Məhkəmə qərarları › İş №1(067)-28/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-28/2023

13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-28/2023 13.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 və onun nümayəndəsi (vəkil) Müdafiəçi2, Xüsusi ittiham qaydasında şikayət vermiş X1 və X8, Xüsusi İttiham qaydasında şikayət vermiş şəxs X3 və X8 nümayəndəsi X11, təqsirləndirilən şəxs Məmmədli Cəmil Qiyas oğlunun və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, 02 may 1981-ci ildə Xaçmaz rayonunun Köhnə Xudat kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Köhnə Xudat kəndində qeydiyyatda olan - Məmmədli Cəmil Qiyas oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X16, X9, X15 və X12 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Məmmədli Cəmil Qiyas oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişlər. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, Məmmədli Cəmil Qiyas oğlu “Facebook” sosial şəbəkəsində olan şəxsi profili vasitəsi ilə 01 avqust 2022-ci il tarixdə bütün ittihamçılara qarşı “cındır balası cındır təhqir, alverçi olduqları böhtan ifadələri, Fuad Həbibova qarşı gədə, görsöydürən şərəfsiz təhqir ifadələri”; 05 iyul 2022-ci il tarixdə həmin profildən yazdığı birinci statusda və həmin statusa yazdığı şərhdə bütün ittihamçılara qarşı “ölüsünün goru ilə alver edənlər, xaker tapıblar böhtan ifadələri, bütün ittihamçılara qarşı qanı, südü xarab adamlardı da təhqir ifadələri”; 05 iyul 2022-ci il tarixdə yazdığı ikinci statusda və həmin statusa yazdığı şərhlərdə bütün ittihamçılara qarşı “gor söydürməklə dolanan namussuz sürüsü ilə üz-üzə qalmışam da, çox namussuz adamlara rast gəlmişəm, yaşaya bilmirlər ölüsünün gorusuna söydürməsələr, bütün Xaçmaz sizi də tanıyır, məni də, hamı bilir kim kimdi..., gorbagor” təhqir ifadələri, bütün ittihamçılara qarşı “səhifələrimi oğurlatdırıblar” böhtan ifadələri, Fuad Həbibova qarşı “ay gorbagorun balası, axır bir gün hardasa qabağıma çıxacaqsan namussuz...” təhqir ifadələri, “səhifələrimi oğurlatmaqda nəyə nail olacaqsan, Cəmil Məmmədli, Azad statuslar, bir də Nəcimə Babayeva” böhtan ifadələri; 05 iyul 2022-ci il tarixində yazdığı üçüncü statusda bütün ittihamçılara qarşı “ölüsünün goru ilə alver edənlərə susduqca” böhtan ifadələri, Fuad Həbibova qarşı “bazarkomun gədəsi təhqir” ifadələri, “səhifələrim bazarkomun gədəsi tərəfindən oğurlanıb” böhtan ifadələri; 24 iyun 2022-ci il tarixdə yazdığı statusda və həmin statusa yazdığı şərhlərdə bütün ittihamçılara qarşı “Xaçmazın bazar adamları, çox namussuz adamlardı, fahişədən əmələ gələnlər, iki fahişənin əlində qalmışıq” təhqir ifadələri, “Analarının qanı ilə şou çıxaranlar” böhtan ifadələri, Fuad Həbobova qarşı “kişi qəhbəsi, bazar adamı, Trol Abbasimin burdakı tulası (X23 Abbasimin sədri olduğu X24 şöbəsinin üzvü olmasını nəzərdə tutur), kül qeyrətsiz başıva, namuzsuz adamsan, fahişənin balası, qoşulub özü kimi bir-iki anasından xəbərsizə, ay şərəfsiz, indi ölüsünün goru mənimdi, namussuz köpəkuşağı” təhqir ifadələri; 25 iyun 2022-ci il tarixdə həmin profildən yazdığı statusda və həmin statusa yazdığı şərhlərdə bütün ittihamçılara qarşı “söyüşlərə görə o ailədən başqa hamıdan üzr istəyirəm, Şou çıxarmağa meylli fahişələrdi, indi mən onlara şou verərəm..., bu fahişələr tək qalanda, mən canımı ortaya atıb, bunları müdafiə edirdim, Qəhbənin qarnından çıxan, elə həddə gətirdilər ki, fahişənin balaları, indi mən danışaram, görüm kim kimdi..., Yeni nəsə tapıb şou çıxarmalıdırlar, bu dəfə hədəf mənəm. Şərəfsiz yığını..., fahişənin balası” təhqir ifadələri, Fuad Həbibova qarşı “bazar gədəsi, bu cındır, hər evindən bixəbər, ömrü boyu öz anası üçün belə lazımi mübarizə aparmağı qeyrəti çatmayan küçə gədəsi, nəsli ilə pox yeyər, Hansısa cındır, İndi isə həyarıma lağ edib, mənə böhtan atanın həm ölüsünü, həm dirisini söyməyə haqqım çatır..., ömrü boyu öz anası üçün belə lazımi mübarizə aparmağa qeyrəti çatmayan, Cındır uşağına nə vaxdır dözürəm, ancaq bu dəfə day ağ elədi. Ona görə də payını göndərirəm, rahatlaşsın, südü, qanı təmiz olsaydı, belə olmazdı..., Qoy tutulum, ancaq hansısa bazar qəhbəsinə, mənim həyatıma dil uzatmağa imkan vermərəm... İndi bu namussuz gəlib mənə dil uzatacaq?, özü bunu istəyir. Gor darıxır axı” təhqir ifadələri, Fuad Həbibova qarşı “bu anasının qanını satan elə bunu istəyir” böhtan ifadələri; həmin profildən 24 iyun 2022ci il tarixində Fuad Həbibovun öz Facebook profilindən yazdığı statusuna yazdığı şərhlərdə Fuad Həbibova qarşı “cındır, qeyrətsiz oğraş, ölüvün gorunu, o smaylikləri soxacam sənin bir yerinə, qəhbə kimi ortalıqda bilə-bilə bu sözləri yaydığın üçün it balası kimi cavab verəcəksən, qeyrətsiz adamsan sən, Ziyəddinin tulası, kişi qəhbəsi, Ziyəddinin tulası, fahişənin balası, namuzsuz, bazar qəhbəsi” təhqir ifadələri, “anasının qanı ilə şou çıxaran, söz vermisən kimlərəsə nəsə hoqqa durğusursan, bütün yazdıqlarıını yalan yazırsan, anasının qanının satan” böhtan ifadələri; 05 iyul 2022-ci ildə saat 16:30-da özünə məxsus ********** nömrəsindən ittihamçı Həbibov Fuadın ********** nömrəli telefonuna Votsap messencerindən 36 saniyəlik atdığı səs yazısında bütün ittihamçılara qarşı “qəhbə balası, petux oğlu” təhqir ifadələrinə, Fuad Həbibova qarşı “qəhbə, petuxsan, gör adamın ölüsünün gorunu, dirisinin ağzını necə sikirlər, sənin var-yoxunu sikəcəm, get bu səsimi də hara istəyirsən qoy, sənin varını, yoxunu sikim, ölüvün gorunu sikim” təhqir ifadələri işlətdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddəsi ilə cinayət məsuliyətinə cəlb edilməsi barədə müəyyən edilmiş qaydada ittiham hökmü qəbul edilələrək müəyyən edilmiş qaydada cəza təyin edilməsini xahiş etmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Məmmədli Cəmil Qiyas oğlu barəsində verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə özünü təqsirli bilməyərək ifadəsində ilk olaraq göstərmişdir ki, “Cemil Memmedli” adlı facebook profili ona məxsusdur. Həmin profildən yazılmış və hazırki şikayət ərizəsində qeyd olunmuş ifadələri ona məxsus olduğunu bildirmişdir. Buna səbəb isə ilk öncə xüsusi ittihamçılardan Fuad Həbibovun onun barəsində yazdığı təhqiramiz ifadələri olmuşdur. Yəni, ilk öncə Fuad Həbibov onu təhqir etdikdən sonra o, biganə qala bilməyərək qarşılıqlı olaraq Fuadı və digər xüsusi ittihamçıları söymüşdür. Fuad Həbibov ancaq onun yazdıqlarını xüsusi ittihamda qeyd etmişdir. X21 özünün onun ünvanına yazdıqlarını xüsusi ittihamda qeyd etməmişdir. İş materiallarından da görünür ki, onun Fuadın ünvanına dedikləri əlavə edilmişdir, yəni cavab olaraq söylənilib. O, durduğu yerdə Fuadın və digər şəxslərin ünvanlarına heç vaxt belə ifadələr işlətməzdi, ilk öncə Fuad onu söydüyü üçün o, da qarşılıqlı olaraq Fuadı və Fuadın qardaş və bacılarını söymüşdür. Məhkəmənin daha sonrakı iclaslarında təqsirləndirilən şəxs Məmmədli Cəmil Qiyas oğlu xüsusi ittiham qaydasında verilmiş şikayətdə qeyd olunan ifadələri onun tərəfindən yazılmadığını, onun bütün xüsusi ittihamçılara qarşı yox, yalnız Fuad Həbibova qarşı bəzi ifadələrin işlətdiyini bildirmişdir. Səbəb isə onu göstətmişdir ki, Fuad Həbibov birinci olaraq onu təhqir etmişdir, o isə Fuada yalnız cavab verirdi. Qeyd olunanlara əsasən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs Məmmədli Cəmil Qiyas oğlunun müdafiəçisi Müdafiəçi1 təqsirləndirilən şəxs Məmmədli Cəmil Qiyas oğlunun ifadəsinə uyğun ifadə verərək, Məmmədli Cəmil Qiyas oğlunun hər hansı bir təqsirinin olmamasını bildirərək, bəraət hökmün çıxarılmasını xahiş etmişdir Məhkəmə istintaqı zamanı xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X16 və X1 nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında ifadə verərək xüsusi ittihamı müdafiə etmiş, və əlavə olaraq bildirmişdir ki, iş üzrə təqsirləndirilən şəxsin sosial şəbəkələrdə xüsusi ittihamçılar barəsində xüsusi ittihamda qeyd olunan səpkidə bir çox paylaşımları və yazıları mövcuddur. Hesab edir ki, göstərilən faktlar təqsirləndirilən şəxs Məmmədli Cəmil Qiyas oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə ittiham hökmü çıxarılması üçün əsasdır. Təqsirləndirilən şəxsin həmin maddələrlə təqsirli bilinərək həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının yuxarı həddində cəza təyin edilməsi, həmçinin təqsirləndirilən şəxsin xüsusi ittihamçılar barəsində öz internet profilində yazdığı təhqir etməsi məhkəmə istintaqında öz əksini tapmışdır. Qeyd olunanları nəzərə alaraq təqsirləndirilən şəxs Məmmədli Cəmil Qiyas oğlu barəsində ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqında xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X9, X16 (həm öz adından, həm də təmsil etdiyi X15 və X3 adından) əvvəlki məhkəmə iclasında dindirilən nümayənələri Nümayəndə ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq edərək, Məmmədli Cəmil Qiyas oğlundan şikayətçi olduğlarını bildirərək barəsində ittihamedici hökm çıxarılmasını xahiş etmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan skrinşotlardan (internet səhifəsinin çəkilmiş ekran fotoları) görünür ki, “Facebook” sosial şəbəkəsində olan “Cemil Memmedli” adlı profil hesabda (təqsirləndirilən şəxs Cəmil Məmmədliyə məxsus) -01 avqust 2022-ci il tarixdə “cındır balası cındır, alverçi olduqları gorsöydürən şərəfsiz” (səh 3); -05 iyul 2022-ci il tarixdə “ölüsünün goru ilə alver edənlər, xaker tapıblar, qanı, südü xarab adamlardı da” (səh 6); -05 iyul 2022-ci il tarixdə “gor söydürməklə dolanan namussuz sürüsü ilə üz-üzə qalmışam da, çox namussuz adamlara rast gəlmişəm, yaşaya bilmirlər ölüsünün gorusuna söydürməsələr, bütün Xaçmaz sizi də tanıyır, məni də, hamı bilir kim kimdi..., gorbagor” “səhifələrimi oğurlatdırıblar”, “ay gorbagorun balası, axır bir gün hardasa qabağıma çıxacaqsan namussuz...”, “səhifələrimi oğurlatmaqda nəyə nail olacaqsan, Cəmil Məmmədli, Azad statuslar, bir də Nəcimə Babayeva” (səh 9-12); -05 iyul 2022-ci il tarixində “ölüsünün goru ilə alver edənlərə susduqca” “bazarkomun gədəsi”, “səhifələrim bazarkomun gədəsi tərəfindən oğurlanıb” (səh 14); -24 iyun 2022-ci il tarixdə “Xaçmazın bazar adamları, çox namussuz adamlardı, fahişədən əmələ gələnlər, iki fahişənin əlində qalmışıq”, “Analarının qanı ilə şou çıxaranlar”, Fuad Həbobova qarşı “kişi qəhbəsi, bazar adamı, Trol Abbasimin burdakı tulası, kül qeyrətsiz başıva, namuzsuz adamsan, fahişənin balası, qoşulub özü kimi bir-iki anasından xəbərsizə, ay şərəfsiz, indi ölüsünün goru mənimdi, namussuz köpəkuşağı” (səh 16); -25 iyun 2022-ci il tarixdə “söyüşlərə görə o ailədən başqa hamıdan üzr istəyirəm, Şou çıxarmağa meylli fahişələrdi, indi mən onlara şou verərəm..., bu fahişələr tək qalanda, mən canımı ortaya atıb, bunları müdafiə edirdim, Qəhbənin qarnından çıxan, elə həddə gətirdilər ki, fahişənin balaları, indi mən danışaram, görüm kim kimdi..., Yeni nəsə tapıb şou çıxarmalıdırlar, bu dəfə hədəf mənəm. Şərəfsiz yığını..., fahişənin balası”, “bazar gədəsi, bu cındır, hər evindən bixəbər, ömrü boyu öz anası üçün belə lazımi mübarizə aparmağı qeyrəti çatmayan küçə gədəsi, nəsli ilə pox yeyər, Hansısa cındır, İndi isə həyarıma lağ edib, mənə böhtan atanın həm ölüsünü, həm dirisini söyməyə haqqım çatır..., ömrü boyu öz anası üçün belə lazımi mübarizə aparmağa qeyrəti çatmayan, Cındır uşağına nə vaxdır dözürəm, ancaq bu dəfə day ağ elədi. Ona görə də payını göndərirəm, rahatlaşsın, südü, qanı təmiz olsaydı, belə olmazdı..., Qoy tutulum, ancaq hansısa bazar qəhbəsinə, mənim həyatıma dil uzatmağa imkan vermərəm... İndi bu namussuz gəlib mənə dil uzatacaq?, özü bunu istəyir. Gor darıxır axı”, “bu anasının qanını satan elə bunu istəyir” (səh 23-31); ifadələrin qeyd olunması təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan skrinşotlardan (internet səhifəsinin çəkilmiş ekran fotoları) görünür ki, “Facebook” sosial şəbəkəsində olan “Fuad Həbibov” adlı profil hesabda 24 iyun 2022-ci il tarixində paylaşılan (xüsusi ittihamçı Fuad Həbibova məxsus) statusda “Cemil Memmedli” profilindən (təqsirləndirilən şəxs Cəmil Məmmədliyə məxsus) “cındır, qeyrətsiz oğraş, ölüvün gorunu, o smaylikləri soxacam sənin bir yerinə, qəhbə kimi ortalıqda bilə-bilə bu sözləri yaydığın üçün it balası kimi cavab verəcəksən, qeyrətsiz adamsan sən, Ziyəddinin tulası, kişi qəhbəsi, Ziyəddinin tulası, fahişənin balası, namuzsuz, bazar qəhbəsi”, “anasının qanı ilə şou çıxaran, söz vermisən kimlərəsə nəsə hoqqa durğusursan, bütün yazdıqlarıını yalan yazırsan, anasının qanının satan” ifadələrin qeyd edilməsi təsdiqini tapmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs Məmmədli Cəmil Qiyas oğlunun sosial şəbəkəlrədə xüsusi ittihamçılar barəsində paylaşdığı məlumatların əks olunduğu profil səhifəsindən çıxarışlardan (skrinşotlardan) müəyyən edilir ki, həmin paylaşımlar hamı üçün açıq olaraq yerləşdirilmiş və paylanılmış, həmçinin həmin məlumatlar müxtəlif sayda istifadəçi tərəfindən görülmüşdür. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 1(067)-159/2022 saylı qərarından müəyyən edilir ki, iş üzrə məhkəmə-linqvistik ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Cəmil Məmmədlinin 01 avqust 2022-ci il tarixdə “Facebook” sosial şəbəkəsində olan profildən yazdığı statusda və həmin statusa yazdığı şərhdə bütün ittihamçılara qarşı “cındır balası cındır” ifadələri şərəf və ləyaqəti nalayıq formada qəsdən alçaldan məlumatlar (təhqir) kimi, “alverçi olduqları” ifadəsi şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar (böhtan) kimi, Fuad Həbibova qarşı “gədə, gorsöydürən şərəfsiz” ifadələri şərəf və ləyaqəti nalayıq formada qəsdən alçaldan məlumatlar (böhtan) kimi qiymətləndirilə bilərmi?

2. Cəmil Məmmədli 05 iyul 2022-ci il tarixdə “Facebook” sosial şəbəkəsində olan profildən yazdığı birinci statusda və həmin statusa yazdığı şərhdə bütün ittihamçılara qarşı “ölüsünün goru ilə alver edənlər, xaker tapıblar” ifadəsi şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar (böhtan) kimi, bütün ittihamçılara qarşı “qanı, südü xarab adamlardı da” ifadələri şərəf və ləyaqəti nalayıq formada qəsdən alçaldan məlumatlar (təhqir) kimi qiymətləndirilə bilərmi?

3. Cəmil Məmmədli 05 iyul 2022-ci il tarixdə “Facebook” sosial şəbəkəsində olan profildən yazdığı ikinci statusda və həmin statusa yazdığı şərhlərdə bütün ittihamçılara qarşı “gor söydürməklə dolanan namussuz sürüsü ilə üz-üzə qalmışam da, çox namussuz adamlara rast gəlmişəm, yaşaya bilmirlər ölüsünün gorusuna söydürməsələr, bütün Xaçmaz sizi də tanıyır, məni də, hamı bilir kim kimdi..., gorba gor” ifadələri şərəf və ləyaqəti nalayıq formada qəsdən alçaldan məlumatlar (təhqir) kimi, bütün ittihamçılara qarşı “səhifələrimi oğurlatdırıblar” ifadəsi şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar (böhtan) kimi, Fuad Həbibova qarşı “ay gorbagorun balası, axır bir gün hardasa qabağıma çıxacaqsan namussuz...” ifadələri şərəf və ləyaqəti nalayıq formada qəsdən alçaldan məlumatlar (təhqir) kimi, “səhifələrimi oğurlatmaqda nəyə nail olacaqsan, Cəmil Məmmədli, Azad statuslar, bir də Nəcimə Babayeva” ifadələri şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar (böhtan) kimi qiymətləndirilə bilərmi?

4. Cəmil Məmmədli 05 iyul 2022-ci il tarixdə “Facebook” sosial şəbəkəsində olan profildən yazdığı üçüncü statusda bütün ittihamçılara qarşı “ölüsünün goru ilə alver edənlərə susduqca” ifadələri şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar (böhtan) kimi, Fuad Həbibova qarşı “bazarkomun gədəsi” ifadələri şərəf və ləyaqəti nalayıq formada qəsdən alçaldan məlumatlar kimi, “səhifələrim bazarkomun gədəsi tərəfindən oğurlanıb” ifadələri şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar (böhtan) kimi qiymətləndirilə bilərmi?

5. Cəmil Məmmədli 24 iyun 2022-ci il tarixdə “Facebook” sosial şəbəkəsində olan profildən yazdığı statusda və həmin statusa yazdığı şərhlərdə bütün ittihamçılara qarşı “Xaçmaz bazar adamları, çox namussuz adamlardı, fahişədən əmələ gələnlər, iki fahişənin əlində qalmışıq” ifadələri şərəf və ləyaqəti nalayıq formada qəsdən alçaldan məlumatlar (təhqir) kimi, “Analarının qanı ilə şou çıxaranlar” ifadələri şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar (böhtan) kimi, Fuad Həbibova qarşı “kişi qəhbəsi, bazar adamı, Trol Abbasimin burdakı tulası (X23 Abbasimin sədri olduğu X24 şöbəsinin üzvü olmasını nəzərdə tutur), kül qeyrətsiz başıva, namuzsuz adamsan, fahişənin balası, qoşulub özü kimi bir-iki anasından xəbərsizə, ay şərəfsiz, indi ölüsünün goru mənimdi, namussuz köpəkuşağı” ifadələri şərəf və ləyaqəti nalayıq formada qəsdən alçaldan məlumatlar (təhqir) kimi qiymətləndirilə bilərmi?

6. Cəmil Məmmədli 25 iyun 2022-ci il tarixdə “Facebook” sosial şəbəkəsində olan profildən yazdığı statusda və həmin statusa yazdığı şərhlərdə bütün ittihamçılara qarşı “söyüşlərə görə o ailədən başqa hamıdan üzr istəyirəm, Şou çıxarmağa meylli fahişələrdi, indi mən onlara şou verərəm..., bu fahişələr tək qalanda, mən canımı ortaya atıb, bunları müdafiə edirdim, Qəhbənin qarnından çıxan, elə həddə gətirdilər ki, fahişənin balaları, indi mən danışaram, görüm kim kimdi..., Yeni nəsə tapıb şou çıxarmalıdırlar, bu dəfə hədəf mənəm. Şərəfsiz yığını..., fahişənin balası” ifadələri şərəf və ləyaqəti nalayıq formada qəsdən alçaldan məlumatlar (təhqir) kimi, Fuad Həbibova qarşı “bazar gədəsi, bu cındır, hər evindən bixəbər, ömrü boyu öz anası üçün belə lazımi mübarizə aparmağı qeyrəti çatmayan küçə gədəsi, nəsli ilə pox yeyər, Hansısa cındır, İndi isə həyarıma lağ edib, mənə böhtan atanın həm ölüsünü, həm dirisini söyməyə haqqım çatır..., ömrü boyu öz anası üçün belə lazımi mübarizə aparmağa qeyrəti çatmayan, Cındır uşağına nə vaxdır dözürəm, ancaq bu dəfə day ağ elədi. Ona görə də payını göndərirəm, rahatlaşsın, südü, qanı təmiz olsaydı, belə olmazdı..., Qoy tutulum, ancaq hansısa bazar qəhbəsinə, mənim həyatıma dil uzatmağa imkan vermərəm... İndi bu namussuz gəlib mənə dil uzatacaq?, özü bunu istəyir. Gor darıxır axı ifadələri şərəf və ləyaqəti nalayıq formada qəsdən alçaldan məlumatlar (təhqir) kimi, Fuad Həbibova qarşı “bu anasının qanını satan elə bunu istəyir” ifadələri şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar (böhtan) kimi qiymətləndirilə bilərmi?

7. Cəmil Məmmədlinin 24 iyun 2022-ci il tarixdə “Facebook” sosial şəbəkəsində olan profildən Fuad Həbibovun öz Facebook profilindən yazdığı statusuna yazdığı şərhlərdə Fuad Həbibova qarşı “cındır, qeyrətsiz oğraş, ölüvün gorunu, o smaylikləri soxacam sənin bir yerinə, qəhbə kimi ortalıqda bilə bilə bu sözləri yaydığın üçün it balası kimi cavab verəcəksən, qeyrətsiz adamsan sən, Ziyəddinin tulası, kişi qəhbəsi, Ziyəddinin tulası, fahişənin balası, namuzsuz, bazar qəhbəsi” ifadələri şərəf və ləyaqəti nalayıq formada qəsdən alçaldan məlumatlar (təhqir) kimi, “anasının qanı ilə şou çıxaran, söz vermisən kimlərəsə nəsə hoqqa durğusursan, bütün yazdıqlarıını yalan yazırsan, anasının qanının satan ifadələri şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar (böhtan) kimi qiymətləndirilə bilərmi?

8. Cəmil Məmmədli 05 iyul 2022-ci ildə saat 16:30-da özünə məxsus 0 50 *** ** ** nömrəsindən ittihamçı Həbibov Fuadın 055 *** ** ** nömrəli telefonuna Votsap messencerindən 36 saniyəlik atdığı səs yazısında bütün ittihamçılara qarşı “qəhbə balası, petux oğlu” ifadələri şərəf və ləyaqəti nalayıq formada qəsdən alçaldan məlumatlar (təhqir) kimi, Fuad Həbibova qarşı “qəhbə, petuxsan, gör adamın ölüsünün gorunu, dirisinin ağzını necə sikirlər, sənin var-yoxunu sikəcəm, get bu səsimi də hara istəyirsən qoy, sənin varını, yoxunu sikim, ölüvün gorunu sikim” ifadələri şərəf və ləyaqəti nalayıq formada qəsdən alçaldan məlumatlar (təhqir) kimi qiymətləndirilə bilərmi?

9. Qeyd olunan sosial şəbəkələrdəki yazılarda şəxsin şərəf və layaqətini ləkələyən, şəxsi nüfuzdan salan, həmçinin şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada alçaldan və yaxud da böhtan hesab olunan məlumatlar yayımılandığı halda, bu konkret hansı sözlərlə, hansı formada (sual, təsdiq və s.) hansı tarixdə və saatda ifadə olunmuşdur? İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2023-cü il tarixli, 4/1852 nömrəli ekspert rəyindən və 14 mart 2023-cü il tarixli 4/1852-1 saylı məlumatdan müəyyən edilir ki, 1. Məmmədli Cəmil Qiyas oğlunun müxtəlif tarixlərdə xüsusi ittihamçılara qarşı “Facebook” sosial şəbəkəsində olan profilindən yazdığı statuslarda və həmin statusa yazdığı şərhlərdə paylaşılmış məlumatlardakı söz və ifadələr xüsusi ittihamçılar X11, X8, X2 və X3 nalayıq formada şərəf və ləyaqətini alçaldan və onları nüfuzdan salan məlumatlar hesab olunur. 2. Məmmədli Cəmil Qiyas oğlunun müxtəlif tarixlərdə xüsusi ittihamçılara qarşı “Facebook” sosial şəbəkəsində olan profilindən yazdığı statuslarda və həmin statusa yazdığı şərhlərdə paylaşılmış məlumatlarda “xaker tapıblar”, “səhifələrimi oğurlatdırıblar”, “səhifələrimi oğurlatmaqla nəyə nail olacaqsan” və “səhifələrim bazarkomun gədəsi tərəfindən oğurlanıb” kimi söz və ifadələr böhtan olduğu təqdirdə xüsusi ittihamçılar X11, X8, X2 və X3 şərəf və ləyaqətini ləkələyən və onları nüfuzdan salan məlumatlar hesab olunur. 3. Qeyd olunan cümlələrdə neqativ xarakterli məlumatlar təsdiq və əminlik , bəzi hallarda isə ritorik sual formasında (cavab tələb olunmayan, cümlədəki fikri xüsusi vurğulamaq üçün işlədilən sual növü)-ifadə olunmuşdur. Yuxarıda sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Məmmədli Cəmil Qiyas oğlunun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkib əlamətləri mövcuddur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə görə, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün ilk olaraq aşağıda sadalanan hallar müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatların doğru olmaması; belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkələsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayət hesab edilir. Bu cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, habelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında qeyd edilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qərarda həmçinin göstərilir ki, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 1-ci hissəsinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 2-ci hissəsinə görə, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə görə, hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Məhkəmə təqsirləndirilən şəxs Məmmədli Cəmil Qiyas oğlunun məhkəmənin ilkin iclaslarında “Facebook” sosial şəbəkəsində olan “Cemil Memmedli” adlı profilin ona məxsus olmasını və xüsusi ittiham qaydasında verilən şikayətdə qeyd olunan ifadələrin ona məxsus olmasını, həmin ifadələrin onun tərəfindən yazıldığını etiraf etsə də, daha sonrakı məhkəmə iclaslarında profilin oğurlandığını, həmin ifadələrin hamısının onun tərəfindən yazılmadığını, onun tərəfindən yazılan ifadələrin isə yalnız Fuad Həbibova ünvanladığını qeyd etməsi ilə bağlı hesab edir ki, Məmmədli Cəmil Qiyas oğlu ifadələrin mahiyyətini dəyişməklə özünümüdafiə mövqeyinə keçmiş, törətdiyi əmələ görə cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün ilkin etirafedici ifadələrindən imtina etmişdir. Məhkəmə Məmmədli Cəmil Qiyas oğlunun sonrakı ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, ilkin məhkəmə iclaslarında təqsirləndirilən şəxs Məmmədli Cəmil Qiyas oğlu tam əminliklə və qürurla “Cemil Memmedli” adlı profilin ona məxsus olmasını, həmin profildən yazılmış və şikayətdə qeyd edilmiş ifadələrin onun tərəfindən yazıldığını, yazdığı ifadələri müvafiq olaraq bütün xüsusi ittihamçılara qarşı işlətdiyini (bəzi hallarda konkret Fuad Həbibova qarşı), dediyi sözlərindən geri çəkilməməsi və dediyi sözlərə görə daima cavab verməyə hazır olmasını bildirməsi onun törətdiyi ictimai təhlükəli əməli tam dərk etməsinə dəlalət edir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlardan, o cümlədən təqdim olunan məlumatların ümumi məzmunundan aydın olur ki, Məmmədli Cəmil Qiyas oğlu xüsusi ittihamçılar X14, X13, X4 və X6 “xaker tapıblar”, “səhifələrimi oğurlatdırıblar”, “səhifələrimi oğurlatdırmaqda nəyə nail olacaqsan” və “səhifələrim bazarkomun gədəsi tərəfindən oğurlanıb” kimi söz və ifadələri işlətməyini etiraf etsə də, bunun həqiqət olduğunu sübuta yetirə bilməmişdir. Belə olan halda isə, bu kimi söz və ifadələr xüsusi ittihamçıların şərəf və ləyaqətini ləkələyən və onları nüfuzdan salan məlumatlar hesab olunduğu üçün, böhtan kimi qiymətləndirilməlidir. Bununla da, Məmmədli Cəmil Qiyas oğlu 2022-ci ilin iyun, iyul və avqust aylarında “Facebook” sosial şəbəkəsində olan “Cemil Memmedli” adlı profilindən X14, X13, X4 və X6 qarşı “xaker tapıblar”, “səhifələrimi oğurlatdırıblar”, “səhifələrimi oğurlatdırmaqda nəyə nail olacaqsan” və “səhifələrim bazarkomun gədəsi tərəfindən oğurlanıb” kimi söz və ifadələri işlətməklə, sonuncuların barəsində yalan olduğunu bilə-bilə onların şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaqla böhtan cinayətini törətmişdir. Bundan başqa, Məmmədli Cəmil Qiyas oğlu 2022-ci ilin iyun, iyul və avqust aylarında “Facebook” sosial şəbəkəsində olan “Cemil Memmedli” adlı profilindən X14 qarşı “cındır balası cındır”, “gədə, gorsöydürən şərəfsiz”, “ay gorbagorun balası, axır bir gün hardasa qabağıma çıxacaqsan namussuz...”, “bazarkomun gədəsi”, “kişi qəhbəsi, bazar adamı, Trol Abbasimin burdakı tulası, kül qeyrətsiz başıva, namuzsuz adamsan, fahişənin balası, qoşulub özü kimi bir-iki anasından xəbərsizə, ay şərəfsiz, indi ölüsünün goru mənimdi, namussuz köpəkuşağı”, “bazar gədəsi, bu cındır, hər evindən bixəbər, ömrü boyu öz anası üçün belə lazımi mübarizə aparmağı qeyrəti çatmayan küçə gədəsi, nəsli ilə pox yeyər, Hansısa cındır, İndi isə həyarıma lağ edib, mənə böhtan atanın həm ölüsünü, həm dirisini söyməyə haqqım çatır..., ömrü boyu öz anası üçün belə lazımi mübarizə aparmağa qeyrəti çatmayan, Cındır uşağına nə vaxdır dözürəm, ancaq bu dəfə day ağ elədi. Ona görə də payını göndərirəm, rahatlaşsın, südü, qanı təmiz olsaydı, belə olmazdı..., Qoy tutulum, ancaq hansısa bazar qəhbəsinə, mənim həyatıma dil uzatmağa imkan vermərəm... İndi bu namussuz gəlib mənə dil uzatacaq?, özü bunu istəyir. Gor darıxır axı”, “bu anasının qanını satan elə bunu istəyir”, “cındır, qeyrətsiz oğraş, ölüvün gorunu, o smaylikləri soxacam sənin bir yerinə, qəhbə kimi ortalıqda bilə-bilə bu sözləri yaydığın üçün it balası kimi cavab verəcəksən, qeyrətsiz adamsan sən, Ziyəddinin tulası, kişi qəhbəsi, Ziyəddinin tulası, fahişənin balası, namuzsuz, bazar qəhbəsi”, “anasının qanı ilə şou çıxaran, söz vermisən kimlərəsə nəsə hoqqa durğusursan, bütün yazdıqlarıını yalan yazırsan, anasının qanının satan”, X14, X13, X4 və X6 qarşı isə “ölüsünün goru ilə alver edənlər, “qanı, südü xarab adamlardı da”, “gor söydürməklə dolanan namussuz sürüsü ilə üz-üzə qalmışam da, çox namussuz adamlara rast gəlmişəm, yaşaya bilmirlər ölüsünün gorusuna söydürməsələr, bütün Xaçmaz sizi də tanıyır, məni də, hamı bilir kim kimdi..., gorba gor”, “ölüsünün goru ilə alver edənlərə susduqca” “Xaçmaz bazar adamları, çox namussuz adamlardı, fahişədən əmələ gələnlər, iki fahişənin əlində qalmışıq”, “Analarının qanı ilə şou çıxaranlar”, “söyüşlərə görə o ailədən başqa hamıdan üzr istəyirəm, Şou çıxarmağa meylli fahişələrdi, indi mən onlara şou verərəm..., bu fahişələr tək qalanda, mən canımı ortaya atıb, bunları müdafiə edirdim, Qəhbənin qarnından çıxan, elə həddə gətirdilər ki, fahişənin balaları, indi mən danışaram, görüm kim kimdi..., Yeni nəsə tapıb şou çıxarmalıdırlar, bu dəfə hədəf mənəm. Şərəfsiz yığını..., fahişənin balası”, ifadələri işlədib sonuncuların şərəf və ləyaqətlərini kütləvi nümayiş etdirməklə, internet informasiya ehtiyatında nalayiq formada qəsdən alçaldaraq təhqir etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Məmmədli Cəmil Qiyas oğlunun X14 qarşı “Whatsapp” mobil tətbiqi vasitəsilə işlətdiyi ifadələr onun cinayət məsuliyyətinə cəlb olunması üçün səbəb ola bilməz. Belə ki, tərəflər arasında “Whatsapp” mobil tətbiqi vasitəsilə aparılan danışıqlar yalnız iki tərəf arasında aparıldığında və Məmmədli Cəmil Qiyas oğlu tərəfindən digər şəxslər arasında, habelə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmadığından ittihamın əsasını təşkil edə bilməz. “Elektron məhkəmə informasiya sistemindən” əldə olunmuş və iş materiallarına əlavə edilərək, məhkəmə istintaqında tədqiq olunmuş Xaçmaz rayon məhkəməsinin 1(067)-3/2022 saylı xx.xx.2022-ci il tarixli hökmün surətindən görünür ki, Məmmədli Cəmil Qiyas oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və Cinayət Məcəlləsinin 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və barəsində Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə hər ay qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası, Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə hər ay qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, Məmmədli Cəmil Qiyas oğluna təyin edilmiş cəzaları tamamilə toplamaq yolu ilə ona qəti olaraq hər ay qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzası təyin edilmişdir. Məmmədli Cəmil Qiyas oğlunun cəzasının əvvəli qazancından tutulmaların aparıldığı vaxtdan hesablanması müəyyən edilmişdir. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Sözügedən məhkəmə hökmünün məzmunundan görünür ki, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməsinə əsasən Məmmədli Cəmil Qiyas oğlunun digər məhkumluğu yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon icra və Probasiya şöbəsinin 28 fevral 2023-cü il tarixli 196 nömrəli məktubundan görünür ki, Məmmədli Cəmil Qiyas oğlu barəsində hökm və göstəriş xx.xx.2022-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Məmmədli Cəmil Qiyas oğlu xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-də kompyuter operatoru vəzifəsində işləyir. Hər ay qazancından dövlət nəfinə 20% məbləğində pul tutularaq islah işləri növündə cəza icra edilir. Aylıq qazancından tutulmalar xx.xx.2022-ci il tarixdən həyata keçirilir. Məhkəmə Xaçmaz rayon icra və Probasiya şöbəsinin 28 fevral 2023-cü il tarixli 196 nömrəli məktubuna əsasən qeyd etməyi zəruri hesab edir ki, Məmmədli Cəmil Qiyas oğlunun 13 aprel 2023-cü il tarixə çəkilməmiş qalan islah işləri cəzası 1 il 08 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 67.2-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və barəsində cəza təyin edilməlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Məmmədli Cəmil Qiyas oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Hər bir cinayət əməli araşdırılarkən onun düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda, təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət qanunvericiliyinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İttihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, hakim sübutların qəbul edilənliyini müəyyənləşdirməyə görə cavabdehlik daşıyır. Hakim bu məsələdə İnsan Hüquqları X5 presedent hüququna uyğun olan tərzdə Cinayət Prosessual Məcəlləsinə istinad etməlidir. Məhkəmə bir sıra qərarlarında qeyd etmişdir ki, «əsaslı şübhə yeri qoymayan» sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham orqanının üzərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqlarının və X10 X5 6-cı maddəsinin 2-ci bəndində göstərilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A (İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 3-cü maddəsinə əsasən hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Həmin Bəyannamənin 7-ci maddəsinə görə, bütün insanlar qanun qarşısında bərabərdirlər və qanun tərəfindən bərabər müdafiə hüququna malikdirlər. Bütün insanlar bu Bəyannaməni pozan hər hansı ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə hər hansı cəhddən eyni dərəcədə müdafiə olunma hüququna malikdirlər. Həmin Bəyannamənin 8-ci maddəsinə görə, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Həmin Bəyannamənin 9-cu maddəsinə görə, heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz. 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiə üçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(008)-109/2014 saylı qətnaməsinin surətindən müəyən edilir ki, təqsirləndirilən şəxs Məmmədli Cəmil Qiyas oğlunun yetkinlik yaşına çatmayan övladı onun himayəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Məmmədli Cəmil Qiyas oğlunun himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə Məmmədli Cəmil Qiyas oğlunun cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Məmmədli Cəmil Qiyas oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza, həmçinin Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməli, təqsirləndirilən şəxs Məmmədli Cəmil Qiyas oğluna təyin ediləcək cəzaları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən tamamilə toplamaq yolu ilə ona islah işləri növündə qəti cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Məmmədli Cəmil Qiyas oğluna cinayətin məcmusuna əsasən təyin ediləcək cəza Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən biləşdirilməli və ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində məhkəmə xərci təqsirləndirilən şəxs Məmmədli Cəmil Qiyas oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X7, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına keçirilməlidir. Cinayət işinə əlavə edilmiş, təqsirləndirilən şəxs Cəmil Məmmədliyə məxsus “Facebook” sosial şəbəkəsində olan “Cemil Memmedli” adlı profil hesabında yayılmış internet səhifəsinin çəkilmiş ekran fotoları (skrinşotlar) cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358-ci və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

hökmetdi:

Məmmədli Cəmil Qiyas oğlu Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 147.1-ci və Cinayət Məcəlləsinin 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və onun barəsində Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə hər ay qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri cəzası, Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə hər ay qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, Məmmədli Cəmil Qiyas oğluna təyin edilmiş cəzaları tamamilə toplamaq yolu ilə ona qəti olaraq hər ay qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Məmmədli Cəmil Qiyas oğluna Xaçmaz rayon məhkəməsinin 1(067)-3/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 06 ay islah işləri cəzasının çəkilməmiş qalan 1 il 08 gün müddəti hazırki hökmlə qismən birləşdirilməklə üzərində qəti olaraq 02 il islah işləri cəzası saxlanılsın. Məmmədli Cəmil Qiyas oğlunun cəzasının əvvəli qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Cəzasını iş yeri üzrə çəksin. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində məhkəmə xərci təqsirləndirilən şəxs Məmmədli Cəmil Qiyas oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X7, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına keçirilsin. Cinayət işinə əlavə edilmiş, təqsirləndirilən şəxs Cəmil Məmmədliyə məxsus “Facebook” sosial şəbəkəsində olan “Cemil Memmedli” adlı profil hesabında yayılmış internet səhifəsinin çəkilmiş ekran fotoları (skrinşotlar) cinayət işində saxlanılsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar