18 aprel 2022-ci il tarixli bildirişinin təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs həmin tarixədək yaranmış yeddi min əlli manat aliment borcunu tələbkar Ülkər Paşayevə ödəməsi, ödəməyəcəyi təqdirdə, barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması üçün təqdimat veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş 26 dekabr 2022-ci il tarixli aktın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlanılmış və borclu alimentlə bağlı heç bir məbləğ ödəmədiyini bildirmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 03 iyul 2023-cü il tarixli qərarlarından və 25 sentyabr 2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs istintaq orqanının çağırışlarına gəlməkdən qəsdən boyun qaçırdığından, olduğu yer məlum olmadığından barəsində axtarış elan edilərək tutulması qərara alınmış, xx.xx.2023-cü il tarixdə cinayət işinin icraatı dayandırılmış, təqsirləndirilən şəxs tapılaraq tutulduğundan xx.xx.2023-cü il tarixdə cinayət işinin icraatı təzələnmişdir. İş materiallarında olan X5 X4 filialının 12 may 2022-ci il tarixli cavab məktubunun təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs İsayev X1 elektron informasiya sisteminin “Məşğulluq” altsistemində 27 yanvar 2020-ci il tarixdən işaxtaran (işi və qazancı olan şəxs) kimi qeydiyyatdadır. İş materiallarında olan “Borclunun yaşayış yerinin (iş yeri və ya olduğu yerin) dəyişdirilməsinin və yaxud tələbin yönəldilə biləcəyi əmlakının və ya yetərli olmamasının müəyyən edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Aktın və elektron sorğuların təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs yaşadığı ünvanında, onun mülkiyyətində 2(067)-1789/2018 saylı icra sənədi üzrə tələbin yönəldilə biləcəyi əmlakın olmadığı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, tələbkar X3 Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyindən borclunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə istintaq hərəkətlərinin protokollarını, proses iştirakçılarının ifadələrini, iş materiallarında olan sənədləri məcmu halda nəzərdən keçirərək sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli Qərarında göstərilir ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Azərbaycan Respublikası İcra haqqında Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa çalışmış, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini barəsində cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halın olmamasını, həmçinin 2018-ci ildə qəbul edilərək icraata başlanılmış məhkəmənin qətnaməsi ilə bağlı icra sənədi üzrə tələbkara hazıradək heç bir məbləğdə aliment ödəməməsini və zərərçəkmiş şəxsin ziyanı tələb etməsini, cinayət əməlinin törədilməsi hallarını və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması barədə” 24 sentyabr 2023-cü il tarixli protokoldan, şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə 25 sentyabr 2023-cü il tarixli qərardan və xx.xx.2023-cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 01 (bir) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 01 (bir) gün müddət təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 22 noyabr 2023-cü il tarixli 1(067)-182/2023 saylı qərarından və Xaçmaz RPŞ-nin “Axtarışda olan şəxsin tutulması barədə” 12 fevral 2024-cü il tarixli protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş və o, 12 fevral 2024-cü il tarixdə tutularaq həbs edilmişdir. Bununla da Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 01 (bir) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-27/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-27/2024
21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver