Məhkəmə qərarları › İş №1(067)-28/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-28/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-28/2025 22.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1968-ci ildə Xaçmaz rayonunun İlxıçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkumluğu olan, Xaçmaz rayonunun İlxıcı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı xeyli miqdarda istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz st. X8 əməkdaşları tərəfindən 11 mart 2024-cü il tarixdə, saat 14:00-da o, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz stansiyasının ərazisində saxlanılıb 11 mart 2024-cü il tarixdə saat 14:50-dən 15:05-dək olan müddətdə Xaçmaz st. X8 inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin ön tərəfdən sol içəri hissəsində saxladığı bir ədəd şəffav selofan bükümündə təmiz çəkisi 235,0 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələrindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki,məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü tam təqsirli bilərək göstərdi ki, işdən çıxıb dəmir yolunun kənarı ilə gedərkən onun qarşısında gedən iki nəfər bir büküm yerə atmışlar. Ona həmin büküm maraqlı gəldiyi üçün bükümü yerdən götürmüş, baxmaq istədikdə iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq onlarla birlikdə Polis Şöbəsinə getməyini bildirmişlər. Polis Şöbəsində ondan götürülmüş bükümə baxış keçirilərkən içərisində narkotik maddə olan marixuana olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Belə ki, Xaçmaz rayonu, İlxıçı kəndində yaşayır, evlidir, fərdi əməklə məşğul olur. Özü təxminən üç ildir narkotik vasitə marixuana istifadə edir. xx.xx.2024-cü il tarixdə Xaçmaz dəmir yolu stansiyasına iş axtarmaq üçün getmişdir. Saat təxminən günorta vaxtı 12-13 radalari olardı tikinti gedən ərazidə yerə atılmış şəffav selofanda bükülü görmüş əyilib yerdən götürmüş selofanı açıb içinə baxmış və narkotik vasitə olan marixuananı olduğunu görmüşdür. Özü istfadəçisi olduğundan həmin selofanu bükülmüş marixuananı aparıb kənar bir yerdə gizlətmək məqsədilə və sonradan istifadə etmək üçün əynindəki gödəkçənin içəri tərəfmə qoyub gödəkçənin zamokunu bağlamış və dəmir yol ərazisində köhnə pekarnı adlanan yerə getmiş və orada gizlətmək istəyərkən ərazidə xidmət aparan polis əməkdaşları ona tərəf yaxınlaşmış özlərini təqdim edib, qanunsuz olaraq narkotik vasitələri daşımaqda, saxlamqda və istifadə etməkdə şübhəli olduğu tiçüıı onu Xaçmaz stansiyasının X10 dəvət etmişlər. O, etiraz elməmiş polis əməkdaşalrı ilə birlikdə X10 gəlmiş. X8 inzibati binasında özünü Xaçmaz stansiyasının X8 İstintaq və Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru kimi təqdim edən polis əməkdaşı ona barəsində daxil olmuş əməliyyat məlumatı barədə bildirmiş, ona vəkillərin siyahısını təqdim etmişdir. O, da siyahıdan olan vəkillərdən biri ilə təmin edilməyini xahiş etmişdir. Bundan sonra siyahıda olan dövlət hesabına olan dövlət hesabına olan vəkillərdən Pərviz Müslümov ilə təmin etmişlər. Vəkilin iştirakı ilə təhqiqatçı şübhəli şəxs qismində tutulmağı barədə ona protokol tərtib olunmuşdur. Həmin protokolu o, vəkili ilə birlikdə imzaladıqdan sonra təhqiqatçı onun vəkili Pərviz Müslümov iştirakı ilə videoçəkiliş aparmaqla üzərinə şəxsi axtarışın aparılacağını izah etmişdir. O, üzərinə şəxsi axtarışın aparılasına etiraz etməmişdir. Video çəkilişlə üzərinə şəxsi axtarış başladıqda təhqiqatçı ona hüquq və vəzifələrini birdə izah etmiş, bu barədə bildiriş verərək üzərində nə varsa çıxarıb masanın üzərinə qoymağını təklif elmişdir. O, da əynindəki gödəkçənin içəri hissəsindən 01 ədəd şəffaf selofan bükülüdə narkotik vasiıə olan marixuananı çıxarıb masanın üzərinə qoydu, gödəkçənin sol yan cibindən 1 ədəd ağ rəngli siqaret qutusu, qolbağ adaptoru və gödəkçənin sağ yan cibindən isə 1 ədəd alışqanı çıxarıb masanın üzərinə qoyaraq təqdim etmiş və bildirmiş ki, həmin bir ədəd şəffaf selofan bükülüdə olan marixuananı xx.xx.2024cü il tarixdə saat təxminən günorta vaxiı 12-13 radələrinda Xaçmaz dəmir yolu stansiyasına iş axtarmaq üçün getmiş və tikinti gedən ərazidə yerdən tapmış, özıi arabir istifadə etdiyindən yerdən tapdığı bükülünün içərisində marixuana olduğunu tanımış və şəxsi istifadəsi üçün əynindəki gödəkçənin içərisinə qoyaraq saxlamış. Həmin vaxt təhqiqatçı marixuana olan bükülünün onda hardan əldə etməyini, marixuananı ona hər hansı bir şəxsin salıb satmadığını soruşmuş, o, da marixuananı tapdığını bildirmiş və istifadəçisi olduğu üçün üzərində saxlamışdır. Onun həmin marixuananı kiməsə satmaq və ya vermək niyyəti olmamışdır. Sonra təhqiqatçı üzərindən aşkar olunmuş marixuana olan bir ədəd şəffaf selofan bükülünü masanın üstündən götürmüş elektron tərəzidə çəkmiş və ekspertizaya təqdim edilməsi üçün zərfə qoyub möhürləyərək qablaşdırıb maddi sübut kimi götürülmüşdür. Digər əşyalarını onun özünə qaytarılmışdır. Sonda üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı tərtib edilmiş protokolu digər iştirakçılarla birlikdə o, da imzalamışdır. Əlavə olaraq qeyd etmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükülüdə olan narkotik vasitə marixuananı taparaq əldə etmiş və öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O, heç kəsdən narkotik vasitə almamış və heç kimədə satmamışdır. O, saxlanılarkən və ya X10 gətirildikdən sonra da ona qarşı heç bir qanunsuzluq olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Nəqliyyatda Baş Polis İdarəsinin Xaçmaz X8 əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 bildirdi ki, Xaçmaz rayon X10 daxil olmuş məlumat əsasında Cəfər adlı şəxs tərəfimizdən saxlanılaraq X10 gətirilərək üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin cibndən narkotik vasitəyə bənzər marixuana aşkar edilərək götürülmüş və ekspertizaya göndərilmişdir. Şahid Nəqliyyatda Baş Polis İdarəsinin Xaçmaz X8 əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, 11 mart 2024-cü il tarixdə etibarlı və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs tez-tez Xaçmaz dəmir yol stansiyasının ərazisinə gəlməsi və üstündə narkotik vasitələr gəzdirməsi haqqında əməliyyat məlumatrı əldə etmişdir. Həmin məlumatın etibarlı və qərəzsiz olduğunu yoxladıqdan sonra, raportla rəhbərliyə məruzə etmiş. Daha sonra tərəfindən əməliyyat tədbirinin keçirilməsi haqqında qərar tərtib olunmuş və əməliyyat tədbirinin keçirilməsinə başlanılmışdır. O, NMQ-nun baş əməliyyat müvəkkili polis mayoru Şahid3 və PPXM-nın polis nəfəri polis baş serjantı Şahid2 ilə birlikdə Xaçmaz dəmir yol stansiyasının ərazisində müşahidə aparmağa başlamış. Saat 14:00 radələrində Təqsirləndirilən şəxs Xaçmaz dəmir yol stansiyasının ərazisində olması müəyyən olunmuşdur. Onlar dərhal Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, daxil olmuş məlumat əsasən qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə və daşımaqda şübhəli olduğu üçün Təqsirləndirilən şəxs Xaçmaz st. XPŞnin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birgə Xaçmaz st. XPŞ-nə gəlmiş. O, raport tərtib edərək Təqsirləndirilən şəxs yaxalanması barədə rəhbərliyə məruzə etmişdir. Materialın sonraki icrası Xaçmaz st.XPŞ-nin baş təhqiqatçısı Nəzər Həbibova həvalə olunmuşdur. X5 xidməti otağında şöbəyə dəvət olunmuş Təqsirləndirilən şəxs barəsində şöbəyə əməliyyat məlumatı daxil olmasını deyərək ona vəkillərin siyahısı təqdim edilmiş vəkil seçməsi təklif edilmiş və o, siyahıda olan vəkillərdən biri ilə onu təmin etməsini xahiş etmiş, bundan sonra təhqiqatçı siyahıda olan vəkillərdən şöbəyə X4 dəvət etmişdi. Təqsirləndirilən şəxs vəkili ilə tanış olduqdan sonra o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və bu barədə tərtib edilmiş protokol Təqsirləndirilən şəxs və onun vəkili Pərviz Müslümov tərəfindən imzalanmış. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi deyilmiş buna onun etirazının olub-olmamasını soruşulımış. O, cavab olaraq bildirmişdir ki, üzərinə şəxsi axtarış keçirilməsinə etirazı yoxdur, bundan sonra təhqiqatçı Nəzər Həbibov xidməti otağında Təqsirləndirilən şəxs hüquq vəzifələrini başa salmış ona hüquq vəzifələri ilə bağlı bildiriş vermiş ona müraciət edib üstündə olan predmetləri çıxarmasını və qarşısında olan masanın üzərinə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli gödəkçənin ön tərəfdən sol içəri hissəsinə sağ əlini salaraq 01 ədəd şəffaf selofan bükülünü çıxarıb masanın üzərinə qoymuş, gödəkçənin sol yan cibindən 1 ədəd ağ rəngli siqaret qutusu, qolbağ adaptoru və gödəkçənin sağ yan cibindən isə 1 ədəd alışqanı çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin ön tərəfdən sol içəri hissəsindən çıxartdığı 1 ədəd şəffaf selofan bükülünün içərisində yaşıl rəngli spesifik iyə malik narkotik vasitə marixuanaya bənzər kütlənin olduğu aşkar olunmuşdu. Təqsirləndirilən şəxs həmin şəffaf selofan bükülünün içərisində olan yaşıl rəngli spesifik iyə malik narkotik vasitə marixuanaya oxşar kütlənin narkotik vasitə marixuana olmasını etiraf etmiş, həmin bükülünü 11 mart 2024-cü il tarixdə, günorta saatlarında dəmir yolunun kənarından yerdən tapdığını bildirmiş. Həmin narkotik vasitə marixuanadan o, özü istifadəçi olduğundan üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə marixuananın kimdənsə alıb almadığını və ya həmin narkotik vasitə marixuananı satmaq niyyəti olub-olmadığını soruşanda o, təkrarən narkotik vasitə marixuananı dəmir yolunun qırağından yerdən tapdığım bildirmişdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən çıxan və içərisində narkotik vasitə marixuana olan şəffaf selofan bükülü elektron tərəziyə qoyularaq çəkilmiş bükülü qarışıq 252.81 qram tərəzidə göstərmiş və zərfə qoyularaq qablaşdırılmış, o, digər iştirakçılar kimi tərtib edilmiş protokolla tanış olub protokolu imzalamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz st. XPŞ-nin PPXM-nin polis nəfəri, polis baş serjantı Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs dəmir yolu stansiyasında saxlanılmış və Xaçmaz X10 dəvət olunmuş və onun üzərinə baxış keçirilən zaman onun üzərindən selofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Şahid Xaçmaz st. XPŞ-nin PPXM-nin polis nəfəri, polis baş serjantı Şahid2 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, 11 mart 2024cü il tarixdə etibarlı və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs tez-tez Xaçmaz dəmir yol stansiyasının ərazisinə gəlməsi və üstündə narkotik vasitələr gəzdirməsi haqqında əməliyyat məlumatrı əldə etmişdir. Həmin məlumatın etibarlı və qərəzsiz olduğunu yoxladıqdan sonra, raportla rəhbərliyə məruzə etmiş. Daha sonra tərəfindən əməliyyat tədbirinin keçirilməsi haqqında qərar tərtib olunmuş və əməliyyat tədbirinin keçirilməsinə başlanılmışdır. O, NMQ-nun baş əməliyyat müvəkkili polis mayoru Şahid3 və Nəqliyyatda Baş Polis İdarəsinin Xaçmaz X8 əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ilə birlikdə Xaçmaz dəmir yol stansiyasının ərazisində müşahidə aparmağa başlamış. Saat 14:00 radələrində Təqsirləndirilən şəxs Xaçmaz dəmir yol stansiyasının ərazisində olması müəyyən olunmuşdur. Onlar dərhal Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, daxil olmuş məlumat əsasən qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə və daşımaqda şübhəli olduğu üçün Təqsirləndirilən şəxs Xaçmaz st. XPŞ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birgə Xaçmaz st. XPŞ-nə gəlmiş. O, raport tərtib edərək Təqsirləndirilən şəxs yaxalanması barədə rəhbərliyə məruzə etmişdir. Materialın sonraki icrası Xaçmaz st.XPŞ-nin baş təhqiqatçısı Nəzər Həbibova həvalə olunmuşdur. X5 xidməti otağında şöbəyə dəvət olunmuş Təqsirləndirilən şəxs barəsində şöbəyə əməliyyat məlumatı daxil olmasını deyərək ona vəkillərin siyahısı təqdim edilmiş vəkil seçməsi təklif edilmiş və o, siyahıda olan vəkillərdən biri ilə onu təmin etməsini xahiş etmiş, bundan sonra təhqiqatçı siyahıda olan vəkillərdən şöbəyə X4 dəvət etmişdi. Təqsirləndirilən şəxs vəkili ilə tanış olduqdan sonra o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və bu barədə tərtib edilmiş protokol Təqsirləndirilən şəxs və onun vəkili Pərviz Müslümov tərəfindən imzalanmış. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi deyilmiş buna onun etirazının olub-olmamasını soruşulımış. O, cavab olaraq bildirmişdir ki, üzərinə şəxsi axtarış keçirilməsinə etirazı yoxdur, bundan sonra təhqiqatçı Nəzər Həbibov xidməti otağında Təqsirləndirilən şəxs hüquq vəzifələrini başa salmış ona hüquq vəzifələri ilə bağlı bildiriş vermiş ona müraciət edib üstündə olan predmetləri çıxarmasını və qarşısında olan masanın üzərinə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli gödəkçənin ön tərəfdən sol içəri hissəsinə sağ əlini salaraq 01 ədəd şəffaf selofan bükülünü çıxarıb masanın üzərinə qoymuş, gödəkçənin sol yan cibindən 1 ədəd ağ rəngli siqaret qutusu, qolbağ adaptoru və gödəkçənin sağ yan cibindən isə 1 ədəd alışqanı çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin ön tərəfdən sol içəri hissəsindən çıxartdığı 1 ədəd şəffaf selofan bükülünün içərisində yaşıl rəngli spesifik iyə malik narkotik vasitə marixuanaya bənzər kütlənin olduğu aşkar olunmuşdu. Təqsirləndirilən şəxs həmin şəffaf selofan bükülünün içərisində olan yaşıl rəngli spesifik iyə malik narkotik vasitə marixuanaya oxşar kütlənin narkotik vasitə marixuana olmasını etiraf etmiş, həmin bükülünü 11 mart 2024-cü il tarixdə, günorta saatlarında dəmir yolunun kənarından yerdən tapdığını bildirmiş. Həmin narkotik vasitə marixuanadan o, özü istifadəçi olduğundan üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə marixuananın kimdənsə alıb almadığını və ya həmin narkotik vasitə marixuananı satmaq niyyəti olub-olmadığını soruşanda o, təkrarən narkotik vasitə marixuananı dəmir yolunun qırağından yerdən tapdığım bildirmişdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən çıxan və içərisində narkotik vasitə marixuana olan şəffaf selofan bükülü elektron tərəziyə qoyularaq çəkilmiş bükülü qarışıq 252.81 qram tərəzidə göstərmiş və zərfə qoyularaq qablaşdırılmış, o, digər iştirakçılar kimi tərtib edilmiş protokolla tanış olub protokolu imzalamışdır. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı araşdırılmış iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, 11 mart 2024-cü il tarixdə etibarlı və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs tez-tez Xaçmaz dəmir yol stansiyasının ərazisinə gəlməsi və üstündə narkotik vasitələr gəzdirməsi haqqında əməliyyat məlumatrı əldə etmişdir. Həmin məlumatın etibarlı və qərəzsiz olduğunu yoxladıqdan sonra, raportla rəhbərliyə məruzə etmiş. Daha sonra tərəfindən əməliyyat tədbirinin keçirilməsi haqqında qərar tərtib olunmuş və əməliyyat tədbirinin keçirilməsinə başlanılmışdır. O, Xaçmaz st. XPŞ-nin PPXM-nin polis nəfəri, polis baş serjantı Şahid2 və Nəqliyyatda Baş Polis İdarəsinin Xaçmaz X8 əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ilə birlikdə Xaçmaz dəmir yol stansiyasının ərazisində müşahidə aparmağa başlamış. Saat 14:00 radələrində Təqsirləndirilən şəxs Xaçmaz dəmir yol stansiyasının ərazisində olması müəyyən olunmuşdur. Onlar dərhal Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, daxil olmuş məlumat əsasən qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə və daşımaqda şübhəli olduğu üçün Təqsirləndirilən şəxs Xaçmaz st. XPŞ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birgə Xaçmaz st. XPŞ-nə gəlmiş. O, raport tərtib edərək Təqsirləndirilən şəxs yaxalanması barədə rəhbərliyə məruzə etmişdir. Materialın sonraki icrası Xaçmaz st.XPŞ-nin baş təhqiqatçısı Nəzər Həbibova həvalə olunmuşdur. X5 xidməti otağında şöbəyə dəvət olunmuş Təqsirləndirilən şəxs barəsində şöbəyə əməliyyat məlumatı daxil olmasını deyərək ona vəkillərin siyahısı təqdim edilmiş vəkil seçməsi təklif edilmiş və o, siyahıda olan vəkillərdən biri ilə onu təmin etməsini xahiş etmiş, bundan sonra təhqiqatçı siyahıda olan vəkillərdən şöbəyə X4 dəvət etmişdi. Təqsirləndirilən şəxs vəkili ilə tanış olduqdan sonra o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və bu barədə tərtib edilmiş protokol Təqsirləndirilən şəxs və onun vəkili Pərviz Müslümov tərəfindən imzalanmış. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi deyilmiş buna onun etirazının olub-olmamasını soruşulımış. O, cavab olaraq bildirmişdir ki, üzərinə şəxsi axtarış keçirilməsinə etirazı yoxdur, bundan sonra təhqiqatçı Nəzər Həbibov xidməti otağında Təqsirləndirilən şəxs hüquq vəzifələrini başa salmış ona hüquq vəzifələri ilə bağlı bildiriş vermiş ona müraciət edib üstündə olan predmetləri çıxarmasını və qarşısında olan masanın üzərinə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli gödəkçənin ön tərəfdən sol içəri hissəsinə sağ əlini salaraq 01 ədəd şəffaf selofan bükülünü çıxarıb masanın üzərinə qoymuş, gödəkçənin sol yan cibindən 1 ədəd ağ rəngli siqaret qutusu, qolbağ adaptoru və gödəkçənin sağ yan cibindən isə 1 ədəd alışqanı çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin ön tərəfdən sol içəri hissəsindən çıxartdığı 1 ədəd şəffaf selofan bükülünün içərisində yaşıl rəngli spesifik iyə malik narkotik vasitə marixuanaya bənzər kütlənin olduğu aşkar olunmuşdu. Təqsirləndirilən şəxs həmin şəffaf selofan bükülünün içərisində olan yaşıl rəngli spesifik iyə malik narkotik vasitə marixuanaya oxşar kütlənin narkotik vasitə marixuana olmasını etiraf etmiş, həmin bükülünü 11 mart 2024-cü il tarixdə, günorta saatlarında dəmir yolunun kənarından yerdən tapdığını bildirmiş. Həmin narkotik vasitə marixuanadan o, özü istifadəçi olduğundan üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə marixuananın kimdənsə alıb almadığını və ya həmin narkotik vasitə marixuananı satmaq niyyəti olub-olmadığını soruşanda o, təkrarən narkotik vasitə marixuananı dəmir yolunun qırağından yerdən tapdığım bildirmişdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən çıxan və içərisində narkotik vasitə marixuana olan şəffaf selofan bükülü elektron tərəziyə qoyularaq çəkilmiş bükülü qarışıq 252.81 qram tərəzidə göstərmiş və zərfə qoyularaq qablaşdırılmış, o, digər iştirakçılar kimi tərtib edilmiş protokolla tanış olub protokolu imzalamışdır. İş materiallarında olan Xaçmaz st.XPŞ-nin İ və TQ-nun baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən tərtib olunmuş şəxsi axtarış aparılması haqqında 11 mart 2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Xaçmaz st.XPŞ-nin inzibati binasında yerləşən xidməti otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçəsinin ön tərəfindən sol içəri hissəsindən 01 ədəd şəffaf selofana bükülmüş narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan CD diskə baxış keçirilməsi barədə 26 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi görüntüləri əks olunan disk daşıyıcıya Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə müstəntiq tərəfindən baxış keçirilmiş, baxış zamanı şəxsi axtarış aparılması haqqında 11 mart 2024cü il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapması müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2024-cü il tarixli 3-16-16/2-7/414 nömrəli ekspert rəyndən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs imza..» yazı və imzalar olan zərfdə bir ədəd şəffaf selofanda təmiz çəkisi 235,0 qram bitki mənşəli kütlə çətənə (kanabis) bitkisindən kustər üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in (Siyahı İ) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 14 may 2024-cü il tarixli 3283 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 16 mart 2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalan paketə qablaşdırılmış bir ədəd şəffaf selofanda 234,95 qram bitki mənşəli kütlə çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana saxlanmasından ötrü Xaçmaz st. X8 saxlanc yerinə təhvil verilmiş və bir ədəd disk daşıyıcısı isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 12 mart 2024-cü il tarixli, 5(067)-70/2024 saylı qərarından görünür ki, məhkəmənin həmin qərarına əsasən Xaçmaz st. Xaçmaz X8 narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis kapitanı Şahid1 “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 11 mart 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 15 may 2023-cü il tarixli, 1(067)-84/2023 saylı hökmünə əsasən, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.Cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkum xx.xx.2024cü il tarixədək cəzasının 01 il 02 ay 28 gününü çəkmiş, çəkilməmiş 01 il 09 ay 03 gün qalmışdır. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Niyazoba kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonunun, İlxıcı kəndində yaşayır. Yaşadığı müddət ərzində onun barəsində Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Niyazoba kənd İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı xeyli miqdarda istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz st. X8 əməkdaşları tərəfindən 11 mart 2024-cü il tarixdə, saat 14:00-da o, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz stansiyasının ərazisində saxlanılıb 11 mart 2024-cü il tarixdə saat 14:50-dən 15:05-dək olan müddətdə Xaçmaz st. X8 inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin ön tərəfdən sol içəri hissəsində saxladığı bir ədəd şəffav selofan bükümündə təmiz çəkisi 235,0 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələrindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram, qurudulmamış marixuana üçün 25 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi qəsdən az ağır cinayət əməlinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi halı cinayətin residivini yaratmır. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə hərəkətlərindən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, əldə etdiyi narkotik vasitənin miqdarını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Xaçmaz rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 15 may 2023-cü il tarixli, 1(067)- 84/2023 saylı hökmünə əsasən, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkum xx.xx.2024-cü il tarixədək cəzasının 02 ay 28 gününü çəkmiş, çəkilməmiş 01 il 09 ay 03 gün qalmışdır. Cəkilməmiş 01 il 09 ay 03 gün azadlığın məhdudlaşdırılması səzası 10 ay 16 gün azadlıqdan məhrum etmə cəzasına bərabərdir. Məhkəmə Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq Xaçmaz rayon məhkəməsinin 15 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının hazırki günə çəkilməmiş qalan 01 il 09 ay 03 gün hissəsinin hazırki hökm üzrə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla tamamilə və ya qismən birləşdirilərək üzərində qəti cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 11 mart 2024-ci il tarixli protokoldan və təhqiqatçının həmin tarixli qərarından, həmçinin təqsirləndirilən şəxsin tutmadan azad olunması və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə 13 mart 2024-cü il tarixli qərarı ilə qeyd olunan tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 mart 2024-cü il tarixdən 13 mart 2024-cü il tarixədək tutularaq həbsdə olduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi beş ildən çox ola bilməz. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cu il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının, çəkilməmiş qalan 01 (bir) il 09 (doqquz) ay 03 (üç) gün hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, cəmi 10 ay 16 gün müddət hazırkı hökmlə ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilərək üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli (cəzaçəkmə müddəti) həbsə alındığı gündən, yəni 18 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz st. XPS-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, təhqiqata sərfdən sonra qalıq çəkisi 234,95 qram təşkil edən narkotik vasitə-qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 70 (yetmiş) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cu il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının, çəkilməmiş qalan 01 (bir) il 09 (doqquz) ay 03 (üç) gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, cəmi 10 ay 16 gün müddət azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilərək ona olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 mart 2024-cü il tarixdən 13 mart 2024-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 18 sentyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə, Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz st. XPS-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, təhqiqata sərfdən sonra qalıq çəkisi 234,95 qram təşkil edən narkotik vasitə-qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 70 (yetmiş) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM NƏRMİN ABİYEVA.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar