Məhkəmə qərarları › İş №1(067)-28/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-28/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-28/2024 17.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkən şəxs Zərərçəkmiş şəxs1, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxx 1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Natavan küçəsi ev 21-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, 24 noyabr 2023-cü ildə ölmüş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyində susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 SOCAR-a operator vəzifəsinə işə düzəldəcəyinə dair vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2022-ci il tarixdə, saat 09:53-də qızı Şahid1 məxsus olan kapital banka aid plastik kart hesabına Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Xəzər” marketdə qurşadırılmış “MilliÖN” ödəmə termianlı vasitəsilə köçürmə yolu ilə Zərərçəkmiş şəxs1 501 manat, xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Zirə qəsəbəsi, N.Hüseynov küçəsində yerləşən yaşadığı evdə Zərərçəkmiş şəxs1 1000 manat, bundan sonra “X12” MMC-də 4-cü dərəcəli susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru vəzifəsində işləyərkən yenə də öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı qeyd olunan ünvandakı evdə Zərərçəkmiş şəxs1 300 manat olmaqla cəmi 1801 manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etmiş, yəni öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyində susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə eyni məqsədlə Zərərçəkmiş şəxs3 SOCAR-a operator vəzifəsinə işə düzəldəcəyinə dair vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Zirə qəsəbəsi, N.Hüseynov küçəsində yerləşən yaşadığı evdə Zərərçəkmiş şəxs3 500 manat, xx.xx.2022-ci il tarixdə, saat 16:51-də qızı Şahid1 məxsus olan kapital banka aid plastik kart hesabına Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Xəzər” marketdə qurşadırılmış “MilliÖN” ödəmə termianlı vasitəsilə köçürmə yolu ilə Zərərçəkmiş şəxs3 1001 manat, bundan sonra “X12" MMC-də 4-cü dərəcəli susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru vəzifəsində işləyərkən yenə də öz qulluq mövqeyindən istifadə etməklə, xx.xx.2022-ci il tarixdə günorta saatlarında qızı Şahid1 məxsus olan kapital banka aid plastik kart hesabına Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Xəzər” marketdə qurşadırılmış “MilliÖN” ödəmə terminalı vasitəsilə köçürmə yolu ilə Zərərçəkmiş şəxs3 251 manat olmaqla cəmi 1752 manat pul vəsaitini ələ keçirərək təkrar dələduzluq etmiş, yəni təkrar, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, Azərbaycan Respublikası Dövlət Neft şirkətinin “Azneft” İstehsalat Birliyində susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə eyni məqsədlə Zərərçəkmiş şəxs2 SOCAR-a operator vəzifəsinə işə düzəldəcəyinə dair vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2022-ci il tarixdə, saat 09:33-də Zərərçəkmiş şəxs1 vasitəsilə qızı Şahid1 məxsus olan kapital banka aid plastik kart hesabına Xaçmaz şəhəri, Bakı prospekti 45-də yerləşən Quba-Xaçmaz X4rşadırılmış “eManat” ödəmə termianlı vasitəsilə köçürmə yolu ilə Zərərçəkmiş şəxs2 1501 manat, bundan sonra o, “X12” MMC-də 4-cü dərəcəli susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru vəzifəsində işləyərkən, yenə də öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2022-ci il tarixdə, saat 08:44-də yenidən qızı Şahid1 məxsus olan kapital banka aid plastik kart hesabına ünvan 1 ünvanında yerləşlən “Seyid” marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə köçürmə yolu ilə Zərərçəkmiş şəxs2 201 manat, 2022-ci ilin iyul ayının 2-ci yarısında axşam saatlarında Xaçmaz şəhəri, M.Hüseyn küçəsində yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı evdə Zərərçəkmiş şəxs2 350 manat olmaqla cəmi 2052 manat pul vəsaitini ələ keçirib təkrar dələduzluq etmiş, yəni təkrar, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, “X12” MMC-də 4-cü dərəcəli susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə eyni məqsədlə Zərərçəkmiş şəxs4 SOCAR-a operator vəzifəsinə işə düzəldəcəyinə dair vəd verib aldatmaqla xx.xx.2022-ci il tarixdə, saat 19:57-də özünə məxsus olan Azərbaycan Beynəlxalq Bankına aid plastik kart hesabına Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən "Uğur" marketdə quraşdırılmış "eManat" ödəmə terminalı vasitəsilə köçürmə yolu ilə Zərərçəkmiş şəxs4 2000 manat pul vəsaitini alıb ələ keçirərək təkrar dələduzluq etmiş, yəni təkrar, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, yuxarıda qeyd olunan sonuncu vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə eyni məqsədlə Zərərçəkmiş şəxs5 SOCAR-a operator vəzifəsinə işə düzəldəcəyinə dair vəd verib aldatmaqla 2022-ci ilin avqust ayının sonlarında, günorta saatlarında Xaçmaz şəhəri, Bakı prospektində yerləşən dairənin yanında Zərərçəkmiş şəxs5 1500 manat pul vəsaitini alıb ələ keçirərək təkrar dələduzluq etmiş, yəni təkrar, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, yuxarıda qeyd olunan sonuncu vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə eyni məqsədlə Zərərçəkmiş şəxs6 SOCAR-a operator vəzifəsinə işə düzəldəcəyinə dair vəd verib aldatmaqla xx.xx.2022-ci il tarixdə, saat 17:44də qızı Şahid1 məxsus olan Kapital banka aid plastik kart hesabına Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yerləşən "Ailə market"də quraşdırılmış “MilliÖN” ödəmə terminalı vasitəsilə köçürmə yolu ilə Zərərçəkmiş şəxs6 3000 manat pul vəsaitini alıb ələ keçirərək təkrar dələduzluq etmiş, yəni, təkrar, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı iş üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ifadəsindən müəyyən edilir ki, o, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilir. O, ünvan 2 ünvanında qızı Şahid1 və oğlu Əli Atayevlə birlikdə yaşayır. X16 2012-ci ildə vəfat etmişdir. O, 1999-cu ildən 2023-cü ilin yanvar ayına kimi SOCAR-da, yəni Azərbaycan Respublikası Dövlət Neft Şirkətində operator vəzifəsində işləmişdir. İşlədiyi dövrdə, yəni 2022-ci ildə maddi sıxıntıları olmuş və pula ehtiyacı olduğundan qərara gəlmişdir ki, kimdənsə işə düzəltmək adı ilə pul alıb ələ keçirsin. Bu məqsədlə Xaçmaz rayonunda yaşayan uzaq qohumu Zərərçəkmiş şəxs1 ilə danışan zaman onu özü kimi SOCAR-a operator vəzifəsinə işə düzəldəcəyini, yüksək, yəni 1800 manat maaş ala biləcəyini demişdir. Növbəti günlərin birində o, qızı Şahid1 ilə birlikdə Turalın yaşadığı Xaçmaz şəhərində yerləşən evində görüşmüşlər, söhbət zamanı Turalı işə düzəldəcəyinə dair inandırmışdır. Həmin vaxt o özü SOCAR-da operator vəzifəsində işləmişdir. Turalı özünün də yüksək əmək haqqı aldığını deyərək işə düzəldəcəyinə inandırmışdır. Lakin qızı elə bilmişdir ki, o, Turalı doğurdan da işə düzəldəcəkdir. O, Zərərçəkmiş şəxs1 SOCAR-a işə düzəldəcəyinə dair yalan vəd verməklə ondan xx.xx.2022-ci il tarixdə qızı Şahid1 adına olan bank kartına köçürmə yolu ilə 501 manat, xx.xx.2022-ci il tarixdə isə Bakı şəhərində yaşadığı evdə Turaldan 1000 manat pul almışdır. Həmin gün Turalın yanında gəlmiş Zərərçəkmiş şəxs3 də həmin işə düzəltmək adı ilə 500 manat pul almışdır. Bundan sonra Aqşindən əlavə olaraq xx.xx.2022-ci il tarixdə qızı Xanımın kart hesabına köçürmə yolu ilə 1001 manat pul almışdır. Bundan başqa Turalın tanışı Zərərçəkmiş şəxs2 da SOCAR-a operator vəzifəsinə işə düəzltmək adı ilə xx.xx.2022-ci il tarixdə qızı Şahid1 kart hesabına köçürmə yolu ilə 1501 manat pul almışdır. xx.xx.2022-ci il tarixdə Turaldan əlavə olaraq yaşadığı Zığ qəsəbəsində yerləşən evində 300 manat da almışdır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında isə Nəcəfdən qızı Xanımın kart hesabına köçürmə yolu ilə 201 manat almışdır. 2022-ci ilin iyul ayının 2-ci yarısında axşam saatlarında ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı evdə Zərərçəkmiş şəxs2 əlavə 350 manat da almışdır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında qızı Şahid1 məxsus olan kapital banka aid plastik kart hesabına köçürməklə əlavə olaraq 251 manat da almışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs5 də SOCAR-a operator vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib aldatmaqla 2022-ci ilin avqust ayının sonlarında Xaçmaz şəhəri, Bakı prospektində dairənin yanında Elnurdan 1500 manat pul almışdır. Daha sonra o, Zərərçəkmiş şəxs6 da eyni işə düzəldəcəyinə dair yalan vəd verərək xx.xx.2022-ci il tarixdə qızının kart hesabına köçürmə yolu ilə 3 min manat pul almışdır. Bununla yanaşı eyni qaydada yalan vəd verərək qızının kart hesabına köçürmə yolu ilə xx.xx.2022-ci il tarixdə Çingizdən 2000 manat pul almışdır. Beləliklə, işə düzəltmək adı ilə Turaldan ümumilikdə 1801 manat, Aqşindən 1752 manat, Nəcəfdən 2052 manat, Elnurdan 1500 manat, Ayazdan 3000 manat, Çingizdən isə 2000 manat pul almışdır. Aldığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Sonradan həmin pulların təxminən yarısını onlara qaytarmış, qalan hissəsini isə qaytarmamışdır. 2022-ci ilin noyabr ayından psixi xəstəliyilə əlaqədar müalicə almağa başlamışdır və onu işdən çıxartmışlar. Əlavə olaraq qeyd etmişdir ki, o, həmin vaxt özü SOCAR-da işləməsəydi zərəçəkmiş şəxslər ona inanmazdılar və pullarını ona etibar etməzdilər. Onun SOCAR-da işləməyi onlarda əlavə inam və etibar yaratmışdır, həmçinin zərərçəkmişlər onun həmin vaxt işlədiyini və yüksək maaş almağını bilirdilər, bu barədə onlara məlumat vermişdir. Buna görə də onları da işə düzəldəcəyinə inandırmışdır. O, hətta Bakı şəhərində Turalı və tanışları olan Aqşin, Çingiz, Asifi dəniz kənarından tankerləri göstərməklə orada işə düzəldəcəyini demişdir. O, işdədiyi üçün onları aldada biləcəyini ehtimal etməmişlər. Qızı Xanımın kart hsabına pul köçürsə də, qızına zərərçəkmişləri aldadacağını deməmişdir, pulları da kartdan özü çıxarıb öz ehtiyaclarına xərcləmişdir. Sonradan isə onlardan aldığı pulun bir hissəsini qaytarmışdır. O, həmin zərərçəkmiş şəxsləri işə düzəldəcəyinə dair söz verərkən əslində SOCAR-da və ya başqa yerdə heç bir vakant iş olmamışdır, o özü həmin vaxt SOCAR-da işləmiş və bundan istifadə etmişdir. O, bilərəkdən onları işə düzəldəcəyi adı ilə yalan vədlər verərək zərərçəkmişlərdən pulu almış, həmin vaxt pula ehtiyacı olmuşdur. Lakin o, zərərçəkmiş şəxslərdən pulları alarkən əvəllcədən və ya sonradan işədiyi şirkətdə kiminləsə razılaşmamışdır. Hər hansı bir vəzifəli şəxslə bu barədə razılığı olmamış, zərərçəkmiş şəxsləri işə düzəldəcəyinə dair heç kim ona söz verməmişdir. Bu işi özü təkbaşına etmişdir. Qızı Şahid1 elə bilmişdir ki, o, zərərçəkmişləri doğurdan da işə düzəldəcəkdir. Məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs1 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs onun uzaq qohumudur, aralarında heç bir ədavət olmamışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Zirə qəsəbəsi, Nadir Hüseynov küçəsində yaşamışdır. 2022-ci ilin iyun ayında Təqsirləndirilən şəxs Xaçmaz şəhərinə yaşadığı ünvana qonaq gəlmişdir. Nurəddin özü ilə birlikdə qızı Şahid1 və oğlu Əli Atayevi də gətirmişdir. Onlar birlikdə evdə oturub söhbət edən zaman Nurəddin onun işləyib-işləmədiyini soruşmuşdur. O, Qaz idarəsində işlədiyini, 280 manat maaş aldığını demişdir. Nurəddin və qızı ona gülmüşlər və Nurəddin onu Qaz idarəsində daha yüksək maaşlı vəzifəyə keçirmək imkanı olduğunu demişdir. O, istəmədiyini dedikdə Nurəddin demişdir ki, “gəl səni dövlət neft şirkətinə, yəni "SOCAR"-a operator düzəldim, 1800 manat maaş alacaqsan.” Sonra Nurəddin demişdir ki, “bunun üçün 7 min manat lazımdır.” O, maddi imkanının olmadığını demişdir və sonda Nurəddin onunla 1800 manata razılaşmış, bunun üçün hərbi bilet, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsinin surəti, 3x4 ölçüdə özünə aid fotoşəkil, həmçinin yaşayış yerindən və xəstəxanadan arayış istəmişdir. O da bütün sənədləri hazırlayıb Xaçmaz şəhərində yaşadığı evdə Nurəddinə vermişdir. Nurəddin çıxıb getmiş, lakin Nurəddinin qızı Şahid1 və oğlu Əli Atayev onların evində qalmışdır. xx.xx.2022-ci il tarixdə Nurəddinin qızı Şahid1 ona özünə məxsus plastik kartının fotoşəklini göndərmiş və pulun 501 manatını həmin gün saat 09:53-də Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən "Xəzər" marketdəki "Milli Ön" ödəmə terminalı vasitəsilə həmin karta göndərmişdir. Bundan başqa Nurəddin ona zəng edərək demişdir ki, “bizim rəis Şabran rayonundandır, ona görə Xaçmaz sakinlərindən kasıb ailələrə kömək edir, tanıdığın imkansız ailə varsa denən onları da işə düzəldək.” O da bu barədə dayısı oğlu Zərərçəkmiş şəxs3 məlumat vermişdir. Aqşin də onunla razılaşmış, sənədlərin kserosurətlərini Nurəddinin oğlu Əli Atayevə vermişdir. Sonra Əli və Xanım da çıxıb getmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə günorta saatlarında o, Aqşin ilə birlikdə Bakı şəhərinə gedərək Bakı şəhəri, Zirə qəsəbəsi, N.Hüseynov küçəsində yerləşən yaşadığı evdə Təqsirləndirilən şəxs 1000 (min) manat vermişdir, Aqşin isə Təqsirləndirilən şəxs 500 manat vermişdir. Sonra da sağollaşıb geri qayıtmışlar. xx.xx.2022-ci il tarixdə Aqşin Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən "Xəzər" marketdəki "Milli Ön" ödəmə terminalı vasitəsilə həmin karta 1001 manat pul ödəmişdir. Bir neçə gün sonra Nurəddin yenidən zəng edərək maddi imkanı zəif olan kim varsa tapmağını demişdir. O da düşünmüşdür ki, Nurəddin həqiqətən də imkansız şəxslərə kömək edir. Buna görə qohumu Zərərçəkmiş şəxs2 da bu barədə danışmışdır. Nəcəf də razılaşmış və xx.xx.2022ci il tarixdə Xaçmaz şəhəri, Bakı prospektində yerləşən X4raşdırılmış "eManat" ödəmə termianlı vasitəsilə 1501 manat həmin karta göndərmişdir. Sonra da onlar kimi səndələrini kopyalayıb Nurəddinə göndərmişdir. Bundan sonra Nurəddin guya sənədlərini təsdiq etdirmək adı ilə 300 manat pul göndərməli olduğunu demişdir. O da xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhərinə gedib yenidən Nurəddinin yaşadığı evdə 300 manatı Nurəddinə vermişdir. xx.xx.2022-ci il tarixdə Nəcəf əlavə olaraq Nurəddinə ünvan 1 ünvanında yerləşən "Seyid market" mağazasında quraşdırılmış "eManat" ödəmə terminalı vasitəsilə Xanımın göndərdiyi plastik bank kartına 201 manat pul göndərmişdir. 2022-ci ilin iyulun ikinci yarısında axşam saatlarında yaşadığı evdə Nəcəf Nurəddinə 350 manat da pul vermişdir. xx.xx.2022-ci il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Xəzər marketdə quraşdırılmış “Milli Ön” ödəmə terminalı vasitəsilə Aqşin Şahid1 həmin plastik kartına 251 manat pul göndərmişdir. Bundan sonra Nəcəfin xalası oğlu Zərərçəkmiş şəxs5 də “SOCAR”-a operator düzəltmək üçün 2022-ci ilin avqust ayının sonlarında Xaçmaz şəhəri, Bakı prospektində yerləşən dairənin yanında Elnur Təqsirləndirilən şəxs 1500 manat pul və onların hazırladığı kimi sənədləri vermişdir. Daha sonra xalası oğlu Zərərçəkmiş şəxs6 da SOCAR-a operator vəzifəsinə düzəltmək adı ilə xx.xx.2022-ci il tarixdə Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yerləşən "Ailə market"də quraşdırılmış “Milli Ön” ödəmə terminalı vasitəsilə Şahid1 məxsus plastik karta 3000 (üç min) manat pul göndərmişdir. Beləliklə, o, ümmuilikdə Təqsirləndirilən şəxs 1801 manat, Aqşin 1752 manat, Nəcəf 2052 manat, Elnur 1500 manat, Ayaz 3000 manat, Çingiz isə 2000 manat pul vermişdir. Nurəddin onları bir neçə dəfə "bu gün işə çıxırsınız, sabah işə çıxırsınız" kimi sözlərlə aldatmış və sonra başa düşmüşdür ki, iş filan yoxdur. Buna görə aldadıldığını bilib pullarını ondan tələb etməyə başlamışdır. Nurəddin puldan bir qismini qaytarmış, həmin pulları üst-üstə qoyaraq aralarında bölmüşlər və beləliklə, Nurəddindən 924 manatını geri almış olmuşdur, lakin qalan 877 manat pulunu almamışdır. Təqsirləndirilən şəxs onu və digər şəxsləri dövlət neft şirkətinə operator vəzifəsinə düzəldəcəyinə dair söz vermişdir. O, hesab edir ki, Təqsirləndirilən şəxs qızı Şahid1 da atası ilə əlbir olmuş, o, bu barədə ibtidai istintaq zamanı bildirsə də, Şahid1 əməli araşdırılmamış, şahid kimi dindirilmişdir. Nurəddingil onlardan başqa Xaçmaz rayonunun digər kəndlərindən olan şəxsləri də aldatmışlar, o, bu barədə sonradan bilmiş və anlamışdır ki, Nurəddin onu aldatmışdır. Həmçinin bildirdi ki, o, Şahid1 atası Nurəddinlə əlbir olduğu qənaətində ona görədir ki, Nurəddin onun evinə qızı Xanımla gəlmiş, onun evində olarkən Nurəddin onu işə düzəltmək barədə təkliflər edəndə Xanım da söhbətə müdaxilə edərək dəstəkləyici təkliflər etmiş, bundan başqa, o, Nurəddinin onu işə düzəltmək üçün dediyi məbləğdə pulu Xanımın bank kartına köçürmüş, köçürdükdən sonra o, Xanımla mobil telefon – vatsap vasitəsilə əlaqə saxlamış, Xanım ona pulun karta çatdığını, işinin düzələcəyini bildirmişdir. Lakin Şahid1 özü onunla görüşərək ondan pul almamış, yaxud ona işə düzəltmə ilə bağlı kimlərləsə görüşdürməmiş, ona istiqamət verməmişdir. Sonradan o, Nurəddinin xəstələndiyini bildikdən sonra Xanıma demişdir ki, “atan ölsə, pulumuzu kim qaytaracaq?”, Xanım isə belə bir hal olarsa, atasının aldığı pulları özü qaytaracağını ona bildirmişdir. O, Nurəddinin pulları qızı Xanımın bank kartına köçürməsini deməsinin səbəbini bilmir, Nurəddinin telefonunda vatsap mesenceri olmadığından Xanımın mobil telefonundan vatsap vasitəsilə ona bank kartının fotoşəklini göndərmişdir. Onlar Nurəddinə pul verməzdən əvvəl Xanımda sınıq telefon olmuş, onlar pul verdikdən sonra Xanımın yeni telefonunun olduğunu görmüş və başa düşmüşdür ki, sonuncu həmin telefonu onun verdiyi pul ilə almışdır, lakin həmin telefonu onların verdiyi pul ilə alması barədə hər hansı sübutu yoxdur. O, Şahid1 ilə telefonla danışarkən sonuncu ona narahat olmamasını, atası xəstəxanadan çıxandan sonra pulunu qaytaracağını bildirmiş, yəni Xanım ona həmin puldan özünün istifadə etməsi, yaxud başqa kiməsə verməsi barədə heç nə deməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs2 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs onun yeznəsi Zərərçəkmiş şəxs1 qohumudur, aralarında heç bir ədavət olmamışdır. 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs1 ona demişdir ki, “Nurədin Atayev adlı qohumu var, onu "SOCAR"ın yanğınsöndürmə xidmətinə işə düzəldir, bir nəfər də lazımdır, istəyirsən gəl səni də işə düzəldər”. O, Turaldan nə qədər pul lazım olduğunu soruşanda Tural 1500 manat lazım olduğunu demişdir. O da Tural ilə razılaşmışdır, xx.xx.2022-ci il tarixdə Turala 1501 manat pul vermişdir, Tural da həmin gün saat 09:33-də Xaçmaz şəhərinə gedib Bakı prospeketində yerləşən Quba-X1raşdırılmış ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs qızının bank kartına həmin 1501 manatı göndərmişdir. Sonra da Nurəddinin sözü ilə bir neçə sənəd toplamışdır. Bundan bir neçə gün sonra 2022-ci ilin iyul ayının birinci yarısında Təqsirləndirilən şəxs özü Xaçmaz şəhərinə gəlmiş, Xaçmaz şəhəri, M.Hüseyn küçəsində yerləşən Turalın yaşadığı fərdi yaşayış evində Nurəddinlə görüşüb söhbət etmişlər. O, topladığı sənədləri, yəni kənd icra nümayəndəliyindən arayışı, şəxsiyyət vəsiqəsi, hərbi bilet, atestat və sürücülük vəsiqəsinin surətlərini, həmçinin 3x4 ölçüdə fotoşəklini Nurəddinə vermişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə, saat 08:44-də yenidən Nurəddinin qızı Xanımın bank kartına ünvan 1 ünvanında yerləşlən “Seyid” marketdə quraşdırılmış "eManat" ödəmə terminalı vasitəsilə 201 manat pul göndərmişdir. 2022-ci ilin iyul ayının 2-ci yarısında axşam saatlarında Xaçmaz şəhəri, M.Hüseyn küçəsində Turagildə Nurəddinlə görüşmüşdür. Orada söhbət zamanı Nurəddin demişdir ki, “artıq işlər düzəlmək üzrədir, sənədləri təsdiqlətdirmək üçün 350 manat da vermək lazımdır.” O da razılaşıb elə orada 350 manat pulu Nurəddinə vermişdir, beləliklə, Nurəddinə ümumilikdə 2052 manat pul vermişdir. Həmin gündən sonra xeyli vaxt keçsə də, Nurəddin onu işə düzəltməmişdir. Nurəddin onunla yanaşı bir neçə şəxsləri də işə düzəltmək adı ilə aldadaraq pulunu ələ keçirmişdir. Nurəddin sonradan pulunun bir qismini geri qaytarmış, o, 924 manatını almış olmuş, lakin qalan 1128 manatı ödəməmişdir. Təqsirləndirilən şəxs onu və digər şəxsləri dövlət neft şirkətinə operator vəzifəsinə düzəldəcəyinə dair söz vermişdir. Həmçinin bildirdi ki, o da Şahid1 atası Təqsirləndirilən şəxs onları aldadaraq pullarını mənimsəməsindən xəbəri olduğunu, əlbir olduqlarını hesab edir. Lakin onun bu barədə sübutu yoxdur. Şahid1 onunla telefonla danışarkən atasının xəstə olmasını bildirərək polisə müraciət etməməsini, atası ölərsə, pulu özü qaytaracağını demişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs3 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 uzaq qohumudur, aralarında heç bir ədavət olmamışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Zirə qəsəbəsi, Nadir Hüseynov küçəsində yaşayır. 2022-ci ilin iyun ayında Tural ona demişdir ki, “Nurəddin məni SOCAR-a işə düzəldir, istəyirsən gəl səni də işə düzəltsin.” Onlar bu barədə danışıb söhbətləşmiş və o, razılaşmış, bu məqsədlə 2022-ci ilin iyun ayında şəxsiyyət vəsiqəsi, hərbi bilet və sürücülük vəsiqəsinin surətini, 3x4 ölçüdə fotoşəkil çəkdirib Turalgilin evində Nurəddinin oğlu Əli Atayevə vermişdir. xx.xx.2022-ci il tarixdə o, Tural ilə birlikdə Bakı şəhərinə gedərək günorta saatlarında Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən yaşadığı evdə Təqsirləndirilən şəxs 500 (beş yüz) manat vermişdir, Tural isə 1000 (min) manat vermişdir. Sonra da sağollaşıb geri qayıtmışlar. xx.xx.2022-ci il tarixdə, saat 16:51-də o, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən "Xəzər" marketdəki "Milli Ön" ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs qızı Şahid1 adına olan plastik karta 1001 manat pul ödəmişdir. Bundan sonra guya səndələrin təsdiq olunması üçün xx.xx.2022-ci il tarixdə günorta saatlarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Xəzər” marketdə quraşdırılmış “Milli Ön” ödəmə terminalı vasitəsilə həmin plastik karta 251 manat da pul göndərmişdir. Beləliklə o, ümumilikdə Təqsirləndirilən şəxs 1752 manat pul vermiş olmuşdur. Nurəddin onları bir neçə dəfə "bu gün işə çıxırsınız, sabah işə çıxırsınız" kimi sözlərlə aldatmış və sonra başa düşmüşlər ki, iş filan yoxdur. Buna görə aldadıldığını bilib pullarını Təqsirləndirilən şəxs tələb etməyə başlamışlar. Nurəddin puldan bir qismini qaytarıb, həmin pulları üst-üstə qoyaraq aralarında bölmüşlər və beləliklə o, 924 manatını geri almış olmuşdur, lakin qalan 828 manat pulunu almamışdır. Təqsirləndirilən şəxs onu və digər şəxsləri dövlət neft şirkətinə operator vəzifəsinə düzəldəcəyinə dair söz vermişdir. Həmçinin bildirdi ki, o, pulu Nurəddinə vermiş, qızı Şahid1 verməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs5 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət olmamışdır. 2022-ci ilin avqust ayında xalası oğlu Nəcəf onunla danışan zaman ona demişdir ki, “Nurəddin adlı tanışı var, kasıb ailələri işə düzəltməyə kömək edir, məni də SOCAR-a işə düzəldir, istəyirsən gəl səni də işə düzəltsin.” Onlar bu barədə danışıb söhbətləşmiş və o, razılaşmışdır, 2022-ci ilin avqust ayında Xaçmaz- Niyazabad yolunda yerləşən kafelərdən birində Təqsirləndirilən şəxslə görüşmüşdür, Nurəddin ona söz vermişdir ki, “səni SOCAR-a işə düzəldəcəyəm, buna görə cəmi 1500 manat pulun çıxacaq, bir neçə sənədləri toplamaq lazımdır.” O, ilk öncə inanmasa da, sonradan Nurəddin demişdir ki, “əgər işin düzəlməsə, pulunu geri qaytaracağam. "O da Nurəddinə inanmış, bu məqsədlə 2022-ci ilin avqust ayının son günlərində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və hərbi biletin surəti, 3x4 ölçüdə fotoşəkil çəkdirib hazırlamışdır. Sonra da elə həmin günlərdə, yəni 2022-ci ilin avqust ayının sonlarında, günorta saatlarında guya onu SOCAR-a operator vəzifəsinə düzəltmək üçün Xaçmaz şəhəri, Bakı prospektində yerləşən dairənin yanında Turalın yanında Təqsirləndirilən şəxs 1500 manat pul və topladığı sənədləri vermişdir. Bundan sonra Nurəddin onları bir neçə dəfə "bu gün işə çıxırsınız, sabah işə çıxırsınız" kimi sözlərlə aldatmış və sonra başa düşmüşlər ki, Nurəddin onları aldatmışdır. Buna görə aldadıldığını bilib pulları Nurəddindən tələb etməyə başlamışlar. Nurəddin puldan bir qismini geri qaytarmış, həmin pulları üst-üstə qoyaraq aralarında bölmüşlər və beləliklə o, 924 manatını geri almış, lakin qalan 576 manat pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs onu və digər şəxsləri dövlət neft şirkətinə operator vəzifəsinə düzəldəcəyinə dair söz vermişdir. Həmçinin bildirdi ki, o, pulu Təqsirləndirilən şəxs şəxsən, əlbəəl vermiş, o, sonuncunun qızı ilə danışmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs6 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət olmamışdır. Nurəddin onun xalası oğlu Zərərçəkmiş şəxs1 uzaq qohumudur. 2022-ci ilin sentyabr ayının ilk günlərində Tural ona demişdir ki, “Nurəddin adlı qohumum var, kasıb ailələri işə düzəltməyə kömək edir, məni də SOCAR-a işə düzəldir, istəyirsən gəl səni də düzəltsin.” Onlar bu barədə danışıb söhbətləşmiş və o, razılaşmış, bu məqsədlə 2022-ci ilin sentyabr ayının ilk günlərində şəxsiyyət vəsiqəsi və həbi biletin surəti, 3x4 ölçüdə fotoşəkil çəkdirib Turala vermişdir, Tural da aparıb sənədləri Nurəddinə çatdırmış, lakin o, Nurəddin ilə özü görüşməmişdir. Bundan sonra guya SOCAR-a operator vəzifəsinə düzəlmək üçün xx.xx.2022-ci il tarixdə, saat 17:44-də Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yerləşən "Ailə market"də quraşdırılmış “Milli Ön” ödəmə terminalı vasitəsilə Şahid1 məxsus plastik karta 3000 (üç min) manat pul göndərmişdir. Bundan sonra Nurəddin onları bir neçə dəfə "bu gün işə çıxırsınız, sabah işə çıxırsınız" kimi sözlərlə aldatmış və sonra başa düşmüşdür ki, iş filan yoxdur. Buna görə aldadıldığını bilib pulları Nurəddindən tələb etməyə başlamışlar. Nurəddin puldan bir qismini qaytarmış, həmin pulları üst-üstə qoyaraq aralarında bölmüşlər və beləliklə, o, 924 manatını geri almış olmuş, lakin qalan 2076 manat pulunu ala bilməmişdir. Təqsirləndirilən şəxs onu və digər şəxsləri dövlət neft şirkətinə operator vəzifəsinə düzəldəcəyinə dair söz vermişdir. Həmçinin bildirdi ki, o, Nurəddinin qızı ilə telefonla əlaqə saxlamış, sonuncu ona demişdir ki, pulunu atası qaytarmasa, özü qaytaracaqdır. Məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs4 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət olmamışdır. 2022-ci ilin iyul ayında qohumu Asif ona demişdir ki, “Nurəddin adlı tanışım var, məni SOCAR-a işə düzəltməyə kömək edir, istəyirsən gəl səni də düzəltsin.” Onlar bu barədə danışıb söhbətləşmiş və o, razılaşmış, Asifdən xahiş etmişdir ki, “Nurəddini çağırsın, görüşüb danışaq.” 2022-ci ilin iyul ayında Nurəddin yaşadığı evə gəlmiş, evdə söhbət etmişlər, Nurəddin ona demişdir ki, “2000 manat pul verəcəksən, səni SOCAR-a opertor vəzifəsinə düzəldəcəyəm, 1800 manat civarında maaş alacaqsan.” O da Nurəddinə inanmış, Nurəddin demişdir ki, “bir neçə sənədi toplamaq lazımdır.” Nəhayət, 2022-ci ilin iyul ayında şəxsiyyət vəsiqəsi və hərbi biletin surəti, 3x4 ölçüdə fotoşəkil çəkdirib, həmçinin yaşadığı kənd icra nümayəndəliyindən arayış alıb hazırlamış, sonra da elə həmin günlərdə, yəni 2022-ci ilin iyul ayında Xaçmaz şəhərində sənədləri Nurəddinə vermişdir. xx.xx.2022-ci il tarixdə, saat 19:57-də Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən "Uğur" marketdə quraşdırılmış "eManat" ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs məxsus Azərbaycan Beynəlxalq Bankına aid plastik kart hesabına 2000 manat pul göndərmişdir. Bundan sonra Nurəddin onu bir neçə dəfə "bu gün işə çıxırsınız, sabah işə çıxırsınız" kimi sözlərlə aldatmış və sonra başa düşmüşdür ki, Nurəddin onları aldadıb pulunu ələ keçirmişdir. Buna görə aldadıldığını bilib pullarını Nurəddindən tələb etməyə başlamışdır. Nurəddindən pulun bir qismini ala bilmişlər, həmin pulları üst-üstə qoyaraq aralarında bölmüşlər və beləliklə, o, 924 manatını geri almışdır, lakin qalan 1076 manat pulunu ala bilməmişdir. Təqsirləndirilən şəxs onu və digər şəxsləri dövlət neft şirkətinə operator vəzifəsinə düzəldəcəyinə dair söz vermişdir. Həmçinin bildirdi ki, o, Təqsirləndirilən şəxslə danışaraq pul barədə razılaşanda Şahid1 onların yanında olmamış, lakin sonradan qızı ona bildirmişdir ki, narahat olmasın, işi düzələcək, düzəlməsə pulu qaytarılacaqdır. Nurəddin onlara adları artıq işdə qeyd edildiyini, bir-iki günə işə çıxacaqlarını bildirərək də aldatmışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs4 onun qohumudur, aralarında heç bir ədavət olmamışdır. Təqsirləndirilən şəxs isə onun uzaq qohumudur, onunla da aralarında ədavət olmamışdır. 2022-ci ilin yay aylarında Nurəddin ona demişdir ki, “səni SOCAR-a işə düzəldə bilərəm.” O, isə Nurəddinin iş düzəldə biləcəyinə inanmamışdır. O, qohumu Çingizlə söhbət edən zaman bu barədə Çingizə danışmışdır. Çingiz də ondan xahiş etmişdir ki, Nurəddinlə onu tanış etsin. O isə onları tanış etmək istəməmiş, lakin Çingiz ondan əl çəkmədiyi üçün məcbur qalıb onları bir-biri ilə tanış etmişdir. Nurəddinə tam güvənmədiyi üçün Çingizə demişdir ki, “mən heç nəyə zamin deyiləm, söhbəti özün et, məni bu işə qatma.” Bundan sonra o özü Nurəddinlə söhbət edən zaman işə düzəlmək üçün nə lazım olduğunu soruşanda Nurəddin ona işə düzəlmək üçün 2000 manat pul lazım olduğunu demişdir. O, Nurəddinə inanmamış, çünki həmin məbləğdə pulla SOCAR-a işə düzəlməyin mümkün olmadığını düşünmüşdür. Lakin o, evdə olmadığı zaman Nurəddin onların evinə gəlmiş, atasından onun işə düzəldilməsi üçün pul almış, sonradan isə o, Nurədindən pulunu tələb edərək geri almışdır. Bir neçə gün sonra xəbər tutmuşdur ki, Çingiz işə düzəlmək üçün Nurəddinə 2000 manat pul vermişdir. O, nə pulun verilməsində iştirak etməmiş, nə də pulun verildiyi vaxt bundan xəbəri olmamışdır. Təqsirləndirilən şəxs Çingizdən başqa şəxsləri də aldadıb pullarını ələ keçirdiyini xeyli sonra eşitmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, atası Təqsirləndirilən şəxs barəsində edilmiş şikayətdən onun məlumatı vardır. Belə ki, 2022-ci ilin iyun-iyul aylarında atası X2 SOCAR-a operator vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verməklə Turaldan ümumilikdə 1801 manat, Zərərçəkmiş şəxs3 Asif oğlunu eyni vəzifəyə düzəldəcəyinə dair vəd verərək 2022-ci ilin iyun-avqust aylarında ümumilikdə 1752 manat, Zərərçəkmiş şəxs2 eyni adla 2022-ci ilin iyun-iyul ayında ümumilikdə 2052 manat, Zərərçəkmiş şəxs4 eyni üsulla 2000 manat, Zərərçəkmiş şəxs5 eyni üsulla 1500 manat, Zərərçəkmiş şəxs6 isə 2022-ci ilin sentyabr ayında 3000 manat olmaqla alaraq ələ keçirmişdir. Həmin məbləğin 7800 manatını geri ödəmişlər, qalan hissəsi isə qalmışdır. Lakin o, atası tərəfindən zərərçəkmişlərdən pulları alan zaman iştirak etməmişdir, həmçinin atasının həmin şəxsləri aldadacağını bilməmiş, bunu ehtimal da etməmişdir, çünki atası SOCAR-da işlədiyi üçün o da atasına onları işə düzəldəcəyinə inanmışdır. Atası Təqsirləndirilən şəxs ələ keçirdiyi həmin pulların çox hissəsini ona məxsus plastik kart hesabına köçürülmüşdür. Onun atasının etdiyi cinayət əməllərində iştirakı olmamışdır, köməklik də göstərməmişdir. Zərərçəkmiş şəxslər ilə görüşməmiş, heç bir vəd verməmişdir. Bu barədə sonradan məlumatı olmuşdur, hətta atasının həmin şəxslərdən pul almasını xeyli vaxt sonra bilmişdir. Şahid1 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini bildirərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan 17 noyabr 2022-ci il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən edilir ki, Əhədov X14 RPŞ-yə müraciət edərək, Təqsirləndirilən şəxs onu SOCAR-a işə düzəldəcəyinə vəd verib aldatmaqla ondan 2022-ci ilin iyun-iyul aylarında ümumilikdə 1801 manat pul aldığını bildirib Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan ödəniş qəbzinin kserosurətindən və "xxxx" ASC-dən alınmış ödəniş kartı üzrə çıxarışlardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə 501 manat pul vəsaitini ödəmə terminalı vasitəsilə Şahid1 adına olan plastik kart hesabına köçürmüşdür. İş materiallarında olan 17 yanvar 2023-cü il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən edilir ki, İsayev X18 RPŞ-yə müraciət edərək, Təqsirləndirilən şəxs onu SOCARa işə düzəldəcəyinə vəd verib aldatmaqla ondan 2022-ci ilin iyun və avqust aylarında ümumilikdə 1752 manat pul aldığını bildirib Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan ödəniş qəbzinin kserosurətindən və "xxxx" ASC-dən alınmış ödəniş kartı üzrə çıxarışlardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixdə 1001 manat, xx.xx.2022-ci il tarixdə 251 manat pul vəsaitini ödəmə terminalı vasitəsilə Şahid1 adına olan plastik kart hesabına köçürmüşdür. İş materiallarında olan 17 yanvar 2023-cü il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 Xaçmaz RPŞ-yə müraciət edərək, Təqsirləndirilən şəxs onu SOCAR-a işə düzəldəcəyinə vəd verib aldatmaqla ondan 2022-ci ilin iyun və iyul aylarında ümumilikdə 2052 manat pul aldığını bildirib Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan ödəniş qəbzlərinin kserosurətindən və "xxxx" ASC-dən alınmış ödəniş kartı üzrə çıxarışlardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə 1501 manat, xx.xx.2022-ci il tarixdə 201 manat pul vəsaitini ödəmə terminalı vasitəsilə Şahid1 adına olan plastik kart hesabına köçürmüşdür. İş materiallarında olan 17 yanvar 2023-cü il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs4 Xaçmaz RPŞ-yə müraciət edərək, Təqsirləndirilən şəxs onu SOCAR-a işə düzəldəcəyinə vəd verib aldatmaqla ondan xx.xx.2022-ci il tarixdə 2000 manat pul aldığını bildirib Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixdə 2000 manat pul vəsaitini ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs adına olan “Azərbaycan Beynəlxalq Bankı”na məxsus plastik kart hesabına köçürmüşdür. İş materiallarında olan 17 yanvar 2023-cü il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən edilir ki, Ağayev X11 RPŞ-yə müraciət edərək, Təqsirləndirilən şəxs onu SOCAR-a işə düzəldəcəyinə vəd verib aldatmaqla ondan 2022-ci ilin avqust ayının sonlarında 1500 manat pul aldığını bildirib Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan 17 yanvar 2023-cü il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs6 Xaçmaz RPŞ-yə müraciət edərək, Təqsirləndirilən şəxs onu SOCAR-a işə düzəldəcəyinə vəd verib aldatmaqla ondan xx.xx.2022-ci il tarixdə 3000 manat pul aldığını bildirib Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan ödəniş qəbzinin kserosurətindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs6 xx.xx.2022-ci il tarixdə 3000 manat pul vəsaitini ödəmə terminalı vasitəsilə Şahid1 adına olan plastik kart hesabına köçürmüşdür. Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslərin ərizələrindən, həmçinin məhkəmə iclaslarında verdikləri ifadələrdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş ziyan ödənilməmiş, onlar ziyanın ödənilməsini tələb edirlər. İş materiallarında olan X6 Quba-Xaçmaz Regional məşğulluq filialının 28 sentyabr 2023-cü il tarixli cavab məktubundan müəyyən edilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemindən əldə olunan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.1999-xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyində susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru vəzifəsində, xx.xx.2022-xx.xx.2023-cü il tarixində “X12” MMC-də 4-cü dərəcəli susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru vəzifəsində çalışmışdır. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri aldadaraq pullarını ələ keçirməkdə köməklik edən olmamış, o, həmin cinayəti özü təkbaşına etmişdir. Digər şəxslərin bu cinayətdə köməkliyinin və ya iştirakının olması müəyyən edilməmişdir. İş materiallarında olan 30 sentyabr 2023-cü il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, X10 və Şahid1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 307.1-ci maddələrinin tərkib əlamətləri müəyyən edilmədiyindən onların barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Şahid2 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 1931 saylı komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyindən müəyyən edilir ki, məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası aşağıdakı qərara gəlir: 1.Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə “Şizofreniya paranoid forma, remissiya vəziyyəti” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda şizofreniya paranoid forma remissiya vəziyyəti xroniki psixi xəstəliyi aşkar edilir. 2. Təqsirləndirilən şəxs hal-hazırda onda qeyd olunan “şizofreniya paranoid forma” xroniki psixi xəstəliyinin remissiya vəziyyətində olduğundan öz hərəkətlərini idarə etmək, həmçinin ifadəsində göstərdiyi halları anlamaq və dərk etmək qabiliyyətinə malikdir. 3. Cinayət işi materiallarının təhlili nəticəsində belə nəticəyə gəlmək ola ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə yuxarıda göstərilən psixi xəstəliyin remissiya (yaxşılaşma) mərhələsində olmuşdur. Təqsirləndirilən şəxs həmin dövrdə “şizofreniya paranoid forma” xroniki" psixi xəstəliyinin remissiya mərhələsində olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları ilarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda şizofreniya xəstəliyinin remissiya mərhələsində olduğundan hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. 4. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur; məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: 1. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, kobudluq, inadkarlıq, hövsələsizlik, emosional reaksiyalara meyillilik, hirslilik və s. kimi xarakter əlamətlərinin olması müəyyən edilir. 2. Hazırkı müayinə zamanı Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar yalan danışması, özündən uydurma fikirlər söyləməsi müəyyən edilmədi. Lakin belə qənaətə gəlinir ki, o, özünümüdafiə etmək məqsədi ilə törətdiyi əməl ilə bağlı bəzi məqamları gizlədə, fərqli şəkildə təsvir edə bilər. 3. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, o, ifadəsində göstərdiyi halların (baş vermiş hadisə və həmin hadisə zamanı öz hərəkətlərinin) xarakter və mənasını anlamaq qabiliyyətinə malikdir. 4. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Hazırkı müayinə zamanı onun psixi-emosional vəziyyətinin norma səviyyəsində olduğu müşahidə edildi. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə, dələduzluq cinayəti - etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarının 1-ci bəndində izah edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndinə görə, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin Qərarın 3-cü bəndinə görə, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin Qərarın 35-ci bəndinə görə, dələduzluğun təkrarən törədilməsi (CM-nin 178.2.2-ci maddəsi) məsələsi CM-nin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə görə, bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Dələduzluq cinayəti şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsinin tərkibini yaradır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, cinayət işinin materialları ilə tanış edilmiş, ona elan edilmiş ittihamda özünü tam təqsirli bilmiş, ittiham aktının surəti ona və müdafiəçisinə təqdim edilmiş, ona elan edilmiş ittihamla və cinayət işi ilə bağlı hər hansı etirazı daxil olmamışdır. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasının 24 noyabr 2023-cü il tarixli məktubundan, Bakı Şəhəri TTYS-nın xx.xx.2023-cü il tarixli arayışdan, həmçinin EMİS-dən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs 24 noyabr 2023-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə görə, şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) bu, cinayət təqibini istisna edən hallardandır. Məhkəmə iclasında müdafiəçi Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri üzrə cinayət təqibinə təqsirləndirilən şəxsin ölməsi səbəbindən bəraətverici əsaslar olmadan xitam verilməsi ilə razı olduğunu bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməsi iş materialları ilə və məhkəmə istintaqı zamanı sübuta yetirilmiş, lakin Təqsirləndirilən şəxs öldüyündən onun barəsində olan cinayət təqibinə müdafiəçinin razılığı nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-1-ci maddəsinə əsasən, məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. İş materiallarında olan “Bildiriş”dən müəyyən edilir ki, ölmüş Təqsirləndirilən şəxs yaxın qohumlarına təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmaq hüquqlarının olması izah olunmuş və hüquqi varis qismində tanınmaq üçün müvafiq istəklərini 20 gün ərzində məhkəməyə bildirmələri barədə məlumatlandırılmışlar, bildiriş təqsirləndirilən şəxsin yaxın qohumlarına təqdim edildiyi gündən (xx.xx.2024) iyirmi gün ərzində onlar tərəfindən hüquqi varis qismində tanınmaları barədə müvafiq istəklərini məhkəməyə müraciət etməklə bildirməmişlər, həmçinin telefon əlaqəsi saxlanılaraq hüquqi varis qismində iştirak etmək istəklərinin olub-olmaması soruşulmuş, hüquqi varis qismində tanınmaq istəmədikləri bildirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.3.15-ci maddəsinə görə, ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin yaxın qohumu bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə cinayət prosesində müdafiəçinin iştirakı təmin edilməlidir. Həmin Məcəllənin 106-1.4-cü maddəsinə görə, ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Həmin Məcəllənin 282.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 41.2-ci və 43.3-1-ci maddələrində nəzərdə tutulmuş hallarda ölmüş şəxsin müdafiəçisinin razılığı ilə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar qəbul edildiyi təqdirdə, onun yaxın qohumu bu qərarın surətini aldığı vaxtdan 10 (on) gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə həmin qərardan şikayət etmək hüququna malikdir. Belə şikayət verildikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar ləğv edilir, cinayət təqibi üzrə icraat təzələnir, şikayət vermiş yaxın qohum ölmüş şəxsin hüquqi varisi qismində tanınır və icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün məhkəməyə göndərilmiş, lakin Təqsirləndirilən şəxs 24 noyabr 2023-cü il tarixdə ölmüş və bu fakt elektron məhkəmə sistemində fərdin şəxsi məlumatlarına dair çıxarış ilə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyi ilə bağlı təqsirləndirilən şəxsin yaxın qohumlarına bildiriş ünvanlanmış, lakin qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində məhkəməyə məlumat daxil olmamışdır. Cinayət təqibinə bətaətverici əsas olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçi razılıq vermişdir. İşin hallarını nəzərə alaraq məhkəmə iş üzrə təqsirləndirilən şəxsin ölməsi səbəbindən, onun müdafiəçisinin təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair razılığını və dövlət ittihamçısının hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci (43.3-1) maddəsini rəhbər tutaraq hesab edir ki, ölmüş Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri üzrə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə seçilmiş “həbs” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilmiş 06 (altı) ədəd ödəniş qəbzinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Zərərçəkən şəxslərə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində onlara vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Təqsirləndirilən şəxs yaxın qohumlarına Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 282-ci maddəsinin tələbləri izah edilməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 40, 43, 344-347, 356, 358, 381, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs 24 noyabr 2023-cü il tarixdə öldüyündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə seçilmiş “həbs” qətimkan tədbiri qüvvədən düşmüş sayılsın (ləğv edilsin). İş üzrə maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilmiş 06 (altı) ədəd ödəniş qəbzinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Zərərçəkən şəxslərə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində onlara vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Qərardan elan edildiyi andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar