Məhkəmə qərarları › İş №1(067)-28/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-28/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-28/2021 04.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci İnstansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxx 1973-cü ildə Dəvəçi rayonunun Qərəh kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Siyəzən rayonunun Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə xx xxxxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Xaçmaz rayonu, Niyazoba kəndi istiqamətində Xəzər dənizinin sahilinə gələrək 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd rezin kombinezondan istifadə etməklə dənizə girmiş və orada 02 ədəd hər birinin uzunluğu 60 metr, eni 2 metr, gözlərinin ölçüsü 50x20 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş tor quraraq xx xxxxxxxx 2020-ci il tarixədək olan müddətdə Xaçmaz rayonu, Niyazoba kəndi istiqamətində Xəzər dənizindən 02 ədəd hər biri 275 manat olmaqla 550 manat dəyərində dəniz sıfı, 05 ədəd hər biri 11 manat olmaqla 55 manat dəyərində kefal və 02 ədəd hər biri 220 manat olmaqla 440 manat dəyərində nərə balıqlarını qanunsuz tutaraq balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1045 manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 10:00 radələrində sahilə çıxarkən Su NPİ-nin X18 Məntəqəsinin əməkdaşları tərəfindən saxlanılmış və baxış zamanı ondan 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd rezin kombinezon, 02 ədəd hər birinin uzunluğu 60 metr, eni 2 metr, gözlərinin ölçüsü 50x20 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş torlar, 02 ədəd dəniz sıfı, 05 ədəd kefal və 02 ədəd nərə balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, maddi vəziyyəti ağır olduğu üçün xx xxxxxxxx 2020-ci il tarixdə saat 17 radələrində balıq tutmaq məqsədi ilə Xaçmaz rayonunun Niyazoba kəndi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş, özünə məxsus olan 1 ədəd taxta qayıqdan, 2 ədəd taxta avarlardan və 1 ədəd rezin kombinezondan istifadə edərək dənizə girmiş, sahildən bir qədər aralandıqdan sonra hər birinin uzunluğu 60 metr, eni 2 metr, gözlərinin ölçüsü 50x50 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torları suda qurub evinə qayıtmışdır. Səhəri gün, yəni xx xxxxxxxx 2020-ci il tarixdə saat 09 radələrində Xəzər dənizində qurduğu torları yığmaq məqsədi ilə yenidən həmin 1 ədəd taxta qayıqdan, 2 ədəd taxta avarlardan və 1 ədəd rezin kombinezondan istifadə edərək dənizə girdikdən sonra torları qurduğu yerə gəlmiş, torları sudan çıxararkən müxtəlif növ balıqlar tutduğunu görmüşdür. Saat 10:15-də torları tutduğu balıqlarla birlikdə qayığa yığıb sahilə çıxarkən X14 X15 polis bölməsinin əməkdaşları onu saxlamışlar. Sorğu zamanı polis əməkdaşlarına Xaçmaz rayonunun Niyazoba kəndi istiqamətində Xəzər dənizində torla balıq tutmaq üçün rəsmi icazəsinin, yəni balıqovlama biletinin olmadığını bildirmişdir. Polis əməkdaşları ona məxsus olan taxta qayığı, avarları, rezin kombinezonu, 2 ədəd torları və həmin torların vasitəsi ilə Xəzər dənizindən qanunsuz tutduğu balıqları götürmüşlər. Polis əməkdaşları ona məxsus balıqovlama vasitələrinə və Xəzər dənizindən qanunsuz tutduğu balıqlara dəvət edilmiş hal şahidlərinin iştirakları ilə baxış keçirərkən məlum olmuşdur ki, tutduğu balıqların 2 ədədi dəniz sıfı, 5 ədədi kefal, 2 ədədi isə nərə balıqlarıdır. Bundan sonra polis əməkdaşları bu barədə müvafiq protokol tərtib etmişlər. Hazırda törətdiyi əməldən peşmandır. Tələb olunan mülki iddianı qəbul edir və maddi ziyanı ödəyəcəkdir. Məhkəmə istintaqında dindirilən mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X6 nümayəndəsi Nümayəndə göstərdi ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Niyazoba kəndi ərazisindən 1 ədəd taxta qayıqla Xəzər dənizinə çıxıb 2 ədəd balıq torları vasitəsilə tutulması qadağan edilmiş 02 ədəd hər biri 275 manat olmaqla 550 manat dəyərində dəniz sıfı, 05 ədəd hər biri 11 manat olmaqla 55 manat dəyərində kefal və 02 ədəd hər biri 220 manat olmaqla 440 manat dəyərində nərə balıqlarını qanunsuz tutaraq balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1045 manat məbləğində ziyan vurmuşlar. Həmin ziyanı hal-hazıradək Təqsirləndirilən şəxs ödəməmişdir. Ona görə də mülki iddia təmin olunmaqla dövlət balıq ehtiyatlarına vurulmuş 1045 manat ziyanın Təqsirləndirilən şəxs məcburi tutulması barədə qərar qəbul olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən X14 X15 Polis Bölməsinin polis nəfəri Şahid2 göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə digər iş yoldaşları ilə birlikdə xidməti ərazidə qanunsuz olaraq balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirirdikləri zaman həmin gün saat 10:15 radələrində Xaçmaz rayonunun Niyazabad kəndi istiqamətində Xəzər dənizindən qanunsuz balıq tutmaqla məşğul olan Siyəzən rayon sakini Təqsirləndirilən şəxs saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd rezin kombinezon, 02 ədəd hər birinin uzunluğu 60 metr, eni 2 metr, gözlərinin ölçüsü 50x20 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş torlar, 02 ədəd dəniz sıfı, 05 ədəd kefal və 02 ədəd nərə balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs maddi vəziyyəti ağır olduğu üçün məcburiyyət qarşısında qalıb ailəsinə qida əldə etmək məqsədi ilə aşkar edilmiş həmin 02 ədəd dəniz sıfı, 05 ədəd kefal və 02 ədəd nərə balıqlarını torlar vasitəsi ilə rəsmi icazəsi olmadan Xaçmaz rayonunun Niyazabad kəndi istiqamətində Xəzər dənizindən qanunsuz tutduğunu bildirmişdir. Dəvət olunmuş hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs götürülmüş balıqovlama vasitələrinə və onun qanunsuz tutduğu balıqlara baxış keçirilmişdir. Bu barədə müvafiq protokol tərtib edilərək həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş balıqovama vasitələri və qanunsuz ovlanmış balıqlar maddi sübut kimi onlar tərəfindən götürülmüş, balıqlar tez xarab olan ərzaq malı hesab edildiyi üçün qaimə faktura ilə «xxxx» ASC-nə təhvil verilmiş, 1 ədəd taxta qayıq və digər balıqovlama vasitələri isə iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən saxlanılması üçün X14 X15 Polis Bölməsinin rəisi Şahid1 tərəfindən təhvil götürülmüşdür. İbtidai istinataq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış X14 X15 Polis Bölməsinin rəisi Şahid1 məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsi ilə eyni mazmunlu ifadə vermişdir.. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə X14 X15 Polis Bölməsinin əməkdaşları onu ekoloji cinayət törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbirdə hal şahidi qismində iştirak etməyə dəvət etmişlər. Həmin gün saat 10:15 radəsində Xaçmaz rayonunun Niyazabad kəndi istiqamətində Xəzər dənizindən qanunsuz balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd rezin kombinezon, 02 ədəd hər birinin uzunluğu 60 metr, eni 2 metr, gözlərinin ölçüsü 50x20 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş torlar, 02 ədəd dəniz sıfı, 05 ədəd kefal və 02 ədəd nərə balıqları aşkar edilərək götürülmüşdür. Onun iştirakı ilə Təqsirləndirilən şəxs götürülmüş balıqovlama vasitələrinə və balıqlara baxış keçirilib müvafiq protokol tərtib edilmişdir. Onun yanında aparılmış sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin balıqları tor vasitəsi ilə Xaçmaz rayonunun Niyazabad kəndi istiqamətində Xəzər dənizindən qanunsuz tutmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs izah etmişdir ki, Xaçmaz rayonunun Niyazabad kəndi istiqamətində Xəzər dənizindən torla balıq tutmağa onun rəsmi icazəsi yoxdur. Təqsirləndirilən şəxs istifadə etdiyi balıqovlama vasitələri və qanunsuz tutduğu balıqlar polis əməkdaşları tərəfindən götürülmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Şahid3 məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkildən görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə X14 İdarəsinin əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə Xəzər dənizində qanunsuz balıq tutanlara qarşı keçirilən mübarizə xarakterli reyd zamanı, həmin gün saat 10:15 radələrində Xaçmaz rayonunun Niyazabad kəndi istiqamətində Xəzər dənizindən şəxsiyyəti sonradan müəyyən edilmiş Təqsirləndirilən şəxs torla balıq tutması müşahidə ddilərək o, əməkdaşlar tərəfindən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd rezin kombinezon, 02 ədəd hər birinin uzunluğu 60 metr, eni 2 metr, gözlərinin ölçüsü 50x20 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş torlar, 02 ədəd dəniz sıfı, 05 ədəd kefal və 02 ədəd nərə balıqları aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin balıqları aşkar edilmiş 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd rezin kombinezon, cilka adlandırılan sintetik sapdan toxunmuş torlar vasitəsi ilə rəsmi icazəsi olmadan qanunsuz tutduğunu bildirmişdir. İş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz balıq ovladığı ləvazimatlar- 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd rezin kombinezon, 02 ədəd hər birinin uzunluğu 60 metr, eni 2 metr, gözlərinin ölçüsü 50x20 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş tor müvəqqəti olaraq saxlanılması üçün X14 X15 Polis Bölməsinin rəisi Şahid1 tərəfindən qəbul edilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, Təqsirləndirilən şəxs Xəzər dənizindən qanunsuz ovladığı 02 ədəd dəniz sıfı, 05 ədəd kefal və 02 ədəd nərə balıqları tez xarab olan ərzaq malı hesab edildiyi üçün xx xxxxxxxx 2020-ci il tarxli qaimə faktura ilə «xxxx» ASC-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X6 aparıcı məsləhətçi-müfəttişi Nümayəndə tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 9 ədəd balıqlar vətəgə əhəmiyyətli olmaqla bioloji əlamətlərinə görə 5 ədədi kefal, 2 ədədi nərə və 2 ədədi dəniz sıfı balıqlarıdır. Həmin balıqların qaununsuz ovlanması nəticəsində balıq ehtiyatlarına ümumilikdə 1045 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X6 X7 Nəzarət sektorunun müdiri Qafar Ağayev tərəfindən imzalanmış iddia ərizəsinin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs 1045 manat ziyan pulunun tutularaq 5 saylı Regional Ekologiya və X6 hesabına verilməsi xahiş olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin xx.xx.2020-ci il tarixli, 21/287 nömrəli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixə kimi Siyəzən rayon sakini Təqsirləndirilən şəxs Xəzər dənizində balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Siyəzən rayon İcra Hakimiyyəti Başçısının X11 Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 581 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 1963-cü il təvəllüdlü arvadı X2, 1999-cu il təvəllüdlü oğlu X5 və 2004-cü il təvəllüdlü X3 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Siyəzən rayon İcra Hakimiyyəti Başçısının X11 Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə xx xxxxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Xaçmaz rayonu, Niyazoba kəndi istiqamətində Xəzər dənizinin sahilinə gələrək 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd rezin kombinezondan istifadə etməklə dənizə girmiş və orada 02 ədəd hər birinin uzunluğu 60 metr, eni 2 metr, gözlərinin ölçüsü 50x20 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş tor quraraq xx xxxxxxxx 2020-ci il tarixədək olan müddətdə Xaçmaz rayonu, Niyazoba kəndi istiqamətində Xəzər dənizindən 02 ədəd hər biri 275 manat olmaqla 550 manat dəyərində dəniz sıfı, 05 ədəd hər biri 11 manat olmaqla 55 manat dəyərində kefal və 02 ədəd hər biri 220 manat olmaqla 440 manat dəyərində nərə balıqlarını qanunsuz tutaraq balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1045 manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 10:00 radələrində sahilə çıxarkən Su NPİ-nin X18 Məntəqəsinin əməkdaşları tərəfindən saxlanılmış və baxış zamanı ondan 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd rezin kombinezon, 02 ədəd hər birinin uzunluğu 60 metr, eni 2 metr, gözlərinin ölçüsü 50x20 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş torlar, 02 ədəd dəniz sıfı, 05 ədəd kefal və 02 ədəd nərə balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının 256.1-ci maddəsinə əsasən şəxs tərəfindən balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, təqsirləndirilən şəxsin ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini, himayəsində 3 nəfər ailə üzvü olmaqla ailənin yeganə qazanc gətirəni olmasını cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır və ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan islah işləri növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Siyəzən rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülmüş və saxlanılmasından ötrü X14 İdarəsinin rəisi Şahid1 təhvil verilmiş ov ləvazimatları- 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd rezin kombinezon, 02 ədəd hər birinin uzunluğu 60 metr, eni 2 metr, gözlərinin ölçüsü 50x20 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş torlar dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs Xəzər dənizindən qanunsuz ovladığı 02 ədəd dəniz sıfı, 05 ədəd kefal və 02 ədəd nərə balıqlarının tez xarab olan ərzaq malı olduğu üçün «Xudat Balıq» Açıq Səhmdar Cəmiyyətinə təhvil təhvil verilməsi nəzərə alınmalı, həmin məhsulların satışından əldə olunan pul vəsaiti dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia təmin edilməklə, dövlət balıq ehtiyatlarına vurulmuş 1045 manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X6 «Dövlət Xəzinədarlıq Agentliyi- kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO ******************** SWİFT:BİK CTREAZ 22, 5 saylı Regional Ekologiya və X12: AZ78CTRE******************** Vöen:**********, təsnifat kodu: 142582, səviyyə kodu 3» nömrəli hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərcləri yoxdur. İş materiallarından görünür ki, Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(067)-151/2020 saylı qərarı əsasında məhkəmə istintaqı zamanı təqsirləndsirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə dövlət hesabına 8 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dövlət hesabına göstərdiyi 8 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 48 manat pul ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Siyəzən rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülmüş və saxlanılmasından ötrü X14 İdarəsinin rəisi Şahid1 təhvil verilmiş ov ləvazimatları- 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd rezin kombinezon, 02 ədəd hər birinin uzunluğu 60 metr, eni 2 metr, gözlərinin ölçüsü 50x20 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş torlar dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs Xəzər dənizindən qanunsuz ovladığı 02 ədəd dəniz sıfı, 05 ədəd kefal və 02 ədəd nərə balıqlarının tez xarab olan ərzaq malı olduğu üçün «Xudat Balıq» Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi nəzərə alınsın, həmin məhsulların satışından əldə olunan pul vəsaiti dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia təmin edilməklə, dövlət balıq ehtiyatlarına vurulmuş 1045 (bir min qırx beş) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X6 «Dövlət Xəzinədarlıq Agentliyi- kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO ******************** SWİFT:BİK CTREAZ 22, 5 saylı Regional Ekologiya və X12: AZ78CTRE******************** Vöen:**********, təsnifat kodu: 142582, səviyyə kodu 3» nömrəli hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dövlət hesabına göstərdiyi 8 (səkkiz) iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 48 (qırx səkkiz) manat pul ödənilsin. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar