Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-27/2025 07.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Ruxsalə Əmrah qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkən şəxs Zərərçəkmiş şəxs1, zərərçəkən şəxs Zərərçəkmiş şəxs2 və onun vəkili-nümayəndəsi Müdafiəçi4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1970-ci ildə Xaçmaz rayonunun Aleksandrovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, "xxxx" MMC-nin direktoru, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Şahid15 küçəsi, ev 69/71, mənzil 85-də qeydiyyatda olmaqla yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, 10 iyun 2023-cü il tarixdə, saat 11 radələrində Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində olmaqla həmin kənddən cənub istiqamətində 350 metr məsafədə yerləşən Zərərçəkmiş şəxs1 istifadəsində olan mübahisəli bağ sahəsinə gəlib gilas yığarkən Zərərçəkmiş şəxs1 həmin bağ sahəsindən onun gilas yığmasına mane olmasını və üstünə su sıçratmasını bəhanə edərək hadisə yerindən götürdüyü kərpiclə qəsdən Zərərçəkmiş şəxs1 sol ayağına, əliylə isə boyun və sağ qoluna vurmaqla sonuncuya sol aşıq-topuq nahiyəsinin hematoması, boyun və sağ said nahiyəsinin sıyrıqları kimi qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdə, saat 11 radələrində Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində olmaqla həmin kənddən cənub istiqamətində 350 metr məsafədə yerləşən Zərərçəkmiş şəxs1 istifadəsində olan mübahisəli bağ sahəsinə gəlib həmin bağ sahəsində fındıq yığan Zərərçəkmiş şəxs2 10 iyun 2023-cü il tarixdə Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən həmin bağ sahəsində baş vermiş yuxarıda göstərilən hadisə ilə bağlı ictmai borcunu yerinə yetirib Xaçmaz RPŞ-də ona qarşı şahid qismində ifadə verməsini bəhanə edərək Zərərçəkmiş şəxs2 köynəyindən tutub çəkməklə yerə yıxdıqdan sonra qəsdən əlləri ilə boyun, kürək, sinə nahiyələrinə, təpiklə isə sağ qoluna vurmaqla sonuncuya boyunun, sol kürək nahiyəsinin, döş qəfəsinin ön-sol tərəfinin sıyrıqları və sağ bazunun hematoması (dəri altı qan yığılma) kimi qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində (xx.xx.2025) göstərdi ki, Zərərçəkmiş şəxs1 2006-cı ildən onun qardaşı Rəşid Daşdəmirova məxsus torpaq sahəsini qanunsuz olaraq əldə edib. Bununla bağlı onlar qardaşının adından 2015-2016-cı illərdə həmin torpaq sahəsinin boşaldılması ilə bağlı məhkəməyə iddia vermişlər. Zərərçəkmiş şəxs1 həmin vaxt birinci instansiya məhkəməsində iştirak etməmiş, lakin məhkəmənin qətnaməsindən apellyasiya şikayəti vermiş və bundan sonra torpaq sahəsinin ona məxsus olması barədə çıxarış gətirərək göstərmişdir. Bundan sonra onlara məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 çıxarışı saxta yollarla düzəltdirib. Onlar çıxarışın ləğvi ilə bağlı məhkəməyə müraciət etmiş, həmin çıxarış birinci instansiya məhkəməsinin qərarı ilə ləğv edilmiş, həmin qərardan Ali Məhkəməyədək şikayət olunmuş, lakin qərar qüvvədə qalmışdır. Torpaq sahəsinin boşaldılmasına dair qərar icraya yönəldilmiş, lakin 2017-ci ildən Zərərçəkmiş şəxs1 süründürməçiliyə yol vermiş və tələbi icra etməmişdir. Onun atası ahıl yaşlıdır, sonuncu qanuni olaraq onlara məxsus bağa tək gedəndə Zərərçəkmiş şəxs1 atasına imkan vermir. O, bununla bağlı dəfələrlə DİN-də nazirin qəbulunda olmuş, atasının müdafiəsinə qalxmış, qərarın icra mərhələsi ilə məşğul olmağa başlamışdır. O, İ.Bahdırova qanuni baxımdan “bata” bilmədiyini görmüş və 2021-ci ildə daxili işlər nazirinin qəbuluna getmişdir. Zərərçəkmiş şəxs1 müdafiə edən şəxslər polis əməkdaşları olmuş, o da Xaçmaz rayonunda baş verən bu qanunsuzluq barədə bildirmişdir. O, həmin bağ sahəsinə hər getdiyində 50-60 nəfərə yaxın polis əməkdaşı artıq orada olurmuş. Daxili işlər naziri Xaçmaz RPŞ-nin sabiq rəisi H.Həsənova məsələnin icra olunması ilə bağlı göstəriş vermiş, bu isə 2022-ci ilin may ayına təsadüf edirmiş. Bunlar görmüşlər ki, o, bu məsələdən əl çəkmir, haqqını tələb edir, bununla da onlar saxta yollara əl atmağa başlamışlar. 2022-ci ilin iyun ayında o, bağ sahəsinə tək getmiş, yanında atası və bir-iki nəfər də şahid olmuşdur. Həmin vaxt bunlar ona hücum edərək qorxutmaq üçün plan qurmuşlar. Hazırkı işdə şahid olan bir neçə şəxs 2022-ci ildə bağ sahəsində ona hücum edərək onu bağ sahəsindən çıxarmışlar, həmin fəhlə işləyən qadınlardan biri barəsində CM-nin 128-ci madəsi ilə cinayət işi başlanmış və məhkum olunmuş, iki qadın isə inzibati məsuliyyətə cəlb olunmuşdur. Lakin həmin vaxt Zərərçəkmiş şəxs1 məsuliyyətdən yayına bilmiş, çıxıb Türkiyəyə getmiş, burada olan himayədarları onu gizlətmişlər, hansı ki, həmin cinayətin sifarişçisi Zərərçəkmiş şəxs1 olmuşdur. 2023-cü ildə o, atası ilə, fəhlələrlə və uşaqlarla yenidən öz bağ sahələrinə (mübahisəli bağ sahəsini nəzərdə tutaraq) gilas meyvəsi yığmağa getmişlər. O, hüquqşünasdır və mübarizəsini hüquq müstəvisində aparır, qeyri-qanuni yola əl atmamış və heç vaxt atmaz. 2023-cü ildə də meyvə mövsümü başlayan kimi bağda yenə polis əməkdaşları, PPX növbə çəkmişlər, çünki Zərərçəkmiş şəxs1 arxasında Xaçmaz rayon prokuroru dayanır, o, bunu həmişə demiş, deyir və deyəcəyəkdir, onlar Zərərçəkmiş şəxs1 himayədarlıq edirlər və onu uzaqlaşdırmaq istəyirlər. Hadisə vaxtı onun yanında ona fəhlə tapmaqda köməklik edən İmran Əliyev adlı şəxs olmuşdur. İmran Əliyevlə Zərərçəkmiş şəxs1 makler kimi işlədiyi vaxtlarda birlikdə işləmişlər, sonradan isə onların münasibətləri olmamışdır. İ.Əliyevə də ondan uzaqlaşması üçün təzyiqlər edilmiş, lakin o, İmran Əliyevin çox işlərinə köməklik etmiş, buna görə də sonuncu onun yanındadır. O, İmran Əliyev və onun gətirdiyi on iki nəfərə yaxın fəhlə də bağ sahəsində olarkən saat 11 radələrində o, anası, qızı gilas yığanda Zərərçəkmiş şəxs1 onun üzərinə gəlmiş, bu hal disk daşıyıcıya köçürülmüş videogörüntülərdə də aşkar görünür. O isə heç kimin üzərinə getməmiş, o kimisə arxadan vuran adam deyildir, vuranda üzdən vurur, arxadan vurmaq nakişilərə yaraşan hərəkətdir, onun xarakterini onu tanıyanlar bilir. Saat 11 radələrində Zərərçəkmiş şəxs1 onunla gələn fəhlələrin üzərinə gedirmiş, onu münaqişəyə cəlb edirmiş, orada şou yaradırmış. Sonra isə o, dayandığı yerdə Zərərçəkmiş şəxs1 bir vedrədə suyu gətirərək qəflətən onun üstünə atmışdır. O, səhər bağa gedəndə orada artıq dörd nəfər PPX əməkdaşı olmuş, sonradan isə onun ora gəldiyini bilib himayədarları digər polis əməkdaşlarını da – Fuad, Zaur, Asif və başqalarını – bağ sahəsinə göndərmişlər. Polis əməkdaşları ona məsələni polis şöbəsinə gedərək araşdırmağı təklif etmişlər, lakin məqsəd araşdırmaq deyilmiş, onu bağdan uzaqlaşdırmaq və Zərərçəkmiş şəxs1gilin də meyvəni rahat mənimsəməsi olmuş, həmçinin həmin vaxt əlində onun xeyrinə bağ sahəsinin boşaldılması barədə qətnamə olmuşdur, araşdırılası məsələ olmamışdır. O isə bağ sahəsindən getməmiş, buna görə də başqa bir plan qurmuşlar. Zərərçəkmiş şəxs1 onun üzərinə su atmasından sonra qızı gəlib görmüşdür ki, onun paltarları islanıb, həmin vaxt orada sahə müvəkkili Şahid9, sonuncunun köməkçisi İbrahim və PPX-nin əməkdaşları da olmuş, qızı onu görüb sahə müvəkkili Şahid9 tədbir görməməsilə bağlı iradını bildirmişdir. Rəfael də cavabında indi tədbir görəcəklərini bildirmişdir. Bundan beş dəqiqə keçməmiş, saat 11 radələrində polis əməkdaşları orada əyləşmiş İmran Əliyevin əlqolundan tutaraq polis şöbəsinə aparmaq üçün sürümüşlər. Ona bu barədə qızı bildirəndə o gəlib bu vəziyyəti görmüş və Zərərçəkmiş şəxs1 aparmaq əvəzinə niyə İmran Əliyevi apardıqlarını soruşmuşdur. Polis əməkdaşları İ.Əliyevin videoçəkiliş etməsini bəhanə edərək aranı qarışdırmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs1 da videogörüntüdə rahat, xəsarətsiz görünür. Bununla bağlı onlar şikayət etmiş, prokurorluqda araşdırma aparılmış, izahatlar alınmışdır. Ara qarışanda onun anası bununla bağlı DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, bundan sonra bağ sahəsinə əlavə polis əməkdaşları, təhqiqatçı gəlmiş və o, İmran Əliyevə qarşı polis əməkdaşları tərəfindən edilən özbaşınalıqla bağlı şikayət ərizəsi yazaraq təqdim etmişdir. X17 polis şöbəsinə apararaq boynuna polisə müqavimət, narkotik qoya bilərdilər, onlardan hər şey gözləmək olardı. Ona görə də o, İmran Əliyevi polis şöbəsinə aparmalarına imkan verməmişdir. Zərərçəkmiş şəxs1 isə kənardan baxaraq gülüb demişdir ki, “görürsən, sənə vaxtında demişdim ki, baş qoşma”. İmran Əliyevin anası, dayısı bağa gəlmişlər, ara soyumuşdur. Saat təxminən on iki-bir radələrində onlar artıq görmüşlər ki, meyvə yığmaq mümkün deyildir, həmin vaxtadək isə onunla gələn fəhlələr 10-15 yeşik gilas yığmışlar, fəhlələr həmin gilasları götürərək atasının qonşuluqda yerləşən bağ sahəsinə aparmışlar. Zərərçəkmiş şəxs1 da öz dəstəsi ilə birlikdə həmin gilasları geri qaytarması üçün gəlmiş, lakin ala bilmədiyini gördükdən sonra DİN-nin 102 xidmətinə zəng edərək guya onun sonuncunun gilaslarını oğurladığı barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs1 gilasların arxasınca gələn vaxt isə sonuncu artıq əynindəki köynəyi də dəyişmişdir. Yəni burada hər hansı döymə hadisəsi olmamış, olmuş olsaydı, polisə həmin ərəfədə zəng edib məlumat verərdi. Bundan sonra, yəni iyun ayının 12-də daxili işlər naziri İsmayıllı rayonunda olarkən o nazirin qəbuluna getmiş və nazirə polis rəisi H.Həsənova verdiyi göstərişin əksinə icra olunduğunu bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, bu məsələlərdən rəis H.Həsənovun xəbəri olmamış, bunun arxasında Xaçmaz rayon prokuroru dayanıbmış. Daxili işlər naziri köməkçisinə onun məsələsi ilə bağlı tapşırıq vermiş, iyun ayının 13-də onları Daxili İşlər Nazirliyinə çağırmışlar, nazirliyə çağıranda Xaçmaz RPŞ-nin İB-nin rəisi S.Alıbəyli ona zəng edib onun nazirlikdən çağırıldığı barədə demiş, o da məlumatının olduğunu bildirmiş, S.Alıbəyli ona tibbi rəyi göstərmiş, o, bunun nə rəy olduğunu soruşmuş, S.Alıbəyli isə Zərərçəkmiş şəxs1 xəsarət alması barədə rəy olduğunu demişdir. (Sən demə) onlar nazirin qəbulunda olduğunu bilib belə bir iş görmüşlər. İş təhqiqatda olanda onu dəvət etməmişlər, araşdırmaya çağırmamışlar, işin nə vaxt təhqiqatdan istintaqa keçməsindən onun xəbəri olmamışdır. Bağda heç bir hadisə olmamış, bu, qondarma cinayət işidir, bu yolla onu qorxutmaq istəyirlər. Onun barəsində cinayət işi açılandan sonra da, dekabr ayında Quba şəhərində daxili işlər nazirinin qəbuluna getmiş, bundan sonra barəsində açılmış cinayət işinə xitam verilmiş və bu məsələ bu cür qalmışdır. Zərərçəkmiş şəxs2lə bağlı isə onu bildirir ki, atasının bağında fındıq cərgələri vardır, həmin cərgələrdən biri gilas bağının yanına düşür, həmin ərazidə sürüşmə olmuş, Zərərçəkmiş şəxs1 həmin fındığı yığır. Həmin hissənin sürüşmə zonasına düşməsinə dair sənədlər də vardır. Onlar bağa fındıq yığmaq üçün gedəndə görmüşlər ki, İsmət, Sevinc, Ramilə, Yeganə, bir kiçik yaşlı uşaq da oradadır, fındıq yığırlar, sonradan isə Fəxrəddin də ora gəlmişdir. Onlar öz fındıq sahəsinə girən kimi İsmətgil onlara demişlər ki, bura İmranın bağıdır, bura girməsinlər, İmran onlara tapşırıb, onlar fəhlədirlər. O da cavabında bildirmişdir ki, “sən fəhləsən, get fındığını yığ. Niyə mənə müdaxilə edirsən?!”. Bundan sonra onlar plan üzrə hərəkətlərini davam etdirməyə başlamışlar, çünki görmüşlər ki, birinci epizod üzrə sübuta yetirmək mümkün deyil, buna görə də ikinci epizod yaratmalı olmuşlar. Həmin vaxt DİN-nin 102 xidmətinə kimsə zəng etmiş və bağ sahəsinə polis əməkdaşları gəlmişlər, onlardan biri Mehman adlı polis əməkdaşı olmuşdur. Polis əməkdaşları gələrək dava-dalaş barədə məlumat verildiyini və buna görə gəldiklərini demişlər, polislər özləri də xəsarət olmadığını görmüşlər. Xəsarət olsaydı, bununla bağlı raportla müraciət edərdilər. Polislər xəsarət olmadığını görüb çıxıb getmişlər. Onun sonradan Zərərçəkmiş şəxs2 şikayət ərizəsi ilə bağlı təhqiqatdan xəbəri olmamış, onu dəvət etməmişlər, izahatı alınmamışdır. Əgər hadisə baş vermişdisə, onu çağırıb izahatı alınmalı idi, bu, böyük ictimai təhlükə törətməyən, aşkar cinayətdir, bəlkə, o gəlib etiraf edəcəkdi. Yəni ittihamın saxta olması buradan başlayır. Fakta görə cinayət işi açılandan sonra, iş istintaqda olanda o, sentyabr ayında gedərək izahat verib belə bir hadisənin olmadığını bildirmiş, daha sonra təkrar ekspertiza keçirilmişdir. Xaçmaz rayon prokurorunun müavini ona daşla vuraraq xəsarət yetirdiyini demiş, lakin belə bir daşın olması aşkar edilə bilinməmişdir. Keçən ilin təxminən aprel, may ayında İB-nin rəisi S.Alıbəyli və Xaçmaz rayon prokuroru onu çağıraraq zərərçəkmişlərlə barışıq əldə olunmasını təklif etmişlər. O da onlara bildirmişdir ki, əgər onu təqsirləndirmək istəyirlərsə, təqsirləndirilən zərərçəkmişdən barışıq istəyir, zərərçəkmiş təqsirləndiriləndən yox. Onlar da ona demişlər ki, torpaq sahəsindən imtina etsin və barışıq olsun, məsələ bitsin. O isə onlara demişdir ki, onu hansı maddə ilə ittiham etsələr də, qanuni torpaqlarından, atasının torpağından imtina edən deyildir. O, on il bağ sahəsindən istifadəyə görə zərərin ödənilməsi ilə bağlı mülki iddia ilə də məhkəməyə müraciət etmiş, onlar görmüşlər ki, o, israrlıdır, buna görə də may ayının 19-da onların üzərində gilas meyvəsi olan 98 ədəd ağaclarını məhv etdirmişlər, Zərərçəkmiş şəxs1 həmin ağacları kəsmişdir. Aprel ayının beşində isə ona ittiham irəli sürülmüşdür. Həmin torpaq sahəsinin onlara məxsus olduğunu təsdiqləyən Çıxarış vardır. Onlar bütün bu illərdə haqlı torpaqlarını tələb etmişlər. İttihamda Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirən şəxs kimi göstərilmişdir. Onun valideynlərinin bağında əynini soyunub əxlaqını çöldə qoyan şəxsdən ictimai borcu yerinə yetirən şəxs olar?! (Zərərçəkmiş şəxs2 fotoşəklini nümayiş etdirərək). Heç bir hadisə baş verməmişdir. Əgər Zərərçəkmiş şəxs1 xəsarət almış olsaydı, niyə xəsarətlərinin fotosunu sübut üçün çəkməmiş, tutaq ki, həmin gün, sonuncunun dediyi kimi, şokda olubsa, onda niyə növbəti gün çəkməmiş, xəsarət var idisə təhqiqatçı niyə fotosunu çəkməmişdir?! Həmçinin ona məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, Zərərçəkmiş şəxs1la illərlə davam edən torpaq mübahisəsinin nəticəsində həmin torpaq sahəsinin onlara təhvil verilməsi barədə icra sənədi icra olunaraq torpaq onlara təhvil verilmişdir. Zərərçəkmiş şəxs1 həmin torpaq sahəsindən qanunsuz istifadə etməsi ilə bağlı onların mülki iddia tələbi on illik istifadəyə görə 350000 manat olmuş, apellyasiya məhkəməsi tərəfindən qismən, yəni 28000 manat məbləğində təmin edilmiş, Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını ləğv edərək yenidən apellyasiya məhkəməsinə qaytarmışdır. Zərərçəkmiş şəxs1 tərəfindən həmin ağaclar icraçı tərəfindən bağ sahəsi onlara təhvil verildikdən sonra kəsilmişdir. Heç bir xəsarət yetirilməmişdir, tibbi ekspert rəyini prokuror və İB-nin rəisi zəng edərək ekspert Gündüz müəllimə tapşırmışlar, o, 10 iyunda xəstəxanaya gedəndə Zərərçəkmiş şəxs1 avtomobilini xəstəxananın həyətində görmüşdür, lakin ayın 9-dan rəy alınmışdır. Zərərçəkmiş şəxs2 İmranın sağ əli, əlaltısıdır, ona görə də ona qarşı ifadə vermişdir. Zərərçəkmiş şəxs1 onun üzərinə suyu atanda o, sonuncuya “şərəfsiz” demişdir. İş üzrə şahidlər, yəni fəhlə kimi işləyən şəxslər - Vüqar, İsmət, Sevinc onun həmkəndliləridir, lakin o, həmin kənddə yaşamır. Vüqar İmranın mal daşıyanı, İsmət isə əlaltısıdır. Onun həmin şahidlərlə düşmənçiliyi, ədavəti olmamış, Sevincə isə o, qardaşının boşanma işində köməklik etmişdir. 2022-ci ildə bağ sahəsində ona qarşı törədilmiş əməllərə görə Ramilə və Yeganə inzibati məsuliyyətə, Məhbubə isə cinayət məsuliyyətinə cəlb olunmuşdurlar. Hadisə baş verən gün onlar bağ sahəsinə gələndə PPX-nin polis əməkdaşları artıq orada olmuşlar, hamı bilir ki, polis əməkdaşları pul gücünə həmin bağı müdafiə edirlər, polis əməkdaşlarının orada olmaları videogörüntülərdə də əksini tapmış, axşamüstü təxminən saat dördə kimi polis əməkdaşları həmin bağda olmuşlar. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları İmran Əliyevi səhər saat 11 tamamda sürümüşlər. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları bağ sahəsinə gilas meyvələrinin oğurlanması barədə verilmiş məlumatla bağlı gəlmişlər və yeşiklərdə dağıdılmış gilasların fotolarını çəkmişlər, polisə döyülmə barədə məlumat verilməmişdir, ona görə də polis döyülmə ilə bağlı gəlməmişdir. Təqsirləndirilən şəxs qismində ibtidai istintaq zamanı yalnız 05 aprel 2024-cü il tarixdə ifadə vermiş, lakin həmin ifadəsində hadisə (mübahisə) barədə heç nə bildirməmiş, ifadəsi yalnız ona qarşı ittihamın saxta olması barədə iddialardan ibarət olmuşdur. (cild İİİ, səh.125) Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində (xx.xx.2024 və xx.xx.2025) göstərdi ki, o, 2006-cı ildə torpaq sahəsini alaraq həmin sahədə bağ salmışdır. 11 ildən sonra, bağ tam əmələ gəlib ortaya çıxandan sonra təqsirləndirilən şəxs bağa iddialı olmağa başlamışdır. 2022-ci ildən başlayaraq təqsirləndirilən şəxs Xudat şəhərindən fəhlələr gətirərək dəfələrlə onun bağından meyvə yığmağına mane olmuşdur. Onun həmin bağında təqsirləndirilən şəxsin həmkəndliləri, qonşuluğunda yaşayan şəxslər fəhlə kimi işləyir, təqsirləndirilən isə gedərək fəhlələri Xudat şəhərindən gətirir. O, təqsirləndirilən şəxsin hərəkətləri barədə DİN-nin 102 xidmətinə, polisə dəfələrlə müraciət etmiş, polis gələrək təqsirləndirilən şəxsi və onun gətirdiyi fəhlələri bağından çıxarıb, onun meyvəsini stabil yığmasını təmin etmişlər. 10 iyun 2023-cü il tarixdə, səhər saatlarında təqsirləndirilən şəxs yenə Xudat şəhər sakinləri olan 10-12 nəfər fəhlə ilə onun bağına gəlib meyvə yığmağa başlamışlar. O, 102 xidmətinə zəng etmiş, polis gələrək onları bağdan çıxarmışdır. Lakin təqsirləndirilən şəxs onun bağının qonşuluğunda olan onların özünə məxsus bağ sahəsinə gedərək gözləmiş, polis gedəndən sonra yenidən bağ sahəsinə girmiş, o yenidən 102 xidmətinə zəng etmişdir. O, öz bağ sahəsində olan otağın yanında olmuş, təqsirləndirilən şəxsin fəhlələrlə yenidən onun bağına girərək meyvəni yığdığını görüb əsəbiləşmiş və onların üstünə getmiş, həmin vaxt təqsirləndirilən şəxs, sonuncunun atası, anası, onlarla birlikdə gəlmiş uşaqlar yerə parça sərərək oturmuşlar, bu zaman sonuncuların yanında, içərisində su olan vedrəyə onun ayağı ilişmiş və içərisindəki su Təqsirləndirilən şəxsgiılin yerə sərdikləri parçanın üzərinə tökülmüş, lakin su onların üzərinə tökülməmişdir. Bu vaxt təqsirləndirilən şəxs parçanın üzərində olan hamar, qırmızımtıl qızıl kərpic parçasını götürərək ona tərəf atmış, o, geriyə dönəndə həmin kərpic parçası onun ayağına dəymişdir. Bu səbəbdən o, aşağı əyilmiş, əyilən kimi təqsirləndirilən şəxs onun üzərinə hücum çəkərək köynəyini cırıq-cırıq etmiş, ayırmaq üçün orada olan şəxslər gəlmişlər. Təqsirləndirilən şəxs ona hücum edərək köynəyini cırmış, onun boyun nahiyəsini cırmaqlamışdır. Həmin vaxt bağda olan şəxslər onun axsamağının, əziyyət çəkməsinin şahidi olmuşlar. Bundan başqa, təqsirləndirilən şəxs həmin vaxt onun bağda yığdığı 40-50 tara gilas meyvəsini vurub dağıdaraq əzmişdir. İndi isə təqsirləndirilən şəxs bütün bunları inkar edir. Təqsirləndirilən şəxsin onun üzərinə atdığı kərpic parçası sol ayağına dəymiş, bundan başqa, boyun nahiyəsini cırmaqlamış və köynəyini dartaraq cırmış, o, mayka ilə qalmış, Fəxrəddin öz köynəyini çıxarıb ona vermişdir. Bütün bunlar olmuş hadisələrdir. Təqsirləndirilən şəxs isə bunları inkar edərək törətdiyi əməlin altından çıxmaq istəyir. Həmçinin ona məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, birinci epizod üzrə hadisə xx.xx.2023-cü il tarixdə, saat 11-12 radələrində baş vermişdir. O, həmin vaxt hadisə yerində, yəni bağ sahəsində meyvə yığımı ilə məşğul olmuş, təqsirləndirilən şəxs də 10-12 nəfər fəhlə ilə onun bağına gələrək onlara bağdan çıxmalarını, bağın ona (təqsirləndirilənə) məxsus olduğunu demişdir. Təqsirləndirilən şəxs, atası, anası özləri ilə gətirdikləri əski parçasını bağda yerə sərərək üzərində oturmuşlar, özləri ilə gətirdikləri kərpic parçasını da üzərində oturduqları əski parçasının bir küncünə, əski qalxmasın deyə qoymuşlar, təqsirləndirilən şəxs onu həmin kərpic parçası ilə vurmuş, onlar sonradan həmin kərpic parçasını axtarmışlar, lakin tapa bilməmişlər. Həmin bağında ağac qələmi olmuş, o, həmin qələmi sulamaq üçün iki vedrədə su gətirtmiş, birini boşaltmış, digər vedrədə isə su qalmışdır, o, təqsirləndirilən şəxsin onun bağına girərək tam yetişməmiş, yetişməsinə 9-10 gün qalmış gilasları da yığmasını görüb əsəbiləşmiş, buna görə onların yanına gedəndə ayağı həmin su vedrəsinə ilişmiş, vedrədəki su onların üzərində oturduqları əski parçasının üzərinə dağılmış, bununla da təqsirləndirilən şəxs coşmuş, təqsirləndirilən şəxs ilk olaraq həmin kərpic parçasını götürərək ona atmış, o, çevrilib qaçmaq istəyəndə kərpic parçası onun ayağına dəymişdir. Təqsirləndirilən şəxs ona kərpic parasını atanda onların arasındakı məsafə təxminən 4-6 metr olardı. Həmin kərpic onun ayağına dəyəndə o, ağrıdan ayağına tərəf əyilmiş, bu vaxt təqsirləndirilən şəxs onun üzərinə gələrək hücum etmiş, boyun, çiyin, qol nahiyələrinə də xasarət yetirmişdir. Təqsirləndirilən şəxsi ondan Namiq, Fəxrəddin, Mehman gələrək aralamışlar. O, ikinci epizod üzrə, yəni Zərərçəkmiş şəxs2 qarşı törədilən əməl zamanı onların yanında olmamışdır. O, hadisə baş verəndən sonra hadisə yerindən zəng edərək polisə məlumat vermişdir. Polislər hadisə yerinə gələndə saat təxminən 11-12 olardı. Polis hadisə yerinə çatanda təqsirləndirilən şəxslə birlikdə gələn şəxslərin bir qismi çıxıb getmiş, bir qismi qalmışdır. Polis hadisə yerinə çatanda təqsirləndirilən şəxs orada olmuşdur, kərpici axtarsalar da, tapa bilməmişlər. Həmin torpaq sahəsi dövlət aktında adları olan mülkiyyət sahiblərinin ona verdikləri etibarnamə əsasında ona məxsusdur. Təqsirləndirilən şəxs hadisə baş verən gün bağ sahəsinə 10-12 nəfər fəhlə ilə gəlmiş, onun isə həmin vaxt bağda 30 fəhləsi olmuşdur. Hadisə günü o, bağında səhər saat 6-nın yarısından olmuşdur. Təqsirləndirilən şəxs isə həmin gün bağa əvvəlcə səhər saat 8-in yarısı gəlmiş, sonuncunu polis gəlib saat 9-10 arası bağdan çıxarmış, onun işi qaydasına düşmüş, sonra təqsirləndirilən şəxs yenidən, saat təxminən 11-də, 12-ə işləmiş bağına gəlmiş, bu dəfə polis təxminən 12-nin yarısı hadisə yerinə gəlmişdir. onun işləmək üçün dəvət etdiyi fəhlələrdən tanıdıqları da var, tanımadıqları da, fəhlələr əsasən tanıdıqlarıdır. Təqsirləndirilən şəxs bağa gəlib özü ilə gətirdiyi fəhlələrə meyvələri yığmalarını tapşırmış, kal meyvələri yığdırmışdır. Onun ayağı vedrəyə ilişərək içindəki su təqsirləndirilən şəxsin oturduğu yerə qədər çatmış, çünki o, çox əsəbi halda yerimişdir. Əsəbi halda olmasının səbəbi o olmuşdur ki, təqsirləndirilən şəxs kal meyvələri yığdırmışdır. Onun ayağı vedrəyə bərk dəymiş, çünki əsəbi halda tez-tez gedirmiş. Su təqsirləndirilən şəxsin oturduğu əskinin üzərinə düşəndə təqsirləndirilən şəxs həmin kərpic parçasını götürüb vurmaq üçün ona atmışdır. O görəndə ki, təqsirləndirilən şəxs əlinə onu vurmaq üçün kərpic parçasını götürüb, o, qaçmaq üçün çevrilmək istəyən anda təqsirləndirilən şəxsin atdığı kərpic parçası onun sol ayağının topuq nahiyəsinə dəymişdir. Onun ayağının ağrısı təxminən 12- 13 gün davam etmiş, axsayaraq gəzmiş, həmin nahiyə gömgöy olmuşdur. Kərpic parçasını ona atarkən təqsirləndirilən şəxs ayağa qalxmışdır. Təqsirləndirilən şəxs ona kərpic parçasını atanda fəhlələr öz işlərini görürmüşlər, hərəsi bir ağacda meyvə yığırmışlar, kərpic parçasını atıb ardınca onun üzərinə hücum edəndən sonra fəhlələr səsküyü eşidib onların yanına gəlmişlər. Təqsirləndirilən şəxs hadisə zamanı onun köynəyini cırıq-cırıq edərək əynindən çıxartmışdır. Onun həmin köynəyi demək olar, üç hissəyə cırılmışdır. Köynək cırılan zaman onun əynində mayka olmuş, lakin mayka cırılmamış, maykaya heç nə olmamışdır. Onun bağda yeşiklərə yığdığı meyvələri təqsirləndirilən şəxslə qızı birlikdə dağıtmışlar. Hadisə vaxtı təqsirləndirilən şəxsin qızı da onu cırmaqlamışdır. O, təqsirləndirilən şəxsin qızı barəsində şikayət etməmiş, yalnız təqsirləndiriləndən şikayət etmişdir. O, aldığı xəsarətlə bağlı xəstəxanaya müraciət etmiş, həkim onu müayinə etmiş, ekspertizadan keçmişdir. O, xəstəxanaya ona xəsarətin yetirildiyi gün deyil, səhəri gün getmişdir. Onun xəsarət aldığı gün xəstəxanaya getməməsinin səbəbi o olmuşdur ki, xəsarət aldığı gün o, şokda olmuş, yəni nə etdiyini bilməmişdir. Onun köynəyi cırılanda ona geyinməsi üçün köynəyi Fəxrəddin vermişdir. Hadisənin baş verdiyi gün o, bağdakı iş tamamlana kimi bağda olmuşdur. O, həmin gün DİN-nin 102 xidmətinə zəng edib gilasların təqsirləndirilən şəxs tərəfindən oğurlanması barədə məlumat verəndə sonuncu tərəfindən ona artıq xəsarət yetirilmişdir. O, xırda, yəni polis şöbəsinə saat neçədə getməsi və s. bu kimi suallara dəqiq cavab verə bilmir, çünki xeyli vaxt keçdiyindən bu kimi xüsusatlar onun yadında qalmamışdır. O, hadisədən sonrakı gündə polis şöbəsində hadisə ilə bağlı ətraflı bildirmiş və o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs1 iş materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 96, mənzil 65-də yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi təsərrüfatla məşğul olaraq ailəsini dolandırır. O, Təqsirləndirilən şəxs 2006-cı ildən tanıyır. Əvvəllər o, Xaçmaz şəhərində torpaq alqı-satqısı ilə məşğul olmuşdur. Dəqiq tarixi xatırlamır, 2006-cı ilin əvvəllərində Xatirə adlı qadın onun yanına gələrək demişdir ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində onun özünə, üç övladına və əri Rəşid Daşdəmirova 2,87 ha torpaq sahəsi verilmişdir, o, həmin torpaq sahəsini satmaq istəyir. O, Xatirədən onlara məxsus torpaq sahəsinin sənədini istədikdə Xatirə torpağın mülkiyyət hüququna dair dövlət aktını ona vermiş və o, həmin dövlət aktına baxanda görmüşdür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində mərhum X1, X2, X4, X6 və X8 adına Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2,87 ha torpaq sahəsi verilmişdir. Xatirədən Gödəkli kəndi ərazisində olan torpaq sahəsini neçəyə satmaq istədiyini soruşduqda sonuncu demişdir ki, Gödəkli kəndi ərazisində yerləşən 2,87 ha torpaq sahəsini 10000 manata satır. O, Xatirəyə onlara məxsus torpaq sahəsini almaq istədiyini bildirdikdə sonuncu ona demişdir ki, əri Rəşiddən boşanır, onlara məxsus torpaq sahəsini almaq istəyirsə 10000 manat pulun 6000 manatını ona, qalan 4000 manatını isə əri Rəşidə verməlidir. O, Xatirə ilə razılaşmış və 2006-cı ildə Xaçmaz şəhərində Xatirənin özünə 6000 manat, əri Rəşidə isə 4000 manat pul vermişdir. Xatirə ilə Rəşid ondan pul aldıqdan sonra özlərinə məxsus 2,87 ha torpaq sahəsinin dövlət aktını ona vermişlər. Həmin vaxt Rəşid ona demişdir ki, bacısı Sevil məhkəmədə mülki işləri həll edə bilir, onlara məxsus torpaq sahəsinin ona satılması ilə bağlı Sevil Qusar Rayon Məhkəməsindən qətnamə alıb ona verəcəkdir. O, Rəşidə inanıb razılaşmış və iki həftəyə yaxın vaxt keçdikdən sonra Rəşid gətirib ona Qusar Rayon Məhkəməsinin qətnaməsini vermiş və o, həmin qətnaməni oxuyanda görmüşdür ki, Rəşidə və ailə üzvlərinə məxsus 2,87 ha torpaq sahəsinin 2,30 ha-nın ona satılması qətnamədə öz əksini tapmışdır. Qusar Rayon Məhkəməsinin qətnaməsini Rəşiddən alıb özündə saxlamış və Rəşiddən qalan 0,57 ha torpaq sahəsinin ona satılmasının hansı səbəbdən qətnamədə göstərilmədiyini soruşduqda Rəşid demişdir ki, fikrini dəyişmişdir, torpağın özünə aid hissəsini satmaq istəmir, ondan aldığı pulu xərcləmişdir, ondan aldığı 4000 manat pulu sonradan qaytarıb verəcəkdir. Lakin sonrakı müddətdə o, nə qədər cəhd etsə də, Rəşidə verdiyi 4000 manat pulu ondan ala bilməmiş və Rəşidin ona verdiyi həmin qətnaməni Quba rayon Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edərək 2,30 ha torpaq sahəsi ilə bağlı öz adına dövlət aktı almışdır. Həmin vaxtdan sonra o, Xatirədən aldığı Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində olmaqla cənub istiqamətində götürdükdə həmin kənddən 350 metr aralı məsafədə yerləşən 2,30 ha torpaq sahəsində bütünlüklə gilas ağacları əkmiş və sonrakı illərdə həmin torpaq sahəsində əkdiyi ağaclara özü qulluq göstərmişdir. Bir neçə il keçdikdən sonra o bilmişdir ki, Rəşidin ona satmaq istəmədiyi 0,57 ha torpaq sahəsini oğlu Camal 4000 manata Məhəd adlı şəxsə satmışdır. Bir müddət həmin 0,57 ha torpaq sahəsini Məhəd istifadə etmiş və bununla bağlı Rəşidin atası Balasoltan Xaçmaz Rayon Məhkəməsində iddia qaldırmışdır ki, 0,57 ha torpaq sahəsini Məhəddən geri alsın. Lakin Xaçmaz Rayon Məhkəməsi tərəfindən Balasoltanın iddiası təmin olunmamışdır. 2017-ci ilin sonlarında o, bilmişdir ki, Balasoltan oğlu Rəşidə aid 0,57 ha torpaq sahəsinin ondan alınıb Balasoltanın özünə qaytarılması ilə bağlı Xaçmaz Rayon Məhkəməsində iddia qaldırmış və Xaçmaz Rayon Məhkəməsinin sabiq hakimi Fizuli Mirzəquliyev onun məlumatı olmadan Balasoltanın iddiasını təmin edərək Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən və mülkiyyət hüququ ilə Rəşidə məxsus olan 0,57 ha torpaq sahəsinin onun qanunsuz sahibliyindən alınıb Rəşidə verilməsi barədə qətnamə qəbul etmişdir. O, bu barədə bildikdən sonra Xaçmaz Rayon Məhkəməsinin qətnaməsindən Sumqayıt Apellyasiya məhkəməsinə şikayət vermiş, lakin Sumqayıt Apellyasiya məhkəməsi tərəfindən onun şikayəti təmin olunmamışdır. 2018-ci ilin yay aylarında Məhədlə görüşərkən ona demişdir ki, Rəşidin oğlu Camaldan aldığı 0,57 ha torpaq sahəsini satmaq istəyir. O, Məhədlə razılaşaraq həmin 0,57 ha torpaq sahəsini Məhəddən 5000 manata almış, sonradan isə o, həmin torpaq sahəsini alması ilə bağlı sənədləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etmiş və həmin sənədlər əsasında 0,57 ha torpaq sahəsi ilə bağlı arvadı X5 adına çıxarış verilmişdir. Bir müddət keçdikdən sonra o bilmişdir ki, 0,57 ha torpaq sahəsinin onun qanunsuz sahibliyindən alınıb Rəşidə verilməsinə dair Xaçmaz Rayon Məhkməsinin qətnaməsi icra olunmasından ötrü Xaçmaz rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və Xaçmaz rayon İcra və Probasiya şöbəsinin əməkdaşları onun iştirakı olmadan Gödəkli kəndi ərazisində yerələşən ona məxsus bağ sahəsinə gələrək ölçmə işləri aparıb şimal hissədən 0,57 ha torpaq sahəsini Balasoltana təhvil vermək istəmişlər. O, bu barədə bildikdə Xaçmaz rayon İcra və Probasiya şöbəsinin əməkdaşlarının bağ sahəsinə gəlib ölçmə işləri aparmalarına öz etirazını bildirmişdir. Sonradan o bilmişdir ki, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsi tərəfindən Xaçmaz rayon İcra və Probasiya şöbəsinə təqdim olunmuş arayışda göstərilmişdir ki, tələb olunan torpaq sahəsi mülkiyyət hüququna əsasən X5 mülkiyyətində olduğundan mübahisə predmeti olan torpaq sahəsində icra işində iştirak etmələri mümkün deyildir. Bu səbəbdən də Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru həmin arayışa əsasən icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edərək Xaçmaz rayon məhkəməsinin icra vərəqəsini Xaçmaz rayon məhəkəməsinə qaytarmışdır. Həmin ərəfələrdə Balasoltan və qızı Sevil Gödəkli kəndi ərazisində yerləşən ona məxsus bağ sahəsinə gəlməmişlər və onu narahat etməmişlər. 2022-ci ilin iyun ayında o, Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində gilas yığdırarkən Sevil onun bağ sahəsinə gəlib onu və bağında meyvə yığan fəhlələri söyüb təhqir etdiyinə və Məhbubə adlı yaşlı qadını dartıb ağacdan yerə yıxdığına görə bağda işləyən qadınlar Sevili onun bağından kənara çıxararkən Sevil xəsarət almışdır və bununla bağlı Xaçmaz RPŞ-nin İB-də cinayət işi başlanıb Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Həmin cinayət işi də hal-hazırda Xaçmaz rayon məhkəməsinin icraatındadır. Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində olan meyvəni yığdırdıqdan sonra bir müddət sakitçilik olmuş, ancaq o, baxmaq üçün bağ sahəsinə gedərkən aradabir Sevillə rastlaşmışdır. Rastlaşanda Sevil gah onu söymüş, bəzən də elə olmuşdur ki, gözləmədiyi halda Sevil yaxınlaşıb üzünə tüpürmüşdür. Sevilin onu şərləyib tutdurmağa çalışdığını bildiyi üçün Sevilə fikir verməmiş və onu söyüb münaqişəyə cəlb etməyə çalışsa da, Sevildən uzaqlaşıb getmişdir. Çünki Sevil yaşadığı evdə qardaşı ilə mübahisə edərkən də demişdir ki, onu cərimə etdirmişdir, vaxtı var, gələn dəfə də onu həbs etdirəcəkdir. Ona görə də hər rastlaşdıqlarında Sevil ciddi cəhdlə çalışmışdır ki, onu münaqişəyə cəlb edib şərləsin. O isə Sevilə baş qoşmayaraq ondan uzaq durmuşdur. Hər il olduğu kimi 2023-cü ilin fevral ayından başlayaraq o, Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsinə əkilmiş meyvə ağaclarına qulluq göstərməyə başlamışdır. 2023-cü ilin fevral ayından iyun ayının əvvəllərinədək olan müddət ərzində bağ sahəsində əkilmiş meyvə ağaclarına qulluq göstərərkən Sevil və ya Sevilin valideyinləri ilə aralarında hansısa bir narazılıq olmamışdır. 08 iyun 2023-cü il tarixdən başlayaraq o, fəhlə gətirib Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində gilas yığdırmağa başlamışdır. Meyvə yığımı başlayan kimi Sevil ona məxsus bağ sahəsinə gəlmişdir ki, o da fəhlə gətirib onun bağ sahəsindən gilas yığdıracaqdır. O, Sevilə razılıq verməmiş, Sevil isə ona əhəmiyyət verməyərək fəhlə gətirib onun bağ sahəsindən gilas yığdırmağa çalışmış və hər dəfə də o, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub Sevilin qanunsuz hərəkətləri barədə məlumat vermiş, polis əməkdaşları da gəlib çətinliklə də olsa Sevili onun bağ sahəsindən çıxarmışlar. 10 iyun 2023-cü il tarixdə, təxminən saat 05 radələrində o özü Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsinə getmiş, bir neçə dəqiqə keçdikdən sonra isə meyvə yığmaq üçün Fəxrəddin, Niyaz, Mehman, Rəvan, Vüsal, Ayaz, Ramin, Murad, Ramilə, Yeganə, Məhbubə və başqa adlarını xatırlamadığı şəxslər gəlib onun bağ sahəsində meyvə yığmağa başlamışlar. Təxminən saat 07:30 radələrinədək olan müddət ərzində həmin şəxslər ona məxsus bağ sahəsindən hər tarada 8 kiloqram gilas olmaqla ümumilikdə 50 ədəd plastmas tarada «Romanovka» növündən gilas yığıb bağ ərazisinə sıra ilə düzmüşdürlər. Həmin vaxt o özü də bağda olmuşdur. 10 iyun 2023-cü il tarixdə, təxminən saat 07:30 radələrində Sevil, Sevilin adını bilmədiyi qızı, Gödəkli kəndində yaşayan İmran və tanımadığı başqa 10 nəfərə yaxın fəhlə onun bağ sahəsinə gəlmişlər ki, gilas yığsınlar. O, Sevili başa salmağa çalışmışdır ki, bağ sahəsi ona məxsusdur, bağ sahəsində olan bütün meyvə ağaclarını özü əkdirmişdir, illərlə həmin meyvə ağaclarına özü qulluq göstərmişdir, bağda əkdirdiyi bütün meyvə ağaclarına 2023-cü ildə də özü qulluq göstərərək bütün xərcləri özü çəkmiş, özbaşınalıq edib onun bağ sahəsindən meyvə yığdırmasın. Sevil isə ona qarşı söyüş ifadələri işlədərək özü ilə gətirdiyi fəhlələrə demişdir ki, onu dinləməsinlər və gedib onun bağ sahəsindən meyvə yığsınlar. Sevilin gətirdiyi fəhlələr də onu dinləməyib üç saata yaxın onun bağ sahəsində gilas yığmışlar. Təxminən saat 11 radələri olardı o, Sevilin gətirdiyi fəhlələrin yanına gedib bir daha onlara gəldikləri bağ sahəsinin ona məxsus olduğunu izah etməyə çalışarkən görmədiyindən ayağı su ilə dolu vedrəyə toxunmuş və vedrə aşdığı üçün içərisində olan su Sevilin üstünə sıçramışdır. Sevilin gətirdiyi fəhlələrin bağ sahəsindən gilas yığmalarına mane olmağa çalışdığı üçün Sevil daha da əsəbləşmiş və dağılmış suyun onun üstünə sıçramasını da bəhanə edərək özü ilə gətirdiyi palazın üstünə qoyduğu qırmızı rəngli kərpiç parçasını əlinə götürüb onun istiqamətində atmışdır. O, kərpicdən yayınmaq üçün arxaya çəkilmiş, ancaq buna baxmayaraq Sevilin atdığı kəpic parçası sol ayağına dəyib xəsarət yetirmişdir. O, sol ayağında bərk ağrı hiss edib bir qədər aşağı əyilmişdir. Həmin anda Sevil qaçaraq üstünə gəlmiş və əli ilə başına vurmuşdur. O, qaçıb uzaqlaşmaq istəyəndə Sevil qaçmasına mane olması üçün əli ilə köynəyindən tutaraq dartıb cırmışdır. Sevilin dartıb cırdığı həmin köynəyi isə 2023-cü ilin aprel ayında Bakı şəhərində olarkən mağazadan 45 manata almışdır. Sevil əynində olan köynəyi cırdıqdan sonra da sakitləşməmiş və söyüş söyərək əlləri ilə boyun nahiyəsini və sağ qolunu cırmışdır. Sevilin kərpic parçası ilə vurub xəsarət yetirdiyi sol ayağında bərk ağrı olduğu üçün o, qaçıb uzaqlaşa bilməmiş və bağ sahəsində olan Fəxrəddinlə Mehman araya keçib onu Sevilin əlindən almışlar. Sevilin yenidən onu vura biləcəyindən qorxub axsaya-axsaya bir qədər aralanmışdır. Bir neçə dəqiqə keçdikdən sonra Niyazla Ramin gəlib ona demişlər ki, Sevil onların yığdığı 25 ədəd plastmas taradakı gilasları yerə dağıdaraq taptalayıb əzmişdir. O, gəlib baxanda görmüşdür ki, hər biri 8 kiloqram çəkidə olmaqla 25 ədəd plasmast tarada olan «Romanovka» növündən olan gilas yerə dağıdılaraq əzilmişdir. O, həmin növ gilasın bir kiloqramını 4 manata satırmış. Sevililin dağıtdığı hər tarada 8 kiloqram çəkidə gilasın olduğu nəzərə alınsa, Sevil ümumilikdə 200 kiloqram çəkidə gilası yerə dağıdıb taptalayaraq əzmiş və bununla bağlı ona 800 manat maddi ziyan vurmuşdur. Həmin vaxt Sevilin gətirdiyi fəhlələr də onun bağ sahəsindən gilas yığıb özləri ilə gətirdikdəri 25 ədəd plastmas taralara yığmışdırlar. Sevil onun bağ sahəsindən yığdırdığı gilası da özü ilə aparıb getmişdir. Bundan sonra o, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub Sevilin qanunsuz hərəkətləri barədə məlumat vermiş, sonra isə Xaçmaz RPŞ-nə gəlib şikayət ərizəsi yazmışdır. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən ona məxsus bağ sahəsində Sevil onu vurub xəsarət yetirsə də, o, Sevili vurmamışdır. O, bilmişdir ki, Sevilin məqsədi onu şərləyib tutdurmaqdır. Ona görə də o, həmişə Sevildən uzaq durmağa çalışır. Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində Sevil vurub ona xəsarət yetirərkən orada Fəxrəddin, Niyaz, Mehman, Rəvan, Vüsal, Ayaz, Ramin, Murad, Ramilə, Yeganə, Məhbubə və adlarını xatırlamadığı başqa şəxslər olmuşlar. O, Sevilin üstünə su atmamışdır. Görmədiyindən ayağı su ilə dolu vedrəyə toxunmuş və vedrə aşdığı üçün içərisində olan su Sevilin üstünə sıçramışdır. Sevil onun sol ayağında xəsarəti kərpiclə, boyun və sağ qolunda olan xəsarətləri isə əli ilə yetirmişdir. Sevilin adını bilmədiyi qızı onu vurmamışdır və ona heç bir xəsarət yetirməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində (xx.xx.2025) göstərdi ki, avqust ayında, hadisə baş verən gün fındıq məhsulu yığımı vaxtı olduğundan bununla əlaqədar olaraq o, hadisənin baş verdiyi İmrana məxsus bağa arvadı Şahid5 ilə birlikdə fəhlə olaraq fındıq yığmağa getmişlər. Həmin vaxt Ramilə də fəhlə olaraq həmin bağda onlarla birlikdə İmran üçün fındıq yığmışdır. Bir az sonra isə Təqsirləndirilən şəxs öz qızı ilə birlikdə həmin bağa gəlmiş və təqsirləndirilən şəxs orada onların ünvanına nalayiq ifadələr - hansı ki, o, həmin ifadələri təkrar etməyə utanır - işlətməyə başlamışdır. Gözləmədiyi halda təqsirləndirilən şəxs ona hücum etmişdir. O, bu barədə polisə şikayət etmişdir. Həmçinin ona məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxs qızı ilə birlikdə onu yerə yıxmışlar, köynəyini cırmış, boynunu, belini cırmaqlamışdır. Təqsirləndirilən şəxs onu söyürmüş, o da cavab olaraq sonuncuya demişdir ki, “söyüşlərin sənin özünə getsin”. O, təqsirləndirilən şəxsi əvvəldən tanımış, lakin sonuncu ilə hər hansı münasibəti olmamışdır. Təqsirləndirilən şəxs bağa gələn kimi niyə onlara məxsus bağdan fındıq yığdıqlarını irad tutmuş, o isə demişdir ki, üç cərgə fındıq sahəsi İmrana məxsusdur və o, İmranın bağından fındıq yığır, bundan sonra isə təqsirləndirilən şəxs onu söyməyə başlamışdır. Onun təqsirləndirilən şəxslə barışmaq fikri yoxdur, çünki təqsirləndirilən şəxs onun videosunu çəkərək şəkillərini kənddə yapışdırıb, hər yay fəslində o, kənddə təqsirləndirilən şəxsin əlindən gəzə bilmir, harada görür onu videoya çəkir. O, İmranın bağında fəhlə kimi işlədiyi vaxtlardan təqsirləndirilən şəxslə İmranın arasında mübahisə olduğunu görüb bilmişdir. O, həmin bağ sahəsinin İmrana məxsus olduğunu bilir, hər meyvə vaxtı gedərək oradan İmran üçün meyvələri yığmışlar. Digər vaxtlarda, yəni həmin bağ sahəsində şumlanma, suvarma, gübrələmə işlərini İmran gördürmüşdür. Təqsirləndirilən şəxs bağda onu söymüş, o da sonuncuya “söyüşlərin özünə getsin” deyib çevrilərək gedəndə təqsirləndirilən arxadan ona hücum edərək köynəyindən tutub dartaraq yerə yıxmış, yerdə təpiklə onun sağ qolundan vurmuş, boynunu cırmaqlamışdır. Təqsirləndirilən şəxsi ondan ayırmaq üçün Ramilə və arvadı Sevinc kömək etmişlər. Avqust ayındakı hadisə zamanı bağda o və arvadı Sevincdən başqa Ramilə, Yeganə və sonuncuların uşaqları olmuşlar. X19 dostluq münasibəti yoxdur, o, fəhlədir, o, bağ sahibləri ilə zəhmət haqqını razılaşır, gedib işləyir, zəhmət haqqını alaraq evinə qayıdır. Hadisə zamanı təqsirləndirilən şəxsin onun köynəyindən tutaraq yerə yıxdığı vaxt onun üzüaşağı, yoxsa arxası üstə yıxıldığı yadında qalmamışdır. Avqust ayındakı hadisə günü bağda təqsirləndirilən şəxs telefonu da əlində gizli şəkildə tutaraq video çəkmiş, onları özlərindən çıxarmağa sövq etmişdir. Təqsirləndirilən şəxs onun əynindəki köynəyi dartaraq boyun hissəsini, arxa hissəsini cırmışdır. O, həmin köynəyi ibtidai istintaq orqanına təqdim etməmişdir, onun təqsirləndirilən şəxs qədər savadı, təcrübəsi yoxdur ki, köynəyi apararaq təqdim etsin. Təqsirləndirilən şəxs onu yerə yıxdıqdan sonra sinə, boyun və kürək nahiyələrini cırmaqlamış, üstəlik təpiklə də vurmuş, təqsirləndirilənin qızı isə onun ayağa qalxmasına maneçilik yaratmış, təqsirləndirilən şəxs isə onu vurmuşdur. Təqsirləndirilən şəxs onu yerə yıxanda Ramilə və Sevinc ondan bir qədər aralıda olmuşlar. Sevinclə Ramilə onu təqsirləndirilən şəxsin əlindən almışlar, onlar ayırmağa gələndə təqsirləndirilən şəxs və sonuncunun qızı kənara qaçmışlar. Həmin vaxt Yeganə ağacda meyvə yığmaqla məşğul olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında elə bir şərait, görüntü yaradır ki, özünü sanki heç nə etməmiş kimi göstərir. Təqsirləndirilən şəxs onu vuraraq kənarlaşandan sonra o, yerdən qalxmış, su içmiş və ağacın altında oturmuş, hadisə baş verən gün polisə hadisə barədə məlumat vermiş, polis gəlmiş, elə həmin vaxt da polisin avtomobili ilə polis şöbəsinə gedərək orada izahat vermişdir. DİN-nin 102 xidmətinə hadisə barədə məlumatı arvadı Sevinc vermişdir. O, təqsirləndirilən şəxsin ona yetirdiyi xəsarətlərlə bağlı həkim müayinəsindən keçmişdir. Müstəntiqlə hadisə yerinə gedərək baxış keçirilməsi yadında deyildir. Hadisə vaxtı, bağ sahəsində təqsirləndirilən şəxs ona yaxınlaşan zaman onun sifət nahiyəsini yaylıqla örtməyinin səbəbi o olmuşdur ki, təqsirləndirilən şəxs “tik tok” sosial şəbəkəsində “oynayan” adamdır, onu videoya çəkərək sosial şəbəkədə yenə yerləşdirə bilər, necə ki, artıq bir dəfə ona münasibətdə belə bir hərəkət etmişdir, ona görə də o, üzünün düşməməsi üçün örtmüşdür, o, yaylığı arvadından götürmüş və üzünü örtmüş, arvadına da demişdir ki, gedib aralıda dayansın, təqsirləndirilən şəxsin videoçəkilişlərinə üzləri düşməsin, yenə çəkib internetdə paylaşaraq onları biabır etməsin, yəni sosial şəbəkədə camaat onlara baxmasın. Polis şöbəsində ərizəni onun dedikləri əsasında polis əməkdaşı tərtib etmiş, lakin hansı polis əməkdaşı olduğunu tanımır. Təqsirləndirilən şəxslə onun arasında olan hadisənin hansı tarixdə olduğunu xatırlamır, onun savadı yoxdur, bu vaxtadək tarixi, saatı yadında saxlamamışdır. Təqsirləndirilən şəxs onu döyəndən sonra arvadı 102 xidmətinə zəng edərək məlumat vermişdir. O, tibbi ekspertizaya Zərərçəkmiş şəxs1la getməmiş, tək getmişdir. O, fəhlə adamdır, gün çıxanda işə gedib, gün batanda evə qayıdır, saata baxaraq işləmir, dünən yediyi yadında qalmır, hadisənin üzərindən uzun müddət keçmiş, o, təqsirləndirilən şəxs kimi savadlı deyildir ki, hər detalı yadında saxlasın. O, məhkəmə iclasında elan edilmiş ibtidai istintaq zamanı polis şöbəsində verdiyi ifadəsinin düzgün olduğunu təsdiq edir. Məhkəmə istintaqı zamanı elan edilmiş Zərərçəkmiş şəxs2 cinayət işinin materiallarında olan ibtidai istintaq orqanında verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Hacıəhməd-oba kəndində qeydiyyatda olsa da, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Gödəkli kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fəhləlik etməklə ailəsini dolandırır. Həmkəndlisi Təqsirləndirilən şəxs və Bakı şəhərində yaşayan Zərərçəkmiş şəxs1 tanıyır. Onun Sevil və İmranla qohumluq əlaqəsi yoxdur, onlarla arasında ədavət və ya düşmənçilik olmamışdır. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində İmranın özünə məxsus bağ sahəsi vardır və həmin bağ sahəsində gilas və fındıq ağacları əkilmişdir. Təxminən 10 il olar ki, o, mövsümi olaraq Xaçmaz rayonu, Gödəkli kəndinə gedib həmin kənd ərazisində yerləşən İmrana məxsus bağ sahəsində gilas meyvəsi yığır. X20 məxsus bağ sahəsinə gəlməmiş və o, Sevili orada görməmişdir. 2022-ci ilin yay aylarında o, meyvə yığmaq üçün İmrana məxsus bağ sahəsinə getməmiş, ancaq sonradan eşitmişdir ki, Sevil İmrana məxsus bağ sahəsinə getmişdir və həmin bağ sahəsinin bir hissəsinin özlərinə məxsus olduğunu iddia edərək bağda meyvə yığan fəhlələrlə mübahisə etmişdir. 10 iyun 2023-cü il tarixdə, təxminən saat 11 radələri olardı Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində olarkən görmüşdür ki, Sevil yerə sərdiyi palazın üstündə olan kərpic parçasını əlinə götürüb İmranın üstünə atmışdır. Sevilin atdığı kərpic parçası İmranın sol ayağına dəymiş və İmran aşağı əyilib əli ilə sol ayağını tutmuşdur. Həmin anda Sevil və qızı qaçaraq İmranın üstünə getmişlər və əlləri ilə əyilmiş vəziyyətdə dayanmış İmranın başına vurmuşlar. İmran qaçıb uzaqlaşmaq istəyəndə isə Sevil onun qaçmasına mane olmaq üçün əli ilə İmranın köynəyindən tutaraq dartıb cırmışdır. Həmin hadisə ilə bağlı o, Xaçmaz RPŞ-nə dəvət olunmuş və baş vermiş hadisəni olduğu kimi izahatında, sonradan isə ifadəsində göstərmişdir. Həmin vaxtdan sonra o, yenə də aradabir gedib İmrana məxsus bağ sahəsində işləmiş və hiss etmişdir ki, Sevil ona qarşı qərəzli münasibət göstərir. O özü isə Sevilə baş qoşmamağa çalışmışdır. 08 avqust 2023-cü il tarixdə səhər saatlarında İmran ona zəng vuraraq demişdir ki, Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində olan fındığı yığdırmaq istəyir, onlar da ona məxsus bağ sahəsinə gəlib fındıq yığsınlar. Bu səbəbdən də 08 avqust 2023-cü il tarixdə, təxminən saat 08:30 radələrində arvadı Sevinclə birlikdə evdən çıxıb Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsinə getmişlər ki, fındıq yığsınlar. İmrana məxsus bağ sahəsinə çatanda görmüşdür ki, Ramilə adlı qadın da həmin bağ sahəsində fındıq yığır. Həmin gün təxminən saat 10 radələri olardı Sevil və adını bilmədiyi qızı İmrana məxsus bağ sahəsinə gəlib fındıq yığmağa başlamışlar. Sevil və qızı İmrana məxsus bağ sahəsində fındıq yığarkən ona söz ataraq çalışmışlar ki, onu münaqişəyə cəlb etsinlər. O özü isə çalışmışdır ki, Sevilə baş qoşmasın. Həmin vaxt İmran özü bağ sahəsinə gəlməmişdir. Təxminən saat 11 radələrində İmrana məxsus bağ sahəsində fındıq yığarkən Sevil ona qarşı söyüş ifadələri işlətmiş, o da Sevilə “söydüyün söyüşlər özünə getsin” demiş və arxasını çevirib getmək istəyəndə Sevil arxadan gəlib köynəyindən tutaraq çəkib onu yerə yıxmışdır. Sevil dartarkən əynində olan köynək cırılmışdır. O, yerə yıxıldıqdan sonra da Sevil ondan əl çəkməmiş və üstünə gəlib əlləri ilə boyun, kürək və sinə nahiyələrini cırmaqlamışdır. Həmin vaxt Sevilin adını bilmədiyi qızı da üstünə gəlib anası Sevilə köməklik göstərərək onun ayağa durmasına mane olmağa çalışmışdır. O, ayağa durmaq istəyəndə Sevil təpiklə sağ qoluna vurmuş və o, qolunda bərk ağrı hiss edib qışqırmışdır. Onun qışqırıq səsinə arvadı Sevinclə Ramilə gəlib onu Sevilin əlindən almışlar. Bundan sonra o, Xaçmaz RPŞ-nə gəlib Sevil tərəfindən döyülməsi ilə bağlı şikayət ərizəsi yazmışdır. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində baş vermiş mübahisə zamanı o, Sevili vurmamışdır. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində Sevilin onu döyüb xəsarət yetirməsini arvadı Sevinclə bağ sahəsində fındıq yığan Ramilə adlı qadın görmüşlər. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində (xx.xx.2025) göstərdi ki, Zərərçəkmiş şəxs1la bağlı hadisə bağ sahəsində, saat təxminən 9 – 10 radələrində baş vermişdir. Onlar Xaçmaz rayonunun Gödəkli kəndində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus bağ sahəsində meyvə yığarkən təqsirləndirilən şəxs onların işləmələrinə müdaxilə etmişdir. Hadisə hazırda tam yadında qalmamışdır. O, Zərərçəkmiş şəxs1 həmin bağda fəhlə kimi işləməyi ilə əlaqədar 2-3 il olar ki, tanıyır. Hadisə günü Zərərçəkmiş şəxs1 üçün gilas meyvəsi yığarkən səhər saat 9-10 radələrində təqsirləndirilən şəxs də həmin bağ sahəsinə gələrək həmin bağdan gilas yığmalı olduğunu bildirmiş və bu səbəbdən mübahisə yaranmışdır. Əvvəlcə sözlü mübahisə baş vermiş, daha sonra isə Zərərçəkmiş şəxs1 içində su olan vedrəyə təpiklə vuranda içərisindəki su təqsirləndirilən şəxsin üzərinə sıçramış və bu zaman Təqsirləndirilən şəxsgil Zərərçəkmiş şəxs1 üzərinə qaçmışlar, İmran qaçanda ayağı büdrəyərək yıxılmış və Təqsirləndirilən şəxsgil Zərərçəkmiş şəxs1 köynəyindən tutaraq dartıb cırmışlar, bundan sonra onlar onları arlamışlar. İmranın köynəyi cırıldığından o, gedərək başqa bir köynək gətirib İmrana vermişdir. Həmçinin ona məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, hadisə vaxtı Zərərçəkmiş şəxs1 ayağından xəsarət almışdır. Təqsirləndirilən şəxs yerdən kərpic parçasını götürərək İmranı vurmuşdur. O, İmranın ayağından xəsarət almasını sonuncunun axsamağından bilmiş, bundan başqa, qolunda da cırmaq izi olmuşdur. Hadisə yerində insanların sayı çox olmuşdur. Polisin müdaxiləsi nəticəsində onlar bağdakı işlərini davam etdirə bilmişlər. O, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 qızıl kərpic parçası ilə vurduğunu görmüşdür. Onlar bağda meyvə yığdıqları zaman təqsirləndirilən şəxs də öz adamları ilə meyvə yığmağa bağa gəlmiş, buna görə İmranla təqsirləndirilənin arasında mübahisə yaranmış, İmran da əsəbiləşərək içərisində su olan vedrəyə təpiklə vurmuş və içərisindəki su təqsirləndirilən şəxsin üzərinə sıçramış, buna görə də təqsirləndirilən şəxs daşı götürərək İmranın ayağına vurmuş, bundan sonra İmran yıxılmış, bu vaxt təqsirləndirilən şəxs İmranın üzərinə hücum etmiş və köynəyindən tutaraq dartıb cırmış, onlar isə ayırmışlar. Onlar hadisə günü səhər saatlarında bağa gedəndə həmin vaxt orada polis əməkdaşları olmamış, sonradan gəlmişlər. Təqsirləndirilən şəxs fəhlələri ilə birlikdə bağa gələndə saat təxminən 10-a qalmış olardı. Həmin gün bağda təqsirləndirilən şəxs gilas meyvələrinin olduğu taraları yerə dağıdaraq əzmişdir. Təqsirləndirilənin meyvələri yerə dağıtması Zərərçəkmiş şəxs1 xəsarət yetirəndən sonra olub. Təqsirləndirilən şəxs İmranı vurandan sonra acığa gedərək taralardakı meyvələri dağıdaraq əzmiş, İmrana xeyli ziyan vurmuşdur, onlar orada üç-beş manat pul qazanmaq üçün gedirlər, təqsirləndirilən şəxs isə hər gün gəlib bu cür problemlər yaratmışdır. Polis əməkdaşları bağ sahəsinə təqsirləndirilən şəxs tərəfindən işləmələrinə edilən müdaxiləyə görə gəlmişlər. Polis əməkdaşları hadisə günü onları polis şöbəsinə aparmışlar və izahatlarını almışlar, polis şöbəsinə polisin avtomobili ilə getmişlər. O, həmin polis əməkdaşlarının adlarını xatırlamır. Təqsirləndirilən şəxs İmranın ayağına daşla vurduqdan sonra ayağı əzilmiş, həmin gün İmran axsayaraq gəzmişdir. O, həmin vaxt kiminsə videoçəkiliş etdiyini xatırlamır. Polis şöbəsinə gedib izahat verəndən sonra o, bağa qayıdıb işini davam etmişdir. Hadisə baş verən gün İmranın bütün vaxtı bağda olub-olmamasını xatırlamır. Polis əməkdaşlarının hadisə yerinə gələrək baxış keçirib-keçirmədiyi, foto-videoçəkiliş edib-etmədiklərini bilmir. Sahil və Turan adlı polis əməkdaşlarını tanımır, üzdən, bəlkə də, tanıyar, lakin adla tanımır. Onun bağda İmran üçün gördüyü işlər nərdivanları təşkil etmək, taraları daşımaqdan ibarət olmuşdur. Onlar meyvə yığımı ilə məşğul olan vaxt səs-küyü eşidib həmin yerə gəlmişlər və mübahisə olduğunu gormüşlər. O, həmin səs-küyü eşidən vaxt bağda mübahisənin baş verdiyi yerin yaxınlığında olmuşdur. Təqsirləndirilən şəxs həm fəhlələrin, həm də Zərərçəkmiş şəxs1 işləmələrinə müdaxilələr etmişdir. O, gilas meyvələrini taralardan təqsirləndirilən şəxsin dağıdaraq əzdiyini görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs1 da bağda olmuş, lakin gilasların dağıdıldığı yerdən nisbətən aralıda olmuşdur. Köynəyi cırılandan sonra İmrana yeni köynəyi o vermişdir. O, bağda işləməyi ilə əlaqədar əynini dəyişib köhnə paltar geyinmiş, əynindən çıxardığı köynək isə bağdakı otaqda olmuşdur. İmrana verdiyii köynək həmin, yəni onun öz köynəyi olmuşdur. Hadisə gününün növbəti günləri də o, həmin bağa gedərək işləmişdir. Növbəti günlərdə Zərərçəkmiş şəxs1 da bağına nəzarət etmək üçün bağa gəlib getmiş, növbəti günlərdə də bağa gələrkən axsamışdır. Hadisə necə olubsa o, bu barədə ibtidai istintaq zamanı ifadəsində göstərmiş və məhkəmə iclasında elan edilmiş ifadəsini təsdiq edir. İfadəsi elan edildikdən sonra ona (müdafiə tərəfindən) verilmiş suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxsin bağ sahəsinə gələrək müdaxilə etməsi ilə əlaqədar 102 xidmətinə dəfələrlə zənglər edilmiş, dəfələrlə polis əməkdaşları gəlmiş, hadisədən də xeyli vaxt keçdiyindən dəqiq deyə bilmir ki, Sahil və Turan adlı polis əməkdaşları təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 vurmasından sonra, ya bundan əvvəl gəlmişlər. Hazırda məhkəmə iclasında verdiyi ifadədəki xüsusatlarla polis şöbəsində verdiyi ifadəsindəki xüsusatlar arasında olan uyğunsuzluqla bağlı bildirir ki, məhkəmə iclasında bildirdiyi həmin uyğun olmayan xüsusatlar, iki ilə yaxın müddət keçdiyindən və yadında dəqiq qalmadığından düzgün olmaya bilər, ona görə də polis şöbəsində verdiyi, yəni elan edilmiş ifadəsinin düzgün olduğunu təsdiq edir. Məhkəmə istintaqı zamanı elan edilmiş Şahid1 cinayət işinin materiallarında olan ibtidai istintaq orqanında verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi təsərrüfatla məşğul olaraq ailəsini dolandırır. O, Bakı şəhərində yaşayan Zərərçəkmiş şəxs1 təxminən 16 il olar ki, Təqsirləndirilən şəxs isə 2022-ci ilin iyun ayından tanıyır. Onun İmranla heç bir qohumluq əlaqəsi yoxdur. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində İmranın özünə məxsus bağ sahəsi vardır və həmin bağ sahəsində bütünlüklə gilas ağacları əkilmişdir. Hər il gilas yığılarkən o, İmrana məxsus bağ sahəsinə gedib meyvə yığılmasında köməklik göstərmişdir. X20 məxsus bağ sahəsinə gəlməmiş və o, Sevili görməmişdir. 2022-ci ilin iyun ayının əvvəllərində Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində meyvə yığarkən Sevil bağa gəlib meyvə yığan Məhbubə adlı qadını çəkərək ağacdan yerə yıxaraq döymüş, bağda meyvə yığan digər qadınları və bağın sahibi İmranı isə söyərək təhqir etmişdir. Bu səbəbdən də İmrana məxsus bağda meyvə yığan qadınlar Sevili bağın ərazisindən çıxarıb qapını bağlamışdırlar. Həmin münaqişə ilə bağlı da Xaçmaz RPŞ-in İB-də cinayət işi başlanıb istintaq aparılmışdır. 2022-ci ildə meyvə yığımı başa çatdıqdan sonra o, Gödəkli kəndinə getməmiş və sonrakı aylarda Sevili görməmişdir. 2023-cü ilin iyun ayının əvvəllərində İmranla görüşərkən ona demişdir ki, 08 iyun 2023-cü il tarixdə Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində olan gilas meyvəsini yığdıracaqdır, o da bağ sahəsinə gəlib fəhlələrin gilas yığmasına köməklik göstərsin. O, İmranla razılaşmış və 08 iyun 2023-cü il tarixdə, səhər saat 09 radələrində Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsinə getmişdir. O, İmrana məxsus bağ sahəsinə çatanda görmüşdür ki, artıq fəhlələr gilas yığırlar. O da bağın ərazisində gəzib pilləkənləri və plastmas taraları gilas ağaclarının yaxınlığına aparmaqla meyvə yığan qadınlara köməklik göstərmişdir. İmrana məxsus bağ sahəsinə gəldiyi vaxtdan bir saata yaxın vaxt keçmişdir ki, Sevil, atası, anası, qızı İmrana məxsus bağ sahəsinə gəlib demişlər ki, onlar da İmrana məxsus bağ sahəsindən meyvə yığacaqlar. İmran bağ sahəsinin özünə məxsus olduğunu bildirərək onların myevə yığmalarına icazə verməmişdir. Sevil və onunla gəlmiş ailə üzvləri isə İmranı dinləməyərək bağın ərazisində gəzib ağaclardan yığdıqları gilası yerə tökərək əzib məhv etmişlər. Açıqca hiss olunmuşdur ki, Sevilgil İmranı münaqişəyə cəlb etmək üçün bu hərəkətləri düşünülmüş formada edirlər. Sevil söyüş söyərək çalışmışdır ki, İmranı münaqişəyə cəlb etsin, İmran isə Sevilə yaxınlaşmayıb kənarda dayanmışdır. İmranın şikayəti əsasında həmin gün bağ sahəsinə polis əməkdaşları gəlmişlər və Sevilgili sakitləşdirib İmrana məxsus bağ sahəsindən çıxarmışlar. Buna baxmayaraq sonrakı günlərdə də Sevil İmrana məxsus bağ sahəsinə gəlib heç bir səbəb olmadan İmranı söymüş və ağaclardan gilası yığıb su arxının içərisinə tökmüşdür. Hər dəfə də İmran Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub Sevilin qanunsuz hərəkətləri barədə məlumat vermiş, polis əməkdaşları da gəlib Sevili İmrana məxsus bağ sahəsindən uzaqlaşdırmışlar. Həmişə olduğu kimi 10 iyun 2023-cü il tarixdə, təxminən saat 09 radələrində Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsinə gələndə görmüşdür ki, Sevil, atası, anası, qızı və Sevilin gətirdiyi tanımadığı fəhlələr İmrana məxsus bağ sahəsində olan ağaclardan gilası yığıb özləri ilə gətirdikləri plastmas taralara doldururlar. Həmin vaxt İmran da Sevilin gətirdiyi fəhlələrlə danışaraq onları başa salmağa çalışmışdır ki, gilas yığdıqları bağ sahəsi onun özünə məxsusdur, Sevil onları aldadıb gətirmişdir. Sevilin gətirdiyi fəhlələr isə İmrana demişlər ki, onların bir günahı yoxdur, onları Sevil gətirmişdir, ona görə də onlar Sevilin tapşırığı ilə bağdan gilas yığırlar. İmran nə qədər cəhd etsə də, Sevilin və sonuncunun gətirdiyi fəhlələrin meyvə yığmalarına mane ola bilməmiş və məcbur olub yenidən Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub Sevilin qanunsuz hərəkətləri barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra İmrana məxsus bağ sahəsinə Xaçmaz RPŞ-nin Sahil və Turan adlı polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları da Sevilə və onun gətirdiyi fəhlələrə demişlər ki, gilas yığdıqları bağ sahəsi İmrana məxsusdur, onlar qanunsuz olaraq İmrana məxsus bağ sahəsinə daxil olub gilas yığırlar. Sevil və onun gətirdiyi fəhlələr isə heç kimi dinləməyərək ağaclardan gilas yığıb plastmas taralara doldurmuşlar. Sevillə aparılan söhbətlərin heç bir nəticəsi olmadığını görən İmran söhbət etmək məqsədilə Sevilin yaxınlığında dayanmış oğlana yaxınlaşarkən təsadüfən ayağı su ilə dolu vedrəyə dəymiş və vedrədə olan su yerə dağılarkən Sevilin də üstünə sıçramışdır. Sevil suyun üstünə sıçramasını bəhanə etmiş və özü ilə gətirdiyi palazın üstünə qoyduğu qırmızı rəngli kərpic parçasını əlinə götürüb var gücü ilə İmranın üstünə atmışdır. İmran Sevilin atdığı kərpicdən yayınmaq üçün arxaya çəkilsə də, nəticəsi olmamış və Sevilin atdığı kəpic parçası İmranın sol ayağına dəymişdir. İmran «oy ayağım» deyərək aşağı əyilib əli ilə sol ayağını tutmuşdur. Həmin anda Sevil qaçaraq İmranın üstünə getmiş və əvvəlcə əli ilə İmranın başına vurmuşdur. İmran qaçıb uzaqlaşmaq istəyəndə isə Sevil onun qaçmasına mane olmaq üçün əli ilə İmranın köynəyindən tutaraq dartıb cırmışdır. Sevil İmranın əynində olan köynəyi cırdıqdan sonra da sakitləşməmiş və söyüş söyərək əlləri ilə İmranın boyun nahiyəsini və sağ qolunu cırmışdır. İmran isə Sevilə qarşı heç bir hərəkət etməmiş və çalışmışdır ki, Sevilin əlindən çıxıb uzaqlaşsın. Sevil isə bir əli ilə İmranın köynəyindən tutub saxlamış, digər əli ilə isə İmranın başına və sifətinə vurmuşdur. Sevilin İmrandan əl çəkmək istəmədiyini görmüşlər və həmin vaxt bağda olan Mehmanla birlikdə yaxınlaşıb araya keçərək İmranı Sevilin əlindən almışlar. İmran axsaya-axsaya Sevildən uzaqlaşıb getmiş və ayağı ağrıdığı üçün bir qədər aralıda olan meyvə ağaclardan birinin altında yerə oturmuşdur. Sevil bununla da sakitləşməmiş və İmranın gətirdiyi fəhlələrin yığdığı 25 ədəd plastmas taralardakı gilasları yerə dağıdaraq taptalayıb əzmiş, sonra isə özünün gətirdiyi fəhlələrin yığdığı 25 ədəd plastmas taralardakı gilası fəhlələrinin köməkliyi ilə aparıb getmişdir. Bundan sonra İmran şikayət etmək üçün Xaçmaz RPŞ-nə gəlmiş, o özü isə İmranın bağ sahəsindən çıxıb yaşadığı evə getmişdir. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində baş vermiş mübahisə zamanı İmran Sevili vurmamışdır. İmran bilmişdir ki, Sevil çalışır ki, onu münaqişəyə cəlb edib tutdursun. Ona görə də həmişə olduğu kimi 10 iyun 2023-cü il tarixdə də İmran Sevildən uzaq durmuşdur. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində Sevil İmranı döyüb xəsarət yetirərkən orada Niyaz, Mehman, Rəvan, Vüsal, Ayaz, Ramin, Murad, Ramilə, Yeganə, Məhbubə, Sahil, Turan və adlarını xatırlamadığı başqa şəxslər olmuşlar. 10 iyun 2023-cü il tarixdə Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində baş vermiş həmin hadisə zamanı o, polis əməkdaşlarının, Sevilin və ya onun adını bilmədiyi qızının əlindən mobil telefon almalarını görməmişdir. Təhqiqat araşdırması zamanı verdiyi izahatında İmranın vedrədəki suyu Təqsirləndirilən şəxs üstünə atması ilə bağlı göstərilənlər düz deyildir. İmran vedrədə olan suyu Sevilin üstünə atmamışdır. İmran söhbət etmək məqsədilə Sevilin yaxınlığında dayanmış oğlana yaxınlaşarkən təsadüfən ayağı su ilə dolu vedrəyə dəymiş və vedrədə olan su yerə dağılarkən Sevilin də üstünə sıçramışdır. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində (xx.xx.2025) göstərdi ki, gilas meyvəsinin yığımı vaxtı onlar fəhlə olaraq hadisənin baş verdiyi gün həmin bağa gilas yığmağa getmişlər. Sonra isə görmüşlər ki, Sevil xanımgil də bağa gəlmişlər, yerə xalça sərərək oturmuşlar ki “bağ bizimdir”, onlar xalçanın üzərində də kərpic paraları qoymuşdurlar. Təqsirləndirilən şəxsgilin oturduğu həmin yerdə də içərisində su olan vedrə olmuşdur, Zərərçəkmiş şəxs1 ayağı həmin vedrəyə ilişib içindəki su təqsirləndirilən şəxsin üzərinə sıçrayan kimi sonuncu da kərpic parçasını götürüb Zərərçəkmiş şəxs1 ataraq ayağından vurmuşdur. Bundan başqa, orada fəhlələr gilas yığmışdırlar, təqsirləndirilən şəxs həmin gilasları da vuraraq dağıtmışdır. Bir sözlə, təqsirləndirilən şəxs onların işləmələrinə mane olmuşdur. Həmçinin ona məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, o, hər il həmin bağda Zərərçəkmiş şəxs1 üçün gilas yığmışdır. Zərərçəkmiş şəxs1 aid epizod üzrə hadisə iyun ayında, səhər saatlarında baş vermiş, saatı dəqiq yadında deyil, təxminən saat 10 – 11 arası olardı. Təqsirləndirilən şəxs özü tək onlara gilas yığmağa mane olmuşdur. Zərərçəkmiş şəxs1 ayağı vedrəyə dəyib aşanda içindəki su təqsirləndirilən şəxsin üzərinə sıçramış və sonuncu özündən çıxaraq oturduqları xalçanın üzərində kənar hissəyə qoyduğu kərpic parçasını götürüb Zərərçəkmiş şəxs1 tərəf atmışdır. Zərərçəkmiş şəxs1 ayağına həmin kərpic parçası dəyəndə ayağı büdrəyib yıxılmış, yıxılan kimi də Sevil xanımgil Zərərçəkmiş şəxs1 üzərinə hücum etmişlər, köynəyini dartaraq cırmışlar, sonra Şahid1 öz köynəyini geyinməsi üçün Zərərçəkmiş şəxs1 vermişdir. O, hadisədən sonra həmin bağdakı işini davam etdirmişdir. Onlar gilas yığmaq üçün bağa gələndə Təqsirləndirilən şəxsgil artıq orada olmuşlar, meyvəni yığmaqla məşğul olmuşlar. Təqsirləndirilən şəxs bağa gələndə Zərərçəkmiş şəxs1 bağda olmamış, işi ilə bağlı harasa gedib-gəlmişdir. Zərərçəkmiş şəxs1 bağa təqsirləndirilən şəxs gələndən sonra gəlmişdir. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsin əlindən özü çıxmışdır. Zərərçəkmiş şəxs1 ayağının ilişərək təqsirləndirilən şəxsin üstünə suyun sıçradığı, təqsirləndirilənin yanında olan vedrədəki suyu təqsirləndirilən şəxs gətirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ayağına daşla vurduqda sonuncu yerə yıxıldıqdan sonra köynəyini dartıb cırdığı zaman təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurmamışdır, əlindən çıxıb getmişdir. Həmin gün bağ sahəsinə saat neçədə gəldiyi yadında deyildir. Bağ sahəsində o, Yeganə, Sevinc və digər fəhlələr olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 təhrik edirdi ki, ona nəsə etsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ayağına daşla vurduqdan sonra sonuncu yıxılmış, bundan da istifadə edib üstünə hücum etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 daşla vuranda o, hadisə yerinin yaxınlığında olmuş, necə baş verdiyini görmüşdür. O, təqsirləndirilən şəxsin oturduğu yerin yaxınlığındakı cərgədən meyvə yığırmış və onları görmüşdür. Zərərçəkmiş şəxs1 yerə yıxılandan sonra təqsirləndirilən şəxs və ardınca da qızı Zərərçəkmiş şəxs1 üzərinə hücum etmiş, əynindəki köynəyini dartıb cırmışlar, Fəxrəddin öz köynəyini Zərərçəkmiş şəxs1 vermişdir. Təqsirləndirilən şəxsgil oturduqları palazın üzərinə kərpic parçaları qoymuşlar, lakin o, həmin parçaların sayını bilmir, həmin qızıl kərpic parçalarını oturduqları palazın üzərinə olmaqla kənarlarına qoymuşlar ki, palazı külək qaldırmasın. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 daşla vurandan sonra sonuncu axsayaraq gəzmişdir. Zərərçəkmiş şəxs1 vurduqdan sonra sonuncu heç yerə getməmiş, təqsirləndirilən şəxsdən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs İmranın köynəyini cırandan sonra sonuncunun mayka ilə, yaxud maykasız qalmasını bilmir. O, təqsirləndirilən şəxsin taralardakı gilasları təpiklə vuraraq dağıtmasını görmüşdür, fəhlələrin arasında xəstə bir qadın da olmuşdur, həmin qadın müalicəsi üçün pul qazanmağa gəlmiş, təqsirləndirilən həmin fəhlə qadının da yığdığı gilasları dağıtmışdır. Təqsirləndirilən şəxs tərəfindən gilasların bir qismi də götürülüb aparılaraq sonuncunun atasının bağ sahəsinə yığılmışdır, atasının bağ sahəsi Zərərçəkmiş şəxs1 bağ sahəsinə bitişik olduğundan bu halı görmək mümkün olmuşdur. Zərərçəkmiş şəxs1 xəsarət alandan sonra axşamüstü saatlarına kimi bağda olmuşdur. Hadisə günü onlar bağ sahəsindən iş saatı qurtarandan sonra getmişlər. Gilas yığmaq üçün hadisə günü bağa hansı saatda gəldiklərini və hadisənin hansı saatda baş verdiyini dəqiqliklə xatırlaya bilmir, lakin saat təxminən 8 radələrində bağa gəlmişlər, hadisə isə saat təxminən 10-11 arası baş verərdi. O, hadisə baş verən vaxt Fəxrəddinin hansı tərəfdə olduğunu bilmir, buna fikir verməmişdir. Təqsirləndirilən şəxs arxadan əli ilə Zərərçəkmiş şəxs1 köynəyindən yapışaraq dartıb cırmışdır. Təqsirləndirilən şəxsin gilas meyvələrini əzərək zay etməsi onun Zərərçəkmiş şəxs1 vurmasından əvvəl də olub, sonra da olub. Təqsirləndirilən şəxsin gilas meyvələrini əzməsi barədə hadisə vaxtı şikayət edilmiş, polis əməkdaşları gəlmişlər. O, gəlmiş polis əməkdaşlarını tanımır. Polislər gəldikdən sonra nə etdiklərini bilmir, o, polislərin yanına getməmişdir, o öz işi ilə məşğul olmuşdur. Polislər gəldikdən sonra sonuncuların bağ sahəsində nə qədər qaldıqlarını bilmir, onlar meyvələri yığdıqları yerdə dayanaraq qalmışlar, polislər isə bağın müxtəlif hissələrinə gedibgəlmişlər. Polislər meyvələrin təqsirləndirilən şəxs tərəfindən əzilməsilə bağlı şikayətə görə gələn vaxt Zərərçəkmiş şəxs1 ayağı artıq zədələnmişdir. Zərərçəkmiş şəxs2lə bağlı epizodda da o, hadisənin şahidi olmuşdur. Həmin vaxt da təqsirləndirilən şəxs bağa gələrək mübahisə yaratmış, Zərərçəkmiş şəxs1 qarşı etdiklərini Zərərçəkmiş şəxs2 qarşı da törətmişdir. Zərərçəkmiş şəxs2lə bağlı hadisə vaxtı o da həmin bağda olmuş, lakin hadisənin necə baş verdiyini təfərrüatı ilə bilmir, aralıdan görmüş, yaxınlaşmamışdır, həmin hadisəni digər şahid Yeganə yaxından görüb bilir. O, ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edir, indi ola bilsin, nələrsə yadından çıxmış, lakin polis şöbəsində ifadəsində düzgün olaraq hər şeyi göstərmiş və həmin ifadəsini təsdiq edir. İfadəsi elan olunduqdan sonra verilmiş suala cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxsi Zərərçəkmiş şəxs1 aralayan olmamış, sonuncu özü təqsirləndirilən şəxsin əlindən çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı elan edilmiş Şahid6 cinayət işinin materiallarında olan ibtidai istintaq orqanında verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Niyazoba kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Evdar qadındır. O, Bakı şəhərində yaşayan Zərərçəkmiş şəxs1 11 il olar ki, tanıyır. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində İmranın özünə məxsus bağ sahəsi var və həmin bağ sahəsində bütünlüklə gilas ağacları əkilmişdir. Təxminən 11 il olar ki, o, mövsümi olaraq Xaçmaz rayonu, Gödəkli kəndinə gedib həmin kənd ərazisində yerləşən İmrana məxsus bağ sahəsində gilas meyvəsi yığır. X20 məxsus bağ sahəsinə gəlməmiş və o, Sevili görməmişdir. O, Sevili 2022-ci ilin iyun ayından tanıyır. 2022-ci ilin iyun ayının əvvəllərində Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində meyvə yığarkən Sevil bağa gəlib meyvə yığan Məhbubə adlı qadını çəkərək ağacdan yerə yıxaraq döymüşdür, onları və bağın sahibi İmranı isə söyərək təhqir etmişdir. 2022-ci ildə meyvə yığımı başa çatdıqdan sonra o, Gödəkli kəndinə getməmiş və sonrakı aylarda Sevili görməmişdir. 2023-cü ilin iyun ayının əvvəllərində İmran ona zəng vurub demişdir ki, 08 iyun 2023-cü il tarixdə Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində olan gilas meyvəsini yığdıracaqdır, o da ona məxsus bağ sahəsinə gəlib meyvə yığsın. O, İmranla razılaşmış və 08 iyun 2023-cü il tarixdə, saat 06 radələrində onun əri Oktay, həmkəndlisi Yeganə birlikdə Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsinə getmişlər. İmrana məxsus bağ sahəsinə çatanda görmüşdür ki, artıq bəzi fəhlələr gəlib gilas yığırlar. Onlardan sonra da İmrana məxsus bağ sahəsinə başqa fəhlələr gəlmişlər və onlar meyvə yığmağa başlamışlar. İmrana məxsus bağ sahəsinə gəldikləri vaxtdan təxminən 2-3 saata yaxın vaxt keçdikdən sonra Sevil, atası, anası və qızı birlikdə İmrana məxsus bağ sahəsinə gəlib demişlər ki, onlar da İmrana məxsus bağ sahəsindən meyvə yığacaqlar. İmran bağ sahəsinin özünə məxsus olduğunu bildirərək Sevilgilin meyvə yığmalarına icazə verməmişdir. Sevil və onunla gəlmiş ailə üzvləri isə İmranı dinləməyərək bağın ərazisində gəzib ağaclardan yığdıqları gilası yerə tökərək əzib məhv edirdilər. O, açıqca hiss etmişdir ki, Sevil İmranı münaqişəyə cəlb etmək üçün bu hərəkətləri düşünülmüş formada edir. Sevil söyüş söyərək çalışırdı ki, İmranı münaqişəyə cəlb etsin, İmran isə Sevilə yaxınlaşmayıb kənarda dayanmışdır. İmranın şikayəti əsasında həmin gün bağ sahəsinə polis əməkdaşları gəlmişlər və Sevilgili sakitləşdirib İmrana məxsus bağ sahəsindən çıxarmışlar. Buna baxmayaraq sonrakı günlərdə də Sevil İmrana məxsus bağ sahəsinə gəlib heç bir səbəb olmadan İmranı söymüş və ağaclardan gilası yığıb arxın içərisinə tökmüşdür. Hər dəfə də İmran Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub Sevilin qanunsuz hərəkətləri barədə məlumat vermiş, polis əməkdaşları da gəlib Sevili İmrana məxsus bağ sahəsindən uzaqlaşdırmışlar, həmişə olduğu kimi, 10 iyun 2023-cü il tarixdə, təxminən saat 07 radələrində o, Ramilə və Yeganə Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsinə gedib meyvə yığmağa başlamışlar. Həmin gün təxminən saat 07:30 radələrində Sevil, Sevilin adını bilmədiyi qızı, Sevilin adını bilmədiyi bacısı qızı və tanımadığı başqa 10 nəfərə yaxın fəhlə İmrana məxsus bağ sahəsinə gəlmişlər ki, gilas yığsınlar. İmran Sevili və onunla gəlmiş fəhlələri başa salmağa çalışmışdır ki, bağ sahəsi ona məxsusdur, bağ sahəsində olan bütün meyvə ağaclarını özü əkdirmişdir, illərlə həmin meyvə ağaclarına özü qulluq göstərmişdir, bağda əkdirdiyi bütün meyvə ağaclarına 2023-cü ildə də özü qulluq göstərərək bütün xərcləri özü çəkmişdir, onlar özbaşınalıq edib onun bağ sahəsindən meyvə yığmasınlar. Sevil isə İmrana qarşı söyüş ifadələri işlədərək özü ilə gətirdiyi fəhlələrə deyirdi ki, İmranı dinləməsinlər və gedib İmrana məxsus bağ sahəsindən meyvə yığsınlar. Sevilin gətirdiyi fəhlələr də İmranı dinləməmişlər və Sevilin tapşırığı ilə bağda olan ağaclardan gilas yığmağa başlamışlar. Sevilin gətirdiyi fəhlələrin bəziləri yığdıqları gilası özləri ilə gətirdikləri plastmas vedrələrə, bəziləri isə plastmas taralara doldurmuşlar. İmran isə Sevilin gətirdiyi fəhlələrlə danışaraq onları başa salmağa çalışmışdır ki, gilas yığdıqları bağ sahəsi onun özünə məxsusdur, Sevil onları aldadıb gətirmişdir. Sevilin gətirdiyi fəhlələr isə İmrana demişlər ki, onları Sevil gətirmişdir, ona görə də onlar Sevilin tapşırığı ilə bağdan gilas yığırlar. İmran nə qədər cəhd etsə də, Sevilin və onun gətirdiyi fəhlələrin meyvə yığmalarına mane ola bilməmiş və məcbur olub yenidən Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub Sevilin qanunsuz hərəkətləri barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra İmrana məxsus bağ sahəsinə Xaçmaz RPŞ-nin adlarını bilmədiyi polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları da Sevilə və gətirdiyi fəhlələrə demişlər ki, gilas yığdıqları bağ sahəsi İmrana məxsusdur, qanunsuz olaraq İmrana məxsus bağ sahəsinə daxil olub gilas yığırlar. Sevilin gətirdiyi fəhlələr isə heç kimi dinləməyərək ağaclardan gilas yığıb vedrələrə və plastmas taralara doldurmuşlar. Təxminən saat 11 radələri olardı İmranın dayandığı yerin yaxınlığında olan ağacdan gilas yığarkən Sevilin söyüş söydüyünü eşidib həmin istiqamətə baxanda görmüşdür ki, Sevil yerə sərdiyi palazın üstündə olan kərpic parçasını əlinə götürüb İmranın üstünə atmışdır. Sevilin atdığı kəpic parçası İmranın sol ayağına dəymiş və İmran “oy ayağım” deyərək aşağı əyilib əli ilə sol ayağını tutmuşdur. Həmin anda Sevil qaçaraq İmranın üstünə getmiş və əvvəlcə əli ilə İmranın başına vurmuş, İmran qaçıb uzaqlaşmaq istəyəndə isə Sevil onun qaçmasına mane olmaq üçün İmranın köynəyindən tutaraq dartıb cırmışdır. Sevil İmranın əynində olan köynəyi cırdıqdan sonrada sakitləşməmiş və söyüş söyərək əlləri ilə İmranı vurmağa və cırmaqlamağa başlamışdır. İmran isə Sevilə qarşı heç bir hərəkət etmirdi və çalışırdı ki, Sevilin əlindən çıxıb uzaqlaşsın. Sevil isə bir əli ilə İmranın köynəyindən tutub saxlamış, digər əli ilə isə İmranın başına və sifətinə vurmuşdur. Sevil İmrandan əl çəkmək istəmirdi və buna görə İsmət, Fəxrəddin və Mehman yaxınlaşıb araya keçərək İmranı Sevilin əlindən almışlar. İmran axsaya-axsaya Sevildən uzaqlaşıb getmiş və ayağı ağrıdığı üçün bir qədər aralıda olan meyvə ağaclarından birinin altında yerə oturmuşdur. Sevil bununla da sakitləşməmiş və onların yığdıqları 25 ədəd plastmas taralardakı gilasları yerə dağıdaraq taptalayıb əzmiş, sonra isə 25 ədəd plastmas taralardakı gilası fəhlələrinin köməkliyi ilə aparıb getmişdir. Bundan sonra İmran şikayət etmək üçün Xaçmaz RPŞ-nə gəlmiş, onlar isə İmranın bağ sahəsindən çıxıb yaşadıqları evə getmişdir. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində baş vermiş mübahisə zamanı o, İmranın Sevili vurmasını görməmişdir. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində Sevil İmranı döyüb xəsarət yetirərkən orada Fəxrəddin, Mehman, Eyvaz, Oktay, Vüsal, Ayaz, Ramin, Murad, İsmət, Yeganə, Sevinc və adlarını xatırlamadığı başqa fəhlələr olmuşlar. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində baş vermiş həmin hadisə zamanı o, polis əməkdaşlarının Sevilin və ya onun adını bilmədiyi qızının əlindən mobil telefon almalarını görməmişdir. 10 iyun 2023-cü il tarixdə, təxminən saat 11 radələrində Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində baş vermiş həmin hadisə zamanı o, İmranın vedrədə olan suyu Sevilin üstünə tökməsini görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid12 ifadəsində (xx.xx.2025) göstərdi ki, o, Xaçmaz rayonunun Gödəkli kəndindəki həmin bağda gilas meyvəsi yığarkən səs-küyü eşidərək baxanda görmüşdür ki, təqsirləndirilən şəxs oturduqları palazın üzərində qoyduqları qızıl kərpic paralarından götürərək Zərərçəkmiş şəxs1 tərəf atmışdır, kərpic parası Zərərçəkmiş şəxs1 ayağına dəymiş və İmran ayağını tutaraq yerə tərəf əyilmiş, əyilən vaxt təqsirləndirilən şəxs arxadan İmranın kürək nahiyəsinə əl atmış və köynəyini dartaraq cırmışdır, orada olan bir neçə kişi gələrək onları ayırmışlar, lakin kimlərin ayırdığını isə görməmiş, onlara yaxın getməmişdir. Həmçinin ona məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, onlar hadisə günü (İmrana aid epizod) bağ sahəsinə səhər saatlarında gəlmişlər. O, həmin vaxt bağ sahəsinə kimlərlə gəldiyini, orada kimlərin olduğunu bilmir, o, bağa gedib ağaca çıxaraq çörək pulu qazanmaq üçün meyvə yığmaqla məşğul olur. Hadisə vaxtı Təqsirləndirilən şəxsgil bağda ağacın altında oturmuşdurlar. O, gilas ağacından təqsirləndirilən şəxsin oturduğu yeri görmüş, təqsirləndirilən şəxs kərpic parasını götürüb İmrana atmış, sonuncunun ayağına dəymiş və ayağını tutaraq aşağı əyilmiş, bu vaxt təqsirləndirilən şəxs İmrana yaxınlaşıb arxadan əli ilə İmranın köynəyindən dartıb cırmış, bu vaxt sonuncuların yanına adamlar yaxınlaşmış və hansısa kişilər onları ayırmışdır. Təqsirləndirilən şəxs İmranı artıq boğurmuş, dartaraq ayırmışlar. Həmin kərpic parası qırmızı rəngli olmuşdur. Təqsirləndirilən şəxs İmranın köynəyini cırandan sonra sonuncunun mayka ilə, yaxud maykasız qalmasını bilmir. Daha sonra, yəni dava-dalaşdan sonra təqsirləndirilən şəxs tərəfindən onların taralara yığdıqları gilaslar oğurlanmağa başlanmış, onlar onsuz da əşyalarından, telefonlarından ehtiyat edirmişlər ki, təqsirləndirilənin gətirdiyi fəhlələr oğurlayarlar, taralardakı gilasların aparıldığını görüb hadisə baş verən yerdən onların meyvələri yığdıqları, əşyaları olan yerə qayıtmışlar. O, latın qrafikalı Azərbaycan dilində oxuya bilmir. İbtidai istintaq orqanında ifadəsini oxuyanda ona kömək edən kimsənin olub-olmadığını dəqiq olaraq xatırlamır. İfadə verdikdən sonra ifadəsi onun üçün oxunmuş, lakin kimin oxuduğunu hazırda xatırlamır. Həmin bağ sahəsində Təqsirləndirilən şəxs ilə onun arasında dava olmuş, sonuncu onu döymüş, lakin o, ittiham olunaraq cərimə cəzasına məhkum olunmuşdur. O, təqsirləndirilən şəxsin İmrana atdığı kərpic parasının qırmızı rəngdə olduğunu görmüşdür, Təqsirləndirilən şəxsgil həmin kərpic parçasını palazın üstünə qoymuşlar, sonra isə Təqsirləndirilən şəxs kərpici əlinə götürərək İmrana atmışdır. Hadisə vaxtı bağ sahəsinə polislər gəlib-getmişlər. O, həmin polisləri tanımır. O, polislərin saat neçədə gəlib getdiklərini bilmir, o, saata baxmamışdır. Hadisə baş verən vaxt polislərin orada olubolmadığını bilmir. Hadisə vaxtı, yəni dava-dalaş olan vaxt o, polis görməmişdir. Polislər gələrək Təqsirləndirilən şəxs onların işləməsinə, meyvə yığımına mane olmamağa dəvət etmişlər, lakin Təqsirləndirilən şəxs mane olmaqda davam etmişdir. O, bağ sahəsinə gedəndə orada polis əməkdaşlarının olub-olmadığını bilmir, görməmişdir. Hadisədən sonra İmranın xəstəxanaya gedib-getmədiyini xatırlamır. İmran axsamış, aparıb ağacın altında oturtmuşlar. İmran ayağını tutub oturmuşdur, o isə İmranın anası, bacısı deyildir ki yanına gedib ayağındakı xəsarətə baxsın. Hadisədən sonra İmranın bağ sahəsində iş vaxtının sonunadək qalıb-qalmaması yadında deyildir. İmranla Sevilin arasındakı həmin hadisədən sonrakı günlərdə o daha həmin bağa getməmişdir, çünki əri bu mübahisənin olduğunu bilib onu daha getməyə qoymamışdır. O, İmranın təqsirləndirilən şəxsin üzərinə su atması anını görməmiş, o, kərpiclə İmranın ayağına vurduğunu isə görmüşdür. O, polis şöbəsində hazırkı işlə bağlı ifadə vermişdir. Hadisədən xeyli vaxt keçdiyindən hazırda hadisəni təfərrüatı ilə xatırlamır, lakin hadisə baş verən vaxtlarda ifadəsində hadisəni necə görmüşdürsə elə də göstərmişdir. Məhkəmə istintaqı zamanı elan edilmiş Şahid12 cinayət işinin materiallarında olan ibtidai istintaq orqanında verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Cığatay kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Evdar qadındır. O, Bakı şəhərində yaşayan Zərərçəkmiş şəxs1 təxminən 11 il olar ki, tanıyır. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində İmranın özünə məxsus bağ sahəsi vardır və həmin bağ sahəsində bütünlüklə gilas ağacları əkilmişdir. Təxminən 11 il olar ki, o, mövsümi olaraq gedib Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində işləmişdir. X20 məxsus bağ sahəsinə gəlməmiş və o Sevili görməmişdir. O, Sevili 2022-ci ilin iyun ayından tanıyır. 2022-ci ilin iyun ayının əvvəllərində Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində meyvə yığarkən Sevil bağa gəlib onu çəkərək ağacdan yerə yıxıb döymüşdür və bununla bağlı Sevillə aralarında münaqişə olmuşdur. 2022-ci ildə meyvə yığımı başa çatdıqdan sonra o, Gödəkli kəndinə getməmiş və sonrakı aylarda Sevili görməmişdir. 2023-cü ilin iyun ayının əvvəllərində İmran onun oğlu Murada zəng vurub demişdir ki, 08 iyun 2023-cü il tarixdə Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində olan gilas meyvəsini yığdıracaqdır, onlar da ona məxsus bağ sahəsinə gəlib meyvə yığsınlar. Bu səbəbdən də 08 iyun 2023-cü il tarixdə, təxminən saat 06 radələrində oğlu Muradla birlikdə Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsinə getmişdir. Sonra İmrana məxsus bağ sahəsinə başqa fəhlələr də gəlib meyvə yığmağa başlamışlar. İmrana məxsus bağ sahəsinə gəldikləri vaxtdan təxminən 2-3 saata yaxın vaxt keçdikdən sonra Sevil, atası, anası və qızı birlikdə İmrana məxsus bağ sahəsinə gəlib demişlər ki, onlar da İmrana məxsus bağ sahəsindən meyvə yığacaqlar, İmran bağ sahəsinin özünə məxsus olduğunu bildirərək Sevilgilin meyvə yığmalarına icazə verməmişdir. Sevil və onunla gəlmiş ailə üzvləri isə İmranı dinləməyərək bağın ərazisində gəzib ağaclardan yığdıqları gilası yerə tökərək əzib məhv edirdilər. O, açıqca hiss etmişdir ki, Sevil İmranı münaqişəyə cəlb etmək üçün bu hərəkətləri düşünülmüş formada edir. Sevil söyüş söyərək çalışırdı ki, İmranı münaqişəyə cəlb etsin, İmran isə Sevilə yaxınlaşmayıb kənarda dayanmışdır. İmranın şikayəti əsasında həmin gün bağ sahəsinə polis əməkdaşları gəlmişlər və Sevilgili sakitləşdirib İmrana məxsus bağ sahəsindən çıxarmışlar. Buna baxmayaraq sonrakı günlərdə də Sevil İmrana məxsus bağ sahəsinə gəlib heç bir səbəb olmadan İmranı söyür və ağaclardan gilası yığıb su arxının içərisinə tökmüşdür. Hər dəfə də İmran Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub Sevilin qanunsuz hərəkətləri barədə məlumat vermiş, polis əməkdaşları da gəlib Sevili İmrana məxsus bağ sahəsindən uzaqlaşdırmışlar. Həmişə olduğu kimi, 10 iyun 2023-cü il tarixdə, təxminən saat 06 radələrində o, oğlu Muradla birlikdə Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsinə gedib meyvə yığmağa başlamışlar. Həmin gün təxminən saat 07:30 radələrində Sevil, Sevilin adını bilmədiyi qızı və tanımadığı başqa 10-11 nəfərə yaxın fəhlə İmrana məxsus bağ sahəsinə gəlmişlər ki, gilas yığsınlar. İmran Sevili və onunla gəlmiş fəhlələri başa salmağa çalışmışdır ki, bağ sahəsi ona məxsusdur, bağ sahəsində olan bütün meyvə ağaclarını özü əkdirmişdir, illərlə həmin meyvə ağaclarına özü qulluq göstərmişdir, bağda əkdirdiyi bütün meyvə ağaclarına 2023-cü ildə də özü qulluq göstərərək bütün xərcləri özü çəkmişdir, onlar özbaşınalıq edib onun bağ sahəsindən meyvə yığmasınlar. Sevil isə İmrana qarşı söyüş ifadələri işlədərək özü ilə gətirdiyi fəhlələrə demişdir ki, İmranı dinləməsinlər və gedib İmrana məxsus bağ sahəsindən meyvə yığsınlar. Sevilin gətirdiyi fəhlələr də İmranı dinləməmişlər və Sevilin tapşırığı ilə bağda olan ağaclardan gilas yığmağa başlamışlar. Sevilin gətirdiyi fəhlələrin bəziləri yığdıqları gilası özləri ilə gətirdikləri plastmas vedrələrə, bəziləri isə plastmas taralara doldurmuşlar. İmran isə Sevilin gətirdiyi fəhlələrlə danışaraq onları başa salmağa çalışmışdır ki, gilas yığdıqları bağ sahəsi onun özünə məxsusdur, Sevil onları aldadıb gətirmişdir. Sevilin gətirdiyi fəhlələr isə İmrana demişlər ki, onları Sevil gətirmişdir, ona görə də onlar Sevilin tapşırığı ilə bağdan gilas yığırlar. İmran nə qədər cəhd etsə də, Sevilin və onun gətirdiyi fəhlələrin meyvə yığmalarına mane ola bilməmiş və məcbur olub yenidən Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub Sevilin qanunsuz hərəkətləri barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra İmrana məxsus bağ sahəsinə Xaçmaz RPŞ-nin adlarını bilmədiyi polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları da Sevilə və gətirdiyi fəhlələrə demişlər ki, gilas yığdıqları bağ sahəsi İmrana məxsusdur, qanunsuz olaraq İmrana məxsus bağ sahəsinə daxil olub gilas yığırlar. Sevilin gətirdiyi fəhlələr isə heç kimi dinləməyərək ağaclardan gilas yığıb vedrələrə və plastmas taralara doldurmuşlar. O özü isə İmrandan bir qədər aralıda dayanıb gözləmişdir ki, Sevil gedəndən sonra meyvə yığsın. Çünki Sevil söyüş söyməklə və üzərinə çıxıb meyvə yığdıqları pilləkənləri silkələməklə yığmalarına mane olmuşdur. Təxminən saat 11 radələri olardı Sevilin söyüş söydüyünü eşidib həmin istiqamətə baxanda görmüşdür ki, Sevil yerə sərdiyi palazın üstündə olan kərpic parçasını əlinə götürüb İmranın üstünə atdı. Sevilin atdığı kərpic parçası İmranın sol ayağına dəymiş və İmran aşağı əyilib əli ilə sol ayağını tutmuşdur. Həmin anda Sevil İmranın üstünə getmiş və əlləri ilə əyilmiş vəziyyətdə dayanmış İmranın başına vurmağa başlamışdır. İmran qaçıb uzaqlaşmaq istəyəndə Sevil onun qaçmasına mane olmaq üçün əli ilə İmranın köynəyindən tutaraq çırmışdır. Sevil İmranın əynində olan köynəyi cırdıqdan sonra da sakitləşməmiş və söyərək əlləri ilə İmranı vurmağa və cırmaqlamağa başlamışdır. İmran isə Sevilə qarşı heç bir hərəkət etməmiş və çalışmışdır ki, Sevilin əlindən çıxıb uzaqlaşsın. Sevil isə əli ilə İmranın köynəyindən tutub saxlamış, digər əliylə isə İmranın başına, sifətinə vurmuşdur. Sevil İmrandan əl çəkmədiyi üçün orada olan İsmət, Fəxrəddin, Ramin və Mehman yaxınlaşıb araya keçərək İmranı Sevilin əlindən almışlar. İmran axsaya-axsaya Sevildən uzaqlaşıb getmiş və ayağı ağrıdığı üçün bir qədər aralıda olan meyvə ağaclarından birinin altında yerə oturmuşdur. Sevil bununla da sakitləşməmiş və onların yığdıqları 25 ədəd plastmas taralardakı gilasları yerə dağıdaraq taptalayıb əzmiş, sonra isə 25 ədəd plastmas taralardakı gilası fəhlələrinin köməkliyi ilə aparıb getmişdir. Bundan sonra İmran şikayət etmək üçün Xaçmaz RPŞ-nə gəlmiş, onlar isə İmranın bağ sahəsindən çıxıb yaşadıqları evə getmişlər. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində baş vermiş mübahisə zamanı o, İmranın Sevili vurmasını görməmişdir. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində Sevil İmranı döyüb xəsarət yetirərkən orada Fəxrəddin, Mehman, Eyvaz, Oktay, Vüsal, Ayaz, Ramin, Murad, İsmət, Ramilə, Sevinc və adlarını xatırlamadığı başqa fəhlələr olmuşlar. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində baş vermiş həmin hadisə zamanı o, polis əməkdaşlarının Sevilin və ya onun adını bilmədiyi qızının əlindən mobil telefon almalarını görməmişdir. 10 iyun 2023-cü il tarixdə, təxminən saat 11 radələrində Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində baş vermiş həmin hadisə zamanı o, İmranın vedrədə olan suyu Sevilin üstünə tökməsini görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində (xx.xx.2025) göstərdi ki, Zərərçəkmiş şəxs1 sonuncunun bağında işlədiyi vaxtdan, yəni yeddi ildir ki, tanıyır. Sevil xanımı isə həmin müddət ərzində bağ sahəsində heç vaxt görməmişlər, yalnız iki ildə həmin bağ sahəsinə gəlməyə başlamışdır. Onlar hər gün səhər saat 8-ə işləmiş əri İsmətlə Zərərçəkmiş şəxs1 bağına meyvə yığmağa getmişlər. İmranla Sevilin arasında baş vermiş hadisə günü də bağda olarkən Sevil yenə gələrək meyvə yığımına mane olmağa başlamışdır. Sonra isə səs-küyü eşidib baxanda görmüşlər ki, dava-dalaş baş verir, Sevil Zərərçəkmiş şəxs1 köynəyini cırmış, həmçinin ayağına da daşla vurmuşdur. İkinci epizodla bağlı isə onu bildirir ki, Zərərçəkmiş şəxs1 üçün fındıq yığımaq üçün sonuncunun bağında olarkən Təqsirləndirilən şəxs gələrək əri İsmətə meyvə yığmağa mane olmağa başlamış, İsməti nalayiq ifadələrlə söymüşdür. O isə İsmətə demişdir ki, Təqsirləndirilən şəxs baş qoşmasın. Sevil xanım onların həmkəndlisidir, Zərərçəkmiş şəxs1 isə onların heç kimidir, yad insandır. Zərərçəkmiş şəxs1 gəlib həmin kənddən pul verərək bağ almış, düzgün insandır, heç kimin zəhmət haqqını kəsməmişdir. Sevil xanım isə gələrək qəsdən ilişir. Fındıq yığımı vaxtı olan hadisə zamanı o, aralıdan İsmətə dəfələrlə demişdir ki, Sevil xanımdan uzaqlaşsın, baş qoşmasın, hər nə deyir desin, fikir verməsin. O, bir də o vaxt görmüşdür ki, səs gəlir və İsmət yerə yıxılıb, Yeganə və o gedib ayırmışlar. Həmçinin ona məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxs həmişə gəlib bağda meyvə yığanlara mane olmuşdur, bağda Molla-oba kəndindən olan böyrəklərindən xəstə bir fəhlə - Samirə adlı qadın olmuş, təqsirləndirilən gəlib onun olduğu nərdivanı tərpədib yerə yıxmış, həmin qadının yığdığı meyvələri vurub əzmişdir. Təqsirləndirilən şəxs bütün bunları etmiş, onlar yalan ifadə vermirlər, o, nəyi görmüşdürsə, onu da deyir. Təqsirləndirilən şəxs İsmətə xəsarət yetirmişdir, təqsirləndirilən şəxs meyvə yığımına mane olmasının səbəbi kimi həmin bağın atasına məxsus olduğunu demişdir. Lakin onlar həmin bağın İmrana məxsus olduğunu bilirlər. O, Zərərçəkmiş şəxs1 aid hadisə günü bağ sahəsinə gələn vaxt orada polis əməkdaşlarının olduğunu görməmişdir. Təqsirləndirilən şəxsgil bağ sahəsinə onlardan sonra gəlmişlər. Təqsirləndirilən şəxs bağa gələndə sonuncu ilə birlikdə anası, qızı da gəlmişdir. Təqsirləndirilən şəxs gələndə onlar bağda meyvə yığmaqla məşğul olmuşlar. Təqsirləndirilən şəxs bağa gələndən sonra gilas ağaclarının yarpaqlarını qırır, bir az sonra isə Zərərçəkmiş şəxs1la dava etməyə başlamışdır. O, ifadəsinə düzəliş edərək təqsirləndirilən şəxsin həmin Molla-oba kəndindən olan Samirə adlı qadına qarşı etdikləri hazırkı iş üzrə hadisə günü deyil, ondan əvvəlki günlərdə baş verdiyini bildirir. Təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 ilk olaraq ayağına daşla vurduğunu, yoxsa ilk olaraq köynəyini cırmasını hazırda dəqiq xatırlamır. Onun hadisə vaxtı gilas yığdığı ağac Təqsirləndirilən şəxsgilin olduğu yerdən, yəni palaz sərdikləri yerdən təxminən on metr aralı olardı. Təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 ayağına vurduğu daş palazın üzərində olmuş, daşı təqsirləndirilən şəxs daşı oradan götürmüşdür. Onlar səs-küyü eşitmiş, baxanda isə daşı vuranda görmüşdür. Onlar ağacların arasından elə təqsirləndirilən şəxsi güdmüşdür, çünki ehtiyat etmişlər ki, hansısa mübahisə yaradacaqdır. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsin üzərinə su atmasını görməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ayağına daşla vurduqdan sonra sonuncunun ayağı axsamağa başlamış, sonra isə Şahid1 öz köynəyini geyinmək üçün Zərərçəkmiş şəxs1 vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 köynəyini cırdığı vaxt sonuncu əyilərək ayağını tutmuşdur. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsin əlindən özü çıxmamış, orada Ramin, Fəxrəddin, İsmət də olmuş, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsin əlindən almışlar, təqsirləndirilənin qızı Raminin qolunu da cırmışdır. O, gilas meyvələrinin dağıdılmasının hansı tarixdə olduğunu xatırlamır. Gilas meyvələrinin təqsirləndirilən şəxs tərəfindən dağıdılmasının hadisə günü, ya başqa vaxt törədildiyini hazırda dəqiq bilmir. Hadisədən sonra ora polis əməkdaşlarının gəldiyini bilmir, çünki hadisə qurtarandan sonra onlar bağın başqa hissəsinə çıxıb getmişlər. Hadisə günü onlar bağ sahəsində axşamadək işləmişlər, Zərərçəkmiş şəxs1 da bağda olmuşdur, lakin sonuncunun bağda bütün günü olub-olmamasını bilmir. Təqsirləndirilən şəxs bağ sahəsində gilas meyvələrini həmişə gəlib yığaraq yerə, arxın içinə tökmüşdür. Gilasları arxın içərisinə tökməsi halının isə Zərərçəkmiş şəxs1 ayağına daş vurduğu gün də olmasını dəqiq xatırlamır. Bundan başqa, təqsirləndirilən şəxs yığılmış gilasları apararaq atasının qonşuluqda olan bağ sahəsindəki otaqda gizlətmişdir. O, təqsirləndirilən şəxsin fəhlələrin yığdıqları gilasları dağıdaraq əzdiyini də gömüşdür. O, təqsirləndirilən şəxsin qızının da Zərərçəkmiş şəxs1 döyməsini görməmişdir. O, polis şöbəsində izahat verəndə Sevilin qızının da Zərərçəkmiş şəxs1 döyməsi barədə bildirməsini xatırlamır. Təqsirləndirilən şəxs onlar fındıq yığan vaxt bağa gəlib İsmətə sataşmış, o, İsmətə ondan təqsirləndirilən şəxsdən uzaqlaşmasını demişdir, səs-küy gəldiyini görüb baxanda Sevilin İsməti yerə yıxdığını görmüşdür, o, həmin anda İsmətdən təxminən iyirmi metr aralıda olardı, o, görəndə İsmət artıq yerdə yıxılmış vəziyyətdə olmuşdur. Həmin vaxt, yəni ikinci epizod üzrə hadisə vaxtı DİN-nin 102 xidmətinə o zəng etmişdir. Lakin 102 xidmətinə saat neçədə zəng etdiyini dəqiq xatırlamır, o, 102 xidmətinə zəng etmişdir ki, (təqsirləndirilən şəxsi işarə edərək) “gəlib bu canavara yiyə dursunlar, kimi gəldi döyür”. İsmətlə bağlı hadisə baş verən gün fındıq bağına Təqsirləndirilən şəxsgil onlardan sonra gəlmişlər, əllərində də iki telefon tutub çəkiliş edə-edə gəlib bağa girmişlər. Həmin vaxt bağa yalnız təqsirləndirilən şəxs və sonuncunun qızı gəlmişlər. Həmin vaxt fındıq bağında o, İsmət, Ramilə, Yeganə də olmuşdur. Təqsirləndirilən şəxs İsməti yerə yıxıb kürəyini cırmaqlamış, o və Yeganə gələrək İsməti təqsirləndirilənin əlindən almışlar. Həmin vaxt İsmət üzü aşağı yıxılmış, əynindəki köynəyi də cırılmışdır. Polis əməkdaşları bağa gəlmiş və İsməti polis şöbəsinə aparmışlar. O, 102 xidmətinə zəng edəndən təxminən 30, 45 dəqiqə sonra olardı polis əməkdaşları gəlmişlər, lakin vaxtla bağlı dediyi hissə dəqiq deyildir. O, 102 xidmətinə zəng edəndə təqsirləndirilən şəxs İsməti artıq döymüşdür. İsmət aldığı xəsarətlə bağlı müalicə üçün həkimə müraciət etməmiş, maz alaraq xəsarətinə sürtmüşlər və evdə sağalmışdır. Hadisə baş verən anda orada polis əməkdaşlarının olduğunu xatırlamır. O, ibtidai istintaq orqanında ifadə vermiş və həmin ifadəsini təsdiq edir, həmin ifadəsini hadisə baş verdikdən sonrakı yaxın vaxtlarda vermiş, həmin ifadəsində göstərdikləri düzgündür, necə olubsa elə də demişdir. İfadələri elan edildikdən sonra ona verilmiş suala cavab olaraq bildirdi ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs özü tək vurmuş, qızı vurmamışdır, hadisə yerində qızı da olmuş, qızının da döyməsini gördüyündə yanılmışdır, o, bu barədə polis şöbsəində ərizə təqdim edərək ifadəsinə düzəliş etmişdir. Məhkəmə istintaqı zamanı elan edilmiş Şahid5 cinayət işinin materiallarında olan ibtidai istintaq orqanında verdiyi ifadələrindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Gödəkli kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. Həmkəndlisi Təqsirləndirilən şəxs uşaq yaşlarından, Bakı şəhərində yaşayan Zərərçəkmiş şəxs1 isə təxminən 10-11 il olar ki, tanıyır. Onun Sevil və İmranla qohumluq əlaqəsi yoxdur, onlarla arasında ədavət və ya düşmənçilik olmamışdır. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində İmranın özünə məxsus bağ sahəsi vardır və həmin bağ sahəsində bütünlüklə gilas ağacları əkilmişdir. Təxminən 10 il olar ki, o, mövsümi olaraq Xaçmaz rayonu, Gödəkli kəndinə gedib həmin kənd ərazisində yerləşən İmrana məxsus bağ sahəsində gilas meyvəsi yığır. X20 məxsus bağ sahəsinə gəlməmiş və o, Sevili orada görməmişdir. 2022-ci ilin yay aylarında o, meyvə yığmaq üçün İmrana məxsus bağ sahəsinə getməmiş, ancaq sonradan eşitmişdir ki, Sevil İmrana məxsus bağ sahəsinə getmişdir və həmin bağ sahəsinin bir hissəsinin özlərinə məxsus olduğunu iddia edərək bağda meyvə yığan fəhlələrlə mübahisə etmişdir. 2023-cü ilin iyun ayının əvvəllərində əri İsmət evə gəlib ona demişdir ki, İmran zəng vurub demişdir ki, 08 iyun 2023-cü il tarixdə Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində olan gilas meyvəsini yığdıracaqdır, onlar da bağ sahəsinə gəlib meyvə yığsınlar. Bu səbəbdən də 08 iyun 2023-cü il tarixdə, saat 07:10 radələrində əri İsmətlə birlikdə evdən çıxıb Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsinə getmişlər ki, meyvə yığsınlar. İmrana məxsus bağ sahəsinə çatanda görmüşdür ki, artıq bəzi fəhlələr gəlib gilas yığırlar. İmrana məxsus bağ sahəsinə gəldikləri vaxtdan təxminən 2 saata yaxın vaxt keçdikdən sonra Sevil, atası Balasoltan, anası Mariya və adını xatırlamadığı qızı birlikdə İmrana məxsus bağ sahəsinə gəlib demişlər ki, onlar da İmrana məxsus bağ sahəsindən meyvə yığacaqlar. İmran bağ sahəsinin özünə məxsus olduğunu bildirərək onların meyvə yığmalarına icazə verməmişdir. Sevil və onunla gəlmiş ailə üzvləri isə İmranı dinləməyərək bağın ərazisində gəzib ağaclardan yığdıqları gilası yerə tökərək əzib məhv etməyə başlamışlar. Həmin vaxt o hiss etmişdir ki, Sevil İmranı münaqişəyə cəlb etmək üçün bu hərəkətləri düşünülmüş formada edir. Sevil İmranı və bağda meyvə yığan fəhlələri söyərək çalışmışdır ki, İmranı münaqişəyə cəlb etsin, İmran isə Sevilə yaxınlaşmayıb kənarda dayanmışdır. İmranın şikayəti əsasında həmin gün bağ sahəsinə polis əməkdaşları gəlmişlər və Sevilgili sakitləşdirib İmrana məxsus bağ sahəsindən çıxarmışlar. Sonrakı günlərdə o yenə də meyvə yığmaq üçün İmrana məxsus bağ sahəsinə getmiş, demək olar ki, Sevil də hər gün ailə üzvləri ilə birlikdə İmrana məxsus bağ sahəsinə gəlib heç bir səbəb olmadan İmranı, meyvə yığan fəhlələri söymüşlər, ağacların budaqlarını qırmaqla və yığdıqları gilası su arxının içərisinə töküb məhv etməklə çalışmışlar ki, İmranı münaqişəyə cəlb etsinlər. İmran isə Sevilə yaxınlaşmamış və Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub Sevilin qanunsuz hərəkətləri barədə məlumat vermiş, polis əməkdaşları da gəlib Sevili İmrana məxsus bağ sahəsindən uzaqlaşdırmışlar. Həmişə olduğu kimi 10 iyun 2023-cü il tarixdə, təxminən saat 07 radələrində əri İsmətlə birlikdə Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsinə gedib meyvə yığmağa başlamışlar. Bir müddət keçdikdən sonra Sevil, Sevilin adını bilmədiyi qızı, Seva adı ilə tanıdığı bacısı qızı və tanımadığı başqa 10 nəfərə yaxın fəhlə İmrana məxsus bağ sahəsinə gəlmişlər ki, gilas yığsınlar. İmran Sevili və onunla gəlmiş fəhlələri başa salmağa çalışmışdır ki, bağ sahəsi ona məxsusdur, bağ sahəsində olan bütün meyvə ağaclarını özü əkdirmişdir, illərlə həmin meyvə ağaclarına özü qulluq göstərmişdir, bağda əkdirdiyi bütün meyvə ağaclarına 2023cü ildə də özü qulluq göstərərək bütün xərcləri özü çəkmişdir, onlar özbaşınalıq edib onun bağ sahəsindən meyvə yığmasınlar. Sevil isə İmrana qarşı söyüş ifadələri işlədərək özü ilə gətirdiyi fəhlələrə demişdir ki, İmranı dinləməsinlər və gedib İmrana məxsus bağ sahəsindən meyvə yığsınlar. Sevilin gətirdiyi fəhlələr də İmranı dinləməmişlər və Sevilin tapşırığı ilə bağda olan ağaclardan gilas yığmışlar. Sevilin gətirdiyi fəhlələrin bəziləri yığdıqları gilası özləri ilə gətirdikləri plastmas vedrələrə, bəziləri isə plastmas taralara doldurmuşlar. İmran isə Sevilin gətirdiyi fəhlələrlə danışaraq onları başa salmağa çalışmışdır ki, gilas yığdıqları bağ sahəsi onun özünə məxsusdur, Sevil onları aldadıb gətirmişdir. Sevilin gətirdiyi fəhlələr isə İmrana demişlər ki, onları Sevil gətirmişdir, ona görə də onlar Sevilin tapşırığı ilə bağdan gilas yığırlar. Həmin vaxt Sevil özü də bağın ərazisində gəzmiş və fəhlələrin ayaqları altında olan pilləkənləri silkələyərək fəhlələrin meyvə yığmalarına mane olmağa çalışmışdır. İmran nə qədər cəhd etsə də, Sevilə və onun gətirdiyi fəhlələrə mane ola bilməmiş və məcbur olub yenidən Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub Sevilin qanunsuz hərəkətləri barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra İmrana məxsus bağ sahəsinə Xaçmaz RPŞ-nin adlarını bilmədiyi polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları da Sevilə və onun gətirdiyi fəhlələrə demişlər ki, gilas yığdıqları bağ sahəsi İmrana məxsusdur, onlar qanunsuz olaraq İmrana məxsus bağ sahəsinə daxil olub gilas yığırlar. Sevilin gətirdiyi fəhlələr isə heç kimi dinləməyərək ağaclardan gilas yığıb vedrələrə və plastmas taralara doldurmuşlar. O, İmrandan bir qədər aralıda dayanıb gözləmişdir ki, Sevil gedəndən sonra meyvə yığsın. Çünki Sevil söyüş söyməklə və üzərinə çıxıb meyvə yığdıqları pilləkənləri silkələməklə meyvə yığmalarına mane olmuşdur. Təxminən saat 11 radələrində Sevilin söyüş söydüyünü eşidib həmin istiqamətə baxanda görmüşdür ki, Sevil yerə sərdiyi palazın üstündə olan kərpic parçasını əlinə götürüb İmranın üstünə atmışdır. Sevilin atdığı kəpic parçası İmranın sol ayağına dəymiş və İmran aşağı əyilib əli ilə sol ayağını tutmuşdur. Həmin anda Sevil və qızı qaçaraq İmranın üstünə getmişlər və əlləri ilə əyilmiş vəziyyətdə dayanmış İmranın başına vurmuşlar. İmran qaçıb uzaqlaşmaq istəyəndə isə Sevil İmranın qaçmasına mane olmaq üçün əli ilə İmranın köynəyindən tutaraq dartıb cırmışdır. Sevil İmranın əynində olan köynəyi cırdıqdan sonra da sakitləşməmiş və söyüş söyərək əlləri ilə İmranı vurmağa və cırmaqlamağa başlamışdır. İmran isə Sevilə qarşı heç bir hərəkət etməmiş və çalışmışdır ki, Sevilin əlindən çıxıb uzaqlaşsın. Sevil isə bir əli ilə İmranın köynəyindən tutub saxlamış, digər əliylə isə İmranın başına və sifətinə vurmuşdur. Sevil İmrandan əl çəkmədiyi üçün orada olan İsmət, Fəxrəddin, Ramin və Mehman yaxınlaşıb araya keçərək İmranı Sevilin əlindən almışlar. İmran axsaya-axsaya Sevildən uzaqlaşıb getmiş və ayağı ağrıdığı üçün bir qədər aralıda olan meyvə ağaclarından birinin altında yerə oturmuşdur. Sevil bununla da sakitləşməmiş və onların yığdıqları 25 ədəd plastmas taralardakı gilasları yerə dağıdaraq taptalayıb əzmiş, sonra isə 25 ədəd plastmas taralardakı gilası fəhlələrinin köməkliyi ilə aparıb getmişdir. Bundan sonra İmran şikayət etmək üçün Xaçmaz RPŞ-nə gəlmiş, onlar isə İmranın bağ sahəsindən çıxıb yaşadıqları evə getmişlər. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində baş vermiş mübahisə zamanı o, İmranın Sevili vurmasını görməmişdir. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində Sevil İmranı döyüb xəsarət yetirərkən orada Fəxrəddin, Mehman, Eyvaz, Vüsal, Ayaz, Ramin, Murad, İsmət, Oktay, Yeganə, Ramilə və adlarını xatırlamadığı başqa fəhlələr olmuşlar. 10 iyun 2023-cü il tarixdə Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində baş vermiş həmin hadisə zamanı o, polis əməkdaşlarının Sevilin və ya sonuncunun adını bilmədiyi qızının əlindən mobil telefon almalarını görməmişdir. 10 iyun 2023-cü il tarixdə, təxminən saat 11 radələrində Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində baş vermiş həmin hadisə zamanı o, İmranın vedrədə olan suyu Sevilin üstünə tökməsini görməmişdir; o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Gödəkli kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. Həmkəndlisi Təqsirləndirilən şəxs uşaq yaşlarından, Bakı şəhərində yaşayan Zərərçəkmiş şəxs1 isə təxminən 10-11 il olar ki, tanıyır. Onun Sevil və İmranla qohumluq əlaqəsi yoxdur, onlarla arasında ədavət və ya düşmənçilik olmamışdır. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində İmranın özünə məxsus bağ sahəsi vardır və həmin bağ sahəsində bütünlüklə gilas ağacları əkilmişdir. Təxminən 10 il olar ki, o, mövsümi olaraq Xaçmaz rayonu, Gödəkli kəndinə gedib həmin kənd ərazisində yerləşən İmrana məxsus bağ sahəsində gilas meyvəsi yığır. X20 məxsus bağ sahəsinə gəlməmiş və o, Sevili orada görməmişdir. 2022-ci ilin yay aylarında o, meyvə yığmaq üçün İmrana məxsus bağ sahəsinə getməmiş, ancaq sonradan eşitmişdir ki, Sevil İmrana məxsus bağ sahəsinə getmiş və həmin bağ sahəsinin bir hissəsinin özlərinə məxsus olduğunu iddia edərək bağda meyvə yığan fəhlələrlə mübahisə etmişdir. 10 iyun 2023-cü il tarixdə, təxminən saat 11 radələrində Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində olarkən görmüşdür ki, Sevil yerə sərdiyi palazın üstündə olan kərpic parçasını əlinə götürüb İmranın üstünə atmışdır. Sevilin atdığı kəpic parçası İmranın sol ayağına dəymiş və İmran aşağı əyilib əli ilə sol ayağını tutmuşdur. Həmin anda Sevil və qızı qaçaraq İmranın üstünə getmişlər və əlləri ilə əyilmiş vəziyyətdə dayanmış İmranın başına vurmuşlar. İmran qaçıb uzaqlaşmaq istəyəndə isə Sevil onun qaçmasına mane olmaq üçün əli ilə İmranın köynəyindən tutaraq dartıb cırmışdır. Sevil İmranın əynində olan köynəyi cırdıqdan sonra da sakitləşməmiş və söyüş söyərək əlləri ilə İmranı vurmağa və cırmaqlamağa başlamışdır. Həmin hadisə ilə bağlı o, Xaçmaz RPŞ-nə dəvət olunmuş və baş vermiş hadisəni olduğu kimi ifadəsində göstərmişdir. Həmin vaxtdan sonra yenə də o, əri İsmətlə birlikdə aradabir gedib İmrana məxsus bağ sahəsində işləmişlər və hiss etmişdir ki, Sevil onlara qarşı qərəzli münasibət göstərir. Onlar isə Sevilə baş qoşmamağa çalışmışlar. 08 avqust 2023-cü il tarixdə səhər saatlarında İsmət ona demişdir ki, İmran ona zəng vurub demişdir ki, Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində olan fındığı yığdırmaq istəyir, onlar da fəhlə kimi bağ sahəsinə gəlib fındıq yığsınlar. Bu səbəbdən də 08 avqust 2023-cü il tarixdə, təxminən saat 08:30 radələrində əri İsmətlə birlikdə evdən çıxıb Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsinə getmişlər ki, fındıq yığsınlar. İmrana məxsus bağ sahəsinə çatanda görmüşdür ki, Ramilə adlı qadın da həmin bağ sahəsində fındıq yığır. Həmin gün təxminən saat 10 radələrində Sevil və adını bilmədiyi qızı İmrana məxsus bağ sahəsinə gəlib fındıq yığmağa başlamışlar. Sevil və qızı İmrana məxsus bağ sahəsində fındıq yığarkən İsmətə söz ataraq çalışmışlar ki, onu münaqişəyə cəlb etsinlər. İsmət özü isə Sevilgilə fikir verməməyə çalışmışdır. Həmin vaxt İmran özü bağ sahəsinə gəlməmişdir. Təxminən saat 11 radələrində İsmətin qışqırmasını eşidib sonuncunun olduğu yerə gələndə görmüşdür ki, İsmət yerə yıxılmışdır, əynində olan köynəyi isə cırılmışdır. Sevil də əsəbi halda əlləri ilə İsməti vurur. Sonra Ramilə də gəlmiş və onlar araya keçib İsməti Sevilin əlindən almışlar. Bundan sonra İsmət şikayət etməsi üçün Xaçmaz RPŞ-nə gəlmiş, o özü isə yaşadığı evə getmişdir. Bir müddət keçdikdən sonra İsmət qayıdıb evə gəlmiş və o, İsmətdən Sevilin onu döyməsinin səbəbini soruşduqda demişdir ki, fındıq yığarkən Sevil ona qarşı söyüş ifadələri işlətmiş, o da Sevilə “söydüyün söyüşlər özünə getsin demiş” və arxasını çevirib getmək istəyəndə Sevil arxadan gəlib köynəyindən tutaraq çəkib onu yerə yıxmışdır. İsmət yerə yıxıldıqdan sonra da Sevil əlləri ilə onun boyun, kürək və sinə nahiyələrini cırmaqlamış, təpiklə isə sağ qoluna vurmuşdur. Sonra İsmət sağ qolunu ona göstərmiş və o görmüşdür ki, İsmətin sağ qolunda şişkinlik vardır; o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Gödəkli kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Evdar qadındır. Şahid qismində əvvəlki verdiyi ifadəsini (Zərərçəkmiş şəxs1la bağlı) təsdiq edir və ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, 10 iyun 2023-cü il tarixdə Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən bağ sahəsində Təqsirləndirilən şəxs kərpiclə Zərərçəkmiş şəxs1 ayağına, əlləri ilə isə boyun nahiyəsinə və qoluna xəsarət yetirmiş, həmçinin həmin vaxt dartaraq Zərərçəkmiş şəxs1 əynində olan köynəyi cırmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs adını bilmədiyi qızı bağ sahəsində olsa da, qızı İmrana hər hansı bir xəsarət yetirməmişdir. Məhkəmə istintaqı zamanı Şahid11 ifadəsində (xx.xx.2025) göstərdi ki, o və digər şəxslər hər il Zərərçəkmiş şəxs1 dəvəti ilə Xaçmaz rayonunun Gödəkli kəndində yerləşən bağa gedərək fəhlə kimi işləyərək gilas meyvəsi yığmışlar. Həmin bağda gilas yığarkən təqsirləndirilən şəxs bağa gələrək fəhlələrin işləməsinə mane olur, onları nərdivandan düşürməyə çalışır, onları söyərək təhqir edir. O da səhər saat 6-da evdən çıxır ki, gedib bağda işləyib uşağı üçün qazanc əldə etsin. Hadisə baş verən gün də təqsirləndirilən şəxs gələrək həmin hərəkətləri etmiş, işləmələrinə mane olmuş, onlar da işlərini dayandırmışlar. Sonra isə təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 arasında dava-dalaş baş vermiş, qarışıqlıq yaranmış, təqsirləndirilən şəxs daş parçası ilə Zərərçəkmiş şəxs1 vurmuş, sonuncu isə yerə yıxılmış, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 üzərinə hücum etmiş və sonuncunun köynəyini cırmış, Fəxrəddin gətirərək köynəyini Zərərçəkmiş şəxs1 vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 Fəxrəddinlə oradan uzaqlaşmışdır. Sonra nə baş verdiyini bilmir. Uzun müddət keçmiş, polis şöbəsində ifadə vermişdir. Zərərçəkmiş şəxs2 dair epizodla bağlı isə bildirir ki, onlar həmin gün səhv xatırlamırsa, səhər saat 8-9 arası fındıq yığmağa getmişlər. Təqsirləndirilən şəxs oraya da gələrək həmin bağdan fındıq yığmamalarını deməyə başlamışdır. Daha sonra onlar İsmətin səsini eşidib həmin istiqamətdə getmişlər və görmüşlər ki, təqsirləndirilən şəxs İsmətin boynunu, bədənini cırmaqlamış, köynəyini cırmışdır. Həmçinin məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxsi İsmətdən o və Sevinc ayırmışlar. İsmətlə bağlı hadisə zamanı o orada, yəni bağ sahəsində əvvəldən olmuşdur. Həmin vaxt orada o və Sevinc olmuşlar, Ramilə olmamış, səsi eşidərək ayırmağa o və Sevinc getmişdir. O və Sevinc İsmətin səsinin gəldiyi yerə gedib çatanda İsmət artıq yerə yıxılmış vəziyyətdə olmuş, təqsirləndirilən şəxs İsməti təpikləyirdi. Sevinc və o, İsmətin səsinin gəldiyi yerə gedərkən təqsirləndirilən şəxsin İsmətə hücum edərək arxasınca gəldiyini, köynəyindən tutub cırdığını və yerə yıxdığını görmüşdür. Həmin hadisə vaxtı Sevinc İsmətin döyülməsilə bağlı polisə zəng etmişdir, bundan sonra polis əməkdaşları bağa gəlmişlər, o, gəlmiş polis əməkdaşlarını tanımır. O, Zərərçəkmiş şəxs1la bağlı hadisənin baş verdiyi gün bağa təxminən səhər saat 8-də getmiş, təqsirləndirilən şəxs isə təxminən saat 9-da gəlmişdir. Təqsirləndirilən şəxs həmin vaxt bağa gəlib işləmələrinə müdaxilə etməyə başlamış, onlara bağdan çıxmalarını demiş, Zərərçəkmiş şəxs1 da pis sözlər demişdir, Zərərçəkmiş şəxs1 isə qarşılığında heç nə etməmişdir. Təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 vurduğun daş qızıl kərpic parçası olmuş, həmin kərpic ədyalın üzərində olmuşdur. Təqsirləndirilən şəxs həmin daşla Zərərçəkmiş şəxs1 sol ayağından vurmuş, sonuncu büdrəyərək yerə yıxılan kimi Təqsirləndirilən şəxsgil üzərinə hücum etmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 daşla vuranda o, aralıda dayanaraq bunu görmüşdür, o, həmin vaxt işləməmiş, çünki təqsirləndirilən şəxs onları işləməyə qoymamışdır. Zərərçəkmiş şəxs1 xəsarət alandan sonra bağ sahəsində qaldığını, yaxud çıxıb getdiyini bilmir. O, təqsirləndirilən şəxsin gilas yeşiklərini necə dağıtdığını öz gözləri ilə görmüşdür. Zərərçəkmiş şəxs1la təqsirləndirilən şəxsi ayırmışlar, lakin o, ayıranların kim olduqlarını bilmir. İsmətə aid epizod üzrə hadisə vaxtı bağda Ramilə olmamışdır, o, Sevinc və İsmət olmuşdur. O və Sevinc əvvəl İsmətdən aralıda olmuşlar, səs-küyü, yəni həm təqsirləndirilənin, həm də İsmətin səslərini eşidib gəlmişlər. Onlar təqsirləndirilən şəxsi tutaraq İsmətdən aralamamışlar, İsməti götürərək aparmışlar. Həmin vaxt təqsirləndirilən şəxs İsmətdə hal qoymamışdır – üz-göz, bədən, köynək...cırmaq-cırmaq etmişdir. Polis əməkdaşları bağ sahəsinə gəldikdən sonra İsmətin onlarla getdiyini bilmir, yadında deyil, həmin gün bağ sahəsində saat neçəyədək olduğu yadında deyildir. O, ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı elan edilmiş Şahid11 cinayət işinin materiallarında olan ibtidai istintaq orqanında verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Niyazoba kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Evdar qadındır. O, Bakı şəhərində yaşayan Zərərçəkmiş şəxs1 təxminən 11 il olar ki, tanıyır. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində İmranın özünə məxsus bağ sahəsi var və həmin bağ sahəsində bütünlüklə gilas ağacları əkilmişdir. Təxminən 11 il olar ki, o, mövsümi olaraq Xaçmaz rayonu, Gödəkli kəndinə gedib həmin kənd ərazisində yerləşən İmrana məxsus bağ sahəsində gilas meyvəsi yığır. X20 məxsus bağ sahəsinə gəlməmiş və o, Sevili görməmişdir. O, Sevili 2022-ci ilin iyun ayından tanıyır. 2022-ci ilin iyun ayının əvvəllərində Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində meyvə yığarkən Sevil bağa gəlib meyvə yığan Məhbubə adlı qadını çəkərək ağacdan yerə yıxaraq döymüşdür, onları və bağın sahibi İmranı isə söyərək təhqir etmişdir. 2022-ci ildə meyvə yığımı başa çatdıqdan sonra o, Gödəkli kəndinə getməmiş və sonrakı aylarda Sevili görməmişdir. 2023-cü ilin iyun ayının əvvəllərində İmran ona zəng vurub demişdir ki, 08 iyun 2023-cü il tarixdə Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində olan gilas meyvəsini yığdıracaqdır, o da ona məxsus bağ sahəsinə gəlib meyvə yığsın. O, İmranla razılaşmış və 08 iyun 2023-cü il tarixdə, saat 06 radələrində həmkəndlisi Ramilə, Ramilənin əri Oktay ilə birlikdə Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsinə getmişlər. İmrana məxsus bağ sahəsinə çatanda görmüşdür ki, artıq bəzi fəhlələr gəlib gilas yığırlar. Onlardan sonra da İmrana məxsus bağ sahəsinə başqa fəhlələr gəlmişlər və onlar meyvə yığmağa başlamışlar. İmrana məxsus bağ sahəsinə gəldikləri vaxtdan təxminən 2-3 saata yaxın vaxt keçdikdən sonra Sevil, atası, anası və qızı birlikdə İmrana məxsus bağ sahəsinə gəlib demişlər ki, onlar da İmrana məxsus bağ sahəsindən meyvə yığacaqlar. İmran bağ sahəsinin özünə məxsus olduğunu bildirərək onların meyvə yığmalarına icazə verməmişdir. Sevil və onunla gəlmiş ailə üzvləri isə İmranı dinləməyərək bağın ərazisində gəzib ağaclardan yığdıqları gilası yerə tökərək əzib məhv edirdilər. O, açıqca hiss etmişdir ki, Sevil İmranı münaqişəyə cəlb etmək üçün bu hərəkətləri düşünülmüş formada edir. Sevil söyüş söyərək çalışırdı ki, İmranı münaqişəyə cəlb etsin, İmran isə Sevilə yaxınlaşmayıb kənarda dayanırdı. İmranın şikayəti əsasında həmin gün bağ sahəsinə polis əməkdaşları gəlmiş və Sevilgili sakitləşdirib İmrana məxsus bağ sahəsindən çıxarmışlar. Buna baxmayaraq sonrakı günlərdə də Sevil İmrana məxsus bağ sahəsinə gəlib heç bir səbəb olmadan İmranı söymüş və ağaclardan gilası yığıb su arxının içərisinə tökmüşdür. Hər dəfə də İmran Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub Sevilin qanunsuz hərəkətləri barədə məlumat vermişdir, polis əməkdaşları da gəlib Sevili İmrana məxsus bağ sahəsindən uzaqlaşdırmışlar. Həmişə olduğu kimi 10 iyun 2023-cü il tarixdə, təxminən saat 07 radələrində o, Ramilə və Oktay Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsinə gedib meyvə yığmağa başlamışlar. Həmin gün təxminən saat 07:30 radələrində Sevil, Sevilin adını bilmədiyi qızı, Sevilin adını bilmədiyi bacısı qızı və tanımadığı başqa 10 nəfərə yaxın fəhlə İmrana məxsus bağ sahəsinə gəlmişlər ki, gilas yığsınlar. İmran Sevili və onunla gəlmiş fəhlələri başa salmağa çalışmışdır ki, bağ sahəsi ona məxsusdur, bağ sahəsində olan bütün meyvə ağaclarını özü əkdirmişdir, illərlə həmin meyvə ağaclarına özü qulluq göstərmişdir, bağda əkdirdiyi bütün meyvə ağaclarına 2023-cü ildə də özü qulluq göstərərək bütün xərcləri özü çəkmişdir, onlar özbaşınalıq edib onun bağ sahəsindən meyvə yığmasınlar. Sevil isə İmrana qarşı söyüş ifadələri işlədərək özü ilə gətirdiyi fəhlələrə demişdir ki, İmranı dinləməsinlər və gedib İmrana məxsus bağ sahəsindən meyvə yığsınlar. Sevilin gətirdiyi fəhlələr də İmranı dinləməmişlər və Sevilin tapşırığı ilə bağda olan ağaclardan gilas yığmağa başlamışlar. Sevilin gətirdiyi fəhlələrin bəziləri yığdıqları gilası özləri ilə gətirdikləri plastmas vedrələrə, bəziləri isə plastmas taralara doldururmuşlar. İmran isə Sevilin gətirdiyi fəhlələri danışaraq onları başa salmağa çalışmışdır ki, gilas yığdıqları bağ sahəsi onun özünə məxsusdur, Sevil onları aldadıb gətirmişdir. Sevilin gətirdiyi fəhlələr isə İmrana demişlər ki, onları Sevil gətirmişdir, ona görə də onlar Sevilin tapşırığı ilə bağda gilas yığırlar. İmran nə qədər cəhd etsə də, Sevilin və onun gətirdiyi fəhlələrin meyvə yığmalarına mane ola bilməmiş və məcbur olub yenidən Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub Sevilin qanunsuz hərəkətləri barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra İmrana məxsus bağ sahəsinə Xaçmaz RPŞ-nin adlarını bilmədiyi polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları da Sevilə və onun gətirdiyi fəhlələrə demişlər ki, gilas yığdıqları bağ sahəsi İmrana məxsusdur, onlar qanunsuz olaraq İmrana məxsus bağ sahəsinə daxil olub gilas yığırlar. Sevilin gətirdiyi fəhlələr isə heç kimi dinləməyərək ağaclardan gilas yığıb vedrələrə və plastmas taralara doldurmuşlar. Təxminən saat 11 radələri olardı Sevil söyüş söyərək yerə sərdiyi palazın üstündə olan kərpic parçasını əlinə götürüb İmranın üstünə atmışdır. Sevilin atdığı kərpic parçası İmranın sol ayağına dəymiş və İmran «oy ayağım» deyərək aşağı əyilib əli ilə sol ayağını tutmuşdur. Həmin anda Sevil qaçaraq İmranın üstünə getmiş və əvvəlcə əli ilə İmranın başına vurmuşdur. İmran qaçıb uzaqlaşmaq istəyəndə isə Sevil onun qaçmasına mane olmaq üçün əli ilə İmranın köynəyindən tutaraq dartıb cırmışdır. Sevil İmranın əynində olan köynəyi cırdıqdan sonra da sakitləşməmiş və söyüş söyərək əlləri ilə İmranı vurmağa və cırmaqlamağa başlamışdır. İmran isə Sevilə qarşı heç bir hərəkət etməmiş və çalışmışdır ki, Sevilin əlindən çıxıb uzaqlaşsın. Sevil isə bir əli ilə İmranın köynəyindən tutub saxlamış, digər əliylə isə İmranın başına və sifətinə vurmuşdur. Sevil İmrandan əl çəkmək istəməmiş və bunu görən İsmət, Fəxrəddin və Mehman yaxınlaşıb araya keçərək İmranı Sevilin əlindən almışlar. İmran axsaya-axsaya Sevildən uzaqlaşıb getmiş və ayağı ağrıdığı üçün bir qədər aralıda olan meyvə ağaclarından birinin altında yerə oturmuşdur. Sevil bununla da sakitləşməmiş və onların yığdığı 25 ədəd plastmas taralardakı gilasları yerə dağıdaraq taptalayıb əzmişdir, sonra isə 25 ədəd plastmas taralardakı gilası fəhlələrinin köməkliyi ilə aparıb getmişdir. Bundan sonra İmran şikayət etmək üçün Xaçmaz RPŞ-nə gəlmiş, onlar İmranın bağ sahəsindən çıxıb yaşadıqları evə getmişlər. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində baş vermiş mübahisə zamanı o, İmranın Sevili vurmasını görməmişdir. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində Sevil İmranı döyüb xəsarət yetirərkən orada Fəxrəddin, Mehman, Eyvaz, Oktay, Vüsal, Ayaz, Ramin, Murad, İsmət, Ramilə, Sevinc və adlarını xatırlamadığı başqa fəhlələr olmuşlar. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində baş vermiş həmin hadisə zamanı o, polis əməkdaşlarının Sevilin və ya onun adını bilmədiyi qızının əlindən mobil telefon almalarını görməmişdir. 10 iyun 2023-cü il tarixdə, təxminən saat 11 radələrində Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində baş vermiş həmin hadisə zamanı İmranın vedrədə olan suyu Sevilin üstünə tökməsini görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində (xx.xx.2025) göstərdi ki, hadisədən artıq uzun müddət keçmiş, yadında heç nə qalmamışdır. O, görüb bildikləri barədə polis şöbəsində ifadə vermişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, təqsirləndirilən şəxsi və Zərərçəkmiş şəxs1 tanıyır. O, iyirmi ildir ki, İmrandan gilas meyvəsi alır. O, adətən, İmranın bağına gedib taraları boşaldıb, özü isə orada olan talvarın altında oturub çay içir. Hadisə yadında deyil, o, polisdə ifadə vermiş və həmin ifadəsini təsdiq edir. O, hadisə vaxtı həmin bağda olmuş və hadisəni görmüşdür, lakin təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 ayağına daşla vurduğunu görməmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 yıxıldığını, ayağını əli ilə tutduğunu görüb bu barədə İmrandan soruşmuş, sonuncu isə təqsirləndirilən şəxsin vurduğunu demişdir. Zərərçəkmiş şəxs1 həmin vaxt axsamışdır, köynəyi də cırıq-cırıq olmuş, Fəxrəddin geyinməsi üçün başqa bir köynəyi İmrana vermişdir. O, bağ sahəsinə səhər tezdən, saat 7-8 arası gedir. Təqsirləndirilən şəxs hadisə günü onlar bağa gələndə olmamış, onlardan sonra gəlmişdir. O, alması üçün gilas meyvəsi yığdırmaq üçün bağa gəldikdə bağda dayanır, getmir, çünki nəzarət edir ki, xırda meyvə yığılmasın, meyvənin yaxşısı yığılsın. Hadisə baş verən gün bağda neçə saat qaldığını nə dəqiq, nə də təxmini xatırlamır, təxmini demiş olsa da səhv demiş ola bilər. O, həmin vaxt talvarın altında oturmuş, səs-küyü eşidərək hadisə baş verən yerə gəlmişdir. Hadisə yerinə gəlib çatanda isə görmüşdür ki, Zərərçəkmiş şəxs1 yerə yıxılıb, köynəyi cırılmış vəziyyətdədir. O, Zərərçəkmiş şəxs1 yanına çatanda təqsirləndirilən şəxsin harada olduğunu, dayandığını fikir verib görməmişdir, orada adamlar çox olmuşdur, hər halda təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yanında olmamışdır, ola bilsin haradasa aralıda olmuşdur. Xəsarət aldığı üçün Zərərçəkmiş şəxs1 apararaq bağda ağacın altında əyləşdirmişlər. Zərərçəkmiş şəxs1 hadisədən sonra həmin vaxt bütün günü bağda olub-olmadığını bilmir, çünki o özü bütün günü orada qalmamışdır. O, bütün günü bağda olmamış, lakin o, olduğu müddətdə Zərərçəkmiş şəxs1 bağda olmuşdur. O, təqsirləndirilən şəxsin və fəhlələrinin taralardakı gilas meyvələrini dağıdaraq əzdiklərini görmüşdür. İfadəsi elan olunduqdan sonra verilmiş suallara cavab olaraq bildirdi ki, həmin ifadəsi düzgündür. O, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 daş atdığı anı görməmiş, cırmaqladığını isə görmüşdür, hətta Raminin də qolunu pis cırmaqlamış, lakin Ramin şikayət etməmişdir. Zərərçəkmiş şəxs1 məhz hansı ayağından xəsarət aldığını hazırda xatırlamır, xəsarət Zərərçəkmiş şəxs1 ayağının aşağı, yəni daban nahiyələri hissələrində olmuşdur. Məhkəmə istintaqı zamanı elan edilmiş Şahid4 cinayət işinin materiallarında olan ibtidai istintaq orqanında verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Gödəkli kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi təsərrüfatla məşğul olaraq ailəsini dolandırır. Bundan başqa, mövsümi olaraq da ayrı-ayrı şəxslərdən meyvə alıb-satır. O, həmkəndlisi Təqsirləndirilən şəxs uşaq yaşlarından, Bakı şəhərində yaşayan Zərərçəkmiş şəxs1 isə təxminən 15-20 il olar ki, tanıyır. Onun Sevil və İmranla qohumluq əlaqəsi yoxdur, onlarla arasında ədavət və ya düşmənçilik olmamışdır. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində İmranın özünə məxsus bağ sahəsi vardır və təxminən 20 il əvvəl İmran Gödəkli kəndi ərazisində yerləşən özünə məxsus bağ sahəsində bütünlüklə gilas ağacları əkdirmişdir. Təxminən 10 il olar ki, İmranın Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsindən yığdırdığı gilas meyvəsini o alıb-satır. 2023-cü ilin iyun ayının əvvəllərində İmran ona zəng vurub demişdir ki, 08 iyun 2023-cü il tarixdə Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində olan gilas meyvəsini yığdıracaqdır, o da İmrana demişdir ki, meyvəni yığdırsın, yığdırdığı bütün gilası gəlib o alacaqdır. Bu səbəbdən də 08 iyun 2023-cü il tarixdə, səhər saat 07 radələrində o, Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsinə getmişdir. O, İmrana məxsus bağ sahəsinə çatanda görmüşdür ki, artıq fəhlələr gilas yığırlar. Təxminən saat 10 radələrində Sevil, atası Balasoltan, anası Mariya və Sevilin adını bilmədiyi qızı İmrana məxsus bağ sahəsinə gəlib demişlər ki, onlar da İmrana məxsus bağ sahəsindən meyvə yığacaqlar. İmran bağ sahəsinin özünə məxsus olduğunu bildirərək onların meyvə yığmalarına icazə verməmişdir. Sevil və onunla gəlmiş ailə üzvləri isə İmranı dinləməyərək bağın ərazisində gəzib ağaclardan yığıdıqları gilası yerə tökərək əzib məhv etmişlər. Açıqca hiss etmişdir ki, Sevil İmranı münaqişəyə cəlb etmək üçün bu hərəkətləri düşünülmüş formada edir. Sevil söyüş söyərək çalışmışdır ki, İmranı münaqişəyə cəlb etsin, İmran isə Sevilə əhəmiyyət verməyib kənarda dayanmışdır. İmranın şikayəti əsasında həmin gün bağ sahəsinə polis əməkdaşları gəlmişlər və Sevilgili sakitləşdirib İmrana məxsus bağ sahəsindən çıxarmışlar. Sonrakı günlərdə də o, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsinə gedib fəhlələrin meyvə yığmalarına nəzarət etmişdir. Demək olar ki, hər gün Sevil İmrana məxsus bağ sahəsinə gəlib heç bir səbəb olmadan İmranı söymüş və ağaclardan gilası yığıb su arxının içərisinə tökərək İmrana maddi ziyan vurmağa çalışmışdır. Hər dəfə də İmran Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub Sevilin qanunsuz hərəkətləri barədə məlumat vermiş, polis əməkdaşları da gəlib Sevili İmrana məxsus bağ sahəsindən uzaqlaşdırmışlar. Həmişə olduğu kimi 10 iyun 2023-cü il tarixdə, təxminən saat 07:50 radələrində Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsinə gedəndə görmüşdür ki, Sevil, Sevilin adını bilmədiyi qızı, Gödəkli kəndində yaşayan İmran, Sevilin gətirdiyi və bağ sahibi İmranın özünün gətirdiyi fəhlələr İmrana məxsus bağ sahəsində meyvə yığırlar. Həmin vaxt İmran özü də Sevili başa salmağa çalışmışdır ki, bağ sahəsi onun özünə məxsusdur, bağ sahəsində olan bütün meyvə ağaclarını özü əkdirmişdir, illərlə həmin meyvə ağaclarına özü qulluq göstərmişdir, bağda əkdirdiyi bütün meyvə ağaclarına 2023-cü ildə də özü qulluq göstərərək bütün xərcləri özü çəkmişdir, o, özbaşınalıq edib onun bağ sahəsindən meyvə yığdırmasın. Sevil isə İmrana qarşı söyüş ifadələri işlədərək özü ilə gətirdiyi fəhlələrə demişdir ki, İmranı dinləməsinlər və gedib İmrana məxsus bağ sahəsindən meyvə yığsınlar. Sevili tanıdığı üçün o, Sevilə yaxınlaşmamış və bir qədər kənarda dayanıb onlara baxmışdır. Sevilin gətirdiyi fəhlələr də İmranı dinləməmişlər və Sevilin tapşırığı ilə ağaclara çıxıb gilas yığaraq özləri ilə gətirdikləri plastmas taralara doldurmuşlar. İmran isə Sevilin gətirdiyi fəhlələrlə danışaraq onları başa salmağa çalışmışdır ki, gilas yığdıqları bağ sahəsi onun özünə məxsusdur, Sevil onları aldadıb gətirmişdir. Sevilin gətirdiyi fəhlələr də İmrana demişlər ki, onların bir günahı yoxdur, onları Sevil gətirmişdir, ona görə də onlar Sevilin tapşırığı ilə bağdan gilas yığırlar. İmran nə qədər cəhd etsə də, Sevilin və onun gətirdiyi fəhlələrin meyvə yığmalarına mane ola bilməmiş və məcbur olub Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub Sevilin qanunsuz hərəkətləri barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra İmrana məxsus bağ sahəsinə Xaçmaz RPŞ-nin Sahil və Turan adlı polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları da Sevilə və onun gətirdiyi fəhlələrə demişlər ki, gilas yığdıqları bağ sahəsi İmrana məxsusdur, onlar qanunsuz olaraq İmrana məxsus bağ sahəsinə daxil olub gilas yığırlar. Sevil və onun gətirdiyi fəhlələr isə heç kimi dinləməyərək ağaclardan gilas yığıb plastmas taralara doldurmuşlar. O, bir qədər onlara baxmış, sonra isə oradan uzaqlaşıb bağın ərazisində olan tikilinin qarşısına gəlmişdir. Təxminən saat 11 radələrində qışqırıq səsləri eşidib həmin yerə yaxınlaşanda görmüşdür ki, İmran aşağı əyilib əli ilə sol ayağını tutub, əynində olan köynək isə cırılmışdır. Sevil özü isə söyüş söyərək əli ilə İmranın başına və bədəninə vurur. Bir qədər də yaxına gələndə İmranın boyun nahiyəsində və sağ qolunda xəsarət izləri olduğunu görüb başa düşmüşdür ki, həmin xəsarətləri ona Sevil yetirmişdir. Həmin vaxt orada olan Mehmanla Fəxrəddin yaxınlaşıb araya keçərək İmranı Sevilin əlindən almışlar. İmran axsaya-axsaya Sevildən uzaqlaşıb getmiş və bir qədər aralıda olan meyvə ağaclardan birinin altında yerə oturmuşdur. Bundan sonra da Sevil sakitləşməmiş və İmranın fəhlələrinin yığdıqları 25 ədəd plastmas taralardakı gilasları yerə dağıdaraq taptalayıb əzmiş, sonra isə özünün gətirdiyi fəhlələrin yığdığı 25 ədəd plastmas taralardakı gilası fəhlələrinin köməkliyi ilə aparıb getmişdir. Yaxınlaşıb İmrandan ayağına nə olduğunu soruşduqda sonuncu demişdir ki, Sevil kərpiclə vurub onun sol ayağına xəsarət yetirmişdir. İmran özü də gəlib Sevilin dağıdıb əzdiyi gilaslara baxdıqdan sonra yenidən Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub Sevilin qanunsuz hərəkətləri barədə məlumat vermiş, sonra isə şikayət etmək üçün Xaçmaz RPŞ-nə gəlmişdir. Bundan sonra o da İmranın bağ sahəsindən çıxıb yaşadığı evə getmişdir. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində baş vermiş mübahisə zamanı o, İmranın Sevili vurmasını görməmişdir. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində Sevil İmranı döyüb xəsarət yetirərkən orada Fəxrəddin, Mehman, Eyvaz, Rəvan, Oktay, Vüsal, Ayaz, Ramin, Murad, Sahil, Turan və adlarını xatırlamadığı başqa şəxslər olmuşlar. 10 iyun 2023-cü il tarixdə Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində baş vermiş həmin hadisə zamanı o, polis əməkdaşlarının Sevilin və ya onun adını bilmədiyi qızının əlindən mobil telefon almalarını görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində (xx.xx.2025) göstərdi ki, iş üzrə hadisənin baş verdiyi Zərərçəkmiş şəxs1 məxsus bağda o, 7-8 ildir ki, işləyərək gilas meyvəsi yığır. O, hadisənin baş verdiyi gün saat 8-in yarısı həmin bağa getmişdir. Həmin gün bağda səs-küyün gəldiyi hissəyə, yəni bağın yuxarı hissəsinə gəlmiş və dalaşma, sözsöhbət olduğunu görmüşdür. O, həmin yerə çatanda Zərərçəkmiş şəxs1 yıxılmış, üzərində qadınlar olmuş, köynəyini cırmışdırlar, yerdə daş da olmuşdur. Həmin daş Zərərçəkmiş şəxs1 ayağına dəymiş və o, axsayırdı. Həmçinin məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirdi ki, həmin dalaşmanın səbəbi Sevil xanımgilin hər il gələrək meyvəni yığmasına görə olmuşdur. Təqsirləndirilən şəxs daşı ataraq Zərərçəkmiş şəxs1 vurmuş, sonuncu da yerə yıxılmışdır. O, hadisə vaxtı bağın dəqiq olaraq hansı hissəsində olduğunu bilmir, yəqin ki, orta hissələrində olmuşdur. O, səs-küyə görə hadisə yerinə yaxınlaşanda təqsirləndirilən şəxsin daşı Zərərçəkmiş şəxs1 atmasını aralı məsafədən, təxminən əlli metr olardı, görmüş, həmin vaxt o, hadisənin baş verdiyi meyvə cərgəsi ilə hadisə yerinə yaxınlaşmaqda olmuşdur. O, aralıdan təqsirləndirilən şəxsin əlində nəyisə atdığını görmüş, yaxınlaşandan sonra yerdə daşın olduğunu görmüşdür. O, təqsirləndirilən şəxsin həmin daşı haradan götürdüyünü bilmir, daşı özü ilə, yaxud haradansa gətirdiyini bilmir. Təqsirləndirilən şəxs hadisə vaxtı bağa gələndə yanında iki nəfər qadın və özü ilə gətirdiyi təxminən 7-8 nəfər fəhlə də olmuşdur. O, təqsirləndirilən şəxsin daşı atmasını aralıdan görəndə həmin daşın Zərərçəkmiş şəxs1 hansı ayağına dəydiyini görməmiş, yalnız bunu görmüşdür ki, daşı atmış və bundan sonra Zərərçəkmiş şəxs1 yerə yıxılmış, yıxılan kimi də üzərinə hücum etmişlər. Zərərçəkmiş şəxs1 köynəyini təqsirləndirilən şəxsdən başqa sonuncu ilə gəlmiş digər iki qadın da hücum edərək cırmışlar. O, həmin iki qadını görsə, üzdən tanıya bilər. O, bütün bunları hadisə yerinə gəlmək üçün yaxınlaşdıqca görmüşdür. O, hadisə yerinə gəlib çatanda təqsirləndirilənlə zərərçəkmişi ayırmışdırlar, Fəxrəddin də Zərərçəkmiş şəxs1 köynəyini verdi. Polis əməkdaşları həmin bağ sahəsində həmişə (mütəmadi) olmuşlar, Lakin o, polis əməkdaşlarını tanımır. O, hadisə günü bağa arvadı ilə gəlmişdir. Təqsirləndirilən şəxs və sonuncu ilə gəlmiş iki qadın yıxılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 üzərinə hücum edib köynəyini cırmış və cırmaqlamışlar. Hadisə nəticəsində Zərərçəkmiş şəxs1 axsamışdır, həmçinin boyun nahiyəsində cırmaq izləri olmuşdur. O, hadisənin baş verdiyi yerə çatanda Zərərçəkmiş şəxs1 artıq ayağa qalxmış, əynində isə köynəyi olmamışdır. Həmin vaxt isə təqsirləndiriləni Zərərçəkmiş şəxs1 aralamışdırlar, aralarında təxminən beş-on metr məsafə olmuşdur. Təqsirləndirilən şəxsin yanında olan qadınlar da gedib onların yığdığı gilasları dağıtmışlar, hadisə yerinə polis əməkdaşları gələndən sonra o, orada olan təhqiqatçı Siyavuş müəllimi çağıraraq onun arvadının yığdığı gilasları dağıdıb əzdiyini göstərmişdir. Siyavuş müəllim təqsirləndirilən tərəfindən dağıdılaraq əzdikləri gilaslara baxmış, hansısa sənədləşmə edib getmişdir. Təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 atdığı daşın hansı rəngdə, hansı formada olduğu yadında deyildir. Hadisənin baş verdiyi gün o, bağda qalaraq axıra qədər işləmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs1 bütün saatları bağda olub-olmadığını bilmir, belə ki, o, işini davam etdirmək üçün bağın başqa hissəsinə getmişdir. İfadəsi elan olunduqdan sonra ona verilmiş suallara cavab olaraq bildirdi ki, gilasları təqsirləndirilən şəxsin tapdayaraq əzməsini şəxsən özü görməmiş, onun arvadı görmüş və sonuncu yanına bağda gələrək ona demişdir ki, qadınlar gilasları dağıdıb əzdilər. Təqsirləndirilən şəxsi İmrandan kimlərin ayırdığını dəqiq xatırlaya bilmir. Məhkəmə istintaqı zamanı elan edilmiş Şahid2 cinayət işinin materiallarında olan ibtidai istintaq orqanında verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Manafoba kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi təsərrüfatla məşğul olaraq ailəsini dolandırır. Onun əsl adı Eyvaz olsa da, hamı onu Niyaz adı ilə çağırır. O, Bakı şəhərində yaşayan Zərərçəkmiş şəxs1 təxminən 5 il olar, Təqsirləndirilən şəxs isə 2022-ci ilin iyun ayından tanıyır. Onun İmranla heç bir qohumluq əlaqəsi yoxdur. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində İmranın özünə məxsus bağ sahəsi vardır və həmin bağ sahəsində bütünlüklə gilas ağacları əkilmişdir. Təxminən 5 il olar ki, o özü də mövsümi olaraq İmrana məxsus bağ sahəsinə gedib meyvə yığılmasında İmrana köməklik göstərir. X20 məxsus bağ sahəsinə gəlməmiş və o, Sevili görməmişdir. 2022-ci ilin iyun ayının əvvəllərində Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində meyvə yığarkən Sevil bağa gəlib meyvə yığan Məhbubə adlı qadını çəkərək ağacdan yerə yıxaraq döymüş, bağda meyvə yığan digər qadınları və bağın sahibi İmranı isə söyərək təhqir etmişdir. Həmin vaxt İmrana məxsus bağda meyvə yığan qadınlar Sevili bağın ərazisindən çıxarmağa çalışarkən Sevil xəsarət almış və bununla bağlı Xaçmaz RPŞ-in İB-də cinayət işi başlanıb istintaq aparılmışdır. 2022-ci ildə meyvə yığımı başa çatdıqdan sonra o, Gödəkli kəndinə getməmiş və Sevili görməmişdir. 2023-cü ilin iyun ayının əvvəllərində İmran ona zəng vurub demişdir ki, 08 iyun 2023-cü il tarixdə Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində olan gilas meyvəsini yığdıracaqdır, o da həmin bağ sahəsinə gəlib meyvə yığsın. O, İmranla razılaşmış və 08 iyun 2023-cü il tarixdə, səhər saat 05:40 radələrində Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsinə getmişdir. Sonra İmrana məxsus bağ sahəsinə başqa fəhlələr gəlmişlər və onlar meyvə yığmağa başlamışlar. Təxminən saat 10 radələrində Sevil, atası, anası və qızı ilə birlikdə İmrana məxsus bağ sahəsinə gəlib demişdir ki, onlar da İmrana məxsus bağ sahəsindən meyvə yığacaqlar. İmran bağ sahəsinin özünə məxsus olduğunu bildirərək onların meyvə yığmalarına icazə verməmişdir. Sevil və onunla gəlmiş ailə üzvləri isə İmranı dinləməyərək bağın ərazisində gəzib ağaclardan yığıdıqları gilası yerə tökərək əzib məhv etmişlər. Açıqca hiss etmişdir ki, Sevil İmranı münaqişəyə cəlb etmək üçün bu hərəkətləri düşünülmüş formada edir. Sevil söyüş söyərək çalışmışdır ki, İmranı münaqişəyə cəlb etsin, İmran isə Sevilə yaxınlaşmayıb kənarda dayanmışdır. İmranın şikayəti əsasında həmin gün bağ sahəsinə polis əməkdaşları gəlmişlər və Sevilgili sakitləşdirib İmrana məxsus bağ sahəsindən çıxarmışlar. Buna baxmayaraq sonrakı günlərdə də Sevil İmrana məxsus bağ sahəsinə gəlib heç bir səbəb olmadan İmranı söymüş və ağaclardan gilası yığıb su arxının içərisinə tökmüşdür. Hər dəfə də İmran Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub Sevilin qanunsuz hərəkətləri barədə məlumat vermiş, polis əməkdaşları da gəlib Sevili İmrana məxsus bağ sahəsindən uzaqlaşdırmışlar. Həmişə olduğu kimi 10 iyun 2023-cü il tarixdə, təxminən saat 05:40 radələrində Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsinə gəlib meyvə yığmağa başlamışdır. Həmin gün təxminən saat 07:30 radələrində Sevil, Sevilin adını bilmədiyi qızı, Gödəkli kəndində yaşayan İmran və tanımadığı başqa 10 nəfərə yaxın fəhlə İmrana məxsus bağ sahəsinə gəlmişlər ki, gilas yığsınlar. İmran Sevili başa salmağa çalışmışdır ki, bağ sahəsi ona məxsusdur, bağ sahəsində olan bütün meyvə ağaclarını özü əkdirmişdir, illərlə həmin meyvə ağaclarına özü qulluq göstərmişdir, bağda əkdirdiyi bütün meyvə ağaclarına 2023-cü ildə də özü qulluq göstərərək bütün xərcləri özü çəkmişdir, o, özbaşınalıq edib onun bağ sahəsindən meyvə yığdırmasın. Sevil isə İmrana qarşı söyüş ifadələri işlədərək özü ilə gətirdiyi fəhlələrə demişdir ki, İmranı dinləməsinlər və gedib İmrana məxsus bağ sahəsindən meyvə yığsınlar. Sevilin gətirdiyi fəhlələr də İmranı dinləməmişlər və Sevilin tapşırığı ilə ağaclara çıxıb gilas yığmağa başlamışlar. Sevilin gətirdiyi fəhlələr yığdıqları gilası özləri ilə gətirdikləri plastmas taralara doldurmuşlar. İmran isə Sevilin gətirdiyi fəhlələrlə danışaraq onları başa salmağa çalışmışdır ki, gilas yığdıqları bağ sahəsi onun özünə məxsusdur. Sevil onları aldadıb gətirmişdir. Sevilin gətirdiyi fəhlələr isə İmrana demişlər ki, onların bir günahı yoxdur, onları Sevil gətirmişdir, ona görə də onlar Sevilin tapşırığı ilə bağdan gilas yığırlar. İmran nə qədər cəhd etsə də, Sevilin və onun gətirdiyi fəhlələrin meyvə yığmalarına mane ola bilməmiş və məcbur olub yenidən Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub Sevilin qanunsuz hərəkətləri barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra İmrana məxsus bağ sahəsinə Xaçmaz RPŞ-nin Sahil və Turan adlı polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları da Sevilə və onun gətirdiyi fəhlələrə demişlər ki, gilas yığdıqları bağ sahəsi İmrana məxsusdur, onlar qanunsuz olaraq İmrana məxsus bağ sahəsinə daxil olub gilas yığırlar. Sevil və onun gətirdiyi fəhlələr isə heç kimi dinləməyərək ağaclardan gilas yığıb plastmas taralara doldurmuşlar. Sevillə aparılan söhbətlərin heç bir nəticəsi olmadığını görən İmran söhbət etmək məqsədilə Sevilin yaxınlığında dayanmış oğlana yaxınlaşarkən təsadüfən ayağı su ilə dolu vedrəyə dəymiş və vedrədə olan su yerə dağılarkən Sevilin də üstünə sıçramışdır. Sevil suyun üstünə sıçramasını bəhanə etmiş və özü ilə gətirdiyi palazın üstünə qoyduğu qırmızı rəngli kərpic parçasını əlinə götürüb var gücü ilə İmranın üstünə atmışdır. İmran Sevilin atdığı kərpicdən yayınmaq üçün arxaya çəkilsə də, nəticəsi olmamış və Sevilin atdığı kəpic parçası İmranın sol ayağına dəymişdir. İmran aşağı əyilib əli ilə sol ayağını tutmuşdur. Həmin anda Sevil qaçaraq İmranın üstünə getmiş və əvvəlcə əli ilə İmranın başına vurmuş, İmran qaçıb uzaqlaşmaq istəyəndə isə Sevil onun qaçmasına mane olmaq üçün əli ilə İmranın köynəyindən tutaraq dartıb cırmışdır. Sevil İmranın əynində olan köynəyi cırdıqdan sonra da sakitləşməmiş və söyüş söyərək əlləri ilə İmranın boyun nahiyəsini və sağ qolunu cırmışdır. İmran isə Sevilə qarşı heç bir hərəkət etməmiş və çalışmışdır ki, Sevilin əlindən çıxıb uzaqlaşsın. Sevil isə bir əli ilə İmranın köynəyindən tutub saxlamış, digər əliylə isə İmranın başına və sifətinə vurmuşdur. Sevil İmrandan əl çəkmədiyi üçün orada olan Mehmanla Fəxrəddin yaxınlaşıb araya keçərək İmranı Sevilin əlindən almışlar. İmran axsaya-axsaya Sevildən uzaqlaşıb getmiş və ayağı ağrıdığı üçün bir qədər aralıda olan meyvə ağaclarından birinin altında yerə oturmuşdur. Sevil bununla da sakitləşməmiş və onların yığdığı 25 ədəd plastmas taralardakı gilasları yerə dağıdaraq taptalayıb əzmiş, sonra isə özünün gətirdiyi fəhlələrin yığdığı 25 ədəd plastmas taralardakı gilası fəhlələrinin köməkliyi ilə aparıb getmişdir. O, gedib İmrana demişdir ki, Sevil onların yığdıqları gilasları yerə dağıdıb əzmişdir. İmran özü də gəlib Sevilin dağıdaraq əzib məhv etdiyi gilasları görmüş və bir daha Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub Sevilin qanunsuz hərəkətləri barədə məlumat vermiş, sonra isə şikayət etmək üçün Xaçmaz RPŞ-nə gəlmişdir. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində baş vermiş mübahisə zamanı İmran Sevili vurmamışdır. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində Sevil İmranı döyüb xəsarət yetirərkən orada Fəxrəddin, Mehman, Rəvan, Vüsal, Ayaz, Ramin, Murad, Ramilə, Yeganə, Məhbubə, Sahil, Turan və adlarını xatırlamadığı başqa şəxslər olmuşlar. 10 iyun 2023-cü il tarixdə Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində baş vermiş həmin hadisə zamanı o, polis əməkdaşlarının Sevilin və ya onun adını bilmədiyi qızının əlindən mobil telefon almalarını görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid15 ifadəsində (xx.xx.2025) göstərdi ki, o, Zərərçəkmiş şəxs1 bağında gilas meyvəsi yığımında bir neçə ildir ki, fəhlə işləyir. Bildiklərinə görə, həmin bağ Zərərçəkmiş şəxs1 məxsusdur. Lakin Sevil xanım həmin bağa gələrək müdaxilə etmişdir ki, bağ onundur. Hadisə günü də həmişə olduğu kimi səhər saat təxminən 7-də onlar həmin bağa gəlmişlər. Bir müddət sonra mübahisə yarandığını eşitmişlər. Hadisə yerinə yaxınlaşanda görmüşdür ki, Zərərçəkmiş şəxs1 yerə yıxılıb, köynəyi cırılıb, qolunda cırmaq izi vardır. Həmçinin məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, o, Zərərçəkmiş şəxs1 vurulduğu anı görməmiş, lakin sonuncunun yaxınlığında Sevil xanım və qızı olmuşdur. O, xx.xx.2023-cü il tarixdə həmin bağa səhər saat təxminən 7-8 arası getmişdir. Təqsirləndirilən şəxsin isə həmin gün bağa saat neçədə gəldiyi dəqiq yadında deyil, lakin onlardan bir qədər sonra gəlmişdir. Təqsirləndirilən şəxs həmin vaxt bağa, səhv xatırlamırsa, qızı ilə və fəhlələrlə gəlmişdir. Hadisə baş verənədək təqsirləndirilən şəxsin gətirdiyi fəhlələr gilasları yığanda Zərərçəkmiş şəxs1 onlara demişdir ki, “bura mənim bağımdır, bu bağa mən qulluq etmişəm. Yığmayın”. Həmin fəhlələrin də təqsiri yox idi, Sevil xanımın göstərişi ilə yığmışlar. Bundan sonra Zərərçəkmiş şəxs1, səhv xatırlamırsa, polisə müraciət etmişdir, müraciət etdikdən sonra polis əməkdaşları bağa gəlmişlər. O, həmin polis əməkdaşlarının adlarını bilmir. Həmin vaxt gəlmiş polis əməkdaşlarının neçə nəfər olduğunu bilmir, çünki ora dəfələrlə polislər gəlmiş, buna görə də dəqiq cavab verə bilmir. Həmin vaxt polislər gəlib Sevil xanımı da bağdan uzaqlaşdırmışlar. Polisin daha sonra nə etdiyini xatırlamır, çünki hər dəfə eyni hərəkətlər baş vermiş, polislər də eyni şeyləri etmişlər, üzərindən uzun müddət keçdiyindən dəqiq bilmir. Polis gələrək aranı sakitləşdirdikdən sonra o, gedərək meyvə yığmağı davam etdirmiş, işini davam etdirən yerdə yanında onunla eyni kənddən, eyni briqadada olduğu fəhlələr Vüsal, Musa olmuşdur. Hadisə baş verən vaxt o, səs-küyü eşitmiş və baxanda hadisəni görmüşdür. Hadisə ilə onun işlədiyi yerin arasında nə qədər məsafə olduğunu bilmir, lakin oradan baxdıqda hadisə adi gözlə görünmüşdür. Baxanda görmüşdür ki, Zərərçəkmiş şəxs1 yıxılıb, Sevil xanım və sonuncunun qızı da Zərərçəkmiş şəxs1 yanındadırlar. Zərərçəkmiş şəxs1 köynəyinin cırıldığını hadisə yerinə yaxınlaşanda görmüş, o, gəlib çatanda görmüşdür ki, Zərərçəkmiş şəxs1 köynəyi cırılıb, bir-iki nəfər də aralayaraq sonuncunu aparırlar. O həm aralıdan, yəni səs-küyü eşidib hadisə baş verən tərəfə baxan andan, hadisə yerinə çatana kimi Sevil xanımın Zərərçəkmiş şəxs1 qarşı nəsə etdiyini görməmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 qolunda cırmaq izini görmüşdür. Hadisə baş verən ərəfələrdə polis əməkdaşlarının orada olub-olmadıqları yadında qalmamışdır. Zərərçəkmiş şəxs1 məhz Təqsirləndirilən şəxs vurduğunu görməmişdir. Zərərçəkmiş şəxs1 yıxıldığı yerdən orada olan tanışları götürərək aparmışlar, geyinməsi üçün köynək vermişlər. Hadisədən sonra Zərərçəkmiş şəxs1 bağ sahəsində qalıb-qalmadığını bilmir, belə ki, hadisədən sonra o, gilas meyvəsini yığmaq üçün getmişdir. Həmin gün bağda onun saat neçəyə kimi işlədiyi yadında deyil, müdaxilələr edilməsi səbəbindən günorta saatlarına kimi işlədikləri vaxtlar da olub, axıra qədər işlədikləri vaxtlar da, ona görə də hadisə günü nə vaxt getdiyi yadında deyildir. O, həmin bağda təxminən 3-4 il olar ki, işləmişdir. İfadəsi elan olunduqdan sonra verilmiş suallara cavab olaraq bildirdi ki, o, hesab edir ki, polis şöbəsində verdiyi ifadə düzgün olar, çünki hazıradək xeyli müddət keçdiyindən düzgün xatırlamadığı hallar ola bilər, hazırda hər şeyi nöqtə-vergülünə kimi xatırlaya bilməz, o qədər başqa dərdləri vardır ki. O, iki-üç ildir eyni şey barədə düşünüb durmur. O, aralıdan hadisə yerinə baxaraq gələndə Zərərçəkmiş şəxs1 yerə yıxıldığını, Təqsirləndirilən şəxs və qızının isə onun çox yaxınlığında, yanında olduğunu görmüş, hadisə yerinə çatanda Zərərçəkmiş şəxs1 köynəyinin cırıldığını, cırmaq izlərinin olduğunu görmüş və buna görə də hesab edir ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsgil vurmuşdur. O, təqsirləndirilən şəxsin gilas meyvələrini yerə dağıdaraq əzdiklərini görmüşdür. Neçə tara gilası dağıtmasını bilmir, lakin xeyli sayda olmuşdur. Məhkəmə istintaqı zamanı elan edilmiş Şahid15 cinayət işinin materiallarında olan ibtidai istintaq orqanında verdiyi ifadəsindən müəyyən edilir ki, o, valideynləri ilə birlikdə Xaçmaz rayonu, Bəbəli kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Mövsümi olaraq bağ sahələrinə gedib meyvə yığır. O, Bakı şəhərində yaşayan Zərərçəkmiş şəxs1 təxminən 4 il olar, Təqsirləndirilən şəxs isə bir il olar ki, tanıyır. Onun İmranla heç bir qohumluq əlaqəsi yoxdur. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində İmranın özünə məxsus bağ sahəsi var və həmin bağ sahəsində bütünlüklə gilas ağacları əkilmişdir. Təxminən 4 il olar ki, o özü də mövsümi olaraq İmrana məxsus bağ sahəsinə gedib meyvə yığılmasında ona köməklik göstərir. Əvvəllər o, Sevilin İmrana məxsus bağ sahəsinə gəldiyini görməmişdir. Ancaq eşitdiyinə görə 2022-ci ilin iyun ayının əvvəllərində Sevil Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsinə gəlib meyvə yığan Məhbubə adlı qadını çəkərək ağacdan yerə yıxıb döymüşdür. 2023-cü ilin iyun ayının əvvəllərində İmran ona zəng vurub demişdir ki, 08 iyun 2023-cü il tarixdə Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində olan gilas meyvəsini yığdıracaqdır, o da ona məxsus bağ sahəsinə gəlib meyvə yığsın. O, İmranla razılaşmış və 08 iyun 2023-cü il tarixdə, səhər saat 07 radələrində Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsinə getmişdir. O, İmrana məxsus bağ sahəsinə çatanda görmüşdür ki, artıq bəzi fəhlələr gəlib gilas yığırlar. Ondan sonra da İmrana məxsus bağ sahəsinə başqa fəhlələr gəlmişlər və onlar meyvə yığmağa başlamışlar. İmrana məxsus bağ sahəsinə gəldiyi vaxtdan təxminən 3 saata yaxın vaxt keçdikdən sonra Sevil atası, anası və qızı ilə birlikdə İmrana məxsus bağ sahəsinə gəlib demişdir ki, onlar da İmrana məxsus bağ sahəsindən meyvə yığacaqlar. İmran bağ sahəsinin özünə məxsus olduğunu bildirərək onların meyvə yığmalarına icazə verməmişdir. Sevil və onunla gəlmiş ailə üzvləri isə İmranı dinləməyərək bağın ərazisində gəzib ağaclardan yığdıqları gilası yerə tökərək əzib məhv edirdilər. O, açıqca hiss etmişdir ki, Sevil İmranı münaqişəyə cəlb etmək üçün bu hərəkətləri düşünülmüş formada edir. Sevil söyüş söyərək çalışırdı ki, İmranı münaqişəyə cəlb etsin, İmran isə Sevilə yaxınlaşmayıb kənarda dayanırdı. İmranın şikayəti əsasında həmin gün bağ sahəsinə polis əməkdaşları gəlmişlər və Sevilgili sakitləşdirib İmrana məxsus bağ sahəsindən çıxarmışlar. Buna baxmayaraq sonrakı günlərdə də Sevil İmrana məxsus bağ sahəsinə gəlib heç bir səbəb olmadan İmranı söymüş və ağaclardan gilası yığıb su arxının içərisinə tökmüşdür. Hər dəfə də İmran Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub Sevilin qanunsuz hərəkətləri barədə məlumat vermişdir, polis əməkdaşları da gəlib Sevili İmrana məxsus bağ sahəsindən uzaqlaşdırmışlar. Həmişə olduğu kimi 10 iyun 2023-cü il tarixdə, təxminən saat 07 radələrində o, Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsinə gəlib meyvə yığmağa başlamışdır. Həmin gün təxminən saat 07:30 radələrində Sevil, Sevilin adını bilmədiyi qızı və tanımadığı başqa 10 nəfərə yaxın fəhlə İmrana məxsus bağ sahəsinə gəlmişlər ki, gilas yığsınlar. İmran Sevili və onunla gəlmiş fəhlələri başa salmağa çalışmışdır ki, bağ sahəsi ona məxsusdur, bağ sahəsində olan bütün meyvə ağaclarını özü əkdirmişdir, illərlə həmin meyvə ağaclarına özü qulluq göstərmişdir, bağda əkdirdiyi bütün meyvə ağaclarına 2023-cü ildə də özü qulluq göstərərək bütün xərcləri özü çəkmişdir, onlar özbaşınalıq edib onun bağ sahəsindən meyvə yığmasınlar. Sevil isə İmrana qarşı söyüş ifadələri işlədərək özü ilə gətirdiyi fəhlələrə demişdir ki, İmranı dinləməsinlər və gedib İmrana məxsus bağ sahəsindən meyvə yığsınlar. Sevilin gətirdiyi fəhlələr də İmranı dinləmədilər və Sevilin tapşırığı ilə ağaclara çıxıb gilas yığmağa başlamışlar. Sevilin gətirdiyi fəhlələr yığdıqları gilası özləri ilə gətirdikləri plastmas taralara doldururmuşlar. İmran isə Sevilin gətirdiyi fəhlələrlə danışaraq onları başa salmağa çalışmışdır ki, gilas yığdıqları bağ sahəsi onun özünə məxsusdur, Sevil onları aldadıb gətirmişdir. Sevilin gətirdiyi fəhlələr isə İmrana demişlər ki, onların bir günahı yoxdur, onları Sevil gətirmişdir, ona görə də onlar Sevilin tapşırığı ilə bağdan gilas yığırlar. İmran nə qədər cəhd etsə də, Sevilin və onun gətirdiyi fəhlələrin meyvə yığmalarına mane ola bilməmiş və məcbur olub yenidən Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub Sevilin qanunsuz hərəkətləri barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra İmrana məxsus bağ sahəsinə Xaçmaz RPŞ-nin Sahil və Turan adlı polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları da Sevilə və onun gətirdiyi fəhlələrə demişlər ki, gilas yığdıqları bağ sahəsi İmrana məxsusdur, onlar qanunsuz olaraq İmrana məxsus bağ sahəsinə daxil olub gilas yığırlar. Sevil və onun gətirdiyi fəhlələr isə heç kimi dinləməyərək ağaclardan gilas yığıb plastmas taralara doldurmuşlar. O, Sevilgilin yanında dayanmamış və gedib bir qədər aralıda olan ağaclardan gilas yığmağa başlamışdır. Təxminən saat 11 radələrində qışqırıq səsləri eşidib həmin yerə yaxınlaşanda görmüşdür ki, İmran aşağı əyilib əli ilə sol ayağını tutub, əynində olan köynək cırılıb. Sevil özü isə söyüş söyərək əli ilə İmranın başına və bədəninə vurur. Bir qədər də yaxına gələndə İmranın boyun nahiyəsində və sağ qolunda xəsarət izləri olduğunu görüb başa düşmüşdür ki, həmin xəsarətləri ona Sevil yetirib. Həmin vaxt orada olan Mehmanla Fəxrəddin yaxınlaşıb araya keçərək İmranı Sevilin əlindən almışlar. İmran axsaya-axsaya Sevildən uzaqlaşıb getmiş və bir qədər aralıda olan meyvə ağaclarından birinin altında yerə oturmuşdur. Bundan sonra da Sevil sakitləşməmiş və onların yığdığı 25 ədəd plastmas taralardakı gilasları yerə dağıdaraq taptalayıb əzmiş, sonra isə özünün gətirdiyi fəhlələrin yığdığı 25 ədəd plastmas taralardakı gilası fəhlələrinin köməkliyi ilə aparıb getmişdir. O, yaxınlaşıb İmrandan ayağına nə olduğunu soruşduqda demişdir ki, Sevil kərpiclə vurub onun sol ayağına xəsarət yetirmişdir. İmran özü də gəlib Sevilin dağıdıb əzdiyi gilaslara baxdıqdan sonra yenidən Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub bu barədə məlumat vermiş, sonra isə şikayət etmək üçün Xaçmaz RPŞ-nə gəlmişdir. Bundan sonra o da İmranın bağ sahəsindən çıxıb yaşadığı evə getmişdir. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində baş vermiş mübahisə zamanı o, İmranın Sevili vurmasını görməmişdir. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində Sevil İmranı döyüb xəsarət yetirərkən orada Fəxrəddin, Mehman, Eyvaz, Oktay, Vüsa Ayaz, Ramin, Murad, Sahil, Turan və adlarını xatırlamadığı başqa fəhlələr olmuşlar. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində baş vermiş həmin hadisə zamanı o, polis əməkdaşlarının Sevilin və onun adını bilmədiyi qızının əlindən mobil telefon almalarını görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid13 ifadəsində (xx.xx.2025) göstərdi ki, onlar hadisənin baş verdiyi bağa səhər saatlarında fəhlə olaraq gilas meyvəsi yığmağa getmişlər. Bağa çataraq gilas yığmağa başlamışlar, bundan bir neçə saat sonra iş üzrə təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 arasında dava-dalaş baş vermişdir. Onları gilas yığmağa qoymamışlar, ağacdan aşağı düşürmüşlər, o, yerdə kənarda dayanmış, həmin dava-dalaşı da bu zaman görmüşdür. O, aralıdan görmüşdür ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1, səhv xatırlamırsa, köynəyini dartaraq cırmışdır. Həmin gün təqsirləndirilən şəxs onların yığdığı xeyli gilası da yerə dağıdaraq əzib zay etmişdir. Təqsirləndirilən şəxs hadisənin baş verdiyi gün özü ilə bağa fəhlələr də gətirmişdir. Uzun müddət keçdiyindən başqa xüsusatları xatırlaya bilmir. O, polis şöbəsində bu barədə ifadə vermişdir. Həmçinin məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, həmin bağa 4 il gedərək işləmişdir. 2022-ci ilin iyun ayında da təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 arasında bağla əlaqədar mübahisə, söz-söhbət olmuşdur. O, həmin bağda işlədiyi müddət ərzində təqsirləndirilən şəxslə hər mübahisə yarandıqda polis əməkdaşları bağa gəlmişlər. Hazırkı iş üzrə hadisənin baş verdiyi gün də hadisədən sonra polis əməkdaşları gəlmişlər. O, polislərin kimlər olduğunu bilmir. O, polislərin saat neçədə gəldiklərini dəqiq bilmir, onlar bağa işləməyə gedəndən təxminən 3-4 saat sonra gəlmişlər. O, polis əməkdaşlarını bağ sahəsinə kimin çağırdığını bilmir. O, həmin vaxt bağa Vüsal və Rəvanla getmişdir. Təqsirləndirilən şəxs həmin vaxt bağa qızı, bir nəfər qadın və fəhlələrlə gəlmiş, yanında başqa kimlərin olduğu yadında deyil. Hadisənin baş verməsinə səbəb Sevil xanımın gələrək həmin bağdan gilas yığmasına görə olmuş, Zərərçəkmiş şəxs1 bağın onun özünə məxsus olduğunu deyərək Sevil xanımgilin yığmasına etirazını bildirmişdir. Mübahisə yarananda Zərərçəkmiş şəxs1 heç bir şey etməmiş, kənara çəkilərək dayanmışdır. Mübahisə yarananda Zərərçəkmiş şəxs1 polisə zəng edibetməməsini görməmişdir. Hadisə baş verən gün polis əməkdaşları bağa gəlmişlər. Polislər bağa gələndən sonra onları bağdan bayıra çıxarmışlar ki, daha gilas yığmasınlar, bundan sonra onlar bağa qayıtmamış, evlərinə getmişlər. Bağda hadisə baş verən yerlə onun olduğu yer arasındakı məsafəni nə dəqiq, nə də təxmini xatırlamır. O, mübahisə səsini eşidib baxmış və dava-dalaşı görmüşdür. O, kiminsə kimisə vurduğunu görməmiş, yalnız təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 köynəyini cırmasını görmüşdür. Hadisədən sonra Zərərçəkmiş şəxs1 xəsarətlərini görməmiş, yalnız ayağının axsadığını görmüşdür, ayağının əzildiyini demişdir. O, Zərərçəkmiş şəxs1 ayağının nəyin nəticəsində əzildiyini görməmişdir. O, təqsirləndirilən şəxsin onların yığdıqları, taralardakı gilasları dağıdaraq əzdiyini görmüşdür. O, həmin vaxt yeşiklərin yanında olmamış, əzdiyini aralıdan görmüşdür. O, həmin vaxt Zərərçəkmiş şəxs1 polisə müraciət etməsini bilmir. O, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 köynəyini cırandan sonra deyil, cırdığı anı görmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 köynəyini cıranda sonuncu ayaqüstə olmuşdur. Təqsirləndirilən şəxsin müdaxiləsi nəticəsində polis əməkdaşları onları meyvə yığmağa qoymayıb bağdan çıxarmışlar. Polis əməkdaşları onları bağdan hadisə baş verən gün də çıxarmışlar, ondan əvvəlki gün də çıxarmışlar. Hadisə baş verən gün isə onları bağdan təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 köynəyini cırdıqdan sonra çıxarmışlar, o, bundan sonra bağa qayıtmamışdır. Həmin gün o, təxminən 10-15 tara gilas yığmışdır. O, Zərərçəkmiş şəxs1 xəsarətlərin olub-olmadığını yaxından görməmiş, lakin ayağının axsadığını görmüşdür. O, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 döyməsi anını görməmiş, yalnız sözlü mübahisəlirini və köynəyini cırmasını görmüşdür. Məhkəmə istintaqı zamanı Şahid13 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək həmin ifadədən müəyyən edildi ki, o, Şahid15 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid10 ifadəsində (xx.xx.2025) göstərdi ki, Zərərçəkmiş şəxs1 dəvəti ilə bağ sahəsindən fəhlə olaraq gilas meyvəsi yığmaq üçün o, həmkəndliləri Musa və Rəvanla birlikdə həmin bağa gedərək işləmişlər. Hadisə baş verən gün də həmin bağda meyvə yığmışlar. Səhv etmirsə bu xanımla (təqsirləndiriləni göstərərək) Zərərçəkmiş şəxs1 arasında bağ sahəsinə görə mübahisə yaranmış, sonra isə dava-dalaş baş vermişdir. O, təxminən bir il bundan əvvəl avtomobil qəzasına düşmüş, travma almış, hadisədən xeyli vaxt keçmiş, nələrisə xatırlamaya bilər. O, savadsızdır, yazıları da oxuya bilmir. Həmçinin məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, hadisənin baş verdiyi bağda üç il meyvə yığmışdır. O, həmin bağda 2022-ci ildə də işləmişdir, həmin ildə bağda dava-dalaş olub-olmadığı yadında deyildir. 2023-cü ildə həmin bağda dava-dalaş olması da yadında deyil, avtomobil qəzasında travma alandan sonra xatırlaya bilmir. Sevil xanımın gilasları dərərək arxın içərisinə tökməsi halı, deyəsən, olmuş, bu, yadına düşür. Həmçinin yığdıqları gilasları Sevil xanım dağıdaraq əzmiş, gilasların bir qismini Sevil xanımın fəhlələri oğurlayaraq aparmışdır, onun yadına təxminən bunlar gəlir. Təqsirləndirilən şəxsin hadisə baş verən gün bağa cavan qızla - deyəsən, sonuncunun qızı idi – və qoca bir kişi ilə gəldiyi yadındadır. Həmin vaxt təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 arasında mübahisə olmuşdur. Həmin vaxt hadisə yerinə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları gələndən sonra Sevil xanımı da, onları da bağdan çıxarmışlar, polis əməkdaşları onları bağdan çıxarandan sonra o da evinə getmişdir. O, bağın aşağı hissəsindən hadisənin baş verdiyi tərəfə gələndə görmüşdür ki, dava-dalaş baş verir, Zərərçəkmiş şəxs1 köynəyi cırılıb. O, Zərərçəkmiş şəxs1 köynəyini kimin cırdığını görməmiş, o gələndə Zərərçəkmiş şəxs1 artıq cırılmış köynəyini dəyişmişdir. O, həmin vaxt kiminsə kimisə vurmasını görməmişdir. İfadəsi elan edildikdən sonra verilmiş suala cavab olaraq bildirdi ki, həmin ifadəsi düzgündür, lakin artıq iki il keçdiyindən, hazırda yadında qalmamışdır. Məhkəmə istintaqı zamanı Şahid10 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək həmin ifadədən müəyyən edildi ki, o, şahidlər Şahid15 və Şahid13 ibtidai istintaq zamanı verdikləri ifadələrlə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid14 ifadəsində (xx.xx.2025) göstərdi ki, o, hər səhər saatlarında bağ sahəsinə gedərək fəhlə kimi işləməklə gilas meyvəsi yığmışdır. xx.xx.2023-cü ildə də həmin bağa gedərək gilas yığmışlar. Həmin gündən Sevil adlı bir qadın gələrək işləməyə müdaxilə etmiş, meyvə yığmağa qoymamış, onları bağdan çıxmağa məcbur etmişdir. Zərərçəkmiş şəxs1 gələrək bir neçə dəfə Sevilgilə demişdir ki, bura onun bağıdır, bura gəlməyin. Bir-iki gün sonra isə Sevil xanım bağa özü ilə fəhlələr də gətirmiş, yenə gələrək onların gilas yığmalarına maneçilik törətmişdir. Zərərçəkmiş şəxs1 bu dəfə də onlara bağdan çıxmalarını, bağın ona məxsus olduğunu demişdir. Lakin Sevilgil təzyiq göstərməyə, söyüş söyməyə başlamışlar, telefonla onları çəkmişlər. Təqsirləndirilən şəxsdən onları niyə videoya çəkdiyini soruşanda demişdir ki, “bu bağ mənimdir, çıxın buradan”. Lakin onlar heç vaxt Sevil xanımgili həmin bağda görməmişlər. Həmin gün bağda gilas yığarkən səs-küy gəldiyini eşidib həmin tərəfə yaxınlaşanda görmüşlər ki, Sevil xanım Zərərçəkmiş şəxs1 üstünə gedərək pis söyüşlər söyür, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs bağdan çıxmalarını demişdir. Daha sonra isə Sevil xanım Zərərçəkmiş şəxs1 daş atmış və sonuncunun ayağına dəymiş, Zərərçəkmiş şəxs1 yerə yıxılmış, yıxılan anda Təqsirləndirilən şəxs arxadan sonuncunun köynəyini tutaraq cırmış, orada olan şəxslər onları ayırmışlar, sonra isə polis əməkdaşları gəlmişlər. Həmçinin məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, hazırda ifadəsində dediklərini görmüşdür. O, təqsirləndirilən şəxsi yalnız bağda görməklə tanımışdır. Onlar bağa gedəndən sonra təqsirləndirilən şəxsin nə qədər sonra gəldiyi dəqiq yadında deyildir. Təqsirləndirilən şəxs bağa təxminən on nəfər fəhlə ilə gəlmişdir, onların yığdığı gilasları da taralardan dağıdaraq əzib məhv etmişlər. O, həmin vaxt təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 arasında mübahisənin baş verdiyi yerin yaxınlığındakı ağaclardan gilas yığmış, həmin yerdən baxanda təqsirləndirilən şəxsin oturduğu yer görünən olmuşdur. Təqsirləndirilən şəxs yerə palaz sərib oturmuşdur. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsə bağdan çıxmasını demiş, sonuncu isə nalayiq ifadələrlə Zərərçəkmiş şəxs1 söymüşdür. Sonra isə təqsirləndirilən şəxs daşla Zərərçəkmiş şəxs1 ayağından vurmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 daşı atanda o, onların olduğu yerdən təxminən on metr aralıda ağacın altında dayanaraq baxmış, daşı atmasını görmüşdür. Həmin daş qırmızı rəngli kərpicə oxşayırdı. Daş Zərərçəkmiş şəxs1 ayağına dəyəndə yerə yıxılan zaman təqsirləndirilən şəxs arxadan onun köynəyindən yapışıb cırmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 köynəyindən yapışıb cıranda sonuncuya cırmaq da atmışdır. Həmin vaxt o, onların yanına getməmiş, on metr aralıdan baxmışdır, Sevil və İmranın ətrafında adamlar çox olmuşdur. Təqsirləndirilən şəxsi Zərərçəkmiş şəxs1 ayırmışlar, lakin kimlərin ayırdığı yadında deyildir. Hadisə zamanı təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 ətrafında adamlar olsa da, onları əhatəyə almamışlar, o, boşluq hissədən dava-dalaşı görmüşdür. Həmin daşı Təqsirləndirilən şəxsgil, deyəsən, əvvəldən palazın kənarına qoymuşdurlar. Daş Zərərçəkmiş şəxs1 sol ayağına dəymişdir. Məhz sol ayağına dəydiyini həmin anda görüb bilməmiş, sonradan Zərərçəkmiş şəxs1 yanına gəlib bilmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 ayağından başqa boyun nahiyəsində də cırmaq izlərinin olduğunu görmüşdür. Həmin cırmaqları təqsirləndirilən şəxs etmiş, təqsirləndirilən şəxsin yetirdiyini görmüşdür. Hadisədən sonra Zərərçəkmiş şəxs1 axsamış, gedərək ağacın altında oturmuş, sonuncuya geyinməsi üçün köynək vermişlər. Bundan sonra isə Sevil xanımgil taralardakı gilasları dağıdıb məhv etmişlər. Gilasları təqsirləndirilən şəxs və onun yanında olmuş iki qız dağıtmışdır. Zərərçəkmiş şəxs1 gilasların dağıdılması zamanı heç nə etmirdi, ümumiyyətlə, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ona yaxın gələcəyi təqdirdə hədələyir, “yaxına gəlsən, gör sənə nə edərəm” kimi ifadələr demişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər, o, polisə kimin zəng etməsini bilmir, gəlmiş polis əməkdaşlarını tanımır. Polislər gəlib hadisə yerinə baxaraq getmişlər. Təqsirləndirilən şəxs tez-tez yaxınlaşıb “ağacdan düşün, yığmayın” deməklə onların işləməyinə mane olmuşdur. Təqsirləndirilən şəxs əlinə daşı götürəndə Zərərçəkmiş şəxs1 çevrilərək qaçmağa başlamış, daşı da bu vaxt arxasınca atmışdır. O, məhkəmə iclasında elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı elan edilmiş Şahid14 cinayət işinin materiallarında olan ibtidai istintaq orqanında verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Niyazoba kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi təsərrüfatla məşğul olaraq ailəsini dolandırır. O, Bakı şərində yaşayan Zərərçəkmiş şəxs1 təxminən 8- 9 il olar ki, tanıyır. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində İmranın özünə məxsus bağ sahəsi var və həmin bağ sahəsində bütünlüklə gilas ağacları əkilmişdir. Təxminən 8 il olar ki, o, mövsümi olaraq Xaçmaz rayonu, Gödəkli kəndinə gedib həmin kənd ərazisində yerləşən İmrana məxsus bağ sahəsində gilas meyvəsi yığmışdır. Xaçmaz rayonu, Gödəkli kəndində yaşayan Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. X20 məxsus bağ sahəsinə gəlməmiş və o, Sevili görməmişdir. 2023-cü ilin iyun ayının əvvəllərində İmran onlara zəng vurub demişdir ki, 08 iyun 2023-cü il tarixdə Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində olan gilas meyvəsini yığdıracaqdır, onlar da ona məxsus bağ sahəsinə gəlib meyvə yığsınlar. Bu səbəbdən də 08 iyun 2023-cü il tarixdə, saat 06 radələrində o, arvadı Ramilə, həmkəndlisi Yeganə birlikdə Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsinə getmişlər ki, meyvə yığsınlar. İmrana məxsus bağ sahəsinə çatanda görmüşdür ki, artıq bəzi fəhlələr gəlib gilas yığırlar. Onlardan sonra da İmrana məxsus bağ sahəsinə başqa fəhlələr gəlmişlər və onlar meyvə yığmağa başlamışlar. İmrana məxsus bağ sahəsinə gəldikləri vaxtdan təxminən 2-3 saata yaxın vaxt keçdikdən sonra Sevil, atası, anası və qızı birlikdə İmrana məxsus bağ sahəsinə gəlib demişlər ki, onlar da İmrana məxsus bağ sahəsindən meyvə yığacaqlar. İmran bağ sahəsinin özünə məxsus olduğunu bildirərək Sevilgilin meyvə yığmalarına icazə verməmişdir. Sevil və onunla gəlmiş ailə üzvləri isə İmranı dinləməyərək bağın ərazisində gəzib ağaclardan yığdıqları gilası yerə tökərək əzib məhv etmişlər. O, açıqca hiss etmişdir ki, Sevil İmranı münaqişəyə cəlb etmək üçün bu hərəkətləri düşünülmüş formada edir. Sevil söyüş söyərək çalışmışdır ki, İmranı münaqişəyə cəlb etsin, İmran isə Sevilə yaxınlaşmayıb kənarda dayanmışdır. İmranın şikayəti əsasında həmin gün bağ sahəsinə polis əməkdaşları gəlmişlər və Sevilgili sakitləşdirib İmrana məxsus bağ sahəsindən çıxarmışlar. Buna baxmayaraq sonrakı günlərdə də Sevil İmrana məxsus bağ sahəsinə gəlib heç bir səbəb olmadan İmranı söymüş və ağaclardan gilası yığıb su arxının içərisinə tökmüşdür. Sevil bu yolla İmranı münaqişəyə cəlb etməyə çalışmışdır. İmran isə Sevilə yaxınlaşmamış və Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub Sevilin qanunsuz hərəkətləri barədə məlumat vermişdir, polis əməkdaşları da gəlib Sevili İmrana məxsus bağ sahəsindən uzaqlaşdırmışlar. Həmişə olduğu kimi 10 iyun 2023-cü il tarixdə, təxminən saat 07 radələrində o, Ramilə və Yeganə Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsinə gedib meyvə yığmağa başlamışlar. Həmin gün təxminən saat 07:30 radələrində Sevil, Sevilin adını bilmədiyi qızı, Sevilin adını bilmədiyi bacısı qızı və tanımadığı başqa 10 nəfərə yaxın fəhlə İmrana məxsus bağ sahəsinə gəlmişlər ki, gilas yığsınlar. İmran Sevili və onunla gəlmiş fəhlələri başa salmağa çalışmışdır ki, bağ sahəsi ona məxsusdur, bağ sahəsində olan bütün meyvə ağaclarını özü əkdirmişdir, illərlə həmin meyvə ağaclarına özü qulluq göstərmişdir, bağda əkdirdiyi bütün meyvə ağaclarına 2023cü ildə də özü qulluq göstərərək bütün xərcləri özü çəkmişdir, onlar özbaşınalıq edib onun bağ sahəsindən meyvə yığmasınlar. Sevil isə İmrana qarşı söyüş ifadələri işlədərək özü ilə gətirdiyi fəhlələrə demişdir ki, İmranı dinləməsinlər və gedib İmrana məxsus bağ sahəsindən meyvə yığsınlar. Sevilin gətirdiyi fəhlələr də İmranı dinləməmişlər və Sevilin tapşırığı ilə bağda olan ağaclardan gilas yığmağa başlamışlar. Sevilin gətirdiyi fəhlələrin bəziləri yığdıqları gilası özləri ilə gətirdikləri plastmas vedrələrə, bəziləri isə plastmas taralara doldurmuşlar. İmran isə Sevilin gətirdiyi fəhlələrlə danışaraq onları başa salmağa çalışmışdır ki, gilas yığdıqları bağ sahəsi onun özünə məxsusdur, Sevil onları aldadıb gətirmişdir. Sevilin gətirdiyi fəhlələr isə İmrana demişlər ki, onları Sevil gətirmişdir, ona görə də onlar Sevilin tapşırığı ilə bağdan gilas yığırlar. İmran nə qədər cəhd etsə də, Sevilin və sonuncunun gətirdiyi fəhlələrin meyvə yığmalarına mane ola bilməmiş və məcbur olub yenidən Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub Sevilin qanunsuz hərəkətləri barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra İmrana məxsus bağ sahəsinə Xaçmaz RPŞ-nin adlarını bilmədiyi polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları da Sevilə və onun gətirdiyi fəhlələrə demişlər ki, gilas yığdıqları bağ sahəsi İmrana məxsusdur, onlar qanunsuz olaraq İmrana məxsus bağ sahəsinə daxil olub gilas yığırlar. Sevilin gətirdiyi fəhlələr isə heç kimi dinləməyərək ağaclardan gilas yığıb vedrələrə və plastmas taralara doldurmuşlar. Təxminən saat 11 radələri olardı o, İmranın dayandığı yerin yaxınlığında olan ağacdan gilas yığarkən Sevilin söyüş söydüyünü eşidib həmin istiqamətə baxanda görmüşdür ki, Sevil yerə sərdiyi palazın üstündə olan kərpic parçasını əlinə götürüb İmranın üstünə atmışdır. Sevilin atdığı kəpic parçası İmranın sol ayağına dəymiş və İmran aşağı əyilib əli ilə sol ayağını tutmuşdur. Həmin anda Sevil qaçaraq İmranın üstünə getmiş və əvvəlcə əli ilə İmranın başına vurmuşdur. İmran qaçıb uzaqlaşmaq istəyəndə isə Sevil onun qaçmasına mane olmaq üçün əli ilə İmranın köynəyindən tutaraq dartıb cırmışdır. Sevil İmranın əynində olan köynəyi cırdıqdan sonra da sakitləşməmiş və söyüş söyərək əlləri ilə İmranı vurmağa və cırmaqlamağa başlamışdır. İmran isə Sevilə qarşı heç bir hərəkət etməmiş və çalışmışdır ki, Sevilin əlindən çıxıb uzaqlaşsın. Sevil isə bir əli ilə İmranın köynəyindən tutub saxlamış, digər əliylə isə İmranın başına və sifətinə vurmuşdur. Sevil İmrandan əl çəkmək istəməmiş və bunu görən İsmət, Fəxrəddin və Mehman yaxınlaşıb araya keçərək İmranı Sevilin əlindən almışlar. İmran axsaya-axsaya Sevildən uzaqlaşıb getmiş və ayağı ağrıdığı üçün bir qədər aralıda olan meyvə ağaclarından birinin altında yerə oturmuşdur. Sevil bununla da sakitləşməmiş və onların yığdığı 25 ədəd plastmas taralardakı gilasları yerə dağıdaraq taptalayıb əzmişdir, sonra isə digər 25 ədəd plastmas taralardakı gilası fəhlələrinin köməkliyi ilə aparıb getmişdir. Bundan sonra İmran şikayət etmək üçün Xaçmaz RPŞ-nə gəlmiş, onlar isə İmranın bağ sahəsindən çıxıb yaşadıqları evə getmişlər. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində baş vermiş mübahisə zamanı o, İmranın Sevili vurmasını görməmişdir. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində Sevil İmranı döyüb xəsarət yetirərkən orada Fəxrəddin, Mehman, Eyvaz, Vüsal, Ayaz, Ramin, Murad, İsmət, Yeganə, Ramilə, Sevinc və adlarını xatırlamadığı başqa fəhlələr olmuşlar. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində baş vermiş həmin hadisə zamanı o, polis əməkdaşlarının Sevilin və ya onun adını bilmədiyi qızının əlindən mobil telefon almalarını görməmişdir. 10 iyun 2023-cü il tarixdə, təxminən saat 11 radələrində Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində baş vermiş həmin hadisə zamanı o, İmranın vedrədə olan suyu Sevilin üstünə tökməsini görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid9 ifadəsində (xx.xx.2025) göstərdi ki, o, hazırkı iş üzrə hadisə vaxtı həmin hadisənin olduğu kəndin polis sahə rəisi vəzifəsində xidmət etmişdir. Hər gilas meyvəsi mövsümündə həmin bağ sahəsində tərəflər arasında mübahisələr olmuşdur. Onlar müxtəlif vaxtlarda dəfələrlə həm Zərərçəkmiş şəxs1, həm də Təqsirləndirilən şəxsgil tərəfindən DİN-nin 102 xidmətinə edilən zənglərlə bağlı həmin bağ sahəsinə getmişlər. Tarixi hazırda tam yadında deyil, sonuncu dəfə Zərərçəkmiş şəxs1 102 xidmətinə zəng edərək bağ sahəsində dava-dalaş olduğunu bildirmiş, bununla bağlı o, əməliyyat qrupunun üzvləri həmin bağ sahəsinə getmişlər. O, həmin bağ sahəsinə çatanda bir qrup şəxsin gilas yığdığını görmüş, araşdırma apararkən görmüşlər ki, Zərərçəkmiş şəxs1 ayağını tutaraq yerə yıxılmışdır, o, Zərərçəkmiş şəxs1 yaxınlaşıb nə baş verdiyini soruşanda sonuncu demişdir ki, ayağından Təqsirləndirilən şəxs kərpiclə vurmuşdur. Bu zaman Zərərçəkmiş şəxs1 boyun və sağ istiqamətində cırmaq izləri olmuşdur. Zərərçəkmiş şəxs1 bildirmişdir ki, ona Təqsirləndirilən şəxs vuraraq xəsarət yetirmişdir. Bundan sonra onlar hər ikisini polis şöbəsinə dəvət etmişlər. Həmçinin məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirdi ki, onlar hadisə baş verməzdən əvvəl də həmin bağda olmuşlar, çünki həm Zərərçəkmiş şəxs1 tərəfindən, həm də Şahid8 tərəfindən DİN-nin 102 xidmətinə bağda mübahisə ilə bağlı zənglər edilmişdir. O özü həmin zənglərlə əlaqədar bağ sahəsinə gələndə hər iki tərəfdən gilas meyvəsinin yığımı aparılırdı. O hadisə vaxtı əzilmiş gilaslara baxmış, bu vaxt səs-küy gəldiyini eşitmiş, həmin yerə gedərək çatanda İmranın yerdə sol ayağını tutaraq dayandığını görüb bu barədə İmrandan soruşmuş, sonuncu da Təqsirləndirilən şəxs vurduğunu demişdir. Lakin o, vurulma anını görməmişdir. Onun xidmət apardığı ərazidə olan insanlarla yaxın-uzaq münasibətləri olur, çünki bu, onun vəzifəsidir, insanlarla yaxın münasibəti olmalıdır. O, xx.xx.2023-cü il tarixdə hadisə yerinə 102 xidmətinə edilən zənglə əlaqədar getmişdir. O, bağ sahəsinə özü tək getmiş, sonra dava-dalaşla bağlı 102 xidmətinə edilən zəngdən sonra əməliyyat qrupunun üzvləri də gəlmişlər. O, həmin bağa gedəndə hər iki tərəf arasında bağ sahəsinin kimə məxsusluğu barədə mübahisənin getdiyini görmüş, o isə aranı sakitləşdirmək üçün bağ sahəsində fəhlələrin olduğu yerə gedib onlara “hələ heç kim gilas yığmasın” deyəndə Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs olduqları yerdən səsküy gəldiyini eşidib getmiş və Zərərçəkmiş şəxs1 ayağını tutaraq yerdə oturduğunu görmüşdür. O, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs aralanıb fəhlələrin gilas yığmalarını saxlatmaq üçün getmişdir. Həmin bağ sahəsinin girişindən sağ tərəfdə Zərərçəkmiş şəxs1 tikdirdiyi bir tikili var. Şahid8 və Təqsirləndirilən şəxs da həmişə bağın girişindən sol tərəfdə dayanırlar və Zərərçəkmiş şəxs1la mübahisələri həmin yerdə baş verir. Fəhlələr isə bağın aşağı hissələrindən gilas yığa-yığa gəlirlər, mübahisə də gilas yığımı ilə bağlı olmuş və o da həmin mübahisəylə bağlı bağa tək getmiş, İmran və Sevildən nə baş verdiyini soruşanda onlardan biri demiş “bağ mənimdir”, o biri demişdir ki, “mənimdir”. O isə fəhlələr olan tərəfə getmişdir ki, gilas yığmağı dayandırsınlar. Gedən vaxt arxadan səs-küy gəldiyini eşitmiş, geriyə baxanda görmüşdür ki, İmran yerə yıxılıb. Gedib görmüşdür ki, Zərərçəkmiş şəxs1 sol ayağını tutub yerdə oturmuş, köynəyi cırılmış, boynunun arxasından sağ tərəfə cırmaq izləri vardır. O, Zərərçəkmiş şəxs1 nə olduğunu soruşmuş, sonuncu isə Təqsirləndirilən şəxs onu kərpic parçası ilə vurduğunu demişdir. Bundan sonra əməliyyat qrupu, təhqiqatçı hadisə yerinə gəlmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin ona nümayiş etdirdiyi fotoşəkildə onun əlində tutduğu hər iki mobil telefonun onun özünə aid olduğunu, həmin telefonlardan birində iki sim kart, “iPhone” markalı digərində isə bir sim kart istifadə etdiyini və istifadəsində olan üç mobil nömrəni təqdim etdi. O, təqsirləndirilən şəxsin atasının və Zərərçəkmiş şəxs1 bir-birinə qarşı bağ sahəsindən qanunsuz meyvə yığılması ilə əlaqədar 102 xidmətinə etdikləri zənglə bağlı gəlmiş və ilk növbədə gedərək fəhlələrin meyvə yığmasını dayandıraraq onları bağdan çıxarmaq istəmişdir ki, tərəflərlə mübahisəni aydınlaşdırsınlar, bu vaxt arxadan səs eşitmiş və həmin vaxt Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında dava-dalaş olmuşdur. O, 102 xidmətinə edilmiş zənglə bağlı, yəni qanunsuz meyvə yığmaqla bağlı getmiş, ona görə də ilkin tədbir kimi gilas yığımını saxlamaq istəmişdir. Həmin bağ sahəsi ilə bağlı ora onun, polis əməkdaşlarının gəlib getmə halları dəfələrlə - hər fındıq mövsümündə, hər gilas mövsümündə olmuş, ona görə də məhz hansı tarixdə və hansı hadisə ilə bağlı olduğunu xatırlaya bilmir, bundan başqa onun işi yalnız həmin bağ sahəsi ilə bağlı deyildir, polis əməkdaşı kimi onun icraatında həmin vaxtdan hazıradək yüzlərlə digər işlər olmuşdur. İbtidai istintaqda ifadəsini düzgün vermişdir, həmin ifadəsində necə yazılıbsa elədir. Həmin vaxtdan hazıradək xeyli vaxt keçmiş və hazırda hadisə ilə bağlı hər nüans onun yadında qalmaya bilər. Şahid9 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, 2023-cü ilin sentyabr ayınadək Xaçmaz RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində xidmət etmiş, hal-hazırda isə Xaçmaz RPŞ-nin İTB-nin baş inspektoru vəzifəsində xidmət edir. Xaçmaz RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində xidmət edərkən 13 saylı inzibati ərazidə xidmət aparmışdır. Xidmət apardığı 13 saylı inzibati əraziyə Xaçmaz rayonunun Nərəcan, Ağtala, Çiləgir, Mançaroba, Gödəkli, Çaykənarı kəndləri daxil idi. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində Zərərçəkmiş şəxs1 məxsus bağ sahəsi var. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən həmin bağ sahəsi ilə bağlı uzun müddətdir ki, Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs arasında mübahisə davam etmiş, hər il gilas meyvəsi yığılarkən Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus bağ sahəsinə gəlib meyvə yığdığına görə onların arasında mübahisələr olmuş və hər iki tərəf meyvə yığımı başa çatanadək mütəmadi olaraq Azərbaycan Respublikası DİN-in 102 xidmətinə və Xaçmaz RPŞ-nə şikayətlər etmişlər. 2023-cü ilin iyul ayının əvvəllərində də İmran Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində gilas meyvəsi yığdırarkən Sevil İmranın istifadəsində olan bağ sahəsinə fəhlə gətirib meyvə yığdırdığına görə İmran bir neçə dəfə DİN-in 102 xidmətinə zənglər etməklə və Xaçmaz RPŞ-nə gəlməklə Təqsirləndirilən şəxs barəsində şikayətlər etmişdir. Zərərçəkmiş şəxs1 istifadəsində olan bağ sahəsi əvvəllər xidmət apardığı ərazidə, yəni Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşdiyinə və Sevil meyvə yığımı dövründə hər gün İmranın istifadəsində olan bağ sahəsinə gedib İmranla mübahisə etdiyinə görə demək olar ki, hər şikayətdən sonra o, Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsinə gedib Sevili sakitləşdirməyə çalışmışdır. 10 iyun 2023cü il tarixdə Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmranın istifadəsindəki bağ sahəsində dava-dalaş olması barədə Xaçmaz RPŞ-nin növbətçi hissəsinə məlumat daxil olmuşdur. Həmin məlumatla əlaqədar həmin gün təxminən saat 11 radələrində o, Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsinə gələndə görmüşdür ki, Sevil fəhlə gətirib İmrana məxsus bağ sahəsindən gilas yığdırır, İmran isə Sevilin gətirdiyi fəhlələrin gilas yığmalarına mane olmağa çalışdığı üçün Sevil İmranın üstünə gedərək onunla mübahisə edir. Həmin vaxt İmran ona Sevilin gətirdiyi fəhlələrin bir hissəsinin bağın digər tərəfində meyvə yığdıqlarını bildirmiş və o, onlardan ayırılıb fəhlələrin gilas yığdıqları yer istiqamətində getmişdir. İmrangilin olduğu yerdən bir qədər uzaqlaşmışdır ki, qışqırıq səsləri eşidib geri qayıdanda görmüşdür ki, İmran yerdə oturub əli ilə sol ayağını tutub, əynində olan köynək cırılıb. Sevil özü isə İmranın fəhlələrinin yığdıqları plastmas taralardakı gilasları yerə dağıdaraq taptalayıb əzir. Bir qədər də yaxına gələndə İmranın boyun nahiyəsində və sağ qolunda xəsarət izləri olduğunu görüb nə olduğunu soruşduqda demişdir ki, Sevil kərpiclə onun sol ayağına vurmuşdur, o, ayağında ağrı hiss edib əyiləndə isə Sevil əli ilə onu vuraraq köyəyini cırmışdır. Sevil plastmas taralardakı gilasları dağıdıb əzdikdən sonra özünün gətirdiyi fəhlələrin yığdığı plastmas taralardakı gilası fəhlələrinin köməkliyi ilə aparıb getmişdir. Bundan sonra isə o, qayıdıb polis şöbəsinə gəlmişdir. Məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində (xx.xx.2025) göstərdi ki, o, Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəridir. O, hazırkı iş üzrə hadisəni (1-ci epizod) hazırda tam xatırlamır. Hadisə baş verən vaxt o, şəhər ərazisində xidmətdə olmuşdur. Növbətçi tərəfindən Xaçmaz rayonunun Gödəkli kəndində bağ sahəsində dava-dalaş olması bildirilmiş və onların həmin əraziyə getmələri üçün göstəriş verilmişdir. Onlar həmin bağ sahəsinə çatanda dava-dalaşın olmadığını, yalnız sözlü mübahisənin olduğunu görmüşlər. Həmin vaxt yerdə cırılmış köynək olmuşdur. Həmin köynəyin kimə məxsus olduğunu soruşanda orada demişlər ki, Zərərçəkmiş şəxs1dur, həmin vaxt Təqsirləndirilən şəxs da üstü su ilə islanmış vəziyyətdə olmuşdur. Həmçinin məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, həmin bağ sahəsinə hadisə günü saat neçədə getdiyini bilmir. O, hadisə yerinə çatanda həmin vaxt kiminsə kiməsə xəsarət yetirdiyini, vurduğunu görməmişdir. Onlar hadisə yerinə 102 xidmətinə edilən zənglə bağlı getmişlər və onlar ora gedəndə sahə rəisi Şahid9 da orada olmuşdur, səhv xatırlamırsa, əməliyyat qrupu da gəlmişdir. Artıq iki il keçdiyindən onların bağ sahəsinə Şahid9 əvvəl, ya sonra getmələri yadında qalmamışdır. O, hadisə yerinə Sahil Zahidovla getmişdir. Onlar bağ sahəsinə çatanda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə bir-birinin yaxınlığında olmuşlar, aralarında sözlü mübahisə olmuşdur. O, xəsarət olub-olmadığını aralıdan görməmiş, lakin Zərərçəkmiş şəxs1 axsamağını görmüşdür. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid7 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, valideyinləri ilə birlikdə Xaçmaz rayonu, Keymərəz kəndində yaşayır. Xaçmaz RPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində xidmət edir. O, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 10 iyun 2023-cü il tarixdə Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində dava-dalaş olması barədə Xaçmaz RPŞ-nin növbətçi hissəsinə məlumat daxil olmuşdur. Həmin gün Xaçmaz RPŞ-nin PPXBnün polis nəfəri Sahil Zahidovla birlikdə Xaçmaz şəhəri ərazisində xidmətdə olduqlarına görə növbətçinin göstərişi ilə Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsinə getmişlər. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsinə gələndə görmüşlər ki, Sevillə İmran arasında sözlü mübahisə gedir. Həmin vaxt o bilmişdir ki, gəldikləri bağ sahəsi ilə bağlı uzun illərdir ki, İmranla Sevil arasında mübahisə vardır və Sevil gətirdiyi fəhlələrlə birlikdə mübahisəli bağ sahəsinə daxil olub gilas yığmaq istəyərkən İmran onlara mane olmaq istəmiş, bu səbəbdən də Sevillə İmran arasında mübahisə yaranmışdır. Onlar yerdə cırılmış kişi köynəyi olduğunu, plastmas taralara yığılmış gilasların dağıdıldığını görüb köynəyin kimə məxsus olduğunu, gilasları kimin dağıtdığını soruşmuşlar, orada olan fəhlələr də onlara demişlər ki, Sevil İmranla mübahisə edərkən İmranın əynində olan köynəyi dartaraq cırmışdır, onların yığdıqları gilasları da Sevil dağıtmışdır. Sonra onlar İmranın axsadığını görüb nə olduğunu soruşmuşlar, İmran ayağına Sevilin vurduğunu, Sevil isə üstünə İmranın su sıçratdığını bildirmişdir. Onlar bağ sahəsində olan şəxsləri sakitləşdirdikdən sonra həmin ərazidən çıxıb getmişlər. Həmin vaxt bağ sahəsində 20 nəfərdən çox fəhlə olmuşdur. O, bağ sahəsində fəhlələri tanmadığına görə onların adlarını bilməmişdir. Şahid3 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, Koroğlu küçəsi, ev 8-də yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fəhləlik etməklə ailəsini dolandırır. O, Bakı şəhərində yaşayan Zərərçəkmiş şəxs1 təxminən 2 il olar ki, tanıyır, Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində İmranın özünə məxsus bağ sahəsi vardır və həmin bağ sahəsində bütünlüklə gilas ağacları əkilmişdir. İki il olar ki, o, özü də mövsümi olaraq İmrana məxsus bağ sahəsinə gedib meyvə yığır. 2023-cü ilin iyun ayının əvvəllərində İmran ona zəng vurub demişdir ki, 08 iyun 2023-cü il tarixdə Gödəkli kəndi ərazisində yerləşən özünə məxsus bağ sahəsində olan gilas meyvəsini yığdıracaqdır, o da İmrana məxsus bağ sahəsinə gəlib meyvə yığsın. O, İmranla razılaşmış və 08 iyun 2023-cü il tarixdə, səhər saat 07 radələrində Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsinə getmişdir. O, İmrana məxsus bağ sahəsinə çatanda görmüşdür ki, artıq bəzi fəhlələr gəlib gilas yığırlar. Ondan sonra da İmrana məxsus bağ sahəsinə başqa fəhlələr gəlmişlər və onlar meyvə yığmağa başlamışlar. İmrana məxsus bağ sahəsinə gəldiyi vaxtdan təxminən 3 saata yaxın vaxt keçdikdən sonra tanımadığı ortayaşlı bir qadın, bir yaşlı kişi, bir yaşlı qadın və bir cavan qız İmrana məxsus bağ sahəsinə gəlib demişlər ki, onlar da İmrana məxsus bağ sahəsindən meyvə yığacaqlar. Həmin vaxt bilmişdir ki, İmrana məxsus bağ sahəsinə gəlmiş qadının adı Sevildir, yaşlı kişi ilə qadın Sevilin valideynləridirlər, cavan qız isə Sevilin qızıdır. İmran Sevilgilə bağ sahəsinin özünə məxsus olduğunu bildirərək onların meyvə yığmalarına icazə verməmişdir. Sevil və onunla gəlmiş ailə üzvləri isə İmranı dinləməyərək bağın ərazisində gəzib ağaclardan yığdıqları gilası yerə tökərək əzib məhv etmişlər. Açıqca hiss etmişdir ki, Sevil İmranı münaqişəyə cəlb etmək üçün bu hərəkətləri düşünülmüş formada edir. Sevil söyüş söyərək çalışmışdır ki, İmranı münaqişəyə cəlb etsin, İmran isə Sevilə yaxınlaşmayıb kənarda dayanmışdır. İmranın şikayəti əsasında həmin gün bağ sahəsinə polis əməkdaşları gəlmişlər və Sevilgili sakitləşdirib İmrana məxsus bağ sahəsindən çıxarmışlar. Buna baxmayaraq sonrakı günlərdə də Sevil İmrana məxsus bağ sahəsinə gəlib heç bir səbəb olmadan İmranı söymüş və ağaclardan gilası yığıb su arxının içərisinə tökmüşdür. Hər dəfə də İmran Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub Sevilin qanunsuz hərəkətləri barədə məlumat vermiş, polis əməkdaşları da gəlib Sevili İmrana məxsus bağ sahəsindən uzaqlaşdırmışlar. Həmişə olduğu kimi 10 iyun 2023-cü il tarixdə, təxminən saat 07 radələrində Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsinə gəlib meyvə yığmağa başlamışlar. Həmin gün təxminən saat 07:30 radələrində Sevil, Sevilin adını bilmədiyi qızı və tanımadığı başqa 10 nəfərə yaxın fəhlə İmrana məxsus bağ sahəsinə gəlmişlər ki, gilas yığsınlar. İmran Sevili və onunla gəlmiş fəhlələri başa salmağa çalışmışdır ki, bağ sahəsi ona məxsusdur, bağ sahəsində olan bütün meyvə ağaclarını özü əkdirmişdir, illərlə həmin meyvə ağaclarına özü qulluq göstərmişdir, bağda əkdirdiyi bütün meyvə ağaclarına 2023cü ildə də özü qulluq göstərərək bütün xərcləri özü çəkmişdir, onlar özbaşınalıq edib onun bağ sahəsindən meyvə yığmasınlar. Sevil isə İmrana qarşı söyüş ifadələri işlədərək özü ilə gətirdiyi fəhlələrə demişdir ki, İmranı dinləməsinlər və gedib İmrana məxsus bağ sahəsindən meyvə yığsınlar. Sevilin gətirdiyi fəhlələr də İmranı dinləməmişlər və Sevilin tapşırığı ilə ağaclara çıxıb gilas yığmağa başlamışlar. Sevilin gətirdiyi fəhlələr yığdıqları gilası özləri ilə gətirdikləri plastmas taralara doldurmuşlar. İmran isə Sevilin gətirdiyi fəhlələrlə danışaraq onları başa salmağa çalışmışdır ki, gilas yığdıqları bağ sahəsi onun özünə məxsusdur. Sevil onları aldadıb gətirmişdir. Sevilin gətirdiyi fəhlələr isə İmrana demişlər ki, onların bir günahı yoxdur, onları Sevil gətirmişdir, ona görə də onlar Sevilin tapşırığı ilə bağdan gilas yığırlar. İmran nə qədər cəhd etsə də, Sevilin və onun gətirdiyi fəhlələrin meyvə yığmalarına mane ola bilməmiş və məcbur olub yenidən Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub Sevilin qanunsuz hərəkətləri barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra İmrana məxsus bağ sahəsinə Xaçmaz RPŞ-nin Sahil və Turan adlı polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları da Sevilə və onun gətirdiyi fəhlələrə demişlər ki, gilas yığdıqları bağ sahəsi İmrana məxsusdur, onlar qanunsuz olaraq İmrana məxsus bağ sahəsinə daxil olub gilas yığırlar. Sevil və onun gətirdiyi fəhlələr isə heç kimi dinləməyərək ağaclardan gilas yığıb plastmas taralara doldurmuşlar. O, Sevilgilin yanında dayanmamış və gedib bir qədər aralıda olan ağaclardan gilas yığmağa başlamışdır. Təxminən saat 11 radələrində qışqırıq səsləri eşidib həmin yerə yaxınlaşanda görmüşdür ki, İmran aşağı əyilib əli ilə sol ayağını tutub, əynində olan köynək isə cırılmışdır. Sevil özü isə söyüş söyərək əli ilə İmranın başına və bədəninə vurur. Bir qədər də yaxına gələndə İmranın boyun nahiyəsində və sağ qolunda xəsarət izləri olduğunu görüb başa düşmüşdür ki, həmin xəsarətləri ona Sevil yetirmişdir. Həmin vaxt orada olan Mehmanla Fəxrəddin yaxınlaşıb araya keçərək İmranı Sevilin əlindən almışlar. İmran axsaya-axsaya Sevildən uzaqlaşıb getmiş və bir qədər aralıda olan meyvə ağaclarından birinin altında yerə oturmuşdur. Bundan sonra da Sevil sakitləşməmiş və onların yığdıqları 25 ədəd plastmas taralardakı gilasları yerə dağıdaraq taptalayıb əzmiş, sonra isə özünün gətirdiyi fəhlələrin yığdığı 25 ədəd plastmas taralardakı gilası fəhlələrinin köməkliyi ilə aparıb getmişdir. Yaxınlaşıb İmrandan ayağına nə olduğunu soruşduqda demişdir ki, Sevil kərpiclə vurub onun sol ayağına xəsarət yetirmişdir. İmran özü də gəlib Sevilin dağıdıb əzdiyi gilaslara baxdıqdan sonra yenidən Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub bu barədə məlumat vermiş, sonra isə şikayət etmək üçün Xaçmaz RPŞ-nə gəlmişdir. Bundan sonra o da digər fəhlələrlə birlikdə İmrana məxsus bağ sahəsindən çıxıb getmişdir. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində baş vermiş mübahisə zamanı o, İmranın Sevili vurmasını görməmişdir. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən bağ sahəsində Sevil İmranı döyüb xəsarət yetirərkən orada Fəxrəddin, Mehman, Eyvaz, Oktay, Vüsal, Rəvan, Vüqar, Ramin, Murad, Sahil, Turan və adlarını xatırlamadığı başqa fəhlələr olmuşlar. 10 iyun 2023-cü il tarixdə Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən İmrana məxsus bağ sahəsində baş vermiş həmin hadisə zamanı o, polis əməkdaşlarının Sevilin və ya onun adını bilmədiyi qızının əlindən mobil telefon almalarını görməmişdir. Şahid3 məhkəməyə teleqram ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd edərək, şəxsi işləri ilə bağlı hazırkı işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahid X11 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Şahid8 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Gödəkli kəndində yaşayır. Azərbaycanca latın əlifbası ilə yazmağı bacarmasa da, oxumağı tam bacarır. O, Zərərçəkmiş şəxs1 tanıyır, aralarında təxminən 18 ildir ki, torpaq mübahisəsi vardır. Belə ki, İmran ilə rəhmətə getmiş oğlu Daştəmirov Rəşid Balasoltan oğlu arasında Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən 0,57 ha torpaq sahəsi üzərində məhkəmə mübahisələri olmuşdur. Həmin torpaq sahəsi onların ailə üzvlərinə məxsus olduğu halda Zərərçəkmiş şəxs1 tərəfindən qanunsuz olaraq istifadə edilmişdir. 2017, 2018-ci və sonrakı illərdə məhkəmə tərəfindən onların xeyrinə qətnamələr qəbul edilmişdir. Oğlu Rəşid Daştəmirov 2018-ci ildə rəhmətə getdikdən sonra isə məhkəmə mübahisələrini o və qızı Təqsirləndirilən şəxs davam etdirmişlər, məhkəmə mübahisələri hələ də davam edir. Məhkəmə qərarları ilə həmin bağın yerləşdiyi torpaq sahəsi Zərərçəkmiş şəxs1 alınıb onlara verilməlidir, lakin həmin qərar hələ ki, icra edilməmişdir. 10 iyun 2023-cü il tarixdə baş vermiş mübahisə ilə əlaqədar bildirmişdir ki, Xaçmaz rayonu, Gödəkli kəndində Zərərçəkmiş şəxs1 özünə məxsus olan fındıq və gilas bağı vardır, yanında isə faktiki olaraq rəhmətlik oğlu Rəşid Daştəmirovun adına olmuş 0,57 ha gilas bağı vardır. Lakin Zərərçəkmiş şəxs1 həmin gilas bağını da istifadə edir, məhsullarını yığır. Həmin yerin yanında da ona məxsus olan 1,53 ha fındıq bağı vardır. 10 iyun 2023-cü il tarixdə, saat 08 radələrində qızı Təqsirləndirilən şəxs, nəvəsi Tağızadə Könül, Teymurova Seva, arvadı Daşdəmirova Mariya, həmkəndlisi İmran Əliyev, həmkəndlisi Xanbala ilə birlikdə Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən, onlara məxsus olmaqla faktiki olaraq Zərərçəkmiş şəxs1 tərəfindən istifadə edilən gilas bağına getmişlər. Həmçinin Xudat şəhərindən olan bir neçə fəhlə də gətirmişlər ki, gilas yığsınlar. Torpaq sahəsi ilə bağlı məhkəmə qərarı onların xeyrinə olduğundan və həmin sahədə olan gilas bağı 2007-2008-ci illərdə oğlu Rəşid tərəfindən salındığından onlar getmişlər ki, bağda olan məhsulları yığsınlar. Onlar bir neçə vedrə gilas yığmışlar, təxminən yarım saat sonra Zərərçəkmiş şəxs1 bir neçə nəfər şəxslə həmin yerə gəlmiş, İmranın fəhlələri öz gilas sahəsindən gilas yığmışdır. İmran onların yanına gəlib onlara bağ sahəsini tərk etməyi demişdir. Onlar isə İmrana məhəl qoymadıqlarından İmran DİN-in 102 xidmətinə zəng etmiş və həmin yerə bir neçə nəfər polis işçiləri gəlmişdir. Polis əməkdaşları onları rayon polis şöbəsinə dəvət etmiş, lakin aralarında heç bir mübahisə olmadığını deyib şöbəyə getməyə səbəb olmadığını demişlər. Həmçinin qızı Sevil də DİNin 102 xidmətinə zəng etmişdir. Bundan bir neçə dəqiqə sonra polis əməkdaşları çıxıb getmişlər. Onlarla gələn fəhlələr də gilasları yığmağa davam etmiş, vedrələri və bir neçə plastik yeşiyi gilas ilə doldurmuşlar. İmran isə həmin yeşikləri və vedrələri təpiklə vurub dağıtmış, “buradan 1 vedrə də məhsul çıxmayacaq” sözlərini demişdir. Saat 11 radələrində Zərərçəkmiş şəxs1 əlində 1 vedrə su ilə Sevilin yanına gəlib qəfildən suyu üzərinə tökmüşdür. Sevil İmranın üstünə qışqırmış, durub İmranın arxasınca getmişdir. Orada İmran ilə qızı Sevil yaxalaşıb dartışmışlar, sonra isə özləri bir-birindən ayrılmışlar. Həmin yerə gələn sahə rəisi Şahid9 və bir neçə polis serjantları demişlər ki, bağda kimlər varsa hamı çıxsın. Həmçinin polis işçiləri İmran Əliyevi polis şöbəsinə aparmaq istəmişlər, onlar İmran Əliyevin polis işçiləri tərəfindən aparılmasına etiraz etmişlər. Təxminən bir saat orada mübahisə olmuş, həmin yerə yenidən digər polis işçiləri də gəlmişdir. Bağda olan bütün fəhlələr isə artıq çıxmışdır. Bundan sonra təxminən 1 saat orada qalmışlar, lakin fəhlələr bağdan çıxdığı üçün artıq məhsul yığa bilmədiklərini görüb çıxıb getmişlər. Sevil ilə İmran bağ sahəsində yaxalaşıb dartışmışlar, ola bilsin İmranın köynəyi həmin vaxt cırılmışdır. X21 kərpiclə vurmamış, İmran da Sevili vurmamışdır. Mübahisə olan gilas bağında cari ildə məhsul əldə etmək üçün ağaclara qulluq etmək istəsələr də, Zərərçəkmiş şəxs1 buna imkan verməmişdir, buna görə cari ildə məhsul əldə etmək üçün həmin ağaclara qulluq edə bilməmişlər. Sevilin Zərərçəkmiş şəxs1 vurması barədə şahid qismində ifadə vermiş Şahid1, Şahid2, Şahid4, Şahid15, Şahid3 və digərləri Zərərçəkmiş şəxs1 özünün yaxınlarıdır, onlar İmran üçün fəhlə kimi işləmişlər, bu səbəbdən də İmranın xeyrinə ifadə vermişlər. Onlar bağdan gilas aparmamışlar, yığdıqları gilası isə İmran dağıtmışdır. Lakin İmranın köynəyi Sevil ilə dartışan vaxt cırıla bilər. Onlar bağ sahəsindən çıxan vaxt özləri ilə gilas məhsulu aparmamışlar, yığılan gilaslar dağılıb orada qalmışdır. Onların dəvəti ilə gələn fəhlələr meyvə bağından mübahisə yarananda kənarlaşmışlar, lakin ailə üzvləri və İmran Əliyev bağ sahəsində onlarla günortayadək qalmışdır. Həmin vaxt qızı və ailə üzvləri mobil telefonla çəkilişlər etmiş, buna görə polis işçiləri telefonu onlardan almışlar. Lakin aldıqları telefonu sonra özlərinə qaytarmışlar. Fəhlələr meyvələri öncə vedrələrə yığmış, sonra isə meyvələri meyvə yeşiklərinə boşaltmışlar. Onların meyvə yığmağa gətirdikləri fəhlələr Xudat şəhər sakinləri olmuş, lakin onların adlarını bilməmişdir. İş materiallarında olan raportdan müəyyən edilir ki, 10 iyun 2023-cü il tarixdə, saat 11:04 radələrində özünü təqdim etməyən vətəndaş mobil telefon nömrəsi vasitəsilə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng dərək Xaçmaz rayonu Gödəkli kəndində (qadın) dava-dalaş baş verməsi və bir-birini vurmalarını bildirib polis gəlməsini istəmişdir. (cild İ, səh.25) İş materiallarında olan raportdan müəyyən edilir ki, 08 iyun 2023-cü il tarixdə, saat 06:34 radələrində Zərərçəkmiş şəxs1 mobil telefon nömrəsi vasitəsilə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək Xaçmaz rayonunun Gödəkli kəndində Təqsirləndirilən şəxs bir neçə şəxslə birgə qanunsuz yolla onun bağına daxil olaraq orada olan məhsulu yığdığını, həmçinin kütləvi dava-dalaş başlayacağını bildirmişdir. (cild İİİ, səh.64) İş materiallarında olan raportdan müəyyən edilir ki, 10 iyun 2023-cü il tarixdə, saat 04:51 radələrində Zərərçəkmiş şəxs1 mobil telefon nömrəsi vasitəsilə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək Xaçmaz rayonunun Gödəkli kəndində Təqsirləndirilən şəxs adlı qadının bir neçə şəxslə birgə onun bağ sahəsinə daxil olmaq istəməsi barədə məlumat vermişdir. (cild İ, səh.27) İş materiallarında olan raportdan müəyyən edilir ki, 10 iyun 2023-cü il tarixdə, saat 12:56 radələrində Zərərçəkmiş şəxs1 mobil telefon nömrəsi vasitəsilə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək Sevil adlı şəxsin onun 50 yeşik gilasını oğurlaması barədə məlumat vermişdir. (cild İ, səh.26) İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 10 iyun 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, baxış keçirilən yer Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yerləşən, hazırkı iş üzrə hadisənin baş verdiyi bağ sahəsidir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin bağ sahəsinin ətrafı dəmir tor ilə bağlanmış, içəri daxil olduqda sağ tərəfdə yarımtikili və stol-stullar, qarşı tərəfdə isə üzərində gilas meyvələri olan ağaclar müşahidə edilmişdir. Baxışda iştirak etmiş Zərərçəkmiş şəxs1 yerə yeşiklərlə birlikdə dağıdılmış gilas meyvələrini göstərərək həmin meyvələrin Təqsirləndirilən şəxs tərəfindən dağıdılaraq ona maddi ziyan vurulduğunu bildirmişdir. Dağıdılmış yeşiklər sayıldıqda onların sayının 25 yeşik olması müəyyən edilmişdir. (cild İ, səh.29) İş materiallarında olan 10 iyun 2023-cü il tarixli ərizədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə baş vermiş hadisəyə münasibətlə əlaqədar Xaçmaz RPŞ-yə ərizə təqdim edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində qızı, bacısının qızı, anası, atası və nəvələri ilə bağ sahəsində yerdə oturub söhbət edən zaman fəhlələrin yanında Zərərçəkmiş şəxs1 vedrədə suyu gətirib onun üstünə atmış, bunun nəticəsində onların telefonları, planşet, ədyal, onun üst-başı su içində olmuş, gilas yeşiklərini təpikləyib körpə uşaqların üstünə atmış və bundan sonra davadalaş, təhqir etmişdir. (cild İ, səh.28) İş materiallarında olan 11 iyun 2023-cü il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 Xaçmaz RPŞ-yə müraciət edərək bildirmişdir ki, 10 iyun 2023-cü il tarixdə, saat 11 radələrində, Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində ona məxsus bağ sahəsində Təqsirləndirilən şəxs orada olan çox sayda insanın yanında onu ucadan nalayiq ifadələrlə söymüş, daha sonra isə Təqsirləndirilən şəxsgilin yerdə üzərində oturduqları palazın üstündə qoyduqları kərpic parçasını Təqsirləndirilən şəxs götürərək ona atmış və sol ayağına dəymiş, sonra onu tutmaq üçün köynəyini arxadan tutaraq cırmış, qollarına, boynuna xəsarətlər yetirmiş, 25 ədəd yeşikdə yığılmış gilasları əzərək yararsız hala salmışdır. Ərizəsi üzrə tədbir görülməsini xahiş etmişdir. (cild İ, səh.32-33) İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 11 iyun 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunmuş bir ədəd qısaqol köynək ağ rəngli, üzərində nazik qara rəngli xəttlərlə çəkilmiş damalar vardır. Yaxasında üç ədəd düymə yeri vardır. Köynək cırılaraq iki hissəyə bölünmüş, bir hissədə köynəyin boyun və sol sinə hissəsidir. Həmin sol hissəsinin üzərində cib və həmin cibin üzrəində bir ədəd “B” hərfi vardır. Köynəyin hər iki hissəsinin üzərində müxtəlif formalı torpaq ləkələri vardır. (cild İ, səh.34) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 11 iyun 2023-cü il tarixli, 289 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər boyun və sağ said nahiyələrinin sıyrıqları, sol aşıq-topuq oynağı nahiyəsinin hematoması bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti müayinədən 1-2 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (cild İ, səh.42) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” publik hüquqi şəxsin 29 noyabr 2023-cü il tarixli, T 833/2023 nömrəli rəyindən müəyyən edilir ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 adına tərtib olunmuş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.Vətəndaş Zərərçəkmiş şəxs1 boyun və sağ said nahiyələrinin sıyrıqları, sol aşıq-topuq oynağı nahiyəsinin hematoması aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən vaxtda, yəni xx.xx.2023-cü il tarixdə yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Həmin nahiyələr əlçatan olduğundan xəsarətlər istər şəxsin özü, istərsə də kənar şəxs tərəfindən yetirilə bilərdilər. 2.Sol aşıq-topuq oynağı nahiyəsinin hematoması kərpic parçası ilə vurulma nəticəsində əmələ gələ bilərdi. (cild İİ, səh.25) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2023-cü il tarixli, 3/1996 saylı ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş (hadisə vaxtı Zərərçəkmiş şəxs1 əynində olmuş) köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Həmin zədələr fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb sökülmə zədəsidir. (cild İ, səh.28) İş materiallarında olan “Maddi sübut hesab edilməsi haqqında” 05 mart 2024-cü il tarixli qərardan müəyyən edilir ki, bağ sahəsində baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş və hadisə zamanı Təqsirləndirilən şəxs tərəfindən dartılıb cırılmış bir ədəd qısaqol köynək maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. (cild İİİ, səh.32) İş materiallarında olan 08 avqust 2023-cü il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 Xaçmaz RPŞ-yə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində Zərərçəkmiş şəxs1 məxsus bağ sahəsində fındıq yığarkən Təqsirləndirilən şəxs və onun adını bilmədiyi qızı həmin bağa gələrək onu nalayiq ifadələrlə söymüş, daha sonra isə arxadan gələrək onu vuraraq yerə yıxmış, Təqsirləndirilən şəxs və qızı onu yerdə yıxıldığı vəziyyətdə vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs və sonuncunun qızı barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. (cild İ, səh.3-4) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 09 avqust 2023-cü il tarixli, 483 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər -boyunun, sol kürək nahiyəsinin, döş qəfəsinin ön-sol tərəfinin sıyrıqları və sağ bazunun hematoması (dəri altı qan yığılma) bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (cild İ, səh.7) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” publik hüquqi şəxsin 22 fevral 2024-cü il tarixli, T 121/2024 nömrəli rəyindən müəyyən edilir ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 adına tərtib olunmuş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.Vətəndaş Zərərçəkmiş şəxs2 boyunun, sol kürək nahiyəsinin, döş qəfəsinin ön-sol tərəfinin sıyrıqları və sağ bazunun hematoması olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. 2. Xəsarətlərin xarakter və lokalizasiyası onların şəxsin özü tərəfindən yetirilə bilməsini inkar edir. (cild İİİ, səh.42) İş materiallarında olan 03 avqust 2023-cü il tarixli “Üzləşdirmə” protokolundan və disk daşıyıcıya köçürülmüş üzləşdirmənin videoçəkilişindən müəyyən edilir ki, xx.xx.2023cü il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında Xaçmaz RPŞ-də müstəntiq tərəfindən üzləşdirilmə aparılmış, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onu kərpic parçası ilə ayağından vurduğunu, köynəyini cırdığını, bədənini cırmaqladığını və onun gilas yeşiklərini dağıtdığını sonuncunun üzünə demiş, Təqsirləndirilən şəxs isə deyilənləri təkzib edərək həmin hərəkətlərdən heç birini etmədiyini bildirmişdir. Həmçinin həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 verdiyi suallara sonuncu tərəfindən verilmiş cavablarla məhkəmə araşdırması zamanı Zərərçəkmiş şəxs1 ifadəsində bildirdiyi xüsusatlarla ziddiyyət təşkil etmədiyi müəyyən edildi. (cild İ, səh.161) İş materiallarında olan 03 avqust 2023-cü il tarixli “Üzləşdirmə” protokolundan və disk daşıyıcıya köçürülmüş üzləşdirmənin videoçəkilişindən müəyyən edilir ki, xx.xx.2023cü il tarixdə Şahid8 ilə Zərərçəkmiş şəxs1 arasında Xaçmaz RPŞ-də müstəntiq tərəfindən üzləşdirilmə aparılmış, üzləşdirmə zamanı Şahid8 bildirmişdir ki, onun qızı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 daşla (kərpiclə) vurmamış, gilas meyvələrini dağıtmamış, lakin Zərərçəkmiş şəxs1 qızı Sevilgilin oturduğu yerdə Sevilin üzərinə vedrə ilə suyu gətirərək tökmüş, bu zaman qızı Sevil İ.Bahadıovun üzərinə qaçmış, sonuncu isə qaçmağa başlamış, Sevil isə Zərərçəkmiş şəxs1 tutaraq köynəyini cırmışdır. (cild İ, səh.166) İş materiallarında olan 28 avqust 2023-cü il tarixli “Üzləşdirmə” protokollarından və disk daşıyıcılara köçürülmüş üzləşdirmələrin videoçəkilişlərindən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2, Şahid6, Şahid11, Şahid5, Şahid1 üzləşdirilmələri aparılmışdır. (cild İ, səh.176-193) İş materiallarında olan “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 26 yanvar 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Xaçmaz RPŞ-də Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onu döyüb xəsarət yetirdiyi yeri göstərməsi təklif olunmuş, Zərərçəkmiş şəxs2 təklifi ilə və göstərdiyi istiqamətdə onunla birlikdə Xaçmaz rayonu, Gödəkli kəndinə gedilmiş, həmin kəndə çatanda Zərərçəkmiş şəxs2 kəndin mərkəzinə sol tərəfdən birləşən daşlıq yolu göstərərək həmin yolla getməyin lazım olduğunu bildirmiş, daşlıq yolla 350 metr cənub istiqamətində getdikdən sonra Zərərçəkmiş şəxs2 yolun sol kənarında yerləşməklə ətrafı tor hasarla əhatə olunmuş bağ sahəsini göstərərək bildirmişdir ki, həmin bağ sahəsi Zərərçəkmiş şəxs1 məxsusdur və 08 avqust 2023-cü il tarixdə, saat 11 radələrində Təqsirləndirilən şəxs onu həmin bağ sahəsində döyərək xəsarət yetirmişdir. (cild İİ, səh.77) İş materiallarında olan qərarlardan və “Axtarışda olan şəxsin könüllü gəlməsi barədə” protokoldan müəyyən edilir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində 08 iyun 2024-cü il tarixdə axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmış, təqsirləndirilən şəxs 11 iyun 2024-cü il tarixdə Xaçmaz RPŞ-yə gələrək könüllü özünü təqdim etmiş və həmin tarixdə cinayət işinin icraatı təzələnmişdir. (cild İV, səh.254-261) Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməyərək hər iki epizod üzrə cinayət əməlini törətməməsini bildirməsilə bağlı ifadəsində bildirdiyi xüsusatlara, həmin xüsusatların təsdiqi kimi irəli sürdüyü iddialara tənqidi yanaşaraq bu qənaətə gəlir ki, müdafiə tərəfi cinayət hadisəsinin olmaması barədə iddialarla və bunun təsdiqi kimi verdikləri çoxsaylı vəsatətlərlə (həmçinin zərərçəkmiş şəxslərə və şahidlərə verdikləri çoxsaylı suallarla) həm təqsirləndirilən şəxsin əməlinin sübuta yetirilməməklə (“qondarma ittiham olması”, “prosessual pozuntular olması”) bəraət verilməsinə, həm də bu alınmadıqda, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlbetmə müddətini keçirməklə cinayət məsuliyyətindən azad olunmasına nail olmaq mahiyyəti daşıyır. Belə ki, hazırkı cinayət işinin materialları ibtidai araşdırma orqanı tərəfindən məhkəməyə 04 cilddə (hər cild 250 vərəqdən artıq) təqdim edilmiş, 3-cü və 4-cü cildlər təqsirləndirilən şəxsin ayrı-ayrı vaxtlarda verdiyi vəsatətlərindən ibarət olmuş, həmçinin müstəntiq təqsirləndirilən şəxsi və müdafiəçisini iş materialları ilə tanış olmaları üçün dəfələrlə dəvət etmiş, təqsirləndirilən şəxs və müdafiəçi müəyyən edilmiş vaxtların bir neçəsində polis şöbəsinə getməyərək tanış olmanı ayrı vaxtlara təyin edilməsini xahiş etmiş, təqsirləndirilən şəxs ibtidai istintaq dövründə iş materialları ilə tanış olmamış (imtina etmiş), müqavilə əsasında müdafiəçisi isə iş materialları ilə müxtəlif tarixlərdə hissə-hissə tanış olmuş, cinayət işinin ibtidai istintaqı yekunlaşan vaxtda təqsirləndirilən şəxs sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın CM-nin 180 və 186ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd olunması 2-ci və 3-cü bəndlərinə münasibətdə məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət təqdim etmiş, həmin şikayəti məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə rədd edilmiş, o, məhkəmənin həmin qərarından apellyasiya şikayəti vermiş, apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə şikayət təmin edilməmiş və bundan sonra cinayət işinin məhkəməyə göndərilməsi mümkün olmuşdur. Cinayət işinin məhkəmə hazırlıq mərhələsində isə təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən kobud prosessual pozuntulara yol verilməsi barədə vəsatətlər təqdim etmiş, həmin vəsatətlərə baxılaraq əsassız olduğu müəyyən edilmiş, bundan sonra təqsirləndirilən şəxs müqavilə əsasında müdafiəçi ilə məhkəmə iclasında iştirak edəcəyini bildirməklə, daha sonra təqsirləndirilən şəxs və müdafiəçisi iş materialları ilə tanış olmaq istədiklərini bildirməklə, onlara iş materialları ilə tanış olmaları üçün lazımi şərait yaradılmasına baxmayaraq iş materiallarının bir qismi ilə tanış olmaqla, digər qismi ilə başqa vaxt tanış olmaqla məhkəmə hazırlıq iclaslarının dəfələrlə təxirə salınmasına nail olmuşlar. Həmçinin məhkəmə baxışı iclaslarında xeyli sayda vəsatətlər vermişlər, həmin vəsatətlərdən bir neçəsi ibtidai istintaq zamanı verilmiş və müstəntiq tərəfindən baxılaraq cavab verilmiş (aydınlıq gətirilmiş), buna baxmayaraq, yenidən eyni vəsatətlərlə məhkəməyə müraciət etmişlər. Həmçinin zərərçəkmiş şəxslərə, şahidlərə xeyli sayda suallar verməkdə davam etmişlər. Məhkəmə istintaqı zamanı isə təqsirləndirilən şəxs ibtidai araşdırmanın uzun müddət davam etməsini ibtidai istintaq orqanının təqsirindən olduğunu, uzadılmanın səbəbi kimi isə ibtidai araşdırma orqanının səlahiyyətli şəxslərinin onu mübahisəli bağ sahəsindən imtina etməyə məcbur etmək, ona qarşı qondarma ittiham irəli sürülməsi üçün olduğunu iddia etmişdir. Təqsirləndirilən şəxs cinayət hadisələrini törətməməsinin ilkin əsası kimi hüquqmühafizə orqanlarının (Xaçmaz RPŞ, daha sonra isə Xaçmaz Rayon Prokurorluğu) səlahiyyətli şəxslərinin Zərərçəkmiş şəxs1 “himayədarlıq” etdiklərini, bu səbəbdən də törətmədiyi halda ona qarşı qondarma ittiham irəli sürüldüyünü (“ssenari qurulduğunu”) bildirmiş, bu halın - ibtidai araşdırma zamanı tərtib edilmiş sənədlərdə texniki səhvləri prosessual pozuntu olaraq göstərməyə çalışmaqla, şahidlərin Zərərçəkmiş şəxs1 yaxın şəxslər olduqlarını bildirməklə qərəzli olduqlarını iddia etməklə, ibtidai istintaq orqanı tərəfindən ittiham tərəfinin şahidlərinin ifadələrinin hamısında eyni xüsusatların dəqiqliklə göstərilməsini (Zərərçəkmiş şəxs1 hansı vaxtda 102 xidmətinə zəng etməsinin, hadisə yerinə gəlmiş polis əməkdaşlarının adlarının şahidlər tərəfindən bilmələrinin göstərilməsi, lakin məhkəmə iclaslarında polis əməkdaşlarının adlarını bilmədiklərini demələrini), şahidlərin bir qisminin məhkəmə istintaqı zamanı ifadələrində, yaxud onlara verilmiş suallara cavablarında bəzi nüansları xatırlamamalarını, yaxud düzgün cavab verməmələrini, Zərərçəkmiş şəxs1 vurulduğu kərpic parçasının müəyyən (aşkar) edilmədiyini qeyd etməklə, zərərçəkmiş şəxsin və şahidin ifadələrində onun qızının da zərərçəkmişləri vurmalarını (ona kömək etməsini), lakin sonra zərərçəkmiş və şahidin ərizələr verərək qızının iştirak etmədiyini göstərmələrini, mübahisənin baş verdiyi bağ sahəsində etdiyi videoçəkilişlərdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarətlərin olmadığını təqdim etməklə - təsdiq edildiyini göstərməyə çalışmışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə məhkəmə tərəfindən sorğu edilərək Xaçmaz RPŞ tərəfindən məhkəməyə təqdim edilmiş qeydiyyat kitabından çıxarışların təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, həmin çıxarışlarda (hər vərəqdə) şikayət edən şəxslərin şikayətləri ardıcıl nömrələnmiş, Zərərçəkmiş şəxs2 şikayəti xx.xx.2023-cü il tarixdə 2493 nömrəsi altında qeyd edilməklə həmin tarixdə Zərərçəkmiş şəxs2 əvvəlki şikayət edən digər bir şəxsin şikayət nömrəsi 2492, saatı 10:23-dür, həmin tarixdə Zərərçəkmiş şəxs2 şikayətindən sonra edilmiş digər bir şəxsin şikayət nömrəsi 2494, saatı 18:16-dır. Bundan əlavə, iş materiallarında olan Zərərçəkmiş şəxs2 polis şöbəsinə təqdim etdiyi xx.xx.2023-cü il tarixli şikayət ərizəsi 2493 nömrəsi altında qeydiyyata alınmış, həmçinin onun xəsarətlərinin müəyyən edilməsi üçün xx.xx.2023-cü il tarixdə, saat 17:00-da məhkəmə-tibbi ekspertizası təyini haqqında qərar qəbul edilmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə məhkəmə tərəfindən sorğu edilərək Xaçmaz RPŞ tərəfindən məhkəməyə təqdim edilmiş cavab məktubunda göstərilmişdir ki, müstəntiqin cinayət işinin icraata qəbul edilməsi haqqında qərarının mətn və qərara aldı hissəsində “dayandırılmış icraat” sözləri texniki səhv olaraq qeyd edilmişdir. (təqsirləndirilən şəxs tərəfindən həmin vəsatətlə ibtidai istintaq zamanı da müraciət edilmiş və müstəntiq tərəfindən müvafiq cavab verilmişdir) İş materiallarından, proses iştirakçılarının ifadələrindən müəyyən edilmişdir ki, hazırkı iş üzrə cinayət hadisələrinin baş verdiyi bağ sahəsi tərəflər arasında mübahisəli torpaq sahəsidir və həmin bağ sahəsində bir neçə ildir tərəflər arasında müntəzəm olaraq həm sözlü mübahisələr, həm də xəsarət yetirmə ilə nəticələnən mübahisələr olmuş və bu mübahisələrdə hadisə yerinə dəfələrlə polis əməkdaşları gəlmişlər. Hazırkı iş üzrə cinayət hadisəsinin törədildiyi vaxtdan isə xeyli müddət keçdikdən sonra müdafiə tərəfinin hadisə ilə bağlı iş üzrə şahidlərə verdikləri sualların bir qismi (polislərin nə vaxt gəlib-getmələri, 102 xidmətinə zəng edilib-edilməməsi, gəlmiş polislərin neçə nəfər olmaları, təqsirləndirilən şəxs tərəfindən meyvələrin ağacdan dərilərək zay edilməsi, vedrədəki suyu kimin gətirməsi və s.) müntəzəm olaraq ayrı-ayrı vaxtlarda (tarixlərdə) təkrarlanan hərəkətlərlə bağlı olduğundan, bir qismi (kərpic parçasının həcmi, ayıran şəxslərin kimliyi, daşın məhz hansı ayağına və hansı hissəsinə dəyməsi, hadisədən sonra Zərərçəkmiş şəxs1 harasa gedib-getmədiyi və s.) hadisə zamanı baş vermiş kiçik nüanslarla bağlı olduğundan şahidlərin bir qismi bu xarakterli (sualları) halları xatırlamamış, bir qismi hadisələrin (hərəkətlərin) yerlərini (baş vermə vaxtını, ardıcıllığını) səhv salmış, bəzi şahidlər isə cavab verməyə borclu olduqlarını hesab etmələri səbəbindən bu xarakterli suallara xatırlamadıqları halda, cavab vermişlər. Müdafiə tərəfi isə bu halları şahidlərin qərəzli və öyrədilmiş olmaları kimi təqdim etməyə çalışmışdır. Məhkəmə qeyd edir ki, şahidlərin uzun müddət keçdikdən sonra məhkəmə iclasında verdikləri ifadələr ibtidai istintaq zamanı verdikləri ifadələrlə tam oxşarlıq təşkil etmiş olsaydı, bu zaman onların öyrədilmiş olmaları üçün şübhələnməyə əsas olardı. Bundan başqa, şahidlərin iş materiallarındakı ifadələrində hadisə yerinə gəlmiş polis əməkdaşlarının adlarının göstərilməsi, Zərərçəkmiş şəxs1 DİN-nin 102 xidmətinə zənglər etmələri, zərərçəkmiş şəxsin məhz hansı ayağına xəsarətin yetirilməsinin göstərilməsi cinayət hadisəsinin baş vermədiyini, şahidlərin yalan ifadə verdiklərini göstərən hallar deyildir, belə ki, ifadələrində qeyd olunan həmin xüsusatlar ibtidai araşdırma orqanı tərəfindən təsdiqini tapmış və iş materiallarına əlavə edilmiş sənədlərlə sübuta yetirilmiş faktlardır. Məhkəmə istintaqı zamanı da xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində təqsirləndirilən şəxsin cinayət hadisələrini necə, hansı şəraitdə, həqiqətən də törətməsini şahidlər ifadələrindəki xüsusatlarla bir daha təsdiq etmişlər və onların bu ifadələri ilə ibtidai istintaq zamanı verdikləri ifadələr arasında ziddiyyət olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci ildə hazırkı iş üzrə hadisənin baş verdiyi mübahisəli bağ sahəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 üçün gilas yığımına mane olmaq məqsədilə həmin vaxt bağ sahəsində fəhlələrin işləmələrinə müdaxilə etmiş, fəhlələrdən Şahid12 ağacdan çəkib yerə yıxmış və bu zəmində yaranmış mübahisə nəticəsində Təqsirləndirilən şəxs xəsarət yetirildiyindən Şahid12 təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin xx.xx.2023-cü il tarixli hökmü ilə cərimə cəzasına məhkum edilmiş, Şahid6 və Şahid11 isə inzibati məsuliyyətə cəlb edilərək barələrində cərimə inzibati tənbehi tətbiq edilmişdir. Həmin cinayət hadisəsinin zərərçəkmiş şəxsin (Təqsirləndirilən şəxs) təşəbbüsü ilə başlanması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ona qarşı törədilmiş həmin cinayət əməlinin Zərərçəkmiş şəxs1 sifarişi ilə olduğunu iddia etmiş, hazırda isə ona qarşı irəli sürülmüş ittihamın hüquq-mühafizə orqanlarının uydurması olduğunu iddia edir. Təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı təqdim edilmiş disk daşıyıcılara köçürülmüş mübahisəli bağ sahəsində təqsirləndirilən şəxs tərəfindən edilmiş videoçəkilişlərə baxış keçirilmiş, həmin videogörüntülərin məhz xx.xx.2023-cü il və 08.08.203-cü il tarixlərdəki hadisə günü çəkilmiş videogörüntülər olduğu təsdiqini tapmamışdır. Həmçinin həmin videogörüntülər hissə-hissə, bir neçə saniyəlik, yaxud bir, iki dəqiqəlik olmaqla ayrı-ayrı videofayllar şəklindədir. Bundan başqa, təqsirləndirilən şəxs məhkəmə iclasında (xx.xx.2025) mobil telefonunda videoçəkilişi göstərərək bildirmişdir ki, həmin videogörüntü xx.xx.2023-cü il tarixə, saat 11:23-ə aid olmaqla Zərərçəkmiş şəxs1 əynində ayrı bir köynəyin, bir qədər əvvəl göstərdiyi saat 12:36-ya aid videogörüntüdə isə başqa bir köynəyin olduğunu qeyd edərək bununla da videogörüntünün məhz 10 iyun 2023-cü il tarixə aid olmasının təsdiq olunduğunu deməklə, həmin tarixdə Zərərçəkmiş şəxs1 videogörüntüdə niyə axsamadığını, videogörüntüdə xəsarətlərinin niyə görünmədiyini sual etmişdir. Təqsirləndirilən şəxs şahid qismində 01 iyul 2023-cü il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində Xaçmaz rayonunun Gödəkli kəndi ərazisindəki mübahisəli bağ sahəsində “Zərərçəkmiş şəxs1 əlində bir vedrə su ilə onun yanına gəlib qəflətən suyu onun üzərinə tökmüşdür. O isə İmranın üstünə qışqırmış, həmçinin anası və qızı da İmranın üstünə qışqırmış, İmran çıxıb getmişdir.” (cild İ, səh.64) Təqsirləndirilən şəxs həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1 nəinki xəsarət yetirməmiş, mübahisə zamanı sonuncu ilə hətta heç bir fiziki təmasda olmamışdır. İşin hallarından müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslə atası Şahid8 arasında heç bir qərəzli münasibət yoxdur, əksinə, onlar mübahisəli bağ (torpaq) sahəsinə görə Zərərçəkmiş şəxs1la ədavətli münasibətdədirlər. İş materiallarında olan üzləşdirmə protokolundan və üzləşdirmə prosesinin videoçəkilişindən (xx.xx.2023) müəyyən edilmişdir ki, iş üzrə Şahid8la Zərərçəkmiş şəxs1 üzləşdirilərkən Şahid8 bildirmişdir ki, İmran suyu qızı Sevilin üzərinə atıb qaçmağa başlamış, Sevil İmranın arxasınca qaçaraq sonuncu ilə tutaşmış və həmin vaxt İmranın köynəyini cırmışdır. Məhkəmə iclasında (xx.xx.2025) təqsirləndirilən şəxs və müdafiəçisi dindirilməmiş qalan iş üzrə Şahid3 iştirakını, həmçinin özlərinin (müdafiə tərəfinin) təqdim etdiyi şahidlərin də iştirakını tələb etməsindən sonra ittiham tərəfindən təqsirləndirilən şəxsə onunla qərəzli münasibəti olmayan iş üzrə şahid olan atası Şahid8 hazıradək məhkəmə iclasına gəlməməsinin, təqsirləndirilən şəxsdən özünün də buna səy göstərməməsinin səbəbi soruşulduqdan və təqsirləndirilən şəxsə atasının üzləşdirmə zamanı təqsirləndirilənin Zərərçəkmiş şəxs1 üzərinə qaçaraq köynəyini cırdığını bildirməsi xatırladıldıqdan sonra təqsirləndirilən şəxs cavab olaraq demişdir ki, “həmin üzləşdirmə protokoluna diqqət yetirsəz, görəcəksiz ki, o imzalar onun deyil, saxtalaşdırılıb. Üzləşdirmənin videoçəkilişindəkilərlə protokol ziddiyyət təşkil edir. Videoçəkiliş ola bilsin ki, montaj edilib, çünki eyni dəqiqə, eyni saniyə deyil.” Hazırkı işin məhkəmə istintaqı yekunlaşıb məhkəmə çıxışları mərhələsinə keçilmiş, (xx.xx.2025) müdafiəçi çıxışını hazırlamaq üçün məhkəmə iclasının başqa tarixə təyin edilməsini xahiş edərək məhkəmə iclası təxirə salınmış və bundan sonra, xx.xx.2025-ci il tarixdə Şahid8 adından əlyazma olmaqla latın qrafikası ilə tərtib edilmiş ərizə məhkəməyə daxil olmuş və ərizədə Şahid8 məhkəmədə ifadə vermək istəyinə baxmayaraq məhkəmənin onu iclaslara çağırmadığını, müstəntiqin onun dediklərini, üzləşdirmə protokolundakı imzalarını saxtalaşdırdığını, yanında mütəxəssis iştirak etmədiyini bildirməklə xəttşünaslıq ekspertizası keçirilməsi xahiş edilmişdir. İş materiallarından müəyyən edilmişdir ki, 03 avqust 2023-cü il tarixdə (saat 13:20- 13:40) Xaçmaz RPŞ-də Şahid8la Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə aparılmış, həmin tarixdə saat 11:45-12:10-da isə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə aparılmışdır. Bundan başqa, işin hallarından müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 arasında bağ (torpaq) sahəsinə görə uzun müddətdir mübahisələr davam edir, xüsusən də onlar meyvə yığımı mövsümlərində bağ sahəsində olduqları zaman bir-birlərinə olan münasibətləri daha da gərginləşir, hətta təqsirləndirlən şəxs məhkəmə iclaslarında belə zərərçəkmiş şəxslərə qarşı kobud ifadələr işlətməkdən, onlarla aqressiv danışmaqdan çəkinməmişdir. Bu halları da nəzərə aldıqda təqsirləndirilən şəxsin xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1la mübahisə edərək gərgin olduğu zaman sonuncunun onun üzərinə su atdığı vaxt yalnız qışqırmasını (söyməsini) deməsi barədə xüsusat nəinki şahidlərin ifadələri ilə, ekspert rəyi ilə təkzib edilir, həmçinin həqiqətə uyğun gəlmir. Bundan əlavə, iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində (hazırkı işlə əlaqədar) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılmış, daha sonra əməli həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan 01 sentyabr 2023-cü il tarixli ərizələrdən və xx.xx.2023-cü il tarixli ifadələrdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 və Şahid5 Xaçmaz RPŞ-yə təqdim etdikləri ərizələrdə və ifadələrində göstərmişlər ki, onlar xx.xx.2023-cü il tarixdə ifadə verərkən həmin ifadələrində xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qızının da Zərərçəkmiş şəxs1 döyməsini göstərsələr də, lakin Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs1 vurmamış və xəsarət yetirməmişdir, Təqsirləndirilən şəxs özü tək vuraraq xəsarət yetirmişdir. Məhkəmə iclaslarında isə Zərərçəkmiş şəxs2, şahidlərin bir qismi ifadələrində Təqsirləndirilən şəxs qızının da xəsarət yetirməkdə kömək etdiyini (hər iki epizodda) bildirmişlər. Məhkəmə həmçinin müdafiə tərəfinin cinayət hadisəsinin olmadığını bilə-bilə ibtidai araşdırma orqanının uydurma (“ssenari quraraq”) ittiham irəli sürməsi barədə “mülahizəsinə” münasibətdə onu da qeyd edir ki, əgər belə olmuş olsaydı, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxs sağlamlığa xəsarət yetirmə ilə nəticələnən cinayəti (CM-nin 128-ci maddəsi ilə) törətmədiyi halda ona qarşı əlavə sübutların (xəsarətin olması, xəsarətin yetirildiyi predmetin olması) mövcudluğunu şərtləndirən, həmçinin cinayətlərin böyük ictimai təhlükə törətməyən təsnifatına aid olmaqla cinayət məsuliyyətinə cəlbetmə müddəti daha az olan bu növ cinayət törətməkdə yalan ittiham irəli sürmək əvəzinə, sübut edilməsinə əlavə sübutların (xəsarət, predmet) olmasını zəruri etməyən, Cinayət Məcəlləsinin 221.1, yaxud 221.2.1-ci maddələri ilə ittiham irəli sürmüş olardı. Bundan başqa, təqsirləndirilən şəxsi qəsdən sağlamlığa yüngül zərər vurmada yalan olaraq ittiham etmiş olsaydılar (bunda israrlı olsaydılar), həmin növ xəsarətləri zərərçəkmişlər özlərinə yetirərək bunun görüntülü sübutunu (foto, video), həmçinin cinayətin predmetini də təşkil etmiş olardılar. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibini yaradır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na görə: Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur; Sağlamlığın qısa müddət pozulması dedikdə isə əmək qabiliyyətinin 21 gündən (3 həftədən) az olan müddətdə müvəqqəti itirilməsi başa düşülür; Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığına yüngül zərər vurmasının səbəbi olaraq sonuncunun 10 iyun 2023-cü il tarixdə Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən mübahisəli bağ sahəsində baş vermiş (Zərərçəkmiş şəxs1 ilə bağlı) hadisə ilə bağlı ictmai borcunu yerinə yetirib Xaçmaz RPŞ-də ona qarşı şahid qismində ifadə verməsini bəhanə etməsi kimi qənaətə gəlməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarından və məhkəmə istintaqı zamanı verilmiş ifadələrlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs hər meyvə yığımı mövsümündə həmin mübahisəli bağ sahəsinə gedərək orada Zərərçəkmiş şəxs1la və sonuncunun gətirdiyi fəhlələrlə qarşılaşaraq bağ sahəsinin kimə məxsus olması barədə sözlü mübahisələr etmişlər, həmçinin 2022-ci ildə Zərərçəkmiş şəxs1 gətirdiyi fəhlələrlə Təqsirləndirilən şəxs arasında mübahisə baş vermiş və cinayət əməli törədilmişdir. xx.xx.2023-cü il tarixdə də Təqsirləndirilən şəxs həmin mübahisəli bağ sahəsinə gedərək Zərərçəkmiş şəxs1 gətirdiyi fəhlələrin fındıq yığmalarına maneçilik törətmiş və bu zəmində təqsirləndirilən şəxslə həmin vaxt bağda olmuş fəhlələrlə - Zərərçəkmiş şəxs2, Şahid5, Şahid11, Şahid6 arasında sözlü mübahisə yaranmış, həmin vaxt Şahid5 əri Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə baş qoşmamasını, ondan uzaqlaşmasını deyərək özləri aralıda fındıq yığmışlar, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə sözlü mübahisəni davam etdirmiş, nəticədə təqsirləndirilən şəxs onu vuraraq xəsarət yetirmişdir. Həmçinin təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs2 ona qarşı şahid qismində ifadə verməsini bəhanə etməsini göstərən heç bir sübut öz əksini tapmamış, hər hansı halla təsdiq edilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 cinayət hadisəsini görüb bilən şahid kimi özünün könüllü olaraq gedib cinayət hadisəsi barədə məlumat verməsi, yoxsa cinayət hadisəsi yerində olan şəxs kimi polis tərəfindən müəyyən edilərək ifadəsinin alınması halı da iş materiallarında öz əksini tapmamışdır. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xəsarət yetirməsi sonuncunun birinci epizod üzrə cinayət hadisəsi ilə bağlı şahid qismində ifadə verməsi səbəbindən olması, həmçinin Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirən şəxs olması halı hər hansı sübutla təsdiqini tapmamışdır. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixdə, saat 11 radələrində Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində olmaqla həmin kənddən cənub istiqamətində 350 metr məsafədə yerləşən Zərərçəkmiş şəxs1 istifadəsində olan mübahisəli bağ sahəsinə gəlib gilas yığarkən Zərərçəkmiş şəxs1 həmin bağ sahəsindən onun gilas yığmasına mane olmasını və üstünə su sıçratmasını bəhanə edərək hadisə yerindən götürdüyü kərpiclə qəsdən Zərərçəkmiş şəxs1 sol ayağına, əliylə isə boyun və sağ qoluna vurmaqla sonuncuya sol aşıq-topuq nahiyəsinin hematoması, boyun və sağ said nahiyəsinin sıyrıqları kimi qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdə, saat 11 radələrində Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində olmaqla həmin kənddən cənub istiqamətində 350 metr məsafədə yerləşən Zərərçəkmiş şəxs1 istifadəsində olan mübahisəli bağ sahəsinə gəlib həmin bağ sahəsində ədavətli münasibətdə olduğu Zərərçəkmiş şəxs1 dəvəti ilə fındıq yığan fəhlələrin meyvə yığmalarına mane olmaqla aralarında yaranmış sözlü mübahisənin gedişatı nəticəsində Zərərçəkmiş şəxs2 köynəyindən tutub çəkməklə yerə yıxdıqdan sonra qəsdən əlləri ilə boyun, kürək, sinə nahiyələrinə, təpiklə isə sağ qoluna vurmaqla sonuncuya boyunun, sol kürək nahiyəsinin, döş qəfəsinin ön-sol tərəfinin sıyrıqları və sağ bazunun hematoması (dəri altı qan yığılma) kimi qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X3 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməklə zərərçəkmiş şəxslərlə barışıq əldə etmək üçün heç bir səy göstərməmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə prosesi zamanı bildirmişdir ki, o, təqsirləndirilən şəxsə qarşı şikayətçidir, yuxarı həddə cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə prosesi zamanı bildirmişdir ki, onun təqsirləndirilən şəxslə barışmaq fikri yoxdur. Belə ki, təqsirləndirilən şəxs onu videoya çəkərək şəkillərini kənddə yapışdırmış, hər yay fəslində o, kənddə təqsirləndirilən şəxsin əlindən gəzə bilmir, harada görür onu videoya çəkir. O, təqsirləndirilən şəxsə qarşı şikayətçidir, cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə prosesi zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində törətdiyi cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilməsinə baxmayaraq, 2024-cü ilin may ayında Zərərçəkmiş şəxs2lə aralarında yaranmış mübahisə ilə əlaqədar Zərərçəkmiş şəxs2 videoya çəkərkən sonuncunun şalvarının aşağı düşmüş vəziyyətdə sağrı nayisənin göründüyü əks olunmuş videonu sosial şəbəkədə paylaşmış, həmin videonun qeyd olunan hissəsindən çıxarılmış fotoşəkil kəndin seçki məntəqə dairəsində olan lövhəyə yapışdırılmışdır. Bununla bağlı Zərərçəkmiş şəxs2 şərəf və ləyaqətin müdafiəsi, işgüzar nüfuzun zədələnməsinin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi məhkəmənin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək Təqsirləndirilən şəxs üzərinə Zərərçəkmiş şəxs2 publik qaydada üzr istəməsi vəzifəsi qoyulmuş, həmçinin Təqsirləndirilən şəxs 500 manat məblğində dəymiş mənəvi zərərin alınaraq Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimaifaydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin təkrar törədilməsi halını müəyyən etdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halı, barəsində cəzanı ağırlaşdıran hal kimi cinayətlərin təkrar törədilməsini, eləcə də özünü təqsirli bilməməklə hazıradək zərərçəkmiş şəxslərlə barışıq əldə etməməsi (səy göstərməməsi), zərərçəkmiş şəxslərin ona qarşı şikayətçi olmaları, təqsirləndirilən şəxsin hazıradək hadisədə özünü haqlı hesab etməklə törətdiyi əməldən peşman olmaması hallarını, bununla da ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə və ya ictimai işlər və ya islah işləri cəzasının təyin olunacağı təqdirdə həmin cəza növlərinin onun yuxarıda sadalanan şəxsiyyətini səciyyələndirən hallarla maddi vəziyyəti qarşılıqlı şəkildə nəzərə alınmaqla onun islah edilməsi üçün yetərli olmadığını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut – Xaçmaz RPŞ-də saxlanılan, hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş 01 ədəd qolsuz köynək hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs1 özünə qaytarılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-də saxlanılan, hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş 01 ədəd qolsuz köynək hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs1 özünə qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №1(067)-27/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-27/2025
07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver