Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-28/2022 12.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 , Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə xx.xx.1987-ci ildə Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam-orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Köhnə- Xaçmaz kəndində yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən əldə etdiyi 04 ədəd çətənə bitkisinin toxumlarını yaşadığı Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində yerləşən evin həyətyanı torpaq sahəsində əkib qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmiş, bu fakt 20 avqust 2021-ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yerləşən evin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman 04 (dörd) ədəd yaş vəziyyətdə ümumi çəkisi 530,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, bir neçə ildir ki, düşəndə narkotik vasitə qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. Bir neçə ay bundan əvvəl yaşadığı Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində piyada yol gedərkən yerdə bir ədəd şəffaf sellofan torba olduğunu, həmin torbanı əlinə götürüb baxdıqda içərisində çətənə bitkisinin toxumları olduğunu görmüşdür. Tapdığı həmin toxumları əynindəki şalvarın cibinə qoyaraq yaşadığı evə gətirmiş və yataq otağında gizlədərək saxlamışdır. 2021-ci ilin iyun ayının əvvəllərində çətənə bitkisinin toxumlarından dörd ədədini yaşadığı evin həyətyanı torpaq sahəsinin gün düşən hissəsində bir-birindən aralıda, böyüdükdə kiminsə diqqətini cəlb etməsin deyə otların arasında əkmiş, qalan toxumları isə həyətdəki sanitar qovşağına atmışdır. Çətənə bitkisinin toxumları cücərib əmələ gəldikdən sonra onlara qulluq göstərərək suvarmış, diblərini yumşaltmış və həyətdə olan digər bitkilərə gübrə verərkən çətənə bitkilərinə də gübrə vermişdir. Lakin yaşadıqları evin həyətyanı torpaq sahəsində onun narkotik tərkibli çətənə bitkiləri əkməsi və onlara qulluq göstərməsi barədə ailə üzvlərinin xəbəri olmamışdır. 20 avqust 2021-ci il tarixdə saat 16 radələrində yaşadığı evin həyətində olarkən Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı ünvana gəlmiş, ona yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə məlumat aldıqlarını və buna görə də videoçəkiliş vasitəsi ilə həyətyanı torpaq sahəsinə baxış keçirəcəklərini bildirmişlər. O, polis əməkdaşlarına həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkdiyini etiraf etmiş və həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etiraz etməmiş, polis əməkdaşlarını və onlarla birlikdə gəlmiş aqronomu həyətə dəvət etmişdir. Müstəntiq tərəfindən hüquq və vəzifələri izah edildikdən sonra ona yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkiləri əkib-yetişdirdiyi yeri göstərməsi təklif olunmuşdur. Bundan sonra o, yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkilərini əkdiyi yeri polis əməkdaşlarına göstərmiş, müstəntiqin suallarına cavab olaraq təxminən 2021-ci ilin iyun ayında öz şəxsi istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana əldə etmək məqsədi ilə həmin bitkiləri əkdiyini və aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyini bildirmişdir. Aşkar edilmiş 04 ədəd çətənə bitkisi torpaqdan kökü ilə birlikdə çıxarılmaqla 01 ədəd ağ rəngli kisəyə qablaşdırılaraq götürülmüş və bununla bağlı protokol tərtib edilmişdir. Əməlindən peşman olmaqla ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid4 göstərdi ki, 20 avqust 2021-ci il tarixdə Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməsi barədə Xaçmaz rayon Polis Şöbəsinə daxil olmuş məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü qeyd olunan tarixdə raportla şöbə rəhbərliyinə məruzə olunmuş və bununla bağlı müvafiq sənədləşmə aparılmaqla onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Xaçmaz rayon X2 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid1 qrupun tərkibinə daxil edilmiş və faktla bağlı araşdırma aparılması Xaçmaz rayon X7 Bölməsinin müstəntiqi X4 həvalə olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə keçiriləcək baxışın görüntülərini videoçəkiliş vasitəsi ilə qeydə almaq Xaçmaz rayon X3 Tədqiqatlar Qrupunun baş inspektoru Şahid3 həvalə olunduqdan və keçiriləcək baxışda mütəxəssis qismində iştirak etmək üçün Xaçmaz rayon Mənzil İstismar İdarəsinin baş aqronomu Şahid2 dəvət edildikdən sonra həmin tarixdə saat 16 radələrində onlar Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Orada onları Təqsirləndirilən şəxs özü qarşılamış, özlərini təqdim etdikdən sonra ona yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat daxil olduğu və buna görə də videoçəkiliş vasitəsi ilə həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etiraz etməmiş, ondan həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-əkməməsi soruşulduqda o, həyətyanı torpaq sahəsində özünün istifadəsi üçün narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini etiraf etmiş və həmin bitkiləri təqdim edə biləcəyini deyərək onları yaşadığı evin həyətyanı torpaq sahəsinə dəvət etmişdir. Baxış zamanı həyətyanı torpaq sahəsinin müxtəlif hissələrində, meyvə ağaclarının yanında və qurumuş alaq otlarının arasında torpaqda əkilmiş vəziyyətdə olmaqla hər biri təxminən 0,5-1,5 metr hündürlükdə, inkişaf etmiş, tərkibində narkotik maddələr olan çətənə bitkisinə bənzər bitkilər aşkar olunmuşdur. Həmin bitkilərin dibləri suvarılmış, alaq otlarından təmizlənməklə yumşaldılmış və peyin verilmiş vəziyyətdə olmuşdur. Baxışda iştirak edən aqronom Şahid2 aşkar edilmiş bitkiləri nəzərdən keçirib onların narkotik tərkibli çətənə bitkiləri olduğunu və aqrotexniki qaydada qulluq edilməklə əkilib-becərildiklərini bildirmişdir. Aşkar edilmiş bitkilər bir-bir köklərindən torpaqdan çıxarılaraq sayılmış və onların ümumilikdə 04 ədəd olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini, aşkar edilmiş bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və onları şəxsi istifadəsi üçün əkib becərdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilmiş çətənə bitkilərinə bənzər bitkilər 1 ədəd sintetik kisəyə yığılaraq qablaşdırılmış və üzəri imzalanıb möhürlənməklə götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi prosesinin video görüntüləri əvvəldən axıra kimi Şahid3 tərəfindən video kamera vasitəsi ilə qeydə alınmış və faktla bağlı müstəntiq Mətləb İsmayılov tərəfindən protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X2 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid1 və X3 Tədqiqatlar Qrupunun baş inspektoru Şahid3 eyni məzmunlu ifadələr verərək X5 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Mənzil İstismar idarəsinin baş aqronomu Şahid2 göstərdi ki, 20 avqust 2021-ci il tarixdə Xaçmaz rayon X7 Bölməsinin müstəntiqi Mətləb İsmayılovun mütəxəssis təyin olunmasına dair qərarına əsasən Polis Şöbəsinə dəvət edildikdən sonra müstəntiq tərəfindən ona qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkilib-becərilməsi ilə bağlı Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən evin həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyi bildirilmişdir. O, etiraz etməyib həmin baxışda mütəxəssis qismində iştirak etməyə razılıq vermiş, bundan sonra həmin tarixdə saat 16 radələrində Polis Şöbəsinin əməkdaşları Şahid4, Şahid1, Şahid3 və müstəntiq Mətləb İsmayılovla birlikdə qeyd olunan ünvana getmişdir. Orada onları Təqsirləndirilən şəxs qarşılamışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat daxil olduğu və buna görə də videoçəkiliş vasitəsi ilə həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etiraz etməmiş, ondan həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-əkməməsi soruşulduqda o, həyətyanı torpaq sahəsində özünün istifadəsi üçün narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini etiraf etmiş və həmin bitkiləri təqdim edə biləcəyini deyərək onları yaşadığı evin həyətyanı torpaq sahəsinə dəvət etmişdir. Baxış zamanı həyətyanı torpaq sahəsinin müxtəlif hissələrində, meyvə ağaclarının yanında və qurumuş alaq otlarının arasında torpaqda əkilmiş vəziyyətdə olmaqla hər biri təxminən 0,5-1,5 metr hündürlükdə, inkişaf etmiş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar olunmuşdur. Polis əməkdaşlarının təklifi ilə o, həmin bitkiləri nəzərdən keçirtmiş, onların dibləri yumşaldılmış, suvarılmış, alaq otlarından təmizlənmiş, peyin verilmiş və digər qulluqlar göstərilməklə aqrotexniki qaydada becərilmiş vəziyyətdə olduğuna görə o, aşkar olunmuş bitkilərin əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri olduğunu və onlara aqrotexniki qaydada qulluq göstərilməklə becərildiklərini bildirmişdir. Aşkar edilmiş bitkilər bir-bir köklərindən torpaqdan çıxarılaraq sayılmış və onların ümumilikdə 04 ədəd olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini, aşkar edilmiş bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və onları şəxsi istifadəsi üçün əkib becərdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilmiş çətənə bitkiləri sintetik kisəyə yığılaraq qablaşdırılmış və üzəri imzalanıb möhürlənməklə götürülmüşdür. Faktla bağlı müstəntiq Mətləb İsmayılov tərəfindən protokol tərtib edilmiş və ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Baxış prosesi başa çatdıqdan sonra o, elə həmin gün Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilmiş bitkilərin narkotik tərkibli çətənə (kannabis) bitkiləri olmaqla onlara aqrotexniki qaydada qulluq göstərilərək əkilibbecərilməsi barədə rəy yazaraq müstəntiqə təqdim etmişdir. İş materillarında olan baxış keçirilməsi haqqında 20 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən həyətyanı torpaq sahəsinin müxtəlif hissələrində, yəni 01 ədədi nar ağacının yanında, 01 ədədi gilas ağacının yanında, 02 ədədi isə daş hasarın yaxınlığındakı qurumuş alaq otlarının arasında əkilmiş və hər biri təxminən 0,5-1,5 metr hündürlükdə, inkişaf etmiş, tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Xaçmaz rayon Mənzil İstismar İdarəsinin baş aqronomu Şahid2 tərəfindən tərtib edilmiş 20 avqust 2020-ci il tarixli rəydən görünür ki, 20 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən evin həyətyanı torpaq sahəsində aşkar edilmiş ümumilikdə 04 (dörd) ədəd bitki tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Həmin bitkilərin dibləri yumşaldılmış, suvarılmış, hündürlükləri orta hesabla 50-150 sm-ə kimi inkişaf etmiş və aqrotexniki qaydada qulluq göstərilməklə kultivasiya edilmişdir. İş materiallarında olan Məhkəmə-bioloji ekspertizasının 21 avqust 2021-ci il tarixli, 7/818 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində «Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilmiş...» sözləri yazılmış sintetik torbada 04 (dörd) ədəd yaş vəziyyətdə ümumi çəkisi 530,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata sərfdən sonra çətənə bitkilərinin qalıq çəkisi 529,8 qram təşkil edir. İş materiallarında olan elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında 21 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə dair video görüntülər köçürülməklə cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd CD diskə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə baxış keçirilmiş, baxış zamanı həmin diskdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində yerləşən evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinin və həyətyanı torpaq sahəsinin müxtəlif hissələrində əkilib-becərilməklə ümumilikdə 04 (dörd) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisi aşkar edilməsinin görüntüləri öz əksini tapmışdır. Elektron məlumat daşıyıcısına baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin video görüntüdə qeydə alınmış şəxsin özünün olduğunu, görüntünün qeydə alındığı 20 avqust 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirildiyini, baxış zamanı 2021-ci ilin iyun ayının əvvəllərindən yaşadığı evin həyətyanı torpaq sahəsində özünün istifadəsi üçün əkib-becərdiyi ümumilikdə 04 ədəd narkotik tərkibli çətənə bitkilərini polis əməkdaşlarına təqdim etdiyini etiraf etmişdir. İş materiallarında olan maddi sübutun tanınması haqqında 23 avqust 2021-ci il tarixli qərardan görünür ki, 20 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 04 (dörd) ədəd yaş vəziyyətdə ümumi çəkisi 530,0 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri və qeyd olunan tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə dair video görüntülər köçürülmüş 01 ədəd CD disk 23 avqust 2021-ci il tarixdə iş üzrə maddi sübut hesab edilmiş, narkotik tərkibli çətənə (kannabis) bitkilərinin 0,2 qramının tədqiqata sərf edilməklə istifadə olunması, habelə 01 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, qalan 04 (dörd) ədəd 529,8 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkiləri 01 (bir) ədəd sintetik torbada qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 26 oktyabr 2021-ci il tarixli, 4150 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Köhnə-Xaçmaz İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən əldə etdiyi 04 ədəd çətənə bitkisinin toxumlarını yaşadığı Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində yerləşən evin həyətyanı torpaq sahəsində əkib qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmiş, bu fakt 20 avqust 2021-ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yerləşən evin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman 04 (dörd) ədəd yaş vəziyyətdə ümumi çəkisi 530,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətməsini və törətdiyi cinayət əməlini səmimi etiraf edib hərəkətlərindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). İş materiallarında olan şübhəli şəxsi tutma haqqında 20 avqust 2021-ci il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, müstəntiqin şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 22 avqust 2021-ci il tarixli qərarından və “başqa yerə getməmək haqqında iltizam”dan görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, müstəntiqin şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 22 avqust 2021-ci il tarixli qərarı ilə həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 avqust 2021-ci il tarixdən 22 avqust 2021-ci il tarixədək həbsdə olduğu 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 1(067)-28/2022 saylı qərarından və axtarışda olan şəxsin tutulması haqqında 14 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin çağrışlarına üzürlü səbəb olmadan gəlməməklə məhkəmədən gizləndiyindən məhkəmənin 09 fevral 2022-ci il tarixli qərarı ilə onun barəsində axtarış elan edilməklə, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin müvafiq axtarış qərarı əsasında o, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 14 fevral 2022-ci il tarixdə tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti tutulduğu gündən, yəni 14 fevral 2022-ci il tarixdən hesablanmalı və barəsində məhkəmənin müvafiq axtarış qərarı ilə seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 529,8 qram təşkil edən 04 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə keçirilən baxış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 89 manat pul Təqsirləndirilən şəxs oğlundan tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 avqust 2021-ci il tarixdən 22 avqust 2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 14 fevral 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş, tədqiqata sərfdən sonra qalıq çəkisi 529,8 qram təşkil edən 04 (dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə keçirilən baxış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 89 (səksən doqquz) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №1(067)-28/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-28/2022
12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver